Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-176/2022 02.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 06 may 2022-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən tərtib edilərək 10 may 2022-ci il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən 16.02.2022-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də 111 saylı, marşurut avtobusunun sonuncu dayanacağının qarşısında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə Təqsirləndirilən şəxs saxlanılmış və saat 15:00 radələrində Qaradağ RPİ 10-cu PB-yə gətirilmiş, polis əməkdaşlarının və Bakı şəhəri, Qaradağ rayonu 10 saylı vəkil bürosunun müdafiəçi Elxas Əsgərovun iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı gödəkçənin, sağ yan cibindən, ağ rəngli üzərində “Winchester” sözü yazılmış, siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisində, gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, narkotik vasitəyə bənzər 06 ədəd büküm, ağ kağız kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar, 03 ədəd büküm və 01 ədəd qəhvəyi rəngli üzərində “Methadone” sözləri yazılmış dərman aşkar edilmişdir. Təqsirləndirilən şəxs Mehman oğlunun təqdim etdiyi, həmin maddələrin psixotrop vasitə olan metanfetamin, methadone və narkotik vasitə hesab edilən heroin 01 ədəd zərfə qablaşdırılaraq 222 saylı möhürlə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, həmin cinayət işi 17.02.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. 18.02.2022-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. 18.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd olunan maddə ilə ittiham irəli sürülmüşdür. 10.05.2022-ci il tarixdə iş üzrə tərtib edilmiş ittiham aktı Qaradağ rayon prokuroru Zəfər Əhmədov tərəfindən təsdiq edilərək, iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, cinayət işi tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən 16.02.2022-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2-də 111 saylı, marşurut avtobusunun sonuncu dayanacağının qarşısında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinməsi ilə Təqsirləndirilən şəxs saxlanılmış və saat 15:00 radələrində Qaradağ RPİ 10-cu PB-yə gətirilmiş, polis əməkdaşlarının və Bakı şəhəri, Qaradağ rayonu 10 saylı vəkil bürosunun müdafiəçi Elxas Əsgərovun iştirakı ilə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa, könüllü təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qırmızı gödəkçənin, sağ yan cibindən, ağ rəngli üzərində “Winchester” sözü yazılmış, siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisində, gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə, içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, narkotik vasitəyə bənzər 06 ədəd büküm, ağ kağız kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar, 03 ədəd büküm və 01 ədəd qəhvəyi rəngli üzərində “Methadone” sözləri yazılmış dərman aşkar edilmişdir. Təqsirləndirilən şəxs Mehman oğlunun təqdim etdiyi, həmin maddələrin psixotrop vasitə olan metanfetamin, methadone və narkotik vasitə hesab edilən heroin 01 ədəd zərfə qablaşdırıiaraq 222 saylı möhürlə möhürlənib götürülmüşdür. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsində cinayətin təsviri düzgün göstərilməmiş və nəticədə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Göründüyü kimi müstəntiq ittiham aktının nəticəvi hissəsində “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokola istinad edərək təqsirləndirilən şəxsə ittiham irəli sürmüşdür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kimyəvi ekspertizasının 17.02.2022-ci il tarixli, №6/968 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘Azərbaycan Respublikası DİN Zərflər üçün N 222” dairəvi möhür əski olan, “Təqsirləndirilən şəxs götürülmüş 06 ədəd...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,105 qram, 0,126 qram, 0,157 qram, 0,114 qram, 0,178 qram, 0,187 qram ümumi təmiz çəkisi 0,867 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,015 qram, 0,079 qram, 0,049 qram ümumi təmiz çəkisi 0,184 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 01 ədəd olan açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsir edici maddəsi metadondur və həmin həbin tərkibində methadonun təsir maddəsinn ümumi miqdarı 0,040 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına' (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə kimyəvi ekspertizasının 17.02.2022-ci il tarixli rəyində göstərilən narkotik və psixotrop maddələrinin miqdarı və növləri göstərilsə də ittiham aktının nəticəvi hissəsində isə ümumiyyətlə göstərilməmişdir. Bununla da müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinin tələblərinə əsasən cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir” Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X6 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Adolf Avstriyaya qarşı” iş üzrə 26 mart 1982-ci il tarixli qərarında göstərmişdir ki, “cinayət ittihamı” nın anlayışının üzv dövlətlərin milli hüquq sistemlərindəki təsnifatlardan asılı olmayan müstəqil mənası var. Ümumiyyətlə, Avropa Məhkəməsinin mövqeyinə görə “ittiham” anlayışına Konvensiyanın mənasında baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəməyədək icraat zamanı yol verilmiş pozuntular, ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) göstərilir. Göründüyü kimi müstəntiq tərəfindən üzərinə düşən tam, hərtərəfli və obyektiv araşdırma aparılması və müdafiəçi tərəfindən keyfiyyətli hüquqi yardım göstərilməsinin təmin edilməsi kimi vəzifələrin layiqincə yerinə yetirilməməsi nəticəsində təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Beləliklə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələblərini pozmuşdur. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbəliyi həyata keçirən prokurora qaytarılmasını və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə - metamfetaminin, narkotik vasitə - heroinin və əsas təsir edici maddəsi metadon olan üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunun çəkiləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2022ci il tarixli, 6/968 nömrəli rəyində aydın şəkildə göstərilmişdir. Lakin müstəntiq tərəfindən ittiham aktı tərib edilərkən verilmiş ittihamda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş maddələrin növləri və bükümləri göstərilsə də çəkiləri barədə heç bir məlumat verilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ da kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə səbəb olmaqla onun müdafiə hüququnun pozulmasına səbəb olur. Bundan başqa ittiham aktında təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü təqsirli bilməsi qeyd edilsə də onun hansı maddə ilə özünü təqsirli bilməsi göstərilməmişdir. Hansı ki, istər məhkəmə hazırlıq iclası zamanı, istərsə də ibtidai istintaq zamanı toplanmış materialdan aydın olur ki, təqsirləndirilən şəxs özünü ancaq CM-nin 234.1-ci maddəsində təqsirli bilmişdir. Bundan əlavə iş materiallarında olan 17 fevral 2022-ci il tarixli Qaradağ RPİ-nin İŞnin müstəntiqi Fərid Seyfəlov tərəfindən Qaradağ rayon prokuroruna ünvanlanmış məktubdan görünür ki, 17 fevral 2022-ci il tarixdə cinayət işi icraatına qəbul edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə başlanmış cinayət işi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilmişdir. Lakin iş materiallarında olan “cinayət işi üzrə istintaq materiallarının tövsif edilməsi” haqqında 18 fevral 2022-ci il tarixli qərarla cinayət işinin materialları CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Göründüyü kimi müstəntiq tərəfindən tövsif barədə qərar qəbul edilməmişdən bir gün əvvəl tövsif edilməklə bağlı prokurorluğa məlumat verilmişdir. Eləcə də iş materiallarında olan 18.04.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda cinayət işinin materiallarının 17.02.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edildiyi göstərilmişdir. Bundan başqa iş materiallarında olan “vəsatətin rədd edilməsi” haqqında 18.02.2022-ci il tarixli və “vəsatətin rədd edilməsi” haqqında 19.04.2022-ci il tarixli qərarlar eyni qərarlar olmaqla biri digərindən köçürülmüş və hər iki qərarın nəticə hissəsində 17.02.2022-ci il tarixli vəsatətin əsassız olduğundan rədd edilməsi qeyd edilmişdir. Göründüyü kimi cinayət işinin materiallarında bir-biri ilə ziddiyyət təşkil edən kifayət qədər anlaşılmazlıq mövcuddur. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxs X1 Rayon Məhkəməsinin 03.11.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin ibtidai istintaq zamanı şəxsin həmin cəzanı çəkməsi ilə bağlı heç bir araşdırma aparılmamış və bu barədə aidiyyəti orqanlara heç bir sorğular verilməmişdir. Bütün bu sadalanan hallar ümumilikdə təqsirləndirilən şəxsin ona verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsif baxımından hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxsin azadlıqda qalacağı təqdirdə istintaqdan və məhkəmədən qaçıb gizlənmək, istintaqın gedişinə mane olmaq, iş üzrə sübutları saxtalaşdırmaq və yenidən cinayət törətmək ehtimalı kifayət qədər yüksəkdir. Ona görə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq təqsirləndirilən şəxsin barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və müddətinin uzadılmasını zəruri hesab edir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbirinin müddəti bitmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin 01 ay müddətinə uzadılması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. 306.2. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 159.1-ci maddəsində göstərilir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 (bir) ay müddətinə, yəni 02 iyul 2022-ci il tarixədək uzadılsın.
2. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.
Sədrlik edən: Rufan Mürsəlov