Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-187/2024 14.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 03 dekabr 2015-ci il tarixdən başlayaraq övladları 04 yanvar 2009-cu il təvəllüdlü X2 və 12 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 117,00 manat olmaqla, iki uşağa görə cəmi 234,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 aprel 2016-cı il tarixli, 2(002)-181/2016 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 03 dekabr 2019-cu il tarixli, 3(002)-2734/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1 (bir) ay və 31 yanvar 2023-cü il tarixli, 3(002)-169/2023 saylı qərarı ilə 08 (səkkiz) gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 31 yanvar 2023-cü il, 09 fevral 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 03 noyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 17244,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda vərəm xəstəsi olmaqla heç bir yerdə işləmir. Qısa müddətdə ödəniş edəcəyini bildirərək ona köməklik etməsini xahiş etmişdir. O əlavə olaraq törətdiyi əməldən peşman olduğunu, vurulmuş ziyanı ödəməklə zrərəçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəngsaz ustası işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olur və aylıq gəliri 350,00 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə evlənmiş, birgə nikahlarından X4 və Hacıǝliyev Fərman Ceyhun oğlu doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2015-ci ildə Zərərçəkmiş şəxs ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 19 aprel 2016-cı il tarixli, 2(002)-181/2016 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verilərək əvvəli 03 dekabr 2015-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 117,00 manat, iki uşağa cəmi 234,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 04 yanvar 2009-cu il təvəllüdlü Tahirə Hacıəliyevanın və 12 noyabr 2010-cu il təvəllüdlü Fərman Hacıəliyevin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra memurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 03 dekabr 2019-cu il tarixli, 3(002)-2734/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1 (bir) ay və 31 yanvar 2023-cü il tarixli, 3(002)-169/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətlərində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəllər aliment ödəsədə sonradan ödəniş etməmişdir və yığılmış aliment borcunun ödənilməsini tələb edir. Məhkəmə gedişatı dövründə cəmi 400 manat məbləğində aliment borcundan ödəniş olmuşdur. Hal-hazırda isə aliment borcunun ödənildiyini qeyd etmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə qeyri rəsmi evlənmiş, birgə nikahlarından Hacıǝliyeva Tahirə Ceyhun qızı və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2015ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 19 aprel 2016-cı il tarixli, 2(002)-181/2016 saylı qətnaməsi ilə iddia temin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 03 dekabr 2015-ci il tarixdən hesablanmaqla, her ay, bir uşağa 117,00 manat, iki uşağa cami 234,00 manat sabit pul məbləğində aliment Hacıǝliyev Ceyhun Tahir oğlundan tutularaq 04 yanvar 2009-cu il təvəllüdlü Tahirə Hacıǝliyevanın və 12 noyabr 2010-cu il təvəllüdlü Fərman Hacıəliyevin yetkinlik yaşlarına çatana kimi saxlanması üçün ona ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilsə də sonuncu alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra memurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 03 dekabr 2019-cu il tarixli, 3(002)-2734/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1 (bir) ay ve 31 yanvar 2023-cü il tarixli, 3(002)-169/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə esasən təqsirli bilinərək 8 (səkkiz) gün müddətlərində inzibati həbs edilmiş, icra memuru alimentin ödənilməsi üçün ona resmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın tam olaraq ödəndiyini, təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 may 2018-ci il tarixli, 2(002)-1768/2018 saylı qətnaməsindən görünür ki, 01 senyabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03 aprel 2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 154,00 manat sabit pul məbləğində, 01 senyabr 2017-ci il təvəllüdlü X6 üç yaşına çatanadək 03 aprel 2018-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hərə ay 50,00 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 aprel 2016-cı il tarixli, 2(002)-181/2016 saylı qətnaməsinin icrası zamanı Təqsirləndirilən şəxs məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğu və aylıq gəlirinin 350,00 manat təşkil etdiyi etiraf edilmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir. İş materiallarına əlavə olunmuş 31 yanvar 2023-cü il tarixli, 09 fevral 2023-cü il tarixli xəbərdarlıqlardan və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 3(002)-2734/2019 saylı və 31 yanvar 2023-cü il tarixli, 3(002)-169/2023 saylı qərarlarından, eyni zamanda digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 19 aprel 2016-cı il tarixli, 2(002)- 181/2016 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə ziyanı ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1-ci və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-187/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-187/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver