Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-178/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:40-da X6 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, Şirvan şəhəri, H.Ərəblinski küçəsi, ev 24-də qeydiyyatda olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində fəhlə kimi işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət Mərkəzində avtodayanacaqda duran Zərərçəkmiş şəxs məxsus VAZ-2102 markalı 10- EA-742 dövlət qeydiyyat nişanlı furqon tipli avtomobilin nəzarətsiz və qapılarının açıq vəziyyətdə olmasını görüb sükan arxasına əyləşərək açardan istifadə etmədən açarı fırlatmaqla mühərriki işə salıb avtomobili hərəkətə gətirməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş, yəni qaçırmış, avtomobili Şirvan şəhəri, Təzəyurdlar yaşayış massivinə qədər idarə edərək orada tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» bazarda fəhlə işləməklə bazarda gecələmişdir. Son vaxtlar havalar soyuq olduğundan qızınmaq üçün spirtli içki içmişdir. «Meyvəli» bazarın avtodayanacağında qapıpəncərələri açıq, açarları kilid üzərində olan tünd qırmızı rəngli VAZ 2102 markalı 10- EA-742 dövlət qeydiyyat nişanlı furqon tipli avtomobili sahibsiz avtomobil görmüşdür. Bir neçə gün avtomobilin sahibsiz olduğunu görüb 5-6 gün həmin avtomobilin salonunda gecələmişdir. Kəskin soyuq olanda gecələr mühərriki işə salmışdır. Həmin müddət ərzində avtomobildə olduğuna görə ona bir söz deyən olmamışdır. Avtomobili sahibsiz görüb onu idarə edib yaşadığı Şirvan şəhərinə getmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində avtomobilin mühərriyinin açarı üzərində olsa da, onu fıbra ilə, yəni zamokun arxasında olan keçiricini bir başa fırladıb işə salmışdır. Avtomobili idarə edərək «Meyvəli» bazarından çıxıb üzbə-üzdə yerləşən «Lukoil» yanacaq doldurma mənqəsinə gəlmişdir. Avtomobilin qarşı işıqları yanmadığı üçün «Lukoil» yanacaq doldurma mənqəsində olan yağlama yerinə daxil olub orada olan oğlandan elektrik soruşmuşdur. Lakin oğlan demişdir ki, burada elektrik yoxdur. Mühərrik örtüyünü açıb naqilləri yoxlasalar da yandıra bilməmişlər. Bundan sonra avtomobilə əyləşib «Lukoil» yanacaq doldurma mənqəsində 10 manatlıq yanacaq vurmuşdur, daha sonra işıqları yandırıb söndürən keçiricidə olan naqilləri bir başa qoşub işıqları yandırıb yaşadığı Şirvan şəhərinə gəlib avtomobili evinin yaxınlığında olan “Təzə yurdlar” deyilən yerdə atıb evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu 10-cu PŞ-nə gətirmişlər. Orada ona verilən suallara cavab olaraq xx.xx.2023-cü il tarixdə «Meyvəli» bazarında VAZ 2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli avtomobili qaçırdığımı etiraf etmişdir. Ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kənd təsərüfatı ticarəti ilə məşğul olaraq mütəmadi Sabirabad rayonundan Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzinə meyvə-tərəvəz gətirib satıb çörək pulu qazanır. Özünə məxsus baş etibarnamə ilə idarə etdiyi VAZ 2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili adətən «Meyvəli» bazarda çıxış tərəfdə avto dayanacağda saxlamışdır. Arada-bir həmin avtomobili ilə rayona gedib meyvə-tərəvəz gətirmişdir. Hüzürü düşdüyündən təxminən iki ay ərzində avtomobilini «Meyvəli» bazarda qeyd etdiyi avtodayanacaqda saxlamışdır. Avtomobilin qapı-pəncərələrini bağlayıb açarlarını isə salonda sürücü tərəfdən ayaqaltı tərəfdə cibliyə qoymuşdur. Yəni açarı həmin yerə qoyduqdan sonra qapıları kilidləyib bağlamışdır. Yük hissənin açarı isə özündə olmuşdur. Yəni lazım olduqda yük hissəni açıb avtomobilin qapılarını aça bilmişdir. Avtomobil texniki cəhətdən saz olmaqla arxa buferindən başqa bütün ehtiyat hissələri üzərində olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində hüzürü düşdüyündən bazarlıq etmək üçün Sabirabad rayonundan «Meyvəli» bazara gəlmişdir. Həmin zaman özünə məxsus VAZ 2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilini sağ salamat yerində görmüşdür. Lakin avtomobili açmadan yenidən rayona qayıtmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında rayondan «Meyvəli» bazara satmaq üçün meyvə gətirmişdir. Bir müddətdən sonra günorta saatlarında avtomobilinin saxladığı dayanacaqda olmadığını görmüşdür. Əvvəlcə fikirləşmişdir ki, yəqin bazarda kimsə götürüb. Bazarı nəzərdən keçirsə də, avtomobilini tapa bilməmişdir. Bu səbəbdən də 102 xidmətinə zəng edərək avtomobilinin yerində olmamasını bildirmişdir. Bundan sonra 10-cu PŞ-nin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər, şikayət ərizəsi və izahat yazmışdır. xx.xx.2023-cü il tarixdə 10-cu PŞ- dən ona zəng edilib avtomobilinin tapılması və Şirvan şəhəri Polis Şöbəsində olması barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Şirvan şəhər Polis Şöbəsinin həyətində avtomobilini olduğu kimi ehtiyat hissələrinin üzərində olmaqla saz vəziyyətdə görmüşdür. Polis avtomobilini qaçıran şəxsin Şirvan şəhər sakini 1989-cu il təvəllüdlü, «Meyvəli» bazarda fəhlə işləyən Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsin foto şəkilini görmüşdür, lakin o, həmin şəxsi əvvəllər tanımamışdır. O, avtomobilini idarə etmək üçün həmin adama verməmişdir. Həmin şəxs avtomobili icazəsi olmadan qanunsuz olaraq qaçırmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs bağışlayır və ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin qarşı tərəfində yerləşən minik avtomobillərinin yağdəyişmə sexində işləyir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində tünd qırmızı rəngli VAZ 2102 markalı 10- EA-742 dövlət qeydiyyat nişanlı furqon tipli avtomobil ilə tanımadığı şəxs yağlama sexinə gəlib maşının işıqlarının yanmadığını bildirmiş, ondan elektrik soruşmuş və kömək istəmişdir. Lakin o, həmin şəxsə burada elektrik olmadığını bildirmişdir. Buna baxmayaraq kömək məqsədilə həmin avtomobilin mühərrik örtüyünü açıb naqilləri yoxlasa da, avtomobilin işıqlarını yandıra bilməmişdir və həmin şəxs bundan sonra avtomobilə əyləşib çıxıb getmişdir. Həmin şəxsin kim olmasını bilməmiş, idarə etdiyi avtomobili qaçırmasından tam məlumatsız olmuşdur. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Şirvan ŞPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 04 dekabr 2023- cü il tarixdə Qaradağ rayonu ərazisindən tünd rəngli VAZ 2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli avtomobilin naməlum şəxs tərəfindən qaçırılması və həmin avtomobilin saxlanılması barədə Şirvan ŞPŞ-nə məlumat daxil olmuşdur. Qaçırılan avtomobilin bütün məlumatlarını özündə qeyd etmişdir. 20 dekabr 2023cü il tarixdə o, əməliyyat qrupunun üzvü olmuşdur. 20-dən 21 dekabr 2023-cü il tarixdə gecə saat 03 radələrində o, əməliyyat qrupunun üzvü olduğu üçün şəhər ərazisində gəzintidə olarkən şəhər ərazisində “Təzə yurdlar” yaşayış massivində boş bir ərazidə tünd rəngli bir minik avtomobili diqqətini cəlb etmiş və o, həmin avtomobilə yaxınlaşan zaman görmüşdür ki, həmin avtomobil tünd rəngli VAZ 2102 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli avtomobildir. Tam əmin olmuşdur ki, həmin avtomobil Qaradağ rayonu ərazisindən qaşırılan avtomobildir. Dərhal Şirvan ŞPŞ-nin növbətçi hissəsilə əlaqə saxlamış və bu barədə Qaradağ RPİ-nin 10-cu PŞ-nə məlumat vermişdir. Sonra o, 10-cu PŞ-dən təhqiqatçı gəlincə həmin avtomobili mühafizə etmişdir. Həmin günü səhər saatlarında 10-cu PŞ-nin təhqiqatçısı və avtomobilin sahibi Zərərçəkmiş şəxs Təzəyurdlar yaşayış massivinə gəlmişdirlər. Təhqiqatçı tərəfindən avtomobilə baxış keçirilmişdir. Baxışda iştirak edən ərizəçi Zərərçəkmiş şəxs avtomobili nəzərdən keçirib hər bir ehtiyat hissələrin, əşyaların yerində olmaqla saz vəziyyətdə olmasını bildirmişdir. Bundan sonra avtomobilin sahibi Zərərçəkmiş şəxs razılığı ilə zəruət aradan qalxanadək avtomobil Şirvan ŞPŞ-nin həyətinə yerləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin avtomobil Zərərçəkmiş şəxs məxsus olmaqla Şirvan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. Azərbaycan RespublikasıCPM-nin 124.2-ci maddəsinə əsasən məhkəmə iş materiallarında olan sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən hadisənin baş verdiyi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin tərəvəz satışı üçün nəzərdə tutulmuş yerin çıxışı tərəfdə olan əraziyə baxış keçirilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Qaçırılmış nəqliyyat vasitəsinin aşkar edilməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən VAZ 2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli albalı rəngli avtomobilin aşkar olunduğu Şirvan şəhəri, Təzəyurdlar yaşayış massivində baxış keçirilmişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayioru Elnur Abdullayevin, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Əmirulla Əlizadəni iştirakları ilə 01 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:30 radələrində idarə etdiyi tünd qırmızı rəngli VAZ 2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli avtomobil ilə minik avtomobillərinin yağdəyişmə sexinin qarşısına yaxınlaşmış, avtomobildən düşüb sexdə olan şəxslə söhbət etmiş və sonra həmin şəxslə birlikdə avtomobilin mühərrik örtüyünü açıb naqilləri yoxlayaraq avtomobilin ön fara işıqlarının yandırılmasına çalışmışdır. Sonra isə Təqsirləndirilən şəxs həmin avtomobilə əyləşərək avtomobili idarə edib həmin sexin qarşısından uzaqlaşmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və iş materiallarında olan Şirvan şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı heç bir iddia və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə X1 Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını, vurulmuş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən X1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X2 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən X2 cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, cinayət təqibinə xitam verildiyindən, hazırki iş üzrə X1 barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan VAZ-2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilİ Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun və onun Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 306.1ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan VAZ-2102 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı furqon tipli avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(002)-178/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-178/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver