Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-186/2024 29.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X7 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X8 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilərək, özünün xüsusi ittihamçı kimi tanınmasını, işin məhkəmə baxışına təyin edilməsini, X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilərək həmin maddənin sanksiyası həddində cəzalanmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilmişdir ki, X8 2019-cu ildə şikayətçinin oğluna məxsus olan evin yanında başqa şəxsə məxsus olan boş ərazidə yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Həmin vaxtdan da Nüybarı qonşu kimi tanımışlar. Nüybarın tikdiyi yaşayış evi oğlunun yaşadığı evin həyətyanı sahəsinin səkisinin yanında yerləşir. Belə ki, Nüybar tikdiyi evin ətrafında olan boş sahələrini zəbt edərək həyətyanı sahəsini böyütmək istədiyi üçün aralarında mübahisə yaranmışdır. Nüybar qanunsuz olaraq həmin sahəni zəbt etdiyi halda oğlunun qanuni əsasla yəni çıxarışla əldə etdiyi evə müdaxilə edildiyi üçün əsassız olaraq onlardan müxtəlif təşkilatlara, o cümlədən oğlunun işlədiyi orqana, müvafiq prokurorluğa böhtan xarakterli şikayət ərizələri yazmış və bu barədə araşdırma aparılaraq qərarla cinayət işinin başlanması rədd edilmişdir. X8 özbaşına tikintilər apararaq onların gediş-gəliş yolumuzu bağlayıb. Hər dəfə də bununla bağlı irad bildirərkən, Nüybar Həsənova oğlunun əlil olduğunu bildirərək, onlara onsuz da hər yerdə güzəşt olduğunu bildirmişdir, lakin müəyyən edildi ki, onun oğlu əlil deyil. Onlara qarşı şər və böhtan xarakterli sözlər demişdir. O da qanuni əsaslarla lazımi orqanlara bildirmişdir. X1 şər və böhtanından qorxaraq aiddiyyət orqanlar müdaxilə edə bilmirlər. Bu barədə "Space" TV çəkiliş aparmış, həmin çəkiliş zamanı da X8 onlara qarşı ən ağır ifadələr işlətmiş, hətta jurnalist də etika qaydalarına uyğun olaraq həmin ifadələri efirə verməyin mümkün olmamısını bildirmişdir. Həmin televiziya çıxışında da Nüybar onun evdə narkotik vasitə satdığını, oğlanlarını bunun hesabına böyütdüyünü, bunu bütün Lökbatan camaatının bildiriyini deyərək böhtan atır. O uzun müddətdir ki, Qaradağ rayon sakinidir və müəyyən nüfuzu vardır. Həsənova Nüybarın ona qarşı guya narkotik vasitə satdığına dair ifadəsi və bunu bütün televiziya verlişində bəyan etməsi onun qonşular və qohumlar arasında nüfuzuma xələl gətirmiş, yaxın adamlarının arasında hörmətdən salmışdır. Onun bu yaşında barəsində deyilmiş həmin sözlər ona qarşı edilmiş şər və böhtandır. O öz əməlləri ilə onu və ailəsini təhqir etməklə şərəf və ləyaqətimi alçaltmışdır. Nyübarın onun ailəsinə qarşı şər və böhtan deməsi onu cəmiyyət içərisində nüfuzdan salmağa, şərəf və ləyaqətimi alçaltmağa çalışmışdır. Onun barəsində işlədilən ifadələr böhtandır və bütün bunlar onun şərəf və ləyaqətmaq alçatmaq məqsədi daşıyır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 öz izahatında verdiyi şikayəti müdafiə edərək orada göstərilənləri təsdiq edərək X5 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilərək həmin maddənin sanksiyası həddində cəzalanmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə öz izahatında verilmiş şikayəti müdafiə edərək X5 CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilərək həmin maddənin sanksiyası həddində cəzalanmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, X9 qeyd olunan böhtan və təhqir xarakterli sözlərini “Space” telekanalında yayımlanan verliş zamanı bildirsədə onun bu hərəkətləri uzun müddətdir ki, müxtəlif forma və hərəkətlərlə davam edir. Məhkəmə baxışı zamanı bu faktları təsdiq edəcək kifayət qədər sübutları və şahidləri vardır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 öz izahatında şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, o, özüdə qonşu ilə arasında olan mübahisəni işıqlandırmaq üçün başqa bir jurnalistlə danışaraq ona müsahibə verəcəyini bildirmişdir. “Space” kanalından ona zəng gələn zaman bu jurnalistin onun əvvəlcədən danışdığı jurnalist olduğunu zənn edərək ona müsahibə vermişdir. Həmin müsahibə zamanı jurnalist əvvəlcədən hansı telekanaldan zəng etdiyini və bu müsahibənin kanal vasitəsi ilə yayımlanacağı barədə ona heç bir xəbərdarlıqda etməmişdir. Oda verdiyi müsahibənin kütləvi informasiya vasitələrində yayımlanacağını bilməmişdir. Barəsində verilmiş xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini bildirmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi öz çıxışında verilmiş şikayətin əsassız olduğunu bildirərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 “Space” kanalından zəng gələn zaman bu jurnalistin onun əvvəlcədən danışdığı jurnalist olduğunu zənn edərək ona müsahibə verdiyini, həmin müsahibə zamanı jurnalist özünü təqdim etmədən əvvəlcədən hansı telekanaldan zəng etdiyini və bu müsahibənin kanal vasitəsi ilə yayımlanacağı barədə ona heç bir xəbərdarlıq etmədiyini bildirmişdir. Buna görədə X8 verdiyi müsahibənin kütləvi informasiya vasitələrində yayımlanacağını bilməmişdir. X2 “Space” kanalında həmin verilişin sonradan yayımlanmasından da xəbərsiz olmuşdur. Məhkəmə, X3 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, təqdim edilmiş sənədləri və şikayət ərizəsinə əlavə edilmiş DVD diskə baxış keçirərək hesab edir ki, şikayət baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı tərəflərin iştirakı ilə şikayət ərizəsinə əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal olunan hadisə hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonuna aid olan “Space” televiziyasında efirdə yayımlanan zaman səslənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin CPM-in 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-186/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-186/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver