Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-175/2022 09.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qaradağ Rayon Məhkəməsinin 06 oktyabr 2020ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 29 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 mart 2022-ci il tarixdə saat 14:30-da Qaradağ RPİ-nin 38-ci PBnin əməkdaşları tərəfindən narkotik sərxoşluq halında olması barədə şübhələr yarandığından Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 4-cü massiv, ev 33 ünvanının yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə 17.03.2022-ci il tarixdə saat 16:00-da üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindən 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,295 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir il olar ki, narkotik vasitə heroin qəbul etmişdir. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edirmiş. Narkotik vasitə heroin qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır, hər hansı bir psixi xəstəliyi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 16.03.2022-ci il tarixdə günorta saatlarında o, Bakı şəhəri, Yasamal rayonundan tanımadığı şəxsdən 20 manat pulun müqabilində 01 ədəd qara rəngli kağız bükülüdə olan narkotik vasitə heroini almış, üzərində saxlamış, lakin qəbul etməmişdir. 17.03.2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 2n çıxmışdır ki, əlverişli şərait tapıb narkotik vasitə heroni qəbul etsin. Yaşadığı evin yaxınlığında küçə ilə keçən iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını deyib xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, onun narkotik sərxoş olmağı barədə onlarda şübhə yaranmışdır. Polis əməkdaşları ondan narkotik vasitə qəbul edibetməməyini, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. O, da səmimi olaraq polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə heroin aludəçisidir, hazırda üzərində narkotik vasitə “kakos” yəni heroin vardır. Onun sözlərindən sonra polis əməkdaşları onu Qaradağ RPİ-nin 38-ci PB-nə gətirmişlər. 38-ci PB-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur, hüquq və vəzifələri izah olunmuşdur, bundan sonra vəklinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindən qara rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilli narkotik vasitə heroin aşkarlanmışdır. Ondan həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır, həmin narkotik vasitəni 16.03.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin onundur, öz istifadəsi üçün əldə etmişdir, həmin maddəni kimə isə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə heroini 16.03.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. O, üzərindən aşkar edilmiş 01 büküm narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları onu 38-ci polis bölməsinə aparanda və polis bölməsində olan zaman ona heç bir formada zor tətbiq etməmişlər. O, narkotik vasitə heroinin qəbulu ilə məşğul olsa da heç vaxt satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. O, öz ifadəsində daha sonra üç azyaşlı uşağının olduğunu, lakin arvadı ilə təzəlikcə boşandığı üçün uşaqlarının analarının himayəsində olduğunu və ayrı yaşadıqlarını bildirmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və müalicə almaq istədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2014-cü ildən DİO-da, 2021-ci ilin yanvar ayından tutduğu vəzifədə xidmət edir, rütbəsi polis kapitanıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 17 mart 2022-ci il tarixdə saat 14:30 radələrində o, Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində hərəkətdə olarkən Ümid qəsəbəsi, 4-cü massiv, 33 nömrəli fərdi yaşayış evini yaxınlığında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmağından şübhələnib həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirib ondan adını və soyadını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu deyib onlardan uzaqlaşmağa cəhd etmişdir. Onlar yenə də Təqsirləndirilən şəxs saxlayıb ona bildirmişlər ki, onun narkotik sərxoş olmağı onlarda şübhə yaranmışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edibetməməyini, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşanda Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə heroin aludəçisidir, hazırda üzərində narkotik vasitə “kakos” yəni heroin vardır. Təqsirləndirilən şəxs sözlərindən sonra onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə gətirmişlər. 38-ci PB-nin inzibati binasında otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin və onların iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Videoçəkilişi Şahid1 mobil telefon vasitəsilə aparmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindən qara rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilli narkotik vasitə heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır, həmin narkotik vasitəni 16.03.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki narkotik vasitə heroin olmuşdur. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 Qaradağ RPİ-nin 38-ci PB-nin digər əməkdaşı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 6/1559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 47” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm; iştirak etdilər-imzalar; təhqiqatçı-Azər Vəliyev-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 0,295 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,295 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,245 qram. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 15 aprel 2022-ci il tarixli 1841 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 17.03.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd qara rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,295 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 0,245 qram narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya(lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının qabaq sağ cibindən qara rəngli kağıza bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirmişdir ki, bükümün içərisində narkotik vasitə “kakos” yəni heroin vardır, həmin narkotik vasitəni 16.03.2022-ci il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 29 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacı olmasını və məcburi müalicə almaq istəməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 17 mart 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 19 mart 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,245 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 09 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,245 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-175/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-175/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver