Məhkəmə qərarları › İş №1(002)-191/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-191/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-191/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X9 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə “İnstagram” sosial şəbəkəsində “vip.aviator” adlı səhifəsini yaradaraq həmin səhifədə Zərərçəkmiş şəxs2 aviator oyunları oynadığını və pul qismində yatırım edəcəyi halda İlqar Şirinovun pulu ilə oynayıb itirmə riski olmadan ona gəlir qazandıracağına dair yalandan vədlər verib aldadaraq, 18 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanından özünə aid “Express Bank”a məxsus 5505- 7850-2876-9631 kart hesabına vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə olmaqla ümumilikdə 1519,50 manat pul vəsaitinin köçürülməsinə nail olub həmin pul vəsaitini aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmə məqsədilə “İnstagram” sosial şəbəkəsində “aviator.nigar” adlı səhifəsini yaradaraq həmin səhifədə Zərərçəkmiş şəxs4 aviator oyunları oynadığını və pul qismində yatırım edəcəyi halda Zərərçəkmiş şəxs4 pulu ilə oynayıb itirmə riski olmadan ona gəlir qazandıracağına dair yalandan vədlər verib aldadaraq, 21 yanvar 2023-cü il tarixdə ünvan 4 ünvanında özünə aid “Express Bank” a məxsus 5505-7850-2876- 9631 kart hesabına 166 manat, 05 fevral 2023-cü il tarixdə eyni ünvandan “Express Bank”a məxsus 5505-7850- 2876-9631 kart hesabına hissə-hissə olmaqla 444 manat, 06 fevral 2023-cü il tarixdə eyni ünvandan “Express Bank” a məxsus 5505-7850-2876-9631 kart hesabına 266 manat pul vəsaitinin köçürülməsinə nail olub, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun ümumilikdə 876 manat pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmə məqsədilə “İnstagram” sosial şəbəkəsində “vip.aviator” adlı səhifəsini yaradaraq həmin səhifədə Şükürzadə Nüsrət Ələkbər oğlunu aviator oyunları oynadığını və pul qismində yatırım edəcəyi halda Zərərçəkmiş şəxs3 pulu ilə oynayıb itirmə riski olmadan ona gəlir qazandıracağına dair yalandan vədlər verib aldadaraq 10 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən fərdi yaşayış evindən özünə aid “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabına 13 manat, 11 fevral 2023-cü il tarixdə eyni ünvandan “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabına hissə-hissə olmaqla ümumilikdə 498 manat pul vəsaitinin, 11 fevral 2023-cü il tarixdə eyni ünvandan 610 manat pul vəsaitinin “Kapital Bank”a məxsus 4169-7385-3205-7795 kart hesabına köçürülməsinə nail olub, daha sonra həmin pula “Tik-tok” sosial şəbəkəsində özünə aid “tt.yeraz” səhifəsinə jeton göndərtdirərək vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun ümumilikdə 1121 manat pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özgənin əmlakını ələ keçirmə məqsədilə “İnstagram” sosial şəbəkəsində “aviator.nigar” adlı səhifəsini yaradaraq həmin səhifədə Zərərçəkmiş şəxs1 Rafiq oğlunu aviator oyunları oynadığını və pul qismində yatırım edəcəyi halda Zərərçəkmiş şəxs1 pulu ilə oynayıb itirmə riski olmadan ona gəlir qazandıracağına dair yalandan vədlər verib aldadaraq, 16 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-park yaşayış kompleksi ev 4, mənzil 89 ünvanından özünə aid “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabına hissə-hissə olmaqla ümumilikdə 75,50 manat, 17 fevral 2023-cü il tarixdə eyni ünvandan “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabına hissəhissə olmaqla 486 manat pul vəsaitinin köçürülməsinə nail olub, vahid niyyətlə əhatə olunmuş qəsdlə sonuncunun ümumilikdə 561,50 manat pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, maddi vəziyyəti zəif olduğu və iş tapa bilmədiyi üçün sosial şəbəkələrdə dələduzluq edərək sosial şəbəkə istifadəçilərinin pul vəsaitini ələ keçirmək qərarına gəlmişdir. Belə ki, instagram sosial şəbəkəsində səhifələr yaradaraq orada saxta elanlar yerləşdirib investisiya edərək qazanc əldə etməyi tanımadığı şəxslərə vəd etmiş və bu vədə inanmış şəxslərin pullarını ələ keçirmişdir. Bu məqsədlə instagram sosial şəbəkəsində “aviator.nezka”, “vip.aviator” və “aviator.nigar” səhifələri yaratmışdır. Yaratdığı səhifələrdə yerləşdirdiyi saxta elanlarla bağlı mesaj yazan şəxslərlə ilkin olaraq instagram sosial şəbəkəsində danışmış, daha sonra inam yarandığına əmin olduqda həmin şəxslərə öz adına olan ***-***-**-** saylı mobil nömrəni verib həmin nömrə vasitəsilə “Whatsapp” proqramında danışmışdır. Danışıq zamanı pul investisiyası edəcəkləri halda qazanc əldə edəcəyini yalandan vəd vermiş və inandıqdan sonra pul köçürməsi etmələri üçün kart hesabı vermişdir. Əksər hallarda öz adına olan “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabını, 1-2 dəfə isə tanışı X6 istifadə etmək üçün götürdüyü “Leo Bank”a məxsus 4098-5844-6202-5568 kart hesabını, bir neçə dəfə isə “tik-tok” sosial şəbəkəsində jeton almaq üçün jeton satan şəxslərin kart hesablarını pul köçürmək üçün vermişdir. Tanışı Anarın kartını nağd pul çıxarmaq üçün almışdır, Anarın onun cinayət əməllərindən heç bir məlumatı olmamışdır. “Tik-tok” sosial şəbəkəsində daimi istifadəçi olduğu üçün jeton satan şəxslərin kart hesablarını alıb, aldatdığı şəxslərə pul köçürtdürüb jeton almışdır. Həmin şəxslərin də bu barədə heç bir məlumatları olmamışdır. O, əsasən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri işlətmişdir. ***-***-**-** nömrəsini itirsə də, “Whatsapp” proqramı qalmışdır və həmin nömrəni ancaq aldatdığı şəxslərlə danışmaq və yazışmaq üçün istifadə etmişdir. Həmin nömrəni onlayn yolla, öz şəxsiyyət vəsiqəsi ilə əldə etmişdir. Aldatdığı şəxslərdə inam yaratmaq üçün “Google” proqramından və digər sosial şəbəkələrdə paylaşılmış müxtəlif şəxslərə məxsus şəxsiyyət vəsiqələrini həmin şəxslərə göndərmişdir. 5-6 ay ərzində neçə nəfəri aldatdığını dəqiq bilmir. O, həmin şəxsləri tanımamış, həmin şəxslərlə danışıqları mobil telefonunda qalmışdır. Zərərçəkmiş şəxs2 2023-cü ilin yanvar ayında onun yaratdığı “vip.aviator” səhifəsinə yazmışdır. Həmin şəxsə ilkin olaraq həmişəki qaydada instagram sosial şəbəkəsində yazaraq investisiya edəcəyi təqdirdə qazanc əldə edəcəyinə dair yalandan vədlər vermişdir. Daha sonra həmin şəxsin inandığına əmin olub pul göndərməsi üçün öz adına olan “Express Bank”a məxsus 5505- 7850-2876-9631 kart hesabını verərək həmin şəxsdən hissə-hissə olmaqla ümumilikdə 1519 manat pul vəsaitini ələ keçirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 2023-cü ilin yanvar ayında onun yaratdığı “vip.aviator” səhifəsinə yazmışdır. Həmin şəxsə ilkin olaraq həmişəki qaydada instagram sosial şəbəkəsində yazaraq investisiya edəcəyi təqdirdə qazanc əldə edəcəyinə dair yalandan vədlər vermişdir. Daha sonra Nüsrətin inandığına əmin olub pul göndərməsi üçün öz adına olan “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabını və “tik-tok” sosial şəbəkəsində jeton almaq üçün jeton satan tanımadığı şəxsin “Kapital Bank”a məxsus 4169-7385-3205-7795 kart hesabını verərək həmin şəxsdən hissəhissə olmaqla ümumilikdə 511 manat pul vəsaitini ələ keçirmiş, 610 manatı isə qeyd etdiyi şəxsin hesabına göndərilməsini təmin etməklə sosial şəbəkədə istifadə etmək üçün jeton almışdır. Zərərçəkmiş şəxs3 ümumilikdə 1121 manat ziyan vurmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs4 2023-cü ilin yanvar ayında onun yaratdığı “aviator.nigar” səhifəsinə yazmışdır. Həmin şəxsə ilkin olaraq həmişəki qaydada instagram sosial şəbəkəsində yazaraq investisiya edəcəyi təqdirdə qazanc əldə edəcəyinə dair yalandan vədlər vermişdir. Daha sonra inandığına əmin olub pul göndərməsi üçün öz adına olan “Express Bank”a məxsus 5505-7850-2876-9631 kart hesabını Zərərçəkmiş şəxs4 verərək həmin şəxsdən yanvar və fevral aylarında hissə-hissə olmaqla ümumilikdə 876 manat pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 2023-cü ilin fevral ayında onun yaratdığı “aviator.nigar” səhifəsinə yazmışdır. Həmin şəxsə ilkin olaraq həmişəki qaydada instagram sosial şəbəkəsində yazaraq investisiya edəcəyi təqdirdə qazanc əldə edəcəyinə dair yalandan vədlər vermişdir. Daha sonra inandığına əmin olub pul göndərməsi üçün öz adına olan “Express Bank” a məxsus 5505-7850-2876-9631 kart hesabını Zərərçəkmiş şəxs1 verərək həmin şəxsdən fevral ayının ortalarında hissə-hissə olmaqla ümumilikdə 561 manat pul vəsaitini ələ keçirmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə tərəfindən vurmuş ziyan tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “aviator.nigar” adlı səhifənin istifadəçisi onun “fuad_eliyev_344” adlı səhifəsinə yazaraq ödəniş etməklə əlavə qazanc əldə olunacağını bildirmişdir. O, həmin şəxsin bu təklifi ilə razılaşmış və həmin şəxs ondan ilk olaraq 40 manat pul vəsaitini göndərdiyi “Express Bank”a məxsus 5505-7850-2876-9631 nömrəli kart hesabına göndərməyini istəmişdir. O, həmin gün öz adına olan “Kapital Bank”a məxsus 4169-7414-9717-0710 nömrəlin kart hesabından həmin şəxsin verdiyi kart hesabına 40 manat pulu “card to card” edərək göndərmişdir. Sonra həmin şəxs ona 070-208- 80-90 mobil nömrəsini verərək, həmin nömrənin sahibinin admin olduğunu və işə həmin adminin nəzarət etdiyini bildirmişdir. Həmin gündən başlayaraq ona verilən nömrə vasitəsilə “Whatsapp” proqramı vasitəsilə danışıqları davam etmişdir. Sonradan həmin şəxs ona guya uduşu olduğunu bildirərək müxtəlif pul vəsaitləri istəmişdir. 16 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixədək həmin şəxsin ona verdiyi “Express Bank”a məxsus 5505-7850-2876-9631 nömrəli kart hesabına 17 manat, 18,50 manat, 99 manat, 99 manat, 40 manat və 248 manat pul vəsaitlərini öz adına olan “Kapital Bank”a məxsus 4169-7414-9717-0710 nömrəlin kart hesabından “card to card” edərək göndərdikdən sonra həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Daha sonra o, pulu geri istəsə də ala bilməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır və ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “vip.aviator” adlı səhifə görmüşdür. Həmin səhifənin istifadəçisi ödəniş etməklə əlavə qazanc əldə olunacağını bildirmişdir. O, həmin səhifənin istifadəçisinə yazıb danışan zaman həmin şəxs ona ***-***-**-** mobil nömrəsini vermiş və bildirmişdir ki, həmin səhifənin adminidır. Daha sonra “Whatsapp” proqramı vasitəsilə danışığı davam etmişdir. Həmin şəxs ondan ilk olaraq 13 manat pul vəsaitini göndərdiyi “Express Bank”a məxsus 5505-7850-2876-9631 nömrəli kart hesabına göndərməyini istəmişdir. O, həmin gün yəni xx.xx.2023-cü il tarixdə öz adına olan “Kapital Bank”a məxsus 4169-7385-7964-6146 nömrəli kart hesabından həmin şəxsin verdiyi kart hesabına 13 manat pulu göndərmişdir. Bundan sonra həmin şəxs ona uduşunun olduğunu demiş və ondan yenidən bu pulun çıxarılması üçün pul tələb etmişdir. O, xx.xx.2023-cü il tarixdə yenidən öz kartından həmin şəxsin verdiyi “Express Bank”a məxsus 5505-7850-2876-9631 nömrəli kart hesabına “card to card” edərək 98 manat göndərmişdir. Bundan sonra da həmin şəxs ondan mütəmadi olaraq pul vəsaiti göndərməyini istəmişdir. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə o, yenidən öz kartından həmin şəxsin ona verdiyi “Express Bank”a məxsus 5505- 7850-2876-9631 nömrəli kart hesabına 400 manat pul vəsaitini “card to card” edərək göndərmişdir. Həmin pulu göndərdikdən sonra yazışdığı şəxs ondan əldə etdiyi uduşu çıxarmaq üçün 610 manat köçürməyini istəmişdir. O, yenə xx.xx.2023- cü il tarixdə 610 manat pulu öz adına olan “Kapital Bank”a məxsus 4169-7385- 7964-6146 nömrəli kart hesabından həmin şəxsin ona verdiyi “Kapital Bank”a məxsus 4169- 7385-3205-7795 nömrəli kart hesabına “card to card” edərək göndərdikdən sonra həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Daha sonra o, pulu geri istəsə də ala bilməmişdir. Aldadıldığını başa düşmüş və bu barədə polis ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 1121 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır və ona qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 12 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “aviator.nigar” adlı səhifə görmüşdür. Həmin səhifənin istifadəçisi ödəniş etməklə əlavə qazanc əldə olunacağını bildirmişdir. O, həmin səhifənin istifadəçisinə yazaraq, bir qədər danışdıqdan sonra ***-***-**-** mobil nömrəsini almış və həmin nömrə vasitəsilə “Whatsapp” proqramı vasitəsilə danışığı davam etdirmişdir. Həmin şəxs ondan ilk olaraq 30 manat pul vəsaitini göndərdiyi “Express Bank”a məxsus 5505-7850-2876-9631 nömrəli kart hesabına göndərməyini istəmişdir. O, xx.xx.2023-cü il tarixdə öz adına olan “Leo Bank”a məxsus 4098- 5844-6007-8510 nömrəli kart hesabından həmin şəxsin verdiyi kart hesabına 30 manat pulu göndərmişdir. Bu şəxs yenidən ondan pul istəmiş və bildirmişdir ki, o, 1970 manat udmuşdur və uduşu çıxarmaq üçün 136 manat da ödəməlidir. xx.xx.2023-cü il tarixdə, yəni həmin gün o, yenidən öz kartından həmin şəxsin verdiyi karta “card to card” edərək 136 manat göndərmişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxs yenidən ona yazaraq uduş olduğunu bildirmiş və 146 manat göndərməyini istəmişdir. O, həmin gün öz kartından həmin şəxsin verdiyi 5505-7850-2876-9631 nömrəli kart hesabına əvvəlcə 146 manat, daha sonra 298 manat göndərmişdir. Səhərisi günü, yəni xx.xx.2023-cü il tarixdə yenidən 266 manat pulu öz adına olan “Leo Bank”a məxsus 4098-5844-6007-8510 nömrəli kart hesabından həmin şəxsin verdiyi kart hesabına “card to card” edərək göndərdikdən sonra həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Daha sonra o, pulu geri istəsə də ala bilməmişdir. Aldadıldığını başa düşüb bu barədə polisə ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 876 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs bağışlayır və ona qarşı heç bir iddia və tələbi yoxdur. Üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyən Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs bağışlamasını, ona dəymiş zərərin tam ödənilməsini bildirmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “vip.aviator” adlı səhifə görmüşdür. Həmin səhifədə mərc oyunları, mostbet və digər saytlardan olan pul çıxarışları, həmçinin müəyyən pul yatıraraq əlavə qazanc əldə olunacağı qeyd edilmişdir. O, həmin səhifənin istifadəçisinə yazmış, həmin şəxs ilkin olaraq ondan 26 manat pul istəmiş və bildirmişdir ki, 20 dəqiqədən sonra 26 manat ödənişi 200 manat olacaq. O, həmin gün istifadəsində olan “Leo Bank”a məxsus 4098-5844- 6515-6493 nömrəli kart hesabından həmin şəxsin verdiyi “Express Bank”a məxsus 5505- 7850-2876-9631 nömrəli kart hesabına “card to card” edərək 26 manat pul vəsaiti göndərmişdir. Bundan sonra həmin şəxs yenə ona müxtəlif vədlər verərək ödəniş etməyini istəmişdir. Eyni gündə yəni 18 yanvar 2023-cü il tarixdə o, istifadəsində olan “Leo Bank”a məxsus 4098-5844-6515-6493 nömrəli kart hesabından həmin şəxsin verdiyi “Express Bank”a məxsus 5505-7850-2876-9631 nömrəli kart hesabına “card to card” edərək ayrıayrılıqda 219 manat, 296 manat, 257,36 manat, 549,44 manat, 55,55 manat, 101 manat və 15,15 manat olmaqla ümumilikdə 1519,50 manat göndərdikdən sonra həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Daha sonra o, pulu geri istəsə də ala bilməmişdir. Aldadıldığını başa düşmüş, bu barədə polisə ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 1519,50 manat maddi ziyan dəymişdir. Cinayət işinə əlavə olunmuş “Mobil telefona baxış keçirilməsi haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində “vip.aviator”, “aviator.nigar” və digər səhifələr yaratmış, həmin səhifələr vasitəsilə müxtəlif şəxslərə qarşı dələduzluq məqsədilə aviator oyunları oynadığını, pul qismində müəyyən yatırım etməklə qazanc əldə ediləcəyinə dair vədlər vermiş, eləcə də, +994 70 *** ** ** saylı mobil nömrəsi vasitəsilə “Whatsapp” ani mesajlaşma proqramında zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 məxsus +994 55 *** ** ** saylı mobil nömrəsi ilə, Zərərçəkmiş şəxs4 məxsus +994 50 *** ** ** saylı mobil nömrəsi ilə yazışmalar aparmış, həmin şəxslərə yalandan vədlər verərək etibarlarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirmişdir. Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə yazışmaları sildiyini bildirmiş, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı telefon nasaz olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bundan başqa, cinayət işinə əlavə olunmuş “Baxış keçirilmə və götürmə haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Ekspress Bank”a məxsus 550578****9631 saylı kart hesabının çıxarışına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin hesaba 18 yanvar 2023-ci il tarixdə ayrı-ayrılıqda 100 manat, 219 manat, 544 manat, 15 manat, 255 manat və 55 manat, 21 yanvar 2023-ci il tarixdə ayrı-ayrılıqda 30 manat və 136 manat, 05 fevral 2023-ci il tarixdə ayrı-ayrılıqda 146 manat və 298 manat, 06 fevral 2023-ci il tarixdə 266 manat, 10 fevral 2023-ci il tarixdə 13 manat, 11 fevral 2023- ci il tarixdə ayrı-ayırılıqda 400 manat və 98 manat, 16 fevral 2023-ci il tarixdə ayrı- ayırılıqda 18,50 manat, 40 manat və 17 manat, 17 fevral 2023-ci il tarixdə ayrıayırılıqda 248 manat, 99 manat, 99 manat və 40 manat pul vəsaitləri köçürülmüşdür. Bundan başqa, cinayət işinə əlavə olunmuş “Baxış keçirilmə və götürmə haqqında” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi ““Leo Bank”a məxsus 4098-5844-6202-5568 saylı hesabından çıxarışına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 18 yanvar 2023-ci il tarixdə Zərərçəkmiş şəxs2 istifadə etdiyi “Leo Bank”a aid 4098 **** **** 6493 hesabından 550578****9631 saylı 26 manat, 219 manat, 296 manat, 257,36 manat, 549,44 manat, 55,55 manat, 101 manat və 15,15 manat köçürülməsi barədə əməliyyatlar edilmişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş “Baxış keçirilmə və götürmə haqqında” 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi “Kapital Bank”dan olan hesabından çıxarışına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 13 fevral 2023-ci il tarixdə Zərərçəkmiş şəxs3 hesabından 13 manat, 400 manat, 610 manat və 98 manat köçürülməsi barədə əməliyyatlar etmişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş “Baxış keçirilmə və götürmə haqqında” 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi “Leo Bank”dan olan hesabından çıxarışına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 21 yanvar 2023-ci il tarixdə saat 21:18-də Zərərçəkmiş şəxs4 hesabından 550578****9631 saylı hesaba 30 manat, 21 yanvar 2023-ci il tarixdə saat 23:04-də Zərərçəkmiş şəxs4 hesabından 550578****9631 saylı hesaba 136 manat, 05 fevral 2023-ci il tarixdə saat 21:05-də Zərərçəkmiş şəxs4 hesabından 550578****9631 saylı hesaba 298 manat, 05 fevral 2023- ci il tarixdə saat 21:10-də Zərərçəkmiş şəxs4 hesabından 550578****9631 saylı hesaba 146 manat, 06 fevral 2023-ci il tarixdə saat 18:48-də Zərərçəkmiş şəxs4 hesabından 550578****9631 saylı hesaba 266 manat köçürülməsi barədə əməliyyatlar edilmişdir. Bundan başqa, cinayət işinə əlavə olunmuş “Baxış keçirilmə və götürmə haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Kapital Bank”dan olan hesabından çıxarışına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 16 fevral 2023-ci il tarixdə saat 21:18-də Zərərçəkmiş şəxs1 hesabından ayrı-ayrılıqda 40 manat, 17 manat, 18,50 manat, 17 fevral 2023-ci il tarixdə isə 40 manat, 99 manat, 99 manat və 252,90 manat köçürülmüşdür. Zərərçəkmiş şəxs1 sonuncu məbləğin 248 manatının ona qarşı dələduzluq edən şəxsin hesabına köçürdüyünü, qalıq məbləğin isə komissiya və faiz olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, dəymiş ziyanın tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Kapital Banka məxsus 22 may 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 Məmmədov tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş 4.078 manat məbləğində ziyanın 25 faiz məbləğini, yəni 1020 manat pulu X3 hesabına ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, cinayət təqibinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Maddi sübut kimi tanınmış və cinayət işinin materillarında olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İPhone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonlar sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilİ Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. O, məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. Cinayət işində maddi sübut olan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “İPhone” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonlar sahibinə qaytarılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar