Məhkəmə qərarları › İş №1(002)-175/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-175/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-175/2021 29.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(003)- 37/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-cı maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 2 il şərti sınaq müddəti tətbiq edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətməklə cavabdeh kimi ondan 28 avqust 2018-ci il tarixdən hesablanmaqla 14.12.2010cu il təvəllüdlü X12, 30 iyun 2012-ci təvəllüdlü X4 və 01 iyun 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağın saxlanılması üçün 154,00 manat olmaqla ümumilikdə 462,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.08.2018-ci il tarixli 2(001)-6417/2018 saylı qətnaməsi üzrə, habelə birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz C180” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı, yəni 2500 manat məbləğində pulun ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı 05.11.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli 3(002)-122/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 18.01.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 26.01.2021-ci il tarixədək şəxsi maraqı niyyəti ilə 11148,00 manat aliment borcunu və pay bölgüsü üzrə 2500,00 manat, ümumilikdə 13648,00 manat məbləğində borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş, sonuncuya maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 14.12.2010-cu il təvəllədlu X12, 30.06.2012-ci il təvəllüdlü X9 və 01.07.2016-cı il təvəllüdlü X13 anadan olmuşdur. Uşaqları hazırda analarının himayəsində yaşayırlar. Belə ki, keçmiş arvadı Zərərçəkmiş şəxs ilə xasiyyətləri tutmadığından aralarında bağlanmış nikahın pozulması ilə bağlı 2018-ci ildə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.04.2018-ci il tarixli 2(010)-6417/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən ondan 3 uşağının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 154 manat olmaqla ümumilikdə 462 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə bir müddət onun tərəfindən icra edilmiş, bundan sonra Sevda birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2019-ci il tarixli 2(002)-1451/2019 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ilə birgə nikah dövründə əldə etdikləri “Mercedes Benz C180” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı, yəni 2500 manat məbləğində pulun ondan tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə qətnamə qəbul edilmişdir. Bundan sonra icra dövründə 31 avqust 2020-ci il tarixindən sonra hər iki icra sənədi üzrə Zərərçəkmiş şəxs heç bir ödəniş etməmiş, buna görə də Qaradağ rayon İcra və Probasiya şöbəsinə icra məmuru tərəfindən çağırılaraq aliment və əmlak üzrə borclarını ödəmək təklif olunmuşdur. Lakin borclu olduğu aliment və əmlak borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini icra etməmişdir. Nəticədə də Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən onun barəsində İnzibati xəta haqqında protokolu tərtib edilərək məhkəməyə göndərilmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05.01.2021-ci il tarixli, 3(002)-122/2021 saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətində həbs edilmişdir. Bundan sonra cinayət məsuliyyəti barədə xəbərdarlıqla tanış olmasına baxmayaraq Zərərçəkmiş şəxs olan borcunu ödəməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, maddi imkansızlıq səbəbindən borclarını ödəyə bilmədiyini, həmçinin hazırda evli olmaqla, himayəsində bir azyaşlı qızının olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan üç övladları anadan olmuşdur. Bir müddət birgə yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyindən nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqları onun himayəsində saxlanılmışdır. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.08.2018-ci il tarixli, 2(001)-6417/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 14.12.2010-cu il təvəllüdlü X12, 30 iyun 2012-ci təvəllüdlü X9 və 01 iyun 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağın saxlanılması üçün 154 manat olmaqla ümumilikdə 462,00 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, bu barədə icra vərəqəsi verilmişdir. Bir müddət həmin məbləğ Ramin tərəfindən ona ödənilsə də, lakin sonradan aliment ödənişləri dayandırılmışdır. Bundan sonra birgə nikah dövründə alınmış “Mercedes Benz C180” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı, yəni 2500 manat məbləğində pulun Ramindən alınaraq ona verilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı qətnaməsi qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Qaradağ rayon İcra və Probasiya şöbəsinə icra sənədi verilmiş və icra şöbəsinin əməmkdaşı tərəfindən onların hər ikisinə icra ilə bağlı bildiriş verilmişdir. Qaradağ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən dəfələrlə borclu Təqsirləndirilən şəxs bildirişlər vasitəsi ilə xəbərdarlıqlar edilsə də, o, hazırki günə kimi uşaqların saxlanılması üçün aliment və pay bölgüsünü tam olaraq ödəməmiş, qərəzli olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya şöbəsinin icraatına 18.09.2018-ci il tarixdə daxil olan Binəqədi Rayon Məhkəməsinin 28.08.2018-ci il tarixli 2(001)-6417/2018 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 28 avqust 2018-ci il tarixdən başlayaraq 14.12.2010-cu il təvəllüdlü X12, 30 iyun 2012-ci təvəllüdlü X9 və 01 iyun 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462,00 manat sabit pul məbləğində alimentin ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 19.09.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borcluya bildiriş göndərilmiş, lakin borclu tələbi könüllü təmin etməmişdir. Bu səbəbdən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməsi məqsədi ilə müvafiq qurumlara göndərilmiş sorğular müsbət nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə Qaradağ Rayon İcra və Probasiya şöbəsinə gələrək yazdığı izahatında yığılmış aliment borcunu ödəməyə imkanı olmadığını qeyd etmişdir. İcraat zamanı borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə alimenti və əmlak payını və ya onun dəyərini ödəməkdən yayınması, onun axtarış tədbirləri nəticəsində tutulması, inzibati qaydada həbs edilməsi, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli icra etmədiyini təsdiq edir. Həmçinin ona yaranmış aliment borcunun ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə və bununla bağlı xəbərdarlıqlar olunmasına baxmayaraq o, göstərilənlərdən nəticə çıxarmamış və 26.01.2021-ci il tarixədək 11148,00 manat aliment borcu və pay bölgüsü üzrə 2500 manat olmaqla, ümumilikdə 13648,00 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ödəməməsi səbəbindən borcu yaranmışdır. Buna görə də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.4-cü maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 205-ci maddəsinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edildməsinə dair məsələyə baxılması üçün toplanılmış materiallar aidiyyəti üzrə baxılıb qərar qəbul olunması məqsədilə aidiyyəti üzrə təqdimatla Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) 26 yanvar 2021-ci il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən tərtib edilmiş və həmin tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Kamal Əliyev tərəfindən razılaşdırılmış cinayət məsuliyyətinə cəlb olunma haqqında təqdimatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məqsədə müvafiq hesab olunmuşdur. Təqdimat 29 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının baş icra məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov tərəfindən təsdiq edilmişdir. (i.v. 7-9) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı, 28 avqust 2018ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, qarşılıqlı iddia qismən təmin edilərək, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs birgə nikahından 14 dekabr 2010-ci il tarixdə anadan olmuş X7, 30 iyun 2012-ci il tarixdə anadan olmuş X4 və 01 iyul 2016-cı il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs hər ay hər bir uşağın saxlanması üçün 154 manat olmaqla ümumilikdə 462 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulması və həmin məbləğdə alimentin tutulmasının başlanğıcının 28 avqust 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal qanuni qüvvəsini almış və icra olunması üçün eyni tarixdə icra vərəqəsi verilmişdir. (i.v.11, 12-14) Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş 18 sentyabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən icraata başlanılmışdır. (i.v.16) Tələbin könüllü icrası haqqında 18 sentyabr 2018-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı, 28 avqust 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. (i.v.17) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, 05 noyabr 2019cu il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddia təmin edilərək, birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz C 180” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5000 manat məbləğində pulun yarısı, yəni 2500 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə 06 dekabr 2019-cu il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün eyni tarixdə icra vərəqəsi icra şöbəsinə göndərilmişdir. (i.v.33-35, 36-38) Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş 06 dekabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən icraata başlanılmışdır. (i.v.39) Tələbin könüllü icrası haqqında 06 dekabr 2019-cu il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə tələbin könüllü icrası barədə Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. (i.v.40) Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 06 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli icra vərəqəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, 05 noyabr 2019-cu il tarixli icra vərəqəsi ümumi icraatda birləşdirilmişdir. (i.v. 42) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-715/2020 saylı, 24 iyun 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra vərəqəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, 05 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. (i.v 51-54) Cinayət məsuliyyətinə cəlb olunma haqqında 13 oktyabr 2020-ci il tarixli, e1825228/2019-34-16-004 saylı xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə gələrək, icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. (i.v 72-73) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-122/2021 saylı, 05 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1451/2019 saylı, 05 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. (i.v 79-81) Cinayət məsuliyyətinə cəlb olunma haqqında 18 yanvar 2021-ci il tarixli, 189668/2018-34-16-009 saylı xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs 22.01.2021ci il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə gələrək, icra sənədi üzrə tələbi təmin etməsi, əks halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair barəsində toplanmış materialların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. (i.v 84-85) Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə ünvanlanmış 17/65-182528/5 saylı, 17 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təqdimat təqdim edildiyi tarixə aliment tələbi üzrə 11148 manat, pay bölgüsü üzrə 2500 manat, ümumilikdə hər iki iş üzrə 13648 manat borcu vardır. (i.v. 99) Nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 05 dekabr 2018-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 03 yanvar 2020-ci il tarixdə Amirə adlı bir azyaşlı qızı anadan olmuşdur. (i.v. 122-123) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 fevral 2021-ci il tarixli cavabından və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(003)-37/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 02 il sınaq müddəti təyin olunmuşdur. (i.v. 133, 134-145) Sübutların qiymətləndirilməsi haqqında 03 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v. 146-149) Qətimkan tədbiri seçmək haqqında 03 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 170-171) Bakı Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Kommunal Təsərrüfatı Birliyi 123 saylı MKİS tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 174) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2), himayəsində 1 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(003)-37/2020 saylı hökmü əsasında şərti məhkum edilmiş və sınaq müddətində, yəni icra sənədindəki tələbi icra etməsi üçün ona 18.01.2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 26.01.2021-ci il tarixədək yuxarıda qeyd olunan məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyərək qəsdən az ağır cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, şərti məhkum edildiyi dövrdə Təqsirləndirilən şəxs sınaq müddəti başa çatmamış az ağır cinayət törətdiyindən, ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(003)-37/2020 saylı hökmünə əsasən təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, yəni şərti məhkumetmə ləğv edilməli, həmin hökm ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması CM-65.2) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(003)-37/2020 saylı hökmü ilə təyin olunmuş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti ilə şərti məhkum edilməsi ləğv edilməli, həmin hökm ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1, 71.5) cəzaçəkmə müddətinin başlanğıcı hökm tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM- 346.1.20) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi “Mərkəzi” Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə “Mərkəzi” Vəkil Bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi “Mərkəzi” Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 71.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(003)-37/2020 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti ilə şərti məhkum edilməsi ləğv edilsin, həmin hökm ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə “Mərkəzi” Vəkil Bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi “Mərkəzi” Vəkil Bürosunun hesabına, məhkəmə baxışı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar