Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-177/2021 17.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Güzdək qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 07 yanvar 2021-ci il tarixdə saat 20:15-də Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılıb Qaradağ RPİ-nin inzibati binasına gətirilərək dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 21:10 radələrində üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən sellofan paketdə olan 03 ədəd siqaret kağızına bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,305 qram, 0,063 qram, 0,061 qram olmaqla ümumi təmiz çəkisi 0,429 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan “kakos” yəni heroin istifadə edir. 06.01.2020-ci il tarixdə o, Bakı şəhəri Nərimanov rayonu, “Montin” adlanan yerdən Bağır adlı şəxsdən 3 büküm narkotik vasitə “kakos”, yəni heroini 15 manata almışdır. Aldığı narkotik vasitələri əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur. Aldığı 03 ədəd bükümü öz şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. Narkotik vasitəni aldıqdan sonra yaşadığı Lökbatan qəsəbəsinə gəlmişdir. 07.01.2020-ci il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi R.Salmanov küçəsində olan zaman 2 nəfər mülki paltarda şəxs ona yaxınlaşmışdır. Onlar xidməti vəsiqələrini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində ona vəkillərin siyahısı təqdim edilmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, müstəqil şəkildə həmin siyahıdan istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilər. O, həmin siyahıya baxan zaman siyahıda adları olan şəxslərdən X1. Seçdiyi vəkil, yəni X10 polis idarəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil polis idarəsinə gəlmişdir. Polis əməkdaşları həmin vəkili ona təqdim edərək X10 olduğunu bildirmişlər. Daha sonra isə vəkilin iştirakı ilə hüquq və vəzifələri aydın şəkildə ona tam izah edilmişdir. Hüquq və vəzifələri ona izah edildikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Həmin vaxt ona təklif edilmişdir ki, üzərində qanunla daşınması və istfadə olunması qadağan edilmiş hər hansı bir əşya və ya əşyalar varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan paket və onun içərisində olan siqaret kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra isə əynində olan şalvarın sağ arxa cibindən isə 2 ədəd falqa və 1 ədəd kağız borucuğu çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları şifahi sorğu zamanı əynində olan göy rəngli cins şalvarın sağ cibindən çıxartdığı 3 ədəd siqaretin gümüşü kağızında olan bükümün içərisində nə olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, siqaret kağızına bükülmüş üç ədəd bükümdə narkotik vasitə olan “kakos”, yəni heroin vardır. Həmin heroini o, şəxsi istifadəsi üçün 06.01.2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu “Montin” adlanan yerdən Bağır adlı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra isə əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən çıxartdığı 2 ədəd falqa və bir ədəd kağız borucuğun nə olduğunu soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, 2 ədəd falqa və bir ədəd kağız borucuğu istifadə etməklə narkotik vasitəni qəbul edir. “Bağır” adlı şəxsin yalnız adını, digər anket məlumatları barədə heç bir məlumatı olmadığını, “Bağır” adlı şəxsdən 3 büküm narkotik vasitə “kakos”, yəni heroin almaqda məqsədinin şəxsi istifadəsi üçün olduğunu bildirmişdir. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o şübhəli şəxs kimi tutularkən yalnız şəxsi istifadəsi üçün narkotik vasitəni 15 manata əldə etdiyini qeyd etmişdir. Bu hal iş materiallarına əlavə edilmiş DVD diskdə də öz əksini tapmışdır. Lakin iş materiallarına əlavə edilmiş bütün sənədlərdə 20 manata aldığını qeyd etmişlər. Narkotik vasitənin üç ədəd bükümdə olmasının səbəbi odur ki, hər dəfə narkotik vasitəni alıb üzərində daşıdığı zaman tutulma qorxusu olması və həm də narkotik vasitəni aldığı şəxsin həmin gün endirimlə 03 ədəd bükümü 15 manata satması olmuşdur. İbtidai istintaq zamanı ifadəsini narkotik vasitə istifadəçisi olması ilə bağlı vermiş və iş materialları ilə tanış olarkən ifadəsini oxumamışdır. Məhkəmə istintaqı zamanı ona məlum olmuşdur ki, müstəntiq onun adından ifadəsinə yalan məlumatlar yazmışdır. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsində guya bir neçə dəfə üzdən tanıdığı Zaur, Cəlal, Nicat adlı şəxslərə narkotik vasitə satmasını bildirməsi həqiqətə uyğun deyildir. Belə ki, o heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamış və adları qeyd olunan şəxsləri tanımamışdır. Həqiqətdə bu şəxslər mövcud olsaydı ibtidai istintaq zamanı onlar aşkar edilərdi. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini və törətdiyi əməlindən də peşman olduğunu qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Qaradağ RPİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07.01.2021-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-də işdə olmuşdur. Həmin vaxt ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi R.Salmanov küçəsində Bəhruz adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumat barədə Qaradağ RPİ-nin rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupunun yaradılması haqqında əmr hazırlanmışdır. Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı Şahid2 əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün yəni 07.01.2021-ci il tarixdə saat 20:00 radələrində o, Şahid2la birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsinə gəlmişlər. Təxminən 10 dəqiqədən sonra zahiri görünüşündən Bəhruza oxşayan bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar bir neçə dəqiqə həmin şəxsi izlədikdən sonra ona yaxınlaşıb xidməti vəsiqələrin göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. İdarənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs 10 saylı vəkillər bürosunun siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxıb siyahıda adı olan X2 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. 10 saylı vəkillər bürosunun vəkili X3 rayon Polis İdarəsinə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürülmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan paketdə olan siqaret kağızına bükülmüş 3 ədəd büküm, 2 ədəd falqa və 1 ədəd kağız borucuğu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra isə o, əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon və arxa sol cibindən isə “Vant” markalı siqaret çıxardaraq masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 3 ədəd siqaret kağızına bükülmüş bükümdə hamının “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri Bakı şəhəri, Nərimanov rayonu, “Montin” adlanan yerdə “Bağır” adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata 06.01.2021-ci il tarixdə aldığını bildirmişdir. Daha sonra 3 ədəd siqaret kağızına bükülmüş büküm, 2 ədəd falqa və 1 ədəd kağız borucuq zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs, 10 saylı vəkillər bürosunun vəkili X10 və digər iştirakçılar həmin zərfi imzalamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəçisi olması ilə bağlı əməliyyat məlumatı ona daxil olmuş, lakin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində həmin narkotik vasitəni tanıdığı Zaur, Cəlal, Bağır və Nicat adlı şəxslərlə birgə istifadə etməsi və həmin şəxslərə də bir çetini 5 manata satması və eləcə də həmin şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı bir əməliyyat tədbirlərinin keçirilməsi barədə onda heç bir məlumat yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru polis serjantı Şahid2 öz ifadəsində göstərmişdir ki, hazırda Qaradağ RPİ-nin CAŞ-nın kiçik inspektoru, polis serjantı vəzifəsində işləyir. 07.01.2021-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-də işdə olmuşdur. Həmin vaxt Qaradağ RPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili Şahid1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi R.Salmanov küçəsində Bəhruz adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qaradağ RPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat barədə Qaradağ RPİ-nin rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupunun yaradılması haqqında əmr hazırlanmışdır. O da əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün, yəni 07.01.2021-ci il tarixdə saat 20:00 radələrində o, Şahid1la birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsinə gəlmişlər. Təxminən 10 dəqiqədən sonra zahiri görünüşündən Bəhruza oxşayan bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar bir neçə dəqiqə həmin şəxsi izlədikdən sonra ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. İdarənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs 10 saylı vəkillər bürosunun siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxıb siyahıda adı olan X2 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. 10 saylı vəkillər bürosunun vəkili X3 rayon Polis İdarəsinə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürülmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub olmadığı soruşmuşlar. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan paketdə olan siqaret kağızına bükülmüş 3 ədəd büküm, 2 ədəd falqa və 1 ədəd kağız borucuğu çıxardıb masanın üzərinə qoymuşdur. Daha sonra isə o, əynində olan şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon və arxa sol cibindən isə “Vant” markalı siqaret çıxardaraq masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 3 ədəd siqaret kağızına bükülmüş bükümdə hamının “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri Bakı şəhəri, Nərimanov rayonu, “Montin” adlanan yerdə “Bağır” adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata 06.01.2021-ci il tarixdə aldığını bildirmişdir. Daha sonra 3 ədəd siqaret kağızına bükülmüş büküm, 2 ədəd falqa və 1 ədəd kağız borucuq zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs, 10 saylı vəkillər bürosunun vəkili X10 və digər iştirakçılar həmin zərfi imzalamışdır. O öz ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində həmin narkotik vasitəni tanıdığı Zaur, Cəlal, Bağır və Nicat adlı şəxslərlə birgə istifadə etməsi və həmin şəxslərə də bir çetini 5 manata satması və eləcə də həmin şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı bir əməliyyat tədbirlərinin keçirilməsi barədə onda heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2021-ci il tarixli 6/80 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qr., 0,063 qr., 0,061 qr., ümumi təmiz çəkisi 0,429 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd kağız borucuqda və bir ədəd kiçik ölçülü polietilen paketin içərisində narkotik vasitə heroinə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini müəyyən etmək olmadı. İki ədəd folqanın səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,429 qram, tədqiqata sərf edildi-0,060 qram, qalıq-0,369 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2021-ci il tarixli 6/394 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,285 qr., 0,043 qr., 0,041 qr., ümumi təmiz çəkisi 0,369 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı 1) daxildir. Qeyd: heroinin ümumilikdə təmiz çəkisi-0,369 qram, tədqiqata sərf edildi-0,060 qram, qalıq-0,309 qram. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator X4 01 fevral 2021-ci il tarixli, 289 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narmomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.429 qram çəkidə narkotik vasitə heroin, sellofan paket və kağız borucuq maddi sübut kimi tanınaraq tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0.309 qram qalığı, kağız borucuq və sellofan paket Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən o, könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan torba 2 ədəd dəmir folqa, 1 ədəd kağız borucuq masanın üzərinə qoymuş, həmin sellofan torbanın içərisinə baxış keçirilərkən orada 3 ədəd siqaret kağızı bükümü aşkar olunmuş, 3 ədəd siqaret kağızı bükümlərinin içərisinə baxış keçirilərkən onların içərisində qəhvəyi rəngli, toz şəkillində narkotik vasitə heroinə oxşar kütlə olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin hesab edilən el arasında “kakos” adlanan narkotik vasitə heroin olmasını bildirmiş və həmin narkotik vasitəni 06.01.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Montin” adlanan ərazidə “Bağır” adlı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirir. Habelə narkotik vasitədən istifadə edərkən falqalardan və kağız borudan istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq narkotik vasitəni yalnız istifadəsi üçün əldə etdiyini və başqa niyyətinin olmadığını bildirir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının arxa sağ cibindən qızılı rəngli “Samsunq Galaxy A3” markalı mobil telefonu və “Vant” markalı siqaret qutusu aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torba, onun içərisində olan 3 ədəd kağız bükümündə ki, narkotik vasitə heroinə bənzər maddələr, 2 ədəd falqa və 1 ədəd kağız borucuq zərfə qoyularaq qablaşdırılır, 46 saylı möhürlə möhürlənir, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin sonradan işi aparan müstəntiq tərəfindən heç bir əsaslandırma olmadan və hər hansı bir sübut müəyyən edilmədən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün 15 manata əldə etdiyini və başqa niyyətinin olmadığını bildirir. Lakin iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokolda Təqsirləndirilən şəxs narkotik vasitə heroini 20 manata özünün istifadəsi və satışı üçün aldığı qeyd olunmuşdur Göründüyü kimi şəxsi axtarış və götürmə aparılması haqqında protokol və alınmış ifadələrlə, şəxsi axtarış və götürmə aparılması haqqında aparılmış videoçəkiliş arasında ziddiyyət mövcuddur. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Yolçu oğluna əməliyyat məlumatı daxil olmuş və o da öz ifadəsində Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin istifadəçisi olması ilə bağlı olaraq ona əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. Lakin ibtidai istintaq zamanı onun ifadəsində təqsirləndirilən şəxsin həm narkotik vasitə istifadəçisi, həm də satışı ilə məşğul olması barədə məlumat daxil olduğu göstərilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması və kimlərə satması barədə real ifadə vermiş olsaydı ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və həmin şəxslərin müəyyən edilməsi istiqamətində real istintaq hərəkətləri aparılardı. Lakin bu hallar ibtidai istintaq orqanı tərəfindən aydınlaşdırılmamış, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitə satdığı qeyd olunan şəxslərlə bağlı hansı istintaq hərəkətlərinin aparılması barədə heç bir məlumat olmamış, digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməyərək heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərində üç ayrı bükümdə narkotik vasitənin çıxmasına görə və guya özünün əməli etiraf etməsinə görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edilməsi istiqamətində işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə şablon xarakterli əməliyyat tapşırığı ünvanlanmış və Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən həmin şəxslərin müəyyən edilmədiyi barədə şablon xarakterli cavab verilməklə kifayətlənilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını və azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.309 qram olan narkotik vasitə heroin, sellofan paket və kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 90 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 07 yanvar 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.309 qram olan narkotik vasitə heroin, sellofan paket və kağız borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 163,64 (yüz altmış üç manat altmış dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 540 (beş yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-177/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-177/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver