Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-179/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Masallı rayonu, Miyankü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşı uşağı olan), orta təhsilli, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinim 18 may 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24 iyul 2023-cü il tarixdə cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 25 dekabr 2023-cü il tarixdə saat 20:00-da tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, İzlivnoy küçəsində yerləşən hamamın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİnin 10- cu PŞ-nə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və vidioçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 yanvar 2024-cü il tarixdə saat 20:20-də Qaradağ RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, X6 massivində 10 nömrəli yaşayış binasının yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Qaradağ RPİ-nə gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı və vidioçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,237 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları hadisə zamanı onu Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi adlanan ərazidə saxlamışlar. Onu 25 dekabr 2023-cü il tarixdə polislər saxlayan zaman üzərindən narkotik vasitə çıxmadığı üçün həmin epizodla özünü təqsirli bilmir, ancaq 29 yanvar 2024-cü il tarixdə tutulan zaman üzərində narkotik vasitə aşkar olmuşdur. Suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, onu Abşeron rayonu, Müşfiqabad qəsəbəsində, Müşfiq postundan keçən zaman yol polisləri saxlamışlar. Həmin vaxt üzərindən çıxan heroin ona məxsus olmamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları həmin heroini onun cibinə qoymuşlar və çəkiliş zamanı çıxarmasını bildirmişlər. Şəxsi axtarış zamanı o bu halı öz müdafiəçisinə bildirməmişdir. Polis şöbəsində olan zaman polis əməkdaşları onu döymüşlər, ancaq kimin onu döyməsini dəqiq xatırlamır. Daha sonra o bu faktla bağlı prokurorluğa müraciət etmiş ancaq ona, ərizəsini geri götürməsini bildirdikləri üçün o, ərizəsi geri götürmüşdür. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını nəzərər alaraq ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotk vasitədən istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə Sabunçu rayon Məhkəməsi tərəfindən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd etmişdir ki, həbs olunmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qızıl-Qum Yaşayış massivi, nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Cəzasını başa vurub azadlığa buraxıldıqdan sonra qardaşı Azər Səfərovun yaşadığı ünvan 1 ünvanına gəlmiş, təxminən 2 aya yaxın müddətdir ki, qardaşı Azər Səfərovun yaşadığı evdə yaşayır. Özü hal-hazırda Müşfiqabad qəsəbəsində fərdi işlərlə məşğul olur və bu yolla qazanc əldə edir. Cəza çəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra 1-2 dəfə narkotik vasitə qəbul etmiş, son zamanlar narkotik vasitədən istifadə etmir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 25 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçən Şamaxı yolundakı postdan keçən zaman onu polis əməkdaşları saxlamışlar. Onlar özlərini Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyini izah edib onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməyimi bildirmişlər. O, həmin vaxt polis əməkdaşlarına bildirmişdir ki, o, daha narkotik vasitədən istifadə etmir və üzərində narkotik vasitə yoxdur. Buna baxmayaraq polis əməkdaşları onu döyərək maşına mindirmişlər və Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirmişlər. Polis Şöbəsində olan zaman onu polis əməkdaşları döymüşlər və 1 ədəd bükümdə narkotik vasitəni cibinə qoyub həmin narkotik vasitənin özünə məxsus olduğunu deməyini bildirmişlər. Bundan sonra 10-cu PŞ-nin təhqiqatçısı Sərxan Zeynalov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Orada ona müdafiəçi təqdim olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq vəzifələrim izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, da əynimdə olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilli maddə aşkar edilmiş, sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdəki maddə “kakos” kimi adlanan narkotik vasitə heroindir, həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, st.Sumqayıt adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış vasita heroindir, həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə günorta keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və iştirakçılar imzaları ilə zərfi və protokolun doğruluğunu onunla birlikdə təsdiq etmişlər. Bundan başqa 28 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün 1 ədəd ağ rəngli siqaretin kağına bükülmüş «patı» kimi adlanan psixotrop maddə metamfetamin almış, həmin psixotrop maddəni istifadə etmək üçün əynində olan göy rangli cins şalvarının sağ yan cibinə qoymuşdur. 29 yanvar 2024-cü il tarixdə saat 20:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, X6 binasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Qaradağ RPİ-nin NMBnin əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyini izah edib onlarla birlikdə Qaradağ RPİ-nə getməyini bildirmişlər. O, da polis əməkdaşlarının təklifi ilə razılaşıb Qaradağ Rayon Polis İdarəsinə getmişdir. Orada ona müdafiəçi təqdim olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm polis əməkdaşları tərəfindən açıldıqda içərisindən ağ rəngli, iysiz, toz şəkilli maddə aşkar edilmiş, sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdəki maddə “patı” kimi adlanan psixotrop maddə metamfetamindir, həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində almışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və iştirakçılar imzaları ilə zərfi və protokolun doğruluğunu onunla birlikdə təsdiq etmişlər. O, verilən suallara cavab olaraq polis əməkdaşlarının onu döydüyü üçün qorxduğundan narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, hazırda ifadəsində göstərdiklərinin tam doğru olduğunu, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən döyüldüyü üçün qorxusundan narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, əvvəllər narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən 10-15 manat müqabilində aldığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özünün qəbul etmək üçün aldığını, polis əməkdaşları onu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Məcburi Köçkünlərin yaşadığı binanın yaxınlığında saxladıqlarını, sonuncu dəfə narkotik vasitə aldığı şəxsi tanımadığını, ilk dəfə idi ki, həmin şəxsdən psixotrop maddə metamfetamin aldığını, bu səbəbdən həmin şəxsin anket məlumatlarını bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X15 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx xxxx 1984-cü ildə Masallı rayonu, Miyankü kəndində anadan olmuş, Azərbaycan Respublikası vatandaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Miyanku Ərazi Dairəsi, Miyanku kəndində qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan X3 Bakı şahari, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi arazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat malumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o özü və Qaradag RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil edilmişlər, yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 20:20-da tərəfimizdən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, X6 massivində 10 nömrəli binanın yaxınlığında görüb yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin TŞ-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Elman Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub- olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm pati kimi adlanan psixotrop maddə metamfetamindir, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. O öz ifadəsində daha sonra saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir hədə qorxu və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx xxxx 1984-cü ildə Masallı rayonu, Miyankü kəndində anadan olmuş, Azərbaycan Respublikası vatandaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Miyanku Ərazi Dairəsi, Miyanku kəndində qeydiyyatda olan və ünvan 9 ünvanında yaşayan X3 Bakı şahari, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi arazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunun rəhbərliyi X11 həvalə edilmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 20:20-da tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, X6 massivində 10 nömrəli binanın yaxınlığında görüb yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü taqdim etdikdən sonra tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin TŞ-də Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm pati kimi adlanan psixotrop maddə metamfetamindir, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. O öz ifadəsində daha sonra saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir hədə qorxu və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.1984-cü ildə Masallı rayonu, Miyankü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Miyanku Ərazi Dairəsi, Miyankü kəndində qeydiyyatda olan və ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şahari, Qaradağ rayonu, Müşfiqabad qasabasi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barada amaliyyat məlumatı daxil olmuşdur. Həmin məlumətın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o, özü və Qaradağ RPİ-nin 10-PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 daxil edilmiş, yaradılmış əməliyyat qrupuna rəhbərlik Fəridə havalə edilmişdir. 25 dekabr 2023-cü il arixdə saat 20:00-da tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, İzlivnoy küçəsində yerləşən hamamın yaxınlığında piyada hərəkət etdiyini ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradag RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlar. 10-cu Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis leytenantı Sərxan Zeynalov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 dəvət edilmişdir. Bundan sonra dəvət edilmiş müdafiəçinin va onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 1 ədəd büküm kakos kimi adlanan narkotik vasitə heroindir, həmin heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, st.Sumqayıt adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən har hansı qanunla qadağan olunmuş bir aşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. O öz ifadəsində daha sonra saxlanılarkən təqsirləndirilən şəxsə qarşı heç bir hədə qorxu və ya fiziki zor tətbiq edilmədiyini göstərmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PŞ-nin CAŞ üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsada o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 öz ifadəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №222" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr'-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi-0,171 qram, tədqiqata cəmi sərf edildi-0,03 qr, qalıq-0,141 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/589 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №46" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,237 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metmafetmain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş" Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı1) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-0,237 qram, tədqiqata cəmi sərf edildi-0,05 qr, qalıq- 0,187 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 28 dekabr 2023-cü il tarixli, 8476 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 25 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, təhqiqatçı Sərxan Zeynalov qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili Əliyev Əlisǝfa Qurban oğlu, sağ tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid4dur. Video çəkilişi edən isə Qaradağ RPİ-nin KTQ-nin inspektoru, polis kapitanı Əli Məmmədovdur. Video çəkilişin davamında təhqiqatçı Sərxan Zeynalov şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdə "kakos" adlanan narkotik vasitə heroin olmasını, həmin maddəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, st.Sumqayıt adlanan ərazidə tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 27 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, təhqiqatçı Elman Abdullayev qarşı sağ tərəfində masa arxasında əyləşmiş şəxs, 10 saylı vəkil bürosunun vəkili X8, sağ tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları təhqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2dur. Video çəkilişin davamında təhqiqatçı Elman Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 01 ədəd ağ rəngli siqaretin kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 1 ədəd bükümdə "patı" adlanan psixotrop maddə metamfetamin olmasını, həmin maddəni 28.012024-cü il tarixdə Bakı şəhəri, Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdəki qalıq çəkisi 0,141 qram olan qəhvəyi rəngli, maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdəki qalıq çəkisi 0,187 qram olan psixotrop maddə olan narkotik vasitə metamfetamin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü və xəsarətlər aldığını bildirdiyinə görə bu xususatların araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna rəsmi qaydada müraciət edilmişdir. Baş Prokurorluğunun xidməti araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X12 tərəfindən 02 iyul 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs müracətində göstərdiyi xüsusatlarla əlaqədar xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində Qaradağ RPİ-nin əməkdaşları tərəfindən sonuncuya qarşı qanunsuz hərəkət və davranışlara yol verilməsi müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respubliakası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən şahid ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 19 dekabr 2015-ci il təvəllüdlü X10 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və işdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinim 18 may 2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 24 iyul 2023-cü il tarixdə cəzasının müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 25 dekabr 2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuş, 27 dekbar 2023-cü il tarixdə saat 11:40-da təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra 27 dekabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tərdbiri seçilməsi üçün Qaradağ Rayon Prokurorluğuna verilmiş vəsatət prokurorluq tərəfindən rədd edilmiş, təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 29 yanvar 2024-cü il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2024-cü il tarixdə saat 11:40-da radələrində təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra 31 yanvar 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tərdbiri seçilməsi üçün Qaradağ Rayon Prokurorluğuna verilmiş vəsatət prokurorluq tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş, Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmış. Daha sonra 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin müddəti bitdiyi üçün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılmış və onun barəsində Qaradağ rayon Prokuroru tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı istintaqdan yayındığı üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dişdirilməklə axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs 13 sentyabr 2024-cü il tarixdə saat 12:20-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, bu hallar cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkiləri 0,141 qram olan heroin və 0,187 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 130 (yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə qaldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün, cəmi 03 (üç) ay 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 130 (yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi qalıq çəkiləri 0,141 qram olan heroin və 0,187 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 saata görə 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-179/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-179/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver