Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-18/2023 13.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs gizli yolla qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin ictimai əhəmiyyətli əmlakını oğurlamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12:00-da saxlanc yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən və daş hasardan aşmaqla mühafizə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisinə qanunsuz daxil olaraq orada zərərçəkmiş hüquqi şəxsə məxsus ictimai əhəmiyyətli əmlak hesab edilən və daş hasara quraşdırılmış ümumi dəyəri 324 manat təşkil edən hər bir metrinin qiyməti 6 manat olan cəmi 54 metr qara rəngli, rezinə oxşar izolyasiya təbəqəsindən, səthi müxtəlif rəngli, rezinə oxşar izolyasiya təbəqələri ilə örtülmüş 5 ədəd damardan və qırmızımtıl-sarı rəngli çoxsaylı simlərdən ibarət, ümumi diametri təxminən 17,2 mm, damarların hər birinin diametri təxminən 4,5 mm, qırmızımtılsarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan, miss əsaslı ərintidən hazırlanmış kabeli kəsərək gizli talamaqla ələ keçirmək istəmiş, lakin hadisə yerinə gəlmiş "xxxx" ASC-nin mühafizə əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, Qaradağ rayonu ərazisində zavodların ərazisindən metal qırıntıları toplamaqla məşğul olur. Ərazidə metal qırıntıları azaldığı üçün oğurluq etmək niyyətinə düşmüşdür. Sahil qəsəbəsində yerləşən zavodların ətrafında gəzən zaman "xxxx" ASC-yə məxsus sement zavodunun hasarının aşağı olması, həmçinin hasarın kənarı ilə təxminən 50 metrə yaxın çəkilmiş naqil diqqətini cəlb etmişdir. 25-26 may tarixlərində həmin zavoda daxil olaraq həmin zavoda daxil olaraq oradan hasarın kənarı ilə çəkilmiş naqili oğurlamaq qərarına gəlmişdir Həmin ərazinin mühafizəçilər tərəfindən mühafizə olunduğunu görüb daxil olmağa ehtiyat etmişdir. xx.xx.2022-ci il tarixdə günorta saat 12:00 radələrində yenidən Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "xxxx" ASC-yə məxsus sement zavodunun yaxınlığına gəlmiş, ətrafa göz gəzdirdikdən sonra həyətdə mühafizəçilərin olmadığından tam əmin olduqda hasardan həyətə tullanmışdır. Divardakı naqili bir neçə dəfə özünə tərəf dartıb divardan qoparmışdır. Naqillərdə gərginliyin olmamasını hadisə günündən bir neçə gün əvvəl müşahidə etmiş, həmçinin hava qaraldıqdan sonra elektrik enerjisini ötürən zaman həmin növ naqillərdə gərginliyin yaranması barədə məlumatlı olmuşdur. Əlindəki kəsici alətlə (kəlbətin) naqili yerindən qoparmış, naqili aparmaq istəyərkən hadisə yerinə avtomobil yaxınlaşmış və onu mühafizəçilər saxlayaraq polis bölməsinə təhvil vermişlər. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, onun hadisə yerindən heç nə aparmadığını, maddi vəziyyətinin aşağı olması səbəbindən zərəri ödəyə bilməməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin baş hüquqşünası vəzifəsində işləyir və ittiham aktında göstərilənləri təsdiq edir. xx.xx.2022-ci il tarixdə işdə olan zaman zavodun təhlükəsizliyinə nəzarət edən əməkdaşların bir nəfər şəxsi oğurluq edərək saxlamış, bu barədə əvvəlcə zavodun rəhbərliyini məlumatlandırmış, daha sonra həmin şəxsi Qaradağ RPİ-nin 38-ci polis bölməsinə təhvil vermişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. O, hasarın kənarı ilə çəkilmiş 54 metr uzunluğunda olan elektrik naqili kəsib oğurlayarkən saxlanılmışdır. X4 ona verilən suala cavab olaraq bildirmişdir ki, həmin şəxsin oğurlamaq istədiyi elektrik naqilin uzunluğu 54 metr, ümumi dəyəri 324 manat olmuşdur. Bundan əlavə, zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin növbəti iclaslarında iştirak edə bilməyəcəklərini, onlara dəymiş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiklərini bilirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, 2020-ci ildən "xxxx" ASC-yə məxsus sement zavodunda mühafizə rəisi vəzifəsində çalışır. Fəaliyyətə başladığı müddətdən hazırki vaxtadək zavod ərazisindən bir neçə dəfə elektrik naqillərinin xırda oğurlanması halları baş vermişdir. Həmin oğurluq hadisəsi baş verdikdən sonra rəhbərlik mühafizəçilərə diqqətlərini artırmaq göstərişi vermişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində o, bir nəfər şəxsin zavodun ərazisinə qanunsuz daxil olduğunu görmüş, mühafizəçi Seymur ilə birlikdə həmin şəxsə yaxınlaşdıqda həmin şəxsin hasarın kənarı ilə ərazinin işıqlandırılması üçün nəzərdə tutulan işıqlandırıcı cihazın naqillərini kəsərək yerə qoyduğunu müşahidə etmişlər. Həmin şəxs onları görən zaman hasardən aşaraq qaçmağa başlamışdır. Onlar həmin şəxsin arxasıyca gedərək onu dəmir yolunun tunelində saxlamışlar və bu barədə rəhbərliyə məruzə etmişlər. Zavodun rəhbərliyi göstəriş vermişdir ki, həmin şəxsi polis orqanlarına təhvil versinlər. O, Seymurla birlikdə həmin şəxsi aidiyyəti üzrə Qaradağ RPİ-nin 38-ci PB-yə təhvil vermiş, həmçinin həmin şəxsin zavodun ərazisindən elektrik naqilini oğurlamağa cəhd etməsi barədə ərizə ilə polis bölməsinə müraciət etmişdir. Polis bölməsində işlədikləri ərazidən oğurluğa cəhd edən şəxsin Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Şahid1 ifadəsində həmçinin qeyd etmişdir ki, həmin oğurluq hadisəsi zamanı zavodun ərazisindən uzunluğu 54 metr olan elektrik naqili kəsilib yerə qoyulmuşdur və həmin naqilin hazırki bazar qiymətindən xəbərsizdir. Şahid2 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, "xxxx" ASC-nin sement zavodunda mühafizəçi vəzifəsində çalışır. Fəaliyyətə başladığı müddətdən hazırki vaxtadək bir neçə dəfə zavod ərazisindən elektrik naqillərinin oğurlanması halı baş vermişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində bir nəfər şəxsin zavodun ərazisinə qanunsuz daxil olduğunu görüb, bölmə komandiri Şahid1la birlikdə həmin şəxsə yaxınlaşdıqda həmin şəxsin hasarın kənarı ilə ərazinin işıqlandırılması üçün nəzərdə tutulan cihazın naqillərini kəsərək yerə qoyduğunu müşahidə etmişlər. Həmin şəxs onları görən zaman hasardan aşaraq qaçmağa başlamışdır. Onlar həmin şəxsin arxasıyca gedərək onu dəmir yolunun tunelində saxlamış və müdiriyyətə bu barədə məlumat vermişlər. Zavodun rəhbərliyi həmin şəxsin polisə təhvil verilməsi barədə göstəriş vermişdir. O, Nəsimi ilə birlikdə həmin şəxsi aidiyyəti üzrə Qaradağ RPİ-nin 38-ci PB-yə gətirərək təhvil vermişlər. Nəsimi həmin şəxs tərəfindən oğurluğa cəhd edilməsi barədə ərizə ilə müraciət etmiş və polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması da onlara məlum olmuşdur. Şahid2 ona verilən suala cavab olaraq göstərmişdir ki, həmin oğurluq hadisəsi zamanı zavodun ərazisindən uzunluğu 54 metr olan elektrik naqili kəsilib yerə qoyulmuşdur və həmin naqilin hazırki bazar qiymətindən xəbərsizdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 14-cü vərəqəsində olan iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə 38-ci polis bölməsindən buraxılmış, 29 may 2022-ci ildə bölməyə gələcəyinə söz vermişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 29 may 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 46-47-ci vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 31 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin 34-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan zərərçəkmiş hüquqi şəxs qismində tanınma haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" ASC zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2022-ci il tarixli 6/3793-9/4905 №-li materialların məhkəmə ekspertizasının rəyində göstərilir ki, tədqiqatına təqdim edilmiş qara rəngli, rezinə oxşar izolyasiya təbəqəsindən, səthi müxtəlif rəngli, rezinəoxşar izolyasiya təbəqələri ilə örtülmüş 5 ədəd damardan və qırmızımtıl-sarı rəngli çoxsaylı simlərdən ibarət, ümumi diametri təxminən 17,2 mm, damarların hər birinin diametri təxminən 4,5 mm qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan bir ədəd kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş nümunə əsasında qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, səthi müxtəlif rəngli, rezinəoxşar izolyasiya təbəqələri ilə örtülmüş 5 ədəd damardan və qırmızımtıl-sarı rəngli çoxsaylı simlərdən ibarət, ümumi diametri təxminən 17,2 mm, damarların hər birinin diametri təxminən 4,5 mm qırmızımtılsarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan bir ədəd kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmış kabelin 2022-ci il may və iyul aylarında bir metrinin orta bazar qiyməti təxminən 6 manat müəyyən edilir. Cinayət işinin 68-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan qəbzdən görünür ki, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə qara rəngli, rezinə oxşar izolyasiya təbəqəsindən, səthi müxtəlif rəngli, rezinə oxşar izolyasiya təbəqələri ilə örtülmüş 5 ədəd damardan və qırmızımtıl-sarı rəngli çoxsaylı simlərdən ibarət, ümumi diametri təxminən 17,2 mm, damarların hər birinin diametri təxminən 4,5 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan mis əsaslı ərintidən hazırlanmış kabel nümunəsini təhvil almışdır. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 87-93-cü vərəqələrində olan sübutların qiymətlndirilməsi haqqında 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-nin mühafizə xidmətinin əməkdaşları tərəfindən istintaq orqanına təqdim edilmiş qara rəngli, rezinə oxşar izolyasiya təbəqəsindən, səthi müxtəlif rəngli, rezinə oxşar izolyasiya təbəqələri ilə örtülmüş 5 ədəd damardan və qırmızımtıl-sarı rəngli çoxsaylı simlərdən ibarət, ümumi diametri təxminən 17,2 mm, damarların hər birinin diametri təxminən 4,5 mm, qırmızımtılsarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan mis əsaslı ərintidən hazırlanmış 1 ədəd kabel nümunəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" ASC-yə təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 ərizəsindən görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, "xxxx" ASC-yə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun tamah niyyəti ilə yaşayış sahəsinə daxil olmaqla ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamağa cəhd etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək və 29 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək tutulduğu 03 (üç) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə" iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd mis əsaslı elektrik kabel kəsiyinin saxlanılması üçün "xxxx" ASC-yə təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 45 (qırx beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək, 29 may 2022ci il tarixdən 31 may 2022-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- bir ədəd mis əsaslı elektrik kabel kəsiyinin saxlanılması üçün "xxxx" ASC-yə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 100.00 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 270 (iki yüz yetmiş) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-18/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-18/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver