Məhkəmə qərarları › İş №1(002)-188/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-188/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-188/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X4 iştirakları ilə, xx.xx.2005-ci ildə Yardımlı rayonunda anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yardımlı rayonu, Qabaqdibi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, silah qismində əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 06.01.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət mərkəzi”nin sağ yanındakı aralıq yolun kənarında boşluq ərazidə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə sol döş qəfəsindən, iki dəfə sağ ayağının bud nahiyəsindən və iki dəfə sol ayağının bud nahiyəsindən vuraraq sonuncuya döş qəfəsinin sol yarısının döş boşluğunda nüfuz etməyən 1 (bir) ədəd, sağ budun 2 (iki) ədəd, sol budun 2 (iki) ədəd deşilmiş – kəsilmiş yaraları ilə nəticələnən dərəcələrinə görə ümumilikdə, həmçinin ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hal-hazırda ünvan 2nitar peşə liseyində təhsil alır. Zərərçəkmiş şəxs təxminən 2-3 il olar ki, tanıyır, aralarında heç bir münasibət eləcə də, yaxından tanışılığı, düşmənçilik və ədavətləri olmamışdır. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki “Mədəniyyət sarayı”nın yanında yerləşən poçta gəlmişdir ki, qaz sayğacının kartına pul köçürsün. Həmin vaxt poçtun qarşısında növbə olduğundan, həmin vaxt poçtun yanında dayanan qəsəbə sakinləri olan İlkin, Novruz və Qabil adlı şəxləri görüb, sonra onlara yaxınlaşıb salamlaşmışdır. O İlkin və Qabil ilə birlikdə söhbət etdikləri zaman Novruz onlara yaxınlaşmışıb, İlkin ilə aralarında olan söhbətinə müdaxilə eləmiş, o da Novruza onların söhbətinə müdaxilə etməməyini, onların yanından getməyini demişdir. Novruz ona “sən getməlisən, bir nəfərin sənin “peysər” olduğunu dediyini” demişdir. O da Novruza demiş ki, “mənə kim nə deyib, özüdü, kimdi mənim haqqımda pis danışan?”. Novruz da həmin şəxsin qəsəbə sakini Osman olduğunu demişdir. Belə ki, Novruz öz “vatsapp”ında onunla birlikdə şəklini statusa qoyaraq paylaşmışdır. Həmin vaxt Osman Novruza “vatsapp” vasitəsilə yazaraq demiş ki, “Cəlil peysərdi, niyə onunla şəkil çəkdirmisən, paylaşırsan?”. Sonra Novruz ona demiş ki, “yığ özün soruş Osmandan”. Bundan sonra o da Novruzun telefonu ilə Osmana zəng edib demişdir ki, “sən mənim haqqımda söyüş işlətmisən?”. Osman da demişdir ki, “hə demişəm, sən peysərsən”. O Osmana demiş ki, “sənin mənimlə düşmənçiliyin var ki, mənim haqqımda belə ifadə işlətmisən”. Osman da ona demiş ki, “düz demişəm, sən elə peysərsən”. Osman ondan harada olduğunu soruşmuş, o da qəsəbədə yerləşən “Mədəniyyət sarayı”nın qarşısında olduğunu demişdir. Osman ona demişdir ki, “orada ol gəlirəm”. O da Osmana demişdir ki, “evə gedirəm, 10 dəqiqəyə gəlirəm”. O evə soğan kartof almalıymış, ona görə evə getmiş, həm də Osmanın ondan böyük və dalaşqan olduğunu bildiyi üçün evdən bıçaq götürüb “Mədəniyyət sarayı”nın qarşısına qayıtmışdır. O sarayın yanına qayıdanda Novruz ilə Osmanın sarayın yanında yerləşən poçtun qarşısında dayandıqlarını görmüşdür. Osman onu yanına çağırmış, o da Osmanın yanına getmişdir. Osman ona demiş ki, “gəl kənara keçək söhbət edək”. O da Osman ilə aralarında söhbət edəcəklərini düşünüb bıçağı Qabilə vermiş ki, saxlasın. Onlar “Mədəniyyət sarayı”nın sağ tərəfində aralıqdakı boş sahəyə qalxmışlar. Orada Osmana onun haqqında niyə pis söz işlətdiyini, onun hansı pis bir hərəkətini gördüyünü demişdir. Osman da ona demiş ki, “hə görmüşəm”. O da Osmana demiş ki, “de mənə görüm hansı pis hərəkətimi görmüsən, mən namaz qılıb ibadətlə məşğulam, mən söyüş işlətmək, dalaşmaq istəmirəm”. Bu zaman Osman kəllə ilə onun burun nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən o arxaya yerə yıxılmışdır. O ayağa qalxmaq istəyəndə Osman yumruqla bir dəfə də sifət nahiyəsindən vurmuş, o yenə yerə yıxılmışdır. Osman da yerdə onun boynundan tutub bir əli ilə baş nahiyəsindən bir neçə dəfə yumruqla zərbələr vurmuş, eyni zamanda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Osman ilə onun arasında münaqişə olan zaman onların yanında Qabil, İlkin, Novruz dayanmış, heç biri də müdaxilə etməmişdir. Çünki həm Osmandan qorxurmuşlar, həm də Osman onların söhbətinə heç kim müdaxilə etməsin deyə söyüş söymüşdür. Osmanın onu boğduğunu görüb Qabilə demiş ki, “bıçağı ver mənə”. Qabil əvvəlcə bıçağı vermək istəməmiş, Osman da Qabilə təpiklə zərbə vurmuşdur. Sonra o Qabildən təkidlə bıçağı istəmişdir. Bundan sonra Qabil bıçağı ona vermiş və bıçağı Qabildən aldıqdan sonra Osman onu arxaya itələmişdir. O da Osmanın bir dəfə sol döş qəfəsindən, iki dəfə sağ ayağının bud nahiyəsindən və iki dəfə sol ayağının bud nahiyəsindən vurmuşdur. Bundan sonra Osman yerə yıxılmışdır. Novruz ona demiş ki, “get burdan”. O da poçta qədər özü getmişdir. O oradan kənarlaşanda Qabil onun yanında olmuşdur. Daha sonra halı pisləşmiş, özünə gələndə TTY-da olduğunu görmüşdür. O, dava-dalaş zamanı özünü qorumaq üçün, eləcə də, Osmanın onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün bıçaqla vurmuşdur. Osman ilə onun arasındakı dava-dalaş 06 yanvar 2021-ci il tarixdə saat 13 radələrində Qızıldaş qəsəbəsindəkı “Mədəniyyət sarayı”nın sağ tərəfində ara yolun kənarında baş verib. Dava-dalaş zamanı ətrafda qəsəbə sakinləri Novruz, İlkin, Qabil olmuşdur. Osmanla dalaşan zaman qolu kəsilmiş, lakin həmin xəsarətin necə almasını hazırda xatırlamır. Son olaraq törətdiyi əməlindən peşmançılıq çəkməsini, hazırda məktəbli olmasını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələbinin olmadığını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Bakı Peşə liseyinin 3-cü kurs tələbəsidir. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, üzdən tanıyır, lakin onunla heç bir münasibətləri, eləcə də, aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. Şahid1 da Qızıldaş qəsəbə sakini kimi tanıyır, münabitləri yaxşıdır. 05 yanvar 2021-ci il tarixdə axşam saatlarında Novruzun istifadəsində olan nömrəsinin “vatsapp” statusunda Cəlil ilə birlikdə olan şəklinin paylaşmışdır. O da statusa baxıb Novruza yazmışdır ki, “sən bu peysər ilə niyə şəkil çəkdirmisən?”. Novruz da ona yazmış ki, “elədir?”. O da Novruza hə cavabını yazmışdır. Daha sonra Novruzla heç bir yazışmaları olmamışdır. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində evdə olduğu zaman Novruzdan ona zəng gəlmiş, o Novruzun zənginə cavab vermişdir. Zəngə cavab verəndə görmüş ki, danışan Novruz deyil Cəlildir. Həmin vaxt Cəlil ona demiş ki, “sən peysər demisən?” O da Cəlilə demiş ki, “hə demişəm”. Cəlil də ona demiş ki, “dur gəl klubun qabağına, gözdüyürəm səni”. O da həmin vaxt yemək yediyi üçün yeməyini bitirmiş, paltarını geyinib evdən çıxıb saat 13 radələrində Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət Mərkəzinin” qarşısına gəlmişdir. O klub dedikləri Mədəniyyət mərkəzinin qarşısına gəlmiş, həmin vaxt Novruz da mağazadan çıxıb onun yanına gəlib demiş ki, “Cəlil də indi gələcək”. Novruz əlində sellofan paketlə çıxıb getmişdir. Biraz keçmiş Cəlil yanında Qabil adlı Qızıldaş qəsəbə sakini ilə birlikdə onun yanına gəlmişdir. Onlar mərkəzin sağ yanında biraz hündürdə yerləşən boş sahəyə keçmişlər. Orada Cəlil ondan soruşmuş ki, “sən mənə peysər demisən?”. O da Cəlilə demiş ki, “hə demişəm”. Bundan sonra Cəlil ona yumruq atmış, yumruq onun sifət nahiyəsinə dəymişdir. O da əvvəlcə başla Cəlilin burun nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur. Onlar dalaşmışlar. Cəlil onu yerə yıxmış, onlar yerdə dalaşan zaman o Cəlilin burun nahiyəsindən bir dəfə başla, bir neçə dəfə də yumruqla zərbələr vurmuşdur. Sonra ayağa qalxmışlar. Həmin vaxt Novruz ilə Qabil kənarda dayanıb onlara baxırmışlar. Onlar aralaşdıqdan sonra Cəlil Qabildən bıçağı alıb onun üstünə gəlmiş, birinci zərbəni Cəlil onun sol qolaltı nahiyəsindən vurmuş, o Cəlili əli ilə itələmiş ki, bir də vurmasın. O çıxıb getmək istədiyi zaman Cəlil onun sağ ayağından zərbə vurmuş, o da Cəlilə təpik atmışdır. O hündürdə olduqları yerdən aşağı düşmüş, mərkəzin sağ tərəfində olan aralıq yerdə olan zaman Cəlil onun arxasınca gəlib sağ və sol ayaqlarına bir neçə dəfə zərbələr vurmuşdur. Aldığı xəsarətlər canını ağrıtdığı üçün o qışqıraraq mərkəzin qarşısına getmiş, mərkəzlə üzbəüz olan 34 saylı binanın qarşısında dayanmış, bu zaman Zakir ilə Habil adlı şəxslər onun səsinə yanına gəlmişlər. Sonra Zakir ilə Habil adlı qəsəbə sakini Onu Qızıldaş qəsəbəsində yerləşən “ambulatoriya” deyilən yerə aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, yaralarını sarımışlar. Daha sonra TTYS avtomobili gəlib onu Respublika Kliniki Xəstəxanasına aparmışdır. Orada onun yaralarına tikiş qoyulmuşdur. Dava-dalaş zamanı ətrafda Qızıldaş qəsəbə sakinləri Qabil və Norvuz olmuşdur, həmin vaxt İlkin isə mərkəzin qarşısında dayanmışdır. Həmçinin bildirir ki, Cəlil ilk olaraq ona yumruq atmış, daha sonra başla Cəlilin burun nahiyəsindən zərbə vurmuşdur. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vermiş olduğu mülki iddiasından imtina etdiyini bildirib, təqsirləndirilən şəxsd Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Texniki-humanitar peşə liseyində təhsil alır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, Qızıldaş qəsəbə sakinləri kimi tanıyır, münasibətləri hər zaman yaxşı olmuşdur. 05 yanvar 2021-ci il tarixdə istifadəsində olan 077 415 44-74 saylı mobil nömrədə vatsapp statusunda Cəlil ilə birlikdə şəkil paylaşmışdır. Həmin vaxt Osman ona yazmış ki, “bu peysəri hardan tapmısan?”. O da Osmana yazmış ki, “Cəlil mənim dostumdur, bu peysərdi ki?”. Osman da ona yazmış ki, “mənə görə peysərdi”. Bundan sonra Osman ilə aralarında heç bir yazışma olmamışdır. Səhəri gün yəni, 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət Mərkəzi”nin sol tərəfində yerləşən Azərpoçtun qarşısında o, Cəlil və İlkin ilə dayanıb söhbət etmişlər. Onlar söhbət etdikləri zaman Qabil adlı şəxs də gəlmişdir. Söhbət zamanı o Cəlilə demiş ki, “Osman sənə peysər deyib”. Cəlil Osmana onun telefonu ilə vatsappla yığıb danışmışdır. Cəlil Osmandan barəsində “peysər” söyüşü işlədibişlətməməsini soruşmuşdur. Osman da Cəlilə demiş ki, “bəli, mən sənə peysər demişəm”. Cəlil Osmana demiş ki, “haradasan, dur gəl mədəniyyət mərkəzinin qarşısına”. Bundan sonra Cəlil yaşadığı evə tərəf getmişdir. Biraz keçdikdən sonra onlar yenidən mərkəzin qarşısında toplaşmışlar. Daha sonra Osman onların yanına gəlmişdir. Osman Cəlilə demiş ki, “gəl kənara keçək, burada camaat var, ayıbdır”. Onlar hamısı birlikdə mərkəzin sağ kənarında yerləşən aralıq yolun sağ tərəfində hündür yerdə yerləşən boş sahəyə getmişlər. O İlkin ilə birlikdə mərkəzin sağ tərəfində aralıq yolda dayanmışlar, Qabil, Cəlil və Osman yuxarı boş sahəyə qalxmışlar. Cəlil Osmandan soruşmuş ki, “sən mənim haqqımda peysər söyüşü demisən?”. Osman da demiş ki, “bəli demişəm, sən mənim üçün peysərsən”. Bundan sonra Osman ilə Cəlil dalaşmağa başlamışlar. Dava zamanı Osman söyüş söymüş ki, heç kim davaya qarışmasın. İlkin olaraq Cəlil Osmanı yerə yıxmış, hər ikisi bir birinə yumruqla zərbələr vurmuşlar. Həmin vaxt Osman ayağa qalxıb “həmin oğlanam mən” deyib Cəlilin yaxasında tutub başla Cəlilin burun nahiyəsində zərbə vurmuşdur. Dava zamanı Cəlil halsızlaşmışdır. Sonra yenidən bir-biri ilə dalaşmağa başlamışlar və Cəlil Osmanı yerə yıxmışdır. Cəlil Qabilə demiş ki, “bıçağı ver mənə”. Qabil bıçağı vermək istəməmiş, lakin Cəlil Qabilə söyüş söydüyü üçün bıçağı Cəlilə vermişdir. Cəlil Osmanın ayağından və bədən nahiyələrindən bir neçə dəfə zərbə vurmuş, həmin vaxt Osman ayağa qalxıb qışqırmağa başlamışdır. Osmandan qan axdığını görüb qorxub İlkin ilə o mərkəzin həyətində oturmuşlar. Onlar mərkəzin həyətinə gedən zaman Cəlil əlində bıçaq Qabil ilə birlikdə çıxıb getmişlər. Mərkəz ilə üzbəüz binanın qarşısında dayanmış üç dörd nəfər Osmana kömək eləmək üçün gəlmişdir. Daha sonra bilmiş ki, Osmanı Qızıldaş qəsəbəsində yerləşən ambulatoriya deyilən yerə aparmışlar. Oradan da TTYS avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Həmçinin bildirir ki, Dava-dalaş zamanı hər ikisi bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Dava-dalaş zamanı Osman Qabilə təpik atmış ki, üstündəki bıçağı Cəlilə verməsin. X9 atdığı təpik dəyməmişdir. O Osmanın Cəlilin qolunu kəsdiyini görməmişdir. O Osman ilə Cəlilin bir-birilərinə yumruq və təpik atdıqlarını görmüş, bir də Cəlilin Osmanı bıçaqla vurduğunu görmüşdür. Osmanın Cəlilin qol və ya digər nahiyəsini kəsdiyini görməmişdir. Ümumiyyətlə Cəlilin qolunun kəsildiyini, Cəlilin qolundan qan axdığını görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda anası Mənzər Orucova ilə birlikdə kirayədə yaşayır. Hal-hazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 180 saylı tam orta məktəbin 8-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs təxminən 3-4 ay olar ki, Qızıldaş qəsəbəsindən tanıyır. Hər ikisi ilə demək olar ki, heç bir münasibəti yoxdur. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində mən Qızıldaş qəsəbə sakinləri Novruz, Qabil ilə birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Azərpoçtun qarşısında dayanmışlar. Həmin vaxt Cəlil onların yanına gəlmişdir. Cəlil ona “bluetooth” vasitəsilə “teleqram” proqramını öz telefonundan onun telefonuna göndərmək istəmişdir. Novruz da Cəlilə demiş ki, “sən proqramı atma, çıx get burdan, Osman sənin haqqında söyüş deyib”. Novruz Osmana öz telefonu ilə zəng vurmuş, lakin Osmanla Cəlil danışmışdır. Cəlil Osmana demiş ki, “sən məni niyə söymüsən”. Osman da Cəlilə demiş ki, “yaxşı eləmişəm söymüşəm”. Cəlil Novruzun telefonu ilə danışa danışa Azərpoçtun yanında yerləşən Mədəniyyət mərkəzinin yanına getmişlər. Daha sonra Cəlil demiş ki, “evə soğan-kartof alıb gəlirəm”. Cəlil çıxıb getmişdir. Cəlil gedəndən təxminən 5-10 dəqiqə sonra Osman mərkəzin qarşısına gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra Cəlil də mərkəzin qarşısına gəlmişdir. Osman Cəlil ilə söhbət edə-edə mərkəzin sağ yanında olan aralıq yola keçmişlər. O Mədəniyyət mərkəzinin sağ tərəfindəki qapının qarşısında dayanıb Osman ilə Cəlilin yanına getməmişdir. Cəlil ilə Osmanın yanında Novruz ilə Qabil getmişdir. Cəlil ilə Osman bir-biri ilə dalaşmışlar, o qarışmamışdır. Sonra o mərkəz ilə üzbəüz mağaza tərəfə getmişdir. Cəlil ilə Osmanın dava-dalaşlarını görməmişdir. Davadalaş zamanı o orada olmamış, Cəlil ifadəsində onun orada olduğunu deməsinin səbəbini bilmir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 8 saylı Texniki-humanitar peşə liseyində təhsil alır. Zərərçəkmiş şəxs qəsəbə sakini kimi tanıyır, aralarında heç bir münasibət olmamış, lakin Təqsirləndirilən şəxs isə təxminən 3-4 aydır ki tanıyır. 06 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Qızıldaş qəsəbəsində yaşayan xalasıgilə gedirmiş. Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət mərkəzinin” qarşısında qəsəbə sakinları olan Novruz, Cəlil və İlkinin dayandığını görmüş, o da həmin şəxslərə yaxınlaşmışdır. O yaxınlaşanda öz aralarında söhbət edirmişlər, söhbətin də əsası qəsəbə sakini Osmanın Cəlili söyməsi olmuşdur. Cəlil Osmana zəng edib demiş ki, “sən mənim barədə söyüş söymüsən”. Osman da Cəlilə “yaxşı eləmişəm söyümüşəm” demişdir. X8 demiş ki, “gözlə gəlirəm”. Bundan sonra o xalasının yaşadığı evə getmişdir. Cəlil də onunla bərabər getmişdir. Geri qayıdanda görmüşdür ki, Osman da gəlmişdir. Mübahisə başlamamışdan əvvəl Cəlil ona bıçağı uzadıb demiş ki, “bunu saxla”. O əvvəlcə bıçağı götürmək istəməmiş, lakin Cəlil demiş ki, “qorxma saxla mən onsuz da dava eləmək istəmirəm”. Osman Cəlil ilə mədəniyyət mərkəzinin sağ tərəfində boşluq bir yerə keçib söhbət etməyə başlamışlar. Söhbət zamanı Cəlil Osmana demiş ki, “niyə mənim haqqımda söyüş söymüsən, mən də nə kimi pis hərəkət görmüsən?”. Osman da Cəlilə demiş ki, “yaxşı eləmişəm söymüşəm, mənim üçün sən eləsən”. Söhbət zamanı o da Cəlil ilə Osmanın yanında dayanmışdır. Mübahisə zamanı Cəlil Osmanı yerə yıxmışdır. Daha sonra ayağa qalxmışlar. Novruzla o Cəlil ilə Osmanı aralaşdırmağa çalışmış ki, dava olmasın. Cəlil Osmana demiş ki, “sən deyən olsun, mən söyüş söymürəm”. Osman da demiş ki, “əlbətdə mən deyən olmalıdır”. Bundan sonra Osman Cəlilin ünvanına nalayiq ifadələr işlədib yumruqla sifət nahiyyəsindən vurmuş, Novruzla o yenə Cəlil ilə Osmanı aralaşdırmışdır. Cəlil ona demiş ki, “bıçağı ver mənə”. O da bıçağı verməmiş, dayandığı yerdən aşağı düşmüşdür. Cəlil bıçağı ondan təkidlə istəmiş, daha sonra ağır söyüş işlətmişdir. O bıçağı belindən çıxarıb yerə atmışdır. Cəlil bıçağı götürüb Osmanın bir iki dəfə ayağından vurduğunu görmüşdür. Sonra Cəlil onunla birlikdə mədəniyyət mərkəzinin yanında olan poçtun qarşısı ilə bir qədər getdikdən sonra bir-birilərindən aralaşmışlar. Osmanın aldığı xəsarətləri yəqinki Cəlil yetirmiş, bıçaq onda olmuş, lakin o bıçağı saxlamış, istifadə etməmişdir. Cəlil ondan bıçağı istəyəndə əvvəlcə verməmiş, lakin sonra Cəlil söyüş söydüyü üçün o bıçağı yerə atmış, Cəlil də bıçağı götürüb Osmanın ayaq nahiyəsindən bir iki dəfə vurduğunu görmüşdür. Osman ilə Cəlil dalaşa-dalaşa mərkəzin qarşısına getmişlər, lakin o getməmişdir. Daha sonra Cəlil ilə birlikdə oradan uzaqlaşıb öz evinə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, daş karxanalarında fəhləliklə məşğul olur. 06 yanvar 2021-ci il tarixdə günorta saatlarında yaşadığı evin həyətində, küçədə qonşusu Zakir ilə birlikdə dayanıb söhbət etmişdir. Onun yaşadığı bina Qızıldaş qəsəbəsində yerləşən “Mədəniyyət sarayı” ilə üzbəüzdə yerləşir. O Zakir ilə söhbət etdiyi zaman Qızıldaş qəsəbəsindən tanıdığı Ramilin oğlu Osman onlarla salamlaşıb yanlarından keçib getmişdir. O Zakir ilə söhbət edib siqaret çəkmişdir. Birdən klub dedikləri mədəniyyət sarayının yanından səs-küy gəldiyini eşitmişdir. O Zakir ilə tez klubun yanına qaçmışlar. Onlar ora çatana qədər Osmanın qışqırdığını, çatana yaxın görmüş ki, Osmanın ayağından qan axır. Onlar Osmana çatana qədər Osman ilə dalaşan kimlər olmuşdusa hamısı qaçıb getmiş, heç kim qalmamışdır. Çünki klubun yanında aralıq yol var, Osman ayağından yaralandıqdan sonra klubun qarşısına tərəf gəlmiş, dalaşanlar isə ara yol ilə qaçıb getmişlər. Onlar Osmanı ilkin olaraq Qızıldaş qəsəbəsində yerləşən ambulatoriya mərkəzi dedikləri yerə aparmışlar. Orada ilkin tibbi yardım göstərilmiş, daha sonra TTYS-na məlumat verilmiş, TTYS əməkdaşları oradan xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ilə eyni məzmunlu ifadə verərərk Şahid4 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyi” X10 21 yanvar 2021-ci il tarixli 21 nömrəli rəyindən görünür ki, 2002-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və tibbi sənədin məlumatlarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlinmişdir: 1.Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının döş boşluğunda nüfuz etməyən 1 (bir) ədəd, sağ budun 2 (iki) ədəd, sol budun 2 (iki) ədəd deşilmiş – kəsilmiş yaraları deşici – kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən müayinədən 12-15 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 06.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə, həmçinin ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2.Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, kənar şəxs tərəfindən yetirilə bilərdilər.(i.v. 65-67) Şübhəli şəxsin tutulması haqqında 04 fevral 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 73,82-83) 05.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişidir.(i.v.109-111) Qətimkan tədbirinin seçilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 133-134) Tutulmuş şəxsin azad edilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Kərimli X5 RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.136) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08.02.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 147) Məhkəmə-tibbi bioloji ekspertizasının 17 fevral 2021-ci il tarixli 9/109 nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən qan qrupu 0/1/ dir.Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus şalvar, mayka, idman şalvarı, pulover üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0 (1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər.Təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmadı. (i.v.169-173) Məhkəmə-kriminalistik ekspertizasının 19 fevral 2021-ci il tarixli 7/66 nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik tədqiqatına dair aşağıdakı nəticəyə gəlinmişdir: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd, şalvarın arxa səthində solda bir ədəd, şalvarın arxa səthində sağ üç ədəd, idman şalvarının arxa səthində solda bir ədəd, arxa səthində sağda üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində solda bir ədəd, maykanın ön səthində solda bir ədəd, şalvarın arxa səthində solda bir ədəd, şalvarın arxa səthində sağda üç ədəd, idman şalvarının arxa səthində solda bir ədəd, arxa səthində sağda üç ədəd dəlib-keçən zədələr ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur.(i.v.174-179) Sübutların qiymətləndirilməsi haqqında 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Şahid3 barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, hadisə yerinin Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsində fəaliyyət göstərən “Mədəniyyət mərkəzi”nin sağ tərəfindəki aralıq yolun kənarında yerləşən boş sahə olması nəzərə alınmış, Zərərçəkmiş şəxs barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs xəsarət alması barədə məhkəmə tibbi ekspertizasının 22.02.2021-ci il tarixli 34 nömrəli rəyinin kserosurəti hal hazırki cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs məxsus götürülmüş 01 ədəd idman şalvarı, 01 ədəd şalvar, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd köynək, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-ə təhvil verilmişdir.(i.v.187-198) Məhkəməyə təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş mülki iddia dair ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X3 ona vurulmuş 2500 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş 10 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur və tərəfindən verilmiş mülki iddiadan imtina edir. Məhkəməyə təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş Yadigar Rüstəmov adına 16 nömrəli Bakı Peşə Liseyi tərəfindən verilmiş 24 may 2021-ci il tarxili xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ildə Bakı Peşə Liseyinin Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər peşəsi üzrə İ kursda təhsil alır. O, təhsil aldığı müddətə müntəzəm olaraq dərsdə iştirak etmiş, özünü tərbiyəli, intizamlı tələbə kimi göstərmişdir. Təhsil aldığı müddətdə Liseydə fiziki işləri yerinə yetirməkdən çəkinməmiş, Liseyin ictimai işlərində fəal iştirak etmiş və tələbə kollektivi arasında hörmətə malik olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2-ci maddəsinə əsasən eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətdiyini (CM 59.1.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, 16 nömrəli Bakı peşə liseyində təhsil almasını, müsbət xasiyyətləndirilməsini (CM-59.2) nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edirki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, 16 nömrəli Bakı peşə liseyində təhsil almasını, müsbət xasiyyətləndirilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri (CM- 58.3, 86.1) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 04 nfevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək 02 (iki) gün tutma altında saxlanıldığı müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-69.3) məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus götürülmüş 01 ədəd idman şalvarı, 01 ədəd şalvar, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd köynək, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq məhv edilməlidir (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddiaçı mülki iddia tələbindən imtina etdiyindən onun mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə ümumilikdə 60 (altmış) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə ümumilikdə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğluna dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus götürülmüş 01 ədəd idman şalvarı, 01 ədəd şalvar, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd köynək və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq məhv edilsin. İş üzrə mülki iddiaya xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 60 (altmış) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 360 (üç yüz altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar