Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-188/2023 20.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamcısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci ildə Biləsuvar şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 07 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətindən icazə alınması barədə yalandan vəd edib, onunla razılaşmaqla sövdələşərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən “Seymur” marketdə quraşdırılmış “e-manat” vasitəsilə Şahid2 məxsus “**********907203” nömrəli Rabitəbank kartına 2500 və 3000 manat köçürməsinə nail olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, ev alqı-satqısı ilə məşğul olur. Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, onların münasibətləri yaxşı olmuşdur. 2022-ci ilin avqust ayında Vidadi ona yaxınlaşıb demişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində ferması var, həmin fermada tikinti işləri aparmaq istəyir. O da Vidadiyə məxsus fermanın sənədlərini götürüb baxmışdır. Sənədləri qaydasında olduğundan o düşünmüşdür ki, Vidadidən pul alsın, tikinti işlərini aparması üçün heç bir yerdən icazə alınmasına ehtiyac yoxdur, sadəcə müvafiq yerlərə məlumat verdikdən sonra tikinti işləri aparmasına icazə verilir. O da Vidadiyə demişdir ki, “sən mənə 5500 manat ver, mən də müəyyən yerlərə müraciət edib icaəzəni alım”. O, Vidadidən 5500 manat pulu 2022-ci ilin oktyabr ayında əvvəlcə tanışı Orxan adlı Müşfiqabad sakininə məxsus bank kartına 2500 manatı Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Seymur marketdə göndərmişdir. Qalan 3000 manatı isə təxminən 3 gün sonra yenə həmin marketdən emanat vasitəsilə eyni bank kartına göndərmişdir. Birinci dəfə pulu karta göndərəndə onların yanında Mehman adlı Vidadinin tanışı olmuş, ikinci dəfə isə Seymur adlı mağazanın müdiri Xaqani adlı şəxs olmuşdur. Bir neçə gün sonra Vidadini Abşeron Rayon İcra Hakimiyyətində hüquqşünas Rəşad müəllimin yanına aparmışdır. Orada Vidadinin fermasının sənədlərinə baxmışdır. O Rəşada demişdir ki, “fermada sökülmüş tövlə var, onu söküb yenidənqurma işləri aparacaq”. Söhbət zamanı Rəşad Vidadidən soruşmuş ki, “neçə metr hündürlükdə tikinti işləri aparılacaq?”. Vidadi 5 metr hündürlüyündə tikinti işləri aparacağını demişdir. Həmin vaxt müəyyən olunmuşdur ki, X4 qəsəbəsində, yol kənarında yerləşən fermasında “Tır parkı” tikmək istəyir. Artıq Vidadinin hansı işlər görmək istədiyi müəyyən olunmuşdur. Rəşad onlara “Tır parkı” tikilməsinə icazə verilməsinin İcra Hakimiyyətinin səlahiyyətində olmadığını, icazənin Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyində yerləşən Şəhərsalma İdarəsinin səlahiyyətinə aid olduğunu bildirmişdir. Vidadinin onu aldatdığını görüb əsəbləşmiş, çünki o, Vidadinin ona verdiyi 5500 manatı artıq xərcləmişdir. O, Vidadiyə pulu geri qaytaracaqmış, lakin işləri biraz düz gətirməmiş deyə vaxtında qaytara bilməmişdir. Bundan sonra Vidadi ondan polisə şikayət etmişdir. Törətdiyi əməldən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və aralarında barışıq əldə olunmuşdur.O, əlavə olaraq bildirmişdir ki, zərər çəkmiş şəxsə dəymiş ziyanın 25% miqdarında dövlət nəfinə ödəniş etmişdir. Qeyd olunanlara əsasən işə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, fərdi qaydada heyvandarlıqla məşğul olur. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində özümə məxsus ferması var. Fermada müəyyən tikinti işləri aparmaq istəyirmiş. Fermada texnikaların, otun saxlanılması üçün anbar tikmək istəmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onlar eyni sinifdə təhsil almışlar. Faiq ilə münasibətləri yaxşı olmuşdur. Faiq Müşfiqabad qəsəbəsində ev alqı-satqısı ilə məşğul olur. O Faiqlə söhbət zamanı fermada tikinti işləri aparmaq istədiyini, tikinti işləri aparılması üçün Abşeron rayon icra hakimiyyətindən icazə alınmasını bildirmişdir. Faiq ona Abşeron Rayon İcra Hakimiyyətində tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə tikinti işlərinin aparılmasına icazə alacağını bildirmişdir. 2022-ci ilin avqust ayında o fermanın sənədlərini toplayıb Faiq ilə birlikdə Abşeron RİH-nə getmişlər, orada onu Rəşad adlı hüquqşunasla tanış etmiş, sənədləri həmin hüquqşünasa vermişlər. Təxminən 1 ay sonra, yəni 2022-ci ilin sentyabr ayında o Salyan rayonunda olan zaman Faiq onunla əlaqə saxlayıb təcili gəlməyini, Faiqlə görüşməli olduğunu bildirmişdir. O da rayondan çıxıb Müşfiqabad qəsəbəsinə gəlmişdir. Faiq ona telefonunda yazılar göstərərək tikinti işlərinin aparılmasına icazə alınması üçün Rəşadın bank kartına 5500 (beş min beş yüz) manat köçürməyini bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində Faiq ilə birlikdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Seymur” marketdə “e-manat” aparatı vasitəsilə Faiqin yığdığı bank kartına 2500 (iki min beş yüz) manat göndərmişdir. Təxminən 2 gün sonra, o yenə Faiq ilə birlikdə Müşfiqabad qəsəbəsində yerləşən Seymur marketdə “e-manat” aparatı vasitəsilə Faiqin yığdığı bank kartına 3000 manat göndərmişdir. Lakin hər iki dəfə o pulu göndərəndə aparat onlara qəbz verməmişdir. O, Faiqə inandığı üçün qəbz olmamasına diqqət etməmişdir. Təxminən 2 gün sonra o Abşeron RİH-nə, Faiqin onu apardığı Rəşad adlı hüquqşünasın yanına getmiş və onunla görüşmüşdür. O Rəşaddan tikinti işləri aparmaq üçün icazə barədə yeni xəbərin olub-olmamasını soruşmuş, Rəşad ona hələ yeni bir xəbərin olmadığını demişdir. O da Rəşada demiş ki, “mən Faiqə tikinti işləri aparmaq üçün icazə alınmasından ötrü 5500 manat pul vermişdir, həmin pulu sizin kartınıza göndərmişdir”. Rəşad ona demiş ki, onun heç nədən xəbəri yoxdur. Rəşad onun yanında Faiqə zəng etmiş, Faiq Rəşada demiş ki, “Vidadi səhv başa düşüb, Rəşad sən yox, başqasıdır”. O artıq Faiq tərəfindən aldadıldığını başa düşüb Faiqin yanına getmişdir. Təxminən 2-3 gün Faiq onu inandırmış ki, icazə alınacaq. O Faiqdən pulunu tələb edəndə demiş ki, “pulumu borcuma vermişəm, hazırda pulum yoxdur, tələsmə alacağım var, alan kimi sənin pulunu qaytaracam”. Bir neçə ay keçmiş, Faiqin onu aldadıb vaxt qazandığını başa düşüb 2022-ci ilin dekabr ayında polisə şikayət etmişdir. Hər ikisi idarəyə çağırıb izahatları alınmış, daha sonra cinayət işi başlanılaraq Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 07 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxsə dəymiş 5500 (beş min beş yüz) manat zərərin 25%-i, yəni 1375 (bir min üç yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun 1.7.3 bəndinə əsasən 73-1.2-ci maddədə “bir misli” sözləri “iyirmi beş faizi” sözləri ilə əvəz edilmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 (iyirmi səkkiz) saata görə 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 28 (iyirmi səkkiz) saata görə 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-188/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-188/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver