Məhkəmə qərarları › İş №1(002)-175/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-175/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-175/2025 15.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla 25 sentyabr 2012-ci il təvəllüdlü X1 və 12 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Eyyubova (Umudova) Namilə Ağaşəfi qızına ödənilməsinə dair Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(002)-257/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin 3(002)-1461/2023 saylı, 27 iyul 2023-cü il tarixli qərarı ilə barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilməsinə, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin 3(002)-2099/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərarı ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməsinə, icra sənədlərindəki tələbləri icra etməsi üçün ona yeni müddət təyin edilərək 21 avqust 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 may 2025-ci tarixədək 8700 (səkkiz min yeddi yüz) manat məbləğində aliment borcunu Eyyubova (Umudova) Namilə Ağaşəfi qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Eyyubova (Umudova) Namilə Ağaşəfi qızı ilə 2013-cü ailə həyatı qurmuşdur.Birgə nikahdan iki övladları vardır.İlk vaxtlar aralarında heç bir narazılıq olmamış və bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində ayrılmışlar. 2022-ci ilin aprel ayında həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evdən iki azyaşlı uşağları ilə birlikdə çıxaraq qardaşının evinə gedərək orada yaşamağa başmışdır. Bakı şəhəri Qaradağ rayon məhkəməsində 2023-cü il tarixdə qətnamə çıxarılmış və onun 300 manat məbləğində aliment ödəməsi qərara alınmışdır. Arada-bir alimentindən ödənişlər etmiş lakin bunu rəsmi şəkildə qəbz vasitəsi ilə etməmişdir.O, arvadı Zərərçəkmiş şəxs ayrılmaq istəmiş, lakin Namilə özü evdən çıxıb getmişdir.Bir-iki dəfə aliment borcundan qardaşı Elman vasitəsi ilə göndərmişdir.Azadlıqda qalarsa aliment borcunu hissə-hissə ödəyəcəkdir.O, son olaraq çıxışında törətdiyi əməldən peşman olduğunu, maddi imkanı olmadığı üçün borcunu tam olaraq ödəmək iqtidarında olmadığını bildirmiş və ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiə tərəfi, zərərçəkmiş şəxs Eyyubova (Umudova) Namilə Ağaşəfi qızının məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. . Zərərçəkmiş şəxs Eyyubova (Umudova) Namilə Ağaşəfi qızı ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə faktiki olaraq 24 sentyabr 2011-ci il tarixdə ailə həyatı qurmuş və 16 aprel 2013-cü il tarixdə isə nikahları Qaradağ rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövr ərzində nikahlarından 25 sentyabr 2012-ci il təvəllüdlü X3 və 12 fevral 2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. Bir müddət mehriban yaşamaqlarına baxmayaraq aralarında ailə münasibətlərinin pozulması nəticəsində keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2022-ci ilin aprel ayında gəlin gəldiyi evdən iki azyaşlı uşağı ilə birlikdə çıxaraq qardaşımın yaşadığı ünvana gələrək onun himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir ata kimi azyaşlı uşaqların taleyi ilə maraqlanmadığı üçün və uşaqların saxlanılmasından ötrü maddi cəhətdən əziyyət çəkdiyi üçün məcburiyyət qarşısında qalaraq ondan boşanmağa görə və iki azyaşlı uşaqların saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən aralarında bağlanmış rəsmi nikahları ləğv olunaraq 25 sentyabr 2012-ci il təvəllüdlü X1 və 12 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 24 iyun 2023-cü il tarixli, 2(002)-257/2023 saylı qətnamə çıxarılmışdır. Bu barədə icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq təmir ustası kimi işləyir və aylıq qazancı orta hesabla 600 (altı yüz) – 700 (yeddi yüz) manat müqabilində təşkil edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İstintaq müddətində Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz qalıq borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Eyyubova (Umudova) Namilə Ağaşəfi qızı məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona aliment borcunun ödənilmədiyini qeyd etmiş və sonuncuya ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Qaradağ rayon icra şəbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 24 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla 25 sentyabr 2012-ci il təvəllüdlü X1 və 12 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Eyyubova (Umudova) Namilə Ağaşəfi qızının xeyrinə ödənilməlidir. Qaradağ rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icraatına daxil olmuş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən alimentin ödənilməsi barədə Qaradağ Rayon Məhkəməsinin 2(002)-257/2023 saylı, 24 iyun 2023-cü il tarixli icra sənədi əsasında 05 iyul 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarı və “Tələbin könüllü icra haqqında” bildirişi iş üzrə borclu Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon icra şöbəsində şəxsən təqdim edilmişdir. Bundan sonra borclunun əmlak və gəlirləri yoxlanılarkən “Elektron İcra İnformasiya” sistemində iş üzrə borclu Təqsirləndirilən şəxs adına tələbin yönəldilə biləcək əmlak və gəlirləri müəyyən olunmamışdır. Qaradağ Rayon Məhkəməsinin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən tənbehdən nəticə çıxarmamış, icra məmurunun qanuni tələblərini təkrar olaraq yerinə yetirmədiyi üçün o Qaradağ rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunmasına və icra sənədlərindəki tələbləri icra etməsi üçün ona 21 avqust 2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ümumilikdə cəmi 8700 (səkkiz min yeddi yüz) manat borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 Məmməd oğlunun göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməsini göstərmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi 21 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 306.1-cı maddəsi ilə başlanmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il il tarixdə tutularaq xx.xx.2025ci il tarixdə təcridxanaya təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi cinayət əməlini etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, məhkəmənin çağırışlarından yayınmasını və axtarış nəticəsində məhkəməyə gətirilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən tutulduğu vaxtdan, yəni 25 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar