Məhkəmə qərarları › İş №1(002)-180/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-180/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-180/2021 14.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 iyun 2020-ci il tarixdə, saat 19:30 radələrində ünvan 3 ünvanın qarşısında, mərkəzi küçədə dayanan ictimai nəqliyyat olan 126 nömrəli marşrut avtobusunda sürücü X5 ilə sərnişin Zərərçəkmiş şəxs sözlə mübahisə etdiyini görüb sonuncunun avtobusda olan sərnişin qohumu Şahid3 ilə mübahisə etdiyini zənn edərək dayanmış vəziyyətdə olan avtobusa daxil olmaqla, əsassız olaraq məsələyə müdaxilə edərək Zərərçəkmiş şəxs ona qarşı təhqiredici ifadələr işlətməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə, yəni eqoizmini nümayiş etdirib özünü başqalarının fövqündə qoymaq istəyilə şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqla müşayiət olunan qərəzli hərəkətlər edib qəsdən sifətindən sol yumruğu ilə vurmaqla Zərərçəkmiş şəxs burun tənəffüsünün çətinləşməsi, burun qanaxması və burunun deformasiyası (əyilməsi) ilə fəsadlaşmış burun sümüklərinin yerinidəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır. İfadə vermək iqtidarındadır. Ailəsi ilə birlikdə yaşayır. 20.06.2020-ci il tarixdə, saat 19:30 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxarkən bir qədər irəlidə, sağ tərəfdə yolun kənarında dövlət qeydiyyat nişanına fikir vermədiyi 126 nömrəli ictimai marşurut avtobusundan gələn səs-küy səbəbindən avtobusa yaxınlaşaraq minmişdir. Avtobusun içərisində uzaq qohumu olan, qəsəbə sakini İlqar və tanımadığı daha iki nəfər sərnişinin qəsəbə sakini Zərərçəkmiş şəxsla aralarında səbəbi ona məlum olmayan məsələyə görə yüksək səs tonu ilə sözlə mübahisə etdiklərini görmüşdür. İlqarın sərxoş olmasını başa düşmüşdür. Həmin mübahisə onu narahat etdiyi üçün onların arasına girmiş və onları sakitləşdirmək məqsədi ilə əlləri ilə aralaşdırmağa çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan əsəbləşdiyi üçün sol yumruğu ilə Zərərçəkmiş şəxs burun nahiyyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Bundan sonra avtobusda olan uzaq qohumu İlqar və tanımadığı iki nəfər sərnişin onu Zərərçəkmiş şəxs ayırıb avtobusdan düşürmüş və oradan çıxıb getmişdir. Daha sonra nə baş verdiyindən xəbəri olmamışdır. Xatırlamadığı şəxslərdən Zərərçəkmiş şəxs avtobusda siqaret çəkməsi səbəbindən avtobusun sürücüsü ilə aralarında mübahisə yarandığını, avtobusda olan sərnişinlərin onu sakitləşdirmək istəyərkən onlarla da mübahisə etdiyini öyrənmişdir. Bundan sonra Zərərçəkmiş şəxs heç bir yerə şikayət etməmiş, burnunun əməliyyatına görə ondan 2000 manat pul istəmişdir. Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən onu vuraraq xəsarət yetirmişdir. Lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə ilkin olaraq 500 manat verə biləcəyini, daha sonra isə imkan daxilində yenədə ödənişlər edə biləcəyini bildirsə də Zərərçəkmiş şəxs onunla razılaşmamışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Hadisədən sonra könüllü olaraq 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün cəbhəyə yollanmış, döyüş tapşırığını yerinə yetirərkən “Suqovuşanın azad olunması” uğrunda gedən döyüşlərdə 14 oktyabr 2020-ci il tarixdə xəsarət almış və 02 dekabr 2020-ci il tarixdə ordudan tərxis olunmuşdur. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Təqsirləndirilən şəxs ilə bir qəsəbədə yaşayır. Əvvəllər onunla heç bir münaqişəsi olmamış, münasibəti normal olmuşdur. 20.06.2020-ci il tarixdə, saat 19:30 radələrində şəxsi işi ilə əlaqədar Lökbatan qəsəbəsinə getmək üçün yaşadığı Şanqar qəsəbəsində mərkəzdə 126 nömrəli ictimai marşrut avtobusuna əyləşmişdir. Həmin zaman qəsəbə sakini, Tacəddinin qohumu kimi tanıdığı 40-45 yaş arası olan İlqar adlı kişi də avtobusda əyləşmişdir. Avtobusda sürücüdən başqa İlqar adlı digər sərnişin də daxil olmaqla üç nəfər olmuşdur. 25-30 yaşları arası olan tanımadığı avtobusun sürücüsü avtobusu idarə edərək yola düşmüşdür. Təxminən 25-30 metr dayanacaqdan kənarlaşdıqdan sonra avtobusun sürücüsü ona məlum olmayan səbəbdən qəfil əyləcdən istifadə etdiyinə görə yerə yıxılmışdır. Həmin vaxt xəsarət almasa da yüngül əzilmişdir. Sürücünün kəskin əyləcdən istifadə etməsinə əsəbiləşərək ona irad tutmuşdur. Sürücü avtobusu saxlamış və avtobusda onunla arasında sözlə mübahisə yaranmışdır. Avtobusda Tacəddinin qohumu kimi tanıdığı İlqar adlı şəxs sürücü ilə aralarına girərək onları sakitləşdirməyə çalışmışdır. Avtobusun içərisində sürücü tərəfdə olduğu zaman qəfildən Tacəddin avtobusa minərək onlara yaxınlaşmış, heç bir söz soruşmadan yumruğu ilə burun nahiyəsindən bir dəfə zərbə ilə vurmuş və oradan çıxıb getmişdir. Həmin vaxt burnundan qan açılmışdır. Xəsarət aldığı üçün heç bir tibb müəssisəsinə müraciət etmədən evinə getmişdir. Əvvəlcə Tacəddinə zəng edərək vurduğu ziyanı ödəməsini və barışmağı istəmişdir. Bu səbəbdən də əvvəlcə şikayət etməmişdir. Lakin Tacəddin buna razı olmamış və vurduğu ziyanı ödəmədiyi üçün 38-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Tacəddinlə aralarında olan mübahisə ani baş vermiş, həmin vaxt orada sürücü, İlqar adlı digər sərnişin də daxil olmaqla üç nəfər olmuşlar. Sözlə mübahisə etdiyi avtobus sürücüsü ona hər hansı bir xəsarət yetirməmiş, ona qarşı nalayiq ifadələr işlətməmişdir. Hal-hazırda ona vurulmuş xəsarətlə əlaqədar 2000 manatdan artıq xərcə düşmüşdür. Təqsirləndirilən şəxs isə ona cəmi 500 manat təklif etdiyi üçün onunla razılaşmamışdır. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Zərərçəkmiş şəxs ilə isə bir qəsəbə sakini kimi tanıyır. İlqarla aralarında heç bir münaqişələri olmamışdır. 20.06.2020-ci il tarixdə axşam vaxtı yaşadıqları evdə hər iki oğlu Tacəddin və Elməddin ona yaxınlaşmışlar. Yaxınlaşanda Tacəddin təxminən bir saat əvvəl Şanqar qəsəbəsində mərkəzdə 126 nömrəli ictimai marşurut avtobusunda Zərərçəkmiş şəxsı vurduğunu bildirmişdir. O, Tacəddindən hadisənin necə baş verdiyini soruşduqda bildirmişdir ki, Şanqar qəsəbəsinin mərkəzindən keçib gedərkən orada dayanmış 126 nömrəli avtobusun içərisindən səs-küy gəldiyini eşidib və avtobusa yaxınlaşmışdır. Avtobusa yaxınlaşan zaman pəncərəsindən görmüşdür ki, avtobusun içərisində Zərərçəkmiş şəxs onların qohumu Şahid3lə mübahisə edir və onun ünvanına nalayiq ifadələr işlədir. Bundan sonra Tacəddin avtobusun qapısının açıq olduğunu görüb və içərisinə daxil olub ki, Zərərçəkmiş şəxsı sakitləşdirsin. Avtobusun içərisində Zərərçəkmiş şəxs qarşısında dayanıb Şahid3 ağsaqqal adam olduğunu və onun ünvanına nalayiq ifadələr işlətməməsini bildirmişdir. Ancaq Zərərçəkmiş şəxs bundan sonra sakitləşmək əvəzinə əksinə Tacəddinin də ünvanına söyüş söymüşdür. Tacəddin isə bundan əsəbləşərək Zərərçəkmiş şəxs üzünə əli ilə bir dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs aldığı zərbədən yerə yıxılmış, Tacəddin isə Şahid3 xahişi ilə avtobusun içərisindən düşüb və oradan uzaqlaşaraq evə gəlmişdir. Tacəddin bunları ona danışmış, ancaq həmin vaxt onların üçündən başqa otaqda heç kim olmamış və ailəsinin digər üzvlərinin bundan məlumatı olmamışdır. Həmdə o özü Tacəddinlə, Elməddinə bildirmişdir ki, bu haqda evdə başqa kiməsə deyib həyəcanlandırmasınlar. Bir neçə gün sonra polis əməkdaşları yaşadıqları evə gəlib və Tacəddinin barəsində şikayət olduğunu bildirib onu Qaradağ rayon Polis İdarəsinə aparmışlar. Həmin vaxt onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs polisə müraciət edərək Tacəddindən şikayət edib. Sonradan 27 sentyabr 2020-ci il tarixdən erməni qəsbkarlarının cəbhə bölgəsində törətdiyi təxribata cavab olaraq Ali baş komandan cənab İlham Əliyevin əmri ilə orduların həyata keçirdiyi hərbi əməliyyatlarda könüllü olaraq iştirak etmək üçün Tacəddin 28 sentyabr 2020-ci il tarixdə Qaradağ rayon səfərbərlik idarəsinə müraciət etmiş və 01 oktyabr 2020-ci il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir. Həmin gündən etibarən onun və digər ailə üzvlərinin oğlu Taccədindən hər hansı məlumatı olmamışdır. Belə ki, Tacəddinin orduda olduğunu bilirmişlər, ancaq cəbhənin konkret olaraq hansı ərazisində və hansı hərbi hissədə olması ilə bağlı məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20.06.2020-ci il tarixdə sürücü işlədiyi 126 saylı marşrut üzrə hərəkətdə olmaqla “İsuzu” markalı sərnişin avtobusunu idarə etmişdir. Saat 19:30 radələrində sonuncu reysi bitirmək üçün Şanqar qəsəbəsinin mərkəzində yerləşən sonuncu dayanacağa gəlib avtobusda olan sərnişinləri düşürmüşdür. Bundan sonra Şanqar qəsəbə sakini kimi tanıdığı, sonradan adı ona məlum olan İlqar adlı yaşlı şəxs avtobusa minmişdir. Özü Qızıldaş qəsəbəsində yaşadığı üçün sonuncu reys zamanı Şanqar qəsəbəsindən Qızıldaş qəsəbəsinə gedən sərnişinləri aparıb orada düşürdükdən sonra evə getməyi planlaşdırmışdır. Təxminən iki dəqiqədən sonra avtobusun qabaq qapısından adını sonradan öyrəndiyi İlqar adlı cavan oğlan da avtobusa minmiş və avtobusun pilləkənlərində dayanıb əlində olan siqareti çəkməyə davam etmişdir. Artıq gec olduğuna və getməli olduğuna görə siqaret çəkən İlqar adlı şəxsə tərəf sükan arxasından çönüb avtobusu hərəkətə gətirə bilmək üçün qapının pilləkənindən yuxarı qalxaraq əyləşmək lazım olduğunu bildirmişdir. Bu vaxt İlqar uca səslə, kobud şəkildə ona “bir dəqiqə gözlə də görmürsən siqaret çəkirəm” demişdir. Yenidən ona tərəf üzünü tutub “avtobusu duracağa təhvil verməliyəm, gecikə bilmərəm” demiş və yenidən ona qalxıb oturacağa əyləşməyi təklif etmişdir. İlqar adlı cavan oğlan onun sözlərinə məhəl qoymayaraq avtobusun içəri tərəfində olan pilləkənlərin kənarında olan tutacaqlardan tutmuş və orada dayanmaqda davam etmişdir. Avtobusun qapılarını bağlıyıb avtobusu çox az sürətlə hərəkətə gətirmiş və yolun üzərində olan sürətazaldıcının (trampilinin) üstündən keçən vaxt avtobusun salonundan səs gəlmişdir. Dərhal avtobusu dayandırıb geriyə baxdıqda İlqar adlı cavan oğlanın arxası üstə avtobusun salonunda yerə yıxıldığını görmüşdür. Bundan sonra həmin şəxs yerdən qalxıb uca səslə danışmağa başlamış və iradını bildirmişdir. O, İlqara “qardaş mən səni xəbərdar etmişdim axı qalxıb oturasan” deyə cavab vermişdir. Həmin vaxt İlqar uca səslə qışqıraraq ona göstəriş verməməyini bildirmiş və nalayiq ifadələr işlədərək üstünə gəlməyə başlamışdır. Üstünə gələn vaxt həmin İlqar adlı cavan oğlan sağ əlinin yumruğu ilə bir dəfə avtobusun qabaq qapısının üstündəki dəmir qutuya, bir dəfə də avtobusun qapısının yanındakı şüşəyə içəridən zərbə vurmuşdur. Həmin vaxt digər yaşlı olan İlqar yerindən qalxıb onun qarşısında dayanıb sakitləşdirməyə çalışmışdır. İlqar adlı cavan oğlan yaşlı olan İlqara “ağsaqqalsan ağsaqqal yerini bil çəkil kənara” deyərək onu itələmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs düşüb getməyi və mübahisənin bitməsi üçün avtobusun qapılarını açmışdır. Ancaq cavan oğlan İlqar onu və yaşlı olan İlqarı təhqir etməkdə davam etmişdir. Həmin vaxt Şanqar qəsəbə sakini kimi tanıdığı Taccədin adlı cavan oğlan avtobusun qabaq qapısından içəriyə daxil olub Zərərçəkmiş şəxsı sakitləşdirməyə çalışmışdır. Həmin vaxt sürücü yerində oturacağı arxaya çəkib və sükanı qabağa itələyib avtobusun salonuna keçərkən Zərərçəkmiş şəxs əlləri ilə üzünü tutduğunu, sonra isə əllərini çəkəndə burnundan qan axdığını görmüşdür. Bundan sonra əvvəl Tacəddin, sonra isə Zərərçəkmiş şəxs və Şahid3 də avtobusdan düşüb getmiş, bundan sonra nə baş verdiyindən məlumatı olmamışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı ədavəti və ya münaqişəsi olmamışdır. Həmin hadisəyədək adını belə bilməmiş, yalnız üzdən sərnişin və qəsəbə sakini kimi tanımışdır. Münaqişə zamanı orada özü, Şahid3, Zərərçəkmiş şəxs və Taccəddin İmanovdan başqa kimsə olmamışdır. Münaqişə ümumilikdə təxminən 15 dəqiqə davam etmiş, lakin Tacəddin ilə Zərərçəkmiş şəxs münaqişəsi təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı xəsarət almamışdır. Zərərçəkmiş şəxs həmin vaxt özünü sərxoş kimi aparmış və yaratdığı mübahisə nəticəsində marşrutun iş rejimini də pozmuşdur. Zərərçəkmiş şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında qohumluq münasibəti vardır, Zərərçəkmiş şəxs ilə isə bir qəsəbədə yaşayır. Aralarında heç bir düşmənçilik münasibəti yoxdur. Hər ikisi ilə münasibəti normal olmuşdur. 20.06.2020-ci il tarixdə, saat 19:30 radələrində şəxsi işi ilə əlaqədar Qızıldaş qəsəbəsinə getmək üçün yaşadığı Şanqar qəsəbəsində mərkəzdə 126 nömrəli ictimai marşrut avtobusuna əyləşmişdir. Təxminən iki dəqiqədən sonra avtobusun qabaq qapısından qəsəbə sakini kimi tanıdığı İlqar adlı cavan oğlan avtobusa minmiş və pilləkanlərində dayanıb əlində olan siqareti çəkməyə davam etmişdir. Avtobusun sürücüsü olan Zamiq sükan arxasından çönüb İlqara avtobusu hərəkətə gətirə bimək üçün qapının pilləkanındən yuxarı qalxıb əyləşməyi təklif etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs uca səslə, kobud şəkildə Zamiqə “bir dəqiqə gözlə də görmürsən siqaret çəkirəm” demişdir. Zamiq isə yenidən Zərərçəkmiş şəxs üz tutub “avtobusu duracağa təhvil verməliyəm, gecikə bilmərəm” demişdir. Zərərçəkmiş şəxs Zamiqin sözlərinə məhəl qoymayaraq avtobusun içəri tərəfində olan pilləkanların kənarında olan tutacaqlardan tutmuş və orada dayanmaqda davam etmişdir. Zamiq avtobusun qapılarını bağlayıb avtobusu çox az sürətlə hərəkətə gətirmiş və yolun üzərində olan sürətazaldıcının (trampilin) üstündən keçəndə əyləci basmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs özünü saxlaya bilməyib yerə yıxılmışdır. Bundan sonra Zamiq dərhal avtobusu dayandırmış, İlqar isə yerdən qalxıb uca səslə Zamiqə buna görə irad tutmuşdur. Zamiq isə İlqara “qardaş mən səni xəbərdar etmişdim axı qalxıb oturasan” demişdir. Həmin vaxt İlqar uca səslə qışqıraraq Zamiqin ona göstəriş verməməyini demiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Zamiqin üstünə gedən vaxt İlqar sağ əlinin yumruğu ilə bir dəfə avtobusun qabaq qapısının üstündəki dəmir qutuya, bir dəfə də avtobusun qapısının yanındakı şüşəyə içəridən zərbə vurmuş və Zamiqin üstünə getməyə davam etmişdir. O, Zamiqlə İlqarı sakitləşdirməyə çalışsa da İlqar sol əli onu kənara itələyib “ağsaqqalsan ağsaqqal yerini bil çəkil kənara” deyərək yenidən Zamiqin üstünə getməyə cəhd etmişdir. Bir daha onları sakitləşdirməyə başlamışdır. Sonra Zamiq avtobusun qapılarını açmış və İlqarı avtobusdan yerə düşürməyə çalışmışdır. Həmin zaman qəsəbə sakini və uzaq qohumu olan Təqsirləndirilən şəxs avtobusa daxil olmuş və Zərərçəkmiş şəxs uzaqlaşdırmağa çalışmışdır. Lakin Zərərçəkmiş şəxs Tacəddinə məhəl qoymayaraq uca səslə Zamiqə qarşı nalayiq ifadələr işlətmişdir. Tacəddin isə Zərərçəkmiş şəxs ona söydüyünü zənn edib bir dəfə sol əli ilə üzündən vurmuşdur. İlqar aldığı zərbədən yerə yıxılmışdır. Bundan sonra dərhal onu yerdən qaldırmış və İlqarın burnundan qan axdığını görmüşdür. İlqar əlləri ilə üzünü tutmuş və Tacəddinə avtobusdan yerə düşməsini bildirmişdir. Bundan sonra Tacəddin avtobusdan yerə düşüb getmiş, İlqarın avtobusdan yerə düşməsinə köməklik edib onu evlərinə yola salmışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir ədavəti və ya münaqişəsi olmamışdır. Onu qəsəbə sakini kimi tanımışdır. Münaqişə zamanı orada özü, Zamiq, Zərərçəkmiş şəxs və Taccəddindən başqa heç kim olmamışdır. Münaqişə ümumilikdə təxminən 15 dəqiqə, Tacəddin ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə isə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı xəsarət almamışdır. Zərərçəkmiş şəxs həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Belə ki, onunla yaxın məsafədə dayanarkən onun ağzından kəskin spirtli içki iyi gəlmiş və yaratdığı mübahisə nəticəsində marşrutun iş rejimini də pozmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 10 iyul 2020-ci il tarixli, 445 №-li rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs burun tənəffüsünün çətinləşməsi, burun qanaxması və burunun deformasiyası (əyilməsi) ilə fəsadlaşmış burun sümüklərinin yerinidəyişmiş sınığı xəsarəti aşkar edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 20.06.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirməsi inandırıcı deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus SX № ******* saylı Hərbi Biletin surətindən görünür ki, o, 03 oktyabr 2020-ci il tarixdə N №-li hərbi hissənin siyahısına daxil olmuş və 02 dekabr 2020-ci il tarixdə hərbi hissənin siyahısından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş N №-li hərbi hissə tərəfindən verilmiş Travma Haqqında arayışın surətindən görünür ki, hərbi vəzifəli əsgər Təqsirləndirilən şəxs 14.10.2020-ci il tarixdə “Partlayış yaralanması, qapalı kəllə beyin travması” diaqnozu ilə xəsarət almışdır. Xəsarəti döyüş tapşırığını yerinə yetirərkən almışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və müharibə iştirakçısı olmaqla döyüşlərdə yaralanmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 16 sentyabr 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 53 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 318 (üç yüz on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 318 (üç yüz on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar