Məhkəmə qərarları › İş №1(002)-181/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-181/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-181/2024 18.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1968-ci il tarixdə Sabirabad rayonunun Poladtoğay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Poladtoğay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs oğlu 09 fevral 2024-cü il tarixdə, saat 16:30 radələrində «X2» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 31-ci kilometrində idarə etdiyi PAZ-3201 avtobus markalı 18BC955 dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun orta zolağı ilə 40 km/saat sürətlə Qazax rayonu istiqamətində hərəkətdə olarkən sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısının alınmasının mümkün olması üçün ara məsafəsi seçməli halda bunu etməyib «X2» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib ondan qabaqda eyni istiqamətdə və eyni zolaqda sürücü Şahid2 40 km/saat sürətlə idarə etdiyi Koegel markalı 99YE782 dövlət qeydiyyat nişanlı yarımqoşqulu Ford Gargo 1835T yük markalı 99JY143 dövlət qeydiyyat nişanlı avtomobilin sürətini kəskin azaldaraq avtomobil dayandıqda avtobusun qabaq sağ hissəsi yarımqoşqunun arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan PAZ- 3201avtobus markalı 18BC955 qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ iç topuğun sınığı, sol baldır nahiyəsinin səthi əzilmiş yarası və qançırı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan döş qəfəsinin sağdan V-Vİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, sağ diz oynağının arxa səthinin və sol baldır nahiyələrinin qançırları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına və Zərərçəkmiş şəxs3 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxilinə keçən qəlpəli sınığı xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263- 1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus olan «PAZ» markalı avtobus idarə edir. Həmin avtobusla Sabirabad-Bakı marşurutu üzrə sərnişin, yük daşımaqla məşğul olur. 09 fevral 2024-cü ildə günorta radələrində idarə etdiyi avtobusla Bakı şəhəri ərazisindən həmkədliləri olan 4 nəfər sərnişin mindirib yaşadığı Sabirabad rayonuna qayıtmaq üçün yola düşmüşdür. Bakı- Qazax yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən yolun sağ zolağında avtomobillərin dayandığını görüb yolun orta zolağına keçərək hərəkəti davam etdirirmişdir. Həmin vaxt özündən qarşıda orta zolaqla yük avtomobili hərəkətdə olmuşdur. Həmin avtomobil qəflətən sürətini kəskin azaltmaqla hərəkətdə olduğu orta zolaqda dayanmışdır. Bu zaman yolun sol zolağı ilə avtomobillər hərəkətdə olduğundan zolağı dəyişə bilməmiş, həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə edib avtobusu bir qədər sola doğru istiqamətləndirmiş, lakin məsafə yaxın olduğundan avtobusu saxlaya bilməmiş və idarə etdiyi avtobusun qabaq sağ yan hissəsi həmin yük avtomobilinin qoşqusunun sol tin hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtobusda olan sərnişinlər xəsarətlər aldığından özü və ətrafdakılar köməklik edib onları avtobusdan çıxartmış və təcili tibbi yardım stansiyasına stansiyasına məlumat vermişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır.Zərərçəkmişlərə dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Qazancını yalnız sürücülük etməklə əldə edir. Qeyd edilənlərə əsasən yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09 fevral 2024-cü il tarixdə, saat təxminən 14:30 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Şahid1la birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «PAZ 3102» markalı **-BC- *** qeydiyyat nişanlı avtobusla Bakı şəhərindən yaşadığı Sabirabad rayonuna qayıtmaq üçün yola düşmüşlər. Saat 16:30 radələrində sərnişini olduğu avtobus Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə Qazax istiqamətinə hərəkətdə olarkən yolun sağ kənarındakı «Nur» marketə çatmağa az qalmış qarşıda hərəkətdə olan qoşqulu yük markalı avtomobili qəflətən sürətini kəskin azaltmaqla hərəkətdə olduğu orta zolaqda dayanmışdır. Səmid həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə edib avtobusu bir qədər sola doğr istiqamətləndirsə də məsafə yaxın olduğundan avtobusu saxlaya bilməmiş, avtobusun qabaq sağ tin və sağ yan hissələri həmin dayanmış vəziyyətdə olan «Ford Gargo» yük markalı avtomobilin qoşqusunun arxa sol tin hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtobus bir qədər qarşıya doğru irəliləyib yolun hərəkət hissəsində dayanmışdr. Hadisə nəticəsində özü və digər sərnişinlər xəsarətlər aldıqlarından hadisə şahidləri köməklik edib onları avtobusdan çıxartmış və təcılı tıbbı yardım stansiyasına məlumat vermişlər. Az sonra hadisə yerinə təcılı tıbbı yardım avtomobilləri və YPX əməkdaşları gələrək onları Bakı şəhərindəki X1 aparmışlar. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 fevral 2024-cü il tarixdə, saat 14:30 radələrində, həmkəndliləri Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Şahid1la birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «PAZ 3102» markalı **-BC-*** qeydiyyat nişanlı avtobusla Bakı şəhərindən yaşadığı Sabirabad rayonuna qayıtmaq üçün yola düşmüşlər. Saat 16:30 radələrində sərnişini olduğu avtobus Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə Qazax istiqamətinə hərəkətdə olarkən yolun sağ kənarındakı «Nur» marketə çatmağa az qalmış qarşıda hərəkətdə olan qoşqulu yük markalı avtomobili qəflətən sürətini kəskin azaltmaqla hərəkətdə olduğu orta zolaqda dayanmışdır. Səmid həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə edib avtobusu bir qədər sola doğr istiqamətləndirsə də məsafə yaxın olduğundan avtobusu saxlaya bilməmiş, avtobusun qabaq sağ tin və sağ yan hissələri həmin dayanmış vəziyyətdə olan «Ford Gargo» yük markalı avtomobilin qoşqusunun arxa sol tin hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtobus bir qədər qarşıya doğru irəliləyib yolun hərəkət hissəsində dayanmışdr. Hadisə nəticəsində özü və digər sərnişinlər xəsarətlər aldıqlarından hadisə şahidləri köməklik edib onları avtobusdan çıxartmış və təcılı tıbbı yardım stansiyasına məlumat vermişlər. Az sonra hadisə yerinə təcılı tıbbı yardım avtomobilləri və YPX əməkdaşları gələrək onları Bakı şəhərindəki X1 aparmışlar. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 09 fevral 2024-cü il tarixdə saat, 14:30 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid1la birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi «PAZ 3102» markalı **-BC-*** qeydiyyat nişanlı avtobusla Bakı şəhərindən yaşadığı Sabirabad rayonuna qayıtmaq üçün yola düşmüşlər. Saat 16:30 radələrində sərnişini olduğu avtobus Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə Qazax istiqamətinə hərəkətdə olarkən yolun sağ kənarındakı «Nur» marketə çatmağa az qalmış qarşıda hərəkətdə olan qoşqulu yük markalı avtomobili qəflətən sürətini kəskin azaltmaqla hərəkətdə olduğu orta zolaqda dayanmışdır. Səmid həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə edib avtobusu bir qədər sola doğr istiqamətləndirsə də məsafə yaxın olduğundan avtobusu saxlaya bilməmiş, avtobusun qabaq sağ tin və sağ yan hissələri həmin dayanmış vəziyyətdə olan «Ford Gargo» yük markalı avtomobilin qoşqusunun arxa sol tin hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtobus bir qədər qarşıya doğru irəliləyib yolun hərəkət hissəsində dayanmışdr. Hadisə nəticəsində özü və digər sərnişinlər xəsarətlər aldıqlarından hadisə şahidləri köməklik edib onları avtobusdan çıxartmış və təcılı tıbbı yardım stansiyasına məlumat vermişlər. Az sonra hadisə yerinə təcılı tıbbı yardım avtomobilləri və YPX əməkdaşları gələrək onları Bakı şəhərindəki X1 aparmışlar. Hadisə nəticəsində xəsarət almağı ilə bağlı sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 129 rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarət – sağ qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxilinə keçən qəlpəli sınığı bərk küt əşya təsirindən xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 131 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağdan V-Vİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, sağ diz oynağının arxa səthinin və sol baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2023cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 132 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – sağ iç topuğun sınığı, sol baldır nahiyəsinin səthi əzilmiş yarası və qançırı bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 19 mart 2024-cü il tarixli, 8/561 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində PAZ- 3201avtobus markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X2» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2024-ci il tarixli, 3-13-16/2-27932/2024 nömrəli arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BC 440962 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına,həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs, hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək aralarında barışıq əldə olunmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübüt kimi tanınmış “PAZ-3201” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Ford Gargo 1835T” yük markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin Koegel markalı **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübüt kimi tanınmış “PAZ-3201” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Ford Gargo 1835T” yük markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobilin Koegel markalı **-YE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar