Məhkəmə qərarları › İş №1(002)-183/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-183/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-183/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı Ramazanov Əsədulla oğlunun, Təqsirləndirilən şəxs Nazir oğlunun və onun müdafiəçisi Müdafiəçi Allahşükür oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Yardımlı rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Yardımlı rayonu, Bürzümbül kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Nazir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Nazir oğlu oğlu 11 yanvar 2023-cü il tarixdə saat 08 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadığı halda “HYUNDAİ TUCSON MİNİK” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindəki Sədərək-Meyvəli yolunda “Meyvəli” bazarı istiqamətində 40-50 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etmədiyindən idarəetməni itirərək qarşıdan gələn Şahid qanuni əsaslarla idarə etdiyi “VAZ 21061 MİNİK” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan “VAZ 21061 MİNİK” markalı avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs başın alın nahiyəsinin və sol üst göz qapağının əzilmiş yaraları, sağ əlin İ əl darağının qapalı, yerinidəyişməyən sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Nazir oğlu ona Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 11 yanvar 2023-cü il tarixdə saat 08 radələrində işə gedən zaman özünə məxsus olan “Hyundai Tucson” markalı avtomobili Lökbatan-Xocasən yolunda “Meyvəli” ticarət mərkəzi istiqamətində idarə edərkən Meyvəli dairəsinə təxminən 200 metr qalmış yolun hərəkət hissəsi buzlu olduğundan qarşıda gedən maşınlar ani tormoz verdiyi üçün o, baş verə biləcək hər hansı hadisənin qarşısını almaq məqsədilə tormoz verdikdə idarə etdiyi avtomobilin arxası sürüşərək sol arxa hissəsi yolun əks istiqamətindən gələn “Vaz-2106” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuşdur. Sürücülük vəsiqəsi olsa da müddəti keçmiş və unutduğu üçün sürücülük vəsiqəsini dəyişdirməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşimandır.Hadisə vaxtı xəsarət alan Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir.Evlidir və himayəsində iki azyaşlı uşağı vardır.İİ qrup əlildir.Qeyd edilənlərə əsasən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Green City” otelində menecer vəzifəsində işləyir. Şahid onun iş yoldaşıdır. Rasim 11 yanvar 2023-cü il tarixdə onu Binəqədi rayonunda götürmüş, birlikdə Rasimin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Şıxov qəsəbəsində yerləşən işlədikləri otelə getmişlər. Saat təxminən 08 radələrində Lökbatan-Xocasən yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində getmişlər. Həmin zaman “Meyvəli” dairəsini keçdikdən sonra yolun əks istiqamətində olan “Hyundai Tucson” markalı maşının sürücüsü idarəetməni itirdiyindən maşını sürüşürək onların maşınına çırpılmışdır. Hadisə zamanı o, alnından, sol gözündən və sağ əlindən xəsarət almış, Onları orada olan avtomobillərdən biri ilə Lökbatan qəsəbəsində yerləşən X3 aparmışlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs Nazir oğlundan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Hal-hazırda Şıxovda yerləşən “Green City” oteldə santexnik vəzifəsində işləyir. 11 yanvar 2023-cü il tarixdə idarə etdiyi “VAZ-2106” markalı **-BX-*** dövlət qeydiyyatda nişanlı avtomobildə iş yoldaşı Zərərçəkmiş şəxslə birlikdə Şıxov qəsəbəsində yerləşən işlədikləri otelə getmişlər. Saat təxminən 08 radələrində Lökbatan-Xocasən yolu ilə üzü Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən əks istiqamətdə olan “Hyundai Tucson” markalı maşının sürücüsü idarəetməni itirdiyindən maşını sürüşürək idarə etdiyi maşına çırpılmışdır. Hadisə zamanı o, alnından, sol dizindən xəsarət almış, Həsənqulunun isə alnı, gözü və əli əzilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 21 yanvar 2023-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsinin və sol üst göz qapağının əzilmiş yaraları, sağ əlin İ darağının qapalı, yerinidəyişməyən sınığı bərk küt əşya(əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 30 mart 2023-ci il tarixli 8/629 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən olunan məlumatlara əsasən “Hyundai Tucson” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs Nazir oğlu hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-ci il tarixli 3- 13-16/2-27842/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) verilmiş BB 000327 nömrəli “B1B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nazir oğlunun ödənilməyən məhkumıuğu yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına,həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Nazir oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Nazir oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Nazir oğlunun, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək aralarında barışıq əldə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Nazir oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Nazir oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Nazir oğlundan alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübüt yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Nazir oğluna göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Nazir oğlu Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Nazir oğlundan alınaraq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Nazir oğluna göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar