Məhkəmə qərarları › İş №1(002)-176/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-176/2021

05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-176/2021 05.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1986-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı uşağı) olan, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs «X2 İntizam Qaydaları» ilə cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərə qadağan olunmuş əşyalar hesab edilən mobil telefonları və aksesuarların ötürülməsinə cəhd etmişdir. Belə ki o, 2019-cu ilin fevral-mart aylarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid9 ilə əlbir olub cinayət əlaqəsinə girərək, «X2 İntizam Qaydaları» ilə cəzaçəkmə müəssisəsində məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyalar hesab edilən mobil telefonları və aksesuarları müəssisədə saxlanılan şəxslərə ötürmək niyyətilə sonuncunun müəssisədə istifadə etdiyi 055 ******* №-li mobil telefon vasitəsilə özünə məxsus 050 ******* və 055 ******* №-li mobil telefonlarla danışıqlar aparmış, onunla həmin danışıqlar zamanı 6 ədəd müxtəlif markalı mobil telefonların, 1 ədəd elektrik qidalandırıcının, mobil telefon üçün 4 ədəd elektrik naqilinin, 2 ədəd qulaqcığın, 1 ədəd telefon batareyası və 2 ədəd danışıq kartının cəzaçəkmə müəssisəsinə gizli keçirilməsi barədə razılığa gəlmiş və Şahid9 tapşırıqlarını yerinə yetirərək həmin qadağan olunmuş əşyaları, o cümlədən 1 ədəd «Nokıa» markalı «105» modelli, «**********11674» imei kodlu, 1 ədəd «Nokıa (X- İnova)» markalı «T210» modelli «**********13753, **********13761» imei kodlu, 1 ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Ceneral Mobile» markalı «GM6» modelli «**********93410» imei kodlu, 1 ədəd həssas (sensorlu) təzyiqlə çalışan «X6 3» markalı «GT-S7272» modelli «**********60982, **********60980» imei kodlu, 1 ədəd həssas (sensorlu) təzyiqlə çalışan «»Samsung Qalaxy S4 mini» markalı «GT-İ9192» modelli «**********53552, **********53550» imei kodlu, 1 ədəd daxilində 2 danışıq kartları ilə birlikdə «Samsung» markalı «SM-B350E» modelli «**********58603, **********58602» imei kodlu mobil telefonları, habelə 1 ədəd elektrik qidalandırıcını, elektrik qidalandırıcı üçün 4 ədəd naqil, 1 ədəd telefon batareyası və 2 ədəd qulaqcıqları plastik qapının alt lövhəsinə yerləşdirməklə gizlətmiş və digər təmir materialları ilə birlikdə həmin cinayət barədə məlumatı olmayan Şahid1 idarə etdiyi «Ford-Tranzit» markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomaşınla Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan şəxslərə ötürülməsinə cəhd etmiş, lakin 14 mart 2019-cu il tarixdə saat 14.30-da tarixdə Cəzaçəkmə Müəssisəsinin nəzarət-buraxılış məntəqəsində əməkdaşların keçirdiyi baxış nəticəsində həmin qadağan edilmiş əşyalar aşkar edilərək götürüldüyündən onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.06.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddəti bitdiyi üçün 23.06.2018-ci ildə azad olunmuşdur. Həmin cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid9 təxminən 10 ildir tanıyırmış və azadlıqda olarkən onunla normal münasibəti olmuşdur. 2019-cu ilin mart ayının əvvəllərində Şahid9 onun işlətdiyi 050 ******* və 055 ******* nömrəli telefonuna zəng edərək cəzaçəkmə müəssisəsində görüş yerinin təmir edilməsi üçün Astaradan tikinti materiallarının, yəni emusiya, habelə plastik qapı və pəncərə göndərilməsini, Maştağada yaşayan xalası oğlunun gəlib bu əşyaları götürüb cəzaçəkmə müəssisəsinə göndərəcəyini bildirmişdir. Eyni zamanda Şahid9 tanışlarının bir neçə mobil telefon təşkil edərək ona verəcəklərini və həmin mobil telefonları, aksesuarlarıyla birlikdə plastik qapı, yaxud pəncərənin içərisində gizlədərək müəssisəyə göndərilməsini xahiş etmişdir. Təxminən 2-3 gündən sonra Astaradan Elnur və yaxud Ramil adlı oğlan ona zəng edərək böyük yük daşıyan maşınla emusiya 4 vedrə və pəncərələrin göndərildiyini və bunları təxminən saat 23 radələrində Lökbatanda Meyvəli deyilən yerdə götürməsini bildirmişdir. Lakin gecə saat 2 radələrində həmin yük daşıyan maşının sürücüsü, ona zəng edərək gəldiyini bildirmiş və oraya bir taksi tutub getmiş, həmin 4 vedrə emusiyanın və 4 pəncərəni götürüb Yeni Yasamalda kirayə tutduğu evə gətirmişdir. Təxminən 2-3 gündən sonra həmin adam zəng edərək Astaradan plastik qapını göndərdiyini və bir «Qazel» markalı tipli avtomaşınla və sürücünün ona zəng edəcəyini bildirmişdir. Həmin gün saat 15-16 radələrində həmin avtomaşının sürücüsü zəng edərək gəldiyini bildirmiş, o, gedib bu qapını götürüb 3-cü mikrorayon dairəsinin yanında olan bir yerdən götürmüş və bundan sonra orada olan bir sexdə işləyən tanış olan Orxan adlı adama saxlamaq üçün vermişdir. Bundan sonra 1-2 gün keçmiş Rəhimin qohumu Maştağadan zəng edərək, Astaradan gəlmiş qapı– pəncərənin 13 saylı cəzaçəkmə müəssisəsinə gedilməsini bildirmişdir. Bundan sonra o, Yasamalda yanacaq-doldurma məntəqəsində «Ford» markalı avtomaşının sürücüsü ilə görüşmüş, sonuncu ilə Orxan işlədiyi sexə gedərək orada qapını götürüb maşına qoyarkən həmin əşyaları da plastik qapının alt lövhəsinə yerləşdirməklə gizlətmiş, sonra isə yaşadığı Yeni Yasamalda olan evə gedərək, oradan 4 vedrə emusiyanı və pəncərələri də götürüb maşına yükləmişdir. Bundan sonra sürücü bu əşyaları aparmışdır. Həmin gün, yəni 14 mart 2019-cu il tarixdə axşam vaxtlarında ona zəng gəlmişdir ki, telefonu söndürsün çünki gedən əmlakın içində nəsə çıxıb. Bundan sonra ona Maştağadan olan və Rəhimin xalası oğlu kimi bildiyi Əlizamin zəng edərək onunla mübahisə etmiş və bildirmişdir ki, həmin əşyalarda bir neçə mobil telefon çıxmışdır. O, istəmirmiş ki, qapıpəncərə ustası Şahid3 bilsin ki, qapı–pəncərə cəzaçəkmə müəssisəsinə gedəcək, ona görə ona guya bu əşyaların hərbi hissəyə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu bildirərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, müəssisədə cəza çəkən məhkum Şahid9 adına göndəriləcək tikinti materiallarda məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşyaların olması barədə əvvəlcədən əməliyyat məlumatı əldə olunmuşdur. 14.03.2019-cu il tarixdə saat 14:30 radələrində sürücü işləyən Şahid1 məhkum Şahid9 adına olan tikinti materialları, plastik qapı və pəncərələri ilə müəssisəyə gətirmişdir. Müəssisədə plastik qapı və pəncərə nəzarət-buraxılış məntəqəsində müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə yoxlama zamanı plastik qapının çərçivəsinin gizli saxlanc yerində xüsusi üsulla yerləşdirilmiş işlək vəziyyətdə 3 (üç) ədəd «Samsung», 2 (iki) ədəd «Nokıa», 1 (bir) ədəd «General mobile» markalı mobil telefon aparatları, 4 ədəd elektrik qidalandırıcısı, 2 ədəd «Azercell» danışıq kartı, 2 ədəd qulaqcıq və 1 ədəd telefon akkumulyatoru aşkar olunaraq götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Fakt barədə müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 13 saylı Cəzaçəkmə Müəssisəsinin yeməkxana müdiri Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14.03.2019-cu il tarixdə hal şahidi qismində dəvət olunmuşdur. Nəzarət-buraxılış məntəqəsində məhkum Şahid9 qohumları tərəfindən könüllü təqdim edilmiş tikinti materialları, plastik qapı və pəncərələr sürücü işləyən Şahid1 tərəfindən müəssisəyə gətirilmiş, müəssisədə plastik qapı və pəncərə nəzarət-buraxılış məntəqəsində müəssisə əməkdaşları tərəfindən yoxlama zamanı plastik qapının çərçivəsinin gizli saxlanc yerində xüsusi üsulla gizlədilmiş işlək vəziyyətdə 3 (üç) ədəd «Samsung», 2 (iki) ədəd «Nokıa», 1 (bir) ədəd «General mobile» markalı mobil telefon aparatları, 4 ədəd elektirk qidalandırıcısı, 2 ədəd «Azercell» danışıq kartı, 2 ədəd qulaqcıq və 1 ədəd telefon akkumulyatoru aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, usta kimi plastik qapı-pəncərə düzəldirmiş. İşlədiyi sex Bakı şəhəri 3-cü mikrorayonda köhnə çörək zavodunun həyətində yerləşir. Təxminən hadisədən 2 ay əvvəl Təqsirləndirilən şəxslə tanış olmuş, həmin vaxt Ruslan telefonla zəng edib hamam üçün 2 ədəd nəfəslik pəncərə sifariş etmiş və sonra gələrək, həmin məhsulun dəyərini ödəyərək götürüb aparmışdır. Təxminən 1 ay sonra Ruslan zəng edərək bildirmişdir ki, hərbi hissəyə əsgərlər üçün qapı göndərmək istəyir və 90 manat pulu vardır. O, hesablayaraq Ruslana demişdir ki, bu qapının maya dəyəri 115 manat təşkil edir. Ruslan həmçinin 5 ədəd pəncərə düzəltmək lazım olduğunu bildirmiş, o da hesablayaraq, xərcin 350 manat təşkil etdiyini müəyyən etmişdir. 2019-cu ilin mart ayının əvvəllərində təxminən saat 11-12 radələrində Ruslan iş yerinə gələrək bir ədəd plastik qapı gətirərək bildirmişdir ki, bu qapı ona hədiyyə göndərilmişdir ki, hərbi hissəyə göndərilsin və pəncərə üçün pul axtardığını bildirərək qapının orada bir neçə gün qalmasını xahiş etmişdir. O, etiraz etməmiş və qapını sexə qoymuşdur. Bundan təxminən 3 gün keçəndən sonra Ruslan zəng edərək qapını götürəcəyini bildirmiş, sonuncudan pəncərə barədə soruşmuş, Ruslan pəncərənin pulunu hələ hazırlamadığını, qapını götürməyə gəldiyini bildirmişdir. Həmin vaxt iş yerində olmadığı üçün onunla birlikdə işləyən Hacı Vaqifə zəng edərək bu barədə bildirmiş və Hacı Vaqif gəlib qapını Ruslana vermişdir. Bundan sonra Ruslanı görməmiş və telefonla əlaqəsi olmamışdır. Ancaq istintaq zamanı bilmişdir ki, həmin qapının içində bir neçə ədəd mobil telefon olmuş və bu qapı hərbi hissəyə yox, cəzaçəkmə müəssisəsinə gedirmiş. Bu əşyalardan xəbəri olmamış, qapı isə harada düzəltdirilib, o bilmirmiş. Şahid13 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid13 öz ifadəsində göstərmişdir ki, fərdi qaydada tikintidə fəhlə işləyir, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində tanışı Şahid9 cəza çəkir, sonuncu ilə təxminən 1 il 6 ay bundan əvvəl 2 saylı Cəzaçəkmə Müəssisəsində həmin müəssisəyə cəza çəkən başqa tanışının yanına gedərək təsadüfən görüş otağında tanış olmuşdur. Şahid9 həmin tanışın vasitəsilə onun telefon nömrələrini öyrənmiş və hərdən bir ona zəng etmişdir. 2019-cu ilin fevral ayında Şahid9 xahişi ilə əvvəllər tanımadığı Şahid11 bir ədəd işlənmiş mobil telefon və 2 ədəd danışıq kartını alaraq sonradan Təqsirləndirilən şəxs vermişdir. Həmin cəzaçəkmə müəssisəsinə mobil telefonların ötürülməsi ilə əlaqədar heç bir bağlılığı olmamış, bu işdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə işə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan «xxxx» MMC-nin 23.04.2019-cu il və 10.05.2019-cu il tarixli məktublardan görünür ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində aşkar edilmiş 2 ədəd danışıq kartı – 050 ******* və 050 ******* №-li danışıq kartları Şahid11 adınadır və 23.02.2019-cu il tarixdə müqavilə əsasında satılmışdır. İşdə olan «xxxx» MMC-nin 10.05.2019-cu il tarixli məktubundan görünür ki, 055 ******* №-li telefon danışıq kartı Təqsirləndirilən şəxs adınadır, 055 ******* №-li telefon danışıq kartı isə Şahid13 adınadır. İşdə olan 14.03.2019-cu il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Şahid9 müəssisə ərazisində aparılan təmir tikinti materiallarını könüllü təqdim etmək üçün müəssisə rəhbərliyinə müraciət etmişdir. Müəssisənin əməliyyat aparatına məhkum Şahid9 göndəriləcək tikinti materiallarında çoxlu sayda mobil telefon aparatlarının və narkotik vasitələrini gizlədilərək müəssisə ərazisinə keçirilməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra məhkum Şahid9 cinayətkar niyyətini ifşa etmək məqsədilə ona müəssisəyə tikinti materiallarının təqdim olunmasına icazə verilmişdir. 14.03.2019-cu il tarixdə saat 14-30 radələrində məhkum R. Məmmədovun qohumları tərəfindən könüllü təqdim edilmiş plastik qapı və pəncərəni sürücü işləyən Şahid1 müəssisəyə gətirmiş, müəssisədə plastik qapının çərçivəsinin gizli saxlanc yerində xüsusi üsulla gizlədilmiş 3 ədəd «Samsung», 2 ədəd «Nokia», 1 ədəd «General Mobile» markalı mobil telefon aparatları, 4 ədəd elektrik qidalandırıcısı, 2 ədəd qulaqcıq, 2 ədəd «Azercell» danışıq kartı və 1 ədəd telefon akkumulyatoru aşkar olunaraq götürülmüşdür. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03.04.2019-cu il tarixli 8084 №-li rəyindən görünür ki, aşkar edilmiş: 1) «Nokıa» markalı «105» modelli, «**********11674» imei kodlu olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. 2) «Nokıa (X-İnova)» markalı «T210» modelli arxa tərəfindəki markirovka göstəricisinə görə «**********13753, **********13761» imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 3) «Samsung» markalı «SM-B350E» modelli «**********58603, **********58602» imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. 4) həssas (sensorlu) təzyiqlə çalışan «X6 3» markalı «GT-S7272» modelli «**********60982, **********60980» imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. 5) həssas (sensorlu) təzyiqlə çalışan «Samsung Qalaxy S 4 mini» markalı «GT-İ9192» modelli «**********53552, **********53550» imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. 6) həssas (sensorlu) təzyiqlə çalışan «General Mobile» markalı «GM6» modelli arxa tərəfindəki markirovka göstəricisinə görə «**********93410» imei kodlu mobil telefon olmaqla, hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 050 ******* №-li telefonla Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən tanışı Şahid9 ilə 055 ******* №-li telefona 01.03.2019-cu il tarixdən 14.03.2019-cu il tarixədək telefonlara qarşılıqlı zənglər və SMS yazışmaları etməklə 45 dəfə əlaqə saxlamışdır, onlardan 27 dəfə SMS yazışması barədə məlumatlar qeydiyyata alınmışdır. Həmin SMS-lərin mətnindən görünür ki, Şahid9 konkret olaraq öz adını, soyadını və atasının adını göstərməklə Təqsirləndirilən şəxs müəyyən tikinti materiallarını gətirilməsini bildirir, həmçinin şübhə yaratmamaq üçün təlimat verir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadə etdiyi 050 ******* №-li telefona daxil olan və çıxan zənglər təhlil edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs: - Astara rayon sakinləri Şahid14 ilə 050 ******* №-li telefonla 05.03- 06.03.2019-cu il tarixlərdə 6 dəfə telefonla əlaqə saxlamış, - Astara rayon sakini Şahid15 ilə sonuncunun istifadəsində olan 050 ******* №-li telefonla 06.03.2019-cu il tarixdə 3 dəfə əlaqə saxlamışdır. - Şahid2 ilə 051 ******* №-li telefona 14.03.2019-cu il tarixdə 1 dəfə və 19.03.2019-cu il tarixdə 2 dəfə telefonla əlaqə saxlamış, - Şahid3 ilə 050 ******* və 070 ******* №-li telefonlara 05.03.219-cu il tarixdən 11.03.2019-cu il tarixədək 3 dəfə əlaqə saxlamışdır. İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Şahid11 istifadə etdiyi 051 ******* №-li telefonla Şahid13 ilə 055 ******* №-li telefonla 22.02.2019-cu il tarixdən 23.02.2019-cu il tarixədək telefonlara qarşılıqlı zənglər etməklə 4 dəfə əlaqə saxlamışdır. İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi 055 ******* №-li telefonla aşağıdakı şəxslər ilə əlaqə saxlamışdır: - məhkum Şahid9 ilə 055 ******* №-li telefonla (telefon nömrəsi (Şahid16 adınadır – Masallı rayonu Ərkivan qəsəbəsi) 07.03.2019-cu il tarixdən 14.03.2019-cu il tarixədək telefonlara qarşılıqlı zənglər etməklə 11 dəfə əlaqə saxlamışdır. - 055 ******* №-li telefonla Şahid17 ilə 11.03.2019-cu il tarixdən 08.04.2019-cu il tarixədək 6 dəfə, - 050 ******* və 070 ******* №-li telefonlarda Şahid3 ilə 10.03.2019-cu il tarixdən 14.03.2019-cu il tarixədək 4 dəfə, - 070 ******* №-li telefonla Şahid1 ilə 14.03.2019-cu il tarixdə 3 dəfə, - 051 ******* №-li telefonla Şahid2 ilə 14.03.2019-cu il tarixdən 01.04.2019-cu il tarixədək 6 dəfə əlaqə saxlaması qeydiyyata alınmışdır. İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, məhkum Şahid9 istifadə etdiyi 055 ******* №-li telefonla cəza çəkdiyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsindən – Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi, 45 ünvanda olan anten vasitəsilə aşağıdakı şəxslər ilə əlaqə saxlamışdır: - 055 ******* №-li telefonla Şahid13 ilə 02.02.2019-cu il tarixdən 12.03.2019-cu il tarixədək 128 dəfə, - 055 ******* №-li telefonla Şahid2 ilə 06.02.2019-cu il tarixdən 14.03.2019-cu il tarixədək 27 dəfə əlaqə saxlaması qeydiyyata alınmışdır. -051 ******* №-li telefonla 06.03.2019-cu il tarixdən 14.03.2019-cu il tarixədək – 7 dəfə; - Təqsirləndirilən şəxs ilə ******* №-li telefonla 07.03.2019-cu il tarixdən 14.03.2019cu il tarixədək telefonlara qarşılıqlı zənglər etməklə 15 dəfə, 050 ******* №-li telefonla 57 dəfə əlaqə saxlamışdır. - 055 ******* №-li telefonla Şahid17 ilə 02.02.2019-cu il tarixdən 14.03.2019-cu il tarixədək 249 dəfə, - 055 ******* və 055 ******* №-li telefonla Hamlet Həsənovla 12.03.2019 -13.03.2019 il tarixədək 12 dəfə - 050 ******* №-li telefonla Şahid15 ilə 05.03.2019-cu il 09.03.2019-cu il tarixədək 86 dəfə. İş materiallarında olan «xxxx» MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində mobil telefonda aşkar edilmiş Şahid11 məxsus 050 ******* №-li telefon danışıq kartından yalnız 1 dəfə 051 ******* №-li telefona 28.02.2019-cu il tarixdə zəng edilmişdir. Həmin nömrə Təqsirləndirilən şəxs həmyerlisi Bərdə rayon sakini X3 adınadır. Həmin şəxslə Təqsirləndirilən şəxs istifadəsində olan 050 ******* №-li telefonla da telefon danışıqları qeydiyyata alınmış, belə ki qeyd edilən nömrədən Babək Məmmədovun adına olan və hazırda istifadə etdiyi 051 ******* və 050 ******* №-li telefonlarda əlaqə saxlaması qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29.12.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «X2 İntizam Qaydaları» nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Qeyd edilən 6 ədəd mobil telefonlar, 2 ədəd danışıq kart aksessuarlar, habelə «xxxx» MMC-nin, «xxxx» MMC-nin və «xxxx» MMC-nin diskdə olan məlumatlar maddi sübut kimi tanınmışlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 29,317-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona cəza təyin edilməməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, yuxarıda qeyd olunan cinayət əməli 14 mart 2019-cu il tarixdə müəyyən edilərək rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qeyd olunan cinayət işi ilə əlaqədar 19 yanvar 2021-ci il tarixdə axtarış elan edilməklə işin icraatı dayandırılmış, 01 mart 2021-ci il tarixdə tutularaq istintaqa təhvil verilmiş və 03 mart 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Odur ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı 01 ay 12 gün müddət cəlbetmə müddətinə aid edilməməlidir. Belə olan halda da Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti 26 aprel 2021-ci il tarixdə başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respubliksının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Yuxarıda qeyd olunan normaları hazırkı iş üzrə tətbiq edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayət qanununa əsasən iki il nəzərdə tutulduğundan və müddətlər cinayətin törədildiyi gündən hökm qanuni qüvvəyə minənədək olan müddətdə hesablandığından, Təqsirləndirilən şəxs hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 1(002)-131/2021 saylı, 08 aprel 2021-ci il tarixli hökmünə əsasən iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsində saxlanılan 1 ədəd «Nokıa» markalı «105» modelli, «**********11674» imei kodlu, 1 ədəd «Nokıa (X-İnova)» markalı «T210» modelli «**********13753, **********13761» imei kodlu, 1 ədəd həssas (sensorlu) təzyiqlə çalışan «Ceneral Mobile» markalı «GM6» modelli «**********93410» imei kodlu, 1 ədəd həssas (sensorlu) təzyiqlə çalışan «X6 3» markalı «GT-S7272» modelli «**********60982, **********60980» imei kodlu, 1 ədəd həssas (sensorlu) təzyiqlə çalışan «»Samsung Qalaxy S4 mini» markalı «GT-İ9192» modelli «**********53552, **********53550» imei kodlu, 1 ədəd daxilində 2 danışıq kartları ilə birlikdə «Samsung» markalı «SM-B350E» modelli «**********58603, **********58602» imei kodlu mobil telefonları, habelə 1 ədəd elektrik qidalandırıcını, elektrik qidalandırıcı üçün 4 ədəd naqil, 1 ədəd telefon batareyası və 2 ədəd qulaqcıqların dövlət nəfinə müsadirə edilməsi və iş üzrə 59 (əlli doqquz) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərcinin məhkum Şahid9 tutularaq dövlət nəfinə keçirilməsi qərara alınmışdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınmış və Ədliyyə Nazirliyinin İstintaq İdarəsində saxlanılan maddi sübutların Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 1(002)-131/2021 saylı hökmü ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınmalıdır. İş üzrə 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) ekspertiza xərci Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 1(002)-131/2021 saylı hökmü ilə Şahid9 aid edildiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcindən azad edilməlidir. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə CM-nin 75.1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) ekspertiza xərci Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 1(002)-131/2021 saylı hökmü ilə Şahid9 aid edildiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Ədliyyə Nazirliyinin İstintaq İdarəsində saxlanılan maddi sübutların Qaradağ rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 1(002)-131/2021 saylı hökmü ilə dövlət nəfinə müsadirə edilməsi nəzərə alınsın. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar