Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-186/2023 23.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin ərazisində inşa edilmiş nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərmiş, eyni zamanda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 27 noyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Sədərək" ticarət mərkəzinin ərazisində inşa edilmiş evin qarşısında qaynatası Zərərçəkmiş şəxs1 onların spirtli içki içmələrinə irad etməsini bahanə edərək həmin məsələnin ona heç bir aidiyyəti olmadığı, hüquq və qanuni mənafelərinə toxunmadığı halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində heç kimə məhəl qoymadan ucadan qışqırıb səs-küy salmaqla, hərəkətlərinin ictimai xarakter alaraq ətrafda olan insanlarda həyəcan və təşviş yaratmasını dərk etməsinə baxmayaraq, özünü cəmiyyətin fövqündə qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək yerdən götürdüyü dəmir parçasını silah qismində istifadə edib səbəbsiz olaraq qəsdən Zərərçəkmiş şəxs1 məxsus evin pəncərəsinin şüşəsini və sonuncuya məxsus olan "Mersedes" markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini zədələyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 110 manat maddi ziyan vurmaqla xuliqanlıq etmiş, həmin vaxt onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa cəhd göstərməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müqavimət göstərərək silah qismində istifadə olunan dəmir parçası ilə qəsdən hər ikisinin bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vurub Zərərçəkmiş şəxs3 sol budun aşağı 1/3-nin dərialtı hematoması, burun kökünün və sol almacıq nahiyələrinin sıyrıqları, sol gözaltı nahiyyənin qançırı ilə, Zərərçəkmiş şəxs4 isə sol budun 1/3-nin dərialtı hematoması ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra hadisə yerində olmuş Zərərçəkmiş şəxs2 üzərinə hücum edib həmin dəmir parçası ilə qəsdən sonuncunun ayaq nahiyəsinə bir dəfə zərbə vurub sağlamlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağ incik sümüyünün yerini dəyişmiş sınığı ilə müşayiət olunan xəsarət yetirərək qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynatasıdır. O, ailəsi və qaynatası ilə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzinin həyətində inşa etdiyi evdə yaşayır. O, 27 noyabr 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə spirtli içki içərək axşam yeməklərini yeyirmişlər. O, heç bir səbəb olmadan, spirtli içkinin təsirindən masanın üzərində olan bıçağı götürmüş, orada olan soyuducuya vurmağa başlamış və bıçağın tiyəsi onun sağ əlini yaralamışdır. Zərərçəkmiş şəxs4 ona yaxınlaşaraq bıçağı onun əlindən almış, o, yenidən çölə çıxan zaman sonuncu ona bildirmişdir ki, qaynatası Zərərçəkmiş şəxs1 onların evdə spirtli içki içmələrindən əsəbləşmiş və nalayiq küçə söyüşləri söyərək evdən qovmuşdur. O, da bu sözdən sonra əsəbləşmiş, çöldə yerdə olan dəmir parçasını götürmüş, Zərərçəkmiş şəxs1 vurmaq məqsədilə evə hücum çəkmişdir. Zərərçəkmiş şəxs1 evdən çıxarmaq məqsədilə yüksək səslə səsləmiş, lakin, onun evdən çıxmadığını görüncə daha da qəzəblənərək əlində olan dəmir parçası ilə evin pəncərəsinin şüşələrini sındırmışdır. Zərərçəkmiş şəxs1 evin pəncərəsinin şüşəsinin sınmasına da məhəl qoymadığını görüncə, əlində olan dəmir parçası ilə sonuncunun həyətdə olan “Mercedes Benz” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini sındırmışdır. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ayrıayrılıqda onun üzərinə gələrək dəmir parçasını əlindən almaq istədikdə o, həmin şəxslərin ayaq və bədənlərinin digər nahiyələrindən dəmir parçası ilə vurmuşdur. Onun sakitləşmədiyini görən Zərərçəkmiş şəxs1 çölə çıxmış, üzərinə gələn zaman onun da sağ qol nahiyəsindən həmin dəmir parçası ilə vurmuşdur. Zərərçəkmiş şəxs2 əli ilə onun göz nahiyəsindən vurduqdan sonra o, zərbənin təsirindən yerə yıxılmış və yalnız bundan sonra Zərərçəkmiş şəxs4 onun əlindən dəmir parçasını ala bilmişdir. Onların evinə qonaq gəlmiş arvadının bacısı baş verənlərdən narahatlıq keçirdiyindən polisə məlumat vermiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmiş və onları birlikdə polis bölməsinə aparmışlar. Polis bölməsində onların izahatlarını aldıqdan sonra evə buraxmışlar. Qaynatası Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşının qabaq alın şüşəsinin təmirinə 100 manat sərf etdirmişdir. Həmçinin, hadisə nəticəsində xəsarət yetirdiyi zərər çəkmiş şəxslərlə barışmışdır. Daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, əməlində xuliqanlıq niyyətinin olmamasının nəzərə alınmasını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə və istintaq dövründə verdikləri ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Sədərək ticarət mərkəzində mağazalardan birində satıcı işləyir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun əmisidir, bu səbəbdən o, əmisinin Sədərək ticarət mərkəzinin həyətində yerləşən evinə qonaq gəlmişdir. Həmçinin, əvvəllər ara-sıra o da həmin evdə gecələmişdir. 27 noyabr 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində o, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxsla bərabər yeyib-içirmişlər. Heç bir səbəb olmadan Təqsirləndirilən şəxs əlində olan bıçaqla soyuducunun qapısını vurmasından əmisi Zərərçəkmiş şəxs1 əsəbləşmiş, onların evdə spirtli içki qəbul etmələrinə, həmçinin yüksək səslə danışmaqlarına iradını bildirmişdir. O, da əmisini sakitləşdirərək digər otağa aparmış, Təqsirləndirilən şəxs əlindən bıçağı Zərərçəkmiş şəxs4 almışdır. Əmisinin onlara irad tutmasından Təqsirləndirilən şəxs əsəbləşmiş, həyətə çıxaraq yerdən dəmir parçası götürmüş və Zərərçəkmiş şəxs1 çölə çıxmasını tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 onu sakitləşdirmək istəmiş, lakin Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə sonuncunun ayağından vurmuş, o, yerə yıxıldıqdan sonra dəmir parçası ilə onun kürəyindən də vurmuşdur. Baş verənlərdən əmisinin qızları narahatlıq keçirmiş, bu barədə polisə məlumat vermişlər. Lakin, polis əməkdaşları gələnədək Təqsirləndirilən şəxs onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs4 da ayaq nahiyəsindən vurmuşdur. Evin pəncərəsinin şüşələrini və əmisi Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini sındırmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 çölə çıxmış, Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək əlində olan dəmir parçası ilə onunda bədəninin sol yan hissəsindən vurmuşdur. O, Təqsirləndirilən şəxs əmisini vurmasına əsəbləşərək onun üzərinə getmiş və əlində olan dəmir parçasını almaq istəmişdir. Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə onun ayaq nahiyyəsindən vurmuşdur. O, Təqsirləndirilən şəxs fiziki güc göstərərək sakitləşdirməyə nail olmuş, Zərərçəkmiş şəxs4 isə onun əlindən dəmir parçasını almış və kənara tullamışdır. O, Təqsirləndirilən şəxs qalxacağı halda yenidən hamını vurmasından ehtiyatlanaraq onu bərk saxlamışdır. Polis əməkdaşları gələnədək onlara kömək etmək məqsədilə Sədərək ticarət mərkəzinin mühafizəsini həyata keçirən əməkdaşları gəlmişlər və onlar Təqsirləndirilən şəxs saxlamışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və onların hamısını polis bölməsinə aparmışlar. Hazırda, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə ərizəsini təqdim edərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısıdır, Təqsirləndirilən şəxs isə onun dayısı qızının əridir. 27 noyabr 2022-ci il tarixdə o, dayısının evinə qonaq gəlmişdir. Həmin gün təxminən saat 18:00 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxsla bərabər yeyib-içirmişlər. Heç bir səbəb olmadan Təqsirləndirilən şəxs əlində olan bıçaqla soyuducunun qapısını vurmasından dayısı Zərərçəkmiş şəxs1 əsəbləşmiş, onların evdə spirtli içki qəbul etmələrinə, həmçinin yüksək səslə danışmaqlarına iradını bildirmişdir. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 sakitləşdirərək digər otağa aparmış, o isə Təqsirləndirilən şəxs əlindən bıçağı almışdır. Dayısının onlara irad tutmasından Təqsirləndirilən şəxs əsəbləşmiş, həyətə çıxaraq yerdən dəmir parçası götürmüş və Zərərçəkmiş şəxs1 çölə çıxmasını tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 onu sakitləşdirmək istəmiş, lakin Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə sonuncunun ayağından vurmuş, o, yerə yıxıldıqdan sonra dəmir parçası ilə onun kürəyindən də vurmuşdur. Baş verənlərdən dayısının qızları narahatlıq keçirmiş, bu barədə polisə məlumat vermişlər. Lakin, polis əməkdaşları gələnədək Təqsirləndirilən şəxs sakitləşdirmək istəyərkən sonuncu onun ayaq nahiyəsindən vurmuşdur. Evin pəncərəsinin şüşələrini və dayısı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini sındırmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 çölə çıxmış, Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə Zərərçəkmiş şəxs1 üzərinə hücum edərək əlində olan dəmir parçası ilə onunda bədəninin sol yan hissəsindən vurmuşdur. Təqsirləndirilən şəxs əlində olan dəmir parçası ilə onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2 da ayaq nahiyyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs fiziki güc göstərərək sakitləşdirməyə nail olmuş, o isə onun əlindən dəmir parçasını almış və kənara tullamışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bərk saxlamış, bu vaxt onlara kömək etmək məqsədilə Sədərək ticarət mərkəzinin mühafizəsini həyata keçirən əməkdaşları gəlmişlər və onlar Təqsirləndirilən şəxs saxlamışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və onların hamısını polis bölməsinə aparmışlar. Hazırda, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə ərizəsini təqdim edərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 27 noyabr 2022-ci il tarixdə dostu Zərərçəkmiş şəxs4 dayısı Zərərçəkmiş şəxs1 evində təxminən saat 18:00 radələrində, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxsla bərabər yeyib-içdikdən sonra bir qədər sərxoş olmuşlar. Zərərçəkmiş şəxs1 onların evdə spirtli içki qəbul etmələrinə və yüksək səslə danışmalarına iradını bildirməsindən Təqsirləndirilən şəxs əsəbləşmiş, sonuncu ilə mübahisə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs çölə çıxaraq oradan götürdüyü dəmir parçası ilə evin pəncərəsini və Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini sındırmışdır. Təqsirləndirilən şəxs həmin vaxt onu sakitləşdirmək istəyən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və ona dəmir parçası ilə zərbələr vurmuşdur. Zərərçəkmiş şəxs1 qizları və nəvələri baş verənlərdən narahatlıq keçirərək, qışqırmışlar və hadisə barədə polisə məlumat vermişlər. Sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs fiziki güc göstərərək onu sakitləşdirməyə nail olmuş, Zərərçəkmiş şəxs4 isə onun əlindən dəmir parçasını almış və kənara tullamışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bərk saxlamış, bu vaxt onlara kömək etmək məqsədilə Sədərək ticarət mərkəzinin mühafizəsini həyata keçirən əməkdaşları gəlmişlər və onlar Təqsirləndirilən şəxs saxlamışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və onların hamısını polis bölməsinə aparmışlar. Hazırda, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə ərizəsini təqdim edərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Şəmsiyyənin əridir. O, qızının ailəsi ilə birlikdə Sədərək ticarət mərkəzinin həyətində özü üçün inşa etdiyi evdə yaşayır. Həmin evə ara-sıra onun qohumları da gəlirlər. 27 noyabr 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs bərabər yeyib-içirmişlər. Spirtli içkinin təsirindən sərxoş olan Təqsirləndirilən şəxs mətbəxdən əlinə götürdüyü bıçaqla soyuducuya vurmağa başlamışdır. Bundan əsəbləşərək, onların evdə spirtli içki qəbul etmələrinə və uşaqların olduğu məkanda yüksək səslə danışmaqlarına görə etirazını bildirmişdir. Təqsirləndirilən şəxs onun irad bildirməsindən əsəbləşmiş, həyətdən tapdığı dəmir parçası ilə evin pəncərəsini sındırmış və yüksək səslə onun həyətə çıxmasını tələb etmişdir. O, isə Təqsirləndirilən şəxs sərxoş olduğunu anlayaraq, hadisənin böyüməsindən ehtiyat edərək evdən çıxmamışdır. Bu zaman Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs sakitlədirməyə çalışarkən sonuncu əlində olan dəmir parçası ilə onların bədənlərinin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Onun evdən çıxmadığını görüncə idarə etdiyi “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini də sındırmışdır. Daha sonra o, evdən çıxmış, Təqsirləndirilən şəxs ona da dəmir parçası ilə zərbələr vurmuşdur. Həmin vaxt evdə olan qızları və nəvələri narahatlıq keçirərək “102” zəng mərkəzinə məlumat vermişlər. Sonunda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs fiziki güc göstərərək onu sakitləşdirməyə nail olmuş, Zərərçəkmiş şəxs4 isə onun əlindən dəmir parçasını almış və kənara tullamışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bərk saxlamış, bu vaxt onlara kömək etmək məqsədilə Sədərək ticarət mərkəzinin mühafizəsini həyata keçirən əməkdaşları gəlmişlər və onlar Təqsirləndirilən şəxs saxlamışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və onların hamısını polis bölməsinə aparmışlar. Hazırda, Təqsirləndirilən şəxsla barışmış, nəqliyyat vasitəsinə dəymiş zərər onun tərəfindən qarşılanmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə ərizəsini təqdim edərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. X1 isə onun bacısı Şəmsiyyənin əridir. O, xx.xx.2022-ci il tarixdə atasına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzinin həyətində inşa edilmiş evə qonaq gəlmişdir. 27 noyabr 2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs yeyib-içirmişlər. Bir qədər sərxoş olduqdan sonra onlar yüksək səslə danışmağa başlamışlar. Eşitdiyi səslərdən başa düşmüşdür ki, həyətdə dava-dalaş başlamışdır. Evdən çıxdıqda Təqsirləndirilən şəxs əlinə dəmir parçası alaraq, evin pəncərə şüşəsini və atasının idarə etdiyi “Mercedes Benz” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq alın şüşəsini də sındırdığını görmüşdür. Eyni zamanda o, həmin dəmir parçası ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və atası Zərərçəkmiş şəxs1 bədənlərinin müxtəlif nahiyələrindən vurmuşdur. Baş verənlərdən həyəcanlanaraq qışqırmasına baxmayaraq, ona məhəl qoyan olmamışdır. Təqsirləndirilən şəxs sakitlişdirməyin mümkün olmadığını görüncə azyaşlı oğlunu Sədərək ticarət mərkəzinin mühafizəsini həyata keçirən şəxsləri köməyə çağırmağa göndərmiş, özü isə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. İbtidai istintaq dövründə şahid qismində ifadə vermiş, həmçinin məhkəmə iclasına dəvət olunmuş Şahid1 ifadə verərkən hadisəni bilavasitə görmədiyini, lakin eşidilən səslərdən dava-dalaş olduğunu başa düşdüyünü məhkəmədə bildirmişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan 19 yanvar 2023-cü il tarixli cinayət işi başlanması və adiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 111-ci vərəqələrində olan 05 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00-da tutulmuşdur. Cinayət işinin 120-ci vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi barədə 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəi cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 144-145-ci vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 07 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 146-cı vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 883 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- sol budun aşağı 1/3-nin dərialtı hematoması, burun kökünün və sol almacıq nahiyələrinin sıyrıqları, sol gözaltı nahiyənin qançırı bərk küt əşya (alət) təsirindən, müayinədən 3-5 gün əvvəl, qərarın təsviri hssəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 882 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət- sol budun yuxarı 1/3-nin dərialtı hematoması, bərk küt əşya təsirindən, müayinədən 3-5 gün əvvəl, qərarın təsviri hssəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin canlı şəxsin ekspertizasının 21 yanvar 2023-cü il tarixli, 139 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət- sağ incik sümüyünün yerinidəyişmiş sınığı bərk küt əşya təsirindən, qərarın təsviri hssəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 152-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 09 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində xuliqanlıq niyyətinin olmamasına dair ifadəsinə münasibətdə qeyd edir ki, o, cinayət əməlini törədərkən həmin vaxt evdə qonaq qismində olan şəxslərə, azyaşlı uşaqlara məhəl qoymadan, laqeydlik, etinasızlıq göstərərək, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə. əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndində izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin Qərarın 5-ci bəndində qeyd olunur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə iclasında verilmiş ifadələr nəticəsində Təqsirləndirilən şəxs əlinə aldığı dəmir parçası ilə həmin vaxt orada olan və qarşısına çıxan hər kəsə hücum çəkərək xəsarət yetirməsi, pəncərə və nəqliyyat vasitəsinin şüşəsini sındırması, yalnız köməyə çağırılan əlavə şəxslərin və polis əməkdaşlarının müdaxiləsindən sonra sakitləşməsi halları onun davranışının bilavasitə təhlükəli olmasının göstəricisidir. Odur ki, onun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və əmlakın zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməsi, eyni zamanda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il № 15 qərarında tövsiyə olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid1 hadisənin bilavasitə şahidi olmadığını nəzərə alaraq, məhkəmə onun verdiyi ifadəni iş üçün sübut kimi qiymətləndirmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18 sentyabr 2018-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq altı il keçmədən yəni 27 noyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli və onun 05 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 23 iyun 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar əhatə olunmaqla Təqsirləndirilən şəxs 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılsın, ona qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-186/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-186/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver