Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-190/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs3 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 mart 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən 25 nömrəli evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi evin qarşısında dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs3 hasardan aşaraq həyətə girmiş, evin giriş qapısının kilidini sındırmaqla qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, evdən 2000 manat pul və ümumilikdə 4500 manat dəyərində 01 ədəd qadın qızıl boyunbağı, 01 ədəd qadın qızıl bilərziyi, 01 cüt qadın qızıl sırğası və 01 ədəd qadın qızıl üzüyü olmaqla qızıl-zinət əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə cəmi 6500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 18 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən 265 nömrəli evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi küçədə dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 hasardan aşaraq həyətə girmiş evin plastik pəncərəsini sıxıb açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, evdən 1000 manat dəyərində bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü, 450 manat dəyərində bir ədəd tək qaşlı qızıl qadın üzüyü, hər biri 450 manat dəyərində iki ədəd paxlava formalı qızıl qadın üzüyü, 500 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 400 manat dəyərində bir ədəd yumru qaşlı qızıl qadın üzüyü, 400 manat dəyərində bir ədəd sadə qaşlı qızıl qadın üzüyü, 800 manat dəyərində bir dəst sadə qaşlı qızıl üzük və sırğa, 2700 manat dəyərində bir ədəd brilliant qaşlı qızıl boyunbağı və bilərzik, hər birinin dəyəri 150 manat 4 ədəd uşaq üçün qızıl boyunbağıları, 250 manat dəyərində bir ədəd uşaq üçün qızıl qolbağını, cəmi 8000 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı- Ələt şosessinin 65-ci km-də yerləşən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 A, Təzə yurdlar ərazisində yerləşən nömrəsiz fərdi tikili evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi küçədə dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 evin həyətinə, oradan da evin plastik pəncərəsindən keçmək yolu ilə qanunsuz olaraq evə daxil olub uşaq otağında Zərərçəkmiş şəxs3 məxsus 1463 manat dəyərində «Lenovo» markalı notbuku çantası və enerji kabeli ilə birlikdə, həmçinin paltar dolabının üzərində dairəvi qırmızı daşları olan 583 əyyarlı 800 manat qiymətində bir cüt qızıl sırğa, üzərində xırda sadə ağ daşları olan 583 əyyarlı kəpənək oxşarlı 250 manat dəyərində qızıl uşaq sırğaları, sünbül toxunuşlu 583 əyyarlı 400 manat dəyərində qızıl kişi bilərziyi, 583 əyyarlı 300 manat dəyərində qızıl kişi bilərziyi, ürək formalı 583 əyyarlı 100 manat dəyərində qızıl klonu, cəmi 3313 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massivdə yerləşən nömrəsiz evdə heç kimin olmamasından istifadə edərək, həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi evin qarşısında dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 hasardan həyətə aşaraq evin plastik pəncərəsini dəmir parçası ilə açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, 6 ədəd 50 ABŞ dolları əskinazı olmaqla ümumilikdə 300 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 510 manat, 5 ədəd 100 manatlıq əskinazla 500 manat, 10-20 manatlıq əskinazla isə 1000 manat pulunu gizli yolla talayaraq, zərərçəkmiş şəxsə cəmi 2010 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 18 iyun 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən 265 nömrəli evdə heç kimin olmamasından istifadə edərək, həmin evdən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 küçədə dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, o, hasardan aşaraq həyətə girmiş, evin plastik pəncərəsini açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, evdən 1000 manat dəyərində bir ədəd brilliant qaşlı qızıl qadın üzüyü, 450 manat dəyərində bir ədəd tək qaşlı qızıl qadın üzüyü, hər biri 450 manat dəyərində iki ədəd paxlava formalı qızıl qadın üzüyü, 500 manat dəyərində bir ədəd qızıl kişi üzüyü, 400 manat dəyərində bir ədəd yumru qaşlı qızıl qadın üzüyü, 400 manat dəyərində bir ədəd sadə qaşlı qızıl qadın üzüyü, 800 manat dəyərində bir dəst sadə qaşlı qızıl üzük və sırğa, 2700 manat dəyərində bir ədəd brilliant qaşlı qızıl boyunbağı və bilərzik, hər birinin dəyəri 150 manat 4 ədəd uşaq üçün qızıl boyunbağıları, 250 manat dəyərində bir ədəd uşaq üçün qızıl qolbağını, cəmi 8000 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Bakı- Ələt şossesinin 65-ci km-də yerləşən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1 A, Təzə yurdlar ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evində heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 küçədə dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, əvvəlcə evin həyətinə, oradan da həyətdə yerləşən evin plastik pəncərəsindən keçmək yolu ilə qanunsuz olaraq evin içəri hissəsinə daxil olmuş, uşaq otağında Zərərçəkmiş şəxs3 məxsus 1463 manat dəyərində «Lenovo» markalı notbuku çantası və enerji kabeli ilə birlikdə, istifadə olunmayan yataq otağında paltar dolabından üzərində dairəvi qırmızı daşları olan 583 əyyarlı 800 manat qiymətində bir cüt qızıl sırğa, üzərində xırda sadə ağ daşları olan 583 əyyarlı kəpənək oxşarlı 250 manat dəyərində qızıl uşaq sırğaları, sünbül toxunuşlu 583 əyyarlı 400 manat dəyərində qızıl kişi bilərziyi, 583 əyyarlı 300 manat dəyərində qızıl kişi bilərziyi, ürək formalı 583 əyyarlı 100 manat dəyərində qızıl klonu, cəmi 3313 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 14 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massivdə yerləşən nömrəsiz evdə heç kimin olmamasından istifadə edərək, həmin evdən oğurluq etmək qərarına gəlmiş, həmin cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 evin qarşısında dayanaraq ətrafı müşahidə etmiş, o, hasardan həyətə aşaraq evin plastik pəncərəsini dəmir parçası ilə sıxıb açmaqla oradan qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olmuş, oradan 6 ədəd 50 ABŞ dolları əskinazı olmaqla ümumilikdə 300 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 510 manat, 5 ədəd 100 manatlıq əskinazla 500 manat, 10-20 manatlıq əskinazla isə 1000 manat pulu gizli yolla talayaraq, zərərçəkmiş şəxsə cəmi 2010 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 06 mart 2022-ci il tarixdə saat 21:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən 25 nömrəli evdə heç kimin olmamasından istifadə edərək həmin evdən oğurluq etmək qərarına gəlmiş, cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 evin qarşısında dayanaraq kənar şəxslər gəldikləri zaman məlumat vermək məqsədilə ətrafı müşahidə etmiş, o, hasardan keçməklə əvvəlcə həyətə, daha sonra evin giriş qapısının kilidini sındırmaqla qanunsuz olaraq evin yaşayış sahəsi daxil olmuş, evdən 2000 manat pul və ümumilikdə 4500 manat dəyərində 01 ədəd qadın qızıl boyunbağı, 01 ədəd qadın qızıl bilərziyi, 01 cüt qadın qızıl sırğası və 01 ədəd qadın qızıl üzüyü olmaqla qızıl-zinət əşyalarını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə cəmi 6500 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, uşağının xəstəliyi ilə əlaqədar olaraq əməliyyata ehtiyac olduğundan ailə üzvləri və digər qohumlarına da bu barədə məlumat verməklə bir neçə banka və şəxsə pul üçün müraciət etmiş, lakin ona borca pul verməmişlər. xx.xx.2022-ci il tarixdə əmisi oğlunun toy günü bibisi və onun ailə üzvlərinin toyda olmalarından yararlanaraq onların evindən oğurluq etmək qərarına gəlmiş və bu barədə yanğınsöndürən vəzifəsində işlədiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 50 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsində onunla bərabər yanğınsöndürən işləyən Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Onunla həmin gün saat təxminən 21:00 radələrində Qobustan qəsəbəsi 1-ci massivdə yerləşən bibisinə məxsus evin qarşısında görüşmüşlər. O, ətrafı müşahidə etmək məqsədilə həyətdən çöldə dayanmış Təqsirləndirilən şəxs3 isə hasardan keçməklə həyətə daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs3 geri qayıtmış, avtomobilə əyləşmiş, evdən 2000 manat pul və qızıl-zinət əşyaları oğurladığını demişdir. O, avtomobili sürüb oradan uzaqlaşmış, yolda oğurluq yolu ilə əldə etdikləri pulları və qızılzinət əşyalarını bölmüşlər. Növbəti gün qızıl-zinət əşyalarını satmaq qərarına gəlmiş və bununla əlaqədar qızıl qəbulu dükanına gəlmişlər, qızıl-zinət əşyalarını 1000 manat dəyərində satmış, həmin puldan 430 manatını Təqsirləndirilən şəxs3 vermiş, 570 manatını isə özü götürmüşdür. Təqsirləndirilən şəxs2 ilə xx.xx.2022-ci il tarixdə Qobustan qəsəbəsində görüşmüş, söhbət zamanı birlikdə oğurluq etmək qərarına gəlmişlər. Həmin gün saat 21:00 radələrində Qobustan qəsəbəsi 1-ci massivdə “Asfalt” zavodun yaxınlığında bir mərtəbəli yaşayış evinin işıqlarının yanmadığını görüb oradan oğurluq etmək qərarına gəlmişlər. Evdə heç kimin olmadığından əmin olduqdan sonra ətrafı müşahidə etmək məqsədilə özü həyətdən çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 isə hasarın üzərindən keçməklə evə daxil olmuş, 10 dəqiqə sonra qayıtmış, oğurladığı qızılzinət əşyalarını cibindən çıxarmışdır. xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs2lə qızıl qəbulu dükanında həmin qızılları şəxsiyyət vəsiqəsini təqdim etməklə ümumilikdə 2800 manata satmış və əldə etdikləri pulları bərabər bölmüşlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə növbəti oğurluq cinayətini törətmək məqsədilə Qobustan qəsəbəsində Təzə yurdlar deyilən ərazidə işıqları sönmüş vəziyyətdə olan evə daxil olmuşlar. O, ətrafı müşahidə etmək məqsədilə həyətin qarşısında gözləmiş, Təqsirləndirilən şəxs2 hasardan keçməklə həyətə daxil olmuş, təxminən 20 dəqiqədən sonra əlində boz rəngli çanta ilə qayıtmışdır. Çantanın içərisində «Lenovo” markalı notbuk, bir cüt sırğa və bir ədəd üzükdən ibarət qızıl-zinət əşyaları olmuş, qızıl-zinət əşyaları olan bir cüt sırğa və bir ədəd üzük onda, notbuk isə Təqsirləndirilən şəxs2 qalmışdır. O, qızıl olmayan üzüyü tullamış, sırğaları isə qızıl-zinət əşyaları qəbulu mağazasına 70 manata satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, 2-ci massivdə olan zaman həyətlərin birindən bir neçə nəfərin həyət qapısını bağlayıb getdiklərini görmüş, birlikdə həmin həyətin qapısına yaxınlaşmış, Təqsirləndirilən şəxs2 hasardan keçməklə içəri daxil olmuş, o, isə ətrafı müşahidə etmək məqsədilə gözləmişdir. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs2 həyətdən küçəyə çıxmış, ona oğurladığı 2 ədəd 50 ABŞ dolları əskinazlarını və 2 manat pulları göstərmiş, sonra həmin massivdən küçədə olan yol maşınlarının biri ilə Ələt qəsəbəsi istiqamətində getmişlər. Onlar Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisində sağ tərəfdə yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsinə getmiş, orada tanımadıqları bir nəfərlə söhbət edərək oğurladıqları ABŞ dollarının bir qismini həmin şəxslə Azərbaycan məzənnəsinə uyğun şəkildə dəyişmiş, 169 manat pul götürərək bərabər bölmüşlər. Daha sonra əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi fəaliyyət göstərdiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs1la Qobustan qəsəbəsində kafelərin birində görüşmüş, yemək yemiş və spirtli içki qəbul etmişlər. Elə həmin vaxt pul ehtiyaclarını qarşılamaq məqsədilə oğurluq etmək qərarına gəlmişlər. Oğurluq əməlinə ilkin olaraq Qobustan qəsəbəsi 1-ci massivdə “Asfalt” zavodun yaxınlığında yerləşən fərdi yaşayış evindən başlamışlar. Ev sahiblərinin evdə olmadığını müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etməsi üçün gözləməsi, onun isə həmin evə daxil olması razılığına gəlmişlər. Beləliklə, evə axil olmuş, orada axtarış aparmış, yataq otağındakı yığılmış döşəklərin arasından parçaya bürünmüş bükümdə 3 ədəd qızıl qolbağı, 1 dəst qızıl sırğa və üzüyü, 1 ədəd qızıl boyunbağını, 4 ədəd qızıl üzüyü, 3 ədəd uşaq üçün qızıl boyunbağını oğurlamış, evə daxil olduğu pəncərədən çıxmışdır. Oğurladığı əşyalar barədə Təqsirləndirilən şəxs1 məlumat vermiş, həmin qızıl-zinət əşyalarını qızıl qəbulu mağazasına Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi əsasında 2800 manata satmış, əldə etdikləri pulu bərabər şəkildə bölmüşlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la əvvəlcədən əlbir olub, axşam düşdükdən sonra Qobustan qəsəbəsində, Təzə yurdlar deyilən ərazidə gəzərək işıqları sönmüş ev aşkar etdikdə həmin evə daxil olaraq oğurluq etmələri barədə razılaşmışlar. Həmin gün axşam saat 23:00 radələrində işıqları sönmüş vəziyyətdə olan evdən oğurluq etmələri üçün Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün gözləmiş, o, isə hasardan keçməklə evə daxil olmuşdur. Evdə müəyyən qədər axtarış etdikdən sonra dolabın içində kiçik ölçülü qadın çantasında qarışıq vəziyyətdə olan qızıl-zinət əşyalarını, daha sonra uşaq otağında dolabın üst gözündə, boz rəngli çantasında olan «Lenovo» markalı notbuku oğurlamış, uşaq otağında olan pəncərədən həyətə, daha sonra çölə çıxmışdır. Oğurladığı qızıl-zinət əşyaları olan bir cüt sırğa və bir ədəd üzüyü Təqsirləndirilən şəxs1 vermiş, notbuku isə özündə saxlamışdır. Təqsirləndirilən şəxs1 qızıl sırğaları qızıl-zinət əşyaları qəbulu mağazasına 70 manata, o isə notbuku qonşusuna 200 manat məbləğində satmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində o, Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Qaradağ rayonu, 2-ci massivdə olan zaman həyətlərin birindən həmin evdə yaşayan şəxslərin getdiklərini görmüş, birlikdə həyətin qapısına yaxınlaşmış Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün gözləmiş o isə əvvəlcə həyətə sonra evə daxil olmuşdur. Yataq otağına keçmiş, orada yerləşən paltar dolabından 2 ədəd 50 ABŞ dolları əskinazı və 1 ədəd pasport yerləşdirilmiş pul kisəsini görmüşdür. 2 ədəd 50 ABŞ dolları əskinazlarını götürdükdən sonra həmin otaqda olan çarpayının döşəyinin altından 1 ədəd 1 manatlıq pul əskinazları və qəpiklər formasında 2 manat pulu götürmüş, evi tərk etmişdir. Sonra Təqsirləndirilən şəxs1la bərabər “SOCAR” yanacaqdoldurma məntəqəsinə getmiş, orada tanımadıqları bir nəfərlə söhbət edərək oğurladıqları ABŞ dollarını Azərbaycan manatına qarşı məzənnəsinə uyğun şəkildə dəyişmiş, əvəzində 169 Azərbaycan manat pul almış və bərabər bölmüşlər. Daha sonra əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 45 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsində yanğınsöndürən işləyən Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, onunla eyni sahədə fəaliyyət göstərən Təqsirləndirilən şəxs1la xx.xx.2022-ci il tarixdə günorta saatlarında görüşmüş və sonuncunun bibisinə məxsus evdən oğurluq etmək barədə razılığa gəlmişlər. Həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs1la birlikdə Qobustan qəsəbəsi 1-ci massivdə yerləşən evə gəlmişlər, Təqsirləndirilən şəxs1 ətrafı müşahidə etmək üçün gözləmiş, o isə evə daxil olmuşdur. Oradan 2000 manat pulu və bir dəst qızıl-zinət əşyalarını oğurlayaraq çıxmışdır. Oğurladıqları qızıl-zinət əşyalarını 1000 manata satmış, oğurluq nəticəsində əldə etdiklərini bərabər şəkildə bölmüşlər. Daha sonra əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs X1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:50-də yaşadıqları, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanında yerləşən evinə gəldikdə evin giriş qapısının sındırıldığını, evindən ona məxsus 4500 manat dəyərində qızıl-zinət əşyalarının və 2000 manat pulunun oğurlandığını müəyyən etmiş və bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxs X1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, yeni məhəllədə yerləşən 265 nömrəli evinə daxil olduqdan sonra yataq otağındakı paltar dolabındakı əl çantasından bir ədəd brilliant qaşlı qızıl qadın üzüyünün, bir ədəd tək qaşlı qızıl qadın üzüyünün, iki ədəd paxlava formalı qızıl qadın üzüyünün, bir ədəd qızıl kişi üzüyünün, bir ədəd yumru qaşlı qızıl qadın üzüyünün, bir ədəd sadə qaşlı qızıl qadın üzüyü, bir dəst sadə qaşlı qızıl üzük və sırğanın, bir ədəd brilliant qaşlı qızıl boyunbağı və bilərziyin, 4 ədəd uşaq üçün qızıl boyunbağıların, bir ədəd uşaq üçün qızıl qolbağının oğurlandığını aşkar etmişdir. Həmin qızıl-zinət əşyalarının ümumi dəyəri təxminən 8000 manat təşkil etmişdir. Evdən başqa heç bir əşya oğurlanmamışdır. Oğurluq barəsində hüquq-mühafizə orqanlarına məlumat vermiş, oğurluq hadisəsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslər tərəfindən törədildiyi məlum olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A, təzə yurdlar ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinə qayıtdıqda oğurluq hadisəsinin baş verdiyini, uşaq otağında olan dolabdan, dəyəri 1463 manat olan «Lenovo» markalı notbukun, həmçinin qızıl-zinət əşyalarının oğurlanmasını aşkar etmişdir. Bu barədə hüquq-mühafizə orqanına məlumat vermiş, polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 3313 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, o cümlədən «Lenovo» markalı notbukun ona qaytarıldığını təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2a ünvanında yerləşən evinə daxil olduqda oğurluq olmasını müəyyən etmiş, bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Polis əməkdaşları gəlmiş, evə baxış keçirdikdən sonra naməlum şəxs və ya şəxslərin evin yataq otağında paltar dolabında ona məxsus pul kisəsinin içərisindəki 6 ədəd 50 ABŞ dolları əskinazı, 5 ədəd 100 manatlıq əskinaz, 10-20 manatlıq əskinazla isə 1000 manat pulun oğurladığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2010 manat zərər dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 öz ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun sağ tərəfində yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində olan mağazada kassir vəzifəsində işləyir. 14 avqust 2022-ci il tarixdə saat 20:00-da işə gəlmiş, həmin gün saat 23:00 radələrində tanımadığı iki nəfər ona yaxınlaşmış və ABŞ dollarını məzənnəyə uyğun Azərbaycan manatına dəyişmək istədiklərini demişlər. O da 1 ABŞ dollarını 1,69 manata uyğun şəkildə dəyişməsi barədə həmin şəxslərlə razılaşmış və onlardan biri ona 2 ədəd 50 ABŞ dolları əskinazı təqdim edərək o da qarşılığında həmin şəxsə 169 manat pul qaytarmışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 2016-cı il tarixdən 2022-ci ilin sentyabr ayınadək Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Moskva Univermağının” ərazisində qızıl alğı-satqısı ilə məşğul olmuş, orada “Yaqut” adlı mağazada son 3 ay işləmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında bir nəfər şəxs onun işlədiyi mağazaya yaxınlaşmış, 18.1 qram 01 ədəd qızıl dəstini satmaq istədiyini bildirmiş, həmin dəsti alacağı halda 1000 manat ödəniş edəcəyi barədə razılaşmışlar. Həmin şəxsin şəxsiyyət vəsiqəsini tələb etdikdə onun Təqsirləndirilən şəxs3 olduğu müəyyən olunmuş və bu barədə kitabda qeydiyyat aparmışdır. Təxminən 2022-ci ilin sentyabr ayında Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gələrək həmin alğı-satqı ilə maraqlandıqda o, satış sənədlərini göstərmiş və izahat vermişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, Nəsimi rayonu 3005-ci məhəllədə yerləşən “Uğur Gold” mağazasında qızıl alış-satışı işi ilə məşgul olur. 19 iyun 2022-ci il tarixdə günorta vaxtlarında bir nəfər tanımadığı şəxs onun işlədiyi mağazaya daxil olaraq özünə məxsus olan qızıl-zinət əşyalarını satmaq istədiyini dedikdə qızılları göstərməsini xahiş etmiş, qızılları həmin şəxs ona göstərdikdən sonra qiymətlə bağlı razılaşmışlar. Satan şəxsdən şəxsiyyət vəsiqəsini tələb etdikdə xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 Firuddin oğlu olduğu məlum olmuşdur. Həmin şəxsdən 1 dəst (sırğa, üzük) əyarı 583, çəkisi 25 qram, 585 əyarı çəkisi 21 qram olan iki ədəd üzük, 2 ədəd nazik boyunbağı qəbul etmiş və Təqsirləndirilən şəxs1 cəmi 2800 manat pul vermişdir. Ona göstərilən və satılan qızılların oğurluq olduğunu bilməmiş, həmin şəxs anası xəstə olduğundan qızıl-zinət əşyalarını satmaq məcburiyyətində olduğunu demişdir. Sonradan o, aldığı qızılları müxtəlif vətəndaşlara satmışdır. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayında yaşadıqları Qobustan Qəsəbəsində qonşusu olan və tanıdığı Fərhad adlı şəxs onun yanına notbuk gətirərək təmir etmək istədiyini demişdir. Bir müddət notbuk onda qaldıqdan sonra Fərhad satmaq istədiyini dedikdə ona 250 manat verə biləcəyi barədə razılaşmışlar. Sonradan işi ilə əlaqədar 2022ci ilin sentyabrın əvvəllərində təmir işləri ilə bağlı Xəzər dənizində platformaya getmiş, ailəsini Xətai rayonunda yaşayan qayınatasıgilə müvəqqəti yerləşdirdiyindən notbuku da ora aparmışdır. O, dənizdə olduğu müddətdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən ona zəng gəldikdə qeyd etdiyi halları polis əməkdaşlarına da danışmış, atası İlqara da bu barədə dedikdən sonra həmin notbuku, çantasını və enerji kabelini Xətai rayonunda yerləşən qayınatasıgilin evindən götürərək polislərə təqdim etmişdir. Həmin notbukun oğurluq nəticəsində əldə edilməsindən məlumatı olmamışdır. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 24-cü vərəqəsində olan 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat cinayəti törətmiş şəxslər müəyyən edilənədək dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd boz rəngli “Lenovo” markalı notbuk və bir ədəd boz rəngli həmin notbukun çantası İ.Dövlətovdan götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 41-48-ci vərəqələrində olan “Yaqut” mağazasından alış qəbzlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 283 əyarlı komplekt və 585 əyarlı sep və üzük sataraq 2800 manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 585 əyarlı komplekt sataraq 1000 manat əldə etmişdir. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 16:05-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 80-ci vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 17:10-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 93-94-cü vərəqələrində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 və xx.xx.2020-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxs1dur. Cinayət işinin 1-ci cildinin 95-96-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 99-cu vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 mart 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan 09 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 152-ci vərəqəsində olan 17 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 176-cı vərəqəsində olan 18 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 182-ci vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 194-cü vərəqəsində olan 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 14:45-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 208-209-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 213-cü vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 266-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli cinayət işi üzrə əməlinin tövsif olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 268-269-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(saat 09:15-də) Cinayət işinin 1-ci cildinin 277-278-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(saat 10:05-də) Cinayət işinin 1-ci cildinin 285-286-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 2-ci cildinin 18-19-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 09:05-də) Cinayət işinin 2-ci cildinin 29-30-cu vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 10:25-də) Cinayət işinin 2-ci cildinin 39-40-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 11:35-də) Cinayət işinin 2-ci cildinin 55-56-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Qaradağ rayon prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməkdən imtina edilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 57-58-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Qaradağ rayon prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməkdən imtina edilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 59-60-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Qaradağ rayon prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməkdən imtina edilmiş və o, MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 61-62-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 65-66-cı vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 69-70-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 82-83-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində istintaqı aparılan ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 2-ci cildinin 86-cı vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 2-ci cildinin 120-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-nin 177.2.3-cü maddəsi ilə icraatda olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif olunmuşdur. Cinayət işinin 2-ci cildinin 124-125-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 15:55-də) Cinayət işinin 2-ci cildinin 137-138-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. (saat 17:00-da) Cinayət işinin 2-ci cildinin 159-cu vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 162-163-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluqları barədə heç bir məlumat yoxdur. Cinayət işinin 2-ci cildinin 164-cü vərəqəsində olan Azərbaycan Respublikasının FHN-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs3 23 may 2019-cu il tarixdən X7 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 45 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək X7 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 50 nömrəli Yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində, xx.xx.2020-ci il tarixdən həmin hissənin sürücüsü vəzifəsində xidmət edir. Cinayət işinin 2-ci cildinin 197-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6800 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmş bir ədəd Çin istehsalı “Lenovo” markalı 80YE model CORE İ5 xüsusiyyətli, İdeapad 320-15İKB notbukun (bir ədəd Çin istehsalı “Lenovo” markalı ADLX65CCGE2A model cərəyan qidalandırıcısı (adapter) və bir ədəd tünd boz rəngli üzərində “Lenovo” yazısı olan kəmərli çanta ilə birlikdə istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 600,00 manat müəyyən olunur. Cinayət işinin 2-ci cildinin 196-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir Cinayət işinin 2-ci cildinin 252-273-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmiş və barələrində seçilmiş qətimkan tədbirləri ləğv edilmişdir. Cinayət işinin 3-cü cildinin 3-5-ci vərəqələrində olan Bakı şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qaradağ rayon prokurorluğunda CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cinayət işinin 3-cü cildinin 6-7-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icrata qəbul edilərək istintaq davam etdirilmişdir. Cinayət işinin 3-cü cildinin 21-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhəri Yasamal rayon prokurorluğuna həvalə edilmişdir. Cinayət işinin 3-cü cildinin 63-65-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəl elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 3-cü cildinin 85-86-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 91-ci vərəqəsində olan qəbzdən görünür ki, bir ədəd “Lenovo” markalı notbuk, onun çantası və adapterini Tural Əliyev müstəntiqdən təhvil almışdır. Cinayət işinin 3-cü cildinin 95-96-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 əvvəl elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 3-cü cildinin 114-115-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 118-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Cinayət işinin 3-cü cildinin 121-123-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəl elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 3-cü cildinin 142-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cildinin 145-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxs2dur. Cinayət işinin 3-cü cildinin 146-cı vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Cinayət işinin 3-cü cildinin 147-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, ünvan 7 ünvanında yaşayır. Cinayət işinin 3-cü cildinin 156-161-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cildinin 162-164-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-252/2021 saylı, 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29-177.2.1, 29-177.2.2. və 29-177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək çəkilməmiş 01 il 09 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası bir il azaldılmışdır. Cinayət işinin 3-cü cildinin 165-166-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cildinin 167-ci vərəqəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qobustan qəsəbəsi, Torağay yolu küçəsindəki 12 saylı binanın 12 №-li mənzilində yaşayır. Cinayət işinin 3-cü cildinin 168-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 3-cü cildinin 179-cu vərəqəsində olan Azəbaycan Respublikası FHNnin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən əvvəllər oxşar hallara yol verilməmiş, xidmətkeçmə qaydalarının tələbləri pozulmamış və barələrində intizam tənbehi tətbiq edilməmişdir. Cinayət işinin 4-cü cildin 37-39-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-cü cildində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-252/2021 saylı, 14 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29- 177.2.1, 29-177.2.2. və 29-177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Təqsirləndirilən şəxs2 barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək çəkilməmiş 01 il 09 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası bir il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 4-cü cildinin 94-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur. Cinayət işinin 4-cü cildinin 173-cü vərəqəsində olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş, məhkəmə iclasında təqdim edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini və heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi, Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi cinayətlərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs3 əməli isə məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə istintaqı dövründə aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əvvəllər də mülkiyyət əleyhinə olan cinayət əməli törətmiş, bununla bağlı olaraq o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-252/2021 saylı, 14 iyul 2021-ci il tarixli hökmü ilə təqsirli bilinmiş və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Lakin, təqsirləndirilən şəxs üzərində elektron nəzarət vasitəsi olduğu halda, yenidən eyni növ cinayət əməlini törətməkdən çəkinməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən humanist yanaşılaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi Təqsirləndirilən şəxs2 xarakteri və şəxsiyyəti ilə uyğunsuzluq təşkil etmiş, bu səbəbdən o, cinayətkar əməllərinə davam etmişdir. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə bağlı qeyd etməyi zəruri hesab edir ki, onlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinə qəbul olunarkən onlara vətəndaşların təhlükəsizliyini nəzərə alaraq, onlara xidmət göstərmələri həvalə olunmuşdur. Belə ki, onlar fövqəladə vəziyyətdə xidmət göstərmədikləri vaxtlarda hətta vətəndaşların üzləşdiyi təhlükəli məqamlarda onların həm özlərinin, həm də mülkiyyətlərinin qorunmasında birmənalı şəkildə vicdanla iştirak etməli olduqları halda, xidmət göstərilməsi həvalə olunmuş vətəndaşların evlərini talamaqdan çəkinməmişlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində 2 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələblərin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinə baxmayaraq, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 16 oktyabr 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələblərin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 16 oktyabr 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 16 oktyabr 2023-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 1 ədəd “Lenovo” markalı notbukun çantası və elektrik qidalandırıcısı (adapter) ilə birlikdə Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olan 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci- 50 (əlli) manat isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut 1 ədəd “Lenovo” markalı noutbuk, onun çantası və adaptorunun Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-190/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-190/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver