Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-191/2021 26.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə və narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və metadon tərkibli dərman preparatı olan narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımış, 13 yanvar 2021-ci il tarixdə saat 02:00 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığından həmin ərazidə xidmətdə olan Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd plastik qabın içərisində 1,790 qram, habelə bir ədəd üzərində «mints» yazısı olan dəmir qabın içərisindən bir ədəd kağız kəsiyi bükümündə 0,070 qram, ümumilikdə 1,86 qram çəkidə psixotrop maddə metamfetamin və həmin dəmir qabın içərisində 02 ədəd həbdə ümumi miqdarı 0,080 qram təşkil edən metadon tərkibli dərman preparatı olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü heç bir yerdə işləmir, təxminən bir neçə dəfə narkotik vasitə marixuana, arabir isə «şüşə» adlanan psixotrop maddə və metadon həblərindən istifadə etmişdir. Tutulmamışdan iki gün əvvəl «Facebook» sosial şəbəkəsi vasitəsi ilə bir nəfər tanımadığı şəxslə tanış olmuş və həmin şəxs hər növ narkotik vasitələr satdığını ona bildirmişdir. O, həmin şəxsdən ona «şüşə», marixuana və metadon narkotik vasitələrdən satmasını xahiş etmişdir. Bundan sonra sifarişinə əsasən həmin şəxs metronun «Elmlər Akademiyası» stansiyasının yanında olan plakatın altından qeyd olunan narkotik vasitələrini götürməyini, əvəzində isə həmin yerə 130 manat nəğd pul qoyaraq çıxıb getməyini ona bildirmişdir. O da həmin şəxsin sözlərinə əsasən qeyd olunan yerə getmiş və həmin şəxsin dediyi yeri taparaq bir ədəd şəffaf sellofanda, içərisində iki ədəd sellofanda, birində «şüşə» adlandırdığı psixotrop maddə, digərində marixuana, habelə iki ədəd metadon həblərini götürmüş, əvəzində isə həmin yerə 130 manat pulu qoyub çıxıb getmişdir. Bundan sonra o, yaşadığı evə getmiş, orada «şüşə» psixotrop maddənin böyük hissəsini evdə saxladığı plastik qaba qoymuş, balaca hissəsini isə istifadə etmək üçün kağız kəsiyinə bükmüşdür. Bundan başqa marixuananı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükmüşdür. Daha sonra bir ədəd kağız kəsiyinə bükdüyü «şüşə» psixotrop maddə, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükdüyü marixuana və iki həbdə metadonu özündə olan balaca dəmir qabın içərisinə qoymuş, plastik və dəmir qabları isə bu ərəfədə geyindiyi qara rəngli gödəkçənin sol yan cibində gizlətmişdir. 13 yanvar 2021-ci il tarixdə gecə saat 02:00 radələrində yaşadığı evin həyətinə düşüb heç kimin olmadığı münasib bir yerdə özündə olan psixotrop maddə və narkotik vasitələrdən istifadə etmək istədiyi zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək 38-ci PB-nin əməkdaşı olduqlarını bildirmişlər, inzibati ərazidə karantin rejimi ilə əlaqədar xidmət apardıqlarını təsdiq etmişlər. Polis əməkdaşları onun özünü şübhəli apardığını görüb 38-ci PB-nə dəvət etmişlər, özü də polis əməkdaşlarına etiraz etməyərək birlikdə polis bölməsinə yollanmışdır. Narkotik vasitənin təsiri altında olduğu üçün ondan şübhələnmişlər, həmin vaxt psixotrop maddə və narkotik vasitələr üzərində imiş. Polis bölməsində hüquqlarını izah etdikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif etmişlər. O, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd qutuları çıxardaraq içərilərində saxladığı psixotrop maddə və narkotik vasitələri təqdim etmiş, polis əməkdaşları ondan həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşmuşlar. O isə həmin psixotrop maddə və narkotik vasitələri tanımadığı şəxsin sözlərinə əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığından özünün istifadə edəcəyi məqsədi ilə aldığını bildirmişdir. Təqdim etdiyi iki ədəd qutularda psixotrop maddə və narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Psixotrop maddə metamfetamin, metadon tərkibli dərman preparatı olan narkotik vasitəni və narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, onlardan istifadə etməmiş, lakin tutulmamışdan əvvəl əvvəldən özündə olan “şüşə”dən qəbul etmişdir. Onu da 4-5 gün əvvəl Lökbatan qəsəbəsində tanımadığı şəxsdən almışdır. Psixotrop maddə və narkotik vasitələri tək qəbul edirmiş, bu barədə heç kimə bildirməmiş, gizli qəbul etmiş, “Facebook” sosial şəbəkəsində istifadə etdiyi profil və parolu unutmuş, bu səbəbdən psixotrop maddə və narkotik vasitələri satan şəxslə aralarında olan yazışmaları göstərə bilməmiş, başqa cinayət törətməmiş, polis bölməsində ona heç bir şəxs tərəfindən təzyiq göstərilmədiyini təsdiq etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru vəzifəsində işləyir. 13 yanvar 2021-ci il tarixdə saat 02:00 radələrində polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə karantin rejimi ilə əlaqədar inzibati ərazidə xidmətdə olduqları zaman ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin narkotik təsiri altında olması barədə şübhə yarandığından yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər və şəxsiyyətini müəyyən etmək üçün 38-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxs əvvəlcə polis bölməsinə getməkdən imtina edərək müqavimət göstərməyə cəhd etsə də polis bölməsinə aparılmış və bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd qutu çıxarmış, plastik qutunun içərisində ağ toz şəkilində, psixotrop maddə metamfetaminə bənzər maddə, dəmir qutunun içərisində isə bir bükümdə ağ kağızın içərisində yenə də ağ toz şəkilində, psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin gümüşü kağız bükümündə ot şəkilində, narkotik vasitə marixuanaya bənzər maddə və 2 həb metadon tərkibli dərman preparatını çıxardaraq bildirmişdir ki, ağ toz şəkilində olan maddələr «şüşə» adlandırılan psixotrop maddə metamfetamin, ot şəkilində olan narkotik vasitə marixuana və 2 həb metamfetamindir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri tutulmamışdan bir neçə gün əvvəl internet vasitəsi ilə tanış olduğu şəxsdən Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında həmin şəxsin sözlərinə əsasən 130 manata özünün istifadəsi üçün aldığını, lakin həmin şəxsin üzünü görmədiyni, həmin şəxsin gizlətdiyi yerdən götürərək pulu da həmin yerə qoyduğunu onlara demişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Elgün Zülfüqarov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri özünün istifadə edəcəyi məqsədilə daşıdığını onlara bildirdiyini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmadığını, karantin rejimi ilə əlaqədar inzibati ərazidə xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığından yaşadığı evin qarşısında tərəflərindən saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 yanvar 2021-ci il tarixdə saat 02:00 radələrində polis bölməsinin sahə inspektoru Şahid1 ilə birlikdə karantin rejimi ilə əlaqədar inzibati ərazidə xidmətdə olduqları zaman ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin narkotik təsiri altında olması barədə şübhə yarandığından yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər və şəxsiyyətini müəyyən etmək üçün 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd qutu çıxarmış, plastik qutunun içərisində ağ toz şəkilində, psixotrop maddə metamfetaminə bənzər maddə, dəmir qutunun içərisində isə bir bükümdə ağ kağızın içərisində yenə də ağ toz şəkilində, psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin gümüşü kağız bükümündə ot şəkilində, narkotik vasitə marixuanaya bənzər maddə və 2 həb metadon tərkibli dərman preparatını çıxardaraq bildirmişdir ki, ağ toz şəkilində olan maddələr «şüşə» adlandırılan psixotrop maddə metamfetamin, ot şəkilində olan narkotik vasitə marixuana, və 2 həb metamfetamindir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələri tutulmamışdan bir neçə gün əvvəl internet vasitəsi ilə tanış olduğu şəxsdən Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metro stansiyasının yaxınlığında həmin şəxsin sözlərinə əsasən 130 manata özünün istifadəsi üçün aldığını, lakin həmin şəxsin üzünü görmədiyni, həmin şəxsin gizlətdiyi yerdən götürərək pulu da həmin yerə qoyduğunu onlara demişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Elgün Zülfüqarov tərəfindən protokol tərtib edilmiş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri özünün istifadə edəcəyi məqsədilə daşıdığını onlara bildirdiyini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmadığını, karantin rejimi ilə əlaqədar inzibati ərazidə xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığından yaşadığı evin qarşısında tərəflərindən saxlanıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2021-ci il tarixli 6/159 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd plastik qabda təmiz çəkisi 1,790 qram və bir ədəd bükümdə təmiz çəkisi 0,070 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ümumi sayı 2 ədəd olan F/M40 göstəricili həblərin əsas təsiredici maddəsi metadondur və həmin həblərin (2 ədəd həb) tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi –1,860 qr., sərf edildi 0,100 qram, qalıq 1,760 qram. Metadon həblərindən 1 ədəd həb tədqiqata sərf olundu, qalıq-1 ədəd həb. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2021-ci il tarixli 7/63 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “1.Təqsirləndirilən şəxs.... yazılar və imzalar olan ağ rəngli kağız paketdə bir ədəd üzərində “mints” yazısı olan dəmir qabın içərisində 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,288 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi –0,288 qr., sərf edildi 0,02 qram, qalıq 0,268 qram. Ekspertiza tədqiqatının dəyəri 66,46 (altmış altı manat qırx altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 10 fevral 2021-ci il tarixli 426 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə təmiz çəkisi 1,86 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd həbdə ümumi miqdarı 0,080 qram təşkil edən metadon tərkibli dərman preparatı olan narkotik vasitə maddi sübut kimi tanınmışlar, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində metamfetaminin qalmış 1,760 qram ümumi qalığı, metadonun qalmış 1 ədəd həbi və eləcə də 0,268 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edilərək onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd qutu çıxarmış, plastik qutunun içərisində ağ toz şəkilində, dəmir qutunun içərisində isə bir bükümdə ağ kağızın içərisində ağ toz şəkilində, gümüşü kağız bükümün içərisində ot şəkilində və iki ədəd həb çıxardaraq təqdim etmiş və bildirmişdir ki, ağ toz şəkilində olan maddələr «şüşə» adlandırılan psixotrop maddə metamfetamin, ot şəkilində olan narkotik vasitə marixuana və iki ədəd həb metamfetamindir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 24.09.2018-ci il tarixdə doğulmuş X3 və 16.02.2017-ci il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmamasını,o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 13 yanvar 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 14 yanvar 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 13 yanvar 2021-ci il tarixdə saat 03:00 radələrində saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2021-ci il tarixdə saat 16:10-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdırılmış və bundan sonra 14 yanvar 2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Daha sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması müddəti 24 saatdan artıq davam etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hal təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə iki gün kimi cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 1,760 qram olan metamfetamin, 01 ədəd metadon həbi və eləcə də 0,268 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 74 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 444 (dörd yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə qaldığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 1,760 qram olan metamfetamin, 01 ədəd metadon həbi və eləcə də 0,268 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 444 (dörd yüz qırx dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-191/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-191/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver