Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-184/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi – Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Məmmədov küçəsi, yataqxana 11, otaq 514/515-də qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzinin «Şirniyyat» bölməsinin 19-cu sırasında yerləşən «Araz» kafesinin qarşısında tanışı Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə narkotik vasitə olan heroini 120 manat pul müqabilində əldə edib saxlayaraq daşımış, həmin gün saat 18:50 radələrində Qaradağ RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Şuşa» kafesinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilməklə saat 19:50-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə baxış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli gödəkcəsinin iç sağ döş cibindən bir ədəd göy rəngli «Sobranie» markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofana bükülmüş halda şəxsi istifadəsi üçün aldığı təmiz çəkisi 5,515 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bir ildən artıqdır ki, narkotik vasitə heroini çəkmək və iyləmək yolu ilə daxilə qəbul etməyə başladığını qeyd edib ifadəsində bildirmişdir ki, o, narkotik vasitə əldə edərkən bir həftəlik ehtiyacını ödəmək üçün təxminən 5-6 qram narkotik vasitə olan heroin əldə edir və şəxsi təlabatı üçün istifadə edir. Polis tərəfindən tutulmaqdan qorxduğu üçün gündəlik narkotik vasitə əldə etməkdən çəkinir. Hər dəfə narkotik vasitə əldə edəndə tanınmamaq üçün əvvəllər tanımadığı ayrı-ayrı şəxslərdən əldə etmişdir. xx.xx.2020-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” TM-də Şahid4 ilə tanış olmuş, söhbət əsasnasında Vüqar ona narkotik vasitə satdığını bildirmiş və ona hazırda xatırlamadığı mobil nömrəsini vermiş, o da həmin vaxtlar narkotik vasitə aludəçisi olduğu üçün fikirləşmişdir ki, narkotik vasitə istifadə etmək istəyəndə Şahid4 alıb istifadə etsin. Ertəsi gün yəni, xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitəsi qurtardığından Vüqarın ona verdiyi hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək ondan narkotik vasitə almaq istədiyini bildirmişdir. Vüqar narkotik vasitəsi olduğunu və “Sədərk” TM-də onu gözləyəcəyini demiş, elə həmin gün saat 14:30 radələrində Vüqar ilə “Sədərək” TMdə yerləşən “Araz” kafesinin qarşısında görüşərək ona 120 manat verərək ondan təxminən 5 qram çəkidə, bir ədəd bükümdə narkotiok vasitə olan heroin almış və sonra Vüqarla sağollaşıb oradan uzaqlaşıb getmişdir. Vüqardan aldığı narkotik vasitəni istifadə etmək üçün “Sobranie” siqaret qutusunun içinə qoyub üzərində üzərində gəzdirmişdir. xx.xx.2020-ci il tarixdə saat 18:50 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən “Şuşa” kafesinin qarşısında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nə dəvət etmişlər, bundan sonra polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nə getmişdir. Onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkili təyin edilmiş. Bundan sonra Qaradağ RPİ-nin xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah edilərək müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş.Baxış keçirilərkən polis əməkdaşları üzərində qadağan olunmuş hər hansı bir maddənin, əşyanın olub olmadığını soruşub təqdim etməyi təklif etdilər. O da əynindəki qəhvəyi rəngli gödəkçənin iç sağ döş cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içində isə bir ədəd sellofan bükümdə Vüqar adlı şəxsdən şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olan heroin aşkar edilmişdir. O, həmin narkotik vasitəni həmin gün günorta saatlarında Vüqar adlı şəxsdən aldığını bildirmiş. Həmçinin baxış zamanı narkotik vasitə alan zaman çəkisinin dəqiq olmasını müəyyən etmək üçün üzərində gəzdirdiyi bir ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan başqa üzərindən bir ədəd “Samsung J1” markalı və bir ədəd “Samsung J2” markalı mobil telefon, bir ədəd Qaradağ rayon məhkəməsi tərəfindən təhkim edilmiş üzərinə “İdrak” sözü yazılmış mobil qurğu, bir ədəd izləmə qurğusu, içərisində rulon şəkilində bükülmüş bir manatlıq əskinas və içində 3 siqaret dənəsi olan “Sobranie” qutusu aşkar edilmişdir. Həmçinin üzərindən 3 ədəd 10 manatlıq əskinaslardan ibarət 30 manat pul aşkar edilmişdir. Üzərində aşkar olunan ümumilikdə 31 manat pul ona geri qaytarılmışdır. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş və düzgünlüyü iştirakçılar tərəfindən imza edilərək təsdiq edilmişdir. Göstərilənləri, əməlindən peşmançılıq çəkdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, habelə ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 əvvəllər Bakı şəhəri Qaradağ rayon X4 Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışdığını, hazırda isə DİN-in BAŞ X1 xüsusilə mühüm İşlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışdığını qeyd edib ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə məxfi mənbədən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsi barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin NMB-nin rəisi Şahid1 tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2020-ci il tarixdə saat 18:50 radələrində Qaradağ RPİ-nin, NMB-nin rəisi Şahid1la ilə birlikdə keçirtdikləri əməliyyat tədbirləri nəticəsində Muradov X13 rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində fəaliyyət göstərən “Şüşa” kafesinin qarşısında saxlanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ona narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və o, Qaradağ RPİ-nin inzibati binasına dəvət olunmuşdur. Qaradağ RPİ-nin inizbati binasında Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ərazi üzrə 10 saylı vəkil bürosundan dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra onun, Şahid1 və vəkil Əlisəfa Əliyevin iştirakı ilə Təqsirləndirilən şəxs və baxışda iştirak edən şəxslərə hüququ vəzifələri izah edilməklə Təqsirləndirilən şəxs üzərinə Qaradağ RPİ-nin, TŞ-nin baş təhqiqatçısı polis baş leytenanatı Rüstəm Seyidov tərəfindən videogörüntü vasitəsi ilə şəxsi axtarış və baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan əşyalar, eləcə də, qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin iç sağ döş cibindən göy rəngli “Sobranie” markalı siqaretin bir ədəd qutusunu çıxartmış, həmin siqaret qutusunun içindən isə şəffaf sellofan torbada bükülmüş halda olan ağ rəngli sellofan torba və həmin torbanın içərisində isə qəhvəyi rəngli toz halında, iysiz maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin (kakos) olduğunu və şəxsi istifadəsi üçün həmin gün günorta saatlarında Vüqar adlı şəxsdən 120 manata Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” TM-də aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli “Samsung J1” və bir ədəd qara rəngli “Samsung J2” markalı mobil telefonlar, bir ədəd Qaradağ rayon məhkəməsinin təhkim edilmiş “İdrak” izləmə mobil qurğusu, sol ayaq biləyində isə azadlığın məhdudlaşdırılması ilə əlaqədar olan braslet (izləmə qurğusu), bükülmüş halda bir manatlıq pul əskinası və içində üç siqaret dənəsi olan daha bir ədəd “Sobranie” siqaret qutusu aşkar edilmişdir. Habelə, Təqsirləndirilən şəxs üzərindən üç ədəd 10 manatlıq əskinaslarda olmaqla 30 manat pul aşkar edilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa bir əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumlikdə 31 manat pul özünə qaytarılmış, digər aşkar edilmiş maddə və əşyalar qablaşdırılaraq üzəri möhürlənmiş imzalanaraq götürülmüşdür. Tərtib edilmiş protokol uca səslə iştirakçılara oxunmuş, əlavə və düzəliş olunmamış, düzgünlüyü imzalar ilə təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı “Vüqar” adlı şəxsin müəyyən edilərək tutulması barədə əməliyyat axtarış tərbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, “Vüqar” adlı şəxs xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şahid4dur. Şahid4 xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” TM-də saxlanılaraq narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğu bildirilərək Qaradağ RPİ-yə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndilərək məhkəmənin qərarına əsasən həbs edilmiş və hazırda Ədliyyə Nazirliynin Pentensiar Xidmətinin Bakı istintaq təcridxanasına saxlanılır. Həbs olunmamışdan əvvəl Qaradağ rayonu, “Sədərək” TM-də fəhlə işləmişdir. Bir ildən artıq müddətdir ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. Aradabir tanımadığı şəxslərdən narkotik vasitə alaraq istifadə etmişdir. Təxminən 2020-ci ilin yanvar ayının sonlarında yaşadığı Cəlilabad rayonuna gedərkən evlərinə bazarlıq etmək üçün orada fəaliyyət göstərən mərkəzi bazara daxil olmuş, bazarlıq etdikdən sonra bazardan çıxaraq evlərinə doğru yola düşmüşdür. Bazarın arxa hissəsi ilə gedən zaman kolların arasında bir ədəd bağlı karton qutunu görmüş və həmin qutunun kolların arasında gizlədilmiş vəziyyətdə olması onun diqqətini cəlb etmişdir. O, Qutuya yaxınlaşıb açıb içinə baxdığı zaman içində üzəri qara və sarı yapışqan lentlərə sarılmış iri kütlə olduğunu görmüş və həmin kütlənin üzərindəki yapışqan lentləri soyub içinə baxanda qəhvəyi rəngli toz halında maddənin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddənin narkotik vasitə olduğunu bilmiş və həmin kütləni götürərək özündə saxlamışdır. Ertəsi gün isə həmin narkotik vasitəni üzərində daşıyaraq Bakı şəhərinə gəlmişdir. xx.xx.2020-ci il tarixdə “Sədərək” TM-də Arif adlı şəxslə tanış olmuş və söhbət əsnasında Arif ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O, Arifə narkotik vasitə satdığını və istədiyi vaxt ona narkotik vasitə sata biləcəyini bildirmişdir. Ertəsi gün xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs hazırda xatırlamadığı nömrə ilə onun istifadəsində olduğu nömrəyə zəng edərək narkotik vasitə almaq istədiyini demiş, o da Təqsirləndirilən şəxs özünün Sədərək TM-də olduğunu və orada görüşə biləcəklərini demişdir. Elə həmin gün saat 14:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” TM-də “Araz” kafesinin qarşısında Arif ilə görüşüb və bir ədəd bükümdə təxminən 5 qram çəkidə narkotik vasitə olan heroini 120 manat müqabilində Arifə satmışdır. Sonra Ariflə sağollaşmış və Arif onun yanından çıxıb getmişdir. Səhərsi gün yəni xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə satmaq məqsədilə qeyd edilən narkotik vasitə heroinin təxminən 25 qramını sellofan kəsiklərində qablaşdırmaqla 15 ədəd büküm halında əynində olan boz rəngli cins şalvarın sağ diz cibində, təxminən 18 qramını isə sellofan kəsiklərində qablaşdırmaqla 8 ədəd büküm halında əynində olan boz rəngli cins şalvarın sol diz cibində saxlamaqla Bakı şəhər Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin ərzisində yerləşən “Araz” kafesinin qarşısına gəlmişdir. Onun əynində hər zaman sarı kurtka olduğundan onu narkotik aludəçiləri yaxşı tanımışdır. Lakin, həmin gün Qaradağ RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları təxminən saat 13:30 radələrində onu saxlayaraq Qaradağ RPİ-nin inzibati binasına gətirmişlər. Orada xidməti otaqların birində ona dəvət edilərək təqdim edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində video çəkilişlə şəxsi axtarış aparılmış və axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ diz cibindən həmin 15 dədə bükümdə və şalvarının sol diz cibindən isə 8 ədəd bükümdə olmaqla ümumilikdə 23 ədəd bükümlərdə olan heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Onunla aparılmış sorğu-sual zamanı yaşadığı ünvanda da narkotik vasitə gizlətdiyini demiş, bu səbəbdən də polis əməkdaşları kirayədə yaşadığı ünvan 2 B ünvanındakı mənzildə axtarış və götürmə istintaq hərəkəti apararkən yataq otağında giriş qapısından sağ tərəfdə olan divanın altından əvvəlcədən qoyduğu bir ədəd böyük həcmli qara rəngli bağlamada olan heroin narkotik vasitəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Qaradağ RPİ-nin, NMB-nin rəisi Şahid1 və Qaradağ RPİ-nin, NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışan Şahid3 hər biri ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər.Şahid1 və Şahid3 ibtidai istintaqda verdiyi ifadələrii elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar ibtidai istintaq dövründə məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.7); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3710 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,515 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 5.515 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 5.465 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 91,76 manat təşkil edir. (i.v. 29-32); Şəxsin üzərində axtarış aparılmasında dair video çəkilişi özündə əks etdirən elektorn daşıyıcıya baxış keçirilməsi haqqında 12 fevraı 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X19 tərəfindən ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar Qaradağ RPİ-nin inzibati binasında xidməti otağında şəxsin üzərində axtarış aparılmasına dair video çəkilişi özündə əks etdirən görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Qaradağ RPİnin TŞ-nin baş təhqiqatçısı, X21 RPİ-nin NMB-nin rəisi Şahid1, həmin bölmənin baş əməliyyat müvəkkili Ruslan Məmmədouvun və Bakı şəhər 10 saylı vəkil bürosunun vıkili Əlisəfa Əliyein iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli gödəkçəsinin sağ iç döş cibindən 01 ədəd göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofanda bükülmüş halda külli miqdarda, ekspertiza rəyinə əsasən 5,515 qram məyyən eidlmiş kustar üsulla hazırlanamış heroin narkotik vasitəni çıxardıb təqdim edir. Həmin videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla müəyyən edilmiş əlavə predmetlər aşkar olunmamışdır. (i.v. 81) Diskə baxış keçirilmısi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X19 tərəfindən Qaradağ RPİ-nin inzibati binasında, xidməti iş otağında Şahid4 Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin satması anını əks etdirən video yazı olan bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:33-də Muradov X13 rayonu Lökbatan qəsəbəsində fəaliuyyət göstərən X16 şirniyyat bölməsi, 19-cu sırada yerləşən Araz kafesinin qarşısında dayanmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində qara rəngli şalvar, qəhvəyi gödəkçə və başında papaq olmuşdur. Bu zaman Şahid4 Təqsirləndirilən şəxs yaxınlaşmış və onunla görüşmüşdür. Həmin vaxt Şahid4 əynində boz rəngli cins şalvar, sarı rəngli gödəkçə və ayağında sarı rəngli idman ayaqqabısı olmuşdur. Şahid4 Təqsirləndirilən şəxsla görüşdükdən sonra əynindəki boz rəngli cins şalvarın sol yan diz cibindən bir ədəd büküm çıxarır və həmin bükümü əynindəki cins şalvarın sağ yan cibinə qoyur. Sonra isə telefonla danışır və siqaret çəkir. Saat 14:36-da Şahid4 sağ əlində çəkdiyi siqareti ağzına qoyub sağ əlini şalvarının sağ yan cibinə salır və əhmin bükümü şalvarının sağ yan cibindən çıxararaq əlinin içində gizli şəkildə saxlayıb Təqsirləndirilən şəxsla sağollaşan zaman sonuncuya verir. Təqsirləndirilən şəxs isə eyni şəkildə sağollaşan zaman pulu Şahid4 verir. Sonra onlar ayrılıb gedirlər. (i.v. 178); Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(002)-24/2020 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234..4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 105-109); Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(002)-70/2020 nömrəli qərarına əsasən təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon Məkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni xx xxxx 2020-ci il tarxidən xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v. 293-294); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Muradov X14 rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 263.2-ci maddəsinə əsasən 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 03 il müddətinə nəqliyyat vasitələrin idarə etmə hüququndan məhrum edilmiş, xx-xx-2018 ildə cəzasının sonu ilə azad edilimişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 194-195) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-285/2019 nömrəli xx xxxxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 03 ay 26 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təyin olunmuş hazırki cəza CM-nin 67.5-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsinə əsasən əlavə cəza kimi təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş qalmış 01 il 06 ay 03 gün hissəsi ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 01 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası və 01 il 06 ay 03 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılmışdır. (i.v 217-227); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxx 2020-ci il tarixli 1239 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan amfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.231-232); Cinayət işi üzrə əməmlin tövsif edilməsi və sübutların qiymətləndirilməsui haqqında xx xxx 2020-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndiriləmn şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi və həbsdə saxlanılması nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsinə baxmayaraq onun həmin narkotik vasitə olan heroinin satış məqsədi olmadan əldə etməsi, saxlaması və daşıması müəyyən olunduöuna görə ponun əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibnin başlanmasının rədd edilməsi, Şahid4 cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəəllənin 234.4.3-ü maddəsinə tövsif edilməklə yenidən təqsirləndiirlıən şxs qismində cəlb ediməsi ona göstərilən maddə ilə ittiham edlan edilməklə barəsində seçilmiş həbs qətimian tədbiri qüvvəsində saxlanılması, ********* nömrəli cinayət işinin materiallarından Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraat ayrılaraq icraata qəbul edilməklə istintaq edilməsi, ********* nömrəli cinayət işindən materiallar ayrılaraq ********* nömrəli cinayət işinə əlavə edilməsi, cinayət işi üzrə təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs və Şahid4 etirafedici ifadələri, şahid ifadələri, baxış və götürmə protokolu, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanılması protokolları, məhkəmə kimyəvi və maəhkəmə narkoloji ekspertizalarının rəyləri iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd sellofan bükümündə heroinin təmiz çəkisi 5,515 qram, xx xxxxxx 2020-ci il tarixli 3710 saylı ekspert rəyi üzrə tədqiqata 0,05 qram xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi üzə isə 0,02 qram sərf edildikdən sonra 5,445 qram qalığı iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən madi sübut kimi tanınması və saxlanılması üçün Qaradağ rayon Polis idarəsinin maddi sübutun saxlanlması otağına təhvil verilməsi, Şahid4 sağ cibindən aşkar edilmiş heroinin təmiz çəkisi 21,352 qram tədqiqata 0,15 qram sərf edildikdən sonra 21,202 qram qalığı Şahid4 sol cibindən aşkar edilmiş heroinin təmiz çəkisi 17,481 qram tədqiqata 0,08 qram sərf edildikdən sonra 17, 401 qram qalığı və Şahid4 kirayə yaşadığı evdən aşkar edilmiş heroinin təmiz çəkisi 1670 qram, tədqiqata 0,2 qram sərf edildikdən sonra 1669, 8 qram qalığı iş üçün sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ rayon Polis idarəsinin maddi sübutun saxlanlması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs Şahid4 alması istintaq zamanı tam olaraq sübuta yetirildiyi üçün Şahid4 barəsində ayrıca cinayət işinin ayrılması və icraata qəul edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olamyan cəza təyin edilməsi sonuncunun qəsdən cinayət törətməsinin cinayətin residivini yaratmaması nəzərə alınması Qaradağ rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixli hökmü hüquq mənbəyi hesab olunaraq hüquq normasına çevrilməsi və ümumməcburi qayda kimi istinad edilməsi, Azərfon MMC, Bakcell MMC və Azercell Telekom MMC-dən əldə edilmiş anten məlumatların araşdırması aparılması ********* nömrəli cinayət işinin istintaqı zamanı məqsədə müvafiqdir, ********* nömrəli cinayət işinin gələcəkdə istintaq zamanı cinayət hadisəsi ilə bağlı qeyd olunanların və işin gedişatı zamanı ortaya çıxan digər xüsusatların istintaq ediləcəyi nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasına dair video çəkilişi özündə əks etdirən bir ədəd CD disk, Şahid4 üzərinə axtarış keçirilməsini özündə əks etdirən bir ədəd CD disk və Şahid4 qanunsuz olaraq narkotik vasitəni Təqsirləndirilən şəxs satması anını əks etdirən video görüntü olan bir ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilməsi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi iş üzrə sübut növü kimi tanınaraq sxlanılması üçün Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi, cinayət işi üzrə materiallarda şüşa sözü, şuşa kimi oxunması qərara alınmışdır. (i.v 233-247) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxx 2009-cu il tarixində verilmiş AZ-İ № 485706 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 xx xxxx 2009-cu ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “175” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Muradov, arvadın Muradova qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ 349187 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ 878973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2020ci il tarixli, 27 saylı X11 Birliyinin 11 saylı ailəli yataqxanasının komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1986-cı ildə doğulub, Azərbaycanlıdır, orta təhsillidir. O, 15 ildən çoxdur ki, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsinin yanında yerləşən 11 saylı ailəli yataqxananın 515 №-li otağında yaşayır. Hal-hazırda cəmiyyətdən təcrid olunub, 11№-li ailəli yataqxanada yaşadığı müddət ərzində heç bir qanun pozuntusuna yol verməyib. Bir sakin kimi müsbət keyfiyyətə malikdir. İctimai işlərdə fəal iştirak etmişdir. Məhkəmənin şifahi sorğusuna əsasən məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ rayon İcra və Probasiya şöbəsinin 805/7 saylı məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 1(002)-285 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş və çəkilməmiş 01 il 06 ay 03 gün nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrumetmə cəzasının xx.xx.2019cu il tarixdən - xx.xx.2020-ci il tarixədək cəzasından 4 ay 25 gününü çəkmiş 1 il 2 ay 8 günü əlavə cəzası çəkilməmiş qalmışdır. Məhkəmənin şifahi sorğusuna əsasən məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qaradağ rayon İcra və Probasiya şöbəsinin 764/7 saylı məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 1(002)-285 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş və çəkilməmiş 01 il 06 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2019-cu il tarixdən - xx.xx.2020-ci il tarixədək cəzasından 3 ay 29 gününü çəkmiş 11 ay 27 günü çəkilməmiş qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkaredilmiş narkotik vasitə heroinin təmiz çəkisi 5.515 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayətedir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir.Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 67.5-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə qənaətinə görə Təqsirləndirilən şəxs Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi qəsdən törədilmiş cinayətlər kateqoriyasına aid edilsə də, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs münasibətdə cinayətlərin residivini istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını (CM-59.2), himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, onun hazırki cinayət işi üzrə təqsirli hesab edildiyi cinayət əməlini törədənədək anoloji cinayət törətməyə görə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum olunmasını və buna baxmayaraq islah yoluna qədəm qoymaması onun şəxsiyyətini səciyyələndirlən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Muradov X15 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli Hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (05 ay 28 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, CM-in 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsinə əsasən əlavə cəza növündə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə onun üzərdində qəti cəza saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməməli (CM- 56.1.2), cəzaçəkmənin əvvəli azadlığının faktik məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, sübut qismində tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X3: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 xx.xx.2020-ci il tarixli № 230 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 70 (yetmiş) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020-ci il tarixli № 1079 saylı order əsasında işə qoşularaq məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri X8 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X9 tərəfindən göstərilmiş cəmi 70 (yetmiş) iş saatı hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat pul vəsaiti və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli Hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü bərabər tutulmaqla (05 ay 28 gün müddət) hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti olaraq Təqsirləndirilən şəxs 2 (iki) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəza CM-nin 67.5-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsinə əsasən əlavə cəza növündə təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının çəkilməmiş 01 il 02 ay 08 gün hissəsi ilə tamamilə birləşdirilməklə üzərdində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 01 il 02 ay 08 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 5,445 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut qismində tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X9 tərəfindən göstərilmiş cəmi 70 (yetmiş) iş saatı hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat pul vəsaiti və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-184/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-184/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver