Məhkəmə qərarları › İş №1(002)-182/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-182/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-182/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, “SOCAR Neft-Qaz Tikinti” trestində quraşdırıcı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qardaşı Şahid2 və atası Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs həbs edilmiş oğlu X5 həbsdən azad etdirmək adı ilə yalandan vəd verib aldatmaqla iki dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə 2021-ci ilin iyun ayının ilk on günlüyündə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 223 saylı orta məktəbin yanında Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid6 Təqsirləndirilən şəxs qardaşı Şahid2 10000 manat pul almış, sonuncu dəfə yenə də 2021-ci ilin iyun ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs xahişi ilə qohumu Şahid5 10000 manat pul alaraq yaxın günlərdə Rəşad Məmmədlinin həbsdən buraxdıracağını deyərək vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 20000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailələrində yeganə qazanc gəirən şəxs olmaqla “SOCAR Neft-Qaz Tikinti” trestində quraşdırıcı vəzifəsində işləyir. İş qrafikinə əsasən ayın 15 günü dənizdə 15 günü isə evdə olur. X5 o, uşaqlıqdan tanıyırmış və münasibətləri çox yaxşı olmuşdur. Şahid3 isə onun doğma atasıdır. 2021-ci ilin may ayının son günlərində Rəşad həbs edilmiş və həmin vaxt o, dənizdə olmuşdur. Abdullanın oğlu Xalid həmin ərəfədə onu axtarırmış, o isə dənizdə işdə olmuşdur. O, işdən gələndən sonra 2021-ci ilin iyun ayının əvvəlində Xalid ona demişdir ki «düş həyətə söhbət edək» o da həyətə düşmüş və Xalidlə söhbət etmişdir. Xalid ona demişdir ki «sənin atan Yaşar Rəşadı türmədən qurtarmaq üçün pul alıb sən soruş gör Rəşadın işi nə yerdədi». O da Xalidə söz vermişdir ki, atasından soruşacaq. O atasından soruşmuşdur ki, «sən Rəşadın işini qurtarmaq üçün nə qədər pul almısan və iş nə yerdədi». Atası ona demişdirki «sənlik deyil sən öz işinlə məşğul ol», atası ona demişdir ki, o işi Abdulla ilə danışmışdır. Lakin o inanırmış ki, atası Rəşadın işinə görə pul almışdır, lakin o işlə bağlı heç bir əhəmiyyət vermirmiş. Sonradan o görmüşdür ki, atası həqiqətən Abdullagildən Rəşadın həbsdən qurtarmaq adı ilə pul almışdır, son zamanlar isə o bilmişdir ki, atası o işi görmək adı ilə 20000 manat pul almışdır. Bu günə qədər isə atası onların pulunu qaytara bilmirmiş. Dəfələrlə atasından soruşmuşdur ki, «Rəşadı türmədən qurtarmaq adı ilə aldığı pulu neynəmisən» atası isə hər dəfəsində ona deyibmiş ki, borcları olmuş ehtiyyacları varmış xərcləmişdir. O özü çalışırmış ki, Abdullagilin pulunu qaytarsın. Atası Yaşar heç bir yerdə işləmirmiş və ona görə də hazırda onun pulunu qaytarmaq imkanı yoxdur, lakin o çalışır ki, pulu qaytarsın. O, öz ifadəsində son olaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X7 onun oğludur. 2021-ci ilin may ayının sonuncu on günlüyündə Rəşadın polis tərəfindən saxlanıldığını eşitmiş, lakin nə səbəbə tutulduğunu o bilməmişdir. Bütün qohumlara Rəşadın tutulmasını və nə səbəbə tutulmasını öyrənmələrini xahiş etmişdir, lakin heç kim onun nə səbəbə tutulduğunu bilməmişdir. Həmin ərəfədə artıq o oğlunu türmədən qurtarmaq üçün müxtəlif yollar axtarmağa başlamışdır. Həmin vaxt, yəni 2021-ci ilin iyun ayının əvvəllərində qaynı oğlu Xalid ona demişdir ki “Qardaşxan adında bir nəfər var və o qardaşı Azərlə birlikdə Rəşadı türmədən qurtaracaqlarına söz veriblər”, o da oğlunun türmədən qurtarılması üçün nə lazım olsa etməyə hazır imiş. Elə ona görə də Xalidə demişdir ki, o adamlarla görüşsün. Sonra Qardaşxanla qaynı oğlu Xalid onun yanına gəlmişlər və ona Qardaşxan söz vermişdir ki “sənin oğlun Rəşadı türmədən çıxardacam narahat olma” və bunun müqabilində ondan 20000 manat pul istəmişdir, o həmin Qardaşxana demişdir ki, hamısını birdən verə bilməyəcəkmiş tapıb düzəldib hissə-hissə verə biləcəkmiş. Qardaşxan onunla razılaşmışdır. Daha sonra o borca xərcə pul axtarmağa başlamışdır və 10000 manat pul tapıb düzəltmiş və Qardaşxanın ona verdiyi qardaşı Azərin telefon nömrəsini öz qohumu elə borc aldığı Seymura 10000 manat pulu vermişdirki Qardaşxanın qardaşı Azərə aparıb çatdırsın. Seymurda ondan pulu götürüb aparıb Azərə çatdırmışdır, bir neçə gün sonra Qardaşxan zəng edib demişdirki “pulun qalan hissəsinidə çatdırmaq lazımdır”, o yenədə borca xərcə girib 10000 manat pul düzəldib qudası Faiq və digər qohumu Cəmildən xahiş etmişdir ki, gəlib pulu götürüb aparıb Azərə çatdırsınlar. Bu dəfə də Faiqdən bir az borc pul almışdır. Faiq və Cəmildə 10000 manat pulu aparıb Qardaşxanın qardaşı Azərə çatdırıblarmış. Bundan sonra Qardaşxan və Azər verdikləri vədə əməl etməmişlər söz verdikləri kimi oğlu Rəşadı türmədən çıxartmamışlar və hər gün müxtəlif bəhanələr gətirməyə başlamışlar. Qardaşxan və Azər hər gün onlara bir yalan uydurmuşlar, daha sonra onlara ataları Yaşar da qoşulmuş və o da başlamışdır onları aldatmağa ki “narahat olmayın sizin işinizi həll edəciyik”. Azər, Qardaşxan və Yaşar onun 20000 manat pulunu dələduzluqla ələ keçirmişlər, onları inandırmışlar ki, “narahat olmayın bizim adamlarımız var və Rəşadı buraxdıracayıq”, lakin hamısı yalan çıxmışdır. Qardaşxana dəfələrlə deyirmiş ki “pulu borc xərc edib vermişəm sənə, əgər alınmırsa pulumu qaytar”, sonradan məlum olmuşdur ki, onlar onun pulunu yeyiblərmiş. O, öz ifadəsində daha sonra göstərmişdir ki, ona vurulmuş ziyandan qismən ödənişlər edilsə də xeyli hissəsi ödənilməmiş qalmışdır. Lakin təqsirləndirilən şəxsə ağır cəza verilməməsi üçün onunla barışmış və ona qarşı şikayəti yoxdur. Belə ki, təqsirləndirilən şəxs və onun yaxın qohumları ona vurulmuş ziyanın qalan hissəsini də qısa müddətdə ödəyəcəklərinə söz vermişlər. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Abdullagili o təxminən 20 il olar ki, bir qəsəbə sakini kimi tanıyırmış. X1 qardaşı oğludur. 2021-ci ilin may ayının sonuncu on günlüyündə Abdullanın oğlu Xalid ona zəng edib demişdir ki «Rəşad tutulub və sən ona köməklik edə bilərsən», o isə ona demişdir ki, «atan Abdulla mənə zəng etsin». Bir qədər sonra Abdulla ona zəng edib demişdir ki, «Rəşad tutulub ona köməklik edə bilərsən» o isə ona demişdirki «bəli köməklik edə bilərəm mənə 1-2 vaxt ver öyrənib deyərəm». Təxminən 1-2 gün sonra yəni 2021-ci ilin iyun ayının əvvəllərində o Abdullaya zəng edib demişdir ki «20000 manat ver mən danışmışam», amma o heç kimlə danışmamışdır. O Abdullanı aldatmaq üçün ona demişdir ki, güya kimləsə danışmışdır. Abdulla ona demişdir ki «pulun hamısını verə bilmərəm hissə-hissə verə bilərəm». Həmin vaxt onun özü evdə olmadığı üçün oğlu Azərə tapşırmışdır ki, «get Abdulladan sənə pul verəcək götür gətir evdə gizlət mən gəlib götürəcəyəm». Oğlu Azərdə onun tapşırığı ilə gedib Abdulladan pulu götürüb evə gətirmişdir. Bir neçə gün sonra yenədə qalan 10000 manat pulu o, oğlu Azərə tapşırmışdır ki, gedib Abdulladan pulu götürüb ona gətirsin. O, Abdulladan 20000 manat pul aldıqdan sonra ona yalandan vəd verirmiş ki, «çalışıram Rəşadı türmədən çıxardım», lakin o həmin 20000 manat pulu öz ehtiyyaclarına xərcləmişdir, borclu olduğu şəxslər varmış onların pullarını qaytarmışdır, Abdulla isə elə bilirmiş ki, o Rəşadı türmədən qurtarmaq üçün çalışırmış. Abdulla hər dəfəsində bu işi soruşanda o məcbur qalıb aldadırmış ki, «narahat olma mən Rəşadı çıxardacam». Bu məsələ uzandığı üçün artıq Abdulla başlamışdır ondan pullarını geri tələb etməyə o çalışırmış ki, onu inandırsın ki, «narahat olma düzəldəcəm», lakin o artıq inanmırmış ona və təkidlə 20000 manat pulu qaytarmağını tələb edirmiş. Qeyd edirmiş ki, hazırda o çalışırmış ki, Abdulladan qardaşı oğlu Rəşadı türmədən qurtarmaq adı ilə aldadıb aldığı pulları qaytarsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X7 onun qardaşı oğludur. 2021-ci ilin may ayının sonuncu on günlüyündə Rəşad polis tərəfindən saxlanılmış və həbs edilmişdir, lakin nə onun nədəki Rəşadın valideyinlərinin Rəşadın hansı səbəbdən tutulması barədə heç bir məlumatı olmamışdır, daha dəqiq desək Rəşadın hansı səbəbə tutulmasını bilməmişlər və onun tutan Qaradağ RPİ-nin 11-ci PB-nə getsələr də onlara bu barədə heç kim heç bir məlumat verməmişdir. Rəşadın valideynləri, yəni onun qardaşı Qəhrəman və onun həyat yoldaşı şikəst imişlər ona görə də o, çalışırmış ki, Rəşadın tutulma səbəblərini öyrənsin. 2021-ci ilin iyun əvvəlində Şahid3 adlı şəxsin oğlu Qardaşxan onun oğlu Xalidlə danışıb və ona bu işdə kömək edəcəyini deyib. Daha sonra oğlu Xalid Qardaşxana deyibmiş ki «gedək Rəşadın atası Qəhramanla söhbət edək» və onlar birlikdə qardaşı Qəhramanın yanına gediblərmiş və orada Qardaşxan deyibmiş ki «20000 manat pul verin mən bu məsələni həll edəcəyəm». Qardaşxan deyibmiş ki «ilk öncə 10000 manat pul verin qalanını isə 3-4 günə verərsiniz». 2021-ci ilin iyun ayının əvvəlində Qardaşxan onun qardaşı Qəhrəmanın həyat yoldaşı Rəsmiyyəyə deyibmiş ki 10000 manat pulu qardaşı Azər gələcəkmiş ona verin. Qardaşının həyat yoldaşı Rəsmiyə borca xərcə girərək 10000 manat pulu düzəldib bacısı oğlu Seymura zəng edibmiş ki, bu pulu Rəşadın işi üçün Azər adlı şəxsə çatdırmaq lazımdır. Daha sonra isə Azərin telefon nömrəsini ona veribmiş. Seymur isə gedib Rəsmiyədən 10000 manat pulu götürüb Qobustan qəsəbəsində Azərlə görüşüb və 10000 manat pulu Rəşadı həbsdən qurtarmaq üçün Azərə veribmiş, Seymur isə Azəri əvvəlcədən tanımırmış.Təxminən 3 gün keçəndən sonra Qardaşxan yenədə qardaşı Qəhrəmanın həyat yoldaşına zəng edibmişki «qalan 10000 manat puluda çatdırmaq lazımdır». Yenədə Qardaşxan tapşırıbmışdır ki, pulu Azərə verin. Həmin 10000 manat pulu da qohum qardaşdan borca xərcə yığıb və Rəşadın qaynatası Faiqə veribmişki, bu pulu Azərə çatdırmaq lazımdır. Faiqdə digər qohumları Cəmillə birlikdə yenədə Qobustan qəsəbəsində əvvəllər tanımadıqları Azər adlı şəxslə görüşübmüş yerdə qalan 10000 manat pulu da ona çatdırıblarmış. Daha sonra Rəsmiyə ona zəng edib və deyirmiş ki borca pul götürüb Yaşar adlı şəxsin oğlu Qardaşxanın tapşırığı ilə digər oğlu Azərə 20000 manat pul vermişlər, indi isə borc sahibləri onlardan pullarını tələb edirlərmiş. O isə qardaşı Qəhrəmanın yaşadığı evə gəlmiş və pulu nə üçün verdiklərini soruşmuş, onlar isə demişlər ki, «Rəşadın işinə görə» belə ki, Qardaşxan və Azər Rəşadı həbsdən qurtaracağına söz vermişlər. Daha sonra o, Qardaşxanı çağırıb onunla bu barədə söhbət etmiş və ona demişdir ki «sən nəyə görə pul almısan və o pulu kimə vermisən», Qardaşxan isə demişdir ki «mən Rəşadın işinə kömək etmək üçün 20000 manat pulu almışdım» və kimə verdiyini deməmişdir. O, Qardaşxandan təkidlə pulu tələb edən zaman Qardaşxan etiraf etmişdir ki, o bu pulu alıb atası Yaşara vermişdir. çünki atası Yaşar Rəşadı türmədən çıxartmalı imiş. O isə bundan sonra Yaşarın telefon nömrəsini Qardaşxandan alıb ona zəng edib pulu tələb etmiş, ilk öncə Yaşar pul aldığını etiraf etmirmiş, daha sonra oğlu Qardaşxan ona demişdir ki «ata pulu mən almışam və sənə vermişəm», bundan sonra Yaşar demişdir ki «heçnə olmaz mənim oğlumdu və mən bu pulu qaytaracam» və ondan 2-3 gün vaxt istəmişdir. Lakin 2-3 gün keçdikdən sonra Yaşar oğlu Qardaşxanla birlikdə yenə də müxtəlif bəhanələr gətirərək aldıqları pulu qısa müddət ərzində qaytaracağını bildirmişlər. Lakin bu günə kimi onlar etibardan sui-istifadə edib aldatmaqla aldığı 20000 manat pulun əksər hissəsini geri qaytarmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X7 onun əmisi oğludur. 2021-ci ilin may ayının sonuncu on günlüyündə Rəşad polis təfindən saxlanılaraq həbs edilmişdir, lakin Rəşadın tutulma səbəbini heç kim bilmirmiş. Qeyd etmişdir ki, Rəşadın vaideynləri belə onun nə üstündə tutulmasını bilmirmişlər. Həmin ərəfədə uzun müddətdir ki, bir qəsəbə adamı kimi tanıdığı Qardaşxan ona yaxınlaşaraq Rəşadın tutulması barədə maraqlandı ondan, lakin o da nə səbəbə tutulmasını deməmişdir. Daha sonra Qardaşxan demişdir ki, onların yuxarı dairələrdə tanıdıqları vəzifəli adamlar və onlar bu işdə Rəşada köməklik edə bilərlər. Onu da qeyd etmişdir ki, Qardaşxan həmin vəzifəli şəxslərin heç birinin adını çəkməmiş, amma vəd vermişdir ki, Rəşadı türmədən çıxarda bilər. Qardaşxan bu işin müqabilində 20000 manat pul istəmiş, o da bu barədə Rəşadın anası onunda əmisi arvadı Rəsmiyəyə demişdir. Rəsmiyə isə sevinmiş və başladı pul axtarmağa, Qardaşxanı o da aparmış və Rəsmiyə ilə görüşmüşlər, Qardaşxan onu tam inandırmışdır ki, əgər onlar 20000 manat pul versələr oğlu Rəşadı o türmədən qurtaracaqdır. Qardaşxan elə inandırıcı danışırmış ki, hətta onun özü də ona inanmışdır ki, o Rəşadı buraxdıracaq. Daha sonra o, işilə əlaqədər rayona getmiş və sonradan eşitmişdir ki, Rəsmiyə iki dəfəyə ümumilikdə 20000 manat pulu qohumları vasitəsi ilə Qardaşxanın qardaşı Azərə vermişdir. Lakin Qardaşxanın vəd verdiyi tarix gəlmiş, amma o heç bir iş görməmişdir. Sonradan məlum olmuşdur ki, Qardaşxan qardaşı Azərlə birlikdə onları aldadıb əmisigilin 20000 manat pulunu alıb yeyiblər. Bu günə qədər isə onlar aldıqları pulun əksər hissəsini qaytarmayıblar. Dəfələrlə o və atası onlardan pulları tələb etsələrdə nəticə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X7 onun yaxın qohumudur. Onların münasibətləri bir qohum kimi yaxşıdır. 2021-ci ilin may ayının sonuncu on günlüyündə qohumlarından eşitmişdir ki, Rəşad polis tərəfindən saxlanılıb, lakin nə üçün tutulduğunu o bilmirmiş, heç Rəşadın valideyinlərinində heç bir xəbəri yox imiş. 2021-ci ilin iyun ayının əvvəllərində Rəşadın anası Rəsmiyə ona zəng edib ondan 5000 manat pul borca istəmiş, o da ondan nəyə görə istədiyini soruşmuş, Rəsmiyə ona demişdir ki, Rəşadın işinə görə bir nəfər söz veribki türmədən qurtaracaq və pulu çatdırmaq lazımdır. O da özündə olan 5000 manat pulu götürüb Rəsmiyəgilə getmiş və Rəsmiyə ona demişdir ki, Azər və Qardaşxan adlı qardaşlar söz veriblərki Rəşadı türmədən qurtaracaqlar ona görə də pul istəyiblər. O da demişdir ki etibarlı adamlardır. Rəsmiyə demişdir ki hə söz veriblər həll edəcəklər, daha sonra Rəsmiyə ona 5000 manat pul vermiş və o da özündə olan 5000 manat pulu qoymuş üstünə, Rəsmiyə demişdir ki 10000 manat pul verilməlidir. Rəsmiyə ona Azər adlı şəxsin telefon nömrəsini vermiş və demişdir ki danış görüş və pulu ona çatdır. O da Azərə zəng etmiş və onunla Qobustan qəsəbəsində Mustafanın dükanı deyilən yerdə görüşmüş və onda olan 10000 manat pulu vermişdir həmin Azər adlı şəxsə. O pulu Azərə verən zaman ondan soruşmuşdur ki, Rəşadı nə vaxt türmədən buraxacaqlar, Azər isə ona demişdir ki narahat olma qardaşı Qardaşxan danışıb qısa müddət ərzində həll edəcəklər. Həmin vaxt o, pulu sayıb Azərə vermiş və o da pulu götürüb çıxıb getmişdir, qeyd etmişdir ki, həmin vaxt Azərdən ondan başqa orada heç kim yox imiş. Sonradan o eşitmişdir ki, Rəsmiyəgil əlavə olaraq 1000 manatda pul veriblər həmin Azərə, lakin Azər və qardaşı Qardaşxan onları aldadaraq heç bir iş görməmişdir, aldıqları 20000 manat pulu isə mənimsəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X7 onun əmisinin nəvəsidi və münasibətlərləri bir qohum kimi yaxşıdır. 2021-ci ilin may ayının sonuncu on günlüyündə qohumlarından eşitmişdir ki, Rəşad polis tərəfindən saxlanılıb, lakin nə üçün tutulduğunu o bilmirmiş, heç Rəşadın valideyinlərinində heç bir xəbəri yox imiş. 2021-ci ilin iyun ayının əvvəllərində Rəşadın anası Rəsmiyə ona zəng edib ondan xahiş etmişdir ki, bir nəfər var Rəşadın işinə görə pul verməlidir, o da qohum olduğu üçün getmişdir Rəsmiyəgilə və Rəsmiyə ona demişdir ki, borca xərcə 10000 manat pul düzəldib və bunu apar ver Azər adlı şəxsə. Rəsmiyə ona həmin Azər adlı şəxsin telefon nömrəsini vermiş və demişdir ki Azər söz verib ki, Rəşadı türmədən qurtaracaq. Bundan sonra o, həmin Azərlə danışmış və Qobustan qəsəbəsində 223 nömrəli məktəbin qarşısında görüşmüş və Rəsmiyənin ona Rəşadı türmədən qurtarmaq üçün verdiyi 10000 manat pulu vermişdir həmin Azərə, həmin vaxt onun yanında başqa bir qohumu Faiqdə olmuşdur. Qeyd etmişdir ki, o, Azər adlı şəxsə 10000 manat pul verəndə bilirmişdir ki, əvvəldə 10000 manat pul verilib. Qeyd etmişdir ki, sonradan o, eşitmişdir ki, həmin Azər adlı şəxs Rəşadı həbsdən qurtarmaq adı ilə aldığı 20000 manat pulu dələduzluqla ələ keçirib və heç bir iş görməyiblər. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 18 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 20 noyabr 2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra 23 fevral 2022-ci il tarixdə cinayət işinin icraatı dayandırılaraq təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, bundan sonra o, 15 mart 2022-ci il tarixdə tutulmuş və 16 mart 2022-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edildiyindən, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 47 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş yaşayış yerini hər gün gecə saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək vəzifəsi, onun iş növbəsində işdə olduğu vaxtlara aid edilməsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 282 (iki yüz səksən iki) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar