Məhkəmə qərarları › İş №1(002)-184/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-184/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-184/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Bərdə rayonu, Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu ödənilmiş, subay, ali təhsilli, Tər-Tər rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və deməsinə görə ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan təbdiri seçilmiş, hal–hazırda Yasamal rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 4(004)-749/2025 saylı qərarı ilə barəsində “həbs” qətimkan təbdiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti və imkanı olmadığı halda X3 Odlar Yurdu Universitetinə tələbə kimi qəbul etdirəcəyinə dair tanışı Şahid1 vasitəsilə Ayla Nəcəfovanın anası Zərərçəkmiş şəxs qızma yalandan vəd verib aldadaraq bu adla 30 avqust 2024-cü il tarixdə saat 13:55:38-də ünvan 4 ünvanında yerləşən “Spar” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından onun adına olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank hesab nömrəsinə köçürdüyü 2000 manat, habelə 02 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dairəvi yolda yerləşən “Lukoil” X2 avtolmobil yağ dəyişmə servisində Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə göndərdiyi 5000 manat, ümumilikdə Zərərçəkmiş şəxs 7000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək şəxsi ehitaycalarına sərf edib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Zərərçəkmiş şəxs tanımamış, onunla heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Onu Şahid1 adlı şəxslə tanış etmişlər. Qabil ona bildirmişdir ki, bir nəfər var, oğlunun dostunun qohumudur, həmin uşağı universitetə düzəltmək lazımdır. Qabil uşağı universitetə düzəltmək məqsədilə iş görməyi xahiş etmişdir. O, Qabilə uşağı universitetə düzəltmək üçün hələki yeddi min ödəməyi təklif etmişdir. Qabil beş min nağd pul vermiş və iki mini kartına göndərmişdir. Qabil beş min manatı nağd şəkildə verəndə o, həmin anın şəkillərini də çəkmişdir. İş alınmayandan sonra Qabilə bildirmiş, Qabil də ona on min qaytaracağını demişdir. Sonra Qaradağ RPİnin 38-ci polis bölməsindən təhqiqatçı ona zəng etmiş və on min qaytaracağını bildirmişdir. O, iki dəfə olmaqla ayrı-ayrı vaxtlarda min-min manat məbləğində müstəntiqə pul qaytarmışdır. Qabil sonra bildirmişdir ki, müstəntiq pulu ona verməyib. O, ümumilikdə yeddi min manatdan dörd min manat pul qaytarmışdır. O, Qabilin zərərçəkmiş şəxsdən yeddi min manat yox, on min manat aldığını bilməmişdir. Ona istintaq dövründə məlum olmuşdur. Ona demişlər ki, İcra Hakimiyyətinin yanında guya Qabil ona üç min manat məbləğində pul vermişdir. Elə bir hadisə baş verməmişdir. O, ayrı-ayrı vaxtlarda min-min olmaqla, iki min manat məbləğində zərərçəkmiş şəxsin kartına pul ödəmiş, iki min manat da zərərçəkmiş şəxsə verilməsi məqsədilə müstəntiqə vermişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən səmimi peşman olduğunu, vurulmuş ziyandan zərərçəkmiş şəxsə hissə-hissə olmaqla ümumilikdə 2000 manat ödəniş etdiyi və 2000 manat da zərərçəkmiş şəxsə verilməsi məqsədilə müstəntiqə verdiyini, hal-hazırda heç bir maddi imkanının olmadığını, ziyanın qalan hissəsini də ödəyəcəyinə söz verdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o Tər- Tər rayonu, ünvan 5 ünvanında qeydiyyatda olsa da ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. Evlidir və hazırda heç bir yerdə işləmir. Əqli və psixi cəhətdən sağlamdır, hər hansı bir xəstəxanada və poliklinikada psixiatrik qeydiyyatda deyil. Dələduzluq cinayəti törətdiyi üçün əvəllər məhkum olunmuşdur. Belə ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 30 dekabr 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 19 may 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM- nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qərarı ilə cəzası 10 ilə endirilmiş və həmin günədək 10 il 10 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkdiyindən cəzadan azad edilmişdir. Masallı rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən 22 noyabr 2021 -ci il tarixdə cəzadan azad edilmişdir. Şahid1 2024-cü ilin iyun ayından tanımışdır. Qabil onun mobil telefon nömrəsini Şəlalə adlı tanışından almış, onunla telefon əlaqəsi saxladıqdan sonra Qabillə görüşmüşdür. Görüş zamanı Qabil ona demişdir ki, Gədəbəy rayonunda bir neçə müəllim atestasiya imtahanından kəsilib, bununla bağlı apelliyasiya şikayəti verilmiş, onların apelliyasım həll etmək lazımdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyində Mirzə adlı şəxslə əlaqə saxlayıb ondan bu məsələni həll edib-etməyəcəyini soruşduqda Mizrə də ona dmeişdir ki, hər birinə 500 manat olmaqla ümumlikdə 1500 manata həll edə bilər. Bu barədə Şahid1 məlumat vermiş, Qabil razılaşaraq 2024-cü ilin avqust ayında onun istifadəsində olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank kart hesabına hissəhissə olaraq 1500 manat pul göndərmişdir. Bundan sonra isə Qabil ona demişdir ki, bir nəfər tanışı var, kollecə imtahan verib, lakin balı çatmadığı üçün kollecə qəbul oluna bilməyib. Qabil həmin şəxsin kollec məsələsini həll etməyi ondan xahiş etdikdə onun özü Mirzə müəllim ilə əlaqə saxlamış, bu işin həll olunmasına görə Mirzə müəllim ona 2000 manat pul lazım olduğunu demişdir. Qabilə bu barədə məlumat vermiş və . Qabil də razılaşdığını bildirib, onun həmin kart hesabına 2000 manat pul göndərmiş və o, müəllimlərin apellyasiya məsələsini həll etsə də lakin kollec məsələsin həll edə bilməmiş, həmçinin Qabilə 2000 manatı da qaytara bilməmişdir. 2024-cü ilin avqust ayının sonlarında Qabil onunla əlaqə saxlayaraq bildirmişdir ki, bir nəfər tanışı var, tanışının qızı X5 tələb kimi qəbul etdirmək lazımdır. O, da Qabilə demişdir ki, danışıb ona bir söz deyəcək. Bu barədə Mirzə müəllimlə danışdıqda Mirzə ona demişdir ki, bu işin həll edilməsi üçün əllərində 5000-6000 manat pulları olmalıdır. O, bu barədə Qabilə məlumat vermiş və Qabil də onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Magistral yolun sağ tərəfindəki “Lukoil” yanacaq doldurma məntəqəsinin yanındakı avtomaşın təmir sexinin qarşısında Qabillə görüşmüş, X17 Univerisitetinə tələbə qəbulu üçün ona 5000 manat pul vermişdir. Qabil ona 5000 manat pul verən zaman onun özü Qabilin oğlu Vüqardan xahiş etmişdir ki, mobil telefon vasitəsi ilə çəkiliş etsin. Vüqar da pulu atasından götürdüyü anı mobil telefonla videoçəkliş aparmışdır. O, pulu aldıqdan sonra dediyi işi həll edə bilməmiş, bu barədə Qabilə məlumat verərək 5000 manat pulu qaytarmaq istədiyini bildirdikdə Qabil onunla razılaşmayaraq ona 10000 manat verməyini ondan tələb etmişdir. O, isə Qabilin bu təklifi ilə razılaşmamışdır. Həmin ərəfədə özünə pul lazım olduğu üçün Qabilin ona verdiyi 5000 manat pulu xərcləmişdir. Universitet məsələsi üçün Qabildən 10000 manat pul almamışdır və Qabilin dedikləri əsasızdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanımamış, onunla heç bir qohumluq və düşmənçiliyi olmamışdır. Şahid3 onun dayısı oğludur. Qızı universitet imtahanına hazırlaşırdı, imtahana gedən vaxt həyəcanlanırdı. Uşaq universitetə qəbul imtahanında az bal topladığı üçün universitetə yox, kollecə qəbul ola bilərdi. O, uşağı universitetə qəbul ola bilmədiyi üçün pis olmuşdur. Dayısı oğlu Şahid3 ona uşağı pulla universitetə qoymağı təklif etmişdir. Ceyhun bir müddətdən sonra onunla əlaqə saxlamışdır ki, on min manata uşağı Odlar Yurdu Universitetinə düzəldirlər. O həyat yoldaşı ilə məsləhətləşmiş, yoldaşı razı olmamışdır. Sonra pulu qayınatasından almışdır. İki min manat pulu Vüqarın kartına atmışdır. Qabil sonra demişdir ki, yarım saata qalan pul çatmalıdır. Ceyhun ona demişdir ki, narahat olma arada mən varam. Sonra onlar Qabilgilin evinə getmiş, səkkiz min manat məbləğində pulu da orada vermişlər. Ceyhunla Qabilin orada gizli-gizli danışdığını görmüşdür. İmtahan nəticələri açıqlananda uşaq universitetə qəbul olmadı. O Ceyhunla əlaqə saxlayaraq Ceyhuna uşağın universitetə qəbul olmadığını demişdir. Ceyhun da sonra bildirmişdir ki, həmin adamla əlaqə saxlamaq mümkün olmamışdır. İbtidai istintaq dövründə Vüqar iki min müstəntiqə vermişdir, müstəntiq də həmin iki min manatı ona vermişdir. Baş vermiş hadisə nəticəsində ona on min manat məbləğində maddi ziyan dəymiş, bugünə ona ümumilikdə doqquz min beş yüz manat məbləğində pul qaytarılmışdır. Həmin pulun iki min manatını ona müstəntiq qaytarmış, yerdə qalanını isə dayısı oğlu Ceyhun ödəmişdir. O, ifadəsində Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmiş, qalan beş yüz manat məbləğin ödənilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Şahid3 onun doğma dayısı oğludur. Belə ki, qızı Ayla Nəcəfovanın universitetə qəbul olması barədə onun dayısı oğlu Şahid3 bu barədə məlumatı olmuşdur. 2024-cü ilin avqust ayının ortalarında Ceyhun onunla əlaqə saxlayıb bildirmişdir ki, 7 illik dostu var, adı Vüqardır, Vüqar Aylanın üniversitetə qəbul olunmasına köməklik göstərə bilər. O, bundan sonra Ceyhundan ona köməklik göstərməsini xahiş etmişdir. Ceyhunla onun arasında olan söhbətlərindən təxminən bir qədər keçmişdir ki, Ceyhun ona zəng edərək demişdir ki, Aylanın Universitetə qəbul olması üçün 20.000 manat pul lazımdır. Ceyuna bildirmişdir ki, deyilən məbləğə gücü çatmır. Təxminən 10 gün keçmişdir ki, Ceyhun onunla əlaqə saxlayıb bildirmişdir ki, boş vakansiya var, qızı X16 Universitetinə düzəltmək olar. Ceyhundan soruşmuşdur ki, universitetə daxil olmaq neçəyə başa gələcək. Ceyhun cavabında bildirmişdir ki, 10.000 manata düzəltmək olar. Ceyhuna razılıq verdikdən sonra Ceyhun onun yaşadığı ünvana gəlmiş, təxminən 1 saat ərzində 10.000 manat pul tapıb ona verməyini xahiş etmişdir. Ceyhuna 1 saat ərzində həmin məbləği tapmaq onun üçün çox çətin olduğunu demişdir. Ceyhun ona qayınatasından 2.000 manat pulu borca götürüb Vüqar adlı şəxsin kartına atacağını demişdir. Belə ki, Ceyhun onu tam arxayın salmışdır ki, o, pulu ödəyə bilməsə, bu barədə ona köməklik göstərəcək. Ceyhunla birlikdə Ceyhunun qayınatasının yaşadığı ünvana gedib orada Namiq adlı şəxsdən 2.000 manat borc götürüb yaxınlıqda yerləşən marketlərin birində “Milli” ön vasitəsi ilə Vüqarın kart hesabına 2.000 manat göndərmişlər. Bundan sonra Ceyhun onu yenə tələsdirmişdir ki, mütləq qalan 8.000 manatı Vüqarın yanma gedib əlbə-əl verməlidirlər. O, başqa çıxış yolunun qalmadığını görüb gedib qayınatasından 6.000 ABŞ dolları borc götürmüş və həmin məbləği Ceyhuna vermişdir. Ceyhun 6.000 ABŞ dolları borc götürüb hansısa bir dostundan xırdalamağa getdikdə o, Ceyhunu avtomobilində gözləmişdir. Bir neçə dəqiqədən sonra Ceyhun onun yanma gəlmiş və Ceyhun ona verdiyi pulları xırdaladığım bildirib demişdir ki, birinci onun qayınatasının 2.000 manatını ayırsın. Sonradan 8.000 manatı da zərfə qoyub Ceyhunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə getmişlər. Orada Ceyhun, Vüqar və Vüqarın atası Şahid1la tanış edib bildirmişdir ki, onun qızı X13 Universitetinə düzəlməyinə bunlar kömək edəcəklər. Elə bu vaxt onun özü əl çantasından həmin 8.000 manatı çıxarıb Ceyhuna uzatmış və Ceyhun da həmin məbləği Vüqarın atası Qabilə vermişdir. Elə bu vaxt Qabil bildirmişdir ki, 05 sentyabr 2024-cü il tarixdə qızı X18 Universitetinə qəbul olunacaqdır. 03 sentyabr 2024-cü il tarixdə Qabilə, onun arvadı Nəsibəyə və Ceyuna zəng edib bildirmişdir ki, saat 12-də portal bağlanır, dəqiq desinlər iş düzəlməyəcəksə Aylanı texnikuma yazıdırsın. Ceyhun və Qabil, Qabilin arvadı ona bildirmişlər ki, narahat olma, hesab et ki, X18 Universitetinə qəbul olub. 05 sentyabr 2024cü il tarixdə günorta vaxtı Qabilə zəng edib soruşduqda ki, Aylanın universitetə qəbulu ilə bağlı nə xəbər var. Qabil ona alınmadığını, bu işi Təqsirləndirilən şəxs gördüyünü və Vüqarın qaçıb çıxıb getdiyini, telefonlara cavab vermədiyini bildirmişdir. Bu sözlərdən sonra dərhal Ceyhuna yığıb baş verənləri danışmış və pulunu almaqdan ötrü Qabilin ünvanına getdiyini bildirmişdir. Bundan sonra Oabildən və Ceyhundan pulu geri qaytarmalarını tələb etmişdir. Onlar da bildirmişlər ki, əgər Vüqar onun pulunu qaytarmasa, Vüqardan polisə şikayət edəcəklər. Ümumlikdə ona 10.000 manat ziyan dəymişdir. Məhkəmə iclasında Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir qohumluq və düşmənçilik əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxsla Şəlalə adlı xanım vasitəsilə tanış olmuşdur. Onun oğlu Şahid2 ona demişdir ki, Ceyhun adlı dostu var, qohumunu universitetə düzəltmək istəyir və ondan köməklik etməyini xahiş etmişdir. O sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamış və Vüqara vəziyyəti izah etmişdir. Vüqar ona demişdir ki, bir müddətdən sonra xəbər verəcək. Vüqar sonra əlaqə saxladı ki, uşağı on min manata universitetə düzəltmək olar. O sonra Ceyhunla əlaqə saxlamış, Təqsirləndirilən şəxs beş min əvvəl, beş min də iş düzələndən sonra istədiyini bildirmişdir. Ceyhun uşağın valideynləri ilə əlaqə saxladıqdan sonra vlideynlərinin razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs başqa işlə bağlı üç manat ona borcu var idi, o da bildirmişdir ki, iki min manat indi veriləcək sənə və beləliklə haqq-hesab bərabər olacaq. Sonra Vüqarla əlaqə saxlamaq istəmiş, amma Vüqara zəng çatmamışdır. Sentyabr ayının beşindən Vüqardan xəbər çıxmamışdır. Sentyabr ayının 26-da Vüqar demişdir ki, on gün vaxt ver pulu qaytarım. Sonra Vüqar min manatı vermişdir. Zərərçəkmiş şəxs on min manat pul almış, yeddi min manat da Vüqara vermişdir. Üç min manat da Vüqarla əvvəlki işlə bağlı haqq-hesabları qalmışdır və qalan üç mini də ona görə razılaşmışlar. O, Zərərçəkmiş şəxs altı min manat pul ödəmiş, qalan məbləği isə Ceyhun vermişdir. Vüqar müstəntiqə pul versəydi, müstəntiq onunla əlaqə saxlayıb pulu ona qaytarardı. Təqsirləndirilən şəxs ümumilikdə beş min manat məbləğində ona ziyan vurmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid3 oğlu Vüqara görə tanımışdır. 25 avqust 2024-cü il tarixdə oğlu Vüqar ona tanışı olan Şahid3 yaxın qohumunu Bakı şəhərində yerləşən X6 düzəltmək üçün Təqsirləndirilən şəxs xahiş etməyini bildirmişdir. Onun özü Təqsirləndirilən şəxsla bu barədə telefon vasitəsilə danışdıqda, Vüqar ona həmin şəxsi X6 düzəldə biləcəyini bildirib bunun qarşılığında 10000 manat pul istəmişdir. Hələ Zərərçəkmiş şəxs qızının məsələsinə qədər o, tanışı Şahid4 hazırda Almaniya Respublikasında yaşayan dostunun arvadına təhsillə bağlı sertifikasiya düzəltməsi üçün 2024-cü ilin avqust ayının ortalarında 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Buna görə də inanmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızının məsələsini həll edə bilər. O, oğlu Vüqarın vasitəsilə Şahid3 bu barədə məlumatlandırmış, Şahid3 qohumu Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra onlara xəbər edəcəyini bildirmişdir. 30 avqust 2024-cü il tarixdə Şahid3 Vüqarın kart hesabını onun oğlu Şahid2 versə də özü Ceyhuna həmin kart hesabına 2000 manat pul göndərməsini bildirmiş, Ceyhun 2000 manat pulu Təqsirləndirilən şəxs "xxxx"a aid 4169973******8103 kart hesabına göndərdikdən sonra qəbzi oğlu Vüqara göndərmişdir. Həmin qəbzi araşdırma zamanı təqdim etmişdir. Həmin gün axşam saatlarında Ceyhun və qohumu Kəmalə onun yaşadığı evə gəlmiş, onlara çay süfrəsi təşkil etmişdir. Onlar bir müddət söhbət etdikdən sonra Ceyhun ona 8000 manat pul vermişdir. Mobil telefonla Təqsirləndirilən şəxsla danışan zaman Vüqara Kəmalənin qızının işi ilə bağlı 8000 manat pulu aldığını dedikdə Vüqar ona demişdir ki, onun tanışı Şahid4 dostunun arvadına sertifikasiya düzəldə bilmir və Şahid4 sertifıkasiyaya görə alıb ona verdiyi 3000 manat pulu Zərərçəkmiş şəxs qızının işi ilə bağlı alıb ona verməli olduğu 8000 manat puldan çıxıb Elnura qaytarsın. Təqsirləndirilən şəxs nəyə görə belə etdiyini, nə üçün 3000 manat pulu Zərərçəkmiş şəxs qızının işinə görə verilən puldan qaytardığını və Zərərçəkmiş şəxs qızının Odlar Yurdu Universitetinə qəbul edilməsi məsələsinin necə olacağını sual etdikdə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin 3000 manatı özü Kəmalədən almış olduğu pulun üstünə qoyub Kəmalənin qızının işini 10000 manata həll edəcək. O, da Vüqarın dediyi kimi etmiş və Kəmalənin qızının işinə görə aldığı 8000 manat puldan 3000 manat götürmüş və 02 sentyabr 2024-cü il tarixdə Şahid4 3000 manat qaytarmışdır. Təqsirləndirilən şəxsla əvvəlcədən danışıb razılaşdığı kimi Vüqarla 02 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dairəvi yolda yerləşən “Lukoil” X2 avtolmobil yağ dəyişmə servisində görüşmüş, 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir.Təqsirləndirilən şəxs 5000 manat pulu verən zaman oğlu Şahid2 istifadəsində olan mobil telefonun kamerası ilə videoçəkiliş aparmışdır. Təqsirləndirilən şəxs pulu sayıb 5000 manat olduğuna əmin olduqdan sonra 5000 manat pulu cibinə qoymuşdur. Həmin videogörüntünü DVD diskə köçürmüş və təqdim etmişdir. O, pulu verdikdən sonra Vüqarla əlaqə saxlaya bilməmişdir. Vüqarın ailə üzvləri və yaxın qohumları ilə görüşsə də Vüqarın yerini onlar da bilmədiyini, bir neçə gündür əlaqə saxlaya bilmədiklərini ona demişlər. Onun və oğlu Şahid2 bu işdə heç bir marağı olmayıb. Onun və oğlunun bu işdə şəxsi marağı olmadığından Zərərçəkmiş şəxs və Şahid3 pulu onun vasitəsilə Təqsirləndirilən şəxs verdikləri üçün o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi ziyanın müəyyən hissəsini öz şəxsi vəsaiti hesabına ödəyə bilər və Təqsirləndirilən şəxs barəsində Vüqar ona onun əvəzindən ödəyəcəyi pulu qaytarmasa məhkəmədə mülki iddia qaldıracaq. Tanışı Şahid4 dostunun arvadına sertifikasiya düzəltmək üçün ilk dəfə təxminən 2024-cü ilin avqust ayının 20-nə kimi olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, İcra Hakimiyyətinin yanında oğlu Şahid2 iştirakı ilə 1500 manat Təqsirləndirilən şəxs nağd olaraq vermiş və 1500 manatı pulu isə Təqsirləndirilən şəxs "xxxx"a aid 4169973******8103 bank kartına 22 avqust 2024cü il tarixdə mobil bank proqramı ilə köçürmüşdür. Həmin 3000 manat pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun vasitəsilə ona verdiyi 8000 manat puldan qavtarmısdır. Onun özü də həmin 3000 manat pulu Şahid4 qaytarmışdır. 30 avqust 2024-cü il tarixdə Şahid3 Kəmalənin qızının ali mkətəbə qəbul edilməsi üçün 2000 manat pulu Təqsirləndirilən şəxs "xxxx"a aid 4169973******8103 kart hesabına köçürmüşdür. 02 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dairəvi yolda yerləşən “LukoiL X2 avtolmobil yağ dəyişmə servisində Təqsirləndirilən şəxsla görüşmüş və 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs deməsinə görə onun özü 3000 manat pulu 7000 manat pula əlavə edib həmin 10000 manat pulu Kəmalənin qızı X16 Universitetinə qəbul etdirən şəxsə verməli idi. Təqsirləndirilən şəxs bu işin qarşılığında pul almamış, eləcə də Vüqarla onun arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır.Şahid4 onun tanışı olsa da o, Elnurun 3000 manat pul aldığı dostunu tanımır və görməmişdir. Elnurun deməsinə görə onun dostu ailəsi ilə birlikdə Almaniya Respublikasında yaşayır və onun ona qaytardığı 3000 manat pulu da Elnur dostuna qaytardığı üçün Elnurun dostu heç bir orqana şikayət etməyib. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid1 atasıdır, Şahid3 isə əvvəldən tanımış, onunla dostluq münasibətləri olmuşdur. O Təqsirləndirilən şəxsı atası Şahid1 vasitəsilə tanımışdır. Ceyhun bir gün onunla əlaqə saxlayaraq qohumunu universitetə qoymaq üçün kömək etməsini xahiş etmişdir. O da atası Şahid1 bu məsələni danışmışdır. Atası kömək etmək üçün Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Vüqar işi düzəltmək üçün on min manat pul istəmişdir. Onlar da Ceyhunla əlaqə saxlamış və Ceyhungil razılaşmışdır. Ceyhungil iki manat karta göndərmiş, səkkiz min manatı da onların evinə gələrək pulu orda vermişlər. Vüqar imtahan nəticələri açıqlananda mesaj gələcəyini bildirmişdir. İmtahan nəticələri açıqlandıqdan sonra Ceyhun mesaj gəlmədiyini demişdir. Sonra da Təqsirləndirilən şəxsla əlaqə saxlamaq mümkün olmamışdır. Ceyhungil Təqsirləndirilən şəxsı tanımır, onu əvvəl görməmişlər. Ceyhunun pulu da daxil olmaqla, on min manat məbləğində ziyan etmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid3la tanışlıq əlaqəsi vardır. 25 avqust 2024-cü il tarixdə o tanışı olan Şahid3 yaxın qohumunu Bakı şəhərində yerləşən X6 düzəltmək üçün Təqsirləndirilən şəxs xahiş etməyini bildirmişdir. Onun özü Təqsirləndirilən şəxsla bu barədə telefon vasitəsilə danışdıqda, Vüqar ona həmin şəxsi X6 düzəldə biləcəyini bildirib bunun qarşılığında 10000 manat pul istəmişdir. Hələ Zərərçəkmiş şəxs qızının məsələsinə qədər o, tanışı Şahid4 hazırda Almaniya Respublikasında yaşayan dostunun arvadına təhsillə bağlı sertifikasiya düzəltməsi üçün 2024-cü ilin avqust ayının ortalarında 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Buna görə də inanmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızının məsələsini həll edə bilər. O, oğlu Vüqarın vasitəsilə Şahid3 bu barədə məlumatlandırmış, Şahid3 qohumu Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra onlara xəbər edəcəyini bildirmişdir. 30 avqust 2024-cü il tarixdə Şahid3 Vüqarın kart hesabını onun oğlu Şahid2 versə də özü Ceyhuna həmin kart hesabına 2000 manat pul göndərməsini bildirmiş, Ceyhun 2000 manat pulu Təqsirləndirilən şəxs "xxxx"a aid 4169973******8103 kart hesabına göndərdikdən sonra qəbzi oğlu Vüqara göndərmişdir. Həmin qəbzi araşdırma zamanı təqdim etmişdir. Həmin gün axşam saatlarında Ceyhun və qohumu Kəmalə onun yaşadığı evə gəlmiş, onlara çay süfrəsi təşkil etmişdir. Onlar bir müddət söhbət etdikdən sonra Ceyhun ona 8000 manat pul vermişdir. Mobil telefonla Təqsirləndirilən şəxsla danışan zaman Vüqara Kəmalənin qızının işi ilə bağlı 8000 manat pulu aldığını dedikdə Vüqar ona demişdir ki, onun tanışı Şahid4 dostunun arvadına sertifikasiya düzəldə bilmir və Şahid4 sertifıkasiyaya görə alıb ona verdiyi 3000 manat pulu Zərərçəkmiş şəxs qızının işi ilə bağlı alıb ona verməli olduğu 8000 manat puldan çıxıb Elnura qaytarsın. Təqsirləndirilən şəxs nəyə görə belə etdiyini, nə üçün 3000 manat pulu Zərərçəkmiş şəxs qızının işinə görə verilən puldan qaytardığını və Zərərçəkmiş şəxs qızının Odlar Yurdu Universitetinə qəbul edilməsi məsələsinin necə olacağını sual etdikdə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin 3000 manatı özü Kəmalədən almış olduğu pulun üstünə qoyub Kəmalənin qızının işini 10000 manata həll edəcək. O, da Vüqarın dediyi kimi etmiş və Kəmalənin qızının işinə görə aldığı 8000 manat puldan 3000 manat götürmüş və 02 sentyabr 2024-cü il tarixdə Şahid4 3000 manat qaytarmışdır. Təqsirləndirilən şəxsla əvvəlcədən danışıb razılaşdığı kimi Vüqarla 02 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dairəvi yolda yerləşən “Lukoil” X2 avtolmobil yağ dəyişmə servisində görüşmüş, 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir.Təqsirləndirilən şəxs 5000 manat pulu verən zaman oğlu Şahid2 istifadəsində olan mobil telefonun kamerası ilə videoçəkiliş aparmışdır. Təqsirləndirilən şəxs pulu sayıb 5000 manat olduğuna əmin olduqdan sonra 5000 manat pulu cibinə qoymuşdur. Həmin videogörüntünü DVD diskə köçürmüş və təqdim etmişdir. O, pulu verdikdən sonra Vüqarla əlaqə saxlaya bilməmişdir. Vüqarın ailə üzvləri və yaxın qohumları ilə görüşsə də Vüqarın yerini onlar da bilmədiyini, bir neçə gündür əlaqə saxlaya bilmədiklərini ona demişlər. Onun və oğlu Şahid2 bu işdə heç bir marağı olmayıb. Onun və oğlunun bu işdə şəxsi marağı olmadığından Zərərçəkmiş şəxs və Şahid3 pulu onun vasitəsilə Təqsirləndirilən şəxs verdikləri üçün o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulan maddi ziyanın müəyyən hissəsini öz şəxsi vəsaiti hesabına ödəyə bilər və Təqsirləndirilən şəxs barəsində Vüqar ona onun əvəzindən ödəyəcəyi pulu qaytarmasa məhkəmədə mülki iddia qaldıracaq. Tanışı Şahid4 dostunun arvadına sertifikasiya düzəltmək üçün ilk dəfə təxminən 2024-cü ilin avqust ayının 20-nə kimi olan müddət ərzində Bakı şəhəri, Qaradağ rayonu, İcra Hakimiyyətinin yanında oğlu Şahid2 iştirakı ilə 1500 manat Təqsirləndirilən şəxs nağd olaraq vermiş və 1500 manatı pulu isə Təqsirləndirilən şəxs "xxxx"a aid 4169973******8103 bank kartına 22 avqust 2024cü il tarixdə mobil bank proqramı ilə köçürmüşdür. Həmin 3000 manat pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun vasitəsilə ona verdiyi 8000 manat puldan qavtarmısdır. Onun özü də həmin 3000 manat pulu Şahid4 qaytarmışdır. 30 avqust 2024-cü il tarixdə Şahid3 Kəmalənin qızının ali mkətəbə qəbul edilməsi üçün 2000 manat pulu Təqsirləndirilən şəxs "xxxx"a aid 4169973******8103 kart hesabına köçürmüşdür. 02 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dairəvi yolda yerləşən “LukoiL X2 avtolmobil yağ dəyişmə servisində Təqsirləndirilən şəxsla görüşmüş və 5000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs deməsinə görə onun özü 3000 manat pulu 7000 manat pula əlavə edib həmin 10000 manat pulu Kəmalənin qızı X16 Universitetinə qəbul etdirən şəxsə verməli idi. Təqsirləndirilən şəxs bu işin qarşılığında pul almamış, eləcə də Vüqarla onun arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır.Şahid4 onun tanışı olsa da o, Elnurun 3000 manat pul aldığı dostunu tanımır və görməmişdir. Elnurun deməsinə görə onun dostu ailəsi ilə birlikdə Almaniya Respublikasında yaşayır və onun ona qaytardığı 3000 manat pulu da Elnur dostuna qaytardığı üçün Elnurun dostu heç bir orqana şikayət etməyib. Məhkəmə iclasında Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəlcədən tanımamışdır, Zərərçəkmiş şəxs isə bibisi qızıdır. Kəmalənin qızı universitetə daxil ola bilməmişdir, ona görə də məyus olmuşlar. Onunla Şahid2ı beş-altı il qabaq Elşad adlı dostu tanış etmişdir. Şahid2 atası ilə əlaqə saxlamış və uşağı on min manata universitetə düzəldəcəyini bildirmişdir. Sonra Kəmalə qayınatasından iki min manat götürüb Vüqarın kartına atmışdır. Sonra onlar Vüqargilin evinə getmiş və qalan səkkiz min manat məbləği də orada nağd şəkildə vermişlər. Onlara imtahan nəticələri açıqlandıqda mesaj gələciyini bildirmişlər. Nəticələr açıqlandıqda Kəmalə telefonla yığdı ki, uşağın adı çıxmadı və mesaj gəlmədi. İlk dəfə olaraq o, şikayət vermişdir. Pulu geri qaytarmadıqları üçün məcbur olub “opel” markalı maşınını satmış və iki min manatı Zərərçəkmiş şəxs vermişdir. Kəmaləyə verilən doqquz min beş yüz manatdan beş min beş yüzünü o özü qaytarmışdır. Ümumilikdə isə bu işə görə ona yeddi-səkkiz min manat məbləğində ziyan vurulmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun bibisi qızı, X8 isə Zərərçəkmiş şəxs qızıdır. 2024-cü ilin avqust ayının ortalarında bibisi qızı Kəmalə ondan xahiş etmişdir ki, qızı X11 Yurdu Universitetinə qəbul olunmasında ona köməklik etməyini və bu məsələnin həlli ilə bağlı adam tapmağı ondan xahiş etdikdə Kəmaləyə bu kimi işlərlə məşğul olmadığını, o cümlədən tanış adamının olmadığını bildirib, əgər belə bir adam tapsa ona xəbər edəcəyini Kəmaləyə demişdir. Bu barədə onun özü sosial şəbəkədə tanış olduğu Şahid2 ilə zamanında mobil telefonda danışan zaman Şahid2 ona istənilən ali məktəbə qəbul olunmaq istəyən şəxs olduğu halda ona deməyini və bu işi atasının vasitəsilə həll edəcəyini bildirdiyi üçün onun da yadına düşmüşdür ki, Vüqar ona bu barədə nə vaxtsa deyib və o, da Şahid2 bibisi nəvəsi Aylanın işini xahiş edər. Buna qədər Şahid2 real həyatda görməmişdir. Həmin ərəfədə, yəni 2024-cü ilin avqust ayının ortalarında Şahid2 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib onunla danışan zaman Şahid2 ondan borca pul istəmiş, pulu olmadığı üçün Vüqara bu dəfə pulunun olmadığını demişdir.Hansıkı xırda-xırda da olsa Vüqara 3-4 dəfə borca pul vermiş və Şahid2 da almış olduğu borcu vaxtlı vaxtında qaytarmışdır. Sonuncu telefon danışığı zamanı Şahid2 bibisi nəvəsi X13 Universitetinə qəbul olunmasında ona köməklik etməsini xahiş edəndə Şahid2 bu barədə şəxsiyyəti barədə sonradan onda məlumat olan atası Şahid1 deyəcəyini və nəticəsi haqqında ona xəbər verəcəyini bildirmişdir. Bu danışıqdan sonra, yəni 30 avqust 2024-cü il tarixdə səhər saatlarında Şahid2 onun istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə özünün istifadəsində olan mobil telefon nömrəsi ilə zəng edib onunla danılşan zaman ona bibisi nəvəsi X13 Universitetinə qəbul olunması məsələsini atasına danışdığını və atasının da ona bu məsələni həll edə biləcəyini bildirib, bu işlə məşğul olan şəxsə bu gün təcili 10000 manat verməli olduqlarını dedikdə Şahid2 hazırda 10000 manat pulunun olmadığını və bu məsələni Aylanın anası Kəmaləyə danışıb ona xəbər verəcəyini demişdir. Kəmalə ilə bu barədə danışdıqda Kəmalə qızı Aylanın 10000 manata X7 qəbul olunmasına razılıq vermiş, lakin həmin gün üçün 10000 manat pulu vermək imkanının olmayacağmı deyib ondan borca pul istəmişdir. Onun özü bu barədə Şahid2la danışıb həmin günü ona 2000 manat pulu günorta göndərə biləcəyini, pulun 8000 manatını isə axşam tərəfi düzəldib verə biləcəyini demişdir. Bundan sonra Şahid2 onun istifadəsində olan mobil telefon nömrəsinin Whatsapp proqramına özünün istifafəsində olan mobil telefonun Whatsapp proqramından "xxxx"a aid 4169973******8103 nömrəli bank kartının fotoşəkilini göndərib həmin kart hesabına 2000 manatı köçürməyini bildirdikdən sonra o, da həmin kart hesabına 30 avqust 2024-cü il tarixdə saat 13:55-də ünvan 7 ünvanında yerləşən “Spar” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalından 2000 manat köçürmüş və bu barədə Şahid2 zəng edib məlumat vermişdir. Şahid2la danışan zaman Vüqar ona 8000 manat düzəldiyi halda isə həmin pulu onun yaşadığı evə gətirməyini demişdir. Buna görə də Şahid2 onun istifadəsində olan mobil telefon nömrəsinin Whatsapp proqramına özünün istifafəsində olan mobil telefonun Whatsapp proqramından yaşadığı evin ünvanının yerləşdiyi məkanı göndərmişdir. 30 avqust 2024-cü il tarixdə saat 17 radələrində bibisi qızı Zərərçəkmiş şəxs ilə həmin dövrdə onun istifadəsində olan dövlət nömrə nişanını unutduğu “Honda” markalı avtomobillə Şahid2 dediyi ünvana, yəni ünvan 8nları həmin ünvanda Şahid2 qarşılamış və Kəmalə ilə onu evə dəvət etmişdir. Evdə olan söhbət zamanı Şahid2 atası Şahid1 ona və Kəmaləyə söz vermişdir ki, 10000 manat pulun müqabilində Kəmalənin qızı Ayla Nəcəfovam tanışının vasitəsi ilə Odlar Yurdu Universitetinə qəbul etdirəcək, lakin Şahid1 Ayalnın işini kimin düzəldəcəyi barədə onlara heç nə deməmişdir. Şahid1 bu sözündən sonra Kəmalə 8000 manat pulu Şahid2 vermiş və Şahid2 da pulu sayıb 8000 manat olduğunu dəqiqləşdirdikdən sonra 8000 manat pulu atası Şahid1 vermişdir.Şahid1 Kəmaləyə demişdir ki, 4-5 gün ərzində qızı Aylanın adının tələbə qəbulu komissiyasının siyahısında çıxacaq. Vüqar Babşovun evində bir müddət oturduqdan sonra evdən çıxıb getmişlər. Avtomobilində olan zaman Kəmalə ondan almış olduğu 2000 manat pulu onun özünə qaytarmışdır. 05 sentyabr 2024-cü il tarixdə bibisi qızı Zərərçəkmiş şəxs ona telefon zəngi edərək Şahid1la telefonda danışdığını və guya Aylanın işi ilə bağlı məşğul olan və 10000 manat pulu verdiyi şəxsin telefon nömrəsinə zəng çatmadığını, buna görə də Aylanın ali məktəbə qəbul olunmadığını dedikdən sonra o, avtomobili ilə Kəmalənin yaşadığı evə gedib onu evdən götürüb Kəmalə ilə birlikdə Şahid1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 4, ev 20 ünvanına getmişlər. Evdə baş tutan söhbət zamanı Kəmalə Qabildən ona vermiş olduğu 10000 manat pulu tələb edəndə Şahid1 da Kəmaləyə qızı Aylanın universitetə qəbul olunması ilə əlaqədar ondan almış olduğu 10000 manat pulu Vüqar adlı şəxsə verdiyini, hətta oğlu Şahid2 mobil telefonunda olan videoçəkilişi göstərib 10000 manat pulu Vüqar adlı şəxsə verən zaman həmin videonu çəkidyini, Vüqarı tapıb pulu ondan alacağını, əks halda isə qızı Aylanı başqa ali məktəbə qəbul etdirəcəyinə söz vermişdir. Bundan sonra Şahid1 müxtəlif bəhanələr gətirərək Kəmalənin verdiyi 10000 manat pulu gətirməmişdir. O, və Kəmalə ümumiyyətlə Şahid1 dediyi Vüqar adlı şəxsi görməmişlər və həmin Vüqar adlı şəxslə onların hər hansı münasibətləri olmayıb. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid4 dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə də məlumat verilməmişdir. Tərəflərin razılığı ilə məhkəmə iclasında Şahid4 ifadəsi elan olunmuşdur. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə yaşayır. “Gənclik VET” klinikasında baytar həkim işləyir. Şahid1 və hazırda Almaniya Respublikasında yaşayan Nazim Səfərov onun tanışlarıdır. Nazim Səfərov hələ Almaniya Respublikasına getməzdən əvvəl Nazim 2024-cü ilin avqust ayının əvvəllərində onunla söhbətlərdən birində ondan qohumlarından birinə təhsillə bağlı sertifıkasiya düzəltməkdə, o cümlədən sertifıkasiya imtahanlarından keçməkdə köməklik etməyimi xahiş edib və bu məsələnin həlli ilə bağlı tanışının olub-olmadığını ondan soruşanda o, Nazimə bu sahədə tanışının olmadığını desə də lakin soraqlaşıb bir xəbər olsa ona məlumat verəcəyini demişdir. Həmin ərəfədə Şahid1la söhbətlərdən birində Nazimin məsələsini Qabilə danışmış və Qabil Təqsirləndirilən şəxs adında bir nəfər tanışının bu işlərə baxdığını ona bildirib Təqsirləndirilən şəxsla danışıb xəbər edəcəyini demiş və bir neçə gün sonra gün sonra Qabil onunla görüşüb Vüqarla danışdığını təhsillə bağlı sertifıkasiya düzəltməkdə, o cümlədən sertifıkasiya imtahanlarından keçməkdə köməklik etmək üçün Vüqarın 3000 manat pul istədiyini bildirmişdir. Nazimlə görüşüb bu barədə ona danışmış, Nazim razılıq verdikdən sonra hansısa qadının anket məlumatlarını ona bildirmiş və o, da həmin müəllimə işləyən qadının məlumatlarını Qabilə vermişdir. 2024-cü ilin avqust ayının ortalarında Nazim ona həmin məsələnin həll edilməsi üçün iki dəfəyə 1500 manat olmaqla cəmi 3000 manat vermişdir ki, aparıb Qabilə, Qabil də həmin pulu aparıb Vüqara versin. O, da həmin ərəfədə 1500 manat bir və 1500 manat da bir Qabilə vermişdir. 02 sentyabr 2024-cü il tarixdə Qabil onunla görüşüb Nazimin tanışının məsələsinin düzəlmədivini devib ondan aldığı 3000 manatı onun özünə qaytarmış və o, da 3000 manatı aparıb Nazimin özünə qaytarmışdır. Onun Təqsirləndirilən şəxsla heç bir tanışlığı və ünsiyyəti olmayıb, Təqsirləndirilən şəxs tanımır və onu görməmişdir, Vüqarın barəsində Qabildən eşitmişdir. Nazim isə hazırda Almaniya Respublikasında yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 29 oktyabr 2024-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Şahid1 təqdim etdiyi diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə 02 (iki) ədəd fayl vardır. 1-ci faylda videogörüntü mövcuddur. Videogörüntü açıldıqda videogörüntüdə əynində ağ və qara rəngli yay qısaq qol köynək, qara rangli şalvar olan kişi cinsindən olan bir nəfər göründü. Həmin şəxs əlində olan 100 manatlıq əskinasları sayır və sayıb qurtardıqdan sonra bir nəfər görüntüdə olmayan şəxs həmin şəxsdən 50 ədəd olduğunu pulun sayını soruşan zaman pul sayan şəxs 100 manatlıq əskinasların bildirdikdən sonra pulu qatlayıb şalvarının sol cibinə qoyur. Həmin şəxsdən başqa görüntüdə başqa bir kişi cinsindən olan şəxs görüntüləndi. Başqa bir şəxs görüntü əhatəsində olmasa da səsi gəlir və həmin şəxs videoçəkiliş aparan şəxsdir. 2-ci faylda fotoşəkil vardır. Həmin fotoşəkildə əynində ağ və qara rəngli yay qısaq qol köynək, qara rəngli şalvar olan kişi cinsindən olan bir nəfər göründü.Həmin şəxsin əlində 100 manat pul əskinasları vardır. Baxış başa çatdıqdan zonra Şahid1 bildirdi ki, DVD diskdə qeydə alınmış videogörüntü və fotoşəkil reallığı əks etdirir və hər hansı bir montaj edilməmişdir, həmin video 02 sentyabr 2024-cü il tarixdə günorta saatlarında Bakǝ şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Dairəvi yolda yerləşən "Lukoil" X2 avtolmobil yağ dəyişmə servisində oğlu Şahid2 tərəfindən çəkilib. Bundan başqa Şahid1 bildirdi ki, əlində pul sayan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol tərəfdə oturan şəxs onun özüdür və videoçəkiliş Aparan şəxs isə onun oğlu Şahid2dur, 5000 manat pul Vüqar X4 Nəcəfovanın Odlar Yurdu Universitetinə qəbul edilməsi məqsədilə verilən Nəcəfovanın puldur. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs oğlu ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Şahid1 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Vəkilov Ramin Elçin oğlu tərəfindən 09 sentyabr 2024-cü il tarixdə Şahid3 Təqsirləndirilən şəxs adma olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank hesab nömrəsinə 2000 manat pul vəsaitinin köçürülməsini təsdiq edən edən “MilliÖn” elektron ödəmə sisteminə məxsus ödəniş qəbzi götürülməklə həmin ödəniş qəbzinə baxış aparılan zaman xx.xx.2024-cü il tarixdə saat 13:55:38-də ünvan 4 ünvanında yerləşən “Spar” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalından Təqsirləndirilən şəxs adma olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank hesab nömrəsinə 2000 manat pul vəsaitinin köçürüldüyü bir daha təsdiqini tapmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi, polis mayoru X9 tərəfindən Şahid1 Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitinin verilməsini təsdiq edən edən vidoegörüntü olan 01 ədəd DVD disk götürülərək həmin DVD diskə baxış aparılmış və baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitini verməsi bir daha təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi, polis mayoru X9 tərəfindən Şahid1 Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitinin verilməsini təsdiq edən edən vidoegörüntü olan 01 ədəd DVD diskə Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis mayoru X10 tərəfindən baxış aparılmış və baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitini verməsi bir daha təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Vəkilov Ramin Elçin oğlu tərəfindən 09 sentyabr 2024-cü il tarixdə Şahid3 götürülmüş Təqsirləndirilən şəxs adma olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank hesab nömrəsinə 2000 manat pul vəsaitinin köçürülməsini təsdiq edən edən “MilliÖn” elektron ödəmə sisteminə məxsus ödəniş qəbzinin surəti cinayət işi üzrə maddi sübut kimi tanınmış və ödəniş qəbzi cinayət işinə əlavə edilmişdir. Urşan oğlu tərəfindən Şahid1 götürülmüş Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitinin verilməsini təsdiq edən edən vidoegörüntü olan 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və DVD disk cinayət işinə əlavə edlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli verilmiş ittiham daxilində tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını və vurulmuş ziyandan zərərçəkmiş şəxsə qismən ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, hal-hazırda Bakı şəhəri Yasamal rayon Məhkəməsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işinin olmasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işi araşdırılarkən müəyyən edilmişdir ki, qeyd olunan faktla əlaqədar 24 oktyabr 2024-cü il tarixdə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə 10 dekabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 24 aprel 2025-ci il tarixdə saat 15:30-da şübhəli şəxs qismində saxlanılmış və 25 aprel 2025-ci il tarixdə saat 16:15-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün Qaradağ Rayon Prokuroruna vəsatətlə müraciət olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Prokurorurun 25 aprel 2025-ci il tarixli qərarı ilə vəsatət rədd edilməklə təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə saat 16:30-da Qaradağ RPİ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nın 69.3-cü maddəsinə əsasən 02 (iki) gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına üzürlü səbəb olmadan gəlmədiyinə görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-184/2025 saylı, 23 sentyabr 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və iş üzrə icraat dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Polis İdarəsində CM-nin 178.2.4-cü maddəsi ilə aparılan cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)- 749/2025 saylı, 26 sentyabr 2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbsinin əvvəli 25 sentyabr 2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-184/2025 saylı, 20 oktyabr 2025-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmiş və 13 noyabr 2025-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilərək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 8 saata görə (8×6=48) 48 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 30 saata görə (30×11=330 manat) 330 manat olmaqla ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, məhkəmə baxışı zamanı 35 saata görə (35×11=385 manat) 385 manat olmaqla ümumilikdə 385 (üç yüz səksən beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitinin verilməsini təsdiq edən vidoegörüntü olan 01 ədəd DVD disk və Şahid3 Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank hesab nömrəsinə 2000 manat pul vəsaitinin köçürülməsini təsdiq edən “MilliÖn” elektron ödəmə sisteminə məxsus ödəniş qəbzinin surəti cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 13 noyabr 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 416973******8103 nömrəli bank hesab nömrəsinə 2000 manat pul vəsaitinin köçürülməsini təsdiq edən edən “MilliÖn” elektron ödəmə sisteminə məxsus ödəniş qəbzinin surəti və Təqsirləndirilən şəxs 5000 manat pul vəsaitinin verilməsini təsdiq edən vidoegörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Zərəçəkmiş şəxsə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və ya mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 aprel 2025-ci il tarixədək sərf edilmiş 8 saata görə (8×6=48) 48 manat, 28 aprel 2025-ci il tarixdən sonrakı dövrə görə sərf edilmiş 30 saata görə (30×11=330 manat) 330 manat olmaqla ümumilikdə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 385 (üç yüz səksən beş) məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar