Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-19/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində altı azyaşlı uşağı olan), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 20 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 15 mart 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt magistral avtomobil yolunun 12-ci km-də, üzü şəhər istiqamətində, yolun sağ kənarında yerləşən təpənin hündürlüyünə gətirərək həmin hündürlükdəki Zərərçəkmiş şəxs ASC Bakı Su Kanal İdarəsinin balansında olan Qaradağ rayonu ərazisində yerləşən su nasos stansiyasından Badamdar su anbarına gedən metal materialdan ibarət ictimai əhəmiyyətli su boru xəttini kəsmək üçün icazəsinin olduğunu bildirərək yanıltmaqla bir metrinin qiyməti 60 manat olmaqla, 8 mm qalınlığında, 426 mm diametrli ümumi uzunluğu 185 metr ölçüdə, ümumi dəyəri 11100 manat təşkil edən metal materialdan ibarət ictimai əhəmiyyətli su boru xəttini kəsib hissələrə ayıraraq yığılmasına nail olmuş, lakin həmin ərazidə yaşayan vətəndaş Şahid2 onlara yaxınlaşaraq qanunsuz əməllərinə etiraz olaraq DİN-in 102 Zəng Xidmətinə zəng etdiyi üçün öz iradəsindən asılı olmayan səbəbə cinayət əməlini başa çatdırmayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O əsasən Dövlət Neft Şirkəti “Socar” ilə işləyir, Socar tərəfindən ona rəsmi məktub əsasında, məktubda qeyd olunan yerlərdə yerləşən dəmir boruları çıxarıb şirkətlərə satır. O təxminən 10 ilə yaxındır ki, bu işlə məşğul olur. O işlərə nəzarət edir, qazıntı boruların tapılıb çıxarılmasında ona köməklik edən bir neçə nəfər var. Socara məxsus Qaradağ rayonu ərazisində çoxlu tapıntı, istismara yararsız borular mövcuddur.O hər dəfə həmin borulardan tapdıqca, icazə ilə çıxarıb təhvil verir. 2023-cü ilin fevral-mart aylarında Lökbatan qəsəbəsi ərazisində bir neçə yerdən tapıntı, istismara yararsız borular torpağın altından çıxarıb satmışdır. Həmin ərəfələrdə Bakı-Ələt magistral avtomobil yolunun şəhər istiqamətində olan zaman sağ kənarında, Sədərək Ticarət Mərkəzinin üstündə, pas atmış, təxminən 150-200 metr uzunluğunda, üzü Badamdar qəsəbəsindəki təpə istiqamətində köhnə borunu görmüşdür. Həmin borunun yuxarıya doğru getdiyini, əvvəllər kəsildiyini görmüş və “SOCAR”-a məxsus olduğunu güman etmişdir. Ona görə də işçilərə demişdir ki, “bu da Socara məxsus borulardır, kəsin”. Onunla birlikdə çalışan İslam adlı şəxsi həmin əraziyə göndərib orada olan borunun kəsməyini tapşırmışdır. İslama demişdir ki, “özünlə bir nəfər fəhlə də apar”. İslam onunla birlikdə çalışdığından borunun hansı idarəyə məxsus olduğunu soruşmamış, çünki o İslama əvvəlcədən demişdir ki, “borular Socara məxsusdur, istifadəyə yararsızdır, kəsərsiniz”. İslam bir nəfər fəhlə ilə birlikdə Sədərək Ticarət Mərkəzinin yuxarı hissəsinə, üzü Badamdar qəsəbəsi istiqamətinə getmişlər. İslam borunun yuxarı hissəsindən qaynaqla kəsib, aşağı tərəfdən ekskovator sürücüsü borunu dartaraq aşağıya gətirmiş, daha sonra təxminən 190 metr uzunluğunda kəsdikləri borunu bir neçə hissələrə bölmüşlər. İşləyən zaman bir nəfər şəxsin işçilərin yanına gələrək kəsdikləri borunun Azərsu ASC-yə məxsus olduğunu demişdir. Bundan sonra işçilər işi dayandırmışlar, işçilərdən kimsə ona zəng edib kəsdikləri borunun Socara deyil, Azərsu ASC-yə məxsus olduğunu demişdir. O işçilərə işi buraxıb oradan uzaqlaşmaqlarını tapşırmışdır. Törətdiyi əməldən peşmandır.Evlidir himayəsində 6 azyaşlı uşağı var.Ailəsinə yeganə qazanc gətirən şəxsdir.Qeyd edilənlərə əsasən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, Azərsu ASC-yə məxsus Bakı şəhəri ərazisində bir neçə su anbarları, nasosxanalar vardır. Həmin nasosxanalardan biri Badamdar su anbarıdır. Nasosxana Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinin yuxarı hissəsində, Bakı dairəvi yolun kənarında yerləşir, nasosxanadan çıxan borular magistral yolun altı ilə üzü Badamdar qəsəbəsi ərazisinə, dağın yuxarısına yer üstü ilə qalxır. Nasosxanadan 02 ədəd yanaşı boru gedir, 15 mart 2023-cü il tarixdə Bakı Sukanal İdarəsinə məlumat daxil olmuşdur ki, Badamdar su anbarına gedən su boruları naməlum şəxs(lər) tərəfindən kəsilmişdir. Dərhal o idarənin əməkdaşları ilə həmin yerə baxış keçirməkdən ötrü getmişlər. Onlar Badamdar su anbarına gedən su xəttlərinin keçdiyi əraziyə baxan zaman görmüşlər ki, nasosxanadan çıxan 02 ədəd yanaşı borular kəsilmiş, müəyyən hissəsi aparılmış, qalan hissəsi hissəsi isə əzilərək yararsız hala salınmışdır. Boruların kəsilərək oğurlanması, yararsız hala salınması nəticəsində idarəyə ümumilikdə, bərpa olunması xərcləri daxil olmaqla 221549,5 (iki yüz iyirmi bir min beş yüz qırx doqquz manat əlli qəpik) ziyan dəymişdir. Hal-hazırda vurulmuş ziyan Təqsirləndirilən şəxs tərfindən “Azərsu “ASC-yə ödənilməmişdir.Ziyanın ödənilməsini tələb edirlər. İş üzrə şahidlər məhkəmə iclaslarına gəlmədikləri üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən onlar barəsində məcburi gətirmə qərarı çıxarılmış, lakin Qaradağ rayon Polis İdarəsi tərəfindən zərərçəkmiş şəxslərin məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə icasında iştirak etməyən şahidlərin ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada qaynaqçı işləyir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. Amil tapıntı borular çıxarıb satmaqla məşğul olur. Bir müddət ki, Amil ilə birlikdə işləmişdir. O fərdi qaydada işlədiyi üçün Amil iş olanda ona zəng edib çağırır, o da işini görürmüş. 2023-cü ilin mart ayının əvvəllərində Amil onu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt magistral avtomobil yolunun üzü şəhər istiqamətində sağ kənarına, Sədərək Ticarət Mərkəzinin üst hissəsinə, yolun kənarındakı hündürlük olan əraizyə aparıb orada yuxarı hündürlükdən aşağıya doğru gedən tək xətt borunu gösdərib demişdir ki, “bu borunu kəsəcəksən, amma biraz gözlə icazəsini alım, ondan sonra kəs”. Həmin boru yuxarıdan aşağıya doğru gəlirmiş, yuxarı hissəsi üzü şəhər istiqamətində getmiş, lakin aşağı tərəfi isə onlardan əvvəl kəsilmiş, yəni borunun aşağı hissəsi heç bir yerə bağlı deyilmiş. Həmin borudan nə qaz, nə su heç nə getməmiş, yəni boru xətti istifadədə olmamışdır. 15 mart 2023-cü il tarixdə Amil onu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt magistral avtomobil yolunun üzü şəhər istiqamətində sağ kənarına, Sədərək Ticarət Mərkəzinin üst hissəsinə, yolun kənarındakı hündürlüyə göndərib demiş ki, “bu boru Socara məxsusdur, icazəsini almışam, narahat olma, sən kəs, işini gör. Mənim biraz işlərim var, başım qarışıqdır, özüm sonra gələcəm, heç nədən narahat olmayın, rəsmi icazəm var, oğurluq deyil”. O da Amil ilə uzun müddətdir ki, işlədiyindən borunu kəsməyə razı olmuş, çünki onun heç ağlına belə gəlməmişdir ki, boru su xətti olarmış, çünki borunun bir tərəfi açıq vəziyyətdə olmuş, yəni kəsilmişdir. Həmçinin boru pas atmış, baxanda görünürmüş ki, boru uzun müddətdir ki, istifadəsizdir. Amil ondan yanında, ona kömək etmək üçün fəhlə də gətirməyini istəmişdir. O da üzdən tanıdığı, adını bildiyi Hüseyn adlı günə muzd fəhləni özü ilə həmin yerə aparmışdır. O borunu yuxarı hissəsindən kəsmiş, aşağı tərəfdən əvvəllər tanımadığı, adını belə bilmədiyi şəxs borunu aşağıya doğru salmışdır. O düzənlik olan yerdə, boş torpaq sahəsində həmin borunu təxminən 12 metr uzunluğunda bir neçə hissələrə bölüb işini tamamlayıb çıxıb getmişdir. O sabahı günü bilmiş ki, yuxarı hissədən kimsə səs-küy salıb, borunun onlar tərəfindən kəsilərək oğurlanması barədə DİN-nin 102 Zəng Xidmətinə məlumat vermişdir. O həmin məsələni eşidəndə bilmiş ki, borunun icazəsi alınmamış, Amil borunu ona icazəsiz kəsdirmişdir. O Amildən bu barədə soruşanda ona demiş ki, “kəsdiyimiz boru Azərsu ASC-yə məxsus olub, orada yaşayanlardan kimsə bu barədə şikayət edərək məlumat verib” İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Fərdi qaydada ev təmiri ustası kimi fəaliyyət göstərir. O hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı Ələt magistral avtomobil yolunun üzü şəhər istiqamətində yolun sağ kənarında, hündürlükdə yerləşən evdə yaşayır. Onun evinin yaxınlığından Azərsu ASC-yə məxsus boru xətti keçirmiş. Həmin boru xətti hüdürlükdən aşağıya doğru, Sədərək Ticarət Mərkəzinin yuxarı hissəsinə qədər gedir. Boru xəttindən su gedib-getmədiyindən heç bir məlumatı yoxdur, çünki boru xəttinin fəaliyyətinin onların evlərinə gələn su xəttinə aidiyyatı yoxdur. Lakin o orada uzun müddətdir, təxminən 15 ildir ki, yaşadığı üçün borunun Azərsuya məxsus olduğunu bilir. Həmin borunun aşağı hissəsi o bildiyi qədəri kəsilmiş vəziyyətdə olmuşdur. 15 mart 2023-cü il tarixdə axşam saatlarında bir neçə nəfərin boru xəttini kəsdiyini görmüşdür. O həmin şəxslərə iradını bildirərək demişdir ki, “niyə borunu kəsirsiniz?”. Həmin şəxslərin özlərini itirdiklərini, onun həmin şəxslərə irad bildirməyini gözləmədikləri üçün ona söz deyə bilməmişlər. Dərhal oradan uzaqlaşmışlar. O həmin şəxslərə yaxınlaşan zaman borunun yuxarı hissəsindən artıq kəsmişlər, aşağı tərəfdən borunu texnika ilə dartıb düzənliyə atırmışlar. O DİN-in 102 Zəng Xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Daha sonra, sabahı günü Azərsu ASC-in əməkdaşları, polis əməkdaşları hadisə yerinə gəlmişlər, araşdırma aparmağa başlamışlar. İş materiallarından görünür ki, ********** saylı cinayət işi 18 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə fakta görə başlanılmışdır. İş materiallarından görünür ki, 30 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, 31 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa cəlb edildiyindən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, 02 iyun 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 02 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 02 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həmin tarixdə saxlanıldığı MSY-dən azad edilmişdir. İş materillarından görünür ki, 15 iyul 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrindən həmin Məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 08 avqust 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələrindən həmin Məcəllənin 29,177.2.3-2 və 29,177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materillarından görünür ki, 08 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4997 saylı rəyindən görünür ki, qərarda göstərilən və baxış keçirilmiş divarının qalınlığı 8 mm, diametri 426 mm olan metal borunun 01 metrinin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 60 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 20 gün azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Qaradağ RPİ MSY-ə yerləşdirilmişdir. İş materillarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq 3 saylı İstintaq Təcridxanasına təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək oğurluq etməyə cəhd etməməyi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə öz təsdiqini tapdığından məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 6 azyaşlı uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində 6 azayaşlı uşağı olmaqla, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü çıxarılmamışdan əvvəl, yəni 15 mart 2023-cü il tarixdə törətmişdir.Ona görə də Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş həbsdə olduğu 09 (doqquz) ay 05 (beş) gün, hazırkı iş üzrə həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 23 ( iyirmi üç) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs ASC Bakı Su Kanal İdarəsinə məxsus istifadə olunmuş, ümumi uzunluğu 185 metr olan, bir neçə hissələrə bölünmüş metal boruların saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə təvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən təyin edilmiş 04 (dörd) il 05 (beş) ay azadlığın məhdudlaşdırması cəzası hazırki cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə müəyyən olunmuş həbsdə olduğu 09 (doqquz) ay 05 (beş) gün və hazırkı iş üzrə həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 23 (iyirmi üç) gün, ümuilikdə 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün – azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs ASC Bakı Su Kanal İdarəsinə məxsus istifadə olunmuş, ümumi uzunluğu 185 metr olan, bir neçə hissələrə bölünmüş metal boruların saxlanılması üçün zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə təhvil verilməsi alınsın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 41 (qırx bir) saata görə 246 (iki yüz qırx altı) manat məbləğində pul X1, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-19/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-19/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver