Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-18/2025 20.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərrbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ipoteka ilə ev almaqda kömək edəcəyinə yalandan vəd edərək etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 10 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən “Rahat” marketdə quraşdırılmış “Pashapay” ödəmə aparatı vasitəsilə istifadəsində olmuş 416973******0590 nömrəli Kapital banka məxsus bank kartına 7000 manat göndərilməsinə, 16 iyul 2023-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən YPX postu yaxınlığında 8000 manat əlbəəl almaqla, 20 iyul 2023-cü il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən “Rahat” marketdə quraşdırılmış “Mpay” ödəmə aparatı vasitəsilə istifadəsində olmuş 416973******0590 nömrəli Kapital banka məxsus bank kartına 3000 manat göndərilməsinə nail olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 18000 manat məbləğində pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs hərbiçi yoldaşı Şahid vasitəsilə tanımışdır. Coşqun ipoteka ilə ev almaq istəmiş, o da Coşquna ipoteka götürməkdə köməklik edəcəkmiş. O Coşquna demiş ki, “ilkin ödəniş üçün 10000 (on min) manat lazımdır”. İlk dəfə Coşqun ona 2023-cü ilin iyul ayında istifadəsində olan bank kartına 7000 (yeddi min) manat göndərmişdir. O Coşquna bir neçə ev göstərmiş, lakin Coşqun hər dəfəsində göstərdiyi evləri bəyənməmişdir. O Coşqundan ümumilikdə 23000 (iyirmi üç min) manat istəmişdir. Coşqun ona 7000 manat göndərmiş, qalan məbləği istəmiş, lakin 2023-cü ilin iyul ayının sonunda Coşqun yenə onun istifadəsində olan bank kartına 3000 (üç min) manat göndərmişdir. O həmin pulları işi düzəldəcək olan Sərdar adlı tanışına vermişdir.O yenə Coşquna bir neçə ev göstərmiş, Coşqun ondan hazır evlər istəmişdir. O da Coşquna hazır evlərin qiymətinin çox baha olduğunu bildirmişdir. O Coşquna demişdir ki, “işinin düzəlməsindən ötrü yenə pul lazımdır, qalan pulu verməlisən”. Lakin Coşqun pulu verə bilməmiş, iş alınmamışdır. Sərdar da ona demiş ki, “pulu gətirərsən işi düzəldərəm”.O son olaraq çıxışında bildrimişdir ki, törətdiyi əməldən peşmandır.Dəymiş ziyanın 3000 manatını ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, oğlu Coşqun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işləyir. Vətən müharibəsi zamanı əks-hücum əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə iştirak etdiyinə görə bir neçə medal ilə təltif edilmişdir. X5 Vahid adlı şəxsi iş yoldaşı olmuş Şahid vasitəsilə tanımışdır. 2023-cü ilin ortalarında oğlu Coşqun ipoteka ilə ev almaq istəmişdir. Həmin vaxtlarda o müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğu üçün ona ipoteka düşmürmüş. Elmar ilə söhbət zamanı ipoteka ilə ev almaq, ailə həyatı qurmaq istədiyini, bu işdə köməklik edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. Elmar da ona Vahid adlı tanışının olduğunu, ona köməklik etdiyini demişdir. Coşqun ilk dəfə 2023-cü ilin iyun-iyul aylarında Vahidlə əlaqə saxlayıb danışdıqdan sonra Müşfiqabad qəsəbəsində yerləşən həyət evlərinin birində görüşmüşlər. Vahid söhbət zamanı ona demişdir ki, “mən banklarla işləyirəm, bankın balansında olan, müəyyən hissəsi ödənilmiş, daha sonra ödəniş olmadığı üçün bank tərəfindən alınmış evləri hərrac vasitəsilə alıb satıram, sənin üçün də ipoteka ilə bəyəndiyin evi alacam”. O da Vahid ilə razılaşmışdır. Bundan sonra o Vahidlə telefon vasitəsilə danışmış, Vahid ondan bir çox sənədlər istəmiş, o da Vahidin ondan istədiyi sənədlərin hamısını toplayıb vermişdir. Vahid ondan evə ilkin ödəniş üçün pul istəmiş, o da ilkn olaraq Vahidin göndərdiyi bank kartına 7000 manat göndərmişdir. Bir müddət sonra Vahid yenidən oğlu Coşqundan pul istəmiş, o da təxminən 2023-cü ilin iyul ayında Vahidə 8000 (səkkiz min) manat pul vermişdir. Bundan sonra yenə Vahid ilə danışırmış, Vahid ona müxtəlif evlərin video və şəkillərini göndərirmiş. 2023-cü ilin iyul ayının sonlarında oğlu Coşqun Vahidin ona göndərdiyi bank kartına əlavə olarq 3000 (üç min) manat göndərmişdir. Pulu tam verdikdən sonra Vahid müxtəlif bəhanələr gətirmiş, çox zaman onun zənglərinə cavab verməmişdir. Bir dəfə danışmaqdan ötrü o Paşayev Elmara deyirmiş, Elmar da Vahidə zəng edəndən sonra Vahid ona zəng edib işi həll edəcəyini yalandan vəd verirmiş. Coşqun başına gələnləri ona deyəndə o başa düşmüşdür ki, Vahid onu aldatmışdır. Buna görə də bir dəfə Vahidə zəng edib telefonla danışmış, o da danışıqları telefonla yazıya almışdır. Coşqun aldadıldığına tam əmin olduqdan sonra şikayət etməli olmuşdur. O son solaraq çıxışında oğlu Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilmədiyini bildirmiş və məhkəmədən Təqsirləndirilən şəxs ağır cəza verilməsini edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, hərbiçidir.Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır. O “Bank of Baku” adlı bankdan kredit götürmək istəmiş, həmin ərəfələrdə müddətdən artıq hərbi qulluqçu olduğu üçün ona kredit düşməmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxsla tanışlığı olmuş, Vahid ona kredit almağa köməklik etmişdir. Zərərçəkmiş şəxs onunla eyni hərbi hissədə xidmət edir. 2023-cü ilin yay aylarında Coşqun ona ipoteka götürmək istədiyini demişdir. O sonradan bilmişdir ki, Coşqun Vahidə 18000 (on səkkiz min) manat pul vermiş, Vahid də işi düzəltməmişdir. İş materiallarından görünür ki, ********* №-li cinayət işi 18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs əmlakı ələ keçirmək niyyəti ilə etibarıbndan sui-istifadə edərək Zərərçəkmiş şəxs ümumilikdə 18000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi faktına görə başlanılmışdır. İş materiallarından görünür ki, 13 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.2-ci maddəsi ilə dayandırılmışdır. İş materiallarından görünür ki, 30 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb edildiyindən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 01 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və həmin tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından ötrü Qaradağ Rayon Prokurorluğuna verilmiş vəsatət rədd edilmişdir. İş materiallarından görünür ki, 30 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərrbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materillarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 09 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasının 02 il 05 ay 21 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Qaradağ Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər iki dəfə eyni əmələ görə məhkum olunmasını, zərəçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, məhkəmə iclaslarından yayınmasını və axtarış nəticəsində tutularaq məhkəməyə gətirilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü qanuni qüvvəsini almamışdan əvvəl törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 01 (bir) ay müddət ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli, onun axtarış nəticəsində tutulduğu vaxtdan, yəni 18 mart 2025-ci il tarixdən hesablanmaldır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 (beş) saata görə 55 (əlli beş) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilsin və 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün hissəsi 01 (bir) il 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrumetmə cəzasına hesablansın və Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən hazırki cəza ilə qismən toplanılmaqla ona 04 (dörd) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 01 (bir) ay nəzərə alınmaqla üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 18 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı xx.xx.2025-ci il tarixədək 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat, xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək 5 (beş) saata görə 55 (əlli beş) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-18/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-18/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver