Məhkəmə qərarları › İş №1(002)-187/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-187/2021

06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-187/2021 06.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx xxxxxx 1984-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində iki azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Nur” gözəllik salonunda olan zaman qəsdən ictimai yerdə Zərərçəkmiş şəxs əli ilə vuraraq, başın alın, hər iki gözaltı və alt çənə nahiyyələrinin sıyrığları, alt dodağın selikli qişasına qansızma kimi xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır, onlar “Nur” gözəllik salonunda saç ustası işləyirlər, oda həmin salonda təxminən beş aya yaxın işləmiş, lakin Zeynəblə xasiyyətləri düz gəlmədiyi üçün söz söhbətlərdən bezərək işdən çıxmışdır. 10.03.2021-ci il tarixdə Zeynəb salona gələrək onun bu salonda da ümumiyyətlə Lökbatan qəsəbəsində heç bir salonda işləməyəcəyini deyərək onunla söz mübahisəsi etməyə başlamış, salonda olan xanımlar güclə Zeynəbi ondan ayırmışlar, bundan sonra Zeynəb çıxıb getmişdir. 12.03.2021-ci il tarixdə o, salonda olmayan vaxtı Cəmilə mobil nömrəsinə zəng vuraraq Təranənin salona gəldiyini, o və Zeynəbin onun arxası ilə danışdığını deyərək bu məsələni aydınlaşdırmaq üçün onun ertəsi gün salona gəlməyini xahiş etdiyini demişdir. 13.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində o, Cəmilə ilə birlikdə Nur salonuna gəlmişlər. O, salonda Zeynəb ilə söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış, Zeynəb onu dəfələrlə söyüb təhqir etmiş və üstünə gələrək yaxasından tutmuş, onun bu hərəkətindən sonra o, əsəbləşərək Zeynəbin yaxasından tutmuş, bu zaman dartışma olduğuna görə ola bilərmiş ki, dırnaqları ilə Zərərçəkmiş şəxs sifətini cızmışdır. Bunu görən Cəmilə və Təranə dərhal onları ayırmışlar. Zeynəb dərhal salondan çıxaraq DİN-in 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, təhqiqat zamanı verdiyi ifadəsini oxumayaraq imza etmiş və o, Zərərçəkmiş şəxs vurmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Əlavə olaraq bildirmişdir ki, hal-hazırda himayəsində iki azyaşlı uşağı olmaqla ərindən boşanmışdır. Uşaqlarını təkbaşına böyüdür. Maddi cəhətdən çox böyük sıxıntılar çəkir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bir ilə yaxın olar ki, “Nur” gözəllik salonunda saç ustası işləyir. Təqsirləndirilən şəxs tanıyır, 2020-ci ilin sentyabr ayından onun yanında saç ustası kimi işləməyə başlamışdır. O, Günelə aylıq 130 manata salonda masa ayırmışdır, o isə orda öz müştərilərilə işləyirmiş. 2021-ci ilin fevral ayında Günel ona 130 manat pulu vermədiyi üçün aralarında söznən mübahisə yaranmış, Günel ona güzgü verərək dəyəri 130 manat olduğunu və aylıq verəcəyi pulun əvəzində güzgünü götürməyini xahiş etmişdir. Bir neçə gün keçdikdən sonra o, Güneldən işıq pulunu istəmiş, cavab olaraq Günel ona verdiyi güzgünün dəyəri 180 manat aylıq verəcəyi pul isə 130 manat olduğu üçün əksinə onun Günelə 50 manat borcu olduğunu deyərək təhqir etmişdir. 13.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində o, salonda olan zaman Günel onun barəsində pis sözlər, ifadələr dediyi üçün aralarında sözlə mübahisə yaranmış, o, Günelə yaxınlaşaraq bu tərzdə danışmamağını deyən vaxtı sonuncu onun sifətinə tüpürmüş, o, əli ilə onu itələmək istədikdə isə Günel bir neçə dəfə dırnaqları ilə sifətini cızaraq, əli ilə ağzına vurmuşdur. Baş verən hadisəni görən Cəmilə və Təranə dərhal onlara yaxınlaşaraq ayırmış, o isə salondan çıxaraq DİN-in 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş və salondakı iş rejimi müvəqqəti olaraq pozulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlar qadın salonunda işləyirlər. Zeynəb “Nur” gözəllik salonunda saç ustası işləyir, Günel isə hal-hazırda “Eliza” qadın salonunda işləyir, lakin bundan əvvəl “Nur” salonunda işləmişdir. Onun hər ikisi ilə münasibəti həmişə normal olmuşdur. 12.03.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Zeynəb və Günel arxasınca danışırlar və o, bu məsələni aydınlaşdırmaq üçün həmin günü “Eliza” salonuna getmiş, lakin Günel salonda olmadığı üçün salonda işləyən Şahid2 sözlərini ona çatdırmağını xahiş etmiş və çıxıb getmişdir. 13.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində Cəmilə Günel ilə birlikdə Nur salonuna gəlmişlər. Günel Zeynəb ilə söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış, Zeynəb Güneli söyüb təhqir etmiş və onun ustünə gedərək yaxasından tutmuşdur. Bundan sonra ara qarışdığına görə onlar Zeynəblə Güneli ayırmış və bu zaman kimin kimi vurduğunu görməmişdir. Bundan sonra Zeynəb dərhal salondan çıxaraq DİN-in 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisədən sonra videogörüntüyə baxış keçirilərkən məlum olmuşdur ki, mübahisə zamanı Günel Zeynəbin sifətinə tüpürmüşdür. Tərəflər arasındakı mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə davm etmiş və salonun iş rejimi pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, onlar qadın salonunda işləyirlər. Zeynəb “Nur” gözəllik salonunda saç ustası işləyir, Günel isə hal-hazırda Eliza qadın salonunda işləyir, lakin bundan əvvəl “Nur” salonunda işləyirmiş. Onun hər ikisi ilə münasibəti həmişə normal olmuşdur. 10.03.2021-ci il tarixdə Zeynəb salona gələrək Günelin onun arxasınca daışdığını deyərək onunla söz mübahisəsi etməyə başlamış, onlar güclə Zeynəb və Güneli ayrımış, bundan sonra Zeynəb salondan çıxıb getmişdir. 12.03.2021-ci il tarixdə Təranə salona gələrək Günelin Zeynəblə onun arxasınca danışdığını deyərək bu məsələni aydınlaşdırmaq üçün Günelin sabah salona gəlməyini xahiş etmiş, o Günelə zəng vuraraq Təranənin sözlərini ona çatdırmışdır. 13.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində o, Günel ilə birlikdə “Nur” salonuna gəlmişlər. Günel Zeynəb ilə söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış, Zeynəb Güneli söyüb təhqir etmiş və onun ustünə gedərək yaxasından tutmuşdur. Bundan sonra ara qarışdığına görə onlar Zeynəblə Güneli ayırmış, lakin Günel Zeynəbi vurmamışdır. Bundan sonra Zeynəb dərhal salondan çıxaraq DİN-in 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ümumiyyətlə tanımırmış, çünki o, təxminən hadisədən iki gün əvvəl “Nur” salonunda işə düzəlmişdir. Zeynəb “Nur” gözəllik salonunda saç ustası işləyir, Günel isə “Eliza” qadın salonunda işləyir, lakin bundan əvvəl “Nur” salonunda işləyirmiş. Onun hər ikisi ilə münasibəti normaldır. 13.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində Cəmilə Günel ilə birlikdə “Nur” salonuna gəlmişlər. Günel Zeynəb ilə söhbət edən zaman aralarında söznən mübahisə yaranmış, Zeynəb Güneli söyüb təhqir etmiş və onun ustünə gedərək yaxasından tutmuşdur. Bundan sonra ara qarışdığına görə onlar Zeynəblə Güneli ayırmış və bu zaman kimin kimi vurduğunu görməmişdir. Bundan sonra Zeynəb dərhal salondan çıxaraq DİN-in 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisədən sonra videogörüntüyə baxış keçirilərkən məlum olmuşdur ki, mübahisə zamanı Günel Zeynəbin sifətinə tüpürmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 15.03.2021-ci il tarixli 129 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın alın, hər iki gözaltı və alt çənə nahiyyələrinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 13.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa ağır zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan “DVD” diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 13 mart 2021-ci il tarixdə saat 10:26 radələrindən başlayaraq saat 10:32 radələrinə qədər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyi, həmin vaxt salonda işçilərlə birlikdə ümumilikdə yeddi nəfər şəxsin olduğu, mübahisə zamanı Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs üzünə tüpürdüyü və bundan sonra tərəflərin əlbəyaxa olaraq bir-birlərini vurmağa başladığı görünür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, 16.01.2008-ci il tarixdə doğulmuş X4 və 27.12.2008-ci il tarixdə doğulmuş X6 anaları Təqsirləndirilən şəxsdır. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamədən aydın olur ki, X8 ilə Təqsirləndirilən şəxs arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18.01.2020-ci il tarixdə qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona verilmiş ittihamı qəbul etməsə də araşdırılmış sübutlarla həmin ittiham öz təsdiqini tapmışdır. Bundan başqa təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ifadə verərək törətdiyi əməli tam etiraf etmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 tanıyır, onlar Nur gözəllik salonunda saç ustası işləyirlər, oda həmin salonda təxminən 5 aya yaxın olar ki, işləmiş, lakin Zeynəblə xasiyyətləri düz gəlmədiyi üçün söz söhbətlərdən bezərək işdən çıxmışdır. 10.03.2021-ci il tarixdə Zeynəb salona gələrək onun bu salonda da ümumiyyətlə Lökbatan qəsəbəsində heç bir salonda işləməyəcəyini deyərək onunla söz mübahisəsi etməyə başlamış, salondan olan xanımlar güclə Zeynəbi ondan ayırmışlar, bundan sonra Zeynəb çıxıb getmişdir. 12.03.2021-ci il tarixdə o, salonda olmayan vaxtı Cəmilə mobil nömrəsinə zəng vuraraq Təranə salona gəldiyini o və Zeynəb onun arxası ilə danışdığını deyərək bu məsələni aydınlaşdırmaq üçün onu sabah salona gəlməyini xahiş etdiyini demişdir. 13.03.2021-ci il tarixdə saat təxminən 10 radələrində o, Cəmilə ilə birlikdə Nur salonuna gəldilər. O, salonda Zeynəb ilə söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış, Zeynəb onu dəfələrlə söyüb təhqir etmiş və üstünə gedərək yaxasından tutmuş, onun bu hərəkətindən sonra o əsəbləşərək Zeynəbin sifətinə tüpürdü və bir neçə dəfə dırnaqları ilə sifətini cızaraq əli ilə ağzına vurmuşdur. Bunu görən Cəmilə və Təranə dərhal onları ayırdılar. Zeynəb dərhal salondan çıxaraq DİN 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Beləliklə də Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərin törədildiyi öz əksini tapmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar