Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-177/2024 21.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 10 aprel 2024-cü il saat 01:00 radələrində yaşadıqları ünvan 2 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı təpiklə qızı Zərərçəkmiş şəxs sağ baldır nahiyyəsinə qəsdən vuraraq sonuncuya sağ baldır nahiyəsinin dərialtı hematoması ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və təhqiqat zamanı verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, 10 aprel 2024-cü il tarixdə təxminən gecə saat 01:00 radələrində o, sərxoş vəziyyətdə yaşadığı ünvan 2 ünvanında gələn zaman qızı Adilənin evdə tək olmasını görmüş və ondan anasının harada olmasını soruşmuşdur. Həmin vaxt Adilə ona kobud cavab verdiyi üçün o, əsəbləşərək təpiklə bir dəfə Adilənin sağ ayağına vurmuşdur. Adilədə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra isə evdən çıxıb getmişdir. O daha sonra bildirmişdir ki, mübahisə zamanı evdə Adilə ilə ondan başqa kimsə olmadığından hadisənin şahidi olmamışdır. Həmçinin o, Adiləni ona kobud cavab verdiyi üçün vurduğunu bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, rəsmi heç bir yerdə işləməməklə maddi durumunun aşağı olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzər alınaraq cinayət işinə xitam verilməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Zərərçəkmiş şəxs ifadəsi elan olunmuşdur. O öz ifadəsində göstərmişdir ki, 10 aprel 2024-cü il saat 01:00 radələrində o, yaşadığı ünvan 2-də olan zaman atası Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə evə gəlmiş və ondan anasının harada olmasını soruşmuşdur. O, atasına anasının nənəsi gilə getməsini bildirsədə atası sərxoş olduğu üçün bir neçə dəfə təkrar olaraq anasının hara getməsini soruşmuşdur. Oda əsəbləşərək atasına kobud cavab vermişdir. Onun kobud cavab verməsinə görə atası bir dəfə təpiklə onun sağ ayağından vurmuşdur. Oda baş vermiş mübahisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, mübahisə zamanı evdə atası ilə ondan başqa kimsə olmadığından hadisənin şahidi olmamışdı. Həmçinin atası onu kobud cavab verdiyi üçün döydüyünü bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X8 Qaradağ Rayon şöbəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli 260 nömrəli rəyindən görünür ki, 1.Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - sağ baldır nahiyəsinin dərialtı hematoması bərk küt əşya təsirindən, müayinədən 6-8 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. 2.Vǝt.Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirməsi inkar olunur, öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi isə az inandırıcıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamaqla Bakı şəhəri, Nərimanov RPİ-nin 12 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində CM-nın 177.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışaraq ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 12 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi barədə” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən CM-nın 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrinin tələbləri nəzərə alınmaqla CPM-nın 40.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə icraata CPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsindən də görürnür ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin rəsmi iş yeri olmamaqla maddi durumunun aşağı olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-177/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-177/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver