Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-185/2023 26.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar əlaqəyə girmiş, 17 yanvar 2023-cü il tarixdə «Bolt» taksi şirkətində sürücü işləyən Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi «Khazar LX» markalı **-PK-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilinə müştəri qismində əyləşərək, Zərərçəkmiş şəxs1 avtomobili sifariş verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən uzaqlaşdırmış, kənara sürməsini tələb etmiş, həmin tarixdə saat 20:15 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Qaradağ rayon şöbəsinin qarşısında olarkən avtomobilin saxlamasını və mühərrikini söndürməsini tələb etmişdir. Sonra isə özü qabağa əyilərək avtomobilin açarını üzərindən çıxararaq mühərriki söndürmüş və 100 (yüz) manat məbləğdə pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 pulu olmadığını bildirdikdən sonra sonuncuya məxsus 01 ədəd 80 (səksən) manat dəyərində "Samsung" markalı "Galaxy J 3" modelli mobil telefonu, üzərində olan 05 (beş) manat dəyərində "Azercell" mobil operatora aid 051 *** ** ** nömrə sim kartı və 14 (on dörd) manat dəyərində 8 Gb yaddaşı olan kartı ilə birgə, gəldikəri yolun ödənişi olaraq vermədikləri 10 manat məbləğdə pulu talaması nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 cəmi 109 manat maddi ziyan vurmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə etməsi üçün qohumu Zərərçəkmiş şəxs2 Qəhraman oğlu tərəfindən verilmiş 01 ədəd 420 (dörd yüz iyirmi) manat dəyərində «RedMi 9» markalı mobil telefonu, həmin telefonun üzərində olmuş 35 (otuz beş) manat dəyərində "Bakcell" mobil operatora aid 055 *** ** ** və 10 (on) manat dəyərində "Azərfon" mobil operatora aid 077 *** ** ** sim kartları, 20 (iyirmi) manat dəyərində ekran qoruyucusu və 30 (otuz) manat dəyərində 32 Gb yaddaşı olan yaddaş kartı ilə birgə açıq yolla talayıb ələ keçirərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 99 (doxsan doqquz) manat məbləğdə və Zərərçəkmiş şəxs2 Qəhraman oğluna 515 (beş yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Digər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar əlaqəyə girmiş, 17 yanvar 2023-cü il tarixdə «Bolt» taksi şirkətində sürücü işləyən Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi «Khazar LX» markalı **-PK-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilinə müştəri qismində əyləşərək, Zərərçəkmiş şəxs1 avtomobili sifariş verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən uzaqlaşdırmış, kənara sürməsini tələb etmiş, həmin tarixdə saat 20:15 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Qaradağ rayon şöbəsinin qarşısında olarkən avtomobilin saxlamasını və mühərrikini söndürməsini tələb etmişdir. Sonra isə özü qabağa əyilərək avtomobilin açarını üzərindən çıxararaq mühərriki söndürmüş və 100 (yüz) manat məbləğdə pul verməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 pulu olmadığını bildirdikdən sonra sonuncuya məxsus 01 ədəd 80 (səksən) manat dəyərində "Samsung" markalı "Galaxy J 3" modelli mobil telefonu, üzərində olan 05 (beş) manat dəyərində "Azercell" mobil operatora aid 051 *** ** ** nömrə sim kartı və 14 (on dörd) manat dəyərində 8 Gb yaddaşı olan kartı ilə birgə, gəldikəri yolun ödənişi olaraq vermədikləri 10 manat məbləğdə pulu talaması nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 cəmi 109 manat maddi ziyan vurmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs1 müvəqqəti istifadə etməsi üçün qohumu Zərərçəkmiş şəxs2 Qəhraman oğlu tərəfindən verilmiş 01 ədəd 420 (dörd yüz iyirmi) manat dəyərində «RedMi 9» markalı mobil telefonu, həmin telefonun üzərində olmuş 35 (otuz beş) manat dəyərində "Bakcell" mobil operatora aid 055 *** ** ** və 10 (on) manat dəyərində "Azərfon" mobil operatora aid 077 *** ** ** sim kartları, 20 (iyirmi) manat dəyərində ekran qoruyucusu və 30 (otuz) manat dəyərində 32 Gb yaddaşı olan yaddaş kartı ilə birgə açıq yolla talayıb ələ keçirərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 99 (doxsan doqquz) manat məbləğdə və Zərərçəkmiş şəxs2 Qəhraman oğluna 515 (beş yüz on beş) manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayında inzibati cəza törədərək inzibati həbs olunanların saxlanılması təcridxanasında saxlanıldığı zaman tanımışdır. 17 yanvar 2023-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan tanışına olan borcunu qaytarmaq üçün onlara borc pul verə biləcək şəxslərə müraciət etməyi planlaşdırmışlar. Bu səbəblə Lökbatan qəsəbəsində yerləşən Qobu Park yaşayış sahəsində yaşayan adını bilmədiyi qadın tanışının ona 150 manat borcu olduğunu, qeyd olunan məbləği, həm də əlavə olaraq ondan borca 150 manat pul ala biləcəyini söyləmişdir. Həmin qadınla əlaqə saxlamış, qadın ona borcunu qaytaracağını və əlavə 100 manat borc pul verə biləcəyini, Qobu Park yaşayış massivinə çatdıqda xəbər verməyi söyləmişdir. Onun mobil telefonunun enerjisi bitdiyindən, həmin vaxt tanımadığı şəxsdən onlar üçün taksi sifariş verməyi xahiş etmişdir. "Bolt" taksi xidmətindən sifariş verilmiş taksi onların olduğu ünvana gəldikdə Təqsirləndirilən şəxs1 arxa oturacaqda, o isə ön oturacaqda oturmuşdur. Yol getdikləri zaman taksi sürücüsünün adının Elxan olduğunu öyrənmişdir. Yasamal rayonu ərazisində yerləşən «Qış Parkının» yaxınlığında olan zaman hər ikisinin mobil telefonunda enerji tükəndiyindən, telefonları sönmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmiş, o da saxlamışdır. Su almaları üçün taksi sürücüsü olan Elxandan 10 manat borc pul almış və getdikləri ünvana çatdıqdan sonra yol haqqını ödəyərkən borc olaraq götürdüyü 10 manat pulu da geri verəcəyini demişdir. Daha sonra Qaradağ rayonu istiqamətində yollarına davam etmiş, Lökbatan dairəsinə çatdıqda İ gedəcəkləri yeri şifahi başa salaraq nəqliyyat vasitəsinin Qaradağ rayonu ərazisində yerləşən hərbi hissənin yaxınlığına gətirilməsinə nail olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs1 taksi sürücüsünə geri qayıtmağı bildirmiş və bir qədər getdikdən sonra yolun kənarında nəqliyyat vasitəsini dayandırmağı söyləmişdir. Bir qədər avtomobildə oturaraq gözlədikdən sonra Təqsirləndirilən şəxs1 arxa oturacaqdan ön oturacağa doğru əyilərək avtomobilin mühərrikini söndürmüş və nəqliyyat vasitəsinin açarını çıxararaq özündə saxlamışdır. Daha sonra taksi sürücüsündən onlara 100 manat məbləğində pul köməkliyi etməsini istəmişlər. Taksi sürücüsü Təqsirləndirilən şəxs1 pulunun olmadığını, pulun əvəzində mobil telefonunu ona verə biləcəyini bildirmişdir. Daha sonra taxsi sürücüsü tanışına zəng edərək, pula ehtiyacının olduğunu, mümkünsə onun bank kartı hesabına pul göndərməsini xahiş etmişdir. Taksi sürücüsünün tanışı ilə telefon danışığını eşitdikdən sonra Təqsirləndirilən şəxs1 sonuncudan bank kartında pulun olub-olmamasını soruşmuşdur. O da cavabında bank kartında pulun olmadığını demişdir. Daha sonra, Elxan adlı taksi sürücüsü onları gedəcəkləri yerə qədər apara bilməməsi səbəbindən müvafiq taksi xidmətindən onlar üçün sifariş verdiyi taksi yaxınlaşmış və onlar həmin nəqliyyat vasitəsinə əyləşmişlər, Bakı şəhəri Nəsimi rayonu «28 May» metro stansiyasının yaxınlığına gəlmişlər. o, Təqsirləndirilən şəxs1la bərabər bir neçə mobil telefon mağazasına daxil olmuş və sonuncuda olan, Elxan adlı taksi sürücüsündən götürdüykləri mobil telefonları satış məqsədilə təklif etsələr də sata bilməmişlər. Hadisədən iki gün sonra polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışlar Daha sonra əməlindən peşman olduğunu bildirərək zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasının, törətdikləri əmələ dair qurduqları planın təklifinin onun tərəfindən irəli sürülməsi halının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin yanvar ayında inzibati cəza törədərək inzibati həbs olunanların saxlanılması təcridxanasında saxlanıldığı zaman tanımışdır. 17 yanvar 2023cü il tarixdə "Bolt" taksi xidmətindən sifariş verilmiş taksi onların olduğu ünvana gəldikdə o, arxa oturacaqda, Təqsirləndirilən şəxs2 isə ön oturacaqda oturmuşlar. Yol getdikləri zaman taksi sürücüsünün adının Elxan olduğunu öyrənmişlər. Yasamal rayonu ərazisində yerləşən «Qış Parkının» yaxınlığında olan zaman hər ikisinin mobil telefonunda enerji tükəndiyindən, telefonları sönmüşdür. Həmin vaxt o, taksi sürücüsündən avtomobili saxlamasını xahiş etmiş, o da saxlamışdır. Su almaları üçün taksi sürücüsü Elxandan 10 manat borc pul almış və getdikləri ünvana çatdıqdan sonra yol haqqını ödəyərkən borc olaraq götürdüyü 10 manat pulu da geri verəcəyini demişdir. Daha sonra Qaradağ rayonu istiqamətində yollarına davam etmiş, yol boyu Təqsirləndirilən şəxs2 pula ehtiyacı olması barədə danışmış, taksi sürücüsünün onlara köməklik edə bilib-bilməməsini də müzakirə etmişdir. Taksi sürücüsü həmin danışıqlar əsnasında onların pula ehtiyacı olması barədə məlumat əldə etmişdir. Lökbatan dairəsinə çatdıqda onlar taksi sürücüsünə Təqsirləndirilən şəxs2 getmək istədiyi ərazini izah edərək əvvəlcə həmin ünvana, daha sonra isə onun getmək istədiyi ünvanı izah edərək getmiş və hərbi hissənin qarşısında dayanmasını istəmişlər. Bir qədər avtomobildə oturaraq gözlədikdən sonra o, arxa oturacaqdan ön oturacağa doğru əyilərək avtomobilin mühərrikini söndürmüş və nəqliyyat vasitəsinin açarı çıxararaq özündə saxlamışdır. Daha sonra taksi sürücüsündən onlara 100 manat məbləğində pul köməkliyi etməsini istəmişlər. Taksi sürücüsü onlara pulunun olmadığını, pulun əvəzində mobil telefonunu ona verə biləcəyini bildirmişdir. Daha sonra taxsi sürücüsü tanışına zəng edərək, pula ehtiyacının olduğunu, mümkünsə onun bank kartı hesabına pul göndərməsini xahiş etmişdir. Taksi sürücüsünün tanışı ilə telefon danışığını eşitdikdən sonra ondan bank kartında pulun olub-olmamasını soruşmuşlar. O da cavabında bank kartında pulun olmadığını demişdir. Daha sonra, Elxan adlı taksi sürücüsü onları gedəcəkləri yerə qədər apara bilməməsi səbəbindən müvafiq taksi xidmətindən onlar üçün sifariş verdiyi taksi yaxınlaşmış və onlar həmin nəqliyyat vasitəsinə əyləşmişlər, Bakı şəhəri Nəsimi rayonu «28 May» metro stansiyasının yaxınlığına gəlmişlər. Onlar bərabər bir neçə mobil telefon mağazasına daxil olmuş Elxan adlı taksi sürücüsündən götürdükləri mobil telefonları satmaq istəsələr də istəklərinə nail ola bilməmişlər. Hadisədən 2 gün sonra müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, "Bolt" şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərir və "xxxx" MMC-yə məxsus "Khazar LX" minik markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Özünə məxsus "Samsung" markalı "Galaxy J3" modelli mobil telefonu köhnə olduğuna görə naviqasiya proqramını dəstəkləməmiş, ona görə, xalası oğlu Zərərçəkmiş şəxs2 Qəhraman oğluna məxsus olan "RedMi 9" markalı mobil telefonu 15 yanvar 2023-ci il tarixdə naviqasiya proqramı yazdırmaq üçün müvəqqəti istifadə etmək məqsədilə götürmüşdür. 17 yanvar 2023-cü il tarixdə saat təxminən 18:57 radələrində "Bolt" mobil tətbiqindən sifariş verən şəxsin Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsi Lökbatan dairəsinə aparılması nəzərdə tutulan, +994-51-495-38-83 saylı mobil nömrənin sifarişini qəbul etmiş, sifarişin verildiyi ünvana çatdıqdan sonra əvvəllər tanımadığı iki nəfər şəxs avtomobilə əyləşmişlər. Nəqliyyat vasitəsinə əyləşmiş, sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını öyrənmiş şəxsləri xəritə üzrə qeyd olunduğu kimi Lökbatan dairəsinə çatdırdıqda onlar ona yolun davamını şifahi izah etmiş və Qaradağ rayonu ərazisində, hərbi hissəsinin qarşısında qaranlıq ərazidə nəqliyyat vasitəsini dayandırmasını istəmişlər. Daha sonra pula ehtiyacları olduğunu bildirərək ondan pul verməsini istəmişlər. O, üzərində cəmi 13 manat pulunun olduğunu, onlara yalnız həmin məbləğin 10 manatını verə biləcəyini, digər hissəsinə isə nəqliyyat vasitəsi üçün benzin alacağını bildirmişdir. Ondan 10 manat aldıqdan sonra “Samsung” və «RedMi 9» markalı mobil telefonlarını da verməsini istəmişlər. «RedMi 9» markalı telefonun ona məxsus olmadığını, bu səbəbdən yalnız “Samsung” markalı telefonunu verə biləcəyini onlara bildirmişdir. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi nəqliyyat vasitəsinin açarını götürdükdən sonra ondan mobil telefonların hər ikisini tələb etmiş, o hadisənin heç kimin olmadığı ərazidə baş verdiyini nəzərə alaraq, qorxduğu üçün həm də nəqliyyat vasitəsinin açarlarını geri ala bilməsi üçün mobil telefonlarının hər ikisini onlara təqdim etmiş və getmişdir. Daha sonra hadisə barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmçinin, qeyd etmişdir ki, ondan götürülmüş telefonlar geri qaytarıldığı üçün təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma xalası oğludur. Rayona gedərkən özünə məxsus mobil telefonu xalası oğlu Zərərçəkmiş şəxs1 taksi fəaliyyəti ilə məşğul olarkən istifadə etməsi üçün vermişdir. Zərərçəkmiş şəxs1 ona zəng edərək tanımadığı şəxslər tərəfindən ona aid mobil telefonun ondan alındığını, bu barədə artıq “102” xidməti zəng mərkəzinə də məlumat verdiyini ona bildirmişdir. Hadisənin hansı formada baş verməsini soruşduqda sonuncu bu barədə ona məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, onun xalası oğlu Zərərçəkmiş şəxs1 istifadə etməsi üçün verdiyi "Redmi 9" markalı, mobil telefon Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı şəxslər tərəfindən götürülmüşdür. Həmçinin, qeyd etmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən götürülmüş mobil telefonu tam işlək vəziyyətdə ona geri qaytarıldığından, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı nəvəsidir və o, taksi fəaliyyəti ilə məşğul olur. 17 yanvar 2023-cü il tarixdə saat 20:00 radələrində evdə olarkən Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng edərək ondan 100 manat məbləğində pulun bank kart hesabına köçürülməsini istəmiş, lakin o, qeyd edilən məbləğdə pulunun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində onun işlədiyi ünvan 5 ünvanında yerləşən mehmanxaya qonaq qismində gəlmişlər. Mehmanxanadan çıxış edərkən ödəniş etməyə pullarının olmadığını, bu səbəbdən pul əvəzinə üzərlərində olan mobil telefonları girov kimi təqdim edə biləcəklərini bildirmişlər. O, bu haldan şübhələndiyi üçün bu barədə sahə inspektoruna məlumat vermiş, sonuncu onlardan telefonları götürməyi və onlara telefonları girov qoymaları barədə qeyd olan əl yazmalarını almalarını bildirmişdir. Ertəsi gün polis əməkdaşları onun işlədiyi mehmanxanaya gəlmiş və mobil telefonları ondan təhvil almışlar. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsində olan ********* nömrəli cinayət işi üzrə 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 00:20-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 137-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 186-189-cu vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 4(002)-12/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 20 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 71-75-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 4(002)-81/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 05 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqəsində olan ********* nömrəli cinayət işi üzrə 20 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 01:30-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 190-193-cü vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli, 4(002)-11/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 20 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 76-78-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 4(002)-80/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 05 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 02 fevral 2023-cü il tarixli, 1319 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xx.xx.2014xx.xx.2014-cü il, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə “mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə” diaqnozu ilə stasionar müayinədə olmuşdur. Cinayət işinin 1-ci cildinin 224-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 02 fevral 2023-cü il tarixli, 1319 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin 2-ci cildinin 5-7-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 13 fevral 2023-cü il tarixli, 387 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 11-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X2 13 mart 2023-cü il tarixli, 703 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 2-ci cildinin 2-3-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2023-cü il tarixli 9/548 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd Çin istehsalı, "Redmi 9" markalı, "M2004J19AG" model mobil telefon - 150,0 manat; -01 ədəd Vyetnam istehsalı, "Samsung Galaxy J3" markalı, "SM-J330F/DS" model mobil telefon zədələnməmişdən əvvəl, normal vəziyyətdə təxminən 70,00 manat, hal-hazırda zədəli vəziyyətdə hansı səbəbdən istifadəyə yararsız olduğu haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin 2-ci cildinin 1-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2200 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 217-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, 05 iyun 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 07 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cəlb olunduğu cinayət məsuliyyətindən azad edilmiş, cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin 1-ci cildinin 244-cü vərəqəsində olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 30-42-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus "Redmi 9" markalı, "M20004 J19 AG" modelli, "Samsung Galaxy J3" markalı mobil telefonlar maddi sübut hesab edilərək istintaq başa çatdıqdan sonra zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 cinayət törədərkən taladığı “Redmi 9” modelli mobil telefonu girov qoyaraq 72 manat pulun ödəniləcəyi barədə yazdığı qəbz maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə cinayətlərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 20 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 20 yanvar 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy J3” markalı, Zərərçəkmiş şəxs2 məxsus “Redmi 9” markalı telefonların saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 cinayət törədərkən taladığı “Redmi 9” markalı mobil telefonu girov qoyması barədə qəbz iş materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıqekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə Müdafiəçi2 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat pul, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onların işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci- 50 (əlli) manat isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus “Samsung Galaxy J3” markalı və Zərərçəkmiş şəxs2 məxsus “Redmi 9” markalı telefonların saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın, Təqsirləndirilən şəxs1 cinayət törədərkən taladığı “Redmi 9” markalı mobil telefonu girov qoyması barədə qəbz iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə Müdafiəçi2 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat pul, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi yardıma görə 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onların işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-185/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-185/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver