Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-181/2025 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1968-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, əvvəllər Beləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(020)-53/2025 nömrəli hökmü ilə 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyinin Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən həmin 1500 manat cərimə cəzasından azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında kirayədə yaşayan, 15 iyul 2025-ci il tarixdə barəsində "başqa yerə getməmək" haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Beyləqan rayon sakini Zərərçəkmiş şəxs qohumu Aytəkin Süleymanova üçün tibbi sertifikat düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2024-cü ilin yay aylarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sofran" restoranında Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu əlbəəl alıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 18 il gəmidə motorist kimi işləmiş və həmin vaxt işlədiyi yerdən Beyləqan rayon sakini Məhiyəddin Quliyevlə dostluq münasibəti yaranmışdır. İşdən ayrıldıqdan sonra da onunla dostluğu davam etmiş, bir gün Məhiyəddin ona zəng edərək tanışının xəstəxanada işdə qalması üçün tibbi sertifikatının lazımlı olması ilə əlaqədar həmin şəxsə sertifikat düzəltmək mümkün olub-olmadığını soruşmuş, o, da bu barədə ətraflı öyrənib deyəcəyini bildirmişdir. Sonra o, tanışlarından elə bir sənədin qanuni qaydada düzəldilməsini maraqlanmış və Aytəkin Süleymanovanı kursa yazdıraraq sertifikatını tez bir zamanda əldə edilməsində xahiş edəcəyini düşünmüşdür. Sertifikatın hazırlanması üçün ümumilikdə bir qədər xərclərin çıxacağını nəzərə alaraq 6000 manata düzəldə biləcəyini fikirləşmiş və Məhiyəddinə zəng edərək həmin sertifikatı 6000 manata düzəldə biləcəyini demişdir. Bir neçə gün sonra Məhiyəddin ona zəng edərək həmin şəxslərin razı olduqlarını deyərək Bakıya gələcəklərini bildirmişdir. O, Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən "Sofran" kafesində Məhiyəddin ilə görüşməyi təklif etmişdir. Onlar Beyləqan rayonundan gəldikləri üçün onlara da yaxın məsafəni seçmişdir. 2024-cü ilin iyun-iyul aylarında həmin kafedə dostu Məhiyəddin, yaşlı bir kişi sonradan adını Vahid bildiyi və orta yaşlarında bir kişi sonradan adını Qaryağdı bildiyi şəxslərlə görüşmüş və həmin kafedə çay içmişlər. Bu zaman onlara əminliklə X3 adına tibbi sertifikat hazırladacağını bildirmişdir. O, gələn şəxslər ilə bir qədər danışdıqdan sonra Qaryağdı kimi tanıdığı şəxs 6000 manat pulu ona vermiş və onların yanında pulu sayaraq qəbul etmişdir. 6000 manat pulu ona dostu Məhiyəddin və Vahid kişinin yanında Qaryağdı qohumu Aytəkinə sertifikat düzəltdirmək üçün vermişdir. 15-20 günə tibbi sertifikatı hazır edəcəyinə söz versə də, o, tibbi sertifikatı hazırlatdıra bilmədiyi üçün onları aldadaraq orada onlardan 6000 manat pulu əldə etmişdir. O, bir neçə üsulla sertifikatın düzəldilməsi üçün cəhdlər etmiş və bunun üçün xərclər çəkmişdir. Lakin sertifikatı hazırlatdıra bilməmiş və Aytəkin Süleymanovanı kursa yazdıra bilməmişdir. Aldığı 6000 manat puldan Məhiyəddinə verməmişdir. Etdiyi əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Ürək xəstəsidir, boynunda ağrılar və yaralar vardır. Müayinə zamanı həkimlər boynundakı yaraların xərçəngin bir növü olduğunu demişlər. Sağlamlıq vəziyyətinin nəzərə alınaraq barəsində daha yüngül cəza verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xalası qızı X6 Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Digər xalası qızı Qızxanım Süleymanova da həmin xəstəxananın qeydiyyat şöbəsində işləyir. X10 "Qızıl əllər" kollecini bitirmişdir. Təxminən 01 (bir) il bundan əvvəl Aytəkinə rəsmi olaraq dövlət tibbi sənədi (sertifikat) olmasa işdən çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra valideynləri Aytən üçün rəsmi olaraq sertifakt almaq qərarına gəlmişlər. Həmin vaxt Beyləqan Rayon Mərkəzi X1 ilə birlikdə işləyən Şahid3 adlı şəxs Aytəkinə tanıdığı qohumunun tanışı vasitəsi ilə sənəd düzəldə biləcəyini bildirmişdir. Bu barədə valideynləri ona müraciət edib maddi köməklik istəmiş, o, da onları dinləyib Aytəkinin sənədi almaq istədiyini görüb razılıq vermişdir. Bundan sonra Şahid3 və onun əri Məhiyyədin Quliyev adlı şəxslərlə danışıqlar aparmışdır. Bu zaman ona Təqsirləndirilən şəxs bu işi təşkil edəcəyini demişlər. Məhiyyədin heç bir narahatçılıq olmayacağını demiş və Təqsirləndirilən şəxs onların yaxın adamları olduğunu bildirmişdir. Daha sonra onlarla Təqsirləndirilən şəxs arasında danışıq olmuş və pulun verilməsi üçün İlqar yer təyin etmişdir. 2024-cü ilin iyun-iyul aylarında o, Vahid və Məhyəddin ilə birlikdə Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında yerləşən "Sofran" restoranına getmişlər. Həmin vaxt qeyd olunan restorana İlqar adlı şəxs də gəlmişdir. Danışıq zamanı İlqar məsələnin həll olunmasını öz öhdəsinə götürərək 6000 min manat pulun müqabilində yaxın bir zamanda həll olunacağına söz verib onları inandırmışdır. İlqar öz danışığı ilə onları inandırdığı üçün məsələnin həll olunmasına razılıq vermişdir. Bu səbəbdən ona məxsus özü ilə gətirdiyi 6000 manat pulu bütöv şəkildə İlqar adlı şəxsə vermişdir. Xalasıgilin maddi vəziyyəti yaxşı olmadığı üçün ona müraciət etmişlər və 6000 manat pulu İlqar Süleymanov adlı şəxsə şəxsən özü vermişdir. Bundan sonra onlar oradan ayrılmışlar və İlqar yaxın zamanda söz vermiş olduğu vədə əməl edəcəyini bildirmişdir. Məhiyəddin İlqar ilə birlikdə qalmış, onlar isə oradan çıxıb rayona geri dönmüşlər. Lakin həmin gündən etibarən İlqar adlı şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadıb vaxt qazanmışdır. 2 ay müddətində sertifikatın alınması barədə razılığa gəlsələr də 11-12 ay keçməsinə baxmayaraq sertifikat əldə edilməmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ilə görüşmək üçün Bakıya gəlsə də görüş baş tutmamışdır. Son zamanlar isə Təqsirləndirilən şəxs ümumiyyətlə telefonlara cavab verməmişdir. Təqsirləndirilən şəxs bu üsulla onu aldadıb 6000 manat pulu ələ keçirdiyini görüb şikayət ərizəsi yazmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam olaraq ödədiyi üçün onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, Şahid3 onun arvadıdır, Aytəkin Süleymanova isə arvadı Şahid3 iş yoldaşıdır. Belə ki, arvadı Şahid3 Beyləqan Mərkəzi Xəstəxanasında təsərrüffat işləri üzrə tibb bacısı işləyir, Aytəkin Süleymanova isə həmin xəstəxanada tibbi bacısı işləyir. X11 isə onun dostudur və İlqarla "Socar" şirkətində bir yerdə işləmiş, 20 ilə yaxın bir müddət ərzində İlqarı tanımış və həmin şəxs ilə həmişə münasibəti normal olmuşdur. Daha sonra İlqarla ailəvi dostluq etmişdir. 2024-cü ilin yay ayında arvadı Şahid3 Beyləqan rayonundakı evində olan zaman iş yoldaşı Aytəkin Süleymanovanın tibbi sertifikatın alınmasında köməklik etməsini bildirmiş və sertifikat düzəltmək üçün adam olub-olmadığını ondan soruşanda o, da Aytəkinə belə bir tanış adamının olmadığını və maraqlanacağını demişdir. Tibbi sertifikat olmadan xəstəxanada işləmək mümkün olmamışdır. Arvadı Rahilə ondan Aytəkinə sertifikatın alınmasında kömək etmək üçün dostu İlqar Müslümova məlumat verməsini ona dedikdə o, Rahiləyə cavab olaraq bu barədə İlqar Müslümovla danışıb ona məlumat verəcəyini demiş, bundan sonra o, Şamaxı rayonundan olan və hazırda Bakı şəhərində yaşayan dostu İlqar Müslümovun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən zəng edib İlqarla danışmış və ona arvadı Rahilənin iş yoldaşı Aytəkin Süleymanovanın tibbi sertifikatı almaq istədiyini İlqara deyənde İlqar Aytəkinin telefon nömrəsini ona verməyini demişdir. O, da Aytəkinin istifadəsində olan mobil telefon nömrəsini İlqara vermişdir. İlqar ona Aytəkinlə özünün danışacağını, Aytəkin razı olduğu halda Aytəkinin adını Vüsalə adlı qadının Bakı şəhərində açdığı tədris kurslarından birinə yazdıracağını bildirmişdir. O, da bu barədə arvadı Rahiləyə danışmış və Rahiləyə İlqarın deməsinə görə tibbi sertifikatın kurs keçdikdən sonra verilməsinin mümkün olduğunu bildirmişdir. Rahilə isə tibbi sertifikat barədə Aytəkinin özünə iş yerində olan zaman demişdir. Bundan sonra İlqarın Aytəkinlə aralarında olan söhbətdən onun xəbəri olmamışdır. 2024-cü ilin təxminən avqust ayında Aytəkin Süleymanovanın xalası oğlu Zərərçəkmiş şəxs ona zəng edib onun tanışı İlqar Müslümova xalası X14ya tibbi sertifikat üçün Bakı şəhərinə gedib pul verməli olduqlarını və həmin pulun İlqara verilməsində onun da iştirak etməsini xahiş edib onlarla birlikdə Bakı şəhərinə İlqar Müslümovla görüşə getməyini təklif etmişdir. O, da İlqarın istifadəsində olan mobil telefona zəng edib ona Aytəkinin xalası oğlu Qaryağdı və Aytəkinin atası ilə Bakı şəhərinə gəldiklərini deyərək Bakı şəhərinə daxil olmadan görüşməyi təklif etmişdir. İlqar da ona Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən "Sofran” restoranına gəlməyi və onlarla həmin restoranda görüşəcəyini demişdir. O, da İlqar Müslümovla görüşmək üçün Qaryağdı və Aytəkinin atası Vahidlə birlikdə Qaryağdının tanışının avtomobili ilə Bakı şəhərinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən "Sofran" restoranına gəlmişlər. Orada onları Təqsirləndirilən şəxs özü qarşılamış, restoranda oturub söhbət edən zaman İlqar Qaryağdıya və Aytəkinin atasına Aytəkini Vüsalə adlı qadının Bakı şəhərində açdığı tibb kursuna yazdıracağını və bunun da müqabilində 6000 manat təhsil haqqı olaraq rüsum kimi kurs keçmək üçün 6000 manat pulu Vüsalə adlı kurs rəhbərinə verəcəyini və iki aydan sonra Aytəkinə sertifikatın veriləcəyinə söz vermişdir. Bundan sonra Qaryağdı 6000 manat pulu və Aytəkinə aid sənədləri İlqara vermişdir. İlqar Aytəkinin atası Vahidi və xalası oğlu Qaryağdını bir daha əmin etmişdir ki, almış olduğu 6000 manat pulu rüsüm olaraq Vüsalə xanımın açdığı kursa ödəniləcək və kurs müddəti başa çatdıqdan sonra Aytəkinə tibbi sertifikat veriləcəkdir. Bundan sonra onlar birlikdə gəldikləri avtomobillə Beyləqan rayonuna qayıtmışlar. İlqarla görüşməsi barədə arvadı Rahiləyə olduğu kimi danışmışdır. Bir müddət sonra İlqarın Aytəkinə sertifikat alınmasında kömək etmədiyini və kurs keçib sertifikat almaq adı ilə yalandan 6000 manat pulu rüsum adı ilə götürdüyünü bilmişdir. O, İlqarla danışan zaman nəyə görə camaatı aldadıb 6000 manat pul aldığını soruşanda İlqar ona 6000 manat pulu kursun rəhbəri Vüsalə adlı qadına rüsum olaraq ödədiyini və pulu Vüsalədən alıb qaytaracağını demişdir. Bundan sonra onun nə baş verdiyindən xəbəri olmamışdır. Onun bu işdə hər hansı bir marağı olmamış və Təqsirləndirilən şəxs 6000 manat puldan ona heç nə verməmişdir. Vahidin İlqara verdiyi 6000 manat pulun kursa ödəniləcək təhsil haqqı olduğunu düşünmüşdür. Məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Şahid3 şahid X4 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edildi. Belə ki, Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Qarayağdı Qurbanov onun baldızı oğludur. Onun doğma qızı X7 Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir. Həmçinin digər qızı Qızxanım Süleymanova da həmin xəstəxananın qeydiyyat şöbəsində işləyir. Qızı X10 "Qızıl əllər” kollecini bitirmişdir. Təxminən 01 (bir) il bundan əvvəl qızı Aytəkinə rəsmi olaraq dövlət tibbi sənədi (sertifikat) olmasa işdən çıxarılacağı barədə xəbərdar edilmiş, bundan sonra qızı üçün rəsmi olaraq sertifikat almaq qərarına gəlmişlər. Həmin vaxt Beyləqan Rayon Mərkəzi Xəstəxanasında digər qızı Qızxanım Süleymanova ilə birlikdə işləyən Şahid3 adlı şəxs qızı Aytəkinə qohumunun tanışı vasitəsi ilə sənəd düzəldə biləcəyini bildirmişdir. Bunun üçün Qarayağdı Qurbanovdan maddi köməklik göstərməsini istəmişlər. Qarayağdı da Aytəkinin sənədi almaq istədiyini görüb maddi köməklik göstərməyə razılıq vermişdir. Bundan sonra Şahid3 və onun əri Məhiyyədin Quliyev adlı şəxslərlə danışıq aparmışlar. Bu zaman həmin şəxslər ona Təqsirləndirilən şəxs bu işi təşkil edəcəyini demişlər. Bundan sonra Qaryağdı Məhiyyədin adlı şəxslə danışmışdır. Məhiyyədin heç bir narahatlıq olmayacağını, Təqsirləndirilən şəxs onların yaxın adamları olduğunu bildirmişdir. Daha sonra onlarla İlqar arasında danışıq olmuş və pulun verilməsi üçün İlqar yer təyin etmişdir. 2024-cü ilin iyuniyul aylarında o, Qaryağdı və Məhiyəddin Qaradağ rayonu, Lökbatan dairəsinin yaxınlığında yerləşən "Sofran" restoranına getmişlər. Həmin vaxt qeyd olunan restorana İlqar adlı şəxs də gəlmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs məsələnin həll olunmasını öz öhdəsinə götürərək 6000 manat pulun müqabilində yaxın bir zamanda məsələnin həll olunacağına söz verib onları inandırmışdır. Təqsirləndirilən şəxs öz danışığı ilə onları inandırdığı üçün məsələnin həll olunmasına razılıq vermişlər. Bu səbəbdən Qaryağdı özü ilə gətirdiyi 6000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs onun əvəzinə həmin 6000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt orada o, Qaryağdı, İlqar, Məhiyəddin və onları avtomobil ilə oraya aparan Qaryağdının tanışı X12 olmuşdur. Bundan sonra onlar oradan ayrılmışlar. İlqar yaxın zamanda söz vermiş olduğu vədə əməl edəcəyini bildirsə də, həmin gündən etibarən İlqar müxtəlif bəhanələr gətirərək onları aldadıb vaxt qazanmışdır. Son zamanlar isə Təqsirləndirilən şəxs telefonlara cavab verməmişdir. Təqsirləndirilən şəxs bu yolla onları aldadıb 6000 manat pulu ələ keçirdiyini görüb Zərərçəkmiş şəxs şikayət ərizəsi yazmaq qərarına gəlmişdir. Həmin 6000 manat pul Zərərçəkmiş şəxs məxsus olduğundan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət etmişdir. Təqsirləndirilən şəxs aldadıb Zərərçəkmiş şəxs məxsus olan pulu ələ keçirməsi nəticəsində Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində maddi ziyan dəymişdir. İlqarla bütün danışıqları Qaryağdı aparmış və bütün məlumatları Qaryağdı bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Elman oğlunun ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01). “Axtarışda olan şəxsin tutulması ilə bağlı” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01:00-da Qaradağ RPİ-nin 10-cu PŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir (i.v. 83). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 102-103). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Qaradağ Rayon Prokurorluğuna vəsatət verilmiş, lakin Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Fərid Nağıyev tərəfindən həmin vəsatətin təmin edilməsindən imtina olunması haqqında qərar qəbul edilmişdir (i.v. 117-119). “Şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:20-də həbsdən azad edilmişdir (i.v. 120-121). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-342/2023 nömrəli qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışdığına və vurulmuş ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-сü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Polis İdarəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi istintaq edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan iş üzrə icraata Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs həmin maddələr ilə cinayət məsuliyyətindən azad edilmişdir (i.v. 37-39, 133-137). İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli 1(020)-53/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Şamaxı rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Beyləqan Rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli 1(020)-53/2025 nömrəli hökmü ilə təyin edilmiş 1500 manat cərimə cəzasından azad edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli notariatda təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan ona tam şəkildə ödədiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq (i.v. 113). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı teleqramdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, xəstəlikləri ilə əlaqədar cərrahiyyə əməliyyatlarına məruz qalmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını, xəstəlikləri ilə əlaqədar cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 iyul 2025-ci il tarixdə saat 01:00-dan 15 iyul 2025-ci il tarixə saat 18:20-dək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2vanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 29 (iyirmi doqquz) saata görə 319 (üç yüz on doqquz) manat məbləğində pul vəkil X8, iş materialları ilə tanış olduğu və məhkəmənin iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 36 (otuz altı) saata görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 iyul 2025-ci il tarixdə saat 01:00-dan 15 iyul 2025-ci il tarixə saat 18:20-dək tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2vanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla), cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi, yaxud işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 29 (iyirmi doqquz) saata görə 319 (üç yüz on doqquz) manat məbləğində pul vəkil X8, iş materialları ilə tanış olduğu və məhkəmənin hazırlıq iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 36 (otuz altı) saata görə 396 (üç yüz doxsan altı) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-181/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-181/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver