Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-174/2020 03.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, 1-ci qrup əlil, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi olmadan xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ” 21074 minik markalı ** CD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindən keçən Qızıldaş –Lökbatan avtomobil yolunun 6-cı kmdə Lökbatan qəsəbəsi istiqamətində saatda 40-50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməyib qeyd olunan yolda “Puta qəsəbəsi” yazılan lövhənin yaxınlığında idarə etdiyi “VAZ” 21074 minik markalı avtomobilin sol qabaq hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sol gicgah-almacıq qövsünün vəburun sümüyünün qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sınığı; sol əlin İ barmağının proksimal falanqasının kənarının qopması ilə müşayiət olunan şişkinliyi ilə nəticələnən dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, o, 1-ci qrup əlildir, sağ qolu çiynindən yoxdur, sol qolu isə dirsək nahiyyəsindən yoxdur, hər iki əli protezdir. O, latın əlifbası ilə sərbəst yazıb oxuya bilir. Hadisədən bir ay əvvələ kimi onun sol əlinin protezinin barmaqları işləyirmiş, sərbəst imza edirmiş. Lakin 2020-ci ilin aprel ayının əvvəllərində sol əlinin protezinin barmaqları sındığı üçün hazırda imza edə bilmir. O, 1 il bundan əvvəl Mirkamil adlı şəxsdən 24 ay ərzində hər ay 352 manat ödəmək şərti ilə “VAZ” 2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşın almışdır. Avtomaşının sahibi Mirkamil ilə belə razılaşmışdır ki, 24 ay ərzində hər ay 352 manat pulu ona ödəyib qurtarana kimi ona avtomaşını idarə etmək üçün etibarnamə verəcək, avtomaşının pulunu ödəyib qurtardıqdan sonra avtomaşını onun adına keçirəcəkdir. Lakin sürücülük vəsiqəsi olmadığına görə “VAZ” 2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşını alanda dostu X3 adına etibarnamə almışdır. Ona görə də “VAZ” 2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə edirmiş. O, idarə etdiyi VAZ 2107 markalı avtomaşın ilə Lökbatan və Korgöz qəsəbəsi arasında taksi fəaliyyəti ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2020-ci il tarixində saat təxminən 19:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ 2107 markalı minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş-Lökbatan yolunda Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə imiş. O, idarə etdiyi “VAZ” 2107 markalı avtomobil ilə Lökbatan qəsəbəsi istiqamətində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindən keçən Qızıldaş –Lökbatan avtomobil yolunun 6-cı km-də saatda təxminən 40-50 km sürətlə yolun sağ hərəkət zolağında hərəkətdə olduğu zaman “Puta qəsəbəsi” lövhəsinin qarşısında yolun sağ hissəsindən sol hissəsinə doğru bir nəfər piyadanın keçdiyini görmüş, hadisənin qarşısını almaq məqsədilə əyləcə basmış, lakin məsafə az olduğundan hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomaşının qarşı sol hissəsi yolu keçən piyadaya dəymişdir. Zərbənin təsirindən həmin piyada yerə yıxılmış və o, dərhal avtomobili həmin yerdə saxlayaraq yerə düşmüşdür. O, piyadanın xəsarət aldığını görüb ona ayağa qalxmağa köməklik göstərmiş və öz avtomobilinə əyləşdirərək yaxınlıqda yerləşən 15 saylı X12 Stansiyasına aparmışdır. TTYS-da olan zaman sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs qardaşına baş vermiş hadisə barədə bildirmişdir. Bir qədər sonra Əhmədin qardaşı Tural adlı şəxs TTYS-na gəlmişdir. Orada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Bakı şəhərində yerləşən 1 saylı X11 aparılmışdır. Onları xəstəxanaya yola saldıqdan sonra o da xəsarət alan Əhmədin səhhəti ilə maraqlanmaq üçün onun arxasınca getmişdir. Zərərçəkmiş şəxs orada müayinə olunmuş, həmin gün reanimasiya şöbəsinə köçürülmüş, sonrakı gün isə müalicəsinin davam etdirilməsi məqsədilə palataya yerləşdirilmişdir. O, borc edərək Zərərçəkmiş şəxs müalicəsinə 2000 manatdan artıq pul xərcləmişdir. Baş vermiş yolnəqliyyat hadisəsindən sonra “Vaz” 2107 markalı avtomaşınını yaşadığı evin həyətində saxlamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi konkret olaraq Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, “Puta qəsəbəsi” yazılan lövhənin yaxınlığında Lökbatan qəsəbəsi istiqamətində olan Qızıldaş-Lökbatan avtomobil yolunun 6-cı km baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl onun idarə etdiyi nəqliyyat vasitəsinin sürəti təxminən 40-50 km/saat olarmış. Həmin vaxt qaranlıq olduğu, eyni zamanda yolda heç bir işıqlandırma olmadığı üçün həmin piyadanı əvvəlcədən görə bilməmiş, ani vaxtda təxminən 4-5 metr məsafədən gördüyü üçün hadisənin qarşısını almaq imkanı olmamışdır. Hadisədən əvvəl o, spirtli içki qəbul etməmişdir. O, çörək pulu qazanmaq üçün avtomobili idarə etmək hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanır. Onun idarə etdiyi avtomobilə hər hansı bir maddi ziyan dəyməyib. “VAZ” 2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsdur, lakin sürücülük vəsiqəsi olmadığı üçün, avtomobil kreditdə olduğu üçün etibarnaməni dostu Elşadın adına almışdır. O, öz ifadəsində son olaraq göstərmişdir ki, törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hadisə ilə bağlı zərərçəkmiş şəxsə hal-hazıradək ümumilikdə 3500 manata yaxın pul xərcləmişdir. Gələcəkdə də zərərçəkmiş şəxsə maddi yardım göstərəcəyinə söz verir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, yol nəqliyyat hadisəsi baş verməmişdən qabaq qardaşıgildə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, Təzə məhəllədə nömrəsiz evdə yaşamışdır. O, əvvəllər Sumqayıt şəhərində fəhlə işləyirmiş. Belə ki, xx.xx.2020-ci il tarixdə axşam saat 19 radələrində Sumqayıt şəhərindən çıxıb evə qayıdırmış. Birbaşa marşurut olmadığı üçün Xocasən qəsəbəsinə gəlmişdir. Oradan isə tanımadığı 1 manatlıq taksi ilə Puta qəsəbəsinə gəlmişdir. Puta qəsəbəsində “Puta qəsəbəsi” yazılan lövhənin yanında düşmüşdür. O, Korgöz qəsəbəsinə getmək üçün piyada qismində yolun sağ hissəsindən sol hissəsinə, yəni yolun Lökbatan qəsəbəsi istiqamətindən, yolun Qızıldaş qəsəbəsi istiqamətinə doğru yolu keçməyə başlamışdır. Təxminən bir neçə addım hərəkət etdikdən sonra qəflətən sol tərəfindən zərblə nəsə ona dəymiş, zərbənin təsirindən o, yerə yıxılmış və huşunu itirmişdir, lakin danışıqları eşidirmiş. Biraz sonra o, özünə gəlmişdir. Adını sonradan bildiyi Elnur adlı şəxs onu öz avtomobilinə qoyaraq xəsatəxanaya aparmaq istəyirmiş. Bu zaman o, öz mobil telefonu ilə qardaşı Turala zəng vurub baş vermiş hadisə barədə ona məlumat vermişdir. Bu zaman qardaşı onların yanına gəlmişdir. Onlar Elnurun avtomobili ilə Lökbatan qəsəbəsində yerləşən X12 Stansiyasına gəlmişlər. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra onu TTY avtomobili ilə KTM-ə aparmışdır. Xəstəxanada müayinə olunarkən başında travma, burun nahiyəsində sınıqlar, sol əl barmağında və çanağında sınıqların olması müəyyən edilmişdir. Həmin gün o, “Reanimasiya Şöbəsində” qalmışdır. Səhəri gün onu palataya köçürmüşlər. Təxminən xəstəxanada 10-15 gün qaldıqdan sonra o, xəstəxanadan çıxaraq yaşadığı Tovuz rayonuna getmişdir. Onu avtomobil bir anlıq vurduğundan avtomobilin onu necə vurduğunu görməmişdir. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu və təqsirləndirilən şəxs tərəfindən ona təxminən ümumilikdə 500 manata yaxın köməklik edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X10 rayon şöbəsinin xx xxx 2020-ci il tarixli 267 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol gicgah-almacıq qövsünün və burun sümüyünün qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sınığı; sol əlin İ barmağının proksimal falanqasının kənarının qopması ilə müşayiət olunan şişkinliyi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin İ saylı KTM-nə gətirildiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdir və dərəcələrinə görə, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ-AGİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyada Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 8/209 nömrəli rəyindən görünür ki, 1-2. VAZ-2107 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. VAZ-2107 markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01:20 radələrində sərxoşluq vəziyyətinin tibbi müayinəsidən keçirilmiş və xx.xx.2020-ci il tarixli 2/1106 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ayıq olmuşdur, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin 1 saylı Zona X1 305383 saylı arayışından məlum olur ki, Təqsirləndirilən şəxs müddətsiz 1-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə daimi ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, 1-ci qrup əlil olmasını və zərərçəkmiş şəxsə qismən maddi yardım göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ” 21074 minik markalı ** CD *** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınıb saxlanması üçün X4 təhvil verilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 21 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 126 (yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ” 21074 minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 126 (yüz iyirmi altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-174/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-174/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver