Məhkəmə qərarları › İş №1(002)-18/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-18/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-18/2024 05.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 14.03,1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CMnin 79.1-ci maddəsinə əsasən cəzası azayaşlı uşağı 08 yaşına çatanadək təxirə salınmış, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarına əsasən uşağı 14 yaşına çatanadək cəza çəkməsi təxirə salınmış, Qobustan rayonu Cəyirli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq psixatrop maddə hesab edilən metamfetameni əldə edib üzərində saxlayaraq daşımış, 15 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı Yataqxananın qarşısında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə, saat 13:50 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,194 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamen aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəçisi olmuşdur. xx.xx.2023-cü il tarixdə günorta radələrində dükana getmək üçün evdən çıxmış, yaşadığı yataqxananın qarşısında iki nəfər polis əməkdaşı onu saxlayaraq polis bölməsinə aparmışlar. Polis bölməsində o, üzərində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı və yaşlı anası var. Ailənin təminatı onun üzərindədir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Səbinə adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin polis sahə inspektoru, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, həmin məlumat əsasında tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 1 saylı Yataqxananın qarşısında əvvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Səbinə adlı şəxsə oxşar bir nəfərə yaxınlaşmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibində saxladığı 01 ədəd ağ kağız kəsiyinə yığılmış bükümü, çıxarıb təqdim etmişdir. Büküm açıldıqda içərisindən narotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. İş materillarında olan 15 iyul 2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd compakt diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X5, Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, həmin bölmənin sahə inspektoru Şahid2 və iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın kiçik cibində saxladığı 01 ədəd ağ kağız kəsiyinə yığılmış bükümü, çıxarıb çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində şüşə (metamfetamin) olduğunu bildirir. Üzərindən aşkar olunmuş həmin büküm açılarkən içəsirində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilir.Səbinə Babyeva həmin maddəni bir gün əvvəl Hökməli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10manat aldığını bildirir.Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2023-cü il tarixli, 3-16- 16/2-6/3853 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soy adlar və imzalar olan bir ədəd zərfdə bir ədəd ağ kağız bükümdə təmiz çəkisi- 0,194 qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamendir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsin xx.xx.2023-cü il tarixli 4601 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,144 qaram psixotrop maddə metamfetamen ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 79.1-ci maddəsinə əsasən cəzası azyaşlı uşağı 08 yaşına çatanadək təxirə salınmış, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarına əsasən uşağı 14 yaşına çatanadək cəza çəkməsi təxirə salınmış və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 124 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.2005-ci il tarixli X11, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Qobustan rayon İcra Hakimiyyəti Başçısının Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Babayeva X1 yaşadığı müddətdə özünün həmişə nümünəvi aparmış və barəsində heç bir ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən X4 əməlini etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. X4 əməlində cəzasını ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə X7 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, cəzasını yüngülləşdirən halların mövcudluğunu nəzərə alıb, onun cəmiyətdən təcrid olunmaqla islah olunmalasını mümkün sayaraq, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, X4 himayəsində 28 may 2005-ci ildə doğulmuş X11, 28 dekabr 2007-ci ildə doğulmuş X12, 02 mart 2009-cu ildə doğulmuş X13 və 26 fevral 2011-ci ildə doğulmuş X14 adlı uşaqları vardır. Ona görə də məhkəmə X7 azadlıqdan məhrumetmə cəzası təyin edərəkən onun himayəsində 14 yaşına çatmayan uşağı 26 fevral 2011-ci ildə doğulmuş X8 olmasını nəzərə alaraq həmin cəzanın uşağın on dörd yaşına çatanadək təxirə salınmasını daha ədalətli və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq son dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə X7 cəza təyin edərkən himayəsində olan 26 fevral 2011-ci ildə doğulmuş X8 mənafeyini nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasının azyaşlı uşaq on dörd yaşına çatanadək təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X4 şübhəli şəxs kimi saxanıldığı 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, X10 barəsində Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanuna uyğunlaşdırılmış cəza çəkmənin təxirə salınması ləğv edilməli və ona Cm-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. X4 əməlində cinayətin residivi mövcud olsa da məhkəmə onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməməsini nəzərə alaraq hesab edir ki, X10 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.144 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 65 manat (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı X7 göstərilmiş hüquqi yardımla bağlı 45 saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 79.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli hökmü ilə X10 barəsində təyin edilmiş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2017ci il tarixli qanuna uyğunlaşdırılmış cəza çəkmənin təxirə salınması ləğv edilsin və çəkilməmiş həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə 03 (üç) il 01 (bir) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X4 tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X7 təyin edilmiş 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən himayəsində olan oğlu 26 fevral 2011-ci ildə doğulmuş X14 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Barəsidə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 manat (altmış beş) manat məhkəmə xərci X3 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.144 qram psixotrop maddə metamfetamin məhv məhv edilsin. İbtidai istintaq zamanı X7 göstərilmiş hüquqi yardımla bağlı 45 saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar