Məhkəmə qərarları › İş №1(002)-182/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-182/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-182/2025 23.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, X4 veteranı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən “Sürücülər” kafesinin içərisində spirtli içki qəbul etdikdən sonra qardaşı X3 ilə qohumu Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə ilə əlaqədar çölə çıxdıqdan sonra, hüquq və mənafelərinə toxunmadığı halda heç bir əsaslı səbəb olmadan həmin mübahisəyə müdaxilə edərək yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına aşkar surətdə əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs müvazinətini itirərək yerə yıxılmasından istifadə edib sağ ayağı ilə təpiklə sonuncunun sifətindən bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs sol qaşüstü nahiyəsinin cərrahi müdaxiləyə ehtiyacı olan əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi heç bir yerdə işləməməklə ailəsini dolandırmaq üçün günəmuzd fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxslə heç bir düşmənçilik və ədavəti olmamışdır, qohumluq münasibətləri vardır. Onların münasibəti yaxşı olmuşdur, 17 oktyabr 2024-cü il tarixdə axşam saatlarında qardaşı Şahid1 dostu Zərərçəkmiş şəxsla kafedə oturub yeyib-içən zaman həmin stolda əyləşmiş İlhamla Fuad zarafat etməyə başlamışlar və həmin zarafat münaqişəyə çevrilmişdir. İlhamla Fuad çölə çıxmış və çöldə münaqişələrinə davam etmişlər. O, çöldəki münaqişəni görüb onları ayırmaq məqsədilə çölə çıxmış, Fuadı yüngül itələmişdir. Fuad da ayağı büdrəyərək yıxılmış və o, Fuada təpiklə yüngül zərbə vurmuşdur. Fuad da yerə yıxılmağı nəticəsində yüngül xəsarət almışdır. Həmin vaxt oraya təxminən on-on beş nəfər adam yığılmışdır. O son olaraq törətdiyi əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə veteranı olmasını, törətdiyi əməldə özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması kimi halların nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, gündəlik işlərə gedərək ailəsinin dolanışığını təmin etdiyini, Zərərçəkmiş şəxs onun qohumu olduğunu, aralarında heç bir düşmənçilik və ya ədavət olmadığını, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qardaşı İlhamla evdə yemək yeyərək ikisinə yarım litr araq içdiklərini və sonra isə pivə içmək üçün yaxınlıqda, yəni Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən “Sürücülər” kafesi kimi tanınan məkana gədərək pivə içdiklərini, bu zaman qohumları olan Zərərçəkmiş şəxs də orda olduğu üçün üçünün birlikdə əyləşdiyini, saat 22 radələrində Fuadın anidən qardaşı İlhamla zarafat etməyə başladığını, Fuad bir qədər şit, yəni kobud zarafat etməyə başladığı üçün İlhamın Fuada əsəbləşdiyini və çölə dəvət etdiyini, bundan sonra İlhamla Fuadın arasında sözlə mübahisə yarandığını, daha sonra kafedən çıxaraq mübahisəyə davam etdiklərini, o, Fuad və İlhamı sakitləşdirmək üçün arxaları ilə çıxdığını, Fuadı sakitləşdirmək istəyən zaman Fuad ondan kiçik olduğu üçün sonuncunun üstünə qışqırdığını və bir qədər kobud danışdığını, bundan sonra Fuad ondan nə üçün sonuncunun üstünə qışqırdığını və bir qədər kobud danışdığını, bundan sonra Fuad ondan nə üçün belə danışdığını soruşan zaman o, yaxşı elədiyini bildirdiyini, o, Fuadın üzərinə gedən zaman qardaşı İlhamın onları aralamaq istədiyini, bu zaman Fuadın arxaarxaya gedərkən büdrəyərək yıxıldığını, o, əsəbləşərək sağ ayağı ilə Fuadın üz nahiyəsinə bir dəfə təpiklə vurduğunu, bundan sonra İlhamın onu dərhal oradan uzaqlaşdırdığını, sonra polis əməkdaşları tərəfindən 10-cu PŞ-yə aparıldıqlarını, orada izahatlarının alındığını, sonra tibbi müayinəyə aparıldıqlarını və sərxoş olduqlarının müəyyən edildiyini, Fuadı yalnız o, cəmi 1 dəfə təpiklə vurduğunu, mübahisənin 5-10 dəqiqə davam etdiyini, kafedəki 5-6 nəfər şəxsin arxaları ilə çölə çıxdığını, lakin həmin şəxslərin kim olduğunu bilmədiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə düşmənçilik və ədavəti olmamışdır, qohumluq əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs qardaşı İlhamla yeyib-içən zaman onların zarafatları münaqişəyə çevrilmişdir. İlqar da onlarla bir stolda əyləşmişdir. İlhamla çölə çıxıb mübahisə edən zaman Müzəfarov İlqar da onları ayırmaq məqsədilə çölə çıxmış, onu itələmişdir. O yerə yıxılmış, İlqar da onu təpiklə vurmuşdur və o huşunu itirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs 30 sentyabr 2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirərək məhkəmədən bu halların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmədiyini, ailəsini dolandırmaq məqsədi ilə fəhlə kimi günəmuzd işlərdə çalışdığını, İlham və İlqar qardaşlarını tanıdığını, sonuncuların onun qohumu olduqlarını, əvvəllər münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir mübahisə olmadığını, 17 oktyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən “Sürücülər” kafesi kimi tanınan məkanın içərisində yeyib-içib bir qədər sərxoş olduqdan sonra o, İlhamla zarafat etdiyini, İlhamın onun zarafatlarını qəbul etmədiyi üçün onu söydüyünü və bundan sonra o da İlhama eyni qaydada cavab verdiyini, daha sonra İlhamın onu çölə çağırdığını, çöldə olan zaman arxaları ilə İlqarın da gəldiyini, İlqar onları sakitləşdirən zaman onunla kobud danışmağa başladığını, o İlqardan nə üçün kobud danışırsan deyə soruşduqda sonuncunun ona yaxşı edirəm deyə cavab verdiyini, İlhamın kənarda qaldığını və İlqarla onun mübahisə etməyə başladığını, İlham İlqarla onun arasına girən zaman onu kənara çəkmək, İlqardan uzaqlaşdırmaq istəyərkən o, arxa-arxaya gedərək sərxoş olduğu üçün ayağının büdrədiyini və yıxıldığını, yerdə olan zaman İlqarın onun üz nahiyəsindən bir dəfə təpiklə vurduğunu, daha sonra isə İlhamın onları araladığını və qardaşı İlqarı sakitləşdirdiyini, sonra polis əməkdaşları tərəfindən 10-cu PŞ-yə aparıldıqlarını, orada izahatlarının alındığını, sonra tibbi müayinəyə aparıldıqlarını və sərxoş olduqlarının müəyyən edildiyini, bədənində olan xəsarətin ona İlqarın təpiklə vurub yetirdiyini, o, İlqar və İlhamı vurmadığını və kimsəyə xəsarət yetirmədiyini, İlham və İlqarla həmişə normal münasibətlərinin olduğunu, hazırda da barışdıqlarını və onun nə İlqar, nə İlhamla bağlı heç bir şikayət və tələbinin olmadığını, ilkin izahatını verən zaman həm əsəbi, həm də sərxoş olduğu üçün İlhamın onu itələyərək yıxdığını bildirdiyini, hadisənin əslinin hazır ki, ifadəsində qeyd etdiyi kimi baş verdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsin qardaşı olmaqla, onunla və Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşıdır. Kafedə oturub, yeyibiçirmişlər və sonra Fuad onunla zarafat etməyə başlamışdır. Onların arasında münaqişə yaranmış və çölə çıxaraq söhbətlərinə çöldə davam etmişlər. Qardaşı İlqar da onları ayırmaq məqsədilə onların arxasınca çölə çıxmış və Fuadı itələmişdir. Fuadın ayağı büdrəyərək yıxılmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumu olmaqla, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qardaşı İlqarla evdə yemək yeyərək ikisinə yarım litr araq içmiş və sonra isə pivə içmək üçün yaxınlıqda, yəni Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən “Sürücülər” kafesi kimi tanınan məkana gələrək pivə içmişlər. Bu zaman qohumları olan Zərərçəkmiş şəxs də orda olduğu üçün üçünün birlikdə əyləşdiyini, saat 22 radələrində Fuadın anidən onunla zarafat etməyə başladığını, Fuad bir qədər şit, yəni kobud zarafat etməyə başladığı üçün onun Fuada əsəbləşdiyini və çölə dəvət etdiyini bildirmişdir. Bundan sonra onunla Fuadın arasında sözlə mübahisə yarandığını, daha sonra kafedən çıxaraq mübahisəyə davam etdiklərini, İlqarın Fuadla onu sakitləşdirmək üçün arxaları ilə çıxdığını, Fuadı sakitləşdirmək istəyən zaman Fuad ondan kiçik olduğu üçün sonuncunun üstünə qışqırdığını və bir qədər kobud danışdığını, bundan sonra Fuad ondan nə üçün sonuncunun üstünə qışqırdığını və bir qədər kobud danışdığını, bundan sonra Fuad ondan nə üçün belə danışdığını soruşan zaman o, yaxşı elədiyini bildirdiyini, o, Fuadın üzərinə gedən zaman qardaşının onları aralamaq istədiyini, bu zaman Fuadın arxa-arxaya gedərkən büdrəyərək yıxıldığını, o, əsəbləşərək sağ ayağı ilə Fuadın üz nahiyəsinə bir dəfə təpiklə vurduğunu, bundan sonra İlqarın onu dərhal oradan uzaqlaşdırdığını, sonra polis əməkdaşları tərəfindən 10-cu PŞyə aparıldıqlarını, orada izahatlarının alındığını, sonra tibbi müayinəyə aparıldıqlarını və sərxoş olduqlarının müəyyən edildiyini, Fuadı yalnız İlqar cəmi 1 dəfə təpiklə vurduğunu, mübahisənin 5-10 dəqiqə davam etdiyini, kafedəki 5-6 nəfər şəxsin arxaları ilə çölə çıxdığını, lakin həmin şəxslərin kim olduğunu bilmədiyini göstərmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı işə şahidin ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 oktyabr 2024-cü il tarixdə yaşadığı evdə olan zaman saat təxminən 22 radələrində həyətdə səs-küy olduğunu eşitmi və dərhal pəncərədən çölə boylanmış, “Sürücülər” kafesi kimi tanınan kafenin qarşısında 5-6 nəfərin yığışdığını görmüş, orada bir nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmin şəxslərdən iki-üçünün sonradan kafenin yanındaki əraziyə çəkildiklərini, mübahisənin orada da davam etdiyini, həmin şəxslərdən 3 nəfərin küncü döndüyünü və orada danışdıqlarını, sonradan ani olaraq mübahisənin yenə qızışdığını və həmin şəxslərdən birinin digərinin üstünə getdiyini, digər şəxsin isə arxaarxaya gedən zaman yıxıldığını, ayaq üstə qalan şəxsin yerdə olan şəxsin üz nahiyəsindən bir dəfə təpiklə vurduğunu, bundan sonra həmin şəxsin yerdə hərəkətsiz qaldığını, o da bu barədə dərhal DİN-in 102 Xidmətinə zəng edərək məlumat verdiyini, hadisə vaxtı insanların oraya toplandığını və mübahisənin təxminən 15-20 dəqiqə davam etdiyini, hadisənin üzərindən uzun müddət keçdiyi üçün dəqiq olaraq hansı mənzillərdən pəncərəyə çıxıldığını tam olaraq xatırlamadığını, lakin binalardan və yaşayış evlərinin pəncərələrindən də insanların həmin hadisəyə baxdıqlarını, orada hadisə yerinə yığılan şəxsləri tanımadığını, həmin ərazidə yaşasa da təzə köçdüyünü, hadisə zamanı xəsarət alan və xəsarəti yetirən şəxsləri tanımadığını, hadisənin gecə qaranlıq saatlarda olduğu üçün ümumiyyətlə o, həmin şəxslərin üzünü görmədiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 29 oktyabr 2024-cü il tarixli, 664 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına məlumatlarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qaşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlirəm: Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sol qaşüstü nahiyəsinin cərrahi müdaxiləyə ehtiyacı olan əzilmiş yarası bərk küt əşya təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işini materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 18 oktyabr 2024-cü il tarixli 2/57569 saylı protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 01:54 radələrində tibbi müayinədən keçirilərkən onda “Yüngül” dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi 01 iyul 1997-ci il tarixli 002639 saylı vəsiqədən aydın olur ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, müharibə veteranı olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs rəsmi işləməsinə, sabit qazanca və ya gəlirə malik olmasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığından 10 iyun 2025-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır və şəxs barəsində axtarış elan olunmuşdur. 23 iyul 2025-ci il tarixdə saat 15:20-də axtarışda olan şəxsin tutulması ilə bağlı tutma protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs tutulmuş və Qaradağ RPİ-nin 10-cu PŞyə gətirilmişdir. Daha sonra 25 iyul 2025-ci il tarixdə saat 12:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra saat 12:45-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir Odur ki, yuxarıda göstərilən bu hal, yəni təqsirləndirilən şəxsin hüquqlarının məhdudlaşdırıldığı vaxtlar, ümumilikdə iki gün kimi Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 27 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 220 (iki yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar