Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-190/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1999-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, “Bosh Shelf” şirkətində quraşdırıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 17 iyul 2020-ci il tarixli və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» 29 may 2020-ci il tarixli qərarlarının, Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 iyul 2020-ci il tarixli qərarının tələblərini pozaraq, yəni yaşayış yerini və olduğu yeri tərk etməməli olduğu halda insanlar arasında sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etməsinin mütləq olduğu halda, bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq 06 fevral 2022ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanını tərk edərək sosial məsafəni gözləmədən həmin qəsəbədə piyada hərəkət edib, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Z.Qasımov küçəsində yerləşən ərzaq mağazasına gedərək müəyyən olunmuş qaydaları və karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs həmin mağazanın daxilində yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən “Heydər Əliyev” adına X7 işə getdikdə girişdə COVİD 19 pandemiyası ilə əlaqədar istilik ölçən termometr ilə istiliyini ölçmüşlər və onu tibb məntəqəsinə göndərmişlər. O, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə zavodun tibb məntəqəsində test vermiş və həmin gün onu işdən azad edərək evə göndərmişlər. Həmin gün təxminən 22 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə SMS mesajı ilə məlumat gələrək xəbərdarlıq edilmişdir ki, COVİD 19 pandemiyası ilə əlqdər testinin nəticəsi pozitiv olmuşdur, karantin ərzində evdən çölə çıxmamalıymış, əks təqdirdə Azərbaycan Respublikası CM-si və İXMnin müvafiq maddələri ilə məsuliyyət daşıyacaq. Bundan sonra o, yaşadığı ünvan 3 ünvanına gəlmiş və evdən çölə çıxmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30 radələrində evdə yeməyə ərzaq olmadığından yaxınlıqda yerləşən ərzaq mağazasına getmişdir. O, mağazaya daxil olan zaman qoruyucu tibbi maskadan istifadə etmədiyindən yaxınlıqda olan polis əməkdaşı mağazada ona yaxınlaşmış, özünü təqdim edib tibbi maskadan istifadə etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğunu demiş və şəxsiyyətini təqdim etməyi bildirmişdir. O, şəxsiyyəti barədə məlumat verdikdə həmin polis əməkdaşı əlində olan texniki vasiytədə onun adını yoxlamış və polis əməkdaşına məlum olmuşdur ki, o, COVİD 19 pandemiyasına yoluxmuşdur. Bundan sonra həmin polis əməkdaşı videoçəkiliş edərək ona suallar vermiş və o, həmin sualları cavablandıraraq evdə ərzaq məhsulları olmadığından məcbur olaraq evi tərk etdiyini bildirmişdir. Ona işlədiyi müəssisədə COVİD- 19 pandemiyasına görə götürülmüş test analizinin cavabının müsbət olduğu barədə xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəyə SMS mesajı ilə vermişdir. O, COVİD-19 pandemiyasına yoluxduqdan sonra yalnız xx.xx.2022-ci il tarixdə təxminən saat 14:30-da evi tərk edərək yaşadığı evin yaxınlığında yerləşən ərzaq mağazasına getmiş və orada satıcı ilə ünsiyyətdə olmuşdur. Mağazada ondan əlavə müştəri olmamışdır. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, İİ Qarabağ müharibəsində iştirak etməklə “Laçının azad olunmasına görə” medalı ilə təltif edildiyini və törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təxminən 5 ay olarmış ki, yaşadığı ünvan 4 ünvanının qarşısında 31 kv metr sahəsi olan gündəlik ərzaq mağazasını işlədir. O, mağazada tək işləyirmiş. COVİD-19 pandemiyası ilə əlaqdər olaraq ərazinin polis əməkdaşları daimi olaraq karantin qaydalarına riayət olunması üçün tədbirlər keçirirlər. xx.xx.2022-ci il tarixdə saat 14:55 radələrində o, mağazada olan zaman qəsəbədən tanıdığı müştəriyə kartof, soğan qatıq, toyuq və çörək satan zaman 38-ci PB-nin əməkdaşları mağazaya daxil olmuşlar. Polis əməkdaşları mağazaya daxil olan zaman həmin qəsəbədən tanıdığı, lakin adını bilmədiyi müştəri karantiin qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyini görüb, həmin müştərinin şəxsiyyətini müəyyən edib texniki vasitə ilə protokol tərtib edən zaman polis əməkdaşlarına məlum oldu ki, həmin şəxs COVİD 19 pandemiyasına yoluxmuş şəxsdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi mağazadan çıxardaraq videoçəkiliş etmişlər. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid1 məhkəmə iclaslarının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 bildirmişdir ki, 06 fevral 2022-ci il tarixdə təxminən saat 14:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən inzibati ərazidə xidmət aparan zaman profilaktiki tədbirlərin yoxlanılması və karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə həmin küçədə yerləşən ərzaq mağazasında bir nəfər şəxsin tibbi maskadan istifadə etməməsini görüb mağazaya daxil olmuş və həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilməsindən ötrü həmin şəxsin şəxsiyyəti barədə məlumatları soruşmuşdur. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş və o, əlində olan planşet vasitəsi ilə elektron protokol edərkən Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə «COVİD-19» infeksiyası ilə bağlı test verdiyi və testinin cavabının pozitiv çıxdığı, yəni «COVİD-19» infeksiyasına yoluxduğu məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının və «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» 29 may 2020-ci il tarixli qərarların, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarının tələblərini pozaraq 06 fevral 2022-ci il tarixdə saat 14:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsinndə yerləşən mağazada müəyyən olunmuş qaydaları pozub tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən və sosial məsafəni gözləmədən digər şəxslərlə söhbət edərək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması müəyyən olunmuşdur. O, Təqsirləndirilən şəxs mobil telefona çəkilməklə müsahibə almış və Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən COVİD 19 pandemiyası ilə əlaqədar verdiyi testinin nəticəsinin pozitiv olduğunu bilmiş, 1 həftəlik karantin müddətində ailəsinə ərzaq almaq üçün küçəyə çıxaraq mağazaya getmiş və biləbilə karantin qaydalarını pozaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 57 ünvanını tərk etmişdir. Odur ki, bununla bağlı tərəfindən müvafiq raport tərtib edilərək aidiyyəti üzrə Qaradağ RPİ-nin 38-ci PŞ-nə təqdim edilmiş və müsahibə zamanı videoçəkiliş edilmiş disk də raporta əlavə edilmişdir. O, Təqsirləndirilən şəxs COVİD 19 pandemiyası xəstəsi olduğunu xx.xx.2022-ci il tarixdə saat 14:55 radələrində müəyyən etmiş və Təqsirləndirilən şəxs müəyyən etdiyi mağazadan çölə çıxardaraq mobil telefon vasitəsi ilə videoçəkilişi etmişdir. O, videoçəkilişi mobil telefondan diskə köçürən zaman xx.xx.2022-ci il tarixi görsənmiş ola bilərmiş. O, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:55 radələrində COVİD 19 pandemiyası xəstəsi olduğunu müəyyən edən zaman həmin mağazada mağazanın satıcısı olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu Gigiyena və Epidomologiya mərkəzinin xx.xx.2022-ci il tarixli 03- 19/449 saylı məktubundan müəyyən olumuşdur ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 57, mənzil 67-də yaşayan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs COVİD -19 infeksiyasına yoluxması təsdiq edilərək xx.xx.2022-ci il tarixdə “COVİD- 19” Milli məlumat bazasına pozitiv xəstə olaraq daxil edilmişdir. İş üzrə raporta əlavə olunmuş 01 ədəd diskdən görünür ki, diskdə olan videogörüntü 25 saniyə müddətindədir, polis mayoru formasında olan şəxs qarşısında dayanmış şəxsdən görüntüdə özünü təqdim etməsi bildirilir, həmi şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Müsahibə götürən şəxs Təqsirləndirilən şəxs koronavirus xəstəsi olduğunu soruşur, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən testinin nəticəsinin pozitiv olduğunu, 1 həftəlik karantin müddətini pozduğunu bildirir, müsahibə götürən şəxs Təqsirləndirilən şəxs bilə-bilə karantin qaydalarını pozduğunu soruşduqda o, əli ilə yanında olan sellofan torbaları göstərərək ailəsinə ərzaq almaq üçün küçəyə çıxaraq mağazaya getdiyini bildirdi. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru Şahid1 tərtib etdiyi raport və raporta əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarına əlavə olunmuş və sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 6S” markalı mobil telefona baxış keçirilmişdir. “İphone 6S” markalı mobil telefona baxış keçirərəkən müəyyən olunmuşdur ki, mobil telefonun menyusunda olan “e-təbib” sisteminə daxil olduqda orada olan mesaj bölməsində “Labarotoriya analizlərinin nəticələri” hissəsində “sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlandı. xx.xx.2022 21:58:48”, “sizin verdiyiniz analizdə COVİD-19 virusu aşkarlanmadı xx.xx.2022 12:01:43” yazıları müəyyən olunmuşdur. İş üzrə əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu Gigiyena və Epidomologiya mərkəzinin xx.xx.2022-ci il tarixli 03-19/449 saylı məktubu maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının № İ-4503 vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş SX № ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Talış Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, İİ Qarabağ müharibəsində iştirak etməklə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 25 fevral 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu Gigiyena və Epidomologiya mərkəzinin xx.xx.2022-ci il tarixli 03- 19/449 saylı məktubu cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu Gigiyena və Epidomologiya mərkəzinin xx.xx.2022-ci il tarixli 03- 19/449 saylı məktubu cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-190/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-190/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver