Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-188/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməmiş, Sumqayıt şəhər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü ilə CM-nın 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.4-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 05 iyul 2024-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, “Zabitlər” yataqxanasında nömrəsiz ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 21 fevral 2024cü il tarixdən hesablanmış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ukrayna Respublikasının vətəndaşı, Ukrayna Respublikası, Odessa şəhəri, Razdelyanskie rayonu, S.Paleznaya, Vinoqrad küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla yaşayan Zhenhal (Jenqal) Oleksandr Anatolyoviçə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzinin yaxınlığında yerləşən "Lukoil" yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşən anbarın yanında saxladığı "MAN" markalı, BH8912PC dövlət qeydiyyat nişanlı yük avtomobilinin içərisində olan yatağın üzərindən içərisində Azərbaycan Mərkəzi Bankının xx.xx.2024-cü il tarixə olan rəsmi məzənnələrinə görə 10800 manat ekvivalentində 6400 ABŞ dolları, 642,11 manat ekvivalentində 350 euro, 554 manat ekvivalentində 10000 Türk lirəsi, 100 Azərbaycan manatı, 51,36 manat ekvivalentində 80 Gürcüstan larisi, 180 manat ekvivalentində 4000 Ukrayna qrivnası, Zərərçəkmiş şəxs adına 2 ədəd xarici pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, "Oşad Bank”ın, "Privat Bank”ın vǝ "Mono Bank”ın, 3 ədəd bank kartları, “MAN” markalı, BH8912PC dövlət qeydiyyat nişanlı yük avtomobilinin və qoşqunun qeydiyyat şəhadətnaməsi, təhlükəli yükləri daşımaq üçün icazə vəsiqəsi, beynəlxalq daşımalara icazə vəsiqəsi, vergi ödəyicisi vəsiqəsi, həmçinin köhnə beynəlxalq daşımalara icazə vəsiqəsi olan, 20 manat dəyərində bir ədəd çantadan ibarət ümumlikdə 12247 manat 47 qəpik dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Zabitlər yataqxanasında nömrəsiz ünvanda qardaşı ilə birlikdə yaşayır. Subaydır. Əvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddəsi ilə məhkum olunmuşdur. 08 may 2023-cü il tarixdən həbsdən azad olunmuşdur. Heç bir yerdə işləmir. 12 fevral 2024-cü il tarixdə saat 11 radələrində Lökbatan qəsəbəsində yerləşən yük avtomobillərinin terminalına gəlmişdir. Burada Səbail rayonunda Məhkəmədə davam edən işi ilə əlaqədar olaraq mühafizə rəisinin müavini ilə görüşmüşdür. Bundan sonra o gəzərək "Sədərək" ticarət mərkəzi tərəfə gəlmişdir. Orada taksiyə və ya avtobusa minib Sumqayıt şəhərinə gedəcəkmiş. Saat 14 radələrində dayanacağa tərəf gedərkən Ukrayna Respublikasına məxsus qeydiyyat nişanlı yük avtomobildən anbarın yanında fəhlələrin yük boşaltdığını görmüşdür. O yük avtomobilinə tərəf yaxınlaşarkən sürücünün yük avtomobilindən düşdüyünü görmüşdür. Bu zaman dərhal sərnişin tərəfdən yük avtomobilinə qalxmışdır. Avtomobilin içinə daxil olmamış avtomobilin yan güzgüsündən içəriyə baxmışdır. Arxada yatağın üstündə qara rəngli çanta görmüşdür. Qapını açıb dərhal çantanı götürüb yük avtomobilindən düşmüşdür. Daha sonra ara yolnan taksilərə tərəf getmişdir. Dayanacaqda taksiyə yaxınlaşmış, lakin həmin taksi onu qəbul etməyərək öndəkinin növbəsi olduğunu bildirmişdir. Öndəki taksiyə yaxınlaşıb avtomobilə oturmuş və Sumqayıt şəhərində avtovağzala getməyini, 15 manat verəcəyini bildirmişdir. Taksi sürücüsü razılaşdıqdan sonra yola düşmüşlər. Avtomobildə çantanı açıb içinə baxdıqda içərisində müxətlif valyutalara məxsus pullar olduğunu görmüşdür. 3500 dollar olduğunu xatırlayır. Lakin digər valyutaların nə qədər olduğunu dəqiq bilmir. Cantada lari, qrivni, lira və manat da var idi. Çantada həmçinin Ukrayna vətəndaşına məxsus müxətlif sənədlər də var idi. Pulları valyuta dəyişmə məntəqəsində dəyişdikdə 8500 manata yaxın pul əldə etmişdir. Xocasən qəsəbəsindən keçərkən taksi sürücüsündən avtomobili saxlamağını istəmişdir. Xocasən qəsəbəsində tır dayanacağında düşüb içərisində sənədlər olan çantanı tırlardan birinin yük hissəsinə atıb yenidən avtomobilə əyləşmiş və yola davam etmişdir. Yolda gedərkən taksi sürücüsünə 20 manat pul vermiş və xırdaya ehtiyac olmadığını bildirmişdir. Saat təxminən 15:15 radələrində Sumqayıt şəhərində Qaz idarəsinin yanında taksidən düşmüşdür. Oradan isə taksi sifariş edərək Sumqayıt bazarına getmişdir. Orada telefon mağazasına gedib telefon mağazasına olan 450 manat borcunu ödəmişdir. Daha sonra orada paltar mağazasından 200 manat dəyərində özünə şalvar, köynək və ayaqqabı almışdır. Buradan isə 400 manatlıq ərzaq pal-paltar və siqaret alaraq 1 saylı X5 getmişdir. Orada olan dustaq yoldaşlarına pay apararaq qapıdan təhvil verib geri qayıtmışdır. Bundan başqa 2000 manat pulu "Pinap" online oyunda, 800 manat pulu isə "Mosbet” online mərc oyununda uduzmuşdur. Bundan başqa 2 dəfə yenidən hər dəfəsində 600 manatlıq bazarlıq edərək 1 saylı Cəza çəkmə Müəssisəsində cəza çəkən dustaq yoldaşlarına pay aparmışdır. Yerdə qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra o öz ifadəsində törətdiyi əməlini etiraf edərək əməlindən peşman olduğunu, maddi imkanı olmadığı üçün vurulmuş ziyanı ödəyə bilməyəcəyini bildirərək məhkəmədən bu halı nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Qaradağ rayonu, Şahid küçəsi ev 32A ünvanında ailəsi ilə birlikdə yaşayır. 2014- cü il tarixdən "Meyvəli" ticarət mərkəzinin yaxınlığında taksi faəliyyəti ilə məşğuldur. "Prius" markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 12 fevral 2024-cü il tarixdə "Meyvəli" ticarət mərkəzinin yaxınlığında dayanıb müştəri gözləyirmiş. Saat 14:30 radələrində bir nəfər təxminən 40 yaşlarında şəxs arxadakı avtomobilə yaxınlaşdı. Lakin arxadakı avtomobil onun növbəsi olmadığını bildirib Elvinin avtomobilinə tərəf göndərdi. Həmin şəxs birbaşa onun avtomobilinə oturub "Avtovağzala" getmək istədiyini bildirdi. Həmin şəxsdən hansı avtovağzal olduğunu soruşduqda Sumqayıt şəhərində yerləşən avtovağzala getmək istədiyini bildirdi. Bundan sonra həmin şəxsdən nə qədər verəcəyini soruşduqda 15 manat verəcəyini bildirdi. O da həmin şəxslə razılaşdıqdan sonra onlar yola düşmüşlər. Xocasən qəsəbəsində olarkən ona 20 manat pul vermişdir. Ona 5 manat qaytarmaq istədikdə pulun xırdasının qalmasını və istəmədiyini bildirmişdir. Bundan sonra bir qədər getmişlər ki, həmin şəxs Xocasən qəsəbəsində ( yük avtomobillərinin servisinin yerləşdiyi məntəqəyə girib təxminən 2 dəqiqə çıxıb avtomobilə əyləşmişdir. Bundan sonra yenidən yola davam etmişdir. Yolda gedən zaman o kiminləsə danışaraq 2000, 800, 60 manatı gətirəcəyini bildirdi və həmin telefonla danışdığı şəxsə bacı deyə müraciət edirdi. Saat təxminən 15:05 radələrində Sumqayıt şəhərinə çatmışlar. Həmin şəxs Sumqayıt şəhərində Bakı küçəsində avtomobildən düşdü. Həmin küçədə çoxlu avomobil təmir sexləri və avtoyuma məntəqələri yerləşirdi. Bundan sonra o, "Meyvəli" ticarət mərkəzinə qayıtmışdır. Zərərçəkmiş şəxs Zhenhal (Jenqal) Oleksandr Anatolyeviçə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxs Anatolyeviç ilə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlanılmış, o, Azərbaycan Respublikasında olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanı tələb etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılğı ilə Zərərçəkmiş şəxs Anatolyeviçin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Ukrayna Respublikası, Odessa şəhəri, Razdelyanskie rayonu, S.Paleznaya, Vinoqrad küçəsi ev 16 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ukrayna Respublikası vətəndaşıdır. Azərbaycan dilində yazmağı və oxumağı bacarmır. Orta təhsili rus dilində almışdır. Rus dilində danışmağı və yazmağı sərbəst bacarır. Əvvəllər məhkum olunmamışdır. 2013-cü ildən yük avtomobili idarə edir. Ölkələr arası yük daşımaqla məşğuldur. Hal- hazırda "MAN" markalı, BH8912PC dövlət qeytiyyat nişanlı yük avtomobilini idarə edir. 11 fevral 2024-cü il tarixdə Mazımçay sərhəd gömrük məntəqəsindən Azərbaycan Respublikasına daxil olmuşdur. Ukrayna Respublikasından "Super Toys" şirkəti üçün oyuncaqlar gətirirmiş. Həmin yükü Sədərək ticarət mərkəzində yerləşən anbara boşaltmalı idi. 12 fevral 2024-cü -ci il tarixdə saat 12:30 radələrində avtomobilinin blomunun sındırılması üçün Gömrük xidməti əməkdaşını "Sədǝrǝk" ticarət mərkəzinin girişindən sağ tərəfdə yerləşən anbara gəlmişdir. Yük gözləmişdir. Yük avtomobilində arxa tərəfdə yataq olan yerdə yastığın altında çıyın çantası var idi. Onun içində 6400 ABŞ dolları, 350 euro, 10000 lira, 100 vəsiqəsi, sürücülük vəsiqəsi, "Oşad Bank" "Privat Bank" və "Mono Banka" aid 3 manat, 80 lari, 4000 qrivni pul, 2 ədəd mənə məxsus xarici pasport, şəxsiyyət təhlükəli yükləri daşımaq üçün icazə vəsiqəsi, beynəlxalq daşımalara icazə vəsiqəsi, adad bank kartı, yük avtomobilinin və qoşqunun qeydiyyat şəhadətnaməsi, vergi ödəyicisi vəsiqəsi həmçinin köhnə beynəlxalq daşımalara icazə vəsiqəsi olmuşdur. Saat 14:10 radələrində gömrük əməkdaşı gəlmiş və o idarə etdiyi "MAN" markalı yük avtomobilinin yük hissəsini anbarın qapısına tərəf yaxınlaşdırmış, blomu sındırmış və fəhlələr yükləri boşaltmağa başlamışlar. Bundan sonra o avtomobilə əyləşmişdir. Avtomobilə əyləşəndə sağ tərəfindəki döşəmədə ayaq izləri görmüşdür. Dərhal yastığın altındakı çantanı yoxlamaq istəyəndə oğurlandığını aşkar etmişdir. Çantasının qiyməti təxminən 20 manat olardı. Bundan sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis aməkdaşları gəlmişdir. Hadisə yerinə baxış keçirib, əl-barmaq izləri götürmüş və fotoşəkillər çəkmişlər. Daha sonra ondan bu barədə ərizə və izahat alınmışdır. 14 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən ona məxsus olan çantanın tapıldığı və sənədlərin içində olduğu, lakin pulların oğurlandığı bildirilmişdir. Çantanın içində 2 ədəd ona məxsus xarici pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, "Oşad Bank", "Privat Bank" və "Mono Banka" aid 3 ədəd bank kartı, yük avtomobilinin və qoşqunun qeydiyyat şəhadətnaməsi, təhlükəli yükləri daşımaq üçün icazə vəsiqəsi, beynəlxalq daşımalara icazə vəsiqəsi, vergi ödəyicisi vəsiqəsi həmçinin köhnə beynəlxalq daşımalara icazə vəsiqəsi var idi. Sənədlərin hamısı qaydasında idi. Hadisə ilə bağlı video görüntülərə baxdıqda 12 fevral 2024-cü il tarixdə saat 14:18 radələrində anbarda avtomobildən yükləri boşaldarkən bir nəfər şəxsin sərnişin tərəfindən qapını açaraq avtomobilə daxil olub təxminən 2 dəqiqədən sonra avtomobili tərk edərək oradan uzaqlaşdığı ona məlum olmuşdur. Həmin şəxs balaca boylu, əyninə qara gödəkçə, boz rəngli şalvar var idi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” 12 fevral 2024-cü il tarixli protokoldan da görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin “Lukoil” yanacaq doldurma məntəqəsi tərəfdən girişdən içəridə olan anbarın qaşısıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “ifadənin yerində yoxlanılması haqqında” 22 fevral 2024-cü il tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstrəməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 may 2024-cü il tarixli, 24/902 saylı rəyindən görünür ki,
1. xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də Ukrayna vətəndaşı olan X2 məxsus "Man" markalı UA BH-8912-PC d.n.nli a/m-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyinləşdirilməsi üçün yararlıdır.
2. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır.
3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi (DİN KTİ-nin ADİS-in melumat bankına Qaradağ RPİ-dən daxil olan) xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (Qapıdan götürülümüş) (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin görüntü bir faylda yerləşdirilmişdir. Görüntü 02 dəqiqə 46 saniyə çəkir. Fayl açıldıqda aydın görünür ki, 12 fevral 2024-cü il tarixdə bir nəfər arıq bədən quruluşlu, əynində qara gödəkçə, boz cins şalvar olan şəxs görüntünün 52-ci saniyəsində “Sədərək" ticarət mərkəzində yerləşən anbarın yaxınlığındakı "MAN" markalı, BH8912PC dövlət qeydiyyat nişanlı yük avtomobilinin sərnişin tərəfdən qapısına yaxınlaşıb qapını açır və yük avtomobilinə daxil olur. Görüntünün 02:35-ci saniyəsində isə yük avtomobilindən düşərək həmin yeri tərk edir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bir daha etiraf etmişdir ki, videogörüntülərdə oğurluq edən şəxs özüdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.4-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəli 05 iyul 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli Sumqayıt şəhər Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmünə münasibətdə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 21 fevral 2024-cü il tarixdə saat 15:00-da şübhəli şəxs kimi tutulmuş və Qaradağ rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 252 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işində saxlanılsın. Zərəçəkmiş şəxsə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 42 saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov