Məhkəmə qərarları › İş №1(002)-177/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-177/2025

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-177/2025 17.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X30 qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda, Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsinə dair özünün yüksək vəzifələrdə işləyən tanışları vasitəsilə bələdiyyə sənədi və həmin sənədlər əsasında çıxarış alacağına dair yalan vəd verib, aldadaraq Zərərçəkmiş şəxs1 2021-ci ilin aprel ayında istintaqla dəqiq tarixi müəyyən edilməyən gündə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən “Bərəkət” adlı mağazanın qarşısında 1.500 manat, bir neçə gün sonra yenidən həmin ünvanda 2.300 manat olmaqla, ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 3.800 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0,04 hektar torpaq sahəsi satacağına dair yalan vəd verib, aldadaraq, inandırmaq məqsədilə Qobu qəsəbəsində torpaq sahəsi olan Şahid2 ilə danışıb öz torpaq sahəsini satmaq istədiyini, lakin sənədlərinin qısa müddət ərzində hazır olacağını bildirərək müvəqqəti olaraq sonuncunun sənədlərindən istifadə etməyə icazə verməsini xahiş edib, cinayətkar niyyətindən xəbərsiz olan Şahid2 qeyd olunan torpaq sahəsinin sahibi kimi Zərərçəkmiş şəxs2 təqdim edərək 20 iyun 2021ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat ofisində faktiki olaraq Şahid2 məxsus olmaqla Zərərçəkmiş şəxs2 göstərilmiş torpaq sahəsinə aid olmayan Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsindən 0,04 hektar sahəsinin özəlləşdirilməsi ilə bağlı Şahid2 tərəfindən Zərərçəkmiş şəxs2 etibarnamə verilməsinə nail olduqdan sonra sonuncudan həmin tarixdə qeyd olunan notariat ofisinin qarşısında 4.000 manat, istintaqla dəqiq tarixləri müəyyən olunmayan vaxtda, 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına kimi olan müddət ərzində hər ay, sonuncu dəfə Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən “Azpetrol” X5 250 manat olmaqla cəmi 3.000 manat, ümumilikdə Zərərçəkmiş şəxs2 7.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, şəxsi ehtiyaclarına sərf edib zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsini satacağına dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2023-cü ilin noyabr ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində 1.000 manat, 2023-cü ilin noyabr ayının ortalarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Kardeşler” un məmulatları satılan mağazada 3.000 manat, 2023-cü ilin noyabr ayının sonlarında ünvan 3 ünvanın qarşısında 500 manat olmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4.500 manat məbləğində pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs3 Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsindən çıxarış düzəltdirəcəyinə dair yalan vəd verib, aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 2023-cü ilin dekabr ayının ortalarında Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Kardeşler” un məmulatları satılan mağazada 2.300 manat məbləğində pulunu ələ keçirərək, verdiyi vədə əməl etməyib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin malyar işini bir usta kimi bacardığı üçün fərdi yaşayış evlərini təmir edərək qazanc əldə etmişdir. Şahid4 illərdir ki, tanıyır. Həmin vaxt Aygünlə aralarında dost kimi səmimi münasibətləri yaranmışdır. 2021-ci ildə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsində onunla görüşüb bildirmişdir ki, ev tikmək üçün sənədsiz 0,08 ha torpaq sahəsi almış və istəyir ki, həmin torpaq sahəsinə sənəd düzəltsin. O, bu barədə Aygünə bildirmiş və Aygün də ona demişdir ki, həmin sənədin düzəlməsi üçün 1500 manat pul lazımdır. Aygünün dediyi məbləği Hafisə demiş, sonuncu onunla razılaşmış və yaxın günlərdə gəlib bu məsələni həll edəcəyini demişdir. O, Hafisdən 1500 manat pul almış və həmin pulu o, Aygünə vermişdir. Təxminən iki-üç gün sonra Aygün kiminsə vasitəsi ilə Hafisin torpağına dair bələdiyyə sənədi alıb vermişdir. Təxminən 3 ay sonra Hafis onunla görüşmüş və həmin torpağa dair Dövlət Reyestri Xidmətindən mülkiyyətə dair sənəd almaq lazım olduğunu demişdir. O da Aygünə Hafisin dediyi sözləri danışmışdır. Aygün də bildirmişdir ki, Zərərçəkmiş şəxs1 adına olan 0,08 ha torpaq sahəsinə rəsmi dövlət sənədi ala bilər, bunun üçün 2300 manat pul verməlidir. O, Aygünün dediyi sözləri Hafisə demiş, sonuncu da onunla razılaşmış və iki gün sonra 2300 manat pulu ona vermişdir. O, 2300 manat pulu Aygünə aparıb vermiş, Aygün də həmin puldan ona 400 manat vermişdir. Ümumilikdə isə Hafis epizodu ilə bağlı o, Aygünə 3400 manat pul vermişdir. Eyni zamanda Aygün bildirmişdir ki, Hafisin yaşadığı ünvana Dövlət Reyestri Xidmətindən bildiriş kağızı gələcəkdir, həmin bildirişi aldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X22 idarəsinə gedib torpağını rəsmiləşdirəcəkdir. Həqiqətən də Hafisin ünvanına Dövlət Reyestri Xidmətindən bildiriş gəlmişdir. Hafis də həmin bildirişlə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X22 idarəsinə gedib Aygün tərəfindən onun adına sənədləşdirilmiş Abşeron rayonu, Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də həmin idarədən Hafisə bildirilmişdir ki, adına torpaq sahəsi yoxdur. Bundan sonra Hafis gəlib ümumilikdə ona verdiyi 3800 manat pulu tələb etməyə başlamışdır. O da Aygünə bildirmişdir ki, Hafis pulunu geri istəyir, Aygün isə bildirmişdir ki, onu heç kim narahat etməsin. Aygünün bu sözündən sonra bilmişdir ki, Aygün həm onu, həm də Hafisi aldatmışdır. Hafis də onun barəsində polisə ərizə ilə müraciət etmişdir. X11 aldıqları 3800 manat pulu və sənədləri qaytarmasını bildirsə də Aygün buna əhəmiyyət verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 adına torpaq sahəsini sənədləşdirən ərəfədə Aygün vasitəsilə o, Elməddin adlı şəxslə tanış olmuş və ona torpağını satmaq istədiyini bildirmişdir. O torpaq sahəsinin satılması ilə bağlı “Tap.az” internet səhifəsinə elan yerləşdirmiş və müştəri qismində Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə yerləşən notariat kontorunda Elməddin adlı tanışının iştirakı ilə Sərdar ona torpaq sahəsi almaq üçün ilkin olaraq 4000 manat pul vermişdir. Sərdar ona demişdir ki, qalan 3000 manatı isə hissəli olaraq ödəyəcəkdir. X8 arasında alqı-satqı işləri görülmüş və Sərdardan almış olduğu puldan 3800 manat Elməddinə vermişdir. Sərdar da sonradan qalan 3000 manat pulu da ödəmişdir. Belə ki, Sərdar epizodunda o yalnızca vasitəçilik etmiş, torpağın elanını “Tap.az” internet saytında yerləşdirmişdir. Bu işə görə isə Aygünə o 200 manat ödəmişdir. Bundan başqa, əvvəllər müştərisi olmuş Şahid3 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 torpaq almaq istədiyini bildirmiş və 9000 manata ona Qobu qəsəbəsində yerləşən torpaqlardan birini almağı razılaşmışlar. Gündüz ona 1000 manat beh vermiş, o da torpağa aid bələdiyyə sənədlərini Gündüzə təqdim etmişdir. Sonra Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Kardeşler» un məmulatları kafesində Gündüz ona 3000 manat, Lökbatan qəsəbəsi, Xəqani küçəsi adlanan yerdə isə 500 manat ödəmişdir. Həmin torpağa dair çıxarış almaq üçün Gündüz ona yenidən müraciət etmiş, o da bu işlə məşğul olan tanışı Elşən adlı şəxslə Gündüzü görüşdürmüş, 3500 manata Elşən bu sənədləri düzəltməyi öhdəsinə götürmüşdür. Gündüz 2300 manat pulu Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Kardeşler» un məmulatları kafesində Elşənin də iştirakı ilə ona vermişdir. Qalan hissəsini isə borclu qalmışdır. O, da həmin puldan 1800 manat pulu yolda Elşənə vermişdir. Elşəni sonradan bu işin həlli ilə bağlı çox axtarmış daha sonra Gündüz ona Elşənin başqa bir cinayət işi üzrə həbs edilməsini məlumat vermiş və pulunu geri tələb etmişdir. Bundan başqa o, X27 və X15 da Şahid3 vasitəsilə tanışmışdır. Onlar da torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Onlara satılan torpaqların ödənişindən ona müştəri yönəltdiyinə görə o, Şahid3 ümumilikdə 1000 manata yaxın pul vermişdir. Həmçinin Zərərçəkmiş şəxs3 də öz tanışı X4 ona yönəltdiyinə görə 300 manat pulu Gündüzə vermişdir. O öz ifadəsində daha sonra hal-hazırda maddi imkanı olmadığına görə vurulmuş ziyanları ödəyə bilməyəcəyini, həbsdən çıxdıqdan sonra ziyanları ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə son söz söyləməsi üçün kifayət qədər vaxt verilməsinə, o cümlədən bununla bağlı məhkəmə iclasının uzun müddət təxirə salınmasına baxmayaraq, Təqsirləndirilən şəxs təkidlə məhkəmə prosesini uzatmaq məqsədilə son sözə yenidən hazır olmadığını bildirib, son söz söyləməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilərkən özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin malyar işini bir usta kimi bacardığı üçün fərdi yaşayış evlərini təmir edərək qazanc əldə etmişdir. Şahid4 2020-ci ildən tanıyır. Belə ki, Aygün Abşeron rayonu, Qobu qəsəbəsində makler kimi rəsmi fəaliyyət göstərmiş və bildiyinə görə hazırda da maklerdir. 2020-ci ildə Aygün onunla Qobu qəsəbəsində görüşmüş və bildirmişdir ki, Qobu qəsəbəsində fərdi yaşayış evi inşa etmiş, lakin evin malyar işləri görülməmişdir. Aygün ondan usta kimi evini təmir etdirmək üçün razılaşdıqdan sonra Aygünün evini təmir etmişdir. Həmin vaxt Aygünlə aralarında dost kimi səmimi münasibətləri yaranmışdır. Aygünün evini təmir etdikdən sonra Aygün özü ona təklif etmişdir ki, özü makler işləyir, istəyir ki, o, köməkçisi olsun. Pandemiya ərəfəsi olduğu üçün ev təmir etdirmək istəyən demək olar ki olmamışdır. Bu səbəbdən Aygünün təklifi ilə razılaşmış və sonuncunun işlərinə kömək etməyə başlamışdır. 2021-ci ildə Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Qobu qəsəbəsində onunla görüşüb bildirmişdir ki, ev tikmək üçün sənədsiz 0,08 ha torpaq sahəsi almış və istəyir ki, həmin torpaq sahəsinə sənəd düzəltsin. O, bu barədə Aygünə bildirmiş və Aygün də ona demişdir ki, həmin sənədin düzəlməsi üçün 1400 manat pul lazımdır. Aygünün dediyi məbləği Hafisə demiş, sonuncu onunla razılaşmış və yaxın günlərdə gəlib bu məsələni həll edəcəyini demişdir. 2021-ci ilin iyun ayında Hafis Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmişdir. Qobu qəsəbəsində “Bərəkət” marketin qarşısında Hafisdən 1400 manat pul almış və həmin pulu Aygünə vermişdir. Aygün 1400 manat puldan 400 manatını ona vermiş, 1000 manat pulu isə özünə götürmüşdür. Təxminən 1 həftə sonra Aygün kiminsə vasitəsi ilə Hafisin torpaqına dair bələdiyyə sənədi alıb vermiş, lakin o, həmin sənədin Aygünə kim tərəfindən verildiyini bilməmişdir. Təxminən 3 ay sonra Hafis onunla görüşmüş və həmin torpağa dair Dövlət Reyestri Xidmətindən sənəd almaq lazım olduğunu demişdir. O da Aygünün istifadə etdiyi ***-***-**-** mobil telefonuna zəng vurub Hafisin dediyi sözləri danışmışdır. Aygün də bildirmişdir ki, Zərərçəkmiş şəxs1 adına olan 0,08 ha torpaq sahəsinə rəsmi dövlət sənədi ala bilər, bunun üçün 2400 manat pul verməlidir. O, Aygünün dediyi sözləri Hafisə demiş, sonuncu da onunla razılaşmış və 2 gün sonra 2400 manat pulu ona vermişdir. O, 2400 manat pulu Aygünə aparıb vermiş, Aygün də həmin puldan ona 400 manat vermişdir. Eyni zamanda Aygün bildirmişdir ki, Hafisin yaşadığı ünvana Dövlət Reyestri Xidmətindən bildiriş kağızı gələcəkdir, həmin bildirişi aldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X22 idarəsinə gedib torpağını rəsmiləşdirəcəkdir. Həqiqətən də Hafisin ünvanına Dövlət Reyestri Xidmətindən bildiriş gəlmişdir. Hafis də həmin bildirişi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X22 idarəsinə gedib Aygün tərəfindən onun adına sənədləşdirilmiş Abşeron rayonu, Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək istəsə də həmin idarədən Hafisə bildirilmişdir ki, adına torpaq sahəsi yoxdur. Bundan sonra Hafis gəlib ümumilikdə ona verdiyi 3800 manat pulu tələb etməyə başlamışdır. O da Aygünə bildirmişdir ki, Hafis pulunu geri istəyir, Aygün isə bildirmişdir ki, onu heç kim narahat etməsin. Aygünün bu sözündən sonra bilmişdir ki, Aygün həm onu, həm də Hafisi aldatmışdır. Hafis də onun barəsində polisə ərizə ilə müraciət etmişdir. 13 dekabr 2023-cü ildə Abşeron RPİ-nin İŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Daha sonra müstəntiq tərəfindən həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. X11 aldıqları 3800 manat pulu qaytarmasını bildirsə də Aygün ona əhəmiyyət verməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 adına torpaq sahəsini sənədləşdirən ərəfədə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Sərdar ondan xahiş etmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsindən 0,04 ha torpaq sahəsi almaq istəyir, o da bu söhbəti Aygünə danışmışdır. Aygün də Sərdar üçün 7000 manata 0,04 ha torpaq sahəsi ala biləcəyini demişdir. 2021-ci ilin iyun ayında Sərdar onu Bakı şəhəri, Nəsimi rayonu, 32 saylı notariat kontoruna çağırmışdır. Orada Sərdar ona 0,04 ha torpaq sahəsi almaq üçün ilkin olaraq 4000 manat pul vermişdir. Sərdar ona demişdir ki, qalan 3000 manatı isə 1 il ərzində verəcəkdir. Çünki Sərdar ona demişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən «Azpetrol» X5 işləyir və 3000 manatı ancaq hissə-hissə ödəyə biləcəkdir. Sərdarın ona dediyi sözləri Aygünə danışmış, Aygün də razılıq vermişdir. Sərdara Qobu qəsəbəsindən torpaq sahəsini satan zaman o və Aygün iştirak etmişlər. Qobu qəsəbəsində “köhnə stadion”-un yanında Sərdara 0,04 ha torpaq sahəsi göstərib həmin yeri ona satdıqlarını demişlər. Sərdar da 2022-ci ilin iyul ayından 2023-cü ilin aprel ayınadək 3000 manat pulu ödəmişdir. Həmin ərəfədə o, artıq Sərdara satdıqları torpağa görə əldə etdikləri pulun dələduzluqla yolu ilə ələ keçirdiklərini bilmişdir. Çünki Hafisin söz-söhbətində artıq əmin olmuşdur ki, Aygün insanları aldadaraq pulunu ələ keçirir. Onun da maddi cəhətdən sıxıntıları olduğu üçün Aygünün hərəkətlərinə göz yumub onunla birlikdə insanları aldatmağa başlamışlar. Bundan başqa, 2023-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs3, X6, X27 və X3 rayonu, Qobu qəsəbəsində onunla görüşmüşlər. Onlar torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Həmin vaxt Gündüz özünə Abşeron rayonu, Qobu qəsəbəsindən 0,08 ha torpaq sahəsi, Rahib, Nofəl və Müşfiq isə 0,04 ha torpaq sahəsi almaq istədiklərini bildirmişlər. Həmin ərəfədə artıq o, bilmişdir ki, Qobu bələdiyyəsində işləyən Elşən adlı şəxs bələdiyyə sənədlərinə möhür vuran şəxsdir. Bu söhbətləri Aygün özü ona demişdir. Elşən onların müştərilərə satacaqları torpaq sahəsi almaqları üçün yalandan torpaq sahəsinə dair sənədlərə bələdiyyə möhürü vurur. Bu minvalla Gündüzə 0,08 ha torpaq sahəsini 6800 manata razılaşmışlar. Çünki Gündüz özündən başqa üç nəfər şəxs də gətirdiyi üçün daha ucuz qiymətə torpağı satmağa qərara almışlar. Gündüzə, Rahibə, Nofələ və Müşfiqə torpaq sahəsini satan zaman Abşeron rayonu, Xırdalan şəhərində yerləşən X22 idarəsinin əməkdaşı kimi bildiyi Əkrəm adlı şəxs də torpaq sahəsinə baxmağa gəlmiş və sonuncu da yalandan torpaq sahəsinin düzgün ölçüdə Qobu bələdiyyəsi tərəfindən onların adına ayrıldığını təsdiqləmişdir. Həmin vaxt Gündüz ona Abşeron rayonu, Qobu qəsəbəsində ilkin olaraq 1000 manat, həmin ilin noyabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Kardeşler» un məmulatları kafesində 3000 manat, həmin ilin noyabr ayının sonunda Zərərçəkmiş şəxs3 kirayə yaşadığı kimi bildiyi ünvan 4 ünvanda yerləşən evində 500 manat, 2023-cü ilin dekabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Kardeşler» un məmulatları kafesində 2300 manat, ümumilikdə Gündüz ona 6800 manat pul vermişdir. Həmin puldan Aygün ona 800 manat pul vermişdir. Qalan pulu isə Aygün Qobu bələdiyyəsində işləyən Elşən adlı şəxsə və Əkrəm adlı şəxslə bölmüşdür. Amma həmin puldan kimə nə pay düşdüyünü bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən torpaq sahəsi almaq istəmişdir. Bununla bağlı “Tap.az” elan saytına daxil olaraq qeyd etdiyi ünvanda yerləşən torpaq sahələrinə baxmağa başlamışdır. Daha sonra həmin saytda bir elanda Abşeron rayonu, Qobu qəsəbəsində 4 sot torpaq sahəsini 7.000 manata satıldığını görmüşdür. Elanda paylaşılan telefon nömrəsi ilə əlaqə saxlamışdır. Adının Təqsirləndirilən şəxs olduğu ona məlum olan şəxs zəngi açaraq torpaq sahəsinin təcili satıldığını bildirmişdir. Daha sonra o, torpaq sahəsinə baxmaq üçün Qobu qəsəbəsinə getmiş və orada Təqsirləndirilən şəxs ilə görüşmüşdür. O, orada torpaq sahəsinə baxmış və bəyəndiyi üçün Asifə hal-hazırda 4000 manat nağd pulunun olduğunu, ilkin olaraq 4.000 manat pulu nağd verə biləcəyini, qalan 3.000 manat pulu isə hissə-hissə 12 ay ərzində hər ay hissəli pul ödəməklə torpağı ala biləcəyini bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər, razılaşmaqlarına əsasən o, hər ay Asifə pul ödəməli olmuşdur. Bu məqsədlə 20 iyun 2021-ci il tarixdə Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə yerləşən notariusun qarşısında Asif ilə görüşmüşdür. Orada Asif ilə birlikdə gələn, torpaq sahəsi adına olan Elməddin adlı şəxsdə var idi. Onlar birlikdə notariusa daxil olmuşlar. Orada 4000 manatı Asifə verdikdən sonra torpaq sahəsi adına olan Elməddin ilə aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Qalan 3000 manat pulu o, Asifə təxminən 10 ay ərzində nağd və nağdsız qaydada ödəyərək bitirmişdir. Beləliklə, o Təqsirləndirilən şəxs 6500 manat ödəmişdir. Torpaq sahəsini aldıqdan sonra isə orada əlavə olaraq 500 manat xərc çəkərək hasarlama işləri aparmışdır. Lakin 2023-cü il tarixdə tanımadığı bir şəxs ona zəng edərək həmin torpaq sahəsinin özünə aid olduğunu bildirmişdir. O, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi ilə notarial qaydada aldığını bildirsə də, həmin şəxs oranın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin müqavilənin saxta olması və ona satılan torpaq sahəsinin ümumiyyətlə həmin müqavilədə qeyd olunmadığını, ayrı bir sahənin koordinatlarının qeyd olunmasını müəyyən etmişdir. Lakin ona verilmiş sənədlərdə bu sahənin hara olması barədə daha maraqlanmamışdır. Bu barədə Təqsirləndirilən şəxs zəng edərək bildirdikdə, sonuncu ona pulunu yaxın zamanda geri qaytaracağını bildirsə də, bu vaxta qədər ona heç bir məbləğ ödəməmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə, çəkdiyi xərclərlə birlikdə 7.000 manat maddi ziyan vurmuşdur. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, halhazırda Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “İceland” LTD-də satış təmsilçisi vəzifəsində çalışır. Təxminən 2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindən torpaq sahəsi almaq istəmişdir. Bununla bağlı “Tap.az” elan saytına daxil olaraq qeyd etdiyi ünvanda yerləşən torpaq sahələrinə baxmağa başlamışdır. Daha sonra həmin saytda bir elanda Abşeron rayonu, Qobu qəsəbəsində 4 sot torpaq sahəsini 7.000 manata satıldığını görmüşdür. Elanda paylaşılan xatırlamadığı telefon nömrəsi ilə əlaqə saxlamışdır. Özünü Vasif kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğu ona məlum olan şəxs zəngi açaraq torpaq sahəsinin özünə məxsus olduğunu, təcili satıldığını bildirmişdir. Daha sonra o, torpaq sahəsinə baxmaq üçün iş yoldaşı olan Dəyanət ilə birlikdə Qobu qəsəbəsinə getmişlər və orada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. O, orada torpaq sahəsinə baxmış və bəyəndiyi üçün Asifə hal-hazırda 4000 manat nağd pulunun olduğunu, ilkin olaraq 4.000 manat pulu nağd verə biləcəyini, qalan 3.000 manat pulu isə hissə-hissə 12 ay ərzində hər ay 250 manat ödəməklə torpağı ala biləcəyini bildirmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə razılığa gəlmişlər, razılaşmaqlarına əsasən o, torpağı alıb evi tikərək hər ay Asifə 250 manat pul ödəməli olmuşdur. Bu məqsədlə 20 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 32 saylı notariusun qarşısında Asif ilə görüşmüşdür. Orada Asif ilə birlikdə gələn, torpaq sahəsi adına olan Elməddin adlı şəxsdə vardır. Notariusa daxil olmuşlar. Orada 4000 manatı Asifə verdikdən sonra torpaq sahəsi adına olan Elməddin ilə aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Qalan 3000 manat pulu o, Asifə təxminən 10 ay ərzində ödəyərək bitirmiş və sonuncu dəfə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Azpetrol” X5 görüşərək Asifə 250 manat vermişdir. Torpaq sahəsini aldıqdan sonra isə orada əlavə olaraq 1300 manat xərc çəkərək hasarlama işləri aparmışdır. Lakin 2023-ci il tarixdə özünü ona Fuad kimi təqdim edən şəxs ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək həmin torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. O, həmin torpaq sahəsini alqı-satqı müqaviləsi ilə notarial qaydada aldığını bildirsə də, həmin Fuad adlı şəxs oranın atasına məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin müqavilənin saxta olması və ona satılan torpaq sahəsinin ümumiyyətlə həmin müqavilədə qeyd olunmadığını müəyyən etmişdir. Bu barədə Təqsirləndirilən şəxs zəng edərək bildirdikdə, sonuncu ona pulunu yaxın zamanda geri qaytaracağını bildirsə də, bu vaxta qədər ona heç bir məbləğ ödəməmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 7.000 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, özünə torpaq sahəsi almaq istəmişdir. Dayısı oğlu Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır. Qohumu Elçin ona Asifdə boş torpaq sahəsi olduğunu demiş və həmin torpağı satmaq istədiyini bildirmişdir. Bundan sonra Elçin Asifə zəng etmiş və Asifin evinin yanında üçü birgə görüşmüşlər və Asifin satdığı torpaq sahəsinə baxmaq üçün getmişlər. Asif onu aparıb həmin torpaq sahəsini göstərmiş, o da torpaq sahəsinə baxıb bəyənmişdir. Asiflə razılaşdıqları gündən bir neçə gün keçmiş Asiflə alacağı torpaq sahəsinin yanında görüşmüş və ilkin olaraq 1000 manat behi torpaq sahəsində Asifə vermişdir. Bundan sonra Asif ona alacağı torpaq sahəsi ilə bağlı Qobu Bələdiyyəsinin sənədlərini gətirib vermişdir. O, Asifə inandığına görə sonradan həmin sənədləri Bələdiyyədə yoxlatdırmamışdır. Təxminən bir həftə keçmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» un məmulatları olan yerdə Asiflə görüşmüşlər. Kafenin içində Asifə torpaq sahəsinə görə yenə 3000 manat pul vermişdir. Üstündən bir neçə gün keçmiş, Asif onun yaşadığı ünvana gəlmiş və sonuncuya yenidən almaq istədiyi torpaq sahəsi üçün 500 manat pul vermişdir. Bu minvalla torpaq sahəsi üçün ümumilikdə 4500 manat pulu Asifə ödəmişdir. Onunla razılaşmışlar ki, torpağın pulundan qalıq qalmış 4500 manat pulu ayda 400 manat olmaqla ödəsin. Bundan sonra alacağı torpaq sahəsi üçün çıxarış almaq istəmiş, bu məqsədlə yenidən Asiflə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» kafesində görüşmüşdür. Asif torpağa çıxarışı Elşən adlı şəxs vasitəsilə düzəltdirə biləcəyini söyləmiş və onu həmin kafedə Elşənlə görüşdürmüşdür. Həmin kafedə Asif ona ilkin olaraq sənədin 2500 manata hazırlanacağını bildirsə də, onun imkanı çatmadığına görə məbləği 2300-ə razılaşdırmışlar. O, 2300 manat pulu Asifə ödəmişdir. Asif bir ay ərzində sənədinin hazır olacağını bildirmişdir. Asifin dediyi vaxt yetişdikdən sonra o, Asiflə zəngləşməyə başlamış və torpağın sənədi ilə bağlı maraqlanmış, lakin Asif hər dəfə ona torpağın sənədinin düzələcəyi barədə vədlər verməyə başlamışdır. Belə olduqdan bir müddət keçmiş Asifin evinə getmiş və atasına bu barədə xəbərdarlıq etmişdir, səhərisi günü atası ilə zəngləşdikdə atası ona «onu oğulluqdan silmişəm» deyib nə istəyirsə etməyi tapşırmışdır. Belə olduqda o, artıq polisə şikayət etmək məcburiyyətində qalmışdır. Asif ona satdığı torpaq sahəsinin qarşısında qohumu Nofəl Quliyev adlı şəxsə də torpaq sahəsi satmış və Nofəl həmin torpağda tikinti işləri aparmaq üçün bir maşın daş gətirib oraya tökdükdə həmin torpağın başqa şəxsə məxsus olması barədə məlumat almışdır. Belə olduqda o, məcbur olub Asifin ona verdiyi sənədlərin surətlərini aparıb Qobu Bələdiyyəsində göstərdikdə həmin sənədlərin düzgün sənəd olmadığını ona bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs ona Qobu qəsəbəsində 8 sot torpaq sahəsi satacağını vəd edib torpaq sahəsi üçün 1000 manat, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» kafesində 3000 manat, sonra kirayə yaşadığı ünvan 5 ünvanının həyətində 500 manat olmaqla 4500 manat pulunu, həmin torpaq sahəsi üçün çıxarış alacağı adı ilə 2023-cü ilin dekabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» kafesində 2300 manat pulu alıb ələ keçirmiş və bu minvalla onu aldadıb ümumilikdə 6800 manat maddi ziyan vurmuşdur. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında özünə torpaq sahəsi almaq istəmişdir. Qohumu Elçinin vasitəsi ilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs usta kimi tanımışdır. Qohumu Elçin ona Asifdə boş torpaq sahəsi olduğunu demiş və həmin torpağı satmaq istədiyini bildirmişdir. Bundan sonra Elçin Asifə zəng etmiş və Asifin evinin yanında üçlükdə görüşmüşlər və Asifin satdığı torpaq sahəsinə baxmaq üçün getmişlər. Həmin torpaq Qobu qəsəbəsində Bakı kafesindən təxminən 150 metr içəridə yerləşmiş və torpaq sahəsi 8 sot olmuşdur. Asif onu aparıb həmin torpaq sahəsini göstərmiş, o da torpaq sahəsinə baxıb bəyənmiş, Asif orada torpağın sotunun 2000 manat olmasına baxmayaraq pulunun olmadığını bildirmiş və həmin torpağı 9000 manata almağa razılaşmışlar. Asiflə razılaşdıqları gündən bir neçə gün keçmiş 2023-cü ilin noyabr ayının əvvəlində Asiflə alacağı torpaq sahəsinin yanında görüşmüş və ilkin olaraq 1000 manat behi torpaq sahəsində Asifə vermişdir. Bundan sonra Asif ona alacağı torpaq sahəsi ilə bağlı Qobu Bələdiyyəsinin qərarı, sxemi, aktı, rəyi olan sənədləri gətirib vermişdir. Belə ki, Asif ona torpaq sahəsi üçün tərtib ediləcək sənədləri 2007-ci il tarixdə birbaşa ada keçirilmiş formada verəcəyini bildirmiş və etibarnamə lazım olmadığını demişdir. Buna görə də o, anası Mamedova Hicran Xanış qızının şəxsiyyət vəsiqəsinin surətini Asifə verdiyi üçün Asif anasının adına yazılmış torpaq sənədlərini gətirib ona vermişdir. Təxminən bir həftə keçmiş, yəni 2023-cü ilin noyabr ayının ortaları olardı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» un məmulatları olan yerdə Asiflə görüşmüş və kafeyə girib çay içmişlər. Kafenin içində Asifə torpaq sahəsinə görə yenə 3000 manat pul vermişdir. Üstündən bir neçə gün keçmiş, yəni 2023-cü ilin noyabr ayının sonunda Asif onun yaşadığı ünvana gəlmiş və sonuncuya yenidən almaq istədiyi torpaq sahəsi üçün 500 manat pul vermişdir. Bu minvalla torpaq sahəsi üçün ümumilikdə 4500 manat pulu Asifə ödəmişdir. Onunla razılaşmışlar ki, torpağın pulundan qalıq qalmış 4500 manat pulu ayda 400 manat olmaqla ödəsin. Bundan sonra alacağı torpaq sahəsi üçün çıxarış almaq istəmiş, bu məqsədlə yenidən 2023-cü ilin dekabr ayının ortalarında Asiflə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» un məmulatları olan yerdə görüşmüşdür. Söhbət əsnasında Asif ona guya hörmət etdiyini bildirmiş və bunun üçün ondan 2300 manat pul istəmişdir. O da Asifin dedikləri ilə razı olduğu üçün həmin kafedə razılaşdıqları 2300 manat pulu Asifə ödəmişdir. Asif ona 2024-cü ilin yanvar ayının 5-10 tarixlərində sənədin hazır olacağını bildirmişdir. Asif ona torpaq sahəsi üçün hazırladığı sənədi həmin tarixdə almışdır ki, çıxarış hazırladacaqdır. Belə olan halda o, həmin sənədlərin şəklini çəkmiş və özündə saxlamış, lakin Asifin ona verdiyi sənədləri yenidən Asifin özünə qaytarmışdır ki, çıxarış hazırlatsın. Bundan sonra Asiflə zəngləşməyə başlamış və torpağın sənədi ilə bağlı maraqlanmış, lakin Asif hər dəfə ona torpağın sənədinin düzələcəyi barədə vədlər verməyə başlamışdır. Lakin bundan sonra müxtəlif bəhanələr gətirib uşağının xəstə olduğunu bildirməyə başlamışdır. Belə olduqdan bir müddət keçmiş Asifin evinə getmiş və atasına bu barədə xəbərdarlıq etmişdir, səhərisi günü atası ilə zəngləşdikdə atası ona «onu oğulluqdan silmişəm» deyib nə istəyirsə etməyi tapşırmışdır. Belə olduqda o, artıq polisə şikayət etmək məcburiyyətində qalmışdır. Asif ona satdığı torpaq sahəsinin qarşısında qohumu Nofəl Quliyev adlı şəxsə də torpaq sahəsi satmış və Nofəl həmin torpağda tikinti işləri aparmaq üçün bir maşın daş gətirib oraya tökdükdə həmin torpağın başqa şəxsə məxsus olması barədə məlumat almışdır. Belə olduqda o, məcbur olub Asifin ona verdiyi sənədlərin surətlərini aparıb Qobu Bələdiyyəsində göstərdikdə həmin sənədlərin düzgün sənəd olmadığını ona bildirmişlər. Hazırda həmin sənədlər də Asifdədir və onu müxtəlif bəhanələrlə aldadıb guya BTİ-də olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona Qobu qəsəbəsində 8 sot torpaq sahəsi satacağını vəd edib 2023-cü ilin noyabr ayının əvvəlində torpaq sahəsində 1000 manat, noyabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» un məmulatları kafesində 3000 manat, noyabr ayının sonunda kirayə yaşadığı ünvan 5 ünvanının həyətində 500 manat olmaqla 4500 manat pulunu, həmin torpaq sahəsi üçün çıxarış alacağı adı ilə 2023-cü ilin dekabr ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» un məmulatları kafesində 2300 manat pulu alıb ələ keçirmiş və bu minvalla onu aldadıb ümumilikdə 6800 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ilin fevral ayında ev tikmək məqsədi ilə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində “Mehman” adlı tanışından səkkiz sot torpaq sahəsini bələdiyyənin sənədi əsasında almışdır. Belə ki, həmin sənəddə torpağın əvvəlki sahibinin adı qeyd olunmuşdur. Həmin torpaq sahəsinin rəsmi çıxarışı olmadığına görə sənədləşdirmək qərarına gəlmiş və sənədləşmə işini bacaran adam axtarmağa başlamışdır. Həmin ərəfədə tanışı ona Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs torpaq alqı-satqısı və sənədləşməsi işləri ilə məşğul olduğunu söyləmişdir. O da 2021-ci ilin aprel ayında Asifə zəng edib, bu barədə söyləmişdir. Asif də telefonda ona həmin torpaq sahəsinə öz adına bələdiyyədən sənəd almaq üçün 1500 manat pul istəmişdir. O da razılaşmış və bir neçə gündən sonra Qobu qəsəbəsində onunla görüşüb istədiyi 1500 manatı vermişdir. Asif bələdiyyədən sənədin iki günə hazır olacağını deyib, həmin pulu ondan alıb getmişdir. Bundan iki gün sonra Asif Lökbatan qəsəbəsinə gəlib aldığı torpaq sahəsinə aid bələdiyyə sənədlərini ona vermişdir. Bundan təxminən 1 ay sonra o Asifdən həmin torpaq sahəsinə DƏDRX-dən mülkiyyət sənədi almaqda ona köməklik etməsini xahiş etmişdir. Asif də həmin sənədin alınması üçün ondan 2300 manat pul istəmişdir. O da razılaşmış və onlar Abşeron rayonu, Qobu qəsəbəsində “Bərəkət” marketin qarşısında görüşmüşlər. O, 2300 manat pulu və torpaq sahəsinə bələdiyyədən aldıqları sənədləri Asifə vermişdir. Asif də mülkiyyət sənədinin iki ay müddətinə hazır olacağını deyib getmişdir. O da Asifin dediyi müddət keçdikdən sonra sənədi vermədiyini görüb zəng etmişdir. Asif hər dəfə müxtəlif bəhanələr gətirərək sənədin yaxın günlərdə hazır olacağını deyib, onu aldatmağa başlamışdır. Həmin ərəfələrdə, o, Lökbatan qəsəbəsində olduğu vaxtı Asif Aygün adlı bir qadınla onun yanına gəlib onun torpaq sahəsinə mülkiyyət sənədinin alınması ilə həmin Aygünün məşğul olduğunu söyləmişdir. Aygün də Asifin dediyini təsdiq edib, ona narahat olmamağını deyərək, mülkiyyət sənədinin tezliklə hazır olacağını söyləmişdir. X40 pul verdiyinə şahid olmamışdır, o pulu daha öncədən yalnız Asifə vermişdir. O da gözləməyə başlamışdır. Lakin bundan sonra da Asifgilin onun torpaq sahəsinə mülkiyyət sənədini vermədiklərini və onun torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı verdiyi pulu ələ keçirdiyini hiss edib, Asifə verdiyi 3800 manat pulu qaytarmasını tələb etmişdir. Həmçinin o, Aygün adlı şəxslə də 2-3 dəfə görüşmüş ondan ya pulu qaytarmasını, ya da sənədlərinin düzəldilib ona verilməsini tələb etmişdir. Bu tələbə cavab olaraq Aygün ona “Asif mənə bu işlə bağlı pul verməyib, get pulu kimə vermisənsə ondan da al, ilkin olaraq verdiyin sənədlərin isə itmişdir” söyləmişdir. Daha sonra Asif də bir neçə günə pulu qaytaracağını desə də yenə onu aldatmışdır. O da məcbur qalıb bu barədə polisə şikayət etmişdir. O, öz ifadəsində daha təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında ev tikmək məqsədi ilə Abşeron rayonu Qobu qəsəbəsi ərazisindən 08 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin sənədi olmadığına görə sənədləşdirmək qərarına gəlmiş və bu işdə səriştəsi olmadığına görə sənədləşmə işini bacaran adam axtarmağa başlamışdır. Həmin ərəfədə tanışlarından kimsə ona Qobu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs torpaq alqı-satqısı və sənədləşməsi işləri ilə məşğul olduğunu söyləmişdir. O da 2021-ci il tarixdə aprel ayında Asifə zəng edib, bu barədə söyləmişdir. Asif də telefonda ona həmin torpaq sahəsinə bələdiyyədən sənəd almaq üçün 1500 manat pul istəmişdir. O da razılaşmış və bir neçə gündən sonra Qobu qəsəbəsində “Bərəkət” marketin qarşısında onunla görüşüb istədiyi 1500 manatı vermişdir. Asif bələdiyyədən sənədin 2 günə hazır olacağını deyib, həmin pulu ondan alıb getmişdir. Bundan 2 gün sonra Asif Lökbatan qəsəbəsinə gəlib aldığı torpaq sahəsinə aid bələdiyyə sənədlərini ona vermişdir. Bundan təxminən 1 ay sonra o, aldığı həmin torpaq sahəsinin uzaqda olduğunu görüb həmin torpaq sahəsinə mülkiyyət sənədi aldıqdan sonra həmin torpağı satmaq qərarına gəlmiş və Asifdən həmin torpaq sahəsinə DƏDRX-dən mülkiyyət sənədi almaqda ona köməklik etməsini xahiş etmişdir. Asif də həmin sənədin alınması üçün ondan 2300 manat pul istəmişdir. O da razılaşmış və 2021-ci ilin iyun ayında onlar Abşeron rayonu, Qobu qəsəbəsində “Bərəkət” marketin qarşısında görüşmüşlər. O, 2300 manat pulu və torpaq sahəsinə bələdiyyədən aldıqları sənədləri Asifə vermişdir. Asif də mülkiyyət sənədinin 2 ay müddətinə hazır olacağını deyib getmişdir. O da Asifin dediyi müddət keçdikdən sonra sənədi vermədiyini görüb zəng etmişdir. Asif hər dəfə müxtəlif bəhanələr gətirərək sənədin yaxın günlərdə hazır olacağını deyib, onu aldatmağa başlamışdır. Həmin ərəfələrdə, 2022-ci ilin yanvar ayında o, Lökbatan qəsəbəsində olduğu vaxtı Asif Aygün adlı bir qadınla onun yanına gəlib onun torpaq sahəsinə mülkiyyət sənədinin alınması ilə həmin Aygünün məşğul olduğunu söyləmişdir. Aygün də Asifin dediyini təsdiq edib, ona narahat olmamağını deyərək, mülkiyyət sənədinin tezliklə hazır olacağını söyləmişdir. O da gözləməyə başlamışdır. Lakin bundan sonra da Asifgilin onun torpaq sahəsinə mülkiyyət sənədini vermədiklərini və onun torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı verdiyi pulu ələ keçirdiyini hiss edib, Asifə verdiyi 3800 manat pulu qaytarmasını tələb etmişdir. Asif də bir neçə günə pulu qaytaracağını desə də yenə onu aldatmışdır. O da məcbur qalıb bu barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs3 isə bibisi oğludur. Təqsirləndirilən şəxs ilkin olaraq qardaşının, sonra isə özünün torpaq alqı-satqısını həyata keçirən şəxs kimi tanımışdır. Asifdən torpaq almış və üzərində ev tikmişdir. Heç bir problem olmadığını düşündüyü üçün qohumları və tanışları da torpaq almaq istəyərkən onları da Asifə yönəltmişdir. Belə ki, o, bibisi oğlu Zərərçəkmiş şəxs3 torpaq axtaran zaman sonuncuya Asifi məsləhət bilmişdir. Bundan başqa qardaşı Nofəl və Müşfiq adlı tanışını da Təqsirləndirilən şəxs yönləndirmişdir ki, onlarda torpaq alsınlar. Onları Asifə yönləndirməyinin səbəbi onun Asifdən torpaq alan zaman heç bir problemlə rastlaşmamağı olmuşdur. Bibisioğlu Zərərçəkmiş şəxs3 bildiyi qədəri ilə Təqsirləndirilən şəxs ümumilikdə 6.800 manat pulu torpaq və torpağın çıxarışı üçün vermişdir, həmçinin Gündüz torpağın pulunun yarısını məhz onun yanında Asifə vermişdir. Təqsirləndirilən şəxs torpaq satdığı hər kəs, həmçinin qardaşı, bibisi oğlu Gündüz və digər şəxslərin Asifdən əldə etdiyi sənədlər saxta çıxmışdır. Asif ona yönəltdiyi şəxslərin heç birinə görə pul verməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç vaxt psixi xəstəlikdən əziyyət çəkməmiş və müalicə almamışdır. Təqsirləndirilən şəxs təsadüf nəticəsində tanımışdır. Belə ki, özü üçün satdıq torpaq axtaran zaman onunla tanış olmuşdur. Asifdən torpaq almış və üzərində ev tikmişdir. Heç bir problem olmadığını düşündüyü üçün qohumları və tanışları da torpaq almaq istəyərkən onları da Asifə yönləndirmişdir. Belə ki, o, bibisi oğlu Zərərçəkmiş şəxs3 torpaq axtaran zaman sonuncuya Asifi məsləhət bilmişdir. Bundan başqa qardaşı Nofəl və Müşfiq adlı tanışınıda Təqsirləndirilən şəxs yönləndirmişdir ki, onlarda torpaq alsınlar. Onları Asifə yönləndirməyinin səbəbi onun Asifdən torpaq alan zaman heç bir problemlə rastlaşmamağı olmuşdur. Bibisioğlu Zərərçəkmiş şəxs3 bildiyi qədəri ilə Təqsirləndirilən şəxs ümumilikdə 6.800 manat pulu 0,08 ha torpaq və çıxarışı üçün vermişdir. X32 0,04 ha torpaq sahəsi almaq üçün 1.900 manat, tanışı Müşfiq isə 0,04 ha torpaq üçün 1.450 manat pul vermişlər. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır. Adlarını sadaladığı şəxslərin hər ikisi onun qohumudur. Onun sadəcə onları Asifə yönləndirməkdə məqsədi sənədli torpaq almaqları olmuşdur. Çünki o da Asifdən torpaq almışdır. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olaraq uzun müddətdir tanıyır. Zərərçəkmiş şəxslərdən isə yalnız Zərərçəkmiş şəxs3 epizodunda iştirak etmiş və sonuncunu tanımışdır. Digər zərərçəkmiş şəxslərin epizodlarında isə iştirak etməmiş, onları tanımır. O, 2023-cü ilin dekabr ayında Asifin xahişi ilə Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Orada Asif və Zərərçəkmiş şəxs3 ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Kardeşler» kafesində görüşmüşlər. Asif Gündüzə bildirmişdir ki, torpağına çıxarışı almağa o, Asifə kömək edəcək. Bununla bağlı o, kafedə Asifin və Gündüzün yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində işləyən tanışına yığmış və bu işin görülməsinin qiymətini soruşmuşdur. Həmin tanışı ona Gündüzün istədiyi sənədə görə 3000 manat ödənilməli olduğunu məlumat vermişdir. Bundan sonra Gündüz Asifə 2.300 manat pul vermişdir. Asif sonradan onlar yolda gedən zaman 500 manat ona vermişdir ki, çıxarış almağa ilkin tədbirləri həyata keçirsin, Asif vəd etmişdir ki, həmçinin iki-üç gün sonra ona əlavə pul da verəcəkdir. Lakin sonradan çıxarış ala bilməmişdir. 500 manatıda şəxsi istifadəsi üçün xərcləmişdir. Daha sonra isə o, törətdiyi başqa bir cinayət əməlinə görə və barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilmişdir. O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 08 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç vaxt psixi xəstəlikdən əziyyət çəkməmiş və müalicə almamışdır. Təqsirləndirilən şəxs və Şahid4 tanıyır. Sonuncuları Abşeron rayonu Qobu qəsəbəsində makler kimi fəaliyyət göstərən şəxslər kimi tanımışdır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, əvvəllər cəmi 01 dəfə məhkum olunmuş, belə ki, 18 may 2023-cü il tarixdə həbs edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2023-cü ilin dekabr ayında AR CM-nin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hökm çıxarılmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 08 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxsla aralarında heç bir torpaq alqı-satqısı olmamışdır. O, Asifə heç bir sənəd təqdim etməmişdir. O, 2023-cü ilin may ayından 2025-ci ilin iyul ayınadək həbsdə olmuşdur. Ümumiyyətlə isə o, heç vaxt bələdiyyədə işləməmiş və sənədlərə möhür vurmaq kimi bir səlahiyyəti olmamışdır. Həmçinin sualda adları sadalanan şəxslərlə heç bir alış verişi olmamışdır və onları tanımır. 2023-cü ilin may ayından barəsində “ev dustaqlığı” seçilmiş və o, 06 ay “Reabilitasiya” mərkəzində yatmışdır. 2023-cü ilin noyabr ayında isə Reabilitasiya mərkəzindən çıxmışdır. O, ilkin ifadəsini qismən təsdiq edir. O, 2023-cü ilin dekabr ayında Asifin xahişi ilə Qaradağ rayonu Lökbatan qəsəbəsinə gəlmişdir. Orada Zərərçəkmiş şəxs3 ilə görüşmüşlər. Asif Gündüzə bildirmişdir ki, torpağına çıxarışı almağa o, Asifə kömək edəcək. Bundan sonra Gündüz Asifə 2.300 manat pul vermişdir. Asif sonradan onlar yolda gedən zaman 500 manat ona vermişdir ki, çıxarış almağa çalışsın. Lakin sonradan çıxarış ala bilməmişdir. 500 manatıda şəxsi istifadəsi üçün xərcləmişdir. Hadisə barədə bildikləri bundan ibarətdir. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Asifin torpaq-alqı satqısı ilə məşğul olmasından məlumatlı olmamış, Aygün adlı şəxsə torpaq sənədi satdığını bildirmiş və Aygün də Asifə bu barədə məlumat vermişdir. Sonra Asif ona 300 manat pul verərək Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsinə etibarnamə verməsini istəmişdir. O, müştəri Zərərçəkmiş şəxs2 həmin torpağa dair müvafiq etibarnamə vermişdir. Lakin etibarnaməni Asifin Sərdara neçəyə verdiyindən xəbəri olmamışdır. Beləliklə, o, torpaq satmamış, Asif vasitəsilə torpağa aid sənədi satmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç vaxt psixi xəstəlikdən əziyyət çəkməmiş və müalicə almamışdır. Təqsirləndirilən şəxs və Şahid4 tanıyır. Sonuncuları Abşeron rayonu Qobu qəsəbəsində makler kimi fəaliyyət göstərən şəxslər kimi tanımışdır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, əvvəllər bir dəfə 2012-ci ildə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində Qaradağ rayon Məhkəməsi tərəfindən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hökm çıxarılmışdır. 2021-ci ilin iyun ayının ortalarında onun pula ehtiyacı olduğu üçün qonşuluqda yaşayan Şahid4 bildirmişdir ki, ona kömək etsin torpağını satır. Sonra isə bildirmişdir ki, torpaqda olmasa sənədini sata bilər. Həmin vaxt qəsəbə ərazisində boş torpaq çox olduğu üçün sənəd olarsa rəsmiləşmə etmişlər. Bir iki gün sonra Asif onunla əlaqə saxlayaraq bildirmişdir ki, onda sənəd olub olmadığını soruşmuş, o da olduğunu demişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Asif zəng edərək onu götürməyə gəldiyini bildirmişdir. Onlar birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 43 saylı notariat kontoruna getmişlər, o, orada sənədini göstərmiş və sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsə etibarnamə vermişdir ki, Asifin qeyd etdiyi torpağ həmin şəxsin sərəncamına keçsin. Bunun qarşılığında ona Asif 200 manat pul vermişdir. Lakin etibarnamə verilən zaman Sərdarın Asifə nə qədər pul verdiyini bilməmişdir. Hadisə barədə deyə biləcəkləri bundan ibarətdir. Asif yalan danışır. Belə ki, ona həmin məsələdən cəmi 200 manat çatmışdır. Qalan pul Asifdə qalmışdır. Ümumiyyətlə Aygündə onların yanında olmamışdır. O, həmin puldan Aygünə nəsə çatıb-çatmadığını bilmir. X41 özü almışdır. Birdə o, 43 saylı notariat kontorunda etibarnamə vermişdir. Ola bilsin ki, Asif səhvən 32 saylı notariat kontoru olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hazırda xadimə işləyir. Təqsirləndirilən şəxs Qobu qəsəbəsində ev təmiri ilə məşğul olan usta kimi tanıyır. Asif ona sonradan tanıdığı Hafis adlı bir nəfərin Qobu qəsəbəsində 8 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsin Əmlak Komitəsindən çıxarış almaqda köməklik etməyini xahiş etdikdə o, Asifə Əmlak Komitəsində tanışının olmadığını bildirmişdir. Həmçinin həmin ərəfədə Asif ondan Hafis adlı şəxsdən “Asifə sənədlərin həll edilməsi barədə vaxt verilməsi”nə dair xahişə çıxmasını istəmişdir. O da Asifi tanıdığına görə Hafis adlı şəxsə Asifin tapşırdığı sözləri ona çatdırmışdır. O, bu barədə həm Hafisin özü ilə, həm də Hafisin həyat yoldaşı ilə danışıqlar aparmışdır. Onun bu məsələdə gördüyü iş sadəcə Asifin bu xahişini yerinə yetirmək olmuş, bu işlə başqa bir əlaqəsi mövcud olmamışdır. Həmçinin Asif ona gördüyü işlərə görə hər hansı sənəd və ya pul təqdim etməmiş, Hafisin sənədlərinin düzəldilməsi ilə bağlı hər hansı işin görülməsini öhdəsinə götürməmişdir. Hadisə ilə bağlı ona məlum olan hallar bundan ibarətdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir Qobu qəsəbəsində ev və torpaq sahələrini qanuni yolla satan Qobu sakinlərinə köməklik edir, beləliklə də ailəsinin dolanışığını təmin edir. Əqli və psixi cəhətdən sağlamdır, hər hansı bir xəsatəxanada psixiatrik qeydiyyatda deyil. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, 2023-cũ ilin oktyabr ayında Abşeron rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə celb edilmişdir. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində uzun illərdir ki, qəsəbə sakinləri tərəfindən satışa çıxarılan ev və torpaq sahələrinin qanuni yolla satılmasında köməklik edib pul qazanaraq ailəsini dolandırmış, bunu Qobu qəsəbə sakinləri də təsdiq edə bilər, beləcə də onun Qobu qəsəbəsində hər kəs taniyır. O, Asif Hesenovu 2021-ci ilin aprel ayından tanıyır. Asif Hesenovun özü də həmin ərəfədə Qobu qəsəbəsində yaşamışdır. 2021-ci ilin aprel ayında Asif ona sonradan tanıdığı Hafis adlı bir nəfərin Qobu qəsəbəsində 8 sot torpaq sahəsinin olduğunu və həmin tor sahəsin Əmlak Komitəsindən çıxarış almaqda köməklik etməyini xahiş etdikdə o, Asifə Əmlak Komitəsində tanışının olmadığını bildirmişdir. Həmçinin həmin ərəfədə o, Asiflə görüşüb söhbət edən zaman Asif ondan xahiş etmişdir ki, Lökbatan qəsəbəsinə gedib Hafislə görüşsünlər və Hafislə söhbət zamanı sonuncudan Asifə problemin həlli üçün vaxt verməsini xahiş etsin. Beləliklə də 2021-ci ilin aprel ayında xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs onu özü ilə Lökbatan qəsəbəsinə aparmış və adının Hafis olduğunu həmin günü bildiyi şəxslə Asif görüşüb söhbət edən zaman o, Hafisdən Asifə vaxt verməsini xahiş etmişdir. Asifin Hafisdən pul aldığını görməmiş və ümumiyyətlə Asifin sonradan da Hafisdən pul alıb almadığından onun xəbəri olmamışdır. Həmin söhbətdən sonra o, ümumiyyətlə nə Hafisi, nədə ki, Təqsirləndirilən şəxs görməmişdir. 2023-cü ilin təxminən avqust ayı olardı, o, yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Ə.Bayramov küçəsində yerləşən evində olan zaman Hafis onun evinə gəlmiş və ondan Təqsirləndirilən şəxs yaşadığı evin yerini soruşanda o, Hafisə neçə vaxtdır ki, Asifi görmədiyini və nə məsələ olduğunu soruşanda Hafis ona demişdir ki, torpağın sənədləşdirilməsi və Əmlak Komitəsindən çıxarış almaq üçün ondan 3200 manat pul almış, torpaq məsələsini həll etməmiş, guya Asif 3200 manat pulu ona verdiyini deyəndə o, Hafisə demişdir ki, Asif yalan danışır və ona Asif 3200 manat pul verməmişdir. Hafis Təqsirləndirilən şəxs tərəfindən aldandığını və hər şeyi onun üstünə atdığını deyəndən sonra o, Təqsirləndirilən şəxs yaşadığı evi Hafisə göstərmiş və bundan sonra Hafis Asifin yaşadığı evə getmişdir. Bu söhbəti onun ailə üzvləri də təsdiq edə bilər. Daha sonra Hafislə Asifin söhbətindən onun xəbəri olmamışdır. Ancaq bu məsələ onda qaranlıq qaldığından və Asifin ona şər atmasına aydınlıq gətirmək üçün o, oğlu ilə birlikdə Asiflə görüşüb söhbət etmiş və nəyə görə belə etməsinin səbəbini soruşanda Asif ona heç bir söz tapıb deyə bilməmişdir. O, Hafisə nə torpağa aid bələdiyyə sənədləri vermış, nədə ki, Asif ona Hafisdən almış olduğu puldan heç bir məbləğ verməmişdir. Bunu Hafisin özü də təsdiq edə bilər. Asifin Hafisdən pul almasından və bələdiyyə sənədlərini necə və kimdən almasından onun məlumatı olmamışdır. Asifin Hafisdən 2300 manat pul almasını o, Hafis onun yaşadığı evə gələn zaman bilmişdir. Təqsirləndirilən şəxs Şahid4 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 eyni məqsədlə aldığı pulun 1500 manatı ona vermiş olduğunu və o, daha sonra 1500 manat pulu Təqsirləndirilən şəxs özünə qaytarması məzmununda müstəntiq Cəfər Nəzərova izahat verməmiş və həmin izahatı müstəntiq tərəfindən kompyuterdə yazıldıqdan sonra müstəntiq Cəfər Nəzərov izahatını ona oxutmadan həmin izahata imza etdirmişdir. Hazırda cinayət işi üzrə vermiş olduğu ifadəsi düzgündür və onun 1600 manat Asifdən pulu alıb daha sonra Asifin özünə qaytarmağı barədə yazılanlar onun fikrini ifadə etmir. Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır və özünün uydurmalarıdır. Bunu Zərərçəkmiş şəxs1 və onun ailə üzvləri də təsdiq edə bilər. O, Asifə bu məsələdə kömək etmədiyi üçün Təqsirləndirilən şəxs bu cür ifadə verir. Asifin Zərərçəkmiş şəxs1 torpaq məsələsi ilə 3800 manat pul alması barədə onun xəbəri olmamış, yalnız Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayından onun yaşadığı evə gələn zaman bu barədə Zərərçəkmiş şəxs1 özündən eşitmişdir. Zərərçəkmiş şəxs1 özü də təsdiq edə bilər ki, onunla Zərərçəkmiş şəxs1 arasında pul söhbəti olmamışdır. Asif ona 3800 manat pul vermədiyi halda o, Asifə necə pul verə bilər. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X4, X16 və X15 ümumiyyətlə tanımır və həmin adları çəkilən şəxslər də bunu təsdiq edə bilərlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X2, X9 və X10 hansı məqsədlə və nə qədər məbləğdə pul almasından onun xəbəri yoxdur, adları qeyd edilən şəxslərə o, torpaq sahəsi satmaqla bağlı söz verib onlardan ya bir başa, yada ki, Təqsirləndirilən şəxs vasitəsilə pul almamışdır. Asifin özü də etiraf edir ki, pulun bir hissəsi özünün bank kart hesabına köçmüşdür. Elşən adlı şəxsin Qobu Bələdiyyəsində işləyib işləmədiyini bilmir, Elşən adında belə bir şəxsi tanımır. Əkrəm adlı şəxsi Qobu qəsəbəsindən tanıyır və Əkrəmin torpa şöbəsində işlədiyini bilir. Onun Elşən və Əkrəmlə heç bir iş birliyi olmamışdır. Asifin dediyi bələdiyyə sənədlərini kimin hazırladığından və həmin sənədlərə kimin möhür vurmasından onun heç bir məlumatı olmamışdır. X7, Zərərçəkmiş şəxs3, X2, X9 və X10 alınmış pullardan Təqsirləndirilən şəxs ona verməmiş və onun həmin pulları Təqsirləndirilən şəxs kimə verdiyini bilmir. Torpaq alqı-satqısı ilə bağlı Asifin pul aldığı şəxslərin pullarından ona verilmədiyi halda o, Elşən və Əkrəmlə öz aralarında necə həmin pulları bölüşdürə bilər. Elşən və Əkrəm adlı şəxslər tapılıb bu hadisələrlə bağlı dindirilsin. Qobu Bələdiyyəsi ilə onun heç bir əlaqəsi yoxdur və Təqsirləndirilən şəxs nəzərdə tutduğu Bələdiyyə sənədlərini necə əldə etməsindən o, məlumatsızdır. Bu işlərdə adları çəkilən zərərçəkənlərlə də dəqiqləşdirmək mümkündür ki, həmin Bələdiyyə sənədlərini onlara kim vermişdir. Adları çəkilən və Asif tərəfindən adları çəkilən heç bir şəxs deyə bilməz o, onlara hər hansısa bir möhürlə təsdiq edilmiş və ya təsdiq edilməyən sənəd vermişdir. Bu Asifin özünün uydurmalarıdır. Təqsirləndirilən şəxs X23 barəsində dedikləri yalandır. X13 o, tanımır və bunu həmin şəxsin özü də təsdiq edə bilər. Təqsirləndirilən şəxs Paşayev X14 rayonu, Qobu qəsəbəsi ərazisində 0,08 ha torpaq sahəsi satmaq üçün Eldar Əshədinoviçdən 12.880 manat pul almasını o, indi eşidir. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0,08 ha torpaq sahəsinə onlarla birlikdə getməmiş və Əkrəm adlı şəxsi həmin torpaq sahəsinə o, dəvət etməmişdir. Əkrəm də bunu təsdiq edə bilər. Torpaq alqı-satqısı ilə bağlı Asifin X23dən almış olduğu 12.880 manat puldan ona verilmədiyi halda o, Elşən və Əkrəmlə öz aralarında necə həmin pulları bölüşdürə bilər. Dediyi kimi Elşəni tanımır, Elşən və Əkrəm adlı şəxslər tapılıb bu hadisə ilə də bağlı dindirilsin. Qobu Bələdiyyəsi ilə onun heç bir əlaqəsi yoxdur və Təqsirləndirilən şəxs nəzərdə tutduğu Bələdiyyə sənədlərini necə əldə etməsindən o, məlumatsızdır. X23 deyə bilməz ki, onu tanıyır və ona pul vermişdir. Asif öz ifadəsində də göstərir ki, pulun bir hissəsini X23 Asifin bank kartına köçürmüşdür. Onun bu işlərin heç birində iştirakı olmamışdır. Məhkəmənin 05 fevral 2026-cı il tarixli iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəməyə şifahi vəsatət verərək cinayət işinin baxılmasına xitam verilərək cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Müdafiəçi1 vəsatətində göstərmişdir ki, cinayət işi materiallarından görünür ki, cinayət işi kifayət qədər araşdırılmayıb. Şahid4 əvvəllər bu cinayət işinin epizodları üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Zərərçəkmiş şəxs X17 öz ifadəsində bildirmişdir ki, o, pulu Təqsirləndirilən şəxs versə də, Asif onu Şahid4 ilə görüşdürüb, torpağa çıxarışa dair sənədi Aygünün həll edəcəyini bildirərək, Aygün ondan bu işin həll edilməsi üçün vaxt istəmişdir. Şahid2 isə Təqsirləndirilən şəxsla əlaqəsini Şahid4 vasitəsilə olduğunu bildirib. Belə ki, o, torpağın sənədini satmaq istədikdə bununla bağlı Aygünə müraciət etmiş, Aygün isə onu Təqsirləndirilən şəxs yönləndirib. Zərərçəkmiş şəxs2la bağlı cinayət hadisəsinin epizodunda Şahid2 ifadəsində bildirmişdir ki, həqiqətən də o, Zərərçəkmiş şəxs2la bağlı notariusda müqavilə bağlamışdır, Təqsirləndirilən şəxs Şahid2 4000 manat verdiyini israrla qeyd edir, şahid isə 200 manat verildiyini etiraf edir. Zərərçəkmiş şəxs2la bağlı aldadılma epizodunda Şahid2 rolu olub. Çünki o, sənədi Təqsirləndirilən şəxs vasitəsilə Zərərçəkmiş şəxs2 verməsə idi, zərərçəkmiş şəxs bu qədər ziyana düşməyəcəkdi. Odur ki, Şahid4, Şahid2, Şahid1 əməlinə yenidən hüquqi qiymət verilməlidir. Hazırki cinayət əməli az ağır cinayət olduğuna görə istintaq müddəti az olduğuna görə ibtidai istintaqı aparmış müstəntiq cinayət işindən üç epizoda xitam vermişdir ki, tez vaxtda işin məhkəməyə göndərilməsinə nail olsun. Təqsirləndirilən şəxsin bu əməllərdə əlbir olduğu şəxslər barəsində hüquqi qiymət verilməyib. Bu səbəbdən Şahid4, Şahid2, Şahid1 əməlinə yenidən hüquqi qiymət verilməsi və işin yenidən araşdırılmasi üçün cinayət işinin baxılmasına xitam verilərək cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti, tərəflərin izahatını və cinayət işinin materiallarını nəzərdən keçirərək və toplanmış sübutlara hüquqi qiymət verərək vəsatətin əsassız olduğu qənaətinə gəlməklə təmin edilməməsini qərara almışdır. Belə ki, cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli qərarından da görünür ki, qeyd olunan şəxslərin əməllərinə müstəntiq tərəfindən lazımi hüquqi qiymətlər verilmişdir. İş materiallarında olan iş üzrə Şahid3 üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. İş materiallarında olan iş üzrə Şahid2 üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. İş materiallarında olan iş üzrə Şahid1 üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. İş materiallarında olan iş üzrə Şahid4 üzləşdirmə zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir. İş materiallarında olan Abşeron Rayon Qobu qəsəbəsi bələdiyyəsinin sədri tərəfindən verilmiş arayışdan görünür ki, X18, X23, X19, X29,X12, X24, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 adlıvətəndaşların Abşeron rayon Qobu bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmasına dair müraciətləri aşkar edilməmiş və Abşeron rayon Qobu bələdiyyəsinin heç bir iclas protokolunda həmin vətəndaşlara torpaq sahəsinin ayrılması ilə bağlı müzakirə aparılmamış və ya qərar qəbul edilməmişdir. Eyni zamanda Qobu qəsəbə ərazisində həmin vətəndaşların mülkiyyətində və ya istifadəsində heç bir torpaq sahəsi aşkar edilməmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirsə də məhkəmə, onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə məqsədilə verildiyini və vurulmuş ziyan üzrə məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi qeyri-səmimi ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutların məcmusu ilə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Həsənov X21 RPİ-nin ********* nömrəli cinayət işi üzrə 05 mart 2024-cü il tarixdə saat 17:00-da Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Abşeron RPİ-də 07 mart 2024-cü il tarixdə 11:20-də baş müstəntiq Fuad Nəsirov tərəfindən təqsirləndirilən şəxsin dindirilməsi başa çatdıqdan sonra, təqsirləndirilən şəxs barəsində barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə məhkəməyə təqdimat verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatətlə müraciət olunmuşdur. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 07 mart 2024-cü il tarixli qərarı ilə vəsatətin təmin edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. 07 mart 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində baş müstəntiq Fuad Nəsirov tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Həmçinin qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutularaq 19 fevral 2025-ci il tarixdə barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və hazırki tarixədək qətimkan tədbiri dəyişdirilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində onlara dəymiş maddi və ya mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar