Məhkəmə qərarları › İş №1(002)-174/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-174/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-174/2024 26.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs X6 iştirakları ilə, 26 avqust 1961-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, X1 məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən narkotik vasitə marixuana əldə edib saxlamaqla daşımış, 13 fevral 2024-cü il tarixdə saat 22:50 dəqiqədə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 22 nömrəli evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılaraq DİN-in BNMİ-nə gətirilmiş və orada dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusuna qablaşdırılmış, ayrı-ayrılıqda təmiz çəkiləri 4,00 qram və 3,63 qram, ümumi təmiz çəkisi 7,63 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı olaraq, 14 fevral 2024-cü il tarixdə saat 02:20 dəqiqədə Gülkərim Vahabovun yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin yataq otağındakı dolabın içərisindən 13 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada ayrı-ayrılıqda qablaşdırılmış təmiz çəkiləri 4,60 qr, 3,78 qr, 4,55 qr, 4,96 qr, 4,56 qr, 6,22 qr, 5,62 qr, 6,60 qr, 6,0 qr, 5,55 qr, 4,98 qr, 5,24 qr, 5,76 qr və 80,0 qram olan, ümumi təmiz çəkisi 148,42 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 özünü yalnız narkotik vasitəni öz evində saxladığına görə təqsirli bildiyini ancaq narkotik vasitənin satışı ilə bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə saat 11:00-da onun telefonuna gizli nömrədən zəng gəlmişdir. O telefonu açan zaman ona cavab verən olmamışdır. Təxminən 10 dəqiqə sonra iş yoldaşı ona zəng edərək ona olan 10 manat borcunu gətirdiyini evin qarşısına çıxamasını bildirmişdir. O evdən çölə çıxanda tanımadığı beş nəfər ona söyüş söyərək hücum çəkmişlər və onu tutaraq əlini qandallamışdırlar. Sonradan adlarını bildiyi Fuad onu arxadan tutmuş Arif isə xidməti vəsiqəsini göstərərk polis olduqlarını bildirmişlər. Sonra onlar evə girmişlər və o özü narkotik vasitəni gizlətdiyi yerdən gətirərək onlara təqdim etmişdir. Bundan sonra polislər onu bölməyə aparıb orada onun cibinə narkotik vasitə qoymuş və çəkiliş zamanı narkotik vasitəni çıxarıb təqdim etməli olduğunu bildirmişlər. Ordan da vəkilin iştirakı ilə onu evə gətirib evdə çəkiliş etmişlər guya həmin vaxtı onun üzərindən narkotik vasitə çıxıb. Narkotik vasitə onun kurtkasının cibindən çıxmayıb evdə olub. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o narkotik vasitəni İsmayıllıda öz kəndlərində olan bulağın ətrafından yığımışdır. Təxminən alt-yeddi aydan çox olardı ki, həmin narkotik vasitəni evində saxlamışdır. Narkotik vasitələrin iyi evə yayıldığı üçün onu qurudaraq kibrid qutularına yığımış, ancaq bunu etməkdə başqa bir məqsədi olmamışdır. O narkotik vasitəni satmaq məqsədi ilə gətirməmişdir, sadəcə ağılsızlığından yığıb evində saxlamışdır. O iş yoldaşı olan Yusifə bir dəfə həmin narkotik vasitənin keyfiyyətini yoxlamaq üçün təmənnasız vermiş Yusifdə onu çəkib yaxşı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Arif adlı polis əməkdaşı onu döymüş, lakin bu barədə məhkəməyədək heç bir orqana məlumat verməmişdir. Ondan sonra belində “qrija” yaranmış və həbsdə olan zaman müalicə müəssəsində əməliyyat olunmuşdur. Polis əməkdaşları onun arvadınada təzyiq göstərmişlər. Məhkəmə baxışı zamanı tərəflərin razılığı ilə təqsirləndirilən şəxs X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O öz ifadəsində göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə saat 22:50-də ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2(iki) ədəd kibrit qutusunda qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan 1(bir) ədəd siqaret qutusu, əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan « Redmi » markalı mobil telefon və 1(bir) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana eletron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 15(on beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. DİN-nin 7 saylı möhürü ilə möhürlənərək, üzəri onun özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd « Redmi » markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1(bir) ədəd siqaret qutusu və açar isə özünə geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri yay aylarında İsmayıllı rayonu ərazisində olan zaman əkin yerindən taparaq satmaq məqsədi ilə götürdüyünü, 1(bir) ədəd kibrit qutusunda 40(qırx) manata satdığını, həmin kütlələrin kim tərəfindən əkildiyini bilmədiyini, həmçinin Bakı şəhəri Qaradağ rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir və yaşadığı mənzilə gedən zaman orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə yataq otağında olan dolabın içərisindən 13(on üç) ədəd kibrit qutusunda və 1(bir) ədəd sellofan bağlamada qurudulmuş marixuananı təqdim etdmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi 226(iki yüz iyirmi altı) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmışdır, DİN-nin 7 saylı möhürü ilə möhürlənmişdir və üzəri onun özü, arvadı Esmira, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmişdir və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələrin yay aylarında İsmayıllı rayonu ərazisində əkin yerindən taparaq satmaq məqsədi ilə götürdüyünü, 1(bir) ədəd kibrit qutusunda 40(qırx) manata satdığını, həmin kütlələrin kim tərəfindən əkildiyini bilmədiyini, yaşadığı ünvanda narkotik vasitə olması ilə bağlı heç kimin məlumatının olmadığını bildirmişdir. O, son olaraq ifadəsində ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən peşman olmasını, ailəli olmaqla hal-hazırda oğlu X4 azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini, ailə vəziyyətini və yaşını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. İsmayıllı rayonu Quşencə kəndində xx.xx.1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanda qeydiyyatda olmaqla orada yaşayan X6 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılaraq, həmin əməliyyat qrupuna onun özü və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 13 fevral 2024-cü il tarixdə, saat 22:50 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X6 ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. İnzibati binada X9 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha X17 hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X21 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirak ilə Gülkərim Vahabovun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Gülkərim Vahabova üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Gülkərim Vahabov əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Həmin kibrit qutuları açılarkən içərisindən açıq rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. X17 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Gülkərim Vahabovun əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən, 01 ədəd içərisində siqaret dənələri olan «Bakı» markalı siqaret qutusu, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefonvə 01 ədəd açar aşkar edilmişdir. Daha sonra narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 15 qram təşkil etmişdir. Gülkərim Vahabova üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməyini soruşduqda bildirmişdir ki, həmin narkotik vasitəni cari ilin yay aylarında İsmayıllı rayonunda istirahətdə olarkən əkin yerindən taparaq satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Gülkərim Vahabovun üzərindən aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilərək, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. X11 üzərindən aşkar edilmiş içərisində siqaret dənələri olan «Bakı» markalı siqaret qutusu və 01 ədəd açar özünə qaytarılmışdır. Daha X17 yaşadığı ünvan 4 ünvana baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında olan dolabın içərisindən 13 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələrin ümumi çəkisi 226 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənərək və iştirakçılar tərəfindən imzalar ilə təsdiqlənmişdir. Daha sonra mənzilin digər otaqlarına baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar olunmamışdır. O əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs X9 onlar tərəfindən saxlanılan zaman heç bir fiziki zor və təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. İsmayıllı rayonu Quşencə kəndində xx.xx.1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 4 ünvanda qeydiyyatda olmaqla orada yaşayan X6 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılaraq, həmin əməliyyat qrupuna onun özü və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Fuad Cəbrayılov daxil edilmişdir. Yaradılmış əməliyyat qrupuna rəhbərlik Fuada həvalə edilmişdir. 13 fevral 2024-cü il tarixdə, saat 22:50 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X6 ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. İnzibati binada X9 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha X17 hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X21 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin iştirak ilə Gülkərim Vahabovun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Gülkərim Vahabova üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Gülkərim Vahabov əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Həmin kibrit qutuları açılarkən içərisindən açıq rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. X17 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Gülkərim Vahabovun əynində olan qəhvəyi rəngli gödəkçənin sol yan cibindən, 01 ədəd içərisində siqaret dənələri olan «Bakı» markalı siqaret qutusu, əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefonvə 01 ədəd açar aşkar edilmişdir. Daha sonra narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 15 qram təşkil etmişdir. Gülkərim Vahabova üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməyini soruşduqda bildirmişdir ki, həmin narkotik vasitəni cari ilin yay aylarında İsmayıllı rayonunda istirahətdə olarkən əkin yerindən taparaq satmaq məqsədilə əldə etdiyini bildirmişdir. Gülkərim Vahabovun üzərindən aşkar edilmiş kütlələr qablaşdırılmış, bununla bağlı protokol tərtib edilərək, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. X11 üzərindən aşkar edilmiş içərisində siqaret dənələri olan «Bakı» markalı siqaret qutusu və 01 ədəd açar özünə qaytarılmışdır. Daha X17 yaşadığı ünvan 4 ünvana baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında olan dolabın içərisindən 13 ədəd kibrit qutusunda və 01 ədəd sellofan bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Həmin kütlələrin ümumi çəkisi 226 qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənərək və iştirakçılar tərəfindən imzalar ilə təsdiqlənmişdir. Daha sonra mənzilin digər otaqlarına baxış keçirilmiş və iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar olunmamışdır. O əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs X9 onlar tərəfindən saxlanılan zaman heç bir fiziki zor və təzyiqə məruz qalmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/240 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "X6 təqdim etdiyi kütlələr......." yazılan zərfdə 2 (iki) ədəd kibrit qutusunda hər birinin ayrıayrılqıda təmiz çəkisi 4,00 qram və 3,63 qram olmaqla, ümumi çəkisi 7,63 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "X6 təqdim etdiyi kütlələr........" yazılar olan polietilen bağlamada 13 (on üç) ǝdǝd kibrit qutusunda və 1 (bir) ədəd şeffaf sellofanda hər birinin ayrı-ayrılqıda təmiz çəkisi 4,60 qr, 3,78 qr, 4,55 qr, 4,96 qr, 4,56 gr, 6,22 qr, 5,62 qr, 6,60 qr, 6,0 qr, 5,55 qr, 4,98 qr, 5,24 qr, 5,76 qram, və 80,0 qram olmaqla, ümumi çəkisi 148,42 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkibinə görǝ eynidir. Qeyd: marixuananın ümumi təmiz çəkisi 156,05 qram, tədqiqata sərf edildi-0,8 qram, qalıq -155,25 qram. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X22 Şəxsi Ambulator X2 01 aprel 2023-cü il tarixli, 2063 saylı rəyindən görünür ki, hal-hazırda X7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X9 narkomaniya xəstəliyində əzab çəkmir. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” protokoluna əlavə edilmiş DVD diskdən görünür ki, 14 fevral 2024-cü il saat 00:15 dəqiqədə Baş Narkotiklərlə mübarizə idarəsinin inzibati binasında xidməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Faiq oğlu və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə video çəkiliş vasitəsilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X14 tərəfindən X6 üzərində axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı X9 gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunu təqdim çıxarıb təqdim edir. Kibrit qutuları hər ikisi tərəzi ilə ölçülür və 15 qram olması müəyyən olunur. Həmçinin təhqiqatçı tərəfindən kibrit qutuları açılır və içərisində narkotik vasitə marixuana olması müəyyən olunur. Həmin maddəni yay aylarında İsmayıllı rayonu ərazisində olan zaman tanımadığı şəxsin əkin sahəsindən yığıdığını sonradan qablaşdıraraq bir qutusunu 40 manata satmaq istədiyini bildirir. Bundan sonra X6 üzərinə şəxsi axtarış keçirilir, bir ədəd Redmi markalı mobil telefon müəyyən olunur və onun üzərindən başqa hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. Bundan sonra həmin predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 14 fevral 2024-cü il tarixli “mənzilə baxış keçirilməsi və götürmə” protokoluna əlavə edilmiş DVD diskdən görünür ki, 14 fevral 2024-cü il saat 02:20 dəqiqədə ünvan 4 ünvanda yerləşən mənzildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Faiq oğlu və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X15 və X10 iştiraklarıı ilə video çəkiliş vasitəsilə Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X14 tərəfindən X6 yaşadığı ünvanda axtarış və götürmə aparılmışdır. Baxış və götürmə zamanı X9 yaşadığı ünvanda mənzilin yataq otağında dolabın içərindən 13 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada açıq yaşıl rəngli spesifik iyə malik, ümumi çəkisi 226 qram olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülür. Aşkar edilmiş predmet zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. Bundan sonra həmin predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə X6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 01 yanvar 2024-14 fevral 2024-cü il tarixlərdə anten dairələri, həmin nömrəyə daxil olan və çıxan zənglərin nömrələrin siyahısı, SMS-lərin mətni, kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilərək götürülməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “elektron daşıyıcıya baxış keçirilməsi haqqında” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X6 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş bir ədə “CD” diskə baxış keçirdilmişdir və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “maddi sübutların tanınması haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X6 üzərindən aşkar edilərək götürülmüş 2 (iki) ədəd kibrit qutusuna yerləşdirilmiş, ayrıayrılıqda təmiz çəkiləri 4,00 qram və 3,63 qram, ümumi təmiz çəkisi 7,63 qram narkotik vasitə qurudulmuş marixuana, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 14 fevral 2024cü il tarixdə saat 02:20 dəqiqədə Gülkərim Vahabovun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 22 nömrəli evə baxış keçirilən zaman aşkar olunmuş evin yataq otağındakı dolabın içərisindən 13 ədəd kibrit qutusunda və 1 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 4,60 qr, 3,78 qr, 4,55 qr, 4,96 qr, 4,56 qr, 6,22 qr, 5,62 qr, 6,60 qr, 6,0 qr, 5,55 qr, 4,98 qr, 5,24 qr, 5,76 qr və 80,0 qram olan, ümumi təmiz çəkisi 148,42 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmalı, 02 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilməli, ekspertiza tədqiqatından sonra narkotik vasitə marixuananın 155,25 qram qalığı iki ədəd möhürlənmiş zərfdə saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X6 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayon 126 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamdə göstərimişdir ki, X9 barəsində 126 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X9 məhkəmənin 16 may 2024-cü il tarixli hazırlıq iclasında öz ifadəsində yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar şübhəli şəxs kimi tutulan zaman DİN-nin BNMİ-nin əməkdaşı Arif adlı polis işçisinin onu döyərək müxtəlif bədən xəsarətlər yetirdiyini bildirmişdir. Qeyd olunan məlumatın araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna rəsmi müraciət edilmişdir. Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X12 tərəfindən 06 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, aparılmış araşdırma zamanı təqsirləndirilən şəxs X6 polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X9 ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən verilmiş ifadələri müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Bundan başqa təqsirləndirilən şəxs X9 özüdə məhkəmə istintaq zamanı verdiyi ifadəsində narkotik vasitəni tanıdığı digər şəxsə istifadə etmək üçün verdiyini göstərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsindən görünür ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin Qərarın 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X6 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. X6 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, X6 əməlini qismən etiraf edərək peşman olmasını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X6 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X8 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, X9 qeyd olunan cinayət işi ilə əlaqədar 13 fevral 2024-cü il tarixdə saat 22:50-də şübhəli şəxs qismində tutulmuş, 15 fevral 2023cü il tarixdə saat 10:30-da radələrində təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün təqdimatla Qaradağ Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 15 fevral 2024-cü il tarixli qərarına əsasən onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat X5 alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSSK-da saxlanılan X6 üzərindən aşkar olunmuş qalıq çəkisi 155,25 qram təşkil edən narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı X6 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı X6 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X21 tərəfindən istintaq zamanı 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs X8 göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X15 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci təqsirləndirilən şəxs X5 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin MSSK-nədə saxlanılan X6 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 155,25 qram təşkil edən narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs X8 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X15 vəkil işlədiyi Bakı şəhər 22 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar