Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-173/2025 25.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Masallı rayonu Qarğalıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmiş, Masallı rayonu Qarğalıq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,308 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 may 2025-ci il tarixdə, saat 13:55-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Ş.Əsgərov küçəsi 12 saylı yataqxananın arxasında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 0,308 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki ildir, narkotik vasitələrdən istifadə edir. 19 may 2025-ci il tarixdə günorta radələrində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Ş.Əsgərov küçəsində yerləşən yataqxananın qarşısında olan vaxt 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan şühələndikləri üçün üzərində axtarış aparmışlar. Axtarış videoçəkilişlə aparılmışdır.Bu zaman o üzərində olan narkotik vasitə “patı” və bir ədəd tramadol həbini çıxararaq təqdim etmişdir. Tramadol həbini aptekdən resept vasitəsi ilə əldə etmiş, ”Patı” yəni metamfetamini isə tanımadığı İran vətəndaşından təxminən 20-25 manat civarında məbləğə almışdır. O, son olaraq çıxışında törətdiyi əməldən peşman olduğu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqla daşıyır. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə getmişlər. Təxminən günorta radələrində Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 12 saylı yataqxananın arxasında olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, üzərinə yoxlama aparılacağını bildirmişlər. Bu proses videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs də üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cbindən siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış aparıldıqda içərisindən 02 ədəd büküm və 02 ədəd dərman kapsulları aşkar olunmuşdur. Dərman kapsulların üzərində «Tramadol» yazılmış, bükümlərin birində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, birində isə ağ rəngli kristal şəklində maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 20 may 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16.10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 21 may 2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 21 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 12 avqust 2025-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 12 avqust 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.20258-ci il tarixdə şəxsi axtarış və götürmənin aparılması protokoluna əlavə edilmiş 01 ədəd DVD formatındakı diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 19 may 2025-ci il tarixdə, saat 13:55-də Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Ş.Əsgərov küçəsi 12 saylı yataqxananın arxasında polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən yoxlanılır. Belə ki, videogörüntü açılan kimi polis əməkdaşları küçə ilə hərəkət edib ağacın altında oturmuş vəziyyətdə olan kişi cinsli şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edirlər, həmin vaxt kişi cinsli şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunur, bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk əvvəl şalvarının sol yan cibindən bir ədəd «X7» markalı siqaret qutusunu və 01 ədəd alışqanı təqdim edir, onlara polis əməkdaşı tərəfindən baxış aparılıb Təqsirləndirilən şəxs qaytarılır, sonra Təqsirləndirilən şəxs şalvarının arxa cibindən bir ədəd Samsung A10 markalı mobil telefonu təqdim edir, daha sonra isə şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb təqdim edir, həmin siqaret qutusuna baxış aparıldıqda içərisindən 02 ədəd büküm və 02 ədəd kapsul aşkar olunur, kapsul həblərin üzərində «Tramadol 50mg» yazılması müşahidə olunur. Bükümlərə baxış aparıldıqda bükümlərin birində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, birində isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur, bükümlər elektron tərəzi vasitəsilə ölçüldükdə birinin 0,4 qram, birinin isə 0,2 qram çəkidə olması müşahidə olunur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddələrin narkotik vasitə «kakos» deyilən heroin, psixotrop maddə «patı» deyilən metamfetamin, dərmanların isə «Tramadol 50mg» olmasını və onlar şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Sonra təqdim olunmuş mobil telefon, 02 ədəd bükümlər və 02 ədəd kapsul həblər qablaşdırılmaqla götürülür. Sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılır və 19 manat pul aşkar olunaraq özünə qaytarılır, başqa heç bir əşya və ya predmet aşkar olunmur. Daha sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 may 2025-ci il tarixli, 6/1870 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 47” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən əməl. ax. tədbir nəticə. aşkar olunmuş qanun. döv. qadağan edilən n/v bənzər maddələr olan büküm; Müdafiəçi: “imza” Hikmət Əmiraslanov; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs; İştirak etdi: 1. "imza” Şahid1; 2. “imza” Musa Əliyev” yazıları qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə içərisində təmiz çəkisi 0,308 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 (bir) ədəd bükümdə içərisində təmiz çəkisi 0,129 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 (iki) ədəd konvalyut kəsiyində üzərində “Tpamadol 50Mr KPKA” göstəricisi olan 02 (iki) ədəd ağ-göy rəngli kapsulun tərkibində güclü təsir edən maddə tramadol müəyyən edildi. Həmin 02 (iki) ədəd kapsulun tərkibində tramadolun təsiredici maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,1 qram təşkil edir. 01 (bir) ədəd gümüşü rəngli folqa kəsiyi üzərində heroinə məxsus izlər vardır. Aşkar edilmiş heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək həmçinin digər bükümdəki heroin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 iyul 2025-ci il tarixli, 4337 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssiəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,308 qram çəkidə psixotrop maddə metamfetamin, 0,129 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd «Tramadol 50mg» dərman kapsulları, üzərində narkotik vasitə heroin izləri olan falqa, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı, o cümlədən əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş içərisində videogörüntülər olan 02 ədəd disk tərəfimdən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 19 may 2025-ci il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qeyd edilmişdir ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 89 (səksən doqquz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,258 qram qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,099 qram qalığı, «tramadol» kapsullarının ekspertiza tədqiqatından sonrakı 01 ədəd kapsul qalığı məhv edilməli və şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntünü əks etdirən 02 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 19 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 89 (səksən doqquz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 0,258 qram qalığı, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 0,099 qram qalığı, «tramadol» kapsullarının ekspertiza tədqiqatından sonrakı 01 ədəd kapsul qalığı məhv edilsin və şəxsi axtarış-götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı qeydə alınmış videgörüntünü əks etdirən 02 ədəd kompakt disk iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-173/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-173/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver