Məhkəmə qərarları › İş №1(002)-184/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-184/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-184/2023 10.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsi, ev 58 qeydiyyatda olan, barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-ı̇ stifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş oğlu Emil Xələfovun azad edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verməklə aldadaraq etibarından suiistifadə etməklə 2021-ci ilin fevral ayının əvvəlində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 1 ünvanında 7000 manat, eyni bəhanə ilə 2021-ci ilin fevral ayının ortalarında həmin ünvanda 3000 manat, 2021-ci ilin may ayının əvvəllərində isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2500 manat pulu alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 12500 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayında Anar adlı tanışı ona zəng edərək bir nəfər qohumunun bir məsələ ilə bağlı onunla görüşmək istədiyini bildirmiş və həmin şəxslə bərabər onun yaşadığı evə gəlmişlər. Anar qohumunu ona təqdim edərək, həmin şəxsin Şahid2 olduğunu bildirmiş, sonuncu ona qardaşı X1 üzərində qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə aşkarlandığı üçün tutulduğunu və bununla bağlı köməklik etməsini istəmişdir. 2021-ci ilin fevral ayının ortalarında o, Anarla birlikdə Şahid2 yaşadığı Səngəçal qəsəbəsində yerləşən evlərinə getmiş, orada Şahid2 atası Zərərçəkmiş şəxs ilə bu barədǝ söhbət etmiş və bu işə görə ilkin 10000 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs isə 10000 manat olmadığını hal-hazırda 7000 manat pulu olduğunu bildirmiş, Daha sonra 7000 manatı gətirib ona vermişdir. Bir müddət sonra 3000 manat pulu da verəcəyini bildirmişdir. Təxminən 1-2 həftə sonra yenidən Anarla birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə gələrək ondan 3000 manat pulu da almışdır. 2-3 aydan sonra Şahid2 işi məhkəməyə getmiş, bu müddət ərzində o, Zərərçəkmiş şəxsla yenidən əlaqə saxlayaraq 2500 manat pulun da lazım olduğunu və işin həll olunacağını bildirmişdir. 2021-ci ilin aprel-may aylarından o, Zərərçəkmiş şəxsla Qaradağ rayonunda Lökbatan dairəsi adlanan yerdə görüşmüş və 2500 manat pulu orada Zərərçəkmiş şəxs ona vermişdir. Bundan sonra təxminən 2021-ci ilin avqust ayında ona zəng etdikdə işin həll olunacağını bildirmişdir. Lakin, sonradan onun oğluna 6 il azalıqdan məhrum etmə cəzası verildiyini eşitmişdir. Bundan sonra o, Səngəçal qəsəbəsində 1 dəfə Şahid2la, 1 dəfə isə yenidən Səngəçal qəsəbəsində yerləşən kafelərin birində Zərərçəkmiş şəxsla görüşmüşdür. O, vəd verdiyi işin həll oluna bilmədiyini və tezliklə pulu qaytaracağını bildirsə də maddi vəziyyəti qənaətbəxş olmadığından qaytara bilməmişdir. Həmçinin, qeyd etmişdir ki, əldə etdiyi 12500 manat pulu borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid2 xx.xx.2021-ci il tarixdə narkotik vasitələrin istifadəçisi kimi 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təxminən həmin ərəfədə, o oğlu Şahid2 işini yüngülləşdirmək məqsədi ilə tanışlarına savadlı vəkil axtarışında olduğunu bildirmiş və bir neçə gün sonra qohumu Anar adlı şəxs onun evinə gələrək vəkillə bağlı işlərdə Azər adlı tanışının ona kömək edə biləcəyini bildirmişdir. Beləliklə, o, 2021-ci ilin fevral ayının axırlarında yaşadığı evdə Təqsirləndirilən şəxsla görüşmüş, sonuncu ona oğlunun həbsdən azad olunması üçün ilkin olaraq 7000 manat, sonra isə 3000 manat pul verməli olduğunu bildirmişdir. Bu söhbətdən sonra o, əvvəlcədən razılaşdırılmış məbləğin 7000 manatını, bir həftə sonra 3000 manatını Anarın yanında öz yaşadığı evdə Təqsirləndirilən şəxs vermişdir. Təxminən 2 ay sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək işi yekunlaşdırmaq mərhələsində olduğunu, əlavə olaraq 2500 manat da lazım olduğunu bildirmişdir. Onlar Qaradağ rayonu Lökbatan dairəsində görüşərək 2500 manat pulu da Təqsirləndirilən şəxs vermişdir. Həmin gündən etibarən dəfələrlə Təqsirləndirilən şəxs zəng etməsinə baxmayaraq, hər dəfə bir bəhanə gətirərək işin bu yaxınlarda düzələcəyinə söz versə də vədinə əməl etməmişdir. Zərərçəkmiş şəxs həmçinin, məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 222 saylı tam orta məktəbdə bədən tərbiyə müəllimi işləyir. Səngəçal qəsəbəsində yaşadığı evin yaxınlığında qohumu Şahid2 gördüyü vaxt sonuncu ondan Azər adlı şəxsin əlaqə nömrələrini soruşmuşdur. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş qardaşı Emilin həbsdən azad olunmasında köməklik göstərilməsi məqsədilə axtardığını qeyd etmişdir. Həmin gündən təxminən 2-3 sonra o, Təqsirləndirilən şəxsla bərabər qohumu Zərərçəkmiş şəxs evinə gəlmişlər. Sonuncu yaşadığı evdə Təqsirləndirilən şəxs əvvəlcə 7000 manat bir neçə gün sonra isə 3000 manat məbləğində pul verdiyini görmüşdür. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonradan 2500 manat pul verməsindən də məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həbsdə olan qardaşı Emil Xələfovun azad olunmasında köməklik göstərilməsi məqsədilə vəkil axtarışında olarkən, qohumu Anar onlara Təqsirləndirilən şəxs köməklik göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qohumu Anarla bərabər onların yaşadığı evə gələrək atası Zərərçəkmiş şəxs əvvəlcə 7000, bir neçə gün sonra 3000 manat məbləğində pul almışdır. Sonradan Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxsla Qaradağ rayonu, Lökbatan dairəsində görüşərək 2500 manat da pul almasına baxmayaraq, qardaşı Emil Xələfova heç bir köməklik göstərilməmiş, sonuncu hazırda törətdiyi cinayət əməlinə görə cəza çəkir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və 03 iyul 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 80-cı vərəqəsində olan 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 81-ci vərəqəsində olan 02 yanvar 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 87-ci vərəqəsində olan 25 fevral 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan 25 fevral 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan 27 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, A.Ə.Təqsirləndirilən şəxsbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirlənidirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir. Cinayət işinin 125-129-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 4(002)-34/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddəti nəzərə alınmaqla 17 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 4(002)-76/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 07 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 146-149-cu vərəqələrində olan 06 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Elməddin oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən zərərçəkmiş şəxs verdiyi ifadəni təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 03 iyul 2023-cü il ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolu və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui istifadə etmə va aldatma yolu ilə zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 15 (on beş) gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilməli və seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə 50 (əlli) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu cəmi 04 ay 15 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 9 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 48 (qırx səkkiz) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar