Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-175/2023 18.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1993-cü ildə Göyçay rayonu, 2-ci Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən marixuana əldə edib üzərində saxlayaraq daşımış, 12 fevral 2023-cü il tarixdə X10 Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları tərəfindən saat 22:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun 4-cü km-də saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək, 13 fevral 2023-cü il tarixdə saat 09:20 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd qara sellofanın paketin içərisində şəffaf rəngli sellofan paketdən bükülüdə ümumi təmiz çəkisi 18,247 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, təxminən 5-6 gündür ki iş axtarmaq məqsədilə Bakı şəhərinə gəlmişdir. Bir neçə yerə iş axtarmaq üçün getsə də iş tapa bilməmişdir. 12 fevral 2023-cü il tarixdə axşam saatlarında işləmək üçün Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” topdan satış bazarına getmişdir. O, gec getdiyi üçün arabaların icarə verilməsi dayanmışdır. Bunu görüb saat təxminən 22.00 radələrində bazardan çıxmış və manatlıq taksilərdən biri ilə 20 yanvar metrosuna, daha sonra oradan da Güzdək qəsəbəsində yaşayan bacısının evinə getmək qərarına gəlmişdir. Bazardan çıxıb üzü Xocasən qəsəbəsi istiqamətinə getməyə başlamışdır. Bir qədər getdikdən sonra yolun kənarında torpaqda qara sellofana bükülü bir şey görmüşdür. Həmin sellofanı götürüb açanda görmüşdür ki, içində narkotik vasitə olan marixuana var. O, əvvəllər bir neçə dəfə marixuana çəkdiyi üçün dərhal tanımış və sellofanı büküb əynində olan gödəkçəsinin cibinə qoymuşdur. Yolda bir neçə taksilərə əl etdikdə “Toyota Prius” markalı maşının sürücüsü onun üçün saxlamışdır. O, həmin sürücüyə 3 manatı olduğunu, həmin pula onu 20 Yanvar metrosuna aparmağını bildirmişdir. Həmin sürücü onunla razılaşmış və əyləşməyini demişdir. O, taksi sürücüsünə demişdir ki, bir qədər aralıda təbii ehtiyacını ödəyib gələcək. O, yoldan təxminən 10-15 metr içəri girib təbii ehtiyacını ödəmişdir. Qayıdanda taksinin yanında polis əməkdaşları olduğunu görmüşdür. O, üzərində narkotik vasitə olduğu üçün bir an duruxmuş və qaçıb uzaqlaşmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlamış, saxladıqda nə üçün qaçdığını soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, üzərində narkotik vasitə olduğu üçün uzaqlaşmaq istəmişdir. Bundan sonra polis əməkdaşları onu və taksi sürücüsünü polis bölməsinə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə gəlmişlər. 10-cu polis bölməsində üzərinə axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt o, könüllü olaraq, əynində olan qara rəngli gödəkçəsinin cibində olan bir ədəd qara rəngli sellofana bükülmüş bükümdə narkotik maddə olan marixuananı çıxarıb masanın üzərinə qoymuşdur.Əməlindən səmimi peşmançılıq hissi keçirir.İlk dəfədir cinayət məsuliyyətinə cəlb olunur.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X10 Alayının 10-cu Patrul bölüyünün polis nəfəri Şahid2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 23:00 radələrində X10 Alayının 10cu patrul bölüynün polis nəfərləri Şahid3 və Şahid1 birlikdə inzibati ərazidə xidmətdə olarkən Meyvəli topdan satış bazarının yaxınlığında boş ərazidə “Toyota Prius” markalı avtomobilin dayandığını, avtomobilin yanında bir nəfər, bir qədər aralıda isə başqa bir şəxsin dayandığını görmüşlər. Onlar həmin avtomobilə yaxınlaşıb, maşının yanında duran şəxsə özlərini təqdim edib nə üçün orada dayandığını soruşmuşlar. Həmin şəxs taksi sürücüsü olduğunu, yolun kənarındakı dayanan şəxsin isə müştərisi olduğunu, həmin şəxsi gözlədiyini bildirmişdir. Bu zaman yolun kənarındakı şəxs maşına yaxınlaşan zaman onları görüb qaçmaq istəmişdir. Lakin həmin şəxs tərəflərindən saxlanılmışdır. Həmin şəxsdən nə üçün qaçdığını soruşduqda üzərində narkotik vasitə olduğu üçün qorxub qaçdığını demişdir. Onlar hər iki şəxsi 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitəyə oxşar ot kütləsi aşkar edilmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X4 və X10 Alayının 10-cu Patrul bölüyünün polis nəfərləri Şahid2 Şahid3 və Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli sellofan torbaya bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub içərisində narkotik vasitə marixuna olduğunu, Xocaəsən yolundan tapdığını bildirir. Bundan sonra həmin büküm açılır, bükümün içərisində yaşıl rəngli ot şəkilli maddə aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib olunur, zərfin üzərinə və protokola imzalar edilir. İş materillarında olan məhkəmə-bioloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 7/217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan kağız paketdə qara rəngli sellofan torbanın içərisindək yapışqan lentlə bağlanmış bir ədəd sellofan bükülüdə təmiz çəkisi 18,247 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsin xx.xx.2023-cü il tarixli 1175 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 18,247 qram 01 ədəd bükümdə olan narkotik vasitə-marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin marixuananın tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 18,207 qram 01 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxsun məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 18,207 qram narkotik vasitə marixuana məhv edilməlidir. İş üzrə 89 manat (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Göyçay rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 18,247 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-175/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-175/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver