Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-182/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, evli, оrtа təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum оlunmamış, Bаkı şəhəri Qaradağ rаyоnu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi ev 15, mənzil 9-da qeydiyyatda olan barəsində “həbs” qətmkan tədbiri seçilmiş Əliyev Ceyhun Xəlil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, evli, оrtа təhsilli, “xxxx” ASC-nin Qaradağ rayon şöbəsində elektrik mantyor işləyən, əvvəllər məhkum оlunmamış, Bаkı şəhəri Qaradağ rаyоnu, Səngəçal qəsəbəsi, oktyabrın 70 illiyi küçəsi ev 3, mənzil 16-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətmkan tədbiri seçilmış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Əliyev Ceyhun Xəlil oğlu qаnunsuz оlаrаq nаrkоtik vаsitə qurudulmuş marixuananı əldə еdib sахlаmaqla daşıyaraq satmışdır. Bеlə ki, Təqsirləndirilən şəxs2 оğlu sаtış məqsədi ilə istintаqа məlum оlmаyаn mənbədən əldə еtdiyi ümumi çəkisi 7,054 qram təşkil edən çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın daşıyaraq üzərində saxlayıb 10 yanvar 2021-ci il tаriхdə sааt 17:00 rаdələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi 4 yol adlanan ərazidə iki ədəd gümüşü rəngli kağız bükülüdə ayrı ayrılıqda təmiz çəkiləri 0,217 qram və 0,406 qram çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın hər bükümünü 10 manatdan Şahid2, bir ədəd kibrit qutusuna qаblаşdırılmış 6,220 qrаm çəkidə nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı isə 60 manata Şahid2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 satmış, 11.01.2021-ci il tarixdə təxminən saat 17:40 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdаşlаrı tərəfindən kеçirilmiş əməliyyаt tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında sахlаnılаrаq Qaradağ RPİ-nin 11-ci pоlis bölməsinin inzibаti binаsınа gətirilmiş və оrаdа Təqsirləndirilən şəxs2 üzərinə kеçirilmiş şəxsi axtarış zаmаnı əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sol iç cibində satış məqsədi ilə üzərində daşıdığı 10.01.2021-ci il tarixdə əldə etdiyi 7,054 qram narkotik vasitə olan qrudulmuş marixuananın qalıq hissəsi - 1 ədəd gümüşü kağız bükümdə 0,211 qrаm çəkidə çətənə bitkisindən küstar üsulla hazırlanmış nаrkоtik vаsitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 оğlu qаnunsuz оlаrаq satış məqsədi olmadan, şəхsi istеhlаk miqdаrındаn аrtıq miqdаrdа nаrkоtik vаsitə qurudulmuş marixuananı əldə еdib daşıyaraq sахlаmışdır. Bеlə ki, Təqsirləndirilən şəxs1 оğlu istintаqа məlum оlmаyаn mənbədən əldə еtdiyi sаtış məqsədi оlmаdаn, qаnunsuz оlаrаq şəхsi istеhlаk miqdаrındаn аrtıq miqdаrdа bir ədəd kibrit qutusuna qаblаşdırılmış 6,220 qrаm çəkidə nаrkоtik vаsitə оlаn qurudulmuş marixuananı daşıyaraq üzərində saxlayarkən 10 yanvar 2021-ci il tаriхdə sааt 17:15 rаdələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdаşlаrı tərəfindən kеçirilmiş əməliyyаt tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rаyоnu, Ələt qəsəbəsində olan Karantin postunda sахlаnılаrаq Qaradağ RPİ-nin 11-ci pоlis bölməsinin inzibаti binаsınа gətirilmiş, оrаdа оnun üzərinə kеçirilmiş şəxsi axtarış zаmаnı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusuna qablaşdırılmış 6,220 qrаm çəkidə çətənə bitkisindən küstar üsulla hazırlanmış nаrkоtik vаsitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməyə başlamışdır. Belə ki, o, narkotik vasitə olan qurudulmuş marixuananı müxtəlif yerlərdən tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. Şahid2 ilə onun yaxın münasibətləri olmuşdur. 10.01.2021-ci il tarixdə Cavid ona zəng edərək narkotik vasitə qurudulmuş marixuana olub-olmamasını ondan soruşmuşdur. O, Cavidlə toy mərasimlərində birlikdə iştirak etdiyindən Cavid onun narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini və bir neçə dəfə ona satdığını bilmişdir. Buna görə də o, tanışı və bir neçə dəfə narkotik maddə olan qurudulmuş marixuana aldığı Murada zəng etmişdir. Murad ona bildirmişdir ki, “hal-hazırda otu yoxdur, axşama olacaq”. O, da Cavidə söz verdiyindən 08.01.2021-ci il tarixdə Salyan rayonu Xıdırlı kəndində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyi narkotik maddə olan narkotik vasitə qurudulmuş marixuanadan bir büküm ayıraraq öz istifadəsi üçün əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sol iç cibində saxlamışdır. Qalan bir kibrit qutusu və iki büküm gümüşü rəngli kağız bükülüdə olan hissəsini həmin gün saat 17:00 radələrində Cavidlə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində 4 yol adlanan ərazidə görüşərək bir kibrit qutusunda olan qurudulmuş marixuananı 60 manata, 2 ədəd gümüşü rəngli kağız bükülüdə olan narkotik vasitə qurudulmuş marixuananı isə hər birini 10 manata Cavidə satmışdır. Sonra o, geri yaşadığı məhəlləyə qayıtmışdır. 11.01.2021-ci il tarixdə təxminən saat 17:40 radələrində o, yaşadığı ünvan 3 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər yaxınlaşmışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. O. özünü polis əməkdaşlarına təqdim etmiş və həmin şəxslər ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərini bildirərək Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gəlmişdir. 11-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşuldu, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş və o, əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd bükümdə gümüşü rəngli kağıza bükülmüş qurudulmuş marixuananı könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdır. O, üzərində olan və tanışı Şahid2 satdığı qurudulmuş marixuananı 08.01.2021-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndində tanımadığı uzun boylu, arıq bədən quruluşlu, saçları qara rəngli, sifətində xüsusi əlaməti olmayan şəxsdən 1 kibrit qutusunda olan qurudulmuş marixuananı 50 manata almışdır. Qalan digər bükümlərdə olan qurudulmuş marixuananı isə həmin şəxs ona pay vermişdir. 2 il olar ki, narkotik maddə olan qurudulmuş marixuanadan arada bir istifadə edir. O, bir neçə dəfə Murad adlı şəxsdən qurudulmuş marixuana almışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməyə başlamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı müxtəlif yerlərdən tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün almışdır. 10.01.2021-ci il tarixdə təxminən saat 17:00 radələrində o, yaşadığı evdən çıxdıqdan sonra narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmək istəmiş, buna görə də qardaşı Cavidlə danışaraq görüşmək istədiyini ona bildirmişdir. Qardaşı Cavidlə əvvəlcədən yerini danışdıqları Səngəçal qəsəbəsində 4 yol adlanan ərazidə görüşmüş, həmin vaxt Cavidin yanında qonşusu Ayaz da olmuşdur. O, Cavidə qurudulmuş marixuana çəkmək istədiyini biildirmişdir. Çünki Cavidində qurudulmuş marixuana qəbul etdiyini bilmişdir. Onun bu təklifi ilə Ayaz da razılaşmışdır. Cavid ona bildirmişdir ki, Ələt qəsəbəsində Ceyhun adlı tanışı var və Ceyhun qurudulmuş marixuana satır. Onlar birikdə ona məxsus olan və idarə etdiyi Mersedes markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşınla Cavidin tanışı Ceyhunun yaşadığı Ələt qəsəbəsinə getmişlər. Cavid yolda Ceyhuna zəng edərək narkotik vasitə olan marixuanası olub-olmamasını soruşmuşdur. Ceyhun da narkotik vasitə olan qurudulmuş marixuanası olduğunu demişdir. Bundan sonra onlar Ələt qəsəbəsi, 4 yol adlanan əraziyə gəlmiş və orada bir qədər gözlədikdən sonra Cavidin mobil telefonuna zəng gəlmişdir. Cavid həmin zəng edən şəxslə danışdıqdan sonra ondan bir kibrit qutusu qurudulmuş marixuana üçün 60 manat, Ayazdan isə bir çəkimlik qurudulmuş marixuana üçün 10 manat almış və özü də 10 manat cıbındən çıxararaq pulun üstünə qoyub avtomaşından düşmüşdür. Bir neçə dəqiqədən sonra Cavid qayıdaraq ona 1 kibrit qutusu qurudulmuş marixuana gətirib vermişdir. Onlar həmin ərazidən idarə etdiyi avtomaşınla uzaqlaşaraq Səngəçal qəsəbəsinə gedən zaman, Ələt qəsəbəsində yerləşən karantin postunda mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. O, özünü təqdim etmiş və həmin şəxslər ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərini bildirərək Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə dəvət etmişlər. O, da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə getmişdir. 11-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması təklif edilmiş və o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. O, yalnız narkotik vasitəni şəxsi istifadəsi üçün almış, heç vaxt satışı ilə məşğul olmamışdır. O, 2 il olar ki, narkotik maddə olan qurudulmuş marixuanadan hərdən bir istifadə etmişdir. O, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı 10.01.2021-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 4 yol deyilən ərazidə Ceyhun adlı şəxsdən 1 kibrit qutusunu 60 manata öz istifadəsi üçün almışdır. Əvvəllər aldığı şəxsləri xatırlamır. O, Ceyhun adlı şəxsdən aldığı 1 kibrit qutusunda olan qurudulmuş marixuanadan istifadə etməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasnda şаhid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, o, arada bir narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. Əvvələr qəbul etdiyi qurudulmuş marixuananı Ələt qəsəbəsində onunla birlikdə toy mərasimlərində iştirak edən müğənni kimi tanıdığı Ceyhun adlı şəxsdən almışdır. Ona hər dəfə narkotik vasitə olan qurudulmuş marixuana lazım olduqda Ceyhuna zəng edirmiş və gedib Ceyhunun yaşadığı Ələt qəsəbəsində görüşüb alırmış. O, hər dəfə Ceyhundan şəxsi istifadəsi üçün bir çəkimilik 10 manata qurudulmuş marixuana alırmış. Təqsirləndirilən şəxs1 onun qardaşıdır, Şahid1 isə qonşusudur. Hər ikisi ilə münasibətləri normaldır. 10.01.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, Ayazla birlikdə Sənqəçal qəsəbəsində olan zaman qardaşı Amid ona zəng edərək 4 yol adlanan yerdə gözlədiyini demişdir. O, Ayazla Amidin dediyi yerə getmiş və orada Amidin idarə etdiyi Mersedes markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşınında əyləşmişlər. Amid ona “narkotik vasitə qurudulmuş marixuana satan yeri bilirsənsə gedək alaq” sözlərini demişdir. Ayaz da Amidin dediyi bu təkliflə razilaşmışdır. O, bildirmişdir ki, Ələt qəsəbəsində Ceyhun adlı şəxs vardır, qurudulmuş marixuana satır. O, mobil telefonu vasitəsi ilə Ceyhun adlı şəxslə danışaraq ona 1 kibrit qutusu və 2 büküm narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu demişdir. Ceyhun ona bildirmişdir ki, 1 kibrit qutusunu 60 manata, hər bükümü isə 10 manata satır. O, Ceyhunla razılaşmış və danışmışlar ki, Ələt qəsəbəsində 4 yol deyilən yerdə görüşsünlər. Sonra o, Ayaz və Amidlə birlikdə Amidin idarə etdiyi Mersedes markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşın ilə Ceyhunun dediyi yerə getmişlər. Orada o, Amiddən 60 manat, Ayazdan isə 10 manat almış və avtomaşından düşərək həmin yerə piyada getmişdir. Orada Ceyhunla görüşmüş və 80 manat pulu ona verərək 1 kibrit qutusu və 2 büküm qurudulmuş marixuana götürərək avtomaşına qayıtmışdır. O, Ceyhundan aldığı 1 kibrit qutusunu dolu qurudulmuş marixuananı Amidə vermişdir. Qalan 2 bükümü isə özündə saxlamışdır. Belə ki, Ayaz ona bildirmişdir ki, “onun 1 bükümünü postu keçdikdən sonra Sənqaçal qəsəbəsində çəkək”. Onlar Amidin idarə etdiyi avtomaşınla Ələt qəsəbəsindən Bakı şəhəri istiqamətində Sənqaçal qəsəbəsinə gələn zaman karantin postunda onları polis əməkdaşalrı saxlamış və Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada növbətçi hissədə onun üzərinə baxış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçəsinin sol iç cibindən Ceyhun adlı şəxsdən aldığı 2 büküm narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, o, təxminən bir neçə ay olar ki, narkotik vasitə olan qurudulmuş marixuana qəbul etmişdir. Əvvələr qəbul etdiyi qurudulmuş marixuananı Sahil qəsəbəsində tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs1 və Şahid2 onun qonşularıdır və münasibətləri normaldır. 10.01.2021-ci il tarixdə təxminən saat 17 radələrində o, Cavidlə birlikdə Səngəçal qəsəbəsində olan zaman Cavidin qardaşı Amid Cavidə zəng edərək 4 yol adlanan yerdə gözlədiyini demişdir. O, Cavidlə Amidin dediyi yerə getmiş və orada Amidin idarə etdiyi Mersedes markalı ** GB *** dövlət nömrə nişanlı avtomaşınında əyləşmişlər. Amid Cavidə bildirmişdir ki, “narkotik vasitə qurudulmuş marixuana satan yeri bilirsənsə gedək alaq”. O, da Amidin təklifi ilə razilaşmışdır. Cavid bildirmişdir ki, Ələt qəsəbəsində Ceyhun adlı şəxs vardır, Ceyhun qurudulmuş marixuana satır. Cavid mobil telefonu vasitəsi ilə Ceyhun adlı şəxslə danışmış və bildirmişdir ki, qurudulmuş marixuana var, gedib alaq. Həmin zaman Amid Cavidə 60 manat vermişdir ki, bir kibrit qutusu alsın, o, da 10 manat vermişdir ki, bir çəkimlik onun üçün də qurudulmuş marixuana alsın. Bundan sonra onlar Amidin avtomaşını ilə Ələt qəsəbəsində getmişlər. Orada 4 yol deyilən yerdə Cavid avtomaşından düşmüş və geri qayıtdıqdan sonra 1 kibrit qutusu Amidə vermişdir. Cavid onun qurudulmuş marixuanasını özündə saxlamışdır ki, birlikdə istifadə etsinlər. Onlar Ələt qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkət edərkən karantiin postunda polis əməkdaşları onları saxlamış və özlərini təqdim edərək onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Burada onun üzərinə növbətçi hissədə baxış keçirilmişdir. Lakin onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya, predmet və ya maddə aşkar edilməmişdir. Onunla Cavidin danışığı olmuşdur ki, onlar postu keçib, Amiddən ayrıldıqdan sonra həmin narkotik vasitəni Səngəçal qəsəbəsində həmin gün istifadə etsinlər. O, Cavidə narkotik vasitə satan Ceyhun adlı şəxsi görməmiş və tanımamışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyаt müvəkkili Şahid3 ifаdəsində göstərmişdir ki, 10.01.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də xidmətdə olan zaman əməliyyat malumatı almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayan Amid, Cavid və Ayaz adlı şəxslər narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Səngəçal qəsəbəsinə getmişdir. Həmin ərazidə onlar müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Amid, Cavid və Ayaz Ələt qəsəbəsində yerləşən karantin postundadırlar. Onlar gösətirlən əraziyə getmiş və Amid, Cavid və Ayazın həqiqətən də orada olduğunu görmüşlər. Onlar Amid, Cavid və Ayaza yaxınlaşmış və özlərini təqdim edib polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs1, Şahid2 və Şahid1dur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Kibrit qutusunu açdıqda içində qurudulmuş, spesifik iyli, yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 etiraf etmişdir ki, həmin narkotik vasitə ona məxsusdur, öz istifadəsi üçün 10.01.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, dördyol adlanan ərazidə Ceyhun adlı şəxsdən 60 manata əldə edib saxlamışdır. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulub möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili X6 Şahid3 оğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Şahid8 ifаdəsində göstərmişdir ki, 11.01.2021-ci il tarixdə Qaradağ RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Azər Həsənovun icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan qurudulmuş marixuananı aldığı “Ceyhun” adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən olunaraq istintaqa təqdim olunması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Həmin tapşırıqda göstərilən “Ceyhun” adlı şəxsin şəxsiyyətini və olduğu yeri əməliyyat yolu ilə müəyyən etmişlər. Məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü, ünvan 3, mənzil 9-da yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs2dur. Buna görə də həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı Ələt qəsəbəsinə getmişlər. Ələt qəsəbəsində olan zaman təxminən saat 17:40 radələrində Təqsirləndirilən şəxs2 həmin qəsəbənin K.Məmmədov küçəsi ev 15 ünvanının qarşısında saxlayaraq özlərini təqdim edib Ceyhunu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Həmin siqaretin gümüşü kağızına bükülmüş bükülünü açdıqda içində qurudulmuş, spesifik iyli, yaşıl rəngli ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 etiraf etmişdir ki, həmin narkotik vasitə özünə məxsusdur, öz istifadəsi üçün 08.01.2021-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndindən tanımadığı şəxsdən 1 ədəd kibrit qutusuna yığılmış narkotik vasitə olan qurudulmuş marixuananı 50 manata alarkən həmin şəxs təqdim etdiyi bükülünü pay vermişdir. Bundan sonra həmin maddə tərəflərindən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitələr isə zərfə qoyulub möhürlənmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PŞ-nin əməliyyat müvəkkili Şahid7 Şahid8 оğlu ilə eyni məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 və Şahid6 Allahyar oğlu məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında Şahid4 və Şahid6 Allahyar oğlunun iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid4 və Şahid6 Allahyar oğlunun məhkəmə iclasında dindirilmiş digər şahidlər X6 və Şahid3 ifadələrinə oxşar olan ibtidai istintaq dövründə verdiyi ifadələri elan edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid6 Allahyar oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid6 Allahyar oğlunun məhkəmə iclasında dindirilmiş Şahid7 və Şahid8 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 14-15) 10 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında və DVD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərimdə yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması təklif edilmiş və o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı könüllü surətdə polis əməkdaşlarına təqdim etmişdir. (İ cild, i.v. 29-31; cild 2, i.v. 26) Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürülmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tаriхli, 7/42 sаylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqаtа təqdim еdilmiş üzərində “vət. Şahid2 aşkar olunmuş.....” sözləri yazılmış kağız paketdə 02(bir) ədəd gümüş rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 217 qram və 0,406 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,623 qramdır. Tədqiqаtа təqdim еdilmiş üzərində “vət. Şahid2 aşkar olunmuş.....” sözləri yazılmış kağız paketdə 02(bir) ədəd gümüş rəngli kağız bükülüdə və üzərində “vət. Təqsirləndirilən şəxs1.....” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər.(İ cild, i.v. 49-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tаriхli, 7/42 sаylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqаtа təqdim еdilmiş üzərində “vət. Təqsirləndirilən şəxs1...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd kiibrit qutusunda tütün hissəcikləri və təmiz çəkisi-6.220 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(İ cild, i.v. 54-56) 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Əliyev X5 RPİ-nin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(İ cild, i.v 86- 87) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 101-102) 11 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında və DVD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş və o, əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd bükümdə gümüşü rəngli kağıza bükülmüş qurudulmuş marixuananı könüllü surətdə polis əməkdaşlarına təqdim etmiş, həmin marixuananı 08.01.2021-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndində tanımadığı şəxsdən 1 kibrit qutusunda olan qurudulmuş marixuananı 50 manata aldığına görə həmin şəxs tərəfindən pay alıb üzərində gəzdirdiyini bildirmişdir. (İ cild, i.v. 110-111, cild 2, i.v 25) Təqsirləndirilən şəxs2 üzərində axtarış və götürülmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskdə olan görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 12 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Mərdli oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Qaradağ RPİnin istintaq şöbəsinin müstəntiqi Azər Həsənovun 12 yanvar 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs1 Mərdli oğlu həbsdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilməsi və Təqsirləndirilən şəxs1 Mərdli oğlu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiəsi qərara alınmışdır. (i.v. 79-80) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2021-ci il tаriхli, 7/50 sаylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqаtа təqdim еdilmiş üzərində “vət. Təqsirləndirilən şəxs2.....” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd gümüş rəngli kağız bükümdə təmiz çəkisi 0, 211 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild, i.v. 117-119) 13 yanvar 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid2 üzərindən öz üzərindən aşkar olunmuş 2 ədəd büküm narkotik vasitə olan qurudulmuş marixuananın hər bükümünü 10 manata, qardaşı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı 60 manata ondan aldığını üzünə qarşı bildirmişdir.(İ cild, i.v. 127-129) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli, 4(002)- 10/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 11 yanvar 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 1-3) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (İİ cild, i.v. 28) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 31.03.2008-ci il tarixli Tərtər Hərbi Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.09.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İİ cild, i.v. 29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tаriхli, 7/88 sаylı rəyindən görünür ki , tədqiqаtа təqdim еdilmiş üzərində “vət. Şahid2 aşkar olunmuş.....” sözləri yazılmış kağız paketdə 02(bir) ədəd gümüş rəngli kağız bükülüdə və üzərində “vət. Təqsirləndirilən şəxs1.....” yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda və üzərində “vət. Təqsirləndirilən şəxs2.....” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd gümüş rəngli kağız bükümdə olan marixuanalar tərkibinə görə eynidirlər.(İİ cild, i.v. 31-33) Məhkəmə-nаrkаlоji еkspеrtizаsının 25.01.2021-ci il tаriхli, 197 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 оğlundа çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (nаrkоmаniyа хəstəliyi) аşkаr оlunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, nаrkоmаniyаdаn məcburi müаlicəyə еhtiyаcı yoxdur. Ərаzi nаrkоlоji dispаnsеrində qеydiyyаtа аlınmаsı məsləhət görülür.(İİ cild, i.v. 34-35) Məhkəmə-nаrkаlоji еkspеrtizаsının 27.01.2021-ci il tаriхli, 237 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 оğlundа çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən nаrkоmаniyа хəstəliyi аşkаr оlunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, nаrkоmаniyаdаn məcburi müаlicəyə еhtiyаcı yoxdur. Ərаzi nаrkоlоji dispаnsеrində qеydiyyаtа аlınmаsı məsləhət görülür.(İİ cild, i.v. 36- 37) Doğum haqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 27.04.2018-ci il təvəllüdlü Ayan və 23.01.2021-ci il təvəllüdlü Abdullah adlı 2 azyaşlı övladı vardır.(İİ cild, i.v. 109-110) 132 saylı MKİS tərəfindən verilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 07.08.2010-cu il təvəllüdlü Nəzrin və 19.02.2012-ci il təvəllüdlü Yusif adlı 2 yetkinlik yaşına çatmayan övladı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur(İİ cild, i.v. 111-113, 121-122) Sübutların qiymətləndirilməsi haqqında 12 mart 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 234.4.1 və 234.4.2-ci maddələrindən həmin məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş, iş üzrə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Şahid2 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində toplanmış material inzibati məsuliyyət tədbirləri görülməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nə göndərilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində toplanmış material inzibati məsuliyyət tədbirləri görülməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nə göndərilmişdir.İş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 6,220 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və hazırki 6,11 qram olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanmış, Şahid2 üzərindən əldə edilərək götürülmüş ümumi çəkisi 0,623 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və hazırkı 0,503 qram olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş çəkisi 0,211 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və hazırkı 0,171 qram olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılmışdır. İşdə olan şahidlərin ifadələri, üzləşdirmə istintaq hərəkətinin protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk sübut növü kimi tanınaraq cinayət işinə əlavə olunmuş, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk sübut növü kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər əldə edərək istifadə etdiyi narkotik vasitələrə görə həmin narkotik vasitələr əldə olunmadığından barəsində həmin hissədə cinayət təqibi rədd edilmiş, Şahid1 barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (İİ cild, i.v. 126-139) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Kommunal Təsərrüfatı Birliyi 32 saylı MKİS tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs2 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İllə əlaqədar hərbi hissədə keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, axtarış və götürmə aparılması haqqında protokollar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin etirafedici ifadələrinin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli CMnin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın fərdiləşməsi pirinsipini, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini səmimi olaraq etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş Fəxri Fərmanla təltif olunmasını (CM- 59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını (CM-nin 59.1.4), əməlini səmimi olaraq etiraf etməsini (CM- 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanın fərdiləşdirilməsi prinsipini, onların şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiritəsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və onlara azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın fərdiləşməsi pirinsipi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 yanvar 2021-ci il tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanın fərdiləşməsi pirinsipi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 10 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2(iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmədən saxlanılmalı, həbs etmənin əvvəli 20.05.2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut – Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 6,220 qrаm, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,11 qrаm оlаn nаrkоtik vаsitə qurudulmuş marixuana, Şahid2 Mərdali oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0,623 qrаm, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,503 qrаm оlаn nаrkоtik vаsitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0, 211 qrаm, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,171 qrаm оlаn nаrkоtik vаsitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 10 yanvar 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk, 11 yanvar 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 325,46 (üç yüz iyirmi beş manat qırx altı qəpik) mаnаt təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 75 (yetmiş beş) saat vaxt, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 75 (yetmiş beş) saat vaxt, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 450 (dörd yüz əlli) manat məbləğində pul X1, 450 (dörd yüz əlli) manat məbləğində pul X2, 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi1, 120 (bir yüz iyirmi) manat məbləğində pul Müdafiəçi2 Alahşükür oğluna ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 yanvar 2021-ci il tarixdən 12 yanvar 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 may 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut – Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 6,220 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,11 qram olan narkotik vasitə qurudulmuş marixuana, Şahid2 Mərdali oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0, 623 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,503 qram olan narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0, 211 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,171 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 325,46 (üç yüz iyirmi beş manat qırx altı qəpik) mаnаt təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul, Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkillər X1, Müdafiəçi2, Müdafiəçi1 və X2 ödənilməsi Bakı şəhəri 10 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-182/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-182/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver