Məhkəmə qərarları › İş №1(002)-175/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-175/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-175/2024 17.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Azərişıq”da rəngsaz vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirib zərər çəkmiş şəxsə zərər vurmuş, nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır vurmasına səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü ildə saat 16:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 69-cu kilometrində yerləşən «Liman» restoranının qarşısındakı avtomobil dayanacağına Zərərçəkmiş şəxs2 məxsus, Şahid1 Nazım oğlu tərəfindən etibarnamə ilə idarə olunaraq gətirilib mühafizə olunmaq üçün verilmiş «VAZ-21063» minik markalı 24BD710 dövlət qeydiyyat nişanlı avtomobili 14 oktyabr 2023-cü ildə saat 01 radələrində talama məqsədi olmadan qanunsuz ələ keçirərək açarla mühərriki işə salıb, 14 oktyabr 2023-cü ildə saat 01:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 29,5-ci kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndnin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində, idarə etdiyi «VAZ- 21063» minik markalı 24BD710 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə 110 km/saat sürətlə idarə edərək Bakı şəhəri istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, nəqliyyat vasitəsinin idarə olunma prosesinə daim nəzarət etməli, qarşıda onunla eyni istiqamətdə avtomobilin hərəkətdə olmasını nəzərə alıb həmin avtomobildən təhlükəsiz yan məsafəsi seçərək hərəkəti davam etdirməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, avtomobil sağa istiqamətlənərək avtomobilin qabaq sağ tin hissəsi sağ zolaqla eyni istiqamətdə 70 km/saat sürətlə hərəkətdə olan Şahid2 idarə etdiyi «VAZ-21074» minik markalı 90FL285 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan tərəfi ilə toqquşmuş, bundan sonra «VAZ-21063» minik markalı avtomobil idarəetməni itirərək yoldan çıxmış və yolun sağ kənarında dayanmış vəziyyətdə olan Şahid3 idarə etdiyi «Mercedes Benz» yük markalı 99JK036 dövlət qeydiyyat nişanlı avtomobilin «Krone» markalı 99ZD466 dövlət qeydiyyat nişanlı yarımqoşqusuna çırpılmış, nəticədə ehtiyatsızdıqdan «VAZ-21063» minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan başın təpə-alın nahiyələrinin və alt çənə nahiyəsinin əzilmiş yaraları, sağ budçanaq oynağının travmatik çıxığı, sağ sirkə kasasının yuxarı kənarının sınığı xəsarət yetirərək ağlamlığına az ağır zərər vurmasına səbəb olmuş, «VAZ-21074» minik markalı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs2 3150 manat ziyan vurmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1, 263-1.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən «Liman» restoranında ofisant işləyir. Oktyabr ayının əvvələrindən sonradan adını bildiyi İsmayıl adlı şəxs idarə etdiyi «VAZ-21063» minik markalı 24BD710 dövlət qeydiyyat nişanlı avtomobili restoranın qarşısında saxlayıb iş yerinə gedir, səhəri gün isə avtomobilini götürüb yaşadığı Hacıqabul rayonuna qayıdırmış. İsmayıl bəzi vaxtlarda avtomobilin açarlarını ona verir, lazım olduğu hallarda, yəni restoranın qarşısında dayanan yük avtomobillərinə maneçilik etdikdə avtomobilin yerini dəyişmək, avtomobilinə nəzarət etmək, həmçinin avtomobili sürüb evinə getməsinə icazə vermişdir. Bir neçə dəfə həmin avtomobili idarə etməklə öz evinə getmişdir. Nəqliyyat vasitələri idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi yoxdur. 13 oktyabr 2023-cü il də saat 17 radələrində İsmayıl yenə də idarə etdiyi həmin avtomobili restoranının qarşısında saxlayıb açarları ona verərək öz iş yerinə getmişdir. Həmin gün saat 22 radələrində işdən çıxıb İsmayıla məxsus «VAZ-21063» minik markalı avtomobili idarə etməklə yaşadığı evə getmişdir. Gecə saat 00:30 rədlərində həmin avtomobili idarə etməklə Ələt qəsəbəsi ərazisinə çıxdıqda yolda sərxoş vəziyyətdə olan qonşusu Zərərçəkmiş şəxs1la rastlaşmışdır. İlqar xahiş etmişdir ki, onu idarə etdiyi avtomobillə Qaradağ rayonu Lökbatan qəsəbəsinə aparsın. O razılaşmış və İlqar avtomobilin qabaq sağ oturacağına əyləşmiş, Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna çıxmaqla Bakı şəhəri istiqamətinə yola düşmüşlər. Saat 01 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə 110 km/saat sürətlə hərəkətdə olarkən İlqara alışqan vermiş, İlqar siqaretini yandırıb alışqanı ona qaytararkən diqqətini yoldan ayırıb alışqanı götürdükdə avtomobil sağa istiqamətlənərək qabaq sağ tin hissəsi sağ zolaqla hərəkətdə olan «VAZ-2107» minik markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra idarəetməni itirərək avtomobil yoldan çıxıb yolun sağ kənarında dayanmış yük avtomobilinə çırpılmışdır. «VAZ-2107» minik markalı avtomobil sola istiqamətlənərək metal arakəsmə çəpərə çırpılmışdır. Hadisə nəticəsində İlqar sağ ayağından xəsarət aldığı üçün ona köməklik edib avtomobilin salonundan çıxartmış və yaxınlıqda olan şəxslərdən xahiş etmişdir ki, TTY stansiyasına məlumat versin. Təxminən 5 dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gəlib İlqarı xəstəxanaya aparmışlar. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə zamanı qorxduğu üçün onlara avtomobilin sürücüsü olduğunu bildirməyərək oradan uzaqlaşıb öz evinə getmişdir. Bundan sonra İsmayıla zəng edib ona məxsus avtomobillə hadisə törətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 müalicə aldığı vaxtlarda xəstəxanada və evində baş çəkmiş və müəyyən qədər maddi yardım etmişdir. İlqarın ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin qəza törətdiyi «VAZ-21063» minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1lə razılaşaraq ona dəymiş zərəri ödəyəcəyi barədə söz vermişdir. Şahid1 avtomobilin açarını yalnız «Liman» restoranının qarşısındakı dayanacaqda lazım gələrsə avtomobilin yerini dəyişmək üçün vermişdir, avtomobillə oradan uzaqlaşmağa, konkret olaraq yol nəqliyyat hadisəsi törətdiyi əraziyə sürüb getməyə icazə verməmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam ödədiyini və faktiki ailəli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Zərərçəkmiş şəxs2 ilə barışaraq ona dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək CM-nin 185.1-ci maddəsi ilə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «VAZ-21063» minik markalı 24BD710 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili oğlu Şahid1 Nazım oğlu idarə edir. Oğlu İsmayılın ona dediyinə görə həmin avtomobil özü tərəfindən Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 69-cu kilometrində «Liman» restoranının qarşısında saxlamış, həmin gün saat 22 radələrində avtomobil Təqsirləndirilən şəxs tərəfindən qaçırılmış və 14 oktyabr 2023-cü ildə saat 01 radələrində Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətmiş, avtomobilin əzilməsi nəticəsində özünə 4872 manat maddi ziyan dəymişdir. Bu səbəbdən Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmənin 08 oktyabr 2024-cü il tarixli iclasında məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanın 1000 manatını məhkəmə gedişatı dövründə, 1500 manatını isə məhkəmə zalında ödədiyini bildirərək, onunla barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və onun barəsində olan işə xitam verilməsini, onun məsuliyyətdən azad edilməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. O, 21 may 2024cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbnin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, 14 oktyabr 2023-cü ildə saat 00:30 radələrində yaşadığı Ələt qəsəbəsində olduğu vaxt onunla eyni qəsəbədə yaşayan Aqşin ona yaxınlaşaraq birlikdə Bakı şəhərinə getməsini bildirmiş, Aqşinə özünün avtomobili olmadığını demiş və ondan avtomobili olubolmadığını soruşmuşdur. Aqşin avtomobili olduğunu bildirib «VAZ-2106» markalı avtomobilin sükanı arxasında oturmuş, özü isə həmin avtomobilin qabaq sağ oturacağında sərnişin qismində əyləşmişdir. Aqşin avtomobili idarə edərək Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna çıxıb Bakı şəhəri istiqamətində hərəkəti davam etmişlər. Yolda Aqşin avtomobili yüksək sürətlə idarə etdiyi üçün bir neçə dəfə avtomobili aşağı sürətlə sürmək barədə ona xəbərdarlıq etmiş, Aqşin isə onun sözlərinə məhəl qoymayıb avtomobilin sürətini azaltmayaraq yüksək sürətlə idarə etməkdə davam etmişdir. Saat 01:10 radələrində yolun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Aqşinin idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı avtomobillə toqquşaraq yoldan çıxıb yolun sağ kənarında dayanmış yük avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində xəsarət almış, amma Aqşin ona heç bir köməklik etməmişdir. Hadisəni görən tanımadığı şəxslər onu avtomobildən çıxardaraq TTY avtomobili ilə Sabunçu rayonundakı 3 nömrəli xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mirəslam oğlu öz ifadəsində ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «VAZ-21074» minik markalı 90FL285 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 13 oktyabr 2023-cü ildə idarə etdiyim avtomobillə Salyan rayonundan Bakı şəhərinə gəlmək üçün yola düşmüşdür. 14 oktyabr 2023-cü ildə saat 01:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə təxminən 70 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən sol zolaqla yüksək sürətlə hərəkətdə olmaqla onu ötən «VAZ-21063» minik markalı avtomobil qəflətən idarəetməni itirərək sağa doğru istiqamətlənmişdir. Həmin avtomobillə toqquşmamaq üçün avtomobili yolun sağ zolağına çıxartmış, həmin «VAZ-21063» minik markalı avtomobilin qabaq sağ hissəsi onun idarə etdiyi avtomobilin arxa sol yan tərəfi ilə toqquşmuşdr. Toqquşmadan sonra idarə etdiyi avtomobil yolun hərəkət hissəsində fırlanaraq qabaq hissəsi yolun sol metal arakəsmə çəpərə çırpılıb qarşısı Qazax istiqamətinə dayanmışdır. Həmin «VAZ- 21063» minik markalı avtomobil isə yoldan çıxaraq arxa sağ hissəsi yolun sağ kənarında dayanmış vəziyyətdə olan «Mercedes Benz» yük markalı avtomobilin arxa sol yan hissəsinə çırpılaraq fırlanıb qarşısı Qazax istiqamətinə dayanmışdır. Həmin vaxt «VAZ- 21063» minik markalı avtomobilin sürücüsü sükan arxasından düşərək hadisə yerindən qaçmışdır. Avtomobildən düşərək həmin «VAZ-21063» minik markalı avtomobilə yaxınlaşdıqda avtomobildə olan sərnişinin xəsarət aldığını görüb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə TTY avtomobili və DYP əməkdaşları gəlmişlər. Xəsarət alan şəxsi xəstəxanaya aparmışlar. Özü və «Mercedes Benz» yük markalı avtomobilin sürücüsü sənədlərini polis əməkdaşlarına təqdim edib keçirilən baxışda iştirak etmişlər və bundan sonra sərxoşluq müayinəsindən keçmişdir. Hadisə nəticəsində avtomobil əzilərək özünə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, "xxxx" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla Gargo.az MMC-yə məxsus «Krone» markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu «Mercedes Benz» yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 13 oktyabr 2023-cü ildə idarə etdiyi avtomobillə Gədəbəy rayonundan Bakı şəhərinə getmək üçün yola düşmüşdür. 14 oktyabr 2023-cü ildə saat 00:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı şəhəri istiqamətinə hərəkətdə olduğu vaxt yolun sol kənarındakı «Qaradağ» marketə getmək məqsədi ilə avtomobili yolun sağ kənarına çıxarıb saxlamışdır. Avtomobilin içərisində oturub istirahət etdiyi vaxt, yəni təxminən 30 dəqiqədən sonra avtomobilin sol yan hissəsinə zərbə dəydiyini hiss etmişdir. Avtomobildən düşdükdə görmüşdür ki, Bakı şəhəri istiqamətinə hərəkətdə olan «VAZ-21063» minik markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan «VAZ-21074» minik markalı avtomobillə toqquşduqdan sonra fırlanaraq sağ yan hissəsi onun idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpılıb yolun hərəkət hissəsində qarşısı metal arakəsmə çəpərə doğru, «VAZ-21074» minik markalı avtomobil isə bir qədər qarşısı Qazax istiqamətinə yolun sağ zolağında dayanıb. Hadisə nəticəsində «VAZ-21063» minik markalı avtomobildə olan sərnişin xəsarət aldığı üçün DİN-nin 102 xidmətinə və TTY stansiyasına məlumat vermişdir. Az sonra hadisə yerinə TTY avtomobili və DYP əməkdaşları gəlmiş və xəsarət alan şəxsi xəstəxanaya aparmışlar. «VAZ-21063» minik markalı avtomobilin sürücüsü hadisə yerindən qaçmışdır. Özü və «VAZ-21074» minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sənədlərini polis əməkdaşlarına təqdim edib keçirilən baxışda iştirak etmiş və bundan sonra sərxoşluq müayinəsindən keçmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobil əzilərək MMC-yə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla atasına məxsus «VAZ-21063» minik markalı 24BD710 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 13 oktyabr 2023-cü ildə idarə etdiyi avtomobillə Hacıqabul rayonundan Bakı şəhərinə iş yerinə getmək üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İş yeri Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində yerləşir. Avtomobili Ələt qəsəbəsi ərazisində, Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun yaxınlığındakı ««Liman» » restoranının qarşısında saxlayıb iş yerinə gedərkən avtomobili orada saxlamaq üçün restoranın işçisi Aqşinlə danışıb razılaşmışdır ki, ona aylıq 5 manat pul verəcəkdir. 13 oktyabr 2023-cü ildə saat 16:20 radələrində avtomobili həmişəki kimi «Liman» restoranının qarşısında saxladığı vaxt Aqşin yaxınlaşaraq demişdir ki, avtomobilin açarlarını ona təhil versin, fövqəladə hallarda avtomobilin yerini dəyişə bilsin və açarı səhəri günü Buludxandan alsın. Səhəri gün, yəni 14 oktyabr 2023-cü ildə saatt 06:10 radələrində Aqşin ona zəng edərək avtomobilini Sahil qəsəbəsi ərazisində aşırtdığını, özünün hadisə yerindən qaçdığını və onunla görüşmək istədiyini bildirmişdir. Aqşinə etiraz edərək işdən icazə alıb BDYPİ-nin Qaradağ rayonu ərazisindəki YPX postuna getmiş, orada maraqlandıqdan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra avtomobilini saxladığım «Liman» restoranına getmiş, orada Aqşin ona yaxınlaşaraq avtomobili aşırtdığını avtomobilini təmir edib qaytaracağını bildirmişdir. Hadisə nəticəsində avtomobili əzilib tam yararsız hala düşərək özünə ümumilikdə 5000 (beş min) manat maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 rayon şöbəsinin 04 yanvar 2024-cü il tarixli, 890 saylı rəyindən görsənir ki, 1.vǝtəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsatlər-başın təpə-alın nahiyələrinin və alt çənə nahiyəsinin əzilmiş yaraları, sağ budçanaq oynağının travmatik çıxığı, sağ sirkə kasasının yuxarı kənarının sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X3 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. 2.Vət. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişin olduğu minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 8/3658 saylı rəyindən məlum olmuşdur ki, 1.2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21063 markalı 24BD710 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 110 km/saat sürətlə idarə etdirdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə VAZ-21074 markalı 90FL285 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 Miraslan oğlunun hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 5.6. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə Mercedes Benz 1843 LS markalı 99JK036 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/1385 saylı rəyindən məlum olmuşdur ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 4500,00 manat olmuş 1994-cü il buraxılışlı "Vaz-21063" minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 3150,00 (4500-30%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli, 3- 13-5/2-20662/2023 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatarına əsasən xx.xx.2002ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməyib. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci, 263-1.1-ci və 264-cü maddələri ilə tövsif edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-175/2023 saylı, 17 oktyabr 2024cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanını iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı istintaqdan yayındığı üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dişdirilməklə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) ay kimi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063“ minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid2 Miraslan oğlunun idarə etdiyi «VAZ-21074» minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid3 idarə etdiyi «Mercedes Benz» yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «Krone» markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 263-1.1-ci maddəsində əsasən 01 (bir) il müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsinə əsasən 01 (bir) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nın 264-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 01 (bir) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş əsas cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063“ minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid2 Miraslan oğlunun idarə etdiyi «VAZ-21074» minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Şahid3 idarə etdiyi «Mercedes Benz» yük markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və «Krone» markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 178 (yüz yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar