Məhkəmə qərarları › İş №1(002)-19/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-19/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-19/2023 28.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi X7, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 vəkili və nümayəndəsi Nümayəndə, Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) xx xxxx 1997-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, ibtidai istintaq zamanı verilmiş ittihamdan aydın olur ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs1 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, həftədə bir dəfə götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 icarə götürdüyü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 3-cü sıra, 2-ci korpus, 23 saylı mağazadan və “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazadan 01 ədədinin dəyəri 80 manat olmaqla 20 ədəd 15 litrlik Roko markalı lak, 01 ədədinin dəyəri 60 manat olmaqla 12 litrlik 20 ədəd Mutlu markalı dolğu, 01 ədədinin dəyəri 16 manat olmaqla 3,75 litrlik 20 ədəd Tiner rastvoritel, 01 ədədinin dəyəri 8 manat olmaqla 3 litrlik 20 ədəd Tiner-sintetik rastvoritel, 01 ədədinin dəyəri 60 manat olmaqla 10 ədəd 25 kq-lıq Pengün emosiya, 01 ədədinin dəyəri 45 manat olmaqla 02 ədəd 25 kq-lıq Zink+ emosiya, 01 ədədinin dəyəri 70 manat olmaqla 03 ədəd 25 kq-lıq Pengün+ emosiya, 01 ədədinin dəyəri 8 manat olmaqla 08 ədəd 4 litrlik Binder, 01 ədədinin dəyəri 3 manat olmaqla 05 ədəd rolik, 01 ədədinin dəyəri 5,5 manat olmaqla 448 ədəd Akdeniz astar şpaklyovka, 01 ədədinin dəyəri 6,5 manat olmaqla 416 ədəd Akdeniz üz şpaklyovka, 01 ədədinin dəyəri 5 manat olmaqla 110 ədəd Akdeniz birbaşa şpaklyovka, 01 ədədinin dəyəri 9,5 manat olmaqla 280 ədəd “Gilan ağ” alçipan, 01 ədədinin dəyəri 9 manat olmaqla 240 ədəd “Akdeniz ağ” alçipan, 01 ədədinin dəyəri 9,5 manat olmaqla 480 ədəd “Akdeniz göy” alçipan, 01 metrinin dəyəri 1,3 manat olmaqla 5760 metr “c” profil, 01 metrinin dəyəri 1 manat olmaqla 3240 metr “u” profil, 01 ədədinin dəyəri 0,35 manat olmaqla 20-lik 5000 ədəd əqrəb inşaat materialı, 01 qutusunun dəyəri 6,5 manat olmaqla 3x25 ölçüdə 70 qutu şrup, 01 qutusunun dəyəri 4,5 manat olmaqla 5x50 ölçüdə 50 qutu şrup, 01 qutusunun dəyəri 5 manat olmaqla 3x11 ölçüdə 10 qutu şrup, 01 kisəsinin dəyəri dəyəri 7 manat olmaqla 10 kiloqramlıq 15 kisə “Fuqa” markalı gips, 01 ədədinin dəyəri 0,30 manat olmaqla 10-luq 1000 ədəd əqrəb inşaat materialı, 01 kisəsinin dəyəri 6,2 manat olmaqla 50 kisə “Mətanət” sementi, 01 metrinin dəyəri 5,5 manat olmaqla 40x40 ölçüdə 60 metr qutu-profil ağ, 01 ədədinin dəyəri 1,1 manat olmaqla 200 ədəd köşə (künclük), 01 ədədinin dəyəri 6,5 manat olmaqla 50 ədəd Dərziban-knauf, 01 ədədinin dəyəri 7 manat olmaqla 12 ədəd “Fab” markalı böyük pena, 01 ədədinin dəyəri 6 manat olmaqla 03 ədəd selekon“Fab”, 01 ədədinin dəyəri 14,5 manat olmaqla 60 ədəd istilik radiatorunun seksiyası (bölmələri), 01 ədədinin dəyəri 6 manat olmaqla 08 ədəd istilik radiatorunun vintili, 01 ədəd 22 manat dəyərində kombi seti, 01 ədəd 850 manat dəyərində 28-lik kombi aparatı, 01 ədəd 75 manat dəyərində suşilka, 01 ədəd 28 manat dəyərində kombi aparatına qoşulan qaz reduktoru, 01 ədədinin dəyəri 5 manat olmaqla 04 ədəd istilk radiatorunun asılqanı, 01 ədəd 50 manat dəyərində stablizatordan ibarət ümumilikdə 36220 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs2 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, bir ay müddətində götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 3-cü sıra, 2-ci korpus, 56 saylı mağazasından bir topunun dəyəri 26 manat olan 06 top 1X2,5 ölçüdə mis naqil, bir topunun dəyəri 43 manat olan 08 top 1X4 ölçüdə mis naqili, bir ədədinin dəyəri 10 manat olan 15 ədəd Q1405 kodlu spot, bir ədədinin dəyəri 9 manat olan 15 ədəd A1210 kodlu spot, xx.xx.2022-ci il tarixdə eyni ünvanda yerləşən mağazadan 01 ədədinin dəyəri 2,6 manat olan 30 ədəd razetka №1, 01 ədədinin dəyəri 2,9 manat olan 50 ədəd razetka №2, 01 ədədinin dəyəri 2,7 manat olan 15 ədəd vklyuçatel №1, 01 ədədinin dəyəri 2,7 manat olan 35 ədəd vklyuçatel №2, 01 ədədinin dəyəri 3 manat olan 35 ədəd vklyuçatel №3, 01 ədədinin dəyəri 3 manat olan 20 ədəd vklyuçatel №4, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd TV razetka, 01 ədədinin dəyəri 3 manat olan 5 ədəd telefon razetka, bir topunun dəyəri 43 manat olan 02 top 1X4 ölçüdə mis naqil, 01 ədədinin dəyəri 6 manat olan 3 ədəd avtomat qutusu, 01 ədədinin dəyəri 4,7 manat olan 06 ədəd 32 amperlik avtomat, 01 ədədinin dəyəri 4,2 manat olan 21 ədəd 16 amperlik avtomat, 01 ədədinin dəyəri 0,6 manat olan 300 ədəd “karobka dərin” adlı, ümumilikdə 1753,40 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləyərək təkrarən dələduzluq etmişdir. Məhkəmənin 10 noyabr 2022-ci tarixli iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddianı tam həcmdə qəbul edərək göstərmişdir ki, o, iki il olar ki, sıfırdan mənzili təhvil götürüb tam olaraq təmir etdirib sahibinə təhvil verməklə məşğuldur, onun işçi qrupu vardır. O, adətən təmir etdiyi evlərin tikinti materillarını Sədərək TM-nin Təsərüffat Bazarından alır. Zərərçəkmiş şəxs1 ilə də Sədərək TM-nin Təsərüffat Bazarında tanış olmuşdur. Belə ki, o, Rofiqdən dəfələrlə nəğd olaraq tikinti materilları almışdır. Sonradan isə münasibətləri yaxşılaşdığından ondan nisyə olaraq tikinti materilları götürmüşdür. Həmçinin Rofiqin qardaşı Elnurun Sədərək TM-nin Təsərüffat Bazarında yerləşən mağazasından Rofiq ona tikinti materillarını nisyə olaraq vermişdir. Hətta Sədərək TM-nin Təsərüffat Bazarında elektrik malları satan Rafizdən Rofiqin vasitəsilə elektrik malları almışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Rofiqin işlədiyi mağazaya gedib ona demişdir ki, təmir edilməli çoxlu obyekt götürmüşdür, ona çoxlu tikinti materialları lazım olacaq, ondan nisyə olaraq müxtəlif tikinti materialları istəyib bir ay ərzində götürdüyü malların pulunu ödəyəcəyini bildirmişdir. Hətta o, Rofiqə Xırdalan şəhərində təxminən 100 kvadrat ölçüdə olan yeni tikilmiş bir fərdi yaşayış evini də aparıb göstərmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə o, əlində siyahı ilə Rofiqin işlədiyi mağazaya gedib danışdıqları kimi nisyə olaraq tikinti materiallarının arxasınca gəldiyini bildirmişdir. Rofiq onunla birlikdə Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazada işləyən qardaşı Elnurun yanına getmiş, Elnura demişdir ki, onun dediyi malları yığsın və nisyə versin. Daha sonra Rofiq işlədiyi mağazaya getmiş, qardaşı Elnur da onun təqdim etdiyi siyahıda olan tikinti materiallarını yığıb ona qaimə ilə vermişdir. Həmin gün o, Rofiqin də mağazasından nisyə olaraq tikinti materiallarını götürmüşdür. Beləliklə o, həmin gündən sonra xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Rofiqin qardaşı Elnurun mağazasından, Rofiqin öz mağazasından nisyə olaraq tikinti materialları götürmüşdür. Həmin ərəfədə o, Rofiqin tanışı Rafiz adlı şəxsdən Rofiqin vasitəsilə nisyə olaraq 1753 manat dəyərində elektrik malları götürmüşdür. O, nisyə götüdüyü malların bir hissəsini təmir etmək üçün götürdüyü evlərin təmirinə işlətmiş, həmin malların bir hissəsini, təxminən 10 000 manat dəyərində olan hissəsini Baş X16 İdarəsinin yaxınlığında yerləşən “Mir İnşaat” mağazasına aparıb satmış, “Evrohome” tikinti bazarından ona lazım olan digər tikinti materiallarını almışdır. O, Rofiqə söz verdiyi kimi bir aydan sonra götürdüyü malların pulunu Rofiqə ödəyə bilməmiş və buna görə də Rofiq ondan polisə şikayət etmişdir. O, Rofiq və qardaşı Elnurdan ümumilikdə 36220 manat dəyərində, Rafizdən isə 1753 manat dəyərində tikinti malları götürmüş, səhv etmirsə xx.xx.2022-ci il tarixdə Rofiqə 5000 manat pul ödəmişdir. O, çalışıb dəymiş ziyanı ödəyəcəkdir. O, Rofiqin və qardaşı Elnurun mağazasından götürdüyü malların bir hissəsini Xırdalan şəhərində yerləşən “Mir İnşaaat” mağazasına aparıb satmaqda səhv etmişdir. Söz vermişdir ki, yaxın günlərdə bütün ziyanı ödəyəcəkdir. İlham yalan danışır. O, İlhama Dərnəgül qəsəbəsində yerləşən bazarda böyük bir tikinti materialları mağazasının olmasını deməmişdir, o, lhama demişdir ki, əlində tikinti materialları vardır, ucuz qiymətə ona verə bilər. O, İlham Bəndaliyevə verdiyi mallardan başqa digər tikinti materiallarını təmir etdiyi evlərə işlətmişdir. O, sözü gedən tikinti materiallarını təmirinə işlətdiyi evlərin yerini göstərə bilməyəcək, çünki, həmin evlərdə ailələr yaşayır. O, “Mir İnşaaat” mağazasına aparıb satdığı tikinti materiallarının puluna “Evrohome” tikinti materialları bazarından tikinti materialları aldığı mağazaların yerini xatırlamır, ona görə də həmin mağazaların yerini göstərə bilməyəcək. O, təmir etdiyi evlərə görə əldə etdiyi qazancı şəxsi ehtiyaclarına ödəmişdir. Ona görə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyanı ödəyə bilməmişdir. Lakin Zərərçəkmiş şəxs1 yaxın vaxtlarda 5000 manat maddi ziyan ödəmişdir. Məhkəmənin növbəti iclaslarında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməmiş və suallara cavab olaraq bildirmişdir ki, Sədərək TM-dən götürdüyü tikinti mallarını iki dəfəyə Baş X16 İdarəsinin yaxınlığında yerləşən “Mir İnşaat” mağazasına aparıb orada İlham Bəndaliyevə satmışdır. Ordan əldə etdiyi gəliri də tikinti də təmir üçün də mal almaq üçün istifadə etmişdir. İş materiallarına əlavə edilmiş 14710 manatlıq malların göstərildiyi həmin siyahı ilə razı deyil. Belə ki, onun götürdüyü malların ümumi dəyəri təxminən 9700 manat ancaq təşkil edərdi. Həmin malların təxminən 500 manata yaxın miqdarda olan hissəsini İlham Bəndaliyev istəmədiyi üçün yerdə qalan mata və sairə xırda məhsulları özü tikintidə istifadə etmək üçün başqa maşına yükləyib aparmışdır. O, istintaqın göstərdiyi qədər malları İlham Bəndaliyevə verməmiş, nə də ki, özü istifadə etməmişdir. Əgər belə bir şey olsaydı ibtidai istintaq zamanı müstəntiqə əlavə götürdüyü malların yerini asanlıqla deyə bilərdi və müstəntiq də ən azından həmin yerə baxış keçirməklə və yaxud da malı verdiyi şəxsləri dindirməklə bunu müəyyən edə bilərdi. Lakin belə bir şey olmayıb və ibtidai istintaq zamanı verdiyi ifadəsini müstəntiq öz bildiyi kimi yazıb. Çünki müstəntiq ona söz vermişdir ki, sonda ona köməklik göstərərək ona yüngül cəza verdirəcəkdir. O müstəntiqə 500 manat pul da vermişdir. O müstəntiqin sözünə etimad edərək onunla razılaşmışdır. Zərərçəkmiş şəxs1 ona iş materiallarına əlavə edilmiş 14710 manatlıq siyahını məcbur yazdırıb. O, siyahıda müxtəlif alçipanlar göstərilsə də İlham Bəndaliyevə yalnız ağ alçıpan vermişdir. O, əlbəəl görüşüb Rofiqə pul vermişdir. Zərərçəkmiş şəxs1 əvvəlcə onu İrana aparıb böyrəyini satmaq istəmiş, lakin bu alınmadığı üçün nu başqa qadınla yalançı nikaha daxil etmişlər. Bundan sonra “Bonadea” klinikasında Rofiqin təzyiqi ilə qaraciyərini tanımadığı həmin qadının qardaşına köçürməklə əməliyyat olunmuşdur. Həmin əməliyyatdan əldə edilmiş puldan 5000 manatını yaranmış borcuna görə Rofiqin kartına köçürmüşdür. Qalan 4000 manatı isə anası sonradan görüşərək Sulutəpə qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 vermişdir. Həmin pulu atası X10 "xxxx" ASC-dən kredit götürmək yolu ilə əldə etmişdir, lakin həmin 4000 manat pulun verilməsi ilə bağlı Rofiqdən heç bir qəbz alınmamışdır. Eləcə də iş materiallarına əlavə edilmiş saxta qaimələrdən onun xəbəri olmamışdır. Əgər həqiqətən belə bir qaimələr mövcud olmuş olsaydı o həmin qaimələrə imza etmiş olardı. İstintaqda ona hədə-qorxu gəlmişlər, amma şikayət etməmişdir. O, borcunu ödəmişdir. Ona təzyiq göstərmişlər, o da ifadə vermişdir. Müstəntiq ona demişdir ki, “Zərərçəkmiş şəxs1 balta ilə gəzir, səni vuracaq”. Bundan əlavə ona bildirmişdir ki, “işini düzgün qur, yoxsa səni narkotiklə istəsəm tutaram”. Xahiş etmişdir ki, qeyd olunan hallar nəzərə alınsın. O öz ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs2 vurduğu ziyanı ödəmişdir, həmin zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. O, öz ifadəsində son olaraq mülki iddianı qəbul etməyərək ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2009-cu il tarixdən 2022-ci ilin may ayına kimi “Sədərək” TM-nin Təsərrüfat Bazarının 3-cü sıra 2-ci korpusunda 23 saylı mağazanı və 3-cü sıranın başlanğıcında yerləşən mağazanı icarəyə götürüb həmin mağazalarda tikinti materiallarının satışı il məşğul olmuşdur. Təsərrüfat Bazarının 3-cü sıra 2-ci korpusundakı 23 saylı mağazada daimi olaraq özü dayanıb ticarətlə məşğul olurmuş. Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazada isə qardaşı Elnur daimi olaraq dayanıb ticarətlə məşğul olur, lakin hər iki mağazada satılan mallar ona məxsus olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından tanıyır. Belə ki, Elşən 2021-ci ilin dekabr ayından etibarən iki ay ərzində bir neçə dəfə onun işlədiyi “Sədərək” TM-nin Təsərrüfat Bazarının 3-cü sıra 2-ci korpusundakı 23 saylı mağazaya gəlib ondan nağd olaraq inşaat malları almışdır. Həmin vaxtdan Elşən ilə münasibəti yaranmışdır. Elşən özünü ona Qarabağ qazisi kimi təqdim etmiş və demişdir ki, dövlət evlərinin təmir işlərini həyata keçirir, iş icraçısıdır. Beləliklə Elşən xx.xx.2022-ci il tarixdə onun işlədiyi mağazaya gəlib ona demişdir ki, təmir edilməli çoxlu obyekt götürmüşdür, ona çoxlu tikinti materialları lazım olacaq. Elşən ondan nisyə olaraq müxtəlif tikinti materialları istəyib həftədə 1 dəfə götürdüyü malların pulunu ödəyəcəyini bildirmişdir. Hətta Elşən ona Xırdalan şəhərində təxminən 100 kvadrat ölçüdə olan yeni tikilmiş bir fərdi yaşayış evini də aparıb göstərib onda özünə qarşı inam yaratmışdır. Beləliklə xx.xx.2022-ci il tarixdə Elşən əlində siyahı ilə onun işlədiyi mağazaya gəlib danışdıqları kimi nisyə olaraq tikinti materiallarının arxasınca gəldiyini bildirmişdir. O da Elşən ilə birlikdə Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazada işləyən qardaşı Elnurun yanına getmiş, Elnura demişdir ki, Elşənin dediyi malları yığıb Elşənə versin, həmin malların pulunu Elşən bir həftə sonra verəcəkdir. Daha sonra o, öz işlədiyi mağazaya getmiş, qardaşı Elnur da Elşənin təqdim etdiyi siyahıda olan tikinti materiallarını yığıb Elşənə qaimə ilə vermişdir. xx.xx.2022-ci il tarixdə Elşən yenə də onun yanına əlində siyahı ilə gəlmiş və o, yenə də Elşən ilə birlikdə qardaşı Elnurun işlədiyi Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazaya gedib Elnura demişdir ki, Elşənin dediyi malları yığıb Elşənə nisyə versin. Daha sonra o, öz işlədiyi mağazaya getmiş, qardaşı Elnur da Elşənin təqdim etdiyi siyahıda olan tikinti materiallarını yığıb Elşənə qaimə ilə vermişdir. Beləliklə Elşən xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə yenədə onun yanına əlində siyahı ilə gəlmiş və o, yenə də Elşən ilə birlikdə qardaşı Elnurun işlədiyi Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazaya gedib Elnura demişdir ki, Elşənin dediyi malları yığıb Elşənə nisyə versin, qardaşı Elnur da həmin malları yığıb Elşənə qaimə ilə nisyə olaraq vermişdir. Həmçinin Elşən hər dəfə qardaşı Elnurun işlədiyi mağazasından nisyə mal götürüb aparanda onun da işlədiyi mağazada satılan mallardan nisyə götürüb apararırmış. Onu da qeyd etmək istəmişdir ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə onun işlədiyi mağazadan Elşən nisyə mal götürməyə gələndə o, Elşənə demişdir ki, götürdüyü malların pulunu vermək lazımdır, artıq nisyə mal verə bilməyəcək. Lakin Elşən ona demişdir ki, onun adına Rusiya Federasiyasından banka pul gəlmişdir, lakin hazırda rus rublunun məzənnəsi aşağı düşüb, indi pulu çıxarsa 7000 manat ziyan edəcəkdir, iki gündən sonra pulu ABŞ dolları ilə ona göndərəcəklər. Hətta Elşən ona demişdir ki, inanmırsa birlikdə banka gedsinlər. O da həmin vaxt Rus rublunun düşməsini bilirmiş. Ona görə də o, Elşənə demişdir ki, iki gün də gözləyər, “sən 7000 manat ziyan etmə, iki gündən sonra mənim pulumu verərsən”. Elşən həmin gün də ondan tikinti materialı götürüb getmiş, həmin gündən sonra bazara gəlməmiş və mobil telefonlara cavab verməyib söndürmüşdür. O da Elşənin hansı yük avtomobilləri ilə tikinti materiallarını apardığını öyrənib sürücülərlə söhbət edəndə sürücülər ona demişlər ki, Elşən onun mağazasından və qardaşı Elnurun mağazasından götürdüyü tikinti materiallarını Azərbaycan Respublikası X16nin yaxınlığında yerləşən “Mir İnşaat” mağazasının anbarına boşaltmışlar. Hətta o, “Mir İnşaat” mağazasının yerini də tapıb həmin mağazaya gedib baxmış və özünün Elşənə təhvil verdiyi mallarını görüb tanımışdır. Lakin Elşənin, qardaşı Elnurun işlədiyi mağazadan götürdüyü malları həmin mağazada görməmişdir. Bundan sonra o, Elşənin Hökməli qəsəbəsində yerləşən evini gedib taparaq Elşən ilə görüşmüşdür. O, Elşən ilə söhbət edəndə Elşən ona hədə-qorxu gəlib demişdir ki, “məni məcbur edirsən ki, səninlə başqa cür danışam, adam var ona deyim, səni türməyə göndərim”. Sonradan o, Elşən ilə danışanda ona demişdir ki, ondan götürdüyü malların pulunu ona 2022-ci ilin aprel ayının 5-nə qədər ödəyəcəkdir. Lakin Elşən ona heç bir pul ödəməyib. Onu da qeyd etmək istəyir ki, Elşən onun vasitəsi ilə Təsərrüfat bazarında işləyən Rafiz adlı şəxsdən də 1800 manat dəyərində elektrik mallarını nisyə olaraq götürmüşdür, onun da pulunu ödəməmişdir. Rafiz də indi həmin malların pulunu ondan tələb edib deyir ki, Elşənə ona görə nisyə mal vermişdir. Onu da qeyd eymək istəmişdir ki, qardaşı Elnurun Elşənə verdiyi tikinti materialları da ona məxsusdur. Beləliklə Elşən ona məxsus ümumilikdə 36220 manat dəyərində tikinti materiallarını götürüb ələ keçirərək ona qarşı dələduzluq etmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs nisyə olaraq satdığı malların adını, sayını və dəyərini dəqiqliklə bildirmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayı ərzində aşağıdakı tikinti materillarını vermişdir: 01 ədədinin dəyəri 80 manat olmaqla 20 ədəd 15 litrlik Roko markalı lak, 01 ədədinin dəyəri 60 manat olmaqla 12 litrlik 20 ədəd Mutlu markalı dolğusu, 01 ədədinin dəyəri 16 manat olmaqla 3,75 litrlik 20 ədəd Tiner rastvoritelı, 01 ədədinin dəyəri 8 manat olmaqla 3 litrlik 20 ədəd Tiner-sintetik rastvoritelı, 01 ədədinin dəyəri 60 manat olmaqla 10 ədəd 25 kq-lıq Pengün emosiyası, 01 ədədinin dəyəri 45 manat olmaqla 02 ədəd 25 kq-lıq Zink+ emosiyası, 01 ədədinin dəyəri 70 manat olmaqla 03 ədəd 25 kqlıq Pengün+ emosiyası, 01 ədədinin dəyəri 8 manat olmaqla 08 ədəd 4 litrlik Binder, 01 ədədinin dəyəri 3 manat olmaqla 05 ədəd rolik, 01 ədədinin dəyəri 5,5 manat olmaqla 448 ədəd Akdeniz astar şpaklyovkası, 01 ədədinin dəyəri 6,5 manat olmaqla 416 ədəd Akdeniz üz şpaklyovkası, 01 ədədinin dəyəri 5 manat olmaqla 110 ədəd Akdeniz birbaşa şpaklyovkası, 01 ədədinin dəyəri 9,5 manat olmaqla 280 ədəd “Gilan ağ” alçipanı, 01 ədədinin dəyəri 9 manat olmaqla 240 ədəd “Akdeniz ağ” alçipanı, 01 ədədinin dəyəri 9,5 manat olmaqla 480 ədəd “Akdeniz göy” alçipanı, 01 metrinin dəyəri 1,3 manat olmaqla 5760 metr “c” profili, 01 metrinin dəyəri 1 manat olmaqla 3240 metr “u” profili, 01 ədədinin dəyəri 0,35 manat olmaqla 20-lik 5000 ədəd əqrəb inşaat materialı, 01 qutusunun dəyəri 6,5 manat olmaqla 3x25 ölçüdə 70 qutu şrup, 01 qutusunun dəyəri 4,5 manat olmaqla 5x50 ölçüdə 50 qutu şrup, 01 qutusunun dəyəri 5 manat olmaqla 3x11 ölçüdə 10 qutu şrup, 01 kisəsinin dəyəri dəyəri 7 manat olmaqla 10 kiloqramlıq 15 kisə “Fuqa” markalı gips, 01 ədədinin dəyəri 0,30 manat olmaqla 10-luq 1000 ədəd əqrəb inşaat materialı, 01 kisəsinin dəyəri 6,2 manat olmaqla 50 kisə “Mətanət” sementi, 01 metrinin dəyəri 5,5 manat olmaqla 40x40 ölçüdə 60 metr qutu-profil ağ, 01 ədədinin dəyəri 1,1 manat olmaqla 200 ədəd köşə (künclük), 01 ədədinin dəyəri 6,5 manat olmaqla 50 ədəd Dərziban-knauf, 01 ədədinin dəyəri 7 manat olmaqla 12 ədəd “Fab” markalı böyük pena, 01 ədədinin dəyəri 6 manat olmaqla 03 ədəd selekon“Fab”, 01 ədədinin dəyəri 14,5 manat olmaqla 60 ədəd istilik radiatorunun seksiyasını (bölmələrini), 01 ədədinin dəyəri 6 manat olmaqla 08 ədəd istilik radiatorunun vintili, 01 ədəd 22 manat dəyərində kombi seti, 01 ədəd 850 manat dəyərində 28-lik kombi aparatı, 01 ədəd 75 manat dəyərində suşilka, 01 ədəd 28 manat dəyərində kombi aparatına qoşulan qaz reduktoru, 01 ədədinin dəyəri 5 manat olmaqla 04 ədəd istilk radiatorunun asılqanı, 01 ədəd 50 manat dəyərində stablizator. Ümumilikdə həmin malların dəyəri 36220 manat edir. Təqsirləndirilən şəxs ona demişdir ki, o ev təmiri ilə məşğul olur, əlində çoxlu sayda təmir ediləsi evləri vardır, ona tikinti materiallarını nisyə olaraq verəcək, o isə həftədə 1 dəfə götürdüyü malların pulunu ona ödəyəcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, Elşən ona yalan danışıb, ondan götürdüyü malları ucuz qiymətə başqa inşaat materialları satılan mağazalara satmışdır. O, Qaradağ RPİ-nin 10-cu PB-də verdiyi ərizə və izahatında daimi olaraq özünün dayandığı “Sədərək” TM-nin Təsərrüfat Bazarının 3-cü sıra 2-ci korpusundakı 23 saylı mağazadan Təqsirləndirilən şəxs 4700 manat dəyərində tikinti materiallarını verdiyini qeyd etmişdir. Lakin Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazada isə qardaşı Elnur daimi olaraq dayanıb ticarətlə məşğul olur, buna baxmayaraq hər iki mağazada satılan mallar ona məxsus olub, maddi ziyan ona dəymişdir. xx.xx.2022ci il tarixli izahatında Təqsirləndirilən şəxs ümumilikdə 38670 manat dəyərində tikinti materiallarını verməyini düzgün qeyd etməmişdir. O, Elşənə verdiyi bütün tikinti materiallarını hesablamış və ona məlum olmuşdur ki, Elşənə ümumilikdə 36220 manat dəyərində tikinti materialları vermişdir. Bir daha bildirmişdir ki, ümumilikdə ona 36220 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tikinti materiallarını verməyi ilə bağlı Qaradağ RPİ-nin 10-cu PB-nə təqdim etdiyi qaimələri hesablayanda 37890 manat yaranır. Lakin sonuncu dəfə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3920 manat dəyərində tikinti materiallarına qaimə yazsa da Elşənə həmin qaimədə yazılan tikinti materiallarından 1670 manat dəyərində əskik tikinti materialı vermişdir. Ona görə də qaimələri hesablayanda 37890 manat məbləği yaranır. Lakin o, yalan danışa bilməz. O, Elşənə ümumilikdə 36220 manat dəyərində tikinti materialları vermişdir. Ona ümumilikdə 36220 manat dəyərində maddi ziyan dəymişdir. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin İŞ-də verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmək istəmişdir ki, Elşən ona vurduğu maddi ziyana görə 2022-ci ilin iyul ayının sonlarında 5000 manat pul ödəmişdir. Təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan 5000 manatdan əlavə heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs1 2009-cu il tarixdən 2022-ci ilin may ayına kimi “Sədərək” TM-nin Təsərrüfat Bazarının 3-cü sıra 2-ci korpusunda 23 saylı mağazanı və 3-cü sıranın başlanğıcında yerləşən mağazanı icarəyə götürüb həmin mağazalarda tikinti materiallarının satışı ilə məşğul olmuşdur. Təsərrüfat Bazarının 3-cü sıra 2-ci korpusundakı 23 saylı mağazada daimi olaraq Rofiq özü dayanıb ticarətlə məşğul olur, Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazada isə o, daimi olaraq dayanıb ticarətlə məşğul olur, lakin hər iki mağazada satılan mallar Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, Elşən özünü qardaşı Rofiqə Qarabağ qazisi kimi təqdim etmiş və demişdir ki, dövlət evlərinin təmir işlərini həyata keçirir, iş icraçısıdır. xx.xx.2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 Elşən ilə birlikdə Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazada onun yanına gəlmiş, qardaşı ona demişdir ki, Elşənin dediyi malları yığıb Elşənə ver, həmin malların pulunu Elşən bir həftə sonra verəcəkdir. Daha sonra o, Elşənin təqdim etdiyi siyahıda olan tikinti materiallarını yığıb Elşənə qaimə ilə vermişdir. xx.xx.2022-ci il tarixdə yenə də Elşən ilə birlikdə qardaşı Rofiq onun işlədiyi Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazaya gedib qardaşı ona demişdir ki, Elşənin dediyi malları yığıb Elşənə nisyə ver. Daha sonra o, Elşənin təqdim etdiyi siyahıda olan tikinti materiallarını yığıb Elşənə qaimə ilə vermişdir. Beləliklə Elşən xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə yenədə Elşən ilə birlikdə qardaşı Rofiq onun işlədiyi Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazaya gəlib ona demişdir ki, Elşənin dediyi malları yığıb Elşənə nisyə versin, o da həmin malları yığıb Elşənə qaimə ilə nisyə olaraq vermiş, lakin həmin qaimələr buna lüzum olmadığı üçün heç kim tərəfindən imzalanmamışdır. Həmçinin Elşən hər dəfə onun işlədiyi mağazasından nisyə mal götürüb aparanda qardaşı Rofiqin də işlədiyi mağazada satılan mallardan nisyə götürüb apararırmış. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş 14710 manatlıq malların göstərildiyi siyahıdan Təqsirləndirilən şəxs xəbəri olmaqla bu mallar yalnız İlham Bəndaliyevə satılmış mallara aid olmuşdur. Halbuki götürdüyü malları yalnız İlham Bəndaliyevə satmamış, həmçinin işlədiyi digər yerlərdə də istifadə etmişdir. Elşən qardaşı Rofiqə vurduğu maddi ziyana görə 2022-ci ilin iyul ayının sonlarında 5000 manat pul ödəmişdir. Elşənin dediyi yalandır. Qardaşı tərəfindən Təqsirləndirilən şəxs təzyiq göstərilməmiş, onun qaraciyər əməliyyatı olmasının onlarla heç bir bağlılığı olmamış, Elşənin 5000 manatı hardan tapıb onlara verdiyini bilməmişlər. Elşənin anası tərəfindən onlara 4000 manat verilməmişdir. Təqsirəndirilən şəxs tərəfindən vurulmuş ziyandan yalnız 5000 manat ödənilmiş, əlavə heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçidirlər və mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2014-cü il tarixdən “Sədərək” TM-nin Təsərrüfat Bazarının 3-cü sıra, 2-ci korpusunda yerləşən 56 saylı mağazanı icarəyə götürüb həmin mağazada elektrik mallarının satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs1 və Elnur Osmanovu TM-də ticarətlə məşğul olduğu vaxtdan tanıyır. Belə ki, hər iki qardaş “Sədərək” TM-nin Təsərrüfat bazarında tikinti mallarının satışı ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirimişdir ki, Zərərçəkmiş şəxs1 və ona qarşı dələduzluq edən Elşən adlı şəxsi 2022-ci ilin əvvəllərində Rofiqə görə tanımışdır. Elşən Rofiq ilə bir neçə dəfə onun ticarətlə məşğul olduğu mağazaya gəlib ondan malların qiymətini soruşmuşdur. Elşən xx.xx.2022-ci il tarixdə onun ticarətlə məşğul olduğu mağazaya gəlib 3708 manat dəyərində elktrik mallarını yazdırmışdır. Elşən həmin malları ondan bir ay müddətinə nisyə istədiyi üçün o, həmin malları ona verməmişdir. xx.xx.2022-ci il tarixdə Elşən Rofiq ilə birlikdə onun ticarətlə məşğul olduğu mağazaya gəlmişdir. Rofiq ona demişdir ki, o özü də Elşənə nisyə mal vermişdir, narahat olmasın, Elşənə nisyə elektrik malları versin. Beləliklə o, Rofiqin sözündən sonra Elşənə bir ay müddətinə ödəmək şərti ilə 785 manat dəyərində elektrik mallarını nisyə vermişdir. Elşən xx.xx.2022-ci il tarixdə yenə də onun yanına gəlib ondan nisyə elektrik malları istəyib xx.xx.2022-ci il tarixdə bütün malların pulunu ödəcəyini bildirmişdir. O da həmin gün Elşənə 968 manat dəyərində elektrik mallarını nisyə vermişdir. Beləliklə Elşən ondan götürdüyü elektrik mallarına görə 1753 manat pul ödəməli imiş. Lakin həmin vaxtdan bu günə qədər Elşən ondan götürdüyü malların pulunu, yəni 1753 manatı ödəməmiş, ona qarşı dələduzluq etmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs verdiyi malların adı, sayı, dəyəri aşağıdakılardır: o, xx.xx.2022-ci il tarixdə bir topunun dəyəri 26 manat olan 06 top 1X2,5 ölçüdə mis naqil, bir topunun dəyəri 43 manat olan 08 top 1X4 ölçüdə mis naqil, bir ədədinin dəyəri 10 manat olan 15 ədəd Q1405 kodlu spot, bir ədədinin dəyəri 9 manat olan 15 ədəd A1210 kodlu spotu Elşənə vermişdir. Həmin malların dəyəri 785 manat təşkil edir. xx.xx.2022-ci il tarixdə 01 ədədinin dəyəri 2,6 manat olan 30 ədəd Rrazetka №1, 01 ədədinin dəyəri 2,9 manat olan 50 ədəd Rrazetka №2, 01 ədədinin dəyəri 2,7 manat olan 15 ədəd vklyuçatel №1, 01 ədədinin dəyəri 2,7 manat olan 35 ədəd vklyuçatel №2, 01 ədədinin dəyəri 3 manat olan 35 ədəd vklyuçatel №3, 01 ədədinin dəyəri 3 manat olan 20 ədəd vklyuçatel №4, 01 ədədinin dəyəri 3 manat olan 10 ədəd TV razetka, 01 ədədinin dəyəri 3 manat olan 5 ədəd telefon razetka, bir topunun dəyəri 43 manat olan 02 top 1X4 ölçüdə mis naqil, 01 ədədinin dəyəri 6 manat olan 3 ədəd avtomat qutusu, 01 ədədinin dəyəri 4,7 manat olan 06 ədəd 32 amperlik avtomat, 01 ədədinin dəyəri 4,2 manat olan 21 ədəd 16 amperlik avtomat, 01 ədədinin dəyəri 0,6 manat olan 300 ədəd “karobka dərin”. xx.xx.2022-ci il tarixdə Elşənə verdiyi malların dəyəri 968 manat təşkil edir. Beləliklə o, Elşənə ümumilkdə 1753 manat dəyərində elektrik malları vermiş, Elşən onun 1753 manat dəyərində pulunu ələ keçirib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyandan 1000 manat ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, “Daimler Chrasler” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. İdarə etdiyi yük avtomobilinin yarımqoşqusu da vardır. O, həmin avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nin yaxınlığında dayanıb müştəri gözləyir, müştərilərin yükünü lazım olan yerə çatdırır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin fevral ayında dəqiq tarix yadında qalmayan günündə o, idarə etdiyi “Daimler” Chrysler markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Meyvəli” TM-nin yaxınlığında dayanıb müştəri gözləyirmiş. Təxminən saat 12 radələrində bir nəfər şəxs onun mobil telefonuna zəng vurub ona demişdir ki, “Sədərək” TM-dən Azərbaycan Respublikası X16 İdarəsinin yaxınlığına alçipan və şpaklyovka aparmaq lazımdır. O, həmin şəxslə yükü deyilən ünvana aparmağa 150 manata razılaşmışdır. Bir az sonra bir nəfər sarıyanız, cavan oğlan ona yaxınlaşıb mobil telefonda onunla danışan şəxs olduğunu ona bildirmişdir. Həmin cavan oğlan adının Elşən olduğunu, Şəki rayonunda olduğunu bildirmişdir. O, Elşən ilə birlikdə Sədərək TM-nə getmiş, orada onun idarə etdiyi yük avtomobilinə şpaklyovka yüklənmişdir. Onun idarə etdiyi avtomobilinin yarımqoşqusu 13,5 metr uzunluğundadır. Daha sonra Elşən onun avtomobilinə əyləşib gedəcəyi yolu göstərmişdir. Beləliklə o, idarə etdiyi yük avtomobilini X16 İdarəsinin yaxınlığına, yəni “Mir İnşaat” adlanan tikinti materialları satılan mağazanın anbarının qarşısına sürmüşdür. O, avtomobili yolun kənarında saxlamışdır. Avtokar avtomobili ilə avtomobilində olan şpaklyovkaları əvvəlcə anbarın qarşısına boşaltmışlar, daha sonra həmin yükü mağazanın anbarına daşımışlar. Bundan sonra o, 150 manat zəhmət haqqını alıb çıxıb getmişdir. Şahid3 ona verilən sualları cavablandırıb bildirmişdir ki, Elşən adlı şəxs yolda söhbət əsnasında ona demişdir ki, avtomobilinə yüklənmiş şpaklyovkanı almışdır, həmin şpaklyovkanı “Mir İnşaat” mağazasının anbarına saxlamaq üçün boşaldır, sonra isə həmin şpaklyovkaları tikinti işləri aparılan ünvanlara aparıb verəcəkdir ki, həmin şpalkyovkalardan istifadə etsinlər. Maşını tam dolmuşdu, hələ biraz mal da əlavə qaldı. Maşınına 30 ton yük vurmaq olur. Məhkəmə iclasında suallara cavab olaraq şahid bildirmişdir ki, ondan başqa ancaq Elşən olub. Sulutəpə ərazisində Elşəni götürmüşdür. Elşən ona 150 manat pul vermişdir. İşin üstündən müəyyən vaxt keçdiyi üçün hansı fəsil olduğu yadından çıxdığı, havaların isti olduğu, yay fəsli olduğunu, ona zəng gələndə, yük üçün başqa yerdə olduğunu, Burcəlinin ona zəng edib yük olduğunu dediyini, daha sonra zəng eliyən şəxsin ona 150 manat verəcəyini dediyini, sən demə Burcəlinin özünündə əvvəlki günlərdə Elşən üçün yük aparmış olduğunu, Elşənin Burcəliyə, Burcəlinində ona dediyini, malları Xırdalanda yol kənarına boşaltdığını, onlarında obyektə yığdıqlarını, həmin obyektin adının nə olduğunu indi dəqiq yadında olmadığını, Elşəni bir dəfə gördüyünü, pulu alıb malı aparıb boşaltdığını, həmin gün havanın soyuq olmadığını, qış fəsli olmadığını bildiyini, istintaqda ifadə verərkən üstündən 1-2 ay keçdiyini, Sədərək TM-dən yığıb Mir İnşaata apardığını, məbləği bilmədiyini, amma maşını tam doldurub apardığını, tonla nə qədər olduğunu deyə biləcəyini, qiymətinin təxminən 30000 manata yaxın ola biləcəyini, qiyməti dəqiq bilmədiyini, suala təxmini cavab verdiyini, Sulutəpədə yol qırağından Elşəni götürdüyünü, istintaqda müstəntiqin bunu soruşduğunu, ona da elə dediyini, ona təzyiq olmadığını, yazılandan sonra ifadəsini oxuduğunu, ifadəsində Masazırda yük boşaltdığını bildirdiyini, sonradan Elşənin Sulutəpədə maşınına mindiyini, yaddaşının yaxşı olmadığını, Elşənin maşınına oturub bazara gəldiyini, ona zəng gəldiyini, dəqiq yolu bilmədiyini, Sulutəpə olduğunu, yüklədiklərinin alçıpan və şpaklyovka olduğunu, onun maşınına əlavə mal vurmaq istəsələr də qoymadığını, alıcı və satıcı arasındakı məsələləri bilmədiyini, onun maşınının 38 ton yük tutumu olduğunu, bazarda yolun qırağına maşınını verdiyini, alçıpan və şpaklyovkanın maşına vurulduğunu, turbanın isə olmadığını bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, “DAF” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. İdarə etdiyi yük avtomobilinin yarımqoşqusu da vardır. O, həmin avtomobil ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nin yaxınlığında dayanıb müştəri gözləyir, müştərilərin yükünü lazım olan yerə çatdırır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin fevral ayında dəqiq tarix yadında qalmayan günündə o, idarə etdiyi “DAF” markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Meyvəli” TM-nin yaxınlığında dayanıb müştəri gözləyirmiş. Təxminən saat 12 radələrində bir nəfər tanımadığı sarıyanız cavan oğlan ona yaxınlaşıb demişdir ki, “Sədərək” TM-dən Azərbaycan Respublikası X16 İdarəsinin yaxınlığında yerləşən tikinti materialları satılan mağazaya alçipan və digər tikinti materialları aparmaq lazımdır. O, həmin şəxslə yükü deyilən ünvana aparmağa 150 manata razılaşmışdır. Həmin cavan oğlan adının Elşən olduğunu, Şəki rayonunda olduğunu bildirmişdir. O, Elşən ilə birlikdə “Sədərək” TM-nə getmiş, orada onun idarə etdiyi yük avtomobilinə alçipan və digər tikinti materialları yüklənmişdir. Daha sonra Elşən onun avtomobilinə əyləşib gedəcəyi yolu göstərmişdir. Beləliklə o, idarə etdiyi yük avtomobilini Azərbaycan Respublikası X16 İdarəsinin yaxınlığında yerləşən “Mir İnşaat” adlanan tikinti materialları satılan mağazanın anbarının qarşısına sürmüşdür. O, avtomobili yolun kənarında saxlamışdır. Avtokar avtombili ilə avtomobilində olan tikinti materialları mağazanın anbarının qarşısına boşaldılmışdır. Bundan sonra o, 150 manat zəhmət haqqını alıb çıxıb getmişdir. Elşən adlı şəxs yolda söhbət əsnasında ona demişdir ki, avtomobilinə yüklənmiş tikinti materiallarını “Sədərək” TM-dən almışdır, tikinti materilları onun özünə məxsusdur, tikinti materiallarının boşaldıldığı yer onların obyektidir. O, “Sədərək” TM-dən idarə etdiyi yük avtomobili ilə tikinti materiallarını apardığı ünvanı göstərə bilər. Məhkəmə iclasında suallara cavab olaraq şahid: bir dəfə Elşən üçün yük apardığını, yükü tonlajla gətirdiklərini, sement, alçıpan və s. mallar olduğunu, yük yerinin 105 m3 olmaqla 25-26 tonluq mal yükləmək olduğunu, 6-8 tonluq yükün yükləndiyini, materialların dəqiq nə olduğunu deyə bilməyəcəyini, sement və alçıpan olduğunu, alçıpanın rəngini bilmədiyini, maşında nə var idisə hamısının boşaldıldığını, apardığı malın dəyərinin və tərəflər arasında necə münasibət olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Binəqədi rayonu ərazisində yerləşən “Mir İnşaat” tikinti materialları mağazasında tikinti materiallarının satışı ilə məşğul olur. İşin mahiyyəti üzrə bildirmişdir ki, Elşən adlı əslən Şəki rayonundan olan cavan oğlanı 2022-ci ilin fevral ayının əvvəllərində tanımışdır. Belə ki, Elşən ilk dəfə onun işlədiyi mağazaya yaxınlaşıb mağazada satılan tikinti materiallarını neçəyə almağını soruşmuşdur. O da Elşənə mağazada satılan tikinti materiallarını aldığı qiymətləri demişdir. Elşən ona demişdir ki, Dərnəgül qəsəbəsində yerləşən bazarda onun böyük bir tikinti materialları mağazası vardır. Həmin mağazada o, tikinti materiallarını topdan və pərakəndə olaraq satır. Elşən ona demişdir ki, hər bir tikinti materiallarını aldığı qiymətdən təxminən 30-40 qəpik aşağı qiymətə ona tikinti materiallarını verə bilər. O da Elşənə demişdir ki, bir ay ərzində ödəmək şərti ilə malları nisyə versə onunla alver edər. Elşən onunla razılaşmışdır. Beləliklə 2022-ci ilin fevral ayı ərzində dəqiq tarix yadında qalmayan günlərdə Elşən iki dəfə TİR yük avtomobili ilə işlədiyi mağazaya tikinti materialları gətirmişdir. Belə ki, Elşənin birinci dəfə TİR yük avtomobili gətirib ona satdığı malların içərisində 01 ədədi 4.5 manat olmaqla (990 manat) 220 ədəd Akdeniz astar şpaklyovkası, 01 ədədi 5 manatdan olmaqla (825 manat) 165 ədəd Akdeniz üz şpaklyovka, 01 ədədi 8 manatdan olmaqla (1344 manat) 158 ədəd “Alçipan Gilan ağ”, 01 metrinin qiyməti 95 qəpik olmaqla (270 manat) 288 metr “Alçipan profili C”, 01 metrinin qiyməti 75 qəpik olmaqla (324 manat) 375 metr “Alçipan profili u” və digər tikinti materialları olmuşdur. Dəqiq yadındadır ki, birinci dəfə Elşənin ona verdiyi malların ümumi dəyəri 3753 manat təşkil etmişdir. Lakin ikinci dəfə Elşənin TİR yük avtomobili ilə ona gətirib nisyə satdığı malların dəqiq sayını və adlarını özündə qeyd etmədiyindən həmin vaxt aldığı malların adını, sayını və dəyərini dəqiq deyə bilməyəcək. Təxminən yadına gəlir ki, ikinci dəfə də 3000 manata yaxın Elşəndən tikinti materialları götürmüşdür. Onu da qeyd etmək istəyir ki, ikinci dəfə Elşənin TİR yük avtomobili ilə gətirdiyi tikinti materillarının hamısını o, almamışdır. Elşənin ikinci dəfə TİR yük avtomobili ilə gətirdiyi, lakin onun almadığı tikinti materillarını Elşən işlədiyi “Mir İnşaat” tikinti materialları mağazasının anbarına boşaltmış, sonra isə başqa bir yük avtomobilinə yüklətdirib harasa aparmışdır. O, Elşəndən aldığı tikinti materiallarının pulunu Elşənə 2022-ci ilin fevral ayında ödəmişdir. Bir dəfə də 2022ci ilin fevral ayının sonlarında dəqiq tarix yadında qalmayan gündə Elşən kiçik yük avtomobili ilə işlədiyi “Mir İnşaat” mağazasına tikinti materialları gətirib nəğd olaraq ona satmışdır. Belə ki, Elşən 01 ədədinin dəyəri 38 manat olmaqla (342 manat) 09 vedrə Mutlu dolğusu, 01 ədədinin dəyəri 12 qəpik olmaqla (120 manat) 1000 ədəd alçipan əqrəbi, 01 ədədinin dəyəri 08 manat olmaqla 04 ədəd (32 manat) suvaq vurmaq üçün profili, 01 ədədinin dəyəri 3,2 manat olmaqla (64 manat) 20 ədəd Dərzibant knauf tikinti materiallarını ona satmışdır. O, həmin gün aldığı tikinti materiallarına görə səhv etmirsə ümumilikdə 458 manat pulu Elşənə vermişdir. Elşənin əlavə malları da olmuş, lakin o, həmin malları Elşəndən götürməmişdir. Həmin vaxtdan sonra o, Elşəndən tikinti materialı almamışdır. Lakin Elşən ondan 2022-ci ilin mart ayında 500 manat borc alıb, lakin indiyə qədər borcunu ödəməyib. Təqsirləndirilən şəxs tikinti materiallarını ona satarkən demişdir ki, Dərnəgül qəsəbəsində yerləşən bazarda böyük bir tikinti materialları mağazası vardır, həmin mağazada o, tikinti materiallarını topdan və pərakəndə olaraq satır, həmin mallar özünə məxsusdur. Təqsirləndirilən şəxs ona tikinti materiallarını satarkən qaimə verməmişdir. Təqsirləndirilən şəxs ona satdığı tikinti materialları mağazada satılmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Elşənin iki dəfə mal gətirdiyini, 1-ci dəfə 3700 manatlıq, sonrakı da 3000 ya 3100 manatlıq olduğunu, onun nəzərində həmin məbləğin maksimum 7000 manat və ya 7200 manat civarında olduğunu, lakin həmin malların real dəyərinin 8000 manat ola biləcəyini, Elşənin ona “bunlar məni dirəyib, pulların istəyirlər” dediyini, Elşənin ona ilk əvvəl “mən həll edəcəm” dediyini, onun razılaşmadığını, malın sahibini yaxınına çağırıb “burda qeyd olunanlar şişirdilmiş rəqəmlərdir. Ona verilənlər o qədər olmayıb.” dediyini, orda göy alçıpan yazılıb, amma ona göy alçıpan verilmədiyini, onun firmadan aldığı mallarla Elşəndən aldığı mallar arasında maksimum 1000 manat fərq ola biləcəyini, Elşənlə gələn şəxsin ona siyahı təqdim etdiyini, ona baxıb qiymətlərin fərqli olduğunu gördüyünü, müdafiəçinin təqdim etdiyi 14710 manatlıq malların göstərildiyi siyahının həmin siyahı olmadığını, amma ona oxşadığını, ona verilmiş siyahının əl ilə yazıldığını, malı yolun qırağına boşaltdıqlarını, maşında mal qalmadığını, ona ağ alçıpan gəldiyini, göy alçıpan olmadığını, iki dəfə Tır ilə Elşənin ona mal gətirdiyini, ona gəlməyən malların siyahıda olduğunu, Elşənin ona bunlar məni dirəyib, yazmalıyam dediyini, amma ona o qədər mal gəlmədiyini, ona 2 dəfə Tır ilə mal gətiriləndə maşındakı hər şeyi tam boşaltdıqlarını, sürücü Ramalı o malın qiymətini bilə bilməyəcəyini, 3700 manatlıq birinci dəfə mal olduğunu, yükü onun boşaltdırdığını. Gəncəyə gələndə Elşən siyahını göstərdikdən sonra Rofiqi də çağırdığını və “mənə bu qədər mal gəlməyib” deyə ona bildirdiyini, Elşənin “sənlik bir şey yoxdu qəbul elə, bunlar onsuzda mənim boynuma belə qoydurublar, məni tutmayacaqlar.” dediyini, onun qəbul etmədiyini, Elşən ona mal gətirəndə içində vaxtı keçmiş malların olduğunu, Elşənin onu özüm istifadə eləyirəm dediyini, 30-40 ədəd mata və qədərini bilmədiyi qədər əlavə nələrsə olduğunu, Elşənin ona “ayrı ev var ora aparacam” dediyini, həmin malın dəyərinin təxminən 500 manat ola biləcəyini, malların içində kulçaterdə olduğunu, Elşəndən kabel götürmədiyini, hər hansı maddi sübutun qalmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti ilə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin baş müstəntiqi X8 bildirmişdir ki, həmin cinayət işi 04 iyul 2022-ci il tarixdə Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin əlamətləri ilə başlanmış və araşdırmanın davam etdirilməsi üçün Qaradağ RPİ-nin İŞ-nə göndərilmiş, cinayət işinin istintaqı ona həvalə edildiyindən 06 iyul 2022-ci il tarixdə tərəfindən icraata qəbul edilib istintaqı aparılmışdır. Aparılmış ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs1 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, həftədə 1 dəfə götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 icarə götürdüyü Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 3-cü sıra, 2-ci korpus, 23 saylı mağazadan və Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarının 3-cü sırasının başlanğıcında yerləşən “Gilan Knaf” adlanan mağazadan ümumilikdə 36220 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs2 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, bir ay müddətində götürdüyü malların pulunu ödəyəcəyini yalandan vəd verib xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək Ticarət Mərkəzi, Təsərrüfat Bazarı, 3-cü sıra, 2-ci korpus, 56 saylı mağazasından ümumilikdə 1753,4 manat dəyərində tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədlər üçün xərcləyərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq Qaradağ RPİ-nin baş müstəntiqi X8 ilk olaraq polis bölməsinə şikayət daxil olduğunu, araşdırma gedib işin istintaqa gəldiyini, Elşənin ona qazi olduğunu bildirdiyini, ona zərərçəkmiş şəxslə barışıq əldə etməsini təklif etdiyini, bundan sonra Elşənin yoxa çıxdığını, telefonla zəng elədiyini, Elşənin onunla kobud danışdığını, bundan sonra zərərçəkmiş şəxsin prokurorluğa getdiyini və qəbula düşdüyünü, prokuror müavini X11 zəng edib Qaradağ Rayon Prokurorluğuna dəvət etdiyini, bundan sonra İlkin İsmayılov tərəfindən ona “bir müddət gözlə ziyan ödənəcək” deyə bildirdiyini, cinayət işinin başlandığını, amma ziyanın ödənmədiyini, istintaq zamanı izahatda da zərərçəkmiş şəxsə “məbləği niyə yüksəltmisən” deyə onun tərəfindən sual verildiyini, zərərçəkmiş şəxsin də qaimələr var dediyini, həmin qaimələrin iş materiallarında olduğunu və buna əsasən ziyanın 38670 manat məbləğində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı bildirmişdir ki, “1670 manat əksik mal vermişəm, qaimədə o göstərilməyib, ona görə də 36220 manat məbləğində ona ziyan dəyib”. O heç vaxt təhdid, hədə-qorxu ilə təqsirləndirilən şəxsə təzyiq göstərməmişdir. Əgər onun tərəfindən hər hansı belə davranış olsaydı prokurorluğa qəbula gedəndə təqsirləndirilən şəxs bunu bildirərdi və yaxud da həbsdə olmadığı da nəzərə alınsa digər orqanlara sərbəst şəkildə şikayət edə bilərdi. Sonradan Elşən barəsində istintaqdan yayındığı üçün axtarış verilmiş və axtarış nəticəsində gətirilmişdir. Müdafiəçisinin iştirakı ilə dindirilmişdir. Elşən özü şifahi qaydada bildirmişdir ki, qaynına donor olmuşdur. Ona əməliyyat olunması ilə bağlı sənəd təqdim etməsini təklif etmişdir. Zərərçəkmiş şəxs1 intihar edəcəyini demişdir, o da bunu təqsirləndirilən şəxsə bildirmişdir. Lakin bu o demək deyil ki, o, Elşənə hədə-qorxu gəlmişdir. Narkotiklə tutmaqla bağlı belə bir şey olmayıb. O, Elşənə bir neçə ay vaxt vermişdir. Elşən söz vermişdir ki, ziyanı ödəyəcək. Elşən dedikləri ilə özünü müdafiə etməyə çalışır. Elşən prokrurorluğa çağırılanda nə üçün getmişdir, o, bilməmişdir. Onun prokurorluğa hansı məqsədlə getməsinin səbəbini o, yox Elşən özü bilir. O, Elşəni zərərçəkmiş şəxslə hədələməmişdir. Sadəcə bildirmişdir ki, zərərçəkmiş şəxs intihar etmək istəyir. İşə əlavə edilən qaimələri zərərçəkmiş şəxs ona verib, o da iş materiallarına əlavə etmişdir. Həmin qaimələri alıcı imza etməmiş olsa belə, onun həmin malları götürməsini inkar eləmir. İş materiallarında ifadələr var, sənədlər var. Nə təqdim edilibsə iş materiallarında mövcuddur. Elşən ona qəbz təqdim etməyib. Rofiqlə ikisi onun yanına gəlmişlər. Ona demişlər ki, “biz danışmışıq, siyahı yazmışıq İlhama göstərib gələciyik.” Onlar sənədi ona rəsmi qaydada təqdim etməyiblər. Ona görə də iş materiallarında mövcud deyildir. Elşən ona sənəd təqdim etməmiş, nə də 500 manat pul verməmişdir, Elşən ona şər atır. Həmin gün qeyri-rəsmi qaydada onun yanına gəlmişlər. Demişlər ki, “İlhamın yanına Gəncəyə gedirik razılaşa bilmək üçün.” Məhkəmə ona göstərilən 14710 manatlıq malların göstərildiyi siyahı ona təqdim edilməyib. Ancaq şifahi gəlib ona bildirmişlər ki, aparılmış malın ümumi dəyəri 10000 manat civarında olub. Həmin siyahıdakı mallar yalnız İlhama satılmış mallar idi. İlham tək alıcı deyil. Elşən özü bildirmişdir ki, qalan malları maşınlara yükləyib, ev təmirində işlədiyi yerlərdə aparıb istifadə edib. O, Elşənə demişdir ki, gedək həmin evlərə baxaq. Elşən bildirmişdir ki, “camaatın evidi, pulu almışam, istifadə etmişəm, gedə bilmərik ora.” Ona görə də bu hissədə əlavə araşdırma aparmağa ehtiyac görməmişdir. O, dəqiq deyə bilmir, bu həmin siyahıdır, ya yox. Qaralama idi. Hər qaralamanı iş materiallarına əlavə etmirlər. Rəsmi şəkildə təqdim edilsəydi əlbəttəki əlavə edərdi. O, malların daşındığı digər maşınları da araşdırmışdır, lakin müsbət nəticə əldə oluna bilməmişdir. İki tır avtomobilini yalnız müəyyən etmək mümkün olmuşdur. Avtomobillərə yüklənənləri dəqiq olaraq nə o, nə də sürücülər bilə-bilərdi. Sürücülər ona nəzarət etməmişdilər. Elşən özü təsdiqləmişdir ki, malların çox hissəsini özü başqa yerlərə aparıb. İstintaq zamanı ona necə ifadə verilibsə o cür də yazmışdır. O, işi araşdırmışdır. İttiham aktı tərtib edilib və məhkəməyə təqdim olunub. İfadələrdən uzun müddət keçib deyə ilkin izahat və ifadələrdə konkret olaraq hansı məbləğlərin olduğunu dəqiq deyə bilmir. O, işə öz hüquqi qiymətini vermişdir, məhkəmə tərəfindən də araşdırılma aparılır. İki sürücünü dəqiq tapmışdır. Digərlərini tapmaq mümkün olmamışdır. Sürücülər malı boşaldandan sonra gediblər. İlham almadığı digər malları Elşən götürüb aparmışdır. Onlar hansı maşınlarla malların daşındığını araşdırmışlar. Sadəcə malların daşındığı ərazi Qaradağ rayonun ərazisi olmadığına görə digər maşınları tapmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxsə qarşı təzyiq və təhqir heç vaxt olmayıb. Qazi olması ilə bağlı sənəd verməyib. Əməliyyat olaraq qaynına donor olduğunu ona deyib. Ona zərərçəkmiş şəxsin təzyiqi altında qaraciyərini satdığını deməmişdir. İş materiallarında olan tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək özünü dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib təmir edilməli çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını bildirib Zərərçəkmiş şəxs1 nisyə olaraq müxtəlif tikinti materialları istəyib, tikinti materiallarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib digər tikinti materialları satılan mağazalara ucuz qiymətə sataraq əldə etdiyi pulu şəxsi məqsədləri üçün xərcləyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, hadisənin baş verməsi hissəsində öz təsdiqini tapmış olsa da məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, o cümlədən iş üzrə digər sübutlara bir-biri ilə əlaqəli şəkildə məcmu halında qiymət verilərkən, həmin epizod üzrə verilmiş 36220 manat ziyanın, 9700 manat həcmində olması müəyyən edilmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində bildirmişdir ki, onun tərəfindən əldə edilmiş malların dəyəri təxminən 9700 manat həcmində olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxsdən mal almış yeganə şahid X5 da ona iki dəfəyə verilmiş malların 3000 manat və 3700 manat qiymətlərinin olması, həmin malların qiymətinin digər şirkətlərdən aldığı maldan ən çoxu 1000 manat fərqinin olmasını, Təqsirləndirilən şəxs ona təqdim edib, lakin onun almadığı sayını bilmədiyi xırda əşyaların isə dəyərinin maksimum 500 manat civarında ola biləcəyini bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş və Zərərçəkmiş şəxs1 tərəfindən tərtib edilmiş, həm müstəntiq Samir Ağayevə, həm də şahid X3 göstərilmiş və eyni olan siyahıdan görünür ki, orda göstərilən miqdar 14710 manatdır, həmin siyahıda ən bahalı məhsul göy alçipandır. Halbuki məhkəmə iclasında şahid X5 bildirmişdir ki, ona göy alçipan verilməmişdir. Digər şahidlər isə əşyalar daşınarkən göy alçipan olduğunu görmədiklərini bildirmişlər. Bundan başqa Zərərçəkmiş şəxs1 ilkin ərizəsində ona vurulmuş ziyanın 4700 manat dəyərində olduğunu göstərmişdir, lakin sonradan təqsirləndirilən şəxs tərəfindən imzalanmamış və fərqli vaxtlara uyğun yazılmış qaimələr əsasında miqdar yüksəldilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs dələduzluq yolu ilə əldə etdiyi inşaat materiallarını “Mir İnşaat” tikinti materialları mağazasına verdiyini könüllü olaraq sərbəst şəkildə etiraf etdiyi halda digər malları da hara və necə israf etməsini aydın şəkildə bildirə və buna uyğun olaraq müstəntiq tərəfindən həmin tikinti materiallarının hara və necə israf edilməsi ən azından şahid ifadələri ilə aydınlaşdırıla bilərdi. Lakin cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs ifadəsində müstəntiqin “siz İlham Bəndaliyevə verdiyiniz mallardan başqa digər tikinti materiallarını nə etmisiniz?” və “siz sözü gedən tikinti materiallarını təmirinə işlətdiyiniz evləri göstərə bilərsinizmi?” suallarına cavab olaraq təqsirləndirilən şəxs “mən İlham Bəndaliyevə verdiyim mallardan başqa digər tikinti materiallarını təmir etdiyim evlərə işlətmişəm” və “mən sözü gedən tikinti materiallarını təmirinə işlətdiyim evlərin yerini göstərə bilməyəcəyəm, çünki həmin evlərdə ailələr yaşayır” kimi qeyrimüəyyən və reallığa uyğun olmayan cavablar verilməklə kifayətlənmişdir. Bu ifadənin özüdə bir daha onu göstərir ki, “Mir İnşaat” tikinti materialları mağazasına verilmiş mallardan başqa digər malların mövcud olması həqiqətən də əsaslı şübhələr yaradır. Bundan başqa məhkəmə iclasında dindirilmiş Qaradağ RPİ-nin baş müstəntiqi X8 öz ifadəsində malların daşındığı digər maşınların da araşdırıldığını, lakin müsbət nəticə əldə oluna bilmədiyini, yalnız iki tır avtomobilini müəyyən etmək mümkün olduğunu və sadəcə malların daşındığı ərazi Qaradağ rayonun ərazisi olmadığına görə digər maşınları tapmaq mümkün olmadığını bildirmişdir. Bundan başqa məhkəmə, iş materiallarında olan və müstəntiqin əsas sübutlardan biri kimi istinad etdiyi qaimələrə münasibətdə isə hesab edir ki, həmin qaimələr kserosurət olmaqla istər qaiməni tərtib edən şəxs, istərsə də qaimədə göstərilən malları qəbul edən şəxs tərəfindən imzalanmamış və bu barədə qaimələrdə hər hansı qeyd belə göstərilməmişdir. Halbuki həmin mallar nisyə veriləcəyi təqdirdə malı qəbul edən şəxsin qaimədə göstərilən malları qəbul etməsini gələcəkdə təsdiq etmək üçün həmin qaiməni imzalaması mütləqdir. Habelə nəzərə alınmalıdır ki, həmin qaimələr iş üzrə maraqlı şəxs hesab edilən zərərçəkmiş şəxs tərəfindən sonradan istintaqa təqdim edilmiş və həmin qaimədə göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna görə də məhkəmə verilmiş ittihamın məbləği ilə bağlı yuxarıda qeyd olunan qeyri-müəyyən və şübhəli halları nəzərə alaraq hesab edir ki, iş üzrə bütün şübhəli hallar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən iki dəfəyə, birinci dəfə 3700 manatlıq, ikinci dəfə 3000 manatlıq mallar “Mir İnşaat” Tikinti materialları mağazasına verilmiş, şahid İlham Bəndaliyevin ifadəsinə görə həmin malların real dəyəri aldığı qiymətdən hardasa 1000 manat baha olmuş, eləcə də təxminən 500 manat dəyərində mal onun tərəfindən yararsız olduğu üçün qəbul edilməmişdir. Göründüyü kimi qeyd olunan məbləğlər təqsirləndirilən şəxsin etiraf etdiyi 9700 manata yaxındır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi verərək ondan maddi ziyanın əvəzi olaraq ödədiyi 5000 manat çıxılmaqla 31220 manatın, yaşadığı mənəvi habelə psixoloji sarsıntılara görə 3000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 192,66 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı hesab edir ki, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyan 9700 manat müəyyən edilməklə, iş üzrə mülki iddia da həmin hissəyə uyğun qismən təmin edilməli, təqsirləndirilən şəxs tərəfindən 5000 manatın ödənildiyi də nəzərə alınmaqla maddi ziyana görə 4700 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş 192,66 manat dövlət rüsumu, ümumilikdə 5192,66 manatın təqsirləndirilən şəxsdən zərərçəkmiş şəxsin xeyrinə tutulmalı, mülki iddia qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 ilə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və digər Zərərçəkmiş şəxs1 vurulmuş ziyandan 5000 manat ödəniş etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq məhkəmə iclaslarına gəlmədiyinə görə “həbs” qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş üzrə maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 29 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 174 (yüz yetmiş dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 28 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia qismən təmin edilsin, 4700 manat məbləğində maddi ziyan, 300 manat məbləğində mənəvi zərər və 192,66 manat ödənilmiş dövlət rüsumu, cəmi 5192,66 (beş min yüz doxsan iki manat altmış altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 174 (yüz yetmiş dörd) manat manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxs tərəfindən isə ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar