Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-19/2025 24.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, Müdafiəçilər Müdafiəçi5, Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, 04 avqust 1953-cü il Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda digər tanışı X1 müxtəlif şəxsləri Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə müəllimə kimi işə qəbul etdirmək imkanlarının olduğunu bildirib inandıraraq sonuncu vasitəsilə onlara müraciət etmiş Zərərçəkmiş şəxs11 Bakı şəhəri Qaradağ rayonunda yerləşən 9 saylı internat məktəbinə müəllimə kimi işə qbəul etdirəcəyinə dair yalan vədlər verib, 10 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 14 ünvanında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin içərisində 8000 manat pulu E.M.Kazımovanın vasitəsilə alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 özgənin əmlakını aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda digər tanışı X1 müxtəlif şəxsləri Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə müəllimə kimi işə qəbul etdirmək imkanlarının olduğunu bildirib inandıraraq sonuncu vasitəsilə onlara müraciət etmiş Zərərçəkmiş şəxs10 onun qızı Şahid5 Bakı şəhəri Binəqədi rayonunda yerləşən 276 saylı orta məktəbə müəllimə kimi işə qbəul etdirəcəyinə dair yalan vədlər verib 25 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi 14 ünvanında yerləşən "Gənclik Mall" Ticarət Mərkəzinin içərisində 8000 manat pulu E.M.Kazımovanın vasitəsilə alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, 2019-cu ildə Təqsirləndirilən şəxs2 onun evində olarkən tanışı E.M.Kazımova ona zəng edərək 2 nəfər şəxsin müəllimlik imtahanından keçməsinə köməklik edilməsini xahiş etmiş, o, əvvəlcə ərinin öldüyünü bu işləri həll edə bilməyəcəyini desə də sonra yenidən ona dəqiq cavab verəcəyini bildirmişdir. Bu zaman evində olan və onun telefon danışığını eşitmiş Təqsirləndirilən şəxs2 tanışı vasitəsilə həmin işi həll edə biləcəyini demişdir. 1 həftə sonra E.M.Kazımova ona yenidən zəng etdiyində tanışı Təqsirləndirilən şəxs2 onun işini həll edə biləcəyini demiş, E.M.Kazımova onunla razılaşmış və onlar “Gənclik Mall” Ticarət Mərkəzində görüşmüşlər, sonuncu işinin həll olunması üçün 8000 manat pulunu onlara vermişdir. Təqsirləndirilən şəxs2 E.M.Kazımovanın verdiyi pulları ondan götürmüş lakin, vədini yerinə yetirməmişdir. Bir müddət sonra 16000 manat pulun Təqsirləndirilən şəxs2 olması ilə bağlı sənədi polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs11 ilə bağlı bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs2 ilə bərabər Təhsil Nazirliyinə getmişlər, Təqsirləndirilən şəxs2 idarəyə daxil olmuş, oradan onların tanımadıqları kişi çıxmış, işi həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs11 ona zəng etdiyini, sənədlərini istədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs2 “28 Mall” TM tərəfdə sənədləri Zərərçəkmiş şəxs11 göndərmişdir. O, Təqsirləndirilən şəxs2 ona verdiyi pulları qaytarmasını istəmiş, sonuncu isə Zərərçəkmiş şəxs11 Qaradağ filialındakı internat məktəbinə aparacaqlarını ona demişdir. O da işin gedişatını yoxlamaq üçün özünün də onlarla gedəcəyini bildirmişdir. Elnaz Kazımova 2 dəfə olmaqla hər dəfə ona 8000 manat pul vermiş və o, həmin pullardan özünə hər hansı məbləğ götürməyərək Təqsirləndirilən şəxs2 vermişdir. Onun tərəfindən zərərçəkmiş şəxslərə sənədlərə hər hansı imza etdirilməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs10 və onun qızını ümumiyyətlə görməmişdir. Özünü təqsirli bildiyini, pulun onun vasitəsilə zərərçəkmiş şəxslərdən alındığını, həmçinin vurulmuş ziyanların tərəfindən zərərçəkmiş şəxslərə ödənildiyini və dövlət büdcəsinə 25% ödəniş edildiyini nəzərə alaraq, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 öz ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayında E.M.Kazımova tanışı Təqsirləndirilən şəxs4 vasitəsi ilə onu 8000 manat pulun müqabilində müəllimə kimi işlə təmin edə biləcəyini demiş, o da razılaşmışdır. 2019cu ilin avqust ayında o, E.M.Kazımovanın evində 8000 manat pulu və özünə aid olan sənədləri ona vermiş, sonuncu onun yanında Təqsirləndirilən şəxs4 zəng etmiş bu barədə məlumat vermişdir. Həmin vaxt E.M.Kazımova ona demişdir ki, sentyabr ayından yaşadığı Sahil qəsəbəsində yerləşən 9 saylı internat məktəbində müəllimə kimi işə başlayacaq. Sentyabr ayı gəldikdə E.M.Kazımova ona demişdir ki, işlə bağlı proseslər davam edir, yaxın zamanda əmri veriləcəkdir. 2019-cu ilin 13 sentyabr tarixində Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə görüşmüş onlar bərabər Təhsil Nazirliyinə getmişlər. Hər iki xanım ona sənədlərin həmin qurumda olduğunu, əmrin oradan götürüləcəyini demişlər. Biraz sonra ona bildirmişlər ki, başqa bir şəxslə sənədlər dəyişik düşmüş və əmrlər qarışmışdır, sənədlər düzəlməlidir, lakin uzun müddət bu məsələ həllini tapmamışdır. Sonradan noyabr ayının 12-i Təqsirləndirilən şəxs2 ona zəng edib əmri götürüb Sahil qəsəbəsinə gələcəklərini demiş, o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə görüşmüş həmin internat məktəbinə getmişlər. Məktəbdə onunla bağlı hər hansı əmrin daxil olmadığını onlara bildirmişlər. Onun yanında Təhsil Nazirliyində işləyən şəxs kimi ona təqdim edilən Cəmil adlı şəxsə zəng edib, məktəbin qarşısında olduqlarını və içəri buraxılmadıqlarını bildirmişlər, guya həmin şəxs də geri qayıtmalarını bildirərək özünün hər şeyi düzəldəcəyini bildirmişdir. O, bu hadisədən sonra təqsirləndirilən şəxsləri görməmiş, diplom və sənədləri Təqsirləndirilən şəxs2 olduğundan zəng edib onları tələb etmiş və sonuncu taksi ilə onun sənədlərini göndərmişdir. Zərərçəkmiş şəxs11 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs4 Əlibala qızı tərəfindən ona dəymiş ziyanın ödənildiyini, barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 öz ifadəsində göstərmişdir ki, müəllimə işləyən qızı Sevincə iş yerinin dəyişilməsində köməklik göstərilməsi məqsədilə 8000 manat pulu “Gənclik Mall” TM-də tanışı X1 vermiş və sonuncu həmin pulu Təqsirləndirilən şəxs4 vermişdir. 3-4 gün keçəndən sonra Təqsirləndirilən şəxs2 qızına zəng etmiş və təhsil şöbəsinə gəlməsini istəmişdir. O, qızını həmin vaxt izləyərkən onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə bərabər təhsil şöbəsinə getdiklərini görmüşdür. İçəridən hündürboy, orta yaşlı bir kişi cinsli şəxs çıxmış və qızına sənəd imzalatmışdır. Bir müddət gözlədikdən sonra aldadıldığını başa düşüb hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Zərərçəkmiş şəxs10 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs4 Əlibala qızı tərəfindən ona dəymiş ziyanın ödənildiyini, barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 1-2-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 4-cü cildinin 40-41-ci vərəqələrində olan cinayət işi üzrə «hadisə yerinə baxış keçirilməsi haqqında» 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 98A ünvanında yerləşən “Gənclik Mall” ticarət mərkəzidir. Cinayət işinin 4-cü cildinin 83-cü vərəqəsində olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 4-cü cildinin 141-142-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (xx.xx.2023-cü il, saat 12:25-də). Cinayət işinin 4-cü cildinin 169-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cildinin 137-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 5-ci cildinin 146-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs11 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 6-cı cildinin 37-38-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (12:15) Cinayət işinin 7-ci cildinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş 6342 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs4 tərəfindən dövlət büdcəsinə 25% rüsum ödənişi olaraq 4000 manat pul ödənilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs4 cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 4000 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs4 həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə xüsusi müsadirə olunacaq əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-19/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-19/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver