Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-178/2022 23.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1973-cü ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CMnin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Biləsuvar rayonu, Dərvişli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində X3 məxsus ünvan 3 ünvanında yerləşən mişar daşı ilə hasara alınmış həyətyanı sahəyə qanunsuz olaraq daxil olub oradan Habil Qüdrətliyə məxsus 5000 manat dəyərində 400 kv-lıq transfarmatorun içərisinin alüminium və dəmir metaldan ibarət hissələrini, 100 manat dəyərində avtokar avtomobilinin yük qaldıran qolunun bir ədədini, 01 ədədinin dəyəri 100 manat təşkil edən 1000 manat dəyərində 10 ədəd daşkəsən kombaynın dişli çarxını, 01 ədədinin dəyəri 150 manat təşkil edən 750 manat dəyərində 05 ədəd daşkəsən kombaynın valını, 01 ədədinin dəyəri 600 manat təşkil edən 3000 manat dəyərində 05 ədəd daşkəsən kombaynın 30 kv-lıq elektrik mühərrikini, 250 manat dəyərində 01 ədəd qaynaq aparatını həyətin qapısının yanına yığmış, xx.xx.2022-ci il həmin əşyaları oradan gizli olaraq talayıb zərərçəkmiş şəxs Habil Qüdrətliyə ümumilikdə 10100 manat dəyərində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, Biləsuvar rayonu, Dərvişli kəndində yaşayır. O, 2018-ci ildə oğurluq cinayəti törətdiyi üçün Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb olunmuş və 2021-ci ilin fevral ayında cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Onun qardaşı X4 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 3-cü massivdə fərdi yaşayış evində kirayədə yaşayır və Qızıldaş qəsəbəsi ərazisində yerləşən Daş karxanasında işləyir, səhər tezdən çıxıb işə gedir, axşam isə evə qayıdır. O da ev təmiri ustası olduğu üçün Bakı şəhərinə gəlib fərdi olaraq iş tapıb işləyəndə qardaşı Salehin Qızıldaş qəsəbəsində yaşadığı fərdi yaşayış evində yaşamışdır. Salehin həyəti ilə qonşuluqda Habil adlı şəxsin həyətyanı torpaq sahəsi vardır. Qardaşı Salehin həyəti ilə Habilin həyəti arasında dəmir qapı vardır, həmin qapıdan istənilən vaxt Habilin həyətinə keçmək olur. Habilin torpaq sahəsi mişar daşı ilə hasara alınıb. O, 2022-ci ilin yanvar ayının 11-də Salehin həyətindəki dəmir qapıya Habilin həyəti tərəfdən qapıdan hasara keçən dəmiri kənara çəkib qapını açıb Habilin həyətinə keçmişdir. Həyətdə 400 kv.lıq transformator, yük qaldıran avtokar avtomobili, daş karxanasında işlədilən avadanlıqların hissələri, elektrik mühərikkləri, 02 ədəd qaynaq aparatı olmuşdur. Onun maddi vəziyyəti yaxşı olmadığından qərara almışdır ki, həmin həyətdəki elektrik mühərrikərini, qaynaq aparatını, daş karxanasında işlədilən avadanlıqların hissələrini, transfarmatorun alüminium naqilini söküb oğurlayıb metal qəbuletmə məntəqəsinə təhvil verib qazanc əldə etsin. O, xx.xx.2022-ci il tarixdə təxminən 11 radələrində qardaşı Salehin həyətindən qonşu Habilin həyətinə daxil olub həyətdəki transfarmatorun saxlanıldığı qapıdan içəri daxil olub özünə məxsus açarla transfarmatorun alüminium naqilinin bağlandığı yerindən açıb həyətə çıxarıb qoymuşdur. Alüminium naqil təxminən 30 kiloqram olmuşdur. Daha sonra həyətdəki 05 ədəd elektrik mühərrikini diyirlədə-diyirlədə Habil ilə Salehin həyətinin arasında olan dəmir qapının yanına gətirib yığmışdır. Bundan sonra isə 01 ədəd təkərli qaynaq aparatını da sürüb qapının yanına gətirib qoymuşdur. Daha sonra daşkəsən kombaynın 10 ədəd dişli çarxlarını, daşkəsən kombaynın 05 ədəd valını götürüb Habil ilə Salehin həyətinin arasında olan dəmir qapının yanına gətirib yığmışdır. Bundan sonra avtokar avtomobilinin yük qaldıran qolunun birini yerindən dəmir ling ilə çıxardıb diyirlədə-diyirlədə Habil ilə Salehin həyətinin arasında olan dəmir qapının yanına gətirib qoymuşdur. Bundan sonra o, həmin həyətdən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə səhər tezdən o, Lökbatan qəsəbəsinə gedib qəsəbənin mərkəzində olan bazarın yanından iki nəfər fəhlə və bir Qazel markalı avtomobil danışıb qardaşı Salehin Qızıldaş qəsəbəsində yaşadığı evin qarşısına sürdürmüşdür. Həmin vaxt saat 11 radələri olmuşdur. Daha sonra o, oğurlayıb qapının yanına yığıdığı transformatorun alüminium naqilini, 05 ədəd elektrik mühərrikini, 01 ədəd təkərli qaynaq aparatını, daşkəsən kombaynın 10 ədəd dişli çarxlarını, daşkəsən kombaynın 05 ədəd valını, avtokar avtomobilinin yük qaldıran qolunun bir ədədini fəhlələrə daşıtdırıb Qazel markalı avtomobilə yüklətdirmişdir. Qazel markalı avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürdürüb qəsəbəyə çatmağa az qalmış avtomobil yolunun kənarında yerləşən metal qəbuletmə məntəqəsində işləyən təxminən 60-65 yaşında olan ağ saçlı arıq bədən quruluşlu kişiyə təhvil vermişdir. Həmin şəxs ona 680 manat pul vermişdir. Hətta həmin şəxs ona təhvil verdiyi metalın çəkisi və dəyəri qeyd olunmuş qəbz vermişdir. Bundan sonra o, Qazel sürücüsünə danışdığı kimi 30 manat, fəhlələrin hər birinə isə 15 manat pul vermişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığından oğurluq cinayəti törətmişdir. O, ifadəsində göstərdiyi oğurluq cinayətindən başqa cinayət əməli törətməmişdir. Onun qardaşı Saleh Əliyevin həyəti ilə Habil Qüdrətlinin həyətinin arasında olan dəmir qapıdan Habil Qüdrətlinin həyətinə daxil olmağa icazəsi olmamışdır. O, Habil Qüdrətlinin həyətindən oğurladığı əşyaları metal qəbul etmə məntəqəsinə təhvil verərəkən həmin əşyaların oğurluq olduğunu metal qəbul edən şəxsə bildirməmişdir. O, Habil Qüdrətlinin həyətindən oğurladığı əşyaları Qazel markalı avtomobilə fəhlələrə yüklətdirərkən Qazel markalı avtomobilin sürücüsünə və həmin fəhlələrə əşyaların oğurluq olduğunu bildirməmişdir. O, Habil Qüdrətlinin həyətindən oğurladığı əşyaları yüklətdirdiyi Qazel markalı avtomobilin sürücüsünü və fəhlələri tanımır və həmin şəxslərin anket məlumatlarını deyə bilməyəcək, həmin şəxslər Lökbatan qəsəbəsində yerləşən bazarın yanında dayanırlar. O, Habil Qüdrətlinin həyətindən oğurladığı əşyaları metal qəbul etmə məntəqəsinə təhvil verərkən həmin əşyaları ondan qəbul edən şəxsi tanımır, həmin şəxsin anket məlumatlarını deyə bilməyəcək, lakin həmin şəxsi görsə tanıyar. O, Habil Qüdrətlinin həyətindən oğurluq edərkən onu heç kim görməmişdir. O, həmin puldan 30 manat Qazel sürücüsünə, hər bir fəhləyə 15 manat verdikdən sonra yerdə qalan pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməllərdən peşman olduğunu, ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunu və gələcəkdə vurulmuş ziyanı ödəmək niyyətində olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ünvan 5 ünvanında valideynləri ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, onun ünvan 3 ünvanında həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Həmin torpaq sahəsinə bitişik torpaq sahəsində əmisi Təhməzə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə Saleh adlı şəxs kirayədə yaşayır. Həmin evin həyətindən ona məxsus həyətyanı sahənin arasında dəmir qapı vardır, həmin qapıdan ona məxsus həyətyanı sahəyə daxil olmaq olur. Lakin ona məxsus həyətyanı sahə tərəfdən qapıdan hasara keçən dəmir vardır, dəmiri kənara çəkəndən sonra həyətə daxil olmaq olur. 5 il bundan əvvəl o, atası Mayıl Həsənov ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” daş karxanasını icarəyə götürüb işlətmişdir. Daha sonra həmin daş karxanasını sahibinə təhvil vermişlər və daş karxanasında olan özünə məxsus 400 kv-lıq transfarmatoru, yük qaldıran avtokar avtomobilini, daş karxanasında işlədilən daşkəsən kombaynın hissələrini, elektrik mühərriklərini, 02 ədəd qaynaq aparatını gətirib ünvan 3 ünvanındakı həyətyanı torpaq sahəsinə yığmışdır. O, arada-bir həmin torpaq sahəsinə gedib həmin əşyalara nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, ünvan 3 ünvanındakı həyətyanı torpaq sahəsinə gedib baxarkən ona məlum olmuşdur ki, həyətyanı torpaq sahəsindən ona məxsus 400 kv-lıq transfarmatorun içərisinin metal hissələri, avtokar avtomobilinin yük qaldıran qolunun bir ədədi, daş karxanasında işlədilən daşkəsən kombaynın 10 ədəd dişli çarxı, daşkəsən kombaynın 05 ədəd valı, daşkəsən kombaynın 30 kv-lıq 05 ədəd elektrik mühərriki, 01 ədəd qaynaq aparatı oğurlanmışdır. O da buna görə Qaradağ RPİ-nin 38-ci PB-nə gedib baş vermiş oğurluq barədə şikayət ərizəsi və izahat yazmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ünvan 3 ünvanındakı həyətyanı torpaq sahəsindən 400 kv-lıq transfarmatorun içərisinin alüminium və dəmir metaldan ibarət hissələri, avtokar avtomobilinin yük qaldıran qolunun bir ədədi, daş karxanasında işlədilən daşkəsən kombaynın 10 ədəd dişli çarxı, daşkəsən kombaynın 05 ədəd valı, daşkəsən kombaynın 30 kv-lıq 05 ədəd elektrik mühərriki, 01 ədəd qaynaq aparatı oğurlanmışdır və oğurlanmış əşyalar ona məxsus olmaqla işlək vəziyyətdə olmuşlar. Ona məxsus ünvan 3 ünvanında həyətyanı torpaq sahəsindən oğurlanmış 400 kv-lıq transfarmatorun içərisinin alüminium və dəmir metaldan ibarət hissələri 5000 manat, avtokar avtomobilinin yük qaldıran qolunun bir ədədi 100 manat, daş karxanasında işlədilən daşkəsən kombaynın dişli çarxının 01 ədədinin dəyəri 100 manat olmaqla 10 ədədi 1000 manat, daşkəsən kombaynın valının 01 ədədinin dəyəri 150 manat olmaqla 05 ədədi 750 manat, daşkəsən kombaynın 30 kv-lıq elektrik mühərrikinin 01 ədədinin dəyəri 600 manat olmaqla 05 ədədi 3000 manat, 01 ədəd qaynaq aparatının dəyəri 250 manat təşkil etmişdir. Beləliklə oğurlanmış əmlakın ümumi dəyəri 10100 manat təşkil edir, ona ümumilikdə 10100 manat maddi ziyan dəymişdir. O, xx.xx.2022-ci il tarixdə oğurluq hadisəsinin baş verməsini müəyyən edən kimi dərhal Qaradağ RPİ-nin 38-ci PB-nə gedib ərizə və izahatını vermişdir. Lakin sonra ünvan 3 ünvanında həyətyanı torpaq sahəsinə gedib oğurlanmış əşyaları dəqiqləşdirmişdir. Odur ki, bir daha bildirmişdir ki, ünvan 3 ünvanındakı həyətəyanı torpaq sahəsindən ona məxsus 400 kv.lıq transfarmatorun içərisinin alüminium və dəmir metaldan ibarət hissələri, avtokar avtomobilinin yük qaldıran qolunun bir ədədi, daş karxanasında işlədilən daşkəsən kombaynın 10 ədəd dişli çarxı, daşkəsən kombaynın 05 ədəd valı, daşkəsən kombaynın 30 kv-lıq 05 ədəd elektrik mühərriki, 01 ədəd qaynaq aparatı oğurlanmışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyinə görə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2008-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Puta avtomobil yolunun yaxınlığında yerləşən Metal Sənaye MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Direktoru olduğu MMC qara metal qəbul edir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, direktoru olduğu MMC-də, yəni metal qəbuletmə məntəqəsində olarkən Ənvər adlı şəxs metal qəbuletmə məntəqəsinə gəlib metal gətirdiyini bildirmişdir. Ənvər Qazel markalı avtomobil ilə gəlmişdir, lakin həmin avtomobilin dövlət qeydiyyat nişanını qeyd etməmişdir. Qazel markalı avtomobildə iki nəfər də tanımadığı fəhlə geyimində şəxslər olmuşdur. O, Qazel markalı avtomobili metal qəbuletmə məntəqsində olan elektron tərəzidə yüklü vəziyyətdə çəkmiş, sonra isə avtomobilin yükünü boşaltdırıb boş vəziyyətdə çəkmişdir. Avtomobildə olan metal 1500 kiloqram gəlmişdir. Həmin metalın 3 faizini ümumi çəkidən çıxmış və 1455 kiloqram metalın 1 tonunu 470 manatdan hesablayıb 683 manat Ənvərə pul vermişdir. Daha sonra Ənvər Qazel markalı avtomobilə əyləşib getmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ona metal əşyaları təhvil verən Təqsirləndirilən şəxs həmin əşyaların oğurluq olub-olmaması barədə bir söz deməmişdir. Adətən tullantı metal yığanlar gətirib məntəqəyə metal təhvil verir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə metal qəbuletmə məntəqəsinə metal gətirdiyi Qazel markalı avtomobilin dövlət qeydiyyat nişanını o, qeyd etməmişdir, ona görə də deyə bilməmişdir. Lakin Ənvər adlı şəxsin metal qəbul etmə məntəqəsinə təhvil verdiyi metalın qəbul edilməsi barədə çekin surətini istintaqa təqdim etmişdir. Bildirmişdir ki, o, metal qəbuletmə məntəqəsində ancaq qara metal qəbul edir. Ola bilər ki, Təqsirləndirilən şəxs təhvil verdiyi metalın içərisində alüminium olmuşdur. Lakin Ənvər ona metalın içərisində alüminium olması barədə məlumat verməmiş, metalı boşaldanda da o, həmin alüminiumu metalların içərisində görməmişdir. Təqsirləndirilən şəxs metal qəbuletmə məntəqəsinə təhvil verdiyi metallar metal əritmə zavodunda əridilərək istehsala buraxılmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, X5 16 avqust 2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 29 mart 2022-ci il tarixdə tutulmuş və 31 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 29 mart 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxs X3 izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində ona dəymiş maddi və ya mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-178/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-178/2022
23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver