Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-174/2023 02.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Salmanova Könül Xasay qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) xx xxxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1 və 233-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən ünvan 2 ünvanında qeydiyyatda olan direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş ümumilikdə külli miqdarda, 320414 manat dəyərində olan malların 113187 manat təşkil edən hissəsini, yəni 1 ədədinin dəyəri 2 manat olan 4545 ədəd 9090 manat dəyərində “Dng Dunnage” markalı kişi alt paltarı, 1 ədədinin dəyəri 15 manat olan 1267 ədəd 19005 manat dəyərində “Sports” markalı qolsuz gödəkçə, 1 ədədinin dəyəri 6 manat olan 1650 ədəd 9900 manat dəyərində “Hong Yuan” markalı şalvar, 1 ədədinin dəyəri 4 manat olan 9343 ədəd 37372 manat dəyərində büsqalter, 1 ədədinin dəyəri 4 manat olan 1793 ədəd 7172 manat dəyərində “Apoh” markalı uşaq idman şalvarı, 1 ədədinin dəyəri 12 manat olan 1185 ədəd 14220 manat dəyərində “İnterman” markalı gödəkçə, 1 ədədinin dəyəri 1 manat olan 2380 ədəd 2380 manat dəyərində kişi baş geyimi və 1 ədədinin dəyəri 4 manat ümumi dəyəri 14048 manat olan 513 ədəd qanunla mülki dövriyyədə olmasına yol verilən, 2999 ədəd isə satış məqsədi ilə əldə edərək Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınmasını təmin etdiyi qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) balıq torlarını CN-270/1 nömrəli, xx.xx.2022-ci il tarixli invoys sənədi əsasında Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi **********3195 saylı, xx.xx.2022ci il tarixli gömrük bəyannaməsində göstərməyərək Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, 207227 manat hissəsini isə, yəni gömrük orqanına təqdim etdiyi **********3195 saylı, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində malların həcmini 18 m3, şərf sayını 38 940 ədəd, uşaq papağı və şərf dəsti sayını 7710 ədəd, dəsmal sayını 7760 ədəd, örtük sayını 400 ədəd, şal sayını 6116 ədəd göstərməli olduğu halda, həmin bəyannamədə malların həcmini 5,4 m3, şərflərin sayını 9836 ədəd göstərərək, 29104 ədəd şərf, 7710 ədəd uşaq papağı və şərf dəsti, 7760 ədəd dəsmal, 400 ədəd örtük, 6116 ədəd şal olmaqla ümumi dəyəri 165452 manat olan malları, həmin bəyannamənin 3-cü mal mövqeyində malların həcmini 36,5 m3, köynək sayını 14 095 ədəd, bluz sayını 3600 ədəd göstərməli olduğu halda, həmin malların həcmini 8,3 m3, “qadınlar və ya qızlar üçün tekstil materiallardan trikotaj bluzlar, köynəklər və gen bluzlar” adı altında köynək sayını 9340 ədəd göstərək, 4755 ədəd köynək, 3600 ədəd bluz olmaqla ümumi dəyəri 41775 manat olan malları, Azərbaycan Respublikası gömrük sərhədindən düzgün bəyan etməməklə xx.xx.2022-ci il tarixdə saat 8 radələrində 47D83510/47D83610 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunda olan SLVU4748233 nömrəli konteynerdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, gömrük əməkdaşlarının yük avtomobilinə boşaldılma yerində, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində xx.xx.2022 - xx.xx.2022-ci il tarixlərdə keçirilmiş baxış zaman ümumilikdə külli miqdarda, 320414 manat dəyərində olan həmin mallar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-1 və 233-1.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli, yəni qaçalmaqçılıq cinayətini törətmədiyini və belə bir niyyətinində olmadığını bildirərək göstərmişdir ki, 1998-2002-ci illərdə Türkiyə Respublikası Ege Universitetində tekstil mühəndisliyi ixtisasını, 2010-cu ildə Türkiyə Respublikası Yıldız Texnik Universitetinin biznesin idarəedilməsi ixtisasını bitirmiş, 2000-ci ildən etibarən Türkiyə Respublikasında əmək fəaliyyətinə başlamış, 2016-cı ildən etibarən Azərbaycan Respublikasına gəlmişdir. Hazırda ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır, əvvəllər Türkiyədə, Çində, Banqladeşdə, Pakistanda, Rusiyada, X4 tekstil mütəxəssisi olaraq fəaliyyət göstərmiş, 2016-cı ildən həyat yoldaşı Samirə Axundova "xxxx" MMC-ni təsis etmiş və sonradan isə həmin şirkətin baş direktoru və qanuni təmsilçisi təyin olunmuş, hazırda da həmin şirkətin baş direktoru olduğunu bildirmişdir. O, ifadəsində bildirmişdir ki, direktoru olduğu "xxxx" şirkəti ilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkəti arasında bağlanmış 5 iyun 2022-ci il tarixli müqaviləyə əsasən geyim əşyaları və çantalar idxal etmiş, idxal etdiyi yüklərlə bağlı təmsilçi şirkət tərəfindən Bakı Baş Gömrük İdarəsinə **********3195 nömrəli gömrük bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə təyin edilmiş gömrük ödənişləri ödənildikdən sonra yük buraxılışa verilmiş, yükün boşaldılması zamanı nümayəndə kimi Əflatun adlı şəxs iştirak etmiş, 21 sentyabr 2022-ci il tarixində yüklərin yoxlanılması zamanı bəyan edilməyən balıq torlarının, digər əlavə geyim əşyalarının aşkar edildiyi barədə məlumat əldə etmişdir. Malların dəyərini yol pulu ilə birlikdə ixracatçı şirkətə göndərmiş, sonra ixracatçı şirkətdən "xxxx" şirkətinə göndərilməli olan malların Bakı şəhərinə gətirilməsini təşkil etmək, yəni konteynerə yüklənərək daşınması üçün “Mayak Karqo” nəqliyyat şirkəti ilə daşınma müqaviləsi bağlamış, yol xərcini karqo şirkətinə ödəmişdir. O, ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində gömrük baxışı keçirilərkən yük yerindən gömrük bəyannaməsi ilə düzgün bəyan edilməmiş və invoysda qeyd edilməmiş mallar onun sifarişi olmamış, konteynerdə invoysda qeyd edilənlərdən əlavə mallar olduğunu bilməmiş, ixracatçı təşkilat malları səhvən göndərmişdir. O, ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin gömrük mütəxəssisi Şahid11 həmin CN-270/1 nömrəli, 07 avqust 2022-ci il tarixli invoys sənədini təqdim etmiş və təqdim etdiyi məlumatlara əsasən **********3195 saylı, 19 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsi təqdim edilmiş, əlavə olaraq gömrük bəyanaməsində göstərilən malların “m3” ölçülərini "xxxx" MMC-nin əməkdaşı Anar adlı şəxs ilə əlaqə saxlayaraq həmin ölçüləri ondan istəmiş, həmin məlumatları Çin Xalq Respublikasında yerləşən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən əldə etmiş və məlumatı Anar adlı şəxsə təqdim etmişdir. Rəhbəri olduğu "xxxx" MMC-yə idxal edilmiş **********3195 saylı, 19 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsində göstərilən mallara görə “YİWU JİACHENG TRADE CO LTD” şirkətinə 34856 ABŞ dollarını ÇXR-da fəaliyyət göstərən həmin müəssisəyə bank hesabı üzrə nağdsız qaydada ödəmişdir. O, ifadəsində qeyd etmişdir ki, rəhbəri olduğu şirkətin adına gələn konteynerdən aşkar edilmiş mallar səhvən həmin konteynerə yüklənmiş, həmin malları o sifariş verməmişdir. O öz ifadəsində daha sonra bildirmişdir ki, etdiyi səhlənkarlıq nəticəsində baş vermiş hadisə ilə əlaqədar peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, ailəli olmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu, arvadının heç bir yerdə işləmədiyini və ailədə yeganə qazanc gətirən şəxs olduğunu, bundan başqa yeganə qardaşının vəfat etdiyini, yaşlı və xəstə atasının da onun himayəsində olduğunu, iş üzrə müəyyən edilmiş 87735.61 manat məbləğində mülki iddianı tam olaraq ödədiyini və ona qarşı heç bir şikayət və tələbin olmadığını, eləcədə heç bir qanunusuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, kifayət qədər mülki vətəndaşları işlə təmin etdiyini, ona ağır cəza veriləcəyi təqdirdə sahibkarlıq fəaliyyətinin iflasa uğrayacağını və kifayət qədər insanların işsiz qalacağını bildirirək məhkəmədən ona cəza təyin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi X7 məhkəməyə yazılı vəsatət təqdim edərək mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən 87735.61 manat təşkil edən ziyanın Bakı Baş Gömrük İdarəsində olan avans hesaba ödənildiyini, lakin **********3195 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük rəsmiləşdirilməsinin cinayət işi məhkəmənin icraatında olduğu üçün aparılmadığını bildirmiş, yuxarıda göstərilənlərə əsasən iş üzrə şikayət və tələblərinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, "xxxx" MMC tərəfindən idxal edilmiş və **********3195 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlamasınının həyata keçirilməsi VAİS vasitəsilə ona həvalə edilmişdir. 21 sentyabr 2022ci il tarixində axşam radələrində sürücü tərəfindən idarə edilərək “İpək yolu” gömrük postunun buraxılış məntəqəsinə gətirilmiş 47D83510/47D83610 nömrə nişanlı yük nəqliyyat vasitəsinin yarımqoşqusunun üzərinə qoyulmuş SLVU ******* nömrəli konteynerdə olan yüklərə ilkin baxış keçirilməsi üçün həmin konteynerin qapılarında mövcud olan gömrük plomblarını çıxardıqdan sonra qapılar açılmış, ilkin vizual baxış zamanı bağlamalardan bir neçəsini açaraq orada geyim əşyalarının olduğunu müəyyən etmiş və bundan sonra konteyneri plombladıqdan sonra boşaldılma məntəqəsində gömrük yoxlamasının keçirilməsi qərara alınmışdır. O, ifadəsində bildirmişdir ki, baxış gömrük əməkdaşları, sürücü İran İslam Respublikası vətəndaşı X2 Aghamoghlan, tərcüməçi X17, X5 və hal şahidlərinin iştirakı ilə 21 sentyabr 2022-22 sentyabr 2022-ci il tarixlərdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində keçirilmişdir. Baxış zamanı, 47D83510/47D83610 nömrə nişanlı avtomobilinin yarımqoşqusuna qoyulmuş SLVU ******* nömrəli konteynerə qoyulmuş “AR DGK 056” nömrəli plombun tamlığı pozulmamış, plombun gömrük əməkdaşı tərəfindən çıxarılmış və yarımqoşqudan bağlamalar boşaldılaraq seçmə üsulu ilə bağlamalara gömrük baxışı aparılmışdır. Bununla yanaşı, o, ifadəsində qeyd etmişdir ki, ümumi yer sayı bəyannamədə 104 ədəd qeyd olunsa da, faktiki olaraq, yarımqoşqudan 121 sayda bağlama boşaldılmış, bağlamalar nəqliyyat vasitəsindən boşaldılarkən əksər hissəsi nəzarət altında “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarına yığılmış, konteynerdən bütün yüklər boşaldılarkən çuvallardakı malların nədən ibarət olmasını müəyyən etmək məqsədi ilə kənarı kəsildikdə ən sondakı 15 bağlamanın press çuvalın içərisindəki malların balıq torları olması və bəyannamədə qeyd edilmədiyi aşkar edilmiş, kənarı kəsilən çuvaldakı balıq torunun ilgəyinin uzunluğu adi xətkeşlə ölçüldükdə 120 mm-dən az olması və sintetik materialdan hazırlanması müşahidə edilmişdir. Buna görə də malların mülki dövriyyədən çıxarılmış əşyalara aid olmasına əsaslı şübhə yaranmış, 15 bağlama konteynerdə saxlanılaraq, digər 106 bağlama isə qeyd edilən anbarlarda saxlanılmış, anbardakı mallara gecə vaxtı olduğu üçün, hava şəraiti ilə əlaqədar olaraq ətraflı baxış aparıla bilmədiyini, sadəcə bəzi bağlamalara gömrük baxışı nəticəsində bəyannamədəki mallar ilə uyğunsuz olduğunu və malların bəyannamənin bəndləri üzrə həcminin düzgün göstərilmədiyi aşkar edilmişdir. Buna görə də anbarlara AA 758368 və AA914751 nömrəli stiker vurulmuş, qapısı kilidlənərək gömrük nəzarətinin davam etdirilməsi ilə əlaqədar gömrük təminatına alınmış, konteynerdə 15 çuval balıq torları açıldıqda içərisində ümumi 90 bağlamada müxtəlif ölçülü torların olması müəyyən edildiyindən konteynerin qapısı bağlanılaraq AA 914757 nömrəli stiker vurulmuş, müşayiət altında 47D83510/47D83610 nömrə nişanlı avtomobil “İpək Yolu” gömrük postuna gətirilmiş və burada gömrük nəzarəti altında saxlanılmış, gömrük yoxlaması gecə vaxtı olduğundan və yüklərin həcminə görə növbəti günə təxirə salınmışdır. Bu barədə iştirakçılara məlumat verilməklə növbəti günün səhər saatlarında “Karvan” ticarət mərkəzinə yoxlamanın davam etdirilməsindən ötrü gəlmək barədə xəbərdarlıq edilmiş, bununla da yoxlama 22 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saat 03:00-da başa çatmış, müvafiq protokol tərtib edilərək tərəflər həmin protokolu imzalamışlar. Şahid1 ifadəsində bildirmişdir ki, 22 sentyabr 2022-ci ildə gündüz vaxtı yenidən baxış keçirilmiş, baxış zamanı SLVU ******* nömrəli konteynerə qoyulmuş Dövlət Gömrük Komitəsinə məxsus AA 914757 nömrəli stikerin tamlığının pozulmadığı müəyyən edilmiş və həmin təminat vasitəsi çıxarıldıqdan sonra üzərində “M456” sözləri yazılmış 15 ədəd sayda ağ rəngli çuvalların hər birində 6 ədəd olmaqla, ümumilikdə 90 ədəd sayda sarı rəngli kisələrdə yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının olduğu aşkar edilmiş, kisələrin üzərində torların dərinliyi, eni, çəkisi, sayı kimi məlumatları əks etdirən göstəricilər qara rəngli hərflərlə qeyd edilmiş, eyni zamanda X12 İdarəsinin ekspertlərinin də iştirakı ilə konteynerdən boşaldılaraq içərisində olan yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının hər kisədə müxtəlif ölçülərdə və sayda olması müəyyənləşdirilmiş, hər bir kisə şərti olaraq işarələnərək içərisində olan balıq torları sayıldıqda, ümumi sayının 3041 ədəd olduğu müəyyən edilərək bununla bağlı cədvəl tərtib edilmişdir. Müvafiq protokol tərtib edilərək tərəflər həmin protokolu imzalamışlar. Əlavə olaraq Şahid1 ifadəsində bildirmişdir ki, malların çoxluğu ilə əlaqədar müəyyən fasilədən sonra 22 dekabr 2022-ci il tarixdə yenidən hal şahidləri və gömrük əməkdaşının iştirakı ilə baxış keçirilmiş, əvvəlcə 15 ədəd çuvalda balıq torlarına və X8 İdarəsinin əməkdaşlarının da iştirakı ilə baxış keçirilərək ölçülərinə görə ayrılmış, daha sonra “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarında saxlanılan qalan 106 ədəd çuvalın içərisində olan yüklərin yoxlanılmasına başlanılmış, yoxlama zamanı **********3195 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində “tekstil materiallardan şərflər, incə örtüklər və analoji məmulatlar (şərf)” yükünün sayı 9836 ədəd bəyan edilsə də, faktiki olaraq 38 940 ədəd şərf, 7710 ədəd uşaq papağı və şərf dəsti, 7760 ədəd dəsmal, 400 ədəd örtük, 6116 ədəd şaldan ibarət olmaqla, 18 m3 həcmdə olmaqla ümumilikdə 60926 ədəd sayda olması, bəyannamənin 2-ci mal mövqeyində “asma çanta” yükünün sayı 19 862 ədəd bəyan edilsə də, faktiki olaraq 950 ədəd olması, bəyannamənin 3-cü mal mövqeyində “qadınlar və ya qızlar üçün tekstil materiallardan trikotaj bluzlar, köynəklər və gen bluzlar” yükünün sayı 9340 ədəd bəyan edilsə də, faktiki olaraq 3600 ədəd bluz, 14 095 köynəkdən ibarət olmaqla, 36,5 m3 həcmdə olmaqla 17695 ədəd sayda olması, bəyannamənin 4-cü mal mövqeyində “tekstil materiallardan corablar” yükünün sayı 96 800 cüt bəyan edilsə də, faktiki olaraq 2 m3 həcmdə olmaqla 14 800 cüt sayda olması, bundan başqa, bəyannamədə qeyd edilməmiş 4545 ədəd “Dng Dunnage” markalı kişi alt paltarı, 1267 ədəd “Sports” markalı qolsuz gödəkçə, 1650 ədəd “Hong Yuan” markalı şalvar, 9343 ədəd büsqalter, 1793 ədəd “Apoh” markalı uşaq idman şalvarı, 1185 ədəd “İnterman” markalı gödəkçə,2380 ədəd araxçın (kişi baş geyimi) və konteynerdən ilkin yoxlama zamanı aşkar edilmiş,15 çuvaldan başqa, 2 çuvalda 471 ədəd balıq toru aşkar edilmiş, birinci yoxlama zamanı 15 bağlamadan 3041 ədəd balıq toru aşkar edilmiş, ikinci yoxlama zamanı isə 471 ədəd balıq toru olmaqla, ümumilikdə 3512 ədəd balıq toru aşkar edilmiş, sonda protokol tərtib edilərək tərəflər imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xidmət etdiyi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Çin Xalq Respublikasından SLVU4748233 nömrəli konteynerdə mülki dövriyyədən çıxarılmış əşyaların Azərbaycan Respublikasına gətirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında özünün də iştirakı ilə Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində 19 sentyabr 2022-ci il tarixli **********3195 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların yoxlanılması zamanı daşındığı 47D83510/47D83610 nömrə nişanlı yük avtomobilinin yarımqoşqusuna yüklənilmiş SLVU ******* nömrəli konteynerdə gömrük təminatı altında saxlanılan mallara baxış keçirilmişdir. Baxış gömrük əməkdaşları, sürücü İran İslam Respublikası vətəndaşı X2 Aghamoghlan, tərcüməçi X17, X5 və hal şahidlərinin iştirakı ilə 21 sentyabr 2022-22 sentyabr 2022-ci il tarixlər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 47D83510/47D83610 nömrə nişanlı avtomobilinin yarımqoşqusuna qoyulmuş SLVU ******* nömrəli konteynerə qoyulmuş “AR DGK 056” nömrəli plombun tamlığı pozulmamış, plomb gömrük əməkdaşı tərəfindən çıxarılaraq yarımqoşqudan bağlamalar boşaldılaraq seçmə üsulu ilə bağlamalara gömrük baxışı aparılmış, ümumi yer sayı bəyannamədə 104 ədəd qeyd olunsa da, faktiki olaraq, yarımqoşqudan 121 sayda bağlama boşaldılmış, bağlamalar nəqliyyat vasitəsindən boşaldılarkən əksər hissəsi nəzarət altında “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarına yığılmışdır. Konteynerdən bütün yüklər boşaldılarkən çuvallardakı malların nədən ibarət olmasını müəyyən etmək məqsədi ilə kənarı kəsildikdə ən sondakı 15 bağlamanın press çuvalın içərisindəki malların balıq torları olması və bəyannamədə qeyd edilmədiyi aşkar edilmişdir. Kənarı kəsilən çuvaldakı balıq torunun ilgəyinin uzunluğu adi xətkeşlə ölçüldükdə 120 mm-dən az olması və sintetik materialdan hazırlanması müşahidə edilmiş, buna görə də malların mülki dövriyyədən çıxarılmış əşyalara aid olmasına əsaslı şübhə yaranmış, 15 bağlama konteynerdə saxlanılmış, digər 106 bağlama isə qeyd edilən anbarlarda qorunmuş, anbardakı mallara gecə vaxtı olduğu üçün, hava şəraiti ilə əlaqədar olaraq ətraflı baxış aparılmamış, sadəcə bəzi bağlamalara gömrük baxışı nəticəsində bəyannamədəki mallar ilə uyğunsuz olması və malların bəyannamənin bəndləri üzrə həcminin düzgün göstərilmədiyi aşkar edilmişdir. Buna görə də anbarlara AA 758368 və AA914751 nömrəli stiker vurulmuş, qapısı kilidlənərək gömrük nəzarətinin davam etdirilməsi ilə əlaqədar gömrük təminatına alınmışdır. O, ifadəsində bildirmişdir ki, konteynerdə 15 çuval balıq torları açıldıqda içərisində ümumi 90 bağlamada müxtəlif ölçülü torların olması müəyyən edildiyindən konteynerin qapısı bağlanılaraq AA 914757 nömrəli stiker vurulmuş, müşayiət altında 47D83510/47D83610 nömrə nişanlı avtomobil “İpək Yolu” gömrük postuna gətirilmiş və burada gömrük nəzarəti altında saxlanılmış, gömrük yoxlaması gecə vaxtı olduğundan və yüklərin həcminə görə növbəti günə təxirə salınaraq bu barədə iştirakçılara məlumat verilməklə növbəti gün səhər saatlarında “Karvan” ticarət mərkəzinə yoxlamanın davam etdirilməsindən ötrü gəlmək barədə xəbərdarlıq edilmiş, bununla da, yoxlama 22 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saat 03:00-da başa çatmış, müvafiq protokol tərtib edilərək tərəflər həmin protokola imza etmişlər, 22 sentyabr 2022-ci ildə gündüz vaxtı yenidən baxış keçirilmişdir. Baxış zamanı SLVU ******* nömrəli konteynerə qoyulmuş Dövlət Gömrük Komitəsinə məxsus AA 914757 nömrəli stikerin tamlığının pozulmadığı müəyyən edilmiş və həmin təminat vasitəsi çıxarıldıqdan sonra üzərində “M456” sözləri yazılmış 15 ədəd sayda ağ rəngli çuvalların hər birində 6 ədəd olmaqla, ümumilikdə 90 ədəd sayda sarı rəngli kisələrdə yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının olduğu aşkar edilmiş, kisələrin üzərində torların dərinliyi, eni, çəkisi, sayı kimi məlumatları əks etdirən göstəricilər qara rəngli hərflərlə qeyd edilmişdir. Eyni zamanda X12 İdarəsinin ekspertlərinin də iştirakı ilə konteynerdən boşaldılaraq içərisində olan yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının hər kisədə müxtəlif ölçülərdə və sayda olması müəyyənləşdirilmiş, hər bir kisə şərti olaraq işarələnərək içərisində olan balıq torları sayıldıqda, ümumi sayının 3041 ədəd olduğu müəyyən edilərək bununla bağlı cədvəl tərib edilmiş, müvafiq protokol tərtib edilərək tərəflər həmin protokolu imzalamışlar. Şahid2 ifadəsində bildirmişdir ki, baxış başa çatdıqdan sonra aşkar edilmiş 3041 ədəd balıq toru, onların qablaşdırıldığı kisə və çuvallar ilə birlikdə götürülmüş, qablaşdırılmaqla “İpək Yolu” gömrük postunun 7-ci anbarının 100 nömrəli anbar otağında təminat altında məsul saxlanışa verilmişdir. Şəxsdə olan məlumata əsasən daha sonra baxış zamanı gömrük orqanına düzgün bəyan edilməyən və ya ümumiyyətlə bəyan edilməyən bəzi mallarla yanaşı, birinci yoxlama zamanı 15 bağlamadan 3041 ədəd balıq torundan əlavə, ikinci yoxlama zamanı isə 471 ədəd balıq toru olmaqla, ümimilikdə 3512 ədəd balıq toru aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3ov oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Çin Xalq Respublikasından SLVU4748233 nömrəli konteynerdə mülki dövriyyədən çıxarılmış əşyaların Azərbaycan Respublikasına gətirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində 19 sentyabr 2022-ci il tarixli **********3195 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların yoxlanılması zamanı daşındığı 47D83510/47D83610 nömrə nişanlı yük avtomobilinin yarımqoşqusuna yüklənilmiş SLVU ******* nömrəli konteynerdə gömrük təminatı altında saxlanılan mallara baxış keçirilmişdir. Baxış gömrük əməkdaşları, sürücü İran İslam Respublikası vətəndaşı X2 Aghamoghlan, tərcüməçi X17, X5 və hal şahidlərinin iştirakı ilə 21 sentyabr 2022- 22 sentyabr 2022-ci il tarixlərdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində keçirilmişdir. Baxış zamanı 47D83510/47D83610 nömrə nişanlı avtomobilinin yarımqoşqusuna qoyulmuş SLVU ******* nömrəli konteynerə qoyulmuş “AR DGK 056” nömrəli plombun tamlığı pozulmamış, plomb gömrük əməkdaşı tərəfindən çıxarılaraq yarımqoşqudan bağlamalar boşaldılaraq seçmə üsulu ilə bağlamalara gömrük baxışı aparılmış, ümumi yer sayı bəyannamədə 104 ədəd qeyd olunsa da, faktiki olaraq, yarımqoşqudan 121 sayda bağlama boşaldılmış, bağlamalar nəqliyyat vasitəsindən boşaldılarkən əksər hissəsi nəzarət altında “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarına yığılmışdır. Konteynerdən bütün yüklər boşaldılarkən çuvallardakı malların nədən ibarət olmasını müəyyən etmək məqsədi ilə kənarı kəsildikdə ən sondakı 15 bağlamanın press çuvalın içərisindəki malların balıq torları olması və bəyannamədə qeyd edilmədiyi aşkar edilmiş, kənarı kəsilən çuvaldakı balıq torunun ilgəyinin uzunluğu adi xətkeşlə ölçüldükdə 120 mm-dən az olması və sintetik materialdan hazırlanması müşahidə edilmişdir. Buna görə də malların mülki dövriyyədən çıxarılmış əşyalara aid olmasına əsaslı şübhə yaranmışdır. 15 bağlama konteynerdə saxlanılaraq, digər 106 bağlama isə qeyd edilən anbarlarda qorunmuş, anbardakı mallara gecə vaxtı olduğu üçün, hava şəraiti ilə əlaqədar olaraq ətraflı baxış aparıla bilmədiyini sadəcə bəzi bağlamalara gömrük baxışı nəticəsində bəyannamədəki mallar ilə uyğunsuz olması və malların bəyannamənin bəndləri üzrə həcminin düzgün göstərilmədiyi aşkar edilmişdir. Buna görə də anbarlara AA 758368 və AA914751 nömrəli stiker vurulmuş, qapısı kilitlənərək gömrük nəzarətinin davam etdirilməsi ilə əlaqədar gömrük təminatına alınmışdır. Konteynerdə 15 çuval balıq torları açıldıqda içərisində ümumi 90 bağlamada müxtəlif ölçülü torların olması müəyyən edildiyindən konteynerin qapısı bağlanılaraq AA 914757 nömrəli stiker vurulmuş, müşayiət altında 47D83510/47D83610 nömrə nişanlı avtomobil “İpək Yolu” gömrük postuna gətirilmiş və burada gömrük nəzarəti altında saxlanılmışdır. O, ifadəsində bildirmişdir ki, gömrük yoxlaması gecə vaxtı olduğundan və yüklərin həcminə görə növbəti günə təxirə salınmış, bu barədə iştirakçılara məlumat verilməklə növbəti gün səhər saatlarında “Karvan” ticarət mərkəzinə yoxlamanın davam etdirilməsindən ötrü gəlmək barədə xəbərdarlıq edilmiş, bununla da yoxlama 22 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saat 03:00-da başa çatmış, müvafiq protokol tərtib edilərək tərəflər həmin protokola imza atdıqlarını bildirmişdir. 22 sentyabr 2022-ci ildə gündüz vaxtı yenidən baxış keçirilmiş, baxışın sonrakı mərhələsində özü və şöbənin digər əməkdaşı Ülvi Tarquliyev iştirak etməmiş, şöbənin digər əməkdaşının iştirakı ilə baxışın davam etdirildiyini bildirmişdir. Bununla yanaşı, o ifadəsində bildirmişdir ki, baxış zamanı SLVU ******* nömrəli konteynerə qoyulmuş Dövlət Gömrük Komitəsinə məxsus AA 914757 nömrəli stikerin tamlığının pozulmadığı müəyyən edilmiş və həmin təminat vasitəsi çıxarıldıqdan sonra üzərində “M456” sözləri yazılmış 15 ədəd sayda ağ rəngli çuvalların hər birində 6 ədəd olmaqla, ümumilikdə 90 ədəd sayda sarı rəngli kisələrdə yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının olduğu aşkar edilmiş, kisələrin üzərində torların dərinliyi, eni, çəkisi, sayı kimi məlumatları əks etdirən göstəricilər qara rəngli hərflərlə qeyd edilmiş, eyni zamanda X12 İdarəsinin ekspertlərinin də iştirakı ilə konteynerdən boşaldılaraq içərisində olan yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının hər kisədə müxtəlif ölçülərdə və sayda olması müəyyənləşdirilmiş, hər bir kisə şərti olaraq işarələnərək içərisində olan balıq torları sayıldıqda, ümumi sayının 3041 ədəd olduğu müəyyən edilərək bununla bağlı cədvəl tərtib edilmişdir. Müvafiq protokol tərtib edilərək tərəflər həmin protokolu imzalamışlar. Şahid3 ifadəsində bildirmişdir ki, baxış başa çatdıqdan sonra aşkar edilmiş 3041 ədəd balıq toru, onların qablaşdırıldığı kisə və çuvallar ilə birlikdə götürülmüş, qablaşdırılmaqla “İpək Yolu” gömrük postunun 7-ci anbarının 100 nömrəli anbar otağında təminat altında məsul saxlanışa verilmiş, daha sonra baxış zamanı bəzi gömrük orqanına düzgün bəyan edilməyən və ya ümumiyyətlə bəyan edilməyən mallarla yanaşı, birinci yoxlama zamanı 15 bağlamadan 3041 ədəd balıq torundan əlavə, ikinci yoxlama zamanı isə 471 ədəd balıq toru olmaqla, ümumilikdə 3512 ədəd balıq toru aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xidmət etdiyi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Çin Xalq Respublikasından SLVU4748233 nömrəli konteynerdə mülki dövriyyədən çıxarılmış əşyaların Azərbaycan Respublikasına gətirilməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində 19 sentyabr 2022-ci il tarixli **********3195 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların yoxlanılması zamanı daşındığı 47D83510/47D83610 nömrə nişanlı yük avtomobilinin yarımqoşqusuna yüklənilmiş SLVU ******* nömrəli konteynerdə gömrük təminatı altında saxlanılan mallara baxış keçirilmişdir. Onda olan məlumata əsasən ilkin baxış gömrük əməkdaşları, sürücü İran İslam Respublikası vətəndaşı X2 Aghamoghlan, tərcüməçi X17, X5 və hal şahidlərinin iştirakı ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində keçirilmişdir. Baxış zamanı 47D83510/47D83610 nömrə nişanlı avtomobilinin yarımqoşqusuna qoyulmuş SLVU ******* nömrəli konteynerə qoyulmuş “AR DGK 056” nömrəli plombun tamlığı pozulmadığı müəyyən edilmiş, plomb gömrük əməkdaşı tərəfindən çıxarılmış və yarımqoşqudan bağlamalar boşaldılaraq seçmə üsulu ilə bağlamalara gömrük baxışı aparılmışdır. Ümumi yer sayı bəyannamədə 104 ədəd qeyd olunsa da, faktiki olaraq, yarımqoşqudan 121 sayda bağlama boşaldılmış, bağlamalar nəqliyyat vasitəsindən boşaldılarkən əksər hissəsi nəzarət altında “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarına yığılmışdır. Konteynerdən bütün yüklər boşaldılarkən çuvallardakı malların nədən ibarət olmasını müəyyən etmək məqsədi ilə kənarı kəsildikdə ən sondakı 15 bağlamanın press çuvalın içərisindəki malların balıq torları olması və bəyannamədə qeyd edilmədiyi aşkar edilmişdir. Kənarı kəsilən çuvaldakı balıq torunun ilgəyinin uzunluğu adi xətkeşlə ölçüldükdə 120 mm-dən az olması və sintetik materialdan hazırlanması müşahidə edilmiş, buna görə də malların mülki dövriyyədən çıxarılmış əşyalara aid olmasına əsaslı şübhə yaranmışdır. O, ifadəsində bildirmişdir ki, 15 bağlama konteynerdə saxlanılmış, digər 106 bağlama isə qeyd edilən anbarlarda saxlanılmış, anbardakı mallara gecə vaxtı olduğu üçün, hava şəraiti ilə əlaqədar olaraq ətraflı baxış aparılmamış, sadəcə bəzi bağlamalara gömrük baxışı nəticəsində bəyannamədəki mallar ilə uyğunsuz olması və malların bəyannamənin bəndləri üzrə həcminin düzgün göstərilmədiyi aşkar edilmişdir. Buna görə də anbarlara AA 758368 və AA914751 nömrəli stiker vurulmuş, qapısı kilidlənərək gömrük nəzarətinin davam etdirilməsi ilə əlaqədar gömrük təminatına alınmış, konteynerdə 15 çuval balıq torları açıldıqda içərisində ümumi 90 bağlamada müxtəlif ölçülü torların olması müəyyən edildiyindən konteynerin qapısı bağlanılaraq AA 914757 nömrəli stiker vurulmuşdur. Müşayiət altında 47D83510/47D83610 nömrə nişanlı avtomobil “İpək Yolu” gömrük postuna gətirilmiş və burada gömrük nəzarəti altında saxlanılmış, gömrük yoxlaması gecə vaxtı olduğundan və yüklərin həcminə görə növbəti günə təxirə salınmış, bu barədə iştirakçılara məlumat verilməklə növbəti gün səhər saatlarında “Karvan” ticarət mərkəzinə yoxlamanın davam etdirilməsindən ötrü gəlmək barədə xəbərdarlıq edilmişdir. Bununla da yoxlama 22 sentyabr 2022-ci il tarixdə gecə vaxtı saat 03:00-da başa çatmış, müvafiq protokol tərtib edilərək tərəflər həmin protokolu imzalamışlar. Bundan əlavə, o, ifadəsində bildirmişdir ki, 22 sentyabr 2022-ci ildə gündüz vaxtı mallara yenidən baxış keçirilmiş, baxış zamanı SLVU ******* nömrəli konteynerə qoyulmuş Dövlət Gömrük Komitəsinə məxsus AA 914757 nömrəli stikerin tamlığının pozulmadığı müəyyən edilmiş və həmin təminat vasitəsi çıxarıldıqdan sonra üzərində “M456” sözləri yazılmış 15 ədəd sayda ağ rəngli çuvalların hər birində 6 ədəd olmaqla, ümumilikdə 90 ədəd sayda sarı rəngli kisələrdə yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının olduğu aşkar edilmiş, kisələrin üzərində torların dərinliyi, eni, çəkisi, sayı kimi məlumatları əks etdirən göstəricilər qara rəngli hərflərlə qeyd edilmişdir. Eyni zamanda X12 İdarəsinin ekspertlərinin də iştirakı ilə konteynerdən boşaldılaraq içərisində olan yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının hər kisədə müxtəlif ölçülərdə və sayda olması müəyyənləşdirilmiş, hər bir kisə şərti olaraq işarələnərək içərisində olan balıq torları sayıldıqda, ümumi sayının 3041 ədəd olduğu müəyyən edilərək bununla bağlı cədvəl tərtib edilmişdir. Müvafiq protokol tərtib edilərək tərəflər həmin protokolu imzalamışlar. Şahid4 ifadəsində bildirmişdir ki, malların çoxluğu ilə əlaqədar müəyyən fasilədən sonra 22 dekabr 2022-ci il tarixdə yenidən hal şahidləri və gömrük əməkdaşının iştirakı ilə baxış keçirilmiş, əvvəlcə 15 ədəd çuvalda balıq torlarına və X8 İdarəsinin əməkdaşlarının da iştirakı ilə baxış keçirilərək ölçülərinə görə çeşidlənmiş, daha sonra şəxs tərəfindən “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarında saxlanılan qalan 106 ədəd çuvalın içərisində olan yüklər yoxlanılmışdır.Yoxlama zamanı **********3195 sorğu nömrəli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində “tekstil materiallardan şərflər, incə örtüklər və analoji məmulatlar (şərf)” yükünün sayı 9836 ədəd bəyan edilsə də, faktiki olaraq 38 940 ədəd şərf, 7710 ədəd uşaq papağı və şərf dəsti, 7760 ədəd dəsmal, 400 ədəd örtük, 6116 ədəd şaldan ibarət olmaqla, 18 m3 həcmdə olmaqla ümumilikdə 60926 ədəd sayda olması, bəyannamənin 2-ci mal mövqeyində “asma çanta” yükünün sayı 19 862 ədəd bəyan edilsə də, faktiki olaraq 950 ədəd olması, bəyannamənin 3-cü mal mövqeyində “qadınlar və ya qızlar üçün tekstil materiallardan trikotaj bluzlar, köynəklər və gen bluzlar” yükünün sayı 9340 ədəd bəyan edilsə də, faktiki olaraq 3600 ədəd bluz, 14 095 köynəkdən ibarət olmaqla, 36,5 m3 həcmdə olmaqla 17695 ədəd sayda olması, bəyannamənin 4-cü mal mövqeyində “tekstil materiallardan corablar” yükünün sayı 96 800 cüt bəyan edilsə də, faktiki olaraq 2 m3 həcmdə olmaqla 14 800 cüt sayda olması, bundan başqa, bəyannamədə qeyd edilməmiş “Dng Dunnage” markalı kişi alt paltarı, “Sports” markalı qolsuz gödəkçə, “Hong Yuan” markalı şalvar, “Apoh” markalı uşaq idman şalvarı, “İnterman” markalı gödəkçə, araxçın (kişi baş geyimi) və konteynerdən ilkin yoxlama zamanı aşkar edilmiş 15 çuvaldan başqa, 2 çuvalda 471 ədəd balıq toru aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Əməliyyat-İstintaq Baş İdarəsinin 28 sentyabr 2022-ci il tarixli, 1000-154/1xx-xx/017318 nömrəli məktubu ilə daxil olmuş material üzrə yüklərin tərkibi, diametri, dəliklərin konstruktiv ölçüləri və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına aid olub-olmadığının müəyyən edilməsi ekspert kimi DGK-nın X8 İdarəsi tərəfindən ona həvalə edilmiş, ekspertiza tədqiqatına müvafiq rəqəmlərlə nömrələnmiş 102 bağlamada 3512 ədəd balıq toru təqdim edilərək ekspertiza tədqiqatı 22 sentyabr 2022-10 oktyabr 2022-ci il tarixlərdə DGK-nın X8 İdarəsində həyata keçirilmiş və həmin torların hər birinə müvafiq texnikadan, İQ-spektrometriyadan istifadə etməklə baxış keçirilmişdir. Həmin torların “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı daxil olub-olmaması yoxlanılmış, həmin Qanunun 19-cu bəndinə diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı daxil olduğu qeyd edilmiş, ekspertiza tədqiqatına təqdim edilmiş 102 bağlamada 3512 ədəd balıq torunun 2999 ədəd olan hissəsinin diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli olduğuna görə həmin balıq torları “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)” əşyaların siyahısına daxil olduğu, 513 ədəd balıq torunun isə mülki dövriyyəyə buraxılmasına yol verildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində olarkən gömrük əməkdaşının ona və yanında olan Şahid8 yaxınlaşaraq Çin Xalq Respublikasından gələn konteynerdə olan mallara baxış keçiriləcəyini, həmin vaxtı hal şahidi qismində iştirak etməyi ondan xahiş etmişdir. O və Şahid8 hal şahidi qismində iştirak etməyə razılıq vermiş, nəqliyyat vasitəsinin üzərində olan konteynerdəki mallara 2 dəfə baxış keçirilərək protokol tərtib edilmiş və tərəflər həmin protokolları imzalamış, 21 sentyabr 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərdə keçirilmiş yoxlama zamanı 47D83510/47D83610 nömrə nişanlı avtomobilinin yarımqoşqusuna qoyulmuş SLVU ******* nömrəli konteynerdə olan ümumi yer sayı bəyannamədə 104 ədəd bağlamada olması qeyd olunan malların faktiki olaraq 121 bağlamada olması gömrük əməkdaşı tərəfindən müəyyən edilmişdir. O, ifadəsində bildirmişdir ki, bağlamalar boşaldıldıqdan sonra əksəriyyət hissəsi “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarına yığılmış, konteynerdən bütün yüklər boşaldılarkən çuvallardakı malların nədən ibarət olmasını müəyyən etmək məqsədi ilə gömrük əməkdaşı tərəfindən kənarı kəsildikdə ən sondakı 15 bağlamanın içərisində balıq torlarının olması aşkar edilmiş, kənarı kəsilən çuvaldakı balıq torunun ilgəyinin uzunluğunu xətkeşlə ölçdükdə uzunluğunun 120 mm-dən az olması müşahidə edilmiş, bundan sonra 15 bağlama konteynerdə, digər 106 bağlama isə qeyd edilən anbarlarda saxlanılmış, anbara boşaldılmış bəzi mallara keçirilmiş gömrük baxışı nəticəsində bəyannamədəki mallar ilə uyğunsuz olması və malların bəyannamənin bəndləri üzrə həcminin düzgün göstərilmədiyi aşkar edilmişdir. Buna görə də anbarların qapısı kilitlənərək gömrük nəzarətinin davam etdirilməsi ilə əlaqədar gömrük təminatına alınmış, konteynerdə 15 çuval balıq toru açıldıqda içərisində ümumi 90 ədəd bağlamada müxtəlif ölçülü torların olması müəyyən edildiyi üçün konteynerin qapısı bağlanılaraq gömrük təminatına götürülmüş və həmin avtomobilin “İpək Yolu” gömrük postuna aparılmasını sürücüyə bildirilmişdir. Bundan sonra “Karvan” ticarət mərkəzinin iki müxtəlif anbarında saxlancda olan mallar yoxlanıldıqda geyim, dəsmal və çantaların gömrük orqanına düzgün şəkildə bəyan edilmədiyi müəyyən edilmiş, eyni zamanda bəyannamədə qeyd edilməyən kişi üçün alt paltarı, qolsuz gödəkçə, şalvar, büsqalter, uşaq idman şalvarı, digər gödəkçə, araxçın aşkar edilmiş və konteynerdən ilkin yoxlama zamanı aşkar edilmiş 15 çuvaldan başqa əlavə 2 çuvalda olan 12 ədəd bağlamada müxtəlif ölçülü balıq torları aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid7 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasını, 2016-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxaq münasibətlər və diplomatiya ixtisasını bitirmiş, 2019-cu ilin may ayından etibarən "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində işləmiş, 06 avqust 2019-cu il tarixdə DGKtərəfindən ona 0019 nömrəli ixtisas attestatı verilmiş və həmin ixtisas attestatı ilə gömrük orqanına bəyannamə təqdim etmək səlahiyyəti əldə etmişdir. O, ifadəsində bildirmişdir ki, "xxxx" MMC tərəfindən 47D83510/47D83610 nömrə nişanlı yük nəqliyyat vasitəsinin qoşqusunun üzərinə qoyulmuş SLVU4748233 nömrəli konteynerdə idxal edilmiş malların bəyan edilməsi ilə bağlı olaraq "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında Təqsirləndirilən şəxs müraciət etmişdir. Gömrük rəsmiləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs idxal etdiyi mallara aid ona CMR, invoys, müqavilə təqdim etmiş və **********3195 sorğu nömrəli gömrük bəyannaməsini invoys, CMR və müqavilə sənədləri əsasında tərtib etmişdir. Ölçülər əvvəlcədən təqdim edilmədiyinə görə bəyannaməni əvvəlcə tərtib edərkən malların “m3” ölçüsünü qeyd etməmişdir. **********3195 nömrəli gömrük bəyannaməsi gömrük əməkdaşı tərəfindən geri qaytarılmış, bununla bağlı ilk olaraq Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq bəyannamənin geri qaytarıldığını bildirmiş, daha sonra karqo şirkətinin əməkdaşı Anar adlı şəxslə əlaqə saxlayaraq bəyannamənin geri qaytarıldığını bildirmiş və malların “m3” ölçülərinin təqdim edilməsini xahiş etmişdir. Növbəti gün Anar adlı şəxs də malların “m3” ölçülərini təqdim etmişdir. Anar daha sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq ondan məlumatları alaraq növbəti gün ona təqdim etmiş, Anarın “Mayak Karqo” adı ilə deyilən şirkətin işçisi olduğunu və onunla Anara məxsus olan ********** mobil telefonu ilə əlaqə saxladığını bildirmişdir. Əlavə olaraq, o, ifadəsində bildirmişdir ki, 47D83510/47D83610 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunda olan SLVU4748233 nömrəli konteynerdə olan gömrük bəyannaməsi ilə düzgün bəyan edilməmiş və invoysda qeyd edilməmiş 299075 manat dəyərində və gömrük orqanına bəyan edilməmiş 99139 manat dəyərində “tekstil materialları, geyim əşyaları” və 14048 manat dəyərində “balıq torları”ndan məlumatı olmamış, "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs verdiyi invoys, CMR və müqavilə sənədləri əsasında **********3195 saylı, 19 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsini gömrük orqanına bəyan etmişdir. Həmin bəyannamə gömrük orqanına geri qaytarıldıqda isə ilk olaraq Təqsirləndirilən şəxs məlumatlandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2006-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində gömrük işinin təşkili ixtisası üzrə ali təhsil almış, 2012-ci ildən etibarən yüklərin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə məşğul olmuş, 2019-cu ildən etibarən "xxxx" MMC-də gömrük mütəxəssisi vəzifəsində işləmiş, "xxxx" MMC “Mayakkarqo” adıyla sahibkarlara və fiziki şəxslərə yüklərin daşınması və rəsmiləşdirilməsi xidmətini göstərmişdir. O, ifadəsində bildirmişdir ki, gömrük mütəxəssisi kimi əsas vəzifəsi müxtəlif şirkətlərə gömrük rəsmiləşdirilməsi işləri bağlı xidmətlərin göstərilməsindən ibarət olmuş, təqribən 2022-ci ilin sentyabr ayında bəyannaməçi Şahid11 ondan "xxxx" MMC tərəfindən rəsmiləşdirilmiş yüklərin hər birinin ayrı-ayrılıqda “m3” ölçüsü barədə məlumatları istəmişdir və bəyannamənin gömrük orqanı tərəfindən geri qaytarıldığını qeyd etmişdir. Ondan bu xüsusatı gömrük orqanından dəqiqləşdirilməsini xahiş etmiş, nəticədə Bakı Baş Gömrük İdarəsinə gedərək bəyannaməni geri qaytaran gömrük əməkdaşı Əli Cəfərovla bəyannamənin geri qaytarılma səbəbini soruşmuş, gömrük əməkdaşı ona bəyan edilmiş malların “m3” ölçülərini bəyannamədə göstərilmədiyini bildirmişdir. O, ifadəsində qeyd etmişdir ki, "xxxx" MMC-nin direktoru Elşən adlı şəxsə zəng edərək malların “m3” ölçülərini bəyannaməçiyə təqdim etməli olduğunu bildirmiş, Elşən növbəti gün həmin malların “m3” ölçülərini özündə əks etdirən məlumatları ona təqdim etmiş, həmin sənədi Şahid11 vermişdir. Bununla yanaşı, o ifadəsində bildirmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında gömrük xidmətlərinin həyata keçirilməsinə dair rəsmi müqavilə olmamış, gömrük mütəxəssisi olduğuna görə qeyri-rəsmi olaraq bəzi prosedurlarda köməklik göstərmişdir. 2022-ci ilin avqustundan tanıdığı Təqsirləndirilən şəxs bununla bağlı olaraq işçilərə 50-100 manat xidmət haqqi vermiş, "xxxx" MMC tərəfindən idxal edilmiş mallarla bağlı "xxxx" MMC-nin işçiləri tərəfindən yük nəqliyyat vasitəsi sürücüsünün qarşılanması və yüklərin rəsmiləşmədən sonra boşaldılması xidmətləri göstərildiyi üçün Şahid11 ondan malların ölçülərinin təqdim edilməsi barədə Təqsirləndirilən şəxs məlumat verməyi xahiş etmişdir. "xxxx" MMC tərəfindən idxal edilmiş malların olduğu yük nəqliyyat vasitəsinin üzərində olan SLVU4748233 nömrəli konteynerdə gömrük orqanına bəyan edilməmiş, həmçinin gömrük orqanına düzgün bəyan edilməyən geyim əşyalarının, bundan əlavə bəyan edilməmiş 3512 ədəd balıq torunun olmasından məlumatsız olmuş, həmin malların kimə məxsus olduğundan məlumatı olmamışdır. Şahidlər Şahid9 və Şahid10 məhkəmə iclasının vaxtı və yeri barəsində təkrarən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında tərəflərin razılığı ilə həmin şahidlərin ifadələri elan edilmişdir. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 14-cü km ünvanda yerləşən Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda olarkən gömrük əməkdaşı ona və yanında olan Seymura yaxınlaşaraq Çin Xalq Respublikasından gələn konteynerdə olan mallara baxış keçiriləcəyini bildirərək həmin vaxtı hal şahidi qismində iştirak etməyi onlardan xahiş etmişdir.O və Seymur hal şahidi qismində iştirak etməyə razılıq vermiş, həmin mallara baxış keçirilərək protokol tərtib edilmiş və həmin protokolları imzalamışlar, baxış zamanı konteynerə qoyulmuş gömrük təminatının tamlığının pozulmadığı müəyyən edilmiş və həmin təminat vasitəsi çıxarıldıqdan sonra üzərində 15 ədəd sayda ağ rəngli çuvalların hər birində 6 ədəd olmaqla, ümumilikdə 90 ədəd sayda sarı rəngli kisələrdə yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının olduğu aşkar edilmiş, kisələrin üzərində torların ölçü və göstəriciləri barədə məlumatlar qara rəngli hərflərlə qeyd olunmasını, eyni zamanda gömrük ekspertlərinin də iştirakı ilə konteynerdən boşaldılaraq içərisində olan yaşıl rəngli sintetik sapdan hörülmüş balıq torlarının hər kisədə müxtəlif ölçülərdə və sayda olması müəyyənləşdirilmiş, hər bir kisə şərti olaraq işarələnərək içərisində olan balıq torları sayıldıqda, ümumi sayının 3041 ədəd olduğu müəyyən edilərək bununla bağlı cədvəl tərtib edilmiş, baxış başa çatdıqdan sonra aşkar edilmiş 3041 ədəd balıq toru, onların qablaşdırıldığı kisə və çuvallar ilə birlikdə götürülmüş, qablaşdırılmaqla “İpək Yolu” gömrük postunun 7-ci anbarının 100 nömrəli anbar otağında saxlanışa verilmiş, daha sonda xx.xx.2022-ci il tarixdə keçirilən baxış zamanı əlavə olaraq 12 bağlamada 471 ədəd balıq toru aşkar edimişdir. Ümumilikdə, həmin yükdə 3512 ədəd balıq toru müəyyən edilmişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid9 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin ilkin yoxlanması haqqında”, “Əşyaya baxış keçirilməsi haqqında”, “Malların yoxlanılması haqqında” 22 sentyabr 2022-ci il tarixli, “Əşyaya baxış keçirilməsi haqqında” 23 sentyabr 2022-ci il tarixli və 30 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş və 18 sentyabr 2022-ci il tarixdə saat 8 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə Azərbaycan Respublikasına daxil olmuş 47D83510/47D83610 nömrə nişanlı nəqliyyat vasitəsinin qoşqusunda olan SLVU4748233 nömrəli konteynerdəki yüklər CN-270/1 nömrəli, 07 avqust 2022-ci il tarixli invoys sənədi əsasında **********3195 saylı, 19 sentyabr 2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilməsi və 21 sentyabr 2022 – 22 sentyabr 2022-ci il tarixlərdə yük avtomobilinə boşaldılma yerində - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Karvan” ticarət mərkəzində gömrük baxış keçirilərkən yük yerindən gömrük bəyannaməsi ilə düzgün bəyan edilməmiş və invoysda qeyd edilməmiş 299075 manat dəyərində və gömrük orqanına bəyan edilməmiş 99139 manat dəyərində “tekstil materialları, geyim əşyaları” və 14048 manat dəyərində “balıq torları” olmaqla, ümumilikdə, külli miqdarda, 412262 manat dəyərində mallar aşkar edilib götürülmüşdür. İş materiallarında olan “VAİS altsisteminə baxış keçirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC X13 2021-ci ildə 3 bəyannamə üzrə 112566 manat gömrük dəyərində olan tekstil malları, 2022-ci ildə 156 bəyannamə üzrə 1881245,06 manat gömrük dəyərində olan tekstil malları, 2023-cü il tarixdə isə 47 bəyannamə üzrə 592208 manat dəyərində tekstil malları idxal etmiş, həmin malları əsasən Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən idxal etmiş, 2022-2023-cü illərdə “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən cinayətin predmeti olan mallar (şərf, şal, kişi alt paltarları, gödəkçə, şalvar, gödəkçə, şalvar, büsqalter, idman şalvarı, gödəkçə və s.) ilə eyni çeşiddən olan malları idxal etmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edildi ki, "xxxx" MMC 2023-cü ilin yanvar ayında Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən “ovçu paltar geyimi” adı altnda geyim əşyaları idxal etmiş, bununla bağlı gömrük orqanına 16 yanvar 2023-cü il tarixli, **********16881 nömrəli bəyannamə təqdim etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 16 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən "xxxx" MMC-yə göndərilmiş SLVU4748233 nömrəli konteynerdə olan gömrük bəyannaməsi ilə düzgün bəyan edilməmiş və invoysda qeyd edilməmiş mallarla (şərf, şal, kişi alt paltarları, gödəkçə, şalvar, gödəkçə, şalvar, büsqalter, idman şalvarı, gödəkçə və s.) ilə eyni çeşiddən olan malların Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx"MTK ünvanında yerləşən üzərinə “Tuana shop” adı yazılmış "xxxx" MMC-nin istifadəsində olan mağazada satıldığı müəyyən edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 17 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən "xxxx" MMC-yə göndərilmiş SLVU4748233 nömrəli konteynerdə olan gömrük bəyannaməsi ilə düzgün bəyan edilməmiş və invoysda qeyd edilməmiş mallarla (şərf, şal, kişi alt paltarları, gödəkçə, şalvar, gödəkçə, şalvar, büsqalter, idman şalvarı, gödəkçə və s.) ilə eyni çeşiddən olan malların ünvan 7 ünvanında yerləşən üzərinə “Tuana” adı yazılmış "xxxx" MMC-nin istifadəsində olan mağazada satıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/7614 nömrəli rəyindən görünür ki, Çin Xalq Respublikasında fəaliyyət göstərən “YİWU JİACHENG TRADE CO LTD” şirkətindən "xxxx" MMC-yə göndərilmiş SLVU4748233 nömrəli konteynerdəki 17 adda əşyaların ümumilikdə 18 sentyabr 2022-ci il tarixə orta bazar qiyməti təxminən 412262 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Həmin cədvəldən aydın olur ki, 01 ədəd balıq torunun qiyməti 04 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İbtidai istintaq orqanı tərəfindən ekspert rəyi qiymətləndirilərkən göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 10 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş (düzgün bəyan edilməmiş) hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Odur ki, "xxxx" MMC-nin ünvanına göndərilmiş ümumi dəyəri 412262 manat malların bəyan edilmiş 91848 manat hissəsi ittihama əlavə edilməməli, yalnız gömrük orqanına bəyan edilməmiş 113187 manat hissəsi və düzgün bəyan edilməmiş 207227 manat hissəsi olmaqla, ümumilikdə, 320414 manat hissəsi ittihama əlavə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X12 İdarəsinin 10 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş torların hər birinə müvafiq texnikadan, İQ-spektrometriyadan istifadə etməklə baxış keçirilmiş və həmin torların “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı daxil olub-olmaması yoxlanılmış, ekspertiza tədqiqatına təqdim edilmiş 102 bağlamada 3512 ədəd balıq torlarının 2999 ədəd olan hissəsinin diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli olduğuna görə həmin balıq torları “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)” əşyaların siyahısına daxil olduğu, 513 ədəd balıq torunun isə mülki dövriyyəyə buraxılmasına yol verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş 06 iyul 2023-cü il tarixli 1***-*******8 saylı və 1***- *******9 saylı mədaxil orderlərindən və ödəniş tapşırığından aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən 50962.31 manat və 36910.86 manat olmaqla, ümumilikdə 87873.17 (səksən yeddi min səksiz yüz yetmiş üç manat on yeddi qəpik) məbləğində pul Bakı Gömrük İdarəsində olan avans hesaba ödənilmişdir. İş materiallarında olan sənədlərdən aydın olur ki, 10 avqust 2007-ci il tarixdə doğulmuş X11 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İHB-nın Qaraçuxur qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 1054 saylı arayışından aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, ailə üzvləri X3, oğlu 10 avqust 2007-ci ildə doğulmuş X9 və atası 02 fevral 1942-ci ildə doğulmuş X6 ibarətdir. İş materiallarına əlavə edilmiş “ölüm haqqında şəhadətnamənin” surətindən görsənir ki, Təqsirləndirilən şəxs qardaşı X18 08 aprel 2015-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.1-1 və 233-1.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, verilmiş mülki iddianı tam olaraq ödəməsini və mülki iddiaçı tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmaya uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, eləcədə onun gələcək sahibkarlıq fəaliyyətinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62.1-ci və 70-ci maddələri tətbiq edilməklə CM-nin 206.1-1-ci maddəsində nəzərdə tutulmuş təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməməklə azadlıqdan məhrum etmə cəzasının və CMnin 233.-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsini cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda,eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə,bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər,yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar,həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin ictimai-təhlikəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, şəxsiyətini səciyyələndirən digər halları, həmçinin cinayətin predmeti olan əşyaların əksər hissəsinin dövriyyəsi qadağan olunmuş mallar siyahısına daxil olmamasını, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların isə balıq torlarından ibarət olmasını (yəni CM-nin 206.2-ci maddəsində göstərilən əşyalara aid olmamasını) cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalması kimi qiymətləndirib, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində CM-nin 62.1-ci maddəsinin tətbiq edilməsini, yəni CM-nin 206.1-1-ci maddəsində müəyyən edilən, təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməməklə cəza təyin edilməsini cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, əməlini etiraf edərək səmimi peşiman olmasını, verilmiş mülki iddianı tam olaraq ödəməsini və mülki iddiaçı tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcədə ilk dəfə törədildiyinə görə şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına daha bir şəraitin yaradılmasının zəruriliyini və mümkünlüyünü nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 20 fevral 2023-cü il tarixdə saat 12:45-də şübhəli şəxs qismində tutulmuş və 22 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin gün saat 11:10-da dindirilməsi başa çatmış, barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət əsassız olduğundan təmin edilməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə 22 fevral 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən iki gün kimi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış əşyalara münasibətdə isə məhkəmə hesab edir ki, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar dövlət nəfinə müsadirə edilməli, mülki dövriyyədə olmasına yol verilən digər əşyalar isə müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, "Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin ve CM-nin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29- cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna ("İsmayılov Rusiyaya qarşı iş üzre 06 noyabr 2008-ci il tarixli, "Adjiqoviç Rusiya Federasiyasına qarşı" iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks Birliyində” saxlanılan, gömrük orqanına bəyan edilməmiş, diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli olduğuna görə mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış), dəyəri 11.996 (2999x4=11996) manat təşkil edən 2999 (iki min doqquz yüz doxsan doqquz) ədəd balıq torları dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks Birliyində” saxlanılan, gömrük orqanına bəyan edilməmiş, mülki dövriyyədə olmasına yol verilən, dəyəri 2052 ( 513x4=2052) manat təşkil edən 513 (beş yüz on üç) ədəd balıq torları; İş üzrə maddi sübut kimi tanınmış və “Azerterminalkompleks Birliyində” saxlanılan gömrük orqanına bəyan edilməmiş, ümumi dəyəri 99139 (113.187-14.048=99.139) manat təşkil edən; 4545 ədəd “Dng Dunnage” markalı kişi alt paltarı, 1267 ədəd “Sports” markalı qolsuz gödəkçə, 1650 ədəd “Hong Yuan” markalı şalvar, 9343 ədəd qadın üçün büsqalter, 1793 ədəd “Apoh” markalı uşaq idman şalvarı, 1185 ədəd “İnterman” markalı gödəkçə və 2380 ədəd kişi baş geyimi; İş üzrə maddi sübut kimi tanınmış və “Karvan” Ticarət Mərkəzinin anbarında gömrük təminatı altında saxlanılan gömrük orqanına düzgün bəyan edilməmiş ümumi dəyəri 207227 (iki yüz yeddi min iki yüz iyirmi yeddi) manat təşkil edən; 38 940 ədəd şərf, 7710 ədəd uşaq papağı və şərf dəsti, 7760 ədəd əl-üz dəsmalı, 400 ədəd örtük, 6116 ədəd şal, 14095 ədəd üç düymə köynək və 3600 ədəd qadın üçün bluz hökm qanuni qüvvəyə mindikdən sonra və müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən göndərilmiş bir ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə 87735.61 ( səksən yeddi min yeddi yüz otuz beş manat altmış bir qəpik) manat məbləğində mülki iddianın Bakı Baş Gömrük İdarəsində olan avans hesaba ödənilməsi nəzərə alınmalıdır Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 233-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: “sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək” vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 87735.61 ( səksən yeddi min yeddi yüz otuz beş manat altmış bir qəpik) manat məbləğində mülki iddianın Bakı Baş Gömrük İdarəsində olan avans hesaba ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks Birliyində” saxlanılan, gömrük orqanına bəyan edilməmiş, diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli olduğuna görə mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış), dəyəri 11.996 (2999x4=11996) manat təşkil edən 2999 (iki min doqquz yüz doxsan doqquz) ədəd balıq torları dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin “Azerterminalkompleks Birliyində” saxlanılan, gömrük orqanına bəyan edilməmiş, mülki dövriyyədə olmasına yol verilən, dəyəri 2052 ( 513x4=2052) manat təşkil edən 513 (beş yüz on üç) ədəd balıq torları; İş üzrə maddi sübut kimi tanınmış və “Azerterminalkompleks Birliyində” saxlanılan gömrük orqanına bəyan edilməmiş, ümumi dəyəri 99139 (113.187-14.048=99.139) manat təşkil edən; 4545 ədəd “Dng Dunnage” markalı kişi alt paltarı, 1267 ədəd “Sports” markalı qolsuz gödəkçə, 1650 ədəd “Hong Yuan” markalı şalvar, 9343 ədəd qadın üçün büsqalter, 1793 ədəd “Apoh” markalı uşaq idman şalvarı, 1185 ədəd “İnterman” markalı gödəkçə və 2380 ədəd kişi baş geyimi; İş üzrə maddi sübut kimi tanınmış və “Karvan” Ticarət Mərkəzinin anbarında gömrük təminatı altında saxlanılan gömrük orqanına düzgün bəyan edilməmiş ümumi dəyəri 207227 (iki yüz yeddi min iki yüz iyirmi yeddi) manat təşkil edən; 38 940 ədəd şərf, 7710 ədəd uşaq papağı və şərf dəsti, 7760 ədəd əl-üz dəsmalı, 400 ədəd örtük, 6116 ədəd şal, 14095 ədəd üç düymə köynək və 3600 ədəd qadın üçün bluz hökm qanuni qüvvəyə mindikdən sonra və müvafiq rəsmiləşdirilmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 100 (yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən göndərilmiş bir ədəd “CD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov.
Məhkəmə qərarları › İş №1(002)-174/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-174/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver