Məhkəmə qərarları › İş №1(002)-181/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-181/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-181/2020 08.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1981-ci ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Əmirzeyidli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 istixana kombinatı ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN **********) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “xxxxxxxxxxxxxxx” MTK ilə bağlanmış xx xxxxxx 2017-ci il tarixli PmK- X-0156 №-li podrat müqaviləsi əsasında “Qobu Park” yaşayış kompleksi layihəsində tikilməsi nəzərdə tutulan binaların dəmir-beton işlərini həyata keçirərkən əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək vəzifəsi həvalə olunmuş şəxs olmaqla xx xxxxx 2020-ci il tarixdə X9 ilə müvafiq təlim və təlimatlandırma keçirilməklə sonuncunu qeyd olunan ünvanda yerləşən tikilməkdə olan binada qəlib işlərinin yerinə yetirilməsinə cəlb edərək həmin işin görülməsi üçün təhlükəsiz iş şəraiti yaratmamaqla, binanın dördüncü mərtəbəsinin döşəməsi üzərinə, aşırım yerinin bilavasitə yaxınlığında, torpaq səthindən təxminən 9,6 metr hündürlüyündə qoyulub taxtabəndə alınmış dəmir-beton sütuna söykədilmiş, uzunluğu 240 sm olan taxta nərdivana qalxaraq ölçülmə işini yerinə yetirən Zakir Orucov tərəfindən, işçilərin hündürlükdən yıxılmasının qarşısını alan əsas vasitə olan qoruyucu kəmərdən istifadə edilməsi və bununla da sonuncunun istehsalat və əmək intizamına riayət edilməsini təmin etməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozmuş, həmin tarixdə saat 10:16-da Zakir Orucovun qeyd olunan binanın 4cü mərtəbəsində qəlib işləri görərkən oradan yıxılması ilə ehtiyatsızlıqdan sonuncunun sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətləri alaraq müalicə aldığı X6raciyərin, mədəaltı vəzin və sidik kisəsinin cırılması, çanaq sümüklərinin, sol said sümüklərinin, qapalı, yerdəyişmiş, sağ said sümüklərinin açıq, oynaqdaxili yerdəyişən sınıqları nəticəsində baş vermiş travmatik - hemorragik şokdan ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2013-cü ildən fərdi sahibkar kimi “**********” VÖEN-lə tikinti sahəsində iş icraçısı kimi dəmir beton işlərinin görülməsi ilə məşğul olmuşdur. xx xxxxxx 2017-ci il tarixdə «xxxxxxxxxxxxxxx» MTK ilə bağladığı podrat müqaviləsi əsasında tikilməsi nəzərdə tutulan binaların dəmir-beton işlərini görmüşdür. Həmin ildən də "xxxxxxxxxxxxxxx” MTKnın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Qobu Park” yaşayış sahəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların dəmir-beton işlərini həyata keçirmişdir. Bilavasitə hadisənin baş verdiyi ərazidə dəmir beton işlərinin aparılmasına özü rəhbərlik etmişdir. Onunla əmək müqaviləsi əsasında bir neçə fəhlələr də işləmişdir. Hadisənin baş verdiyi bina hazırda tikintisi davam etməkdə olan binadır. Həmin binanın dəmir-beton işlərinin görülməsi 2020-ci ilin mart ayının əvvəlindən başlamışdır. Həmin bina 2 bloklu və 10 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Binanın artıq 3 mərtəbəsinin dəmirbeton işləri görülüb başa çatmış, artıq 4-cü mərtəbənin qəliblərinin qurulması işləri görülmüşdür. 1962-ci il təvəllüdlü X7 uzun müddətdir ki, tanımış, sonuncu əvvəldə onunla birlikdə əmək müqaviləsi əsasında işləmiş, 2018-ci ildə işlərə bir müddət ara verildiyinə görə Zakir onun yanından öz istəyi ilə çıxıb başqa yerdə işləməyə getmişdir. Onların görəcəyi işlər də Respublika ərazisində olan "karantin” ilə əlaqədar olaraq dayanmışdır. Təxminən aprel ayının 20-də Zakir ona zəng edərək may ayının 4-nə kimi iş varsa onun yanında işləmək istədiyini bildirmiş, lakin o, sonuncuya işlərin dayandığı üçün xx.xx.2020ci il tarixdə gəlməsini demişdir. Həmin tarixdə Zakir digər işçilərlə birlikdə gəlmiş, lakin ərazidə hava küləkli olduğundan işləməmişlər, buna görə də hər kəs geri qayıtmışdır. xx.xx.2020-ci il tarixdə Zakir ona şəxsiyyət vəsiqəsinin surətini göndərək işə qəbul etməsini xahiş etmiş, o da Zakirə xx.xx.2020-ci il tarixdə işə qəbul olması ilə bağlı əmək müqaviləsinə imza etdikdən sonra işləyə biləcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 08:00-da Zakir və digər işçilər işə gəlmişlər. Zakirlə əmək müqaviləsi bağladıqdan sonra sonuncu qəlibçi kimi işə qəbul olunmuşdur. Həmin gün həmişəki qaydada işçilər işlərin görülməsi üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim və təlimatlandırma keçdikdən sonra tikinti sahəsinə “giriş təlimatı və əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimat kitabına imza etməklə işə buraxılmışlar. Qeyd etmişdir ki, həmin təlimatı onun özü işçilərə keçmiş, hər bir işçi də təlimatlandırmaya dair kitaba imza etmiş və bütün işçilər fərdi mühafizə vasitələri olan əlcək, kaska, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Zakir də qeyd olunan təlimatları keçdikdən sonra işləməyə başlamışdır. O, işçiləri təlimatlandıqdan sonra digər işlərə baxmaq üçün kənarlaşmış, təxminən saat 10:30 radələrində digər işçilərdən Şahid4 ona zəng edərək Zakirin iş gördüyü yerdən yerə yıxıldığını bildirmişdir. O, dərhal ora getmiş, görmüşdür ki, Zakir binanın arxa tərəfində yərdə uzanmış vəziyyətdədir, digər işçilər də ətrafına yığışmışlar. Zakir həmin vaxt özü sərbəst danışmışdır. O, tez Zakirin istifadəsində olan “Mercedes E class” markalı avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Yolda olarkən Zakir ona özü səhlənkarlıq edərək işlədiyi zaman fikrindən çıxdığı üçün əynindəki qoruyucu kəmərin tutacağını armatura birləşdirmədiyini demiş, o da Zakirə irad tutmuşdur ki, uzun müddətdir bu sahədə işləmiş, əvvəl işlədiyi vaxtlarda belə hərəkətlərə yol verməmişdir. Zakir də işə başı qarışdığı üçün fikrindən çıxdığını və düzəltdiyi qəlibin düzlüyünü tənzimləmək üçün nərdivana çıxaraq işlədiyini və birdən nərdivanın sürüşdüyünü və özünün də yerə yıxıldığını bildirmişdir. O Zakiri X12 çatdırdıqdan sonra xəstəxanaya yerləşdirilmiş, lakin bir müddət sonra ölməsi barədə məlumat almışdır. Təqsirləndirilən şəxs öz ifadəsində əlavə olaraq göstərmişdir ki, belə bir hadisənin baş verməsini, həmin fəhlənin ölümü ilə nəticələnməsini gözləməmiş, hadisə ehtiyatsızlıqdan baş vermişdir. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, əməlindən çox peşmandır. Himayəsində üç uşağı olmaqla onlardan biri azyaşlı və digəri isə yetkinlik yaşına çatmayan şəxsdir. Bunda başqa ailədə yeganə qazanc gətirən şəxs olmaqla aravadı da heç bir yerdə işləmir. Zərərçəkmiş tərəfə bütün lazımi maddi və mənəvi köməkliklər göstərilmişdir və ona qarşı heç bir şikayət və tələb yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki qardaşı Zakir 2007-ci ildən qəlibçi usta kimi işləmiş, uzun müddət “xxxxxxxxxxxxxxx” MTKda qəlibçi usta işləmişdir. Qardaşı bir müddət Əhmədli qəsəbəsində hansısa tikintidə işləməyə getmiş, daha sonra 2020-ci ilin aprel ayında “xxxxxxxxxxxxxxx” MTK-nın Lökbatan qəsəbəsində yerləşən Buta Park yaşayış sahəsində tikilən binaların birində 1-2 gün işləmişdir. xx xxxxx 2020-ci il tarixdə o, işdə olmuş, saat 13 radələrində ona kiçik qardaşı məlumat vermişdir ki, Zakir tikintidə işləyərkən yıxılmış və xəsarət almış, qolunun, dirsəyinin əzildiyini bildirmiş və X12 gəlməsini demişdir. O, tez xəstəxanaya getmiş, oraya çatanda bilmişdir ki, narahat olmaması üçün qolunun əzildiyini demişlər, lakin qardaşı daha ciddi xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. Həmin vaxt onlara qardaşının artıq əməliyyatda olması, təxminən 30 dəqiqə-1 saatdan sonra qardaşının ölməsi barədə məlumat vermişlər. Hadisə barədə məlumat aldıqda qardaşının işlədiyi yerdə iş rəhbəri Fuad adlı şəxs bildirmişdir ki, qardaşı işlədiyi yerdə binada qəlib işləri görərkən yıxılaraq xəsarət almış, sonuncu da qardaşını X12 aparmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2016-ci ildən fərdi sahibkar Təqsirləndirilən şəxsla bağladığı əmək müqaviləsi əsasında “xxxxxxxxxxxxxxx” MTK-nın tikinti sahələrində fəhlə və usta kimi işləyir. 1962-ci il təvəllüdlü X4 artıq uzun müddətdir ki, tanımışdır. Zakir əvvəllər onlarla birlikdə əmək müqaviləsi əsasında işləmiş, 2018-ci ildə işlərə ara verildiyinə görə Zakir onların yanından öz istəyi ilə çıxıb başqa yerdə işləməyə getmişdir. Zakiri bundan sonra görməmişdir. xx.xx.2020-ci il tarixdə Zakir də onlarla birlikdə gəlmiş, lakin ərazidə hava küləkli olduğundan onlar işləməmişlər, buna görə də hər kəs geri qayıtmışdır. xx.xx.2020-ci il tarixdə saat 08:00-da Zakir yenidən işləmək üçün gəlmiş, həmin gün də o, əmək müqaviləsi və digər sənədlərə imza etmiş, Zakir də qəlibçi kimi işə qəbul olunmuşdur. Fləmin gün həmişəki qaydada işçilər işlərin görülməsi üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim və təlimatlandırma keçdikdən sonra tikinti sahəsinə “giriş təlimat” ı və əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimat kitabına imza etməklə işə buraxılmışlar. Zakir də eyni ilə jurnallara onların yanında imza etmişdir. Qeyd etmişdir ki, həmin təlimatı Təqsirləndirilən şəxs özü işçilərə keçmiş, hər bir işçi də təlimatlandırmaya dair kitaba imza etmiş və bütün işçilər fərdi mühafizə vasitələri olan əlcək, kaska, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Zakir də qeyd olunan təlimatları keçdikdən sonra işləməyə başlamışdır. Zakir işləməyə gedəndə digər işçilər kimi fərdi mühafizə vasitələrini, kəmər, kaska geyinmişdir. İşçilər özləri görəcəkləri işləri əvvəlcədən bilmişlər, çünki binada 4-cü mərtəbənin beton qəliblərinin tökülməsi üçün “pərdələr” yığılmalı olmuşdur. Zakir də həmin gün ona aid olan hissədə beton qəliblərinin tökülməsi üçün taxta qəlib hazırlayıb “dəmir armatur” hörgüsünə birləşdirməli olmuşdur. O da eyni qaydada həmin mərtəbədə digər tərəfdə qəlib hazırlayıb “dəmir armatur” hörgüsünə birləşdirmə işini görmüşdür. Təxminən saat 10:30 radələrində o, qışqırıq səsi eşitmiş, yaxınlaşanda görmüşdür ki, Zakir işlədiyi yerdən yerə yıxılmışdır. O, Zakirə yaxınlaşanda görmüşdür ki, Zakir binanın arxa tərəfində yərdə uzanmış vəziyyətdədir, lakin əlini tərpətmiş, digər işçilər də ətrafına yığışmışlar. Zakir həmin vaxt özü sərbəst danışmış və səhlənkarlıq edərək işlədiyi zaman fikrindən çıxdığı üçün əynindəki qoruyucu kəmərin tutacağını armatura birləşdirmədiyini demişdir. Özü-özünə demişdir ki, hələ belə səhlənkarlıq etməmiş, işə başı qarşdığından fikrindən çıxdığını üçün kəməri armatura taxmamış və düzəltdiyi qəlibin düzlüyünü tənzimləmək üçün nərdivana çıxaraq işləmiş və birdən nərdivanın sürüşmüş və yerə yıxılmışdır. Daha sona Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, o da tez gələrək Zakiri avtomobilinə qoyaraq xəstəxanaya aparmışdır, bir müddət sonra Zakirin artıq vəfat etdiyini eşitmişlər. Şahid1 əlavə olaraq göstərmişdir ki, bilavasitə hadisənin baş verdiyi ərazidə dəmir-beton işlərinin aparılmasına Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. İşlərin görülməsi ilə bağlı göstərişləri Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid1 ifadəsinə uyğun ifadələr vermiş və Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1962-ci il təvəllüdlü X7 artıq uzun müddətdir ki, tanımışdır. O, əvvəl də onlarla birlikdə əmək müqaviləsi əsasında işləmişdir. 2018-ci ildə işlərə ara verildiyinə görə Zakir onların yanından öz istəyi ilə çıxıb başqa yerdə işləməyə getmişdir. Zakiri də bundan sonra görməmişdir. xx.xx.2020-ci il tarixdə Zakir də onlarla birlikdə gəlmiş, lakin ərazidə hava küləkli olduğundan işləməmişlər, buna görə də hər kəs geri qayıtmışdır. xx.xx.2020-ci il tarixdə saat 08:00-da Zakir yenidən işləmək üçün gəlmiş, həmin gün də o, əmək müqaviləsi və digər sənədlərə imza etmiş, Zakir də qəlibçi kimi işə qəbul olunmuşdur. Həmin gün həmişəki qaydada işçilər işlərin görülməsi üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim və təlimatlandırma keçdikdən sonra tikinti sahəsinə “giriş təlimatı” və əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimat kitabına imza etməklə işə buraxılmışlar. Zakir də eyni ilə jurnallara onların yanında imza etmişdir. Qeyd etmişdir ki, həmin təlimatı Təqsirləndirilən şəxs özü işçilərə keçmiş, hər bir işçi də təlimatlandırmaya dair kitaba imza etmiş və bütün işçilər fərdi mühafizə vasitələri olan əlcək, kaska, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Zakir də qeyd olunan təlimatları keçdikdən sonra işləməyə başlamışdır. Zakir işləməyə gedəndə digər işçilər kimi fərdi mühafizə vasitələrini, kəmər, kaska geyinmişdir. İşçilər özləri görəcəkləri işləri əvvəlcədən bilmişlər, çünki binada 4-cü mərtəbənin beton qəliblərinin tökülməsi üçün “pərdələr” yığılmalı olmuşdur. Zakir də həmin gün ona aid olan hissədə beton qəliblərinin tökülməsi üçün taxta qəlib hazırlayıb “dəmir armatur” hörgüsünə birləşdirməli olmuşdur. O da eyni qaydada həmin mərtəbədə digər tərəfdə qəlib hazırlayıb “dəmir armatur” hörgüsünə birləşdirmə işini görmüşdür. Təxminən saat 10:30 radələrində o, qışqırıq səsi eşitmiş, yaxınlaşanda görmüşdür ki, Zakir işlədiyi yerdən yerə yıxılmışdır. O, Zakirə yaxınlaşanda görmüşdür ki, Zakir binanın arxa tərəfində yərdə uzanmış vəziyyətdədir, lakin əlini tərpətmiş, digər işçilər də ətrafına yığışmışlar. Zakir həmin vaxt özü sərbəst danışmış və səhlənkarlıq edərək işlədiyi zaman fikrindən çıxdığı üçün əynindəki qoruyucu kəmərin tutacağını armatura birləşdirmədiyini demişdir. Zakir özü-özünə demişdir ki, hələ belə səhlənkarlıq etməmiş, işə başı qarışdığından fikrindən çıxdığını üçün kəməri armatura taxmamış və düzəltdiyi qəlibin düzlüyünü tənzimləmək üçün nərdivana çıxaraq işləmiş və birdən nərdivan sürüşmüş və yerə yıxılmışdır. Daha sona Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, sonuncu da tez gələrək Zakiri avtomobilinə qoyaraq xəstəxanaya aparmışdır, bir müddət sonra Zakirin artıq vəfat etdiyini eşitmişlər. Şahid4 öz ifadəsində əlavə olaraq göstərmişdir ki, bilavasitə hadisənin baş verdiyi ərazidə dəmir beton işlərinin aparılmasına Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. İşlərin görülməsi ilə bağlı göstərişləri Təqsirləndirilən şəxs vermişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 öz ifadəsində göstərmişdir ki, 1962-ci il təvəllüdlü X9 onun atasıdır. Atası Zakir qəlibçi usta kimi işləmişdir. Atası uzun müddət “xxxxxxxxxxxxxxx” MTK- da qəlibçi usta kimi işləmiş, daha sonra bir müddət Əhmədli qəsəbəsində hansısa tikintidə işləmişdir. Daha sonra 2020-ci ilin aprel ayın 27 və 30-da “xxxxxxxxxxxxxxx” MTK-nın Lökbatan qəsəbəsində yerləşən Buta Park yaşayış sahəsində tikilən binaların birində işləməyə getmişdir. O, xx xxxxx 2020-ci il tarixdə evdə olmuşdur. Atası səhər saat 07 radələrində evdən çıxıb işə getmiş, saat 13 radələrində onların ***-***-**-** ev telefon nömrəsinə özünü atasının işlədiyi yerdə iş rəhbəri kimi təqdim edən Fuad adlı şəxs zəng edərək atası Zakirin tikintidə işləyərkən yıxılıb xəsarət aldığını, qolunun, dirsəyinin əzildiyini bildirmiş və X12 gəlmələrini demişdir. O, tez həmin xəstəxanaya getmiş, oraya çatanda əmisi Elman da orada olmuşdur. Onlara atasının əməliyyatda olması, təxminən 30 dəqiqədən sonra ölməsi barədə məlumat vermişlər. Hadisə barədə məlumat aldıqda iş rəhbəri Fuad bildirmişdir ki, atası işlədiyi yerdə binada qəlib işləri görərkən yıxılaraq xəsarət almış, daha sonra da atasını X12 gətirmişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 öz ifadəsində göstərmişdir ki, 2020-cı ilin aprel ayının sonlarından fərdi sahibkar Təqsirləndirilən şəxsla bağladığı əmək müqaviləsi əsasında “xxxxxxxxxxxxxxx” MTK- nın tikinti sahələrində fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs “xxxxxxxxxxxxxxx” MTK ilə bağladığı podrat müqaviləsi əsasında tikilməsi nəzərdə tutulan binaların dəmirbeton işlərini görmüşdür. Həmin ildən də “xxxxxxxxxxxxxxx” MTK-nın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış sahəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların dəmir-beton işlərini həyata keçirmişlər. Bütün işçilər əmək müqaviləsi əsasında işləmişlər. Həmin binanın dəmir-beton işlərinin görülməsi bildiyi qədəri ilə 2020-ci ilin mart ayının əvvəlindən başlamış, binanın 2 bloklu və 10 mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Binanın artıq 3 mərtəbəsinin dəmir-beton işləri görülüb başa çatmışdı, artıq 4-cü mərtəbənin qəliblərinin qurulması işləri görülmüşdür. 1962-ci il təvəllüdlü X7 işlədiyi müddətdə tanımış, həmin yerdə cəmi 2-3 gün işləməyə getmişdir. xx.xx.2020-ci il tarixdə Zakir də onlarla birlikdə yenidən işləmək üçün gəlmiş, lakin ərazidə hava küləkli olduğundan işləməmişlər, buna görə də hər kəs geri qayıtmışdır. xx.xx.2020ci il tarixdə saat 08:00-da Zakir yenidən işləmək üçün gəlmişdir. O da fəhlə kimi Zakirin yanında sonuncuya lazım olan ləvazimatları vermişdir. Həmin gün həmişəki qaydada işçilər işlərin görülməsi üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim və təlimatlandırma keçdikdən sonra tikinti sahəsinə “giriş təlimatı” və əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlimat kitabına imza etməklə işə buraxılmışlar. Zakir də eyni ilə jurnallara onların yanında imza etmişdir. Qeyd etmişdir ki, həmin təlimatı Təqsirləndirilən şəxs özü işçilərə keçmiş, hər bir işçi də təlimatlandırmaya dair kitaba imza etmiş və bütün işçilər fərdi mühafizə vasitələri olan əlcək, kaska, kəmər və digər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Zakir də qeyd olunan təlimatları keçdikdən sonra işləməyə başlamışdır. Zakir işləməyə gedəndə digər işçilər kimi fərdi mühafizə vasitələrini, kəmər, kaska geyinmişdir. İşçilər özləri görəcəkləri işləri əvvəlcədən bilmişlər, çünki binada 4-cü mərtəbənin beton qəliblərinin tökülməsi üçün “pərdələr” yığılmalı olmuşdur. Zakir də həmin gün ona aid olan hissədə beton qəliblərinin tökülməsi üçün taxta qəlib hazırlayıb “dəmir armatur” hörgüsünə birləşdirməli olmuşdur. O da Zakirin istədiyi ləvazimatları sonuncuya verib kömək etmişdir. Saat 10 radələrində Zakir qəlibi düzəldib yerinə birləşdirmiş, nərdivanı qəlibə söykəyərək düzlüyünü ölçmüşdür. Bu zaman Zakir qəlibin düzlüyü üçün ona “şaquli 5-10” adlanan taxtanı hazır etməsini demişdir. O da taxtanı yerdən götürüb Zakirə tərəf çevriləndə, birdən qışqırıq səsi eşitmiş və Zakirin nərdivandan yerə yıxıldığını görmüşdür. Zakir oradan yerə torpaq örtüyün üzərinə düşmüşdür. O, Zakirə yaxınlaşanda görmüşdür ki, Zakir binanın arxa tərəfində yerdə uzanmış vəziyyətdədir, lakin əlini tərpətmişdir. Zakir həmin vaxt özü sərbəst danışmış və səhlənkarlıq edərək işlədiyi zaman fikrindən çıxdığı üçün əynindəki qoruyucu kəmərin tutacağını armatura birləşdirmədiyini demişdir. Özü-özünə demişdir ki, “o, hələ belə səhlənkarlıq etməmişdir”. Daha sona Təqsirləndirilən şəxs bu barədə məlumat vermişlər, sonuncu da tez gəlib Zakiri avtomobilinə qoyaraq xəstəxanaya aparmış, bir müddət sonra Zakirin artıq vəfat etdiyini eşitmişdir Şahid3 əlavə olaraq göstərmişdir ki, bilavasitə hadisənin baş verdiyi ərazidə dəmir beton işlərinin aparılmasına Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. İşlərin görülməsi ilə bağlı göstərişləri Təqsirləndirilən şəxs vermişdir İş materiallarında olan videogörüntülərə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, görüntülər xx.xx.2020-ci il tarixdə saat 10:15:36 saat göstəricisində başlayır, 10:19:02 saat göstəricisində başa çatır. Videoçəkiliş ərazinin giriş hissəsində tikilməkdə olan bina istiqamətdə aparılmışdır. Görüntünün 10:15:36 saat göstəricisində X5 işləməsi, görüntünün 10:16:48 saat göstəricisində X5 üzərində olduğu nərdivanın sürüşməsi və Zakir Orucovun yerə yıxılması müşahidə edilir. İş materiallarında olan bildiriş və əmək müqaviləsindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə fiziki şəxs Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlamaqla qəlibçi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs və “xxxxxxxxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli Pmk-X- 0156 nömrəli Podrat müqaviləsinin 2.2-ci bəndindən görünür ki, sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırıqlarına və göstərişlərinə əməl etməli, təhlükəsizlik qaydalarına riayət etməli, podrat müqaviləsində göstərilən funksiyaları sözsüz yerinə yetirməli, əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etməli, əməyin təhlükəsizliyi normalarının pozulması ilə baş vermiş hadisələrə məsuliyyət daşımalı, sifarişçiyə vurduğu maddi ziyana görə məsuliyyət daşımalı, sifarişçinin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamalı, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamalı, podratçı sağlamlığının, əməyin mühafizəsinin təmin olunması üçün sanitariya və gigiyena normalarına tam riayət etməli, podratçı fərdi mühafizə vasitələri ilə öz hesabına təmin etməli, podratçı zərərli amillərdən sağlamlığının mühafizəsi üçün xüsusi qida məhsulları ilə təmin etməməli, podratçı əməyin mühafizəsi normaları ilə 3 ayda bir dəfədən az olmayaraq təlimatlandırılmalı, podratçı özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməli, podratçı istehsalat qəzaları, peşə xəstəliyi nəticəsində işçiyə və ya onun himayəsində olan şəxslərə dəyən maddi ziyanı və digər xərcləri sifarişçidən tələb edə bilməməli, podratçının təqsiri üzündən əməyin mühafizəsi normaları və qaydaları pozulduğuna görə podratçı həlak olarsa, onun himayəsində olan şəxslər qarşısında sifarişçi məsuliyyət daşımamalı, Podratçı müqavilə öhdəliklərini yerinə yetirərkən (hündürlükdə işləyərkən), işlədiyi yerdə (sahədə) qanunçuluqda nəzərdə tutulmuş bütün təhlükəsizlik tədbirlərinin təmin edilməklə, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası “Qaydaları” tələblərini bilərkən, kobud şəkiidə pozduqda və bu səbəbdən baş vermiş hər hansı bədbəxt hadisəyə görə məsuliyyət daşımalı, podratçı müqaviləni əsas götürərək razılaşma əsasında subpodratçıları cəlb edə bilər və qanunvericilik qarşısında bütün məsuliyyət podratçının üzərinə düşməli kimi vəzifələr həvalə olunmuş cavabdeh şəxs olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X15 xx.xx.2020-ci il tarixli 44 saylı rəyindən görünür ki, mərhum X5 meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin toxumasının əzilməsi, kəskin daxili qanitirmə ilə müşayiət olunan qaraciyərin, mədəaltı vəzin və sidik kisəsinin cırılması, çanaq sümüklərinin, sol said sümüklərinin, qapalı, yerdəyişmiş, sağ said sümüklərinin açıq, oynaqdaxili yerdəyişən sınıqları, sol qaşüstü nahiyənin, sağ qaş nahiyəsinin əzilmiş yaraları, sağ gözətrafı nahiyənin qançırı, burunun, sağ almacığın sıyrıqları aşkar olunmuşdur. Yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə hündürlükdən yıxılma zamanı törənə bilərdilər, dərəcələrinə görə ümumilikdə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və Z.H.Orucovun ölümü ilə bir-başa səbəbli əlaqəlidirlər. X5 ölümünə səbəb qaraciyərin, mədəaltı vəzin və sidik kisəsinin cırılması, çanaq sümüklərinin, sol said sümüklərinin, qapalı, yerdəyişmiş, sağ said sümüklərinin açıq, oynaqdaxili yerdəyişən sınıqları nəticəsində baş vermiş travmatik - hemorragik şok olmuşdur. Z.H.Orucovun ölümü xx.xx.2020-ci il tarixdə, saat 13:40-da X11 əməliyyat otağında baş vermişdir, hansı ki meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. Mərhum Z.H.Orucovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 10/839 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: cinayət işi materiallarında olan, xx xxxxxx 2017-ci il tarixli PmK-X-0156 №-li "Podrat müqaviləsi"nin 2.2.2, 2.2.3, 2.2.8, 2.2.11 bəndlərinin və «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1»nda olan iş icraçısının üzərinə həvalə oiunan vəzifə borclarının tələbləri pozulmuşdur. Həmin tələblərin yerinə yetirilməməsi baş vermiş hadisənin səbəbləri olmuşdur. Belə ki, hadisə zamanı, tikilməkdə olan binanın dördüncü mərtəbəsinin döşəməsi üzərinə, aşırım yerinin bilavasitə yaxınlığında, torpaq səthindən təxminən 9,6 metr hündürlüyündə qoyulub taxtabəndə alınmış dəmir-beton sütuna söykədilmiş, uzuniuğu 240 sm olan taxta nərdivana qalxaraq ölçülmə işini yerinə yetirən X9 tərəfindən, işçilərin hündürlükdən yıxılmasının qarşısını alan əsas vasitə olan qoruyucu kəmərdən istifadə edilməsi və bununia da onun istehsalat və əmək intizamına riayət etməsi, tikinti işlərinə bilavasitə rəhbərlik etmiş Təqsirləndirilən şəxs tərəfindən təmin edilməmişdir. Cinayət işi materiallarında olan, xx xxxxxx 2017-ci il tarixli PmK-X-0156 №-li "Podrat müqaviləsi"nin 2.2.2, 2.2.3, 2.2.8, 2.2.11 bəndlərinin və «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X1» nda olan “İş icraçısı”nın əmək funksiyasının tələbləri, tədqiq olunan /yəni hadisə baş vermiş/ tikinti sahəsində aparılan istehsalat proseslərinə, о cümlədən qəlibçi fəhlə X5 işinə bilavasitə rəhbərlik etmiş, iş icraçısı vəzifələrini üzərinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Beyləqan rayon İHB-nin Əmirzeyidli kənd İƏD üzrə nümayəndəliyinin xx xxx 2020-ci il tarixli xasiyyətnaməsindən aydın olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. İş materiallarında olan mərhum X5 arvadı X2, oğlu Şahid2 və qardaşı Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizələrindən aydın olur ki, X5 ölümü ilə bağlı “xxxxxxxxxxxxxxx” MTK-ya və podratçı Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbləri yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 12 saylı Vəkil Bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 12 saylı Vəkil Bürosunun (“xxxxxxxxxx” QSC Səbail rayon filialı, H/h AZ20ACAB********************, kod 504960, VÖEN **********) və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar