Məhkəmə qərarları › İş №1(002)-190/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-190/2020

14.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-190/2020 14.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala rayonu, 6-cı məhəllədə qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən fərdi tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 10:00 radələrində dəstə rəisi işlədiyi Lökbatan-Xocasən yolunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən 2-ci kilometrliyində, Lökbatan qəsəbəsi istiqamətində yolun sağ tərəfində 10 metr məsafədə fəaliyyət göstərən və yerləşən “İ-Qafqaz” şirkətinin 194 saylı xətt maşurutunun avtobus parkında sürücü Zərərçəkmiş şəxs koronavirus pandemiyası ilə əlaqədar ixtisara düşməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində münaqişə yaranmış münaqişə zamanı o, qəsdən Zərərçəkmiş şəxs boynundan tutub itələdiyindən Zərərçəkmiş şəxs yerə yıxılaraq baş nahiyyəsi yerdə olan daş parçasına dəymiş bununlada sonuncuya başın alın-təpə nahiyyəsinin əzilmiş yarası və boynun ön səthinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Neftçala rayonu 6-cı məhəllədə qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsi nömrəsiz fərdi tikilidə ailəsi ilə birlikdə yaşayır. Ailəlidir və bir az yaşlı övladı vardır. Hazırda “İ-Qafqaz” şirkətinə məxsus 194 saylı xətt maşurutunun Xocasən- Lökbatan yolu Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan istiqmətində yerləşən qarajında dəstə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs işlədiyi şirkətdən tanıyır. Ölkəmizdə xüsusi rejimli karantin tətbiq edilməmişdən əvvəl şirkətin rəhbərliyi tərəfindən xəttə hər gün 14-15 sürücü buraxılmışdır. Sürücülərin gündəlik planı 140-150 manat arası dəyişmişdir. Ölkəmizdə xüsusi rejimli karantin tətbiq edildikdən sonra rəhbərlik tərəfindən sürücülərin müəyyən bir hissəsi və o cümlədən, Zərərçəkmiş şəxs müvəqqəti olaraq ixtisara salınmışdır. Sərnişinlərin az olmasını nəzərə alınaraq gündəlik plan 30 manata kimi endirilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində gündəlik iş qrafiki üzrə “İ-Qafqaz” şirkətinin qarajında işdə olmuşdur. Saat təxminən 10 radələrində qarajın həyətində olan köşkdə oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs qaraja gəlmişdir. Zərərçəkmiş şəxs onun oturduğu köşkə daxil olmuşdur. Zərərçəkmiş şəxs onunla salamlaşmışdır. Sonra Zərərçəkmiş şəxs işlədiyi sonuncu gün ona verdiyi 30 manatlıq qəpikləri götürüb saymağa başlamışdır. Həmin vaxt pulundan 6 manatın əskik olduğunu görmüş və 6 manat pulu geri istəmişdir. Zərərçəkmiş şəxs pulun, sürücülərdən biri tərəfindən götürdüyünü və axşam gələndə qaytaracağını demişdir. Sonra Zərərçəkmiş şəxs idarə etdiyi avtobusa işə salaraq xəttə çıxmaq istədiyini bildirmişdir. Həmin vaxt Tofiq sərxoş olduğu üçün onun xəttə çıxmağına icazə verməmişdir. Tofiqə icazə vermədiyinə görə onu söyüb təhqir etmişdir. Zərərçəkmiş şəxs avtobusdan düşürtmüş və qarajı tərk etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs qarajdan çıxmadığı üçün onu itələmişdir. İtələyəndən sonra onun yerə yıxıldığını görməmişdir. Bundan başqa hadisə zamanı orada heç kim olmadığını, hadisəni heç kim görmədiyini, Zərərçəkmiş şəxs ilə aralarında olan münaqişə, mübahisə və onu itələməyinin vaxt etibarı ilə təxminən 2-3 dəqiqə ərzində baş verdiyini, əvvəllər aralarında bu kimi münaqişlər olmadığını, ”İ-Qafqaz” şirkətində işləyən bütün avtobus sürücüləri axşam xəttdən qayıtdıqdan sonra qəpikləri sayıb ona təhvil verdiklərini, hansı sürücüyə qəpik lazım olduqda həmin qəpiklərdən götürüb axşam yenidən yerinə qoyduqlarını, Zərərçəkmiş şəxs 30 manatlıq qəpik təhvil aldığını, işdə olmadığı müddət ərzində onu qoyduğu 30 manat qəpikdən hansısa sürücü 6 manatlıq qəpik götürdüyü, Tofiq qəpikləri ona təhvil verdiyi üçün ondan geri tələb etdiyini, Tofiqin pulundan 6 manatın əksik olduğunu, hadisə zamanı xəsarət almadığını bidirmişdir.Halhazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o BCD kateqoriyalı sürücüdür. Hazırda 194 saylı xətt maşurutunda sürücü işləyir. Adı istintaq zamanı ona məlum olan Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, əvvəllər sürücü işlədiyi “İ-QAFQAZ” şirkətindən tanıyır. 194 nömrəli xətt maşurutunun hərəkət istiqaməti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “QOBU PARK” yaşayış kompleksindən başlayır və 20 Yanvar metrostansiyasının yanında bitir. Sürücüsü işlədiyi şirkətin rəhbərliyinə 1 günə 135 manat plan vermişdir. Ölkə ərazisində xüsusi rejimli karantin tətbiq olunandan sonra qoyulan planı verə bilmədiyi üçün 4 gün işə çıxmamışdır. 4-cü günün tamamında yəni xx.xx.2020ci il tarixdə saat 10 radələrində o “İ-Qafqaz” şirkətinə məxsus Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən qaraja gəlmişdir. Qarajın həyətində ki, köşkə yaxınlaşıb qapını açıb içəri daxil olmuşdur. Həmin vaxt köşkdə dəstə rəisi Təqsirləndirilən şəxs oturmuşdur. Ağaşirinlə salamlaşmışdır. Sonra işlədiyi sonuncu gün Ağaşirinə təhvil verdiyi 30 manatlıq qəpiklərini götürüb saymağa başlamışdır. Həmin vaxt pulundan 6 manat əksik olduğunu görmüşdür. Ağaşirindən 6 manatlıq qəpiyini geri istəmişdir. Ağaşirin ona həmin qəpikləri xəttə çıxan sürücülərdən birinin götürdüyünü axşam qaraja gələndə təhvil verəcəklərini demişdir. İşləmədiyi üçün və pula ehtiyacı olduğu üçün əsəbləşmişdir. Ağaşirinə heç bir söz demədən qarajın həyətində dayanmış idarə etdiyi avtobusun yanına gəlmişdir. Abtobusa əyləşib onu işə salaraq xəttə çıxmaq istəmişdir. Həmin vaxt Ağaşirin mənə yaxınlaşmışdır. Ağaşirin ondan avtobusdan düşməyini tələb edərək onu avtobusdan düşürtmüşdür. Ağaşirinə izah etməyə çalışmışdır ki, pula ehtiyacı var işləməlidir. Ağaşirin ona şirkət rəhbərliyinin işləməyə icazə vermədiyini bildirmişdir. Əsəbləşdiyi üçün Ağaşirini söyüb təhqir etməyə başlamışdır. Ağaşirin onun boynundan tutaraq itələyib yerə yıxmışdır. Ağaşirin isə oradan çıxıb getmişdir. Yerə yıxılanan sonra başı yerdəki daş parçasına dəyərək, qanamağa başlamışdır. Sonra isə Ağaşirinin ona qarşı etdiyi hərəkətlər barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bundan başqa hadisə zamanı orada heç kimin olmadığını və hadisəni heç kimin görmədiyini, aralarında olan mübahisə və münaqişə vaxt etibarı ilə təxminən 2-3 dəqiqə ərzində baş verdiyini, əvvəllər aralarında bu kimi mübahisələr olmadığını, aralarında da yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs onun sinəsindən itələdiyini və özünü saxlaya bilməyib yerə yıxıldı, həmin vaxtda başı yerdə olan daş parçasına dəyərək xəsarət aldığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X2 rayon şöbəsinin xx xxx 2020-ci il tarixli 261 №-li rəyindən görünür ki, vət. T.R Əliyevdə başın alın- təpə nahiyyəsinin əzilmiş yarası və boynun ön səthinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanın ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar