Məhkəmə qərarları › İş №1(002)-191/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-191/2025

14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-191/2025 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, 10 may 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda ümumi təmiz çəkisi 0,491 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 09 may 2025-ci il tarixdə saat 02:08-də Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanının qarşısında saxlanılıb, video çəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə təmiz çəkiləri 0,380 qram və 0,111 qram olmaqla ümumi təmiz çəkisi 0,491 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olsa da satışı ilə məşğul olmamışdır. Sonuncu dəfə tanımadığı İran vətəndaşından “whatsapp” sosial platformasında danışaraq ondan şəxsi istifadəsi üçün 50 manat dəyərində narkotik vasitə heroin almışdır. O, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 1 ünvanında yaşayan Şahid2 evində həmin heroini istifadə etmək üçün 09 may 2025-ci il tarixdə gecə saat 1 radələrində yataq otağına keçmişdir. Gülnarənin oğlu Hacı marketə getmək evdən çıxarkən 7-8 polis əməkdaşı evə daxil olmuşlar. Gülnarənin qışqırıq səsini eşidib yaxınlaşarkən polis əməkdaşları onu söymüş, təhqir etmişlər fiziki təzyiq göstərməklə əlinə qandal vurmuşlar. Ona külli miqdarda narkotik vasitəni evdə saxladığını bildirsələr də bütün otaqlar axtarılmış, lakin onun üzərində olan iki büküm narkotik vasitədən başqa heç nə aşkar edilməmişdir. Evində müəyyən edilən narkotik vasitə ilə bağlı sənədləşmə işlərinin narkotik vasitədən istifadə kimi aparılacağını fikirləşdiyi üçün videoçəkiliş zamanı hər şeyi etiraf etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Mirzə və ya digər şəxslərə narkotik vasitə verib-vermədiyini xatırlamır. O, Bakı İstintaq Təcridxanasına keçirilərkən xəsarəti olmadığından müayinədən keçmək istəməsini bildirməmişdir. Mobil telefon nömrəsinə daxil olmuş mesajların ona kimlər tərəfindən yazılmasını və səbəblərini bilmir, onun nömrəsindən fərqli nömrələrə göndərilmiş mesajlarda qeyd olunanları xatırlamadığı üçün məlumat verə bilmir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə eyni məhəllədə qonşu yaşamış və onu narkotik vasitələrin istifadəçisi kimi tanımışdır. O, bir neçə dəfə fərqli vaxtlarda Təqsirləndirilən şəxs 10 və 20 manat müqabilində narkotik vasitə heroin almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qeyri-rəsmi birgə yaşamışlar. 09 may 2025-ci il tarixdə saat 01 radələrində oğlu Hacı Abbasovu marketə yola salarkən təxminən 7-8 şəxs onun evinə daxil olmuşlar. Təxminən 15-20 dəqiqədən sonra onların polis əməkdaşları olmasını başa düşmüşdür. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin yerini soruşmuşlar. Həmin vaxt onu digər otaqda saxlamışlar. lakin o, Təqsirləndirilən şəxs döyüldüyünü eşitmiş, bir otaqdan digərinə keçərkən isə görmüşdür. Təqsirləndirilən şəxs cibindən narkotik vasitə aşkar etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bilsə də onun başqa şəxsə narkotik vasitə verməsini görməmiş və bilməmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları 4-5 saat onun evində olmuşlar və o, bu hallarla bağlı hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Təqsirləndirilən şəxs maşınının açarlarını götürüb polis əməkdaşları maşına baxış keçirməyə getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 09 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən o, Qaradağ RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid5 və NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 09 may 2025-ci il tarixdə saat 02:08-də Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 1 ünvanının qarşısında Təqsirləndirilən şəxs dayandığını görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək həmin yerdə üzərində yoxlama aparılacağı barədə məlumat verilmiş və sonuncu razılıq verdikdən sonra ondan üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü və əynindəki cins şalvarın sağ cibindən iki ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin iki ədəd büküm açılaraq içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş, o isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini göstərərək həmin evdə tanışı Şahid2 ilə birlikdə yaşadığını bildirmiş, onları həmin evə dəvət etmişdir. Həmin evin mülkiyyətçisi Şahid2 bu barədə məlumat verilmiş və sonuncunun icazəsi ilə evə daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin evin yataq otağında çarpayının üzərində olan ədyalın altında gizlətdiyi kiçik ölçülü dəmir qutunun içində olan 03 ədəd kağız bükümü, iki ədəd üzərində “Tramadol” sözü yazılmış həbi və bir ədəd üzərində “Preqobalin 300” yazısı həkk olunmuş həbi, eləcə də, həmin dəmir qabın yanında olan bir ədəd elektron tərəzini və bir ədəd beşbarmağa bənzər əşyanı çıxarıb təqdim etmişdir. Bükümlər elektron tərəzi ilə çəkilmiş və 7,29 qram olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığ evdən aşkar edilmiş ümumilikdə 05 ədəd bükümdə olan maddənin narkotik vasitə kakos olduğunu, həmin narkotik vasitələri 4-5 gün əvvəl sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan şəxsdən 300 manata aldığını bildirmişdir. Həmin üç ədəd kağız büküm, 03 ədəd dərman həbi, 01 ədəd elektron tərəzi və 01 ədəd beşbarmağa bənzər əşya götürülərək zərfə qoyulub qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Qaradağ RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid5 və Qaradağ RPİ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru Şahid6 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 09 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 8-10-cu vərəqələrində olan 09 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri, binalara, o cümlədən yaşayış yerlərinə daxil olma və baxış keçirmə, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və həmin porotokola əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02:08-də ünvan 2 ünvanının qarşısında əməliyyat-axtarış tədbirinin keçirilməsi, video çəkilişə daxil olduqda 15 dəqiqə 41 saniyə davam edən videoyazıda Qaradağ RPİ-nin əməkdaşları havanın qaranlıq vaxtında hasarın yanında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edirlər. Polis əməkdaşları şübhəli şəxsin ünvan 4 ünvanının qarşısında saxlanıldığını qeyd edirlər. Daha sonra mülki geyimdə olan polis əməkdaşı cibindən telefonu çıxarıb saat 02:11, tarix 09 may 2025-ci il olduğunu göstərir. Saxlanılan vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərində yoxlama aparılacağı bildirilir və ondan üzərində qanunsuz saxladığı əşya və ya maddəni təqdim etməsi təklif olunur. Saxlanılan şəxs əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümü, sağ cibindən isə iki ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edir. Həmin iki ədəd büküm açılaraq içərisində qəhvəyi rəngli tozşəkilli madə olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bükümün içərisində narkotik vasitə kokos olduğunu, həmin narkotik vasitələri tanımadığı İİR-nın vətəndaşından onun dediyi yerdən götürməklə əldə etdiyini bildirir. Həmin iki ədəd büküm birlikdə elektron tərəzi ilə çəkilir. Həmin iki ədəd büküm və iki ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülür. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, əynindəki gödəkçənin sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qarşısında dayandığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini göstərərək həmin evdə tanışı Şahid2 ilə birlikdə yaşadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarını həmin evə dəvət edir. Həmin evin mülkiyyətçisi Şahid2 olduğu üçün ona bu barədə məlumat verir və o, icazə verdikdən sonra evə daxil olurlar. Təqsirləndirilən şəxs həmin evin yataq otağında çarpayının üzərində olan yorğanın altında gizlətdiyi kiçik ölçülü dəmir qutunun içində olan 03 ədəd kağız bükümü, iki ədəd üzərində “Tramadol” sözü yazılmış həbi və bir ədəd üzərində “Preqobalin 300” yazısı həkk olunmuş həbi, eləcə də, həmin dəmir qabın yanında olan bir ədəd elektron tərəzini və bir ədəd beşbarmağa bənzər əşyanı çıxarıb təqdim edir. Bükümlər açılır və içərisində qəhvəyi rəngli tozşəkilli madə olması, elektron tərəzidə çəkildikdən sonra çəkisinin 7,29 qram olması məlum olur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumilikdə 05 ədəd bükümdə olan maddənin narkotik vasitə kokos olduğunu, həmin narkotik vasitələri 4-5 gün əvvəl sosial şəbəkədə tanış olduğu İİR-nın vətəndaşı olan şəxsdən 300 manata aldığını, həmin narkotik vasitəni alarkən hamısının bir bükümdə olmasını, sonradan özünün həmin narkotik vasitəni 5 ədəd bükümə böldüyünü, 02 ədəd Tramadol dərmanını və 01 ədəd Preqobalin 300 dərmanının isə təxminən bir ildir ki, özündə olduğunu bildirir. Həmin üç ədəd kağız büküm, 03 ədəd dərman həbi, 01 ədəd elektron tərəzi və 01 ədəd beşbarmağa bənzər əşya götürülərək zərfə qoyulub qablaşdırılır. Daha sonra həmin evə baxış keçirilir, lakin qanunsuz başqa əşya və ya maddə aşkar olunmamışdır. Cinayət işinin 1-ci cildinin 22-23-cü vərəqələrində olan 09 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:08-də faktiki olaraq şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 34-36-cı vərəqələrində olan 09 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, 15 dəqiqə 41 saniyə davam edən videoyazıda Qaradağ RPİ-nin inzibati binasında dayanan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş 05 ədəd kağız büküm, dərman həbləri, elektron tərəzi və beşbarmağa bənzər alətin qablaşdırıldığı 03 ədəd zərf və 02 ədəd mobil telefon, eləcə də, 01 ədəd DVD diskə baxış keçirilir. Birinci zərfə baxış zamanı içərisində 02 ədəd kağız büküm olması məlum olur. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd bükümün içərisində olan maddəni narkotik vasitə kokos olduğunu bildirir. Həmin bükümlər zərfə yerləşdirilərək otaqdakı masanın üzərinə qoyulur. Daha sonra ikinci zərf açılaraq içərisinə baxış keçirildikdə biri qara, ikisi isə ağ rəngli ümumilikdə 03 ədəd kağız büküm, 03 ədəd dərman həbi aşkar edilir. Həmin zərfin içində də cüzi miqdarda qəhvəyi rəngli tozşəkilli kütlə müəyyən edilir və həmin tozşəkilli kütlə masanın üzərinə dağılır. 03 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddələr olması məlum olur. Təqsirləndirilən şəxs həmin üç ədəd bükümün də içərisində narkotik vasitə kokos olduğunu və masanın üzərinə dağılmış tozşəkilli kütlə ilə eyni olduğunu, 03 ədəd dərman həblərindən ikisinin “Tramadol”, birinin isə “Preqabalin 300” olduğunu, təxminən 1 il olar ki, özündə olduğunu, üstündən və yaşadığı evdən aşkar edilmiş cəmi 05 ədəd bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddələrin narkotik vasitə kokos olduğunu, həmin 05 ədəd bükümdə narkotik vasitəni 4-5 gün bundan əvvəl sosial şəbəkə vasitəsilə əlaqə saxladığı tanımadığı İİR vətəndaşından cəmi 300 manata aldığını, həmin narkotik vasitələri alarkən bir ədəd büküm halında olduğunu, sonradan özünün həmin bükümü 05 ədəd bükümə böldüyünü bildirir. Bundan sonra masanın üzərinə dağılmış tozşəkilli maddə kağız parçası ilə masanın üstündən sivrilərək yenidən zərfin içərisinə doldurulur və həmin zərfdən çıxmış 03 ədəd büküm və 03 ədəd dərman həbi bu zərfə yerləşdirilərək masanın üzərinə qoyulur. Üçüncü zərf açıldıqda içərisindən bir ədəd elektron tərəzi və 01 ədəd beşbarmağa bənzər alət aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin elektron tərəzidən narkotik vasitəni satan şəxsin onu aldatmaması üçün aldığı narkotik vasitənin kütləsini ölçmək üçün istifadə etdiyini, beşbarmağa bənzər dəmir aləti isə özü üçün düzəltdiyini bildirir. Sonra isə Təqsirləndirilən şəxs sorğu zamanı iki əddə “Samsung” markalı mobil telefonun birinin üzərində ***-***-**-** GSM nömrəsi və digər mobil telefonun üzərində isə ***-***-**-** GSM nömrəsi olduğunu bildirir. Axırda isə 02 ədəd kağız büküm olan zərf, 03 ədəd kağız büküm və 03 ədəd dərman həbləri olan zərf və 01 ədəd elektron tərəzi başqa bir zərfə qoyularaq qablaşdırılır. Beşbarmağa bənzər dəmir əşya isə başqa bir zərfə qoyularaq qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD diskə baxış keçirilir və yuxarıda göstərilənlər öz təsdiqini tapır. Bununla da videoçəkiliş başa çatır. Cinayət işinin 1-ci cildinin 45-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 may 2025-ci il tarixli 6/1745 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №46-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş şübhəli şəxs (imza) yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380 qram və 0,111 qram qəhvəyi rəngli maddələr, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 1,035 qram, 2,088 qram və zərfin içərisindən yığılmış təmiz çəkisi 0,018 qram boz rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 4,051 qram təşkil edir. 2 (iki) ədəd ağ-göy rəngli kapsul tramadol tərkibli kapsullardır və həmin kapsullarda güclü təsir edən maddə - tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qramdır (bir kapsulda 0,05 qram tramadol olmaqla). 1 (bir) ədəd ağ-qəhvəyi rəngli kapsul – preqabalin tərkibli kapsuldur və həmin kapsulda güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin miqdarı 0,3 qramdır. 1 (bir) ədəd elektrik tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: 2 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi:0,491 qram, tədqiqata sərf edildi ümumi 0,1 qram, qalıq 0,391 qram. 3 ədəd bükümdə və 1 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 3,560 qram, tədqiqata sərf edildi: ümumi 0,16 qram, qalıq 3,400 qram. 2 kap.tramadol 1 kap tədqiqata sərf edildi, qalıq :1 kap. 1 kap. Preqabalin maddənin təmiz çəkisi 0,430 qr., sərf edildi 0,15 qram, qalıq 0,280 qr. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 60-61-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:15) Cinayət işinin 1-ci cildinin 77-82-ci, 211-213-cü və cinayət işinə əlavə edilmiş vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarix, saat 02:08-dən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 171-172-ci vərəqələrində olan "xxxx" MMC-dən təqdim edilmiş bir ədəd CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında 18 iyul 2025-ci il tarixli protokoldan görünür ki, anten dairəsinin Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi tarixdə və saatda, yəni xx.xx.2025-ci il tarixdə saat 01 radələrində tutulduğu vaxt Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanını əhatə etdiyi görünür. Bu da onu sübut edir ki, Təqsirləndirilən şəxs həmin vaxt Qaradağ rayonun inzibati ərazisində olmuşdur. xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********08 nömrəsizə “Qaqa emanetleri saxla saat 9 - 10 arasi 50 manat ötürecem sene aparacam $ehere narmalni pula çevirecem istesen tereziynen kombi matorunuda verem” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********08 nömrəsinə “Pul duzu qostum olrem kotrum yoxd .hara gelim. Ac da olrem” məzmunda; xx.xx.2025-ci il taridə +**********22 nömrəsindən +**********08 nömrəsinə “MAXO NORMAL OTNAN BARTER ELEMEK OLAR” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********08 nömrəsinə “Salam qardapgm 50 manat et nisye gotrmsem ne verersen bir soz dene İsim var” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********22 nömrəsindən +**********08 nömrəsinə “SENE ARXAJİN JATMAQA ÇALİŞİRAM ON BEŞ PULA VNVANA KEÇE BİLERSEN MENE JAZ OJAQ OLA BİLEREM” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********08 nömrəsinə “Seni godyrem niye bele elyrsen 15 manat var anamcan “Qaqa olrem nefesim keslir cavab verde” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********08 nömrəsinə “Men senucun pis olmamsa sen meni aqrda saqladun, Niye bele eledu dedun sebr ol yiqram meni aqrda qoydun” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********08 nömrəsinə “10 manat atim hara ğelim” məzmununda; xx.xx.2025-ci il taruxdə +**********24 nömrəsindən +**********08 nömrəsinə “Pul atimda kartuva olar ele kolaya” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********22 nömrəsindən +**********08 nömrəsinə “SALAM MAXİR XARA DEJİRSEN QELİM İJİRMİ LAZİMDİR SERDEN ZENQ ATİRAM” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********05 nömrəsindən +**********08 nömrəsinə “sənə kurqom beqom 224 manat pul atmişam qaqa sənlə temiz aciğam 20 manatda pulum var onuda vərəcəm sənə mənlə gorşəy o gunki kimi eləyəy, özumdə ölurəme bircə ALLAHA yalvarirdimki ayilb durasan yuxuda” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********08 nömrəsindən +**********22 nömrəsinə “Balkona çıxa bilirsen yoxsa qoyum unvana?” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********97 nömrəsindən +**********08 nömrəsinə “Qaqa 30 k .15da w” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********08 nömrəsindən +**********22 nömrəsinə “Unvana qoyacam. Sende isdiyirsen qoy ora. Bas qarisdi qonsu. Gelende dqnisacam” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********33 nömrəsindən +**********88 nömrəsinə “QARDAŞİM MƏNİ ÇORNİDA ÇİXART ATMİSAN BLOKA 20 MANAT PUL VAR MƏNƏ TƏCİLİ BİR SÖZ DEDƏ. VATSAPDA ATMAMİSAN BLOKA BURDA İSƏ ATMİSAN BLOKA” məzmununda”; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********88 nömrəsinə “Meni yiq isi.m var 1 9 manat atm” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********88 nömrəsindən +**********88 nömrəsinə “MAHİR AT BİR YERE GOTURUM PULU ATİM KARTA MENDE” məzmununda”; xx.xx.2025-ci il tarixdə +**********62 nömrəsindən +**********88 nömrəsinə “saad gor 5 olacag hede gozdiyrem 3 m atim deye 10m atsaydim bele ol” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********63 nömrəsindən +**********88 nömrəsinə “Qaqaw acda nolar olem menem Radikdi bir 5 var mene komey elede nolar ayqa olem” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********88 nömrəsinə “Gaga obanin yanindayam dedin on bes degiye gelirem noldu gagas” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********77 nömrəsindən +**********88 nömrəsinə “Qaqas usaglardada emanet var onu goturum yarim saata gelirsense degig soz de bezdirmesinler” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********13nömrəsindən +**********88 nömrəsinə “Gagam salam necesen, mahir onnugum var nese elamey Olar gagam” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********08 nömrəsindən +**********88 nömrəsinə “Mene catmir e niye,ozumu denize atmag istiyirem,megabaytim yOxtu 30Kontur 2Tr-50 i 1manat pul” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********26 nömrəsindən +**********88 nömrəsinə “Qaqa qəsəbədəyəm. 40 manatda pul var . 1 söz de görüşək” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********63 nömrəsindən +**********88 nömrəsinə “Makoni QaQa 20m var yardim elini yetirde eta ya Radik” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********85 nömrəsindən +**********88 nömrəsinə “Exi salam menem kamran necesen ne var ne yox exi 30 manat pulum var 2 koko 1 das duzub qosa bilersen kart denen atim karta” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********85 nömrəsindən +**********88 nömrəsinə “35 manat pul atacam 5 halal xosun 2 koko 1 das goturum” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********88 nömrəsindən +**********24 nömrəsinə “Qonsum sene 20m verecey ona deyme pul lazimdi. Gel temani verim xirdada verim sene bir dene litrlik kola gelende al qardasimsan. Bir das altda bir das usde” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********22 nömrəsindən +**********88 nömrəsinə “MAXO A3-MAZ TORPAQ VARSA” məzmununda; xx.xx.2025-ci il tarixdə +**********65 nömrəsindən **********88 nömrəsinə “Manam raut 30 man var das istijiram” məzmununda sms mətnlərinin yazılması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 23 iyul 2025-ci il tarixli 4409 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınmış məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NMdə (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 1-ci cildinin 220-223-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 23 iyul 2025-ci il tarixli 2397 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təsvir edilən hadisəni törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onarlı idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cildinin 235-236-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2025-ci il tarixli 6/2782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 №59”-li ştamp əksi olan paketdəki, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə olan heroinlər, 3 (üç) ədəd bükümdə və 1 (bir) ədəd üzərində “zərfdən yığılmış” sözləri yazılmış bükümdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Qeyd: 2 ədəd bükümdə heroinin ümumi çəkisi 0,341 qram, tədqiqata sərf edildi: ümumi 0,04 qram, qalıq: 0,301 qram. 4 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi: 3,400 qram, tədqiqata sərf edildi: 0,63 qram, qalıq: 3,337 qram. Cinayət işinin 1-ci cildinin 234-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 241-258-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərində daşıdığı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,380 qram, 0,111 qram olmaqla, ümumi təmiz çəkisi 0,491 qram qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər cinayət işi üzrə maddi sübut kimi tanınmış və hər iki ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,301 qram narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri, binalara, o cümlədən yaşayış yerlərinə daxil olma və baxış keçirmə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 DVD ədəd disk, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş, 03 ədəd disk cinayət işinə əlavə olunmaqla maddi sübut kimi tanınmış, mobil telefon cihazları isə saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 1-ci cildinin 260-262-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işə ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,419 qram, 1,035 qram və 2,088 qram və zərfin içərisindən yığılmış təmiz çəkisi 0,018 qram olmaqla cəmi 3,56 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 (iki) ədəd ağ-göy rəngli kapsul tramadol tərkibli kapsullar (həmin kapsullarda güclü təsir edən maddə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,1 qramdır (bir kapsulda 0,05 qram tramadol olmaqla), 1 (bir) ədəd ağ-qəhvəyi rəngli kapsul – preqabalin tərkibli kapsul (həmin kapsulda güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin miqdarı 0,3 qram) və 01 (bir) ədəd elektron tərəzi, 01 ədəd beşbarmaq alətini əldə etdiyi şəxslər barəsində hazırda istintaq olunan cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3, 240.1 və 228.5-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cildinin xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilməsini özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq və videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda narkotik vasitə almasını, həmin narkotik vasitələr üçün ödədiyi məbləğləri sərbəst şəkildə bildirərkən sonuncu onun dediklərini təkzib etməmiş, dediklərinin yalan olması barədə onun üzünə qarşı hər hansı fikir bildirməmişdir. Sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və göndərilən mesajlar elan edilərkən o, mesajların mətnləri ilə bağlı açıqlama verməmiş, məhkəməyə münasibətdə kifayət qədər səmimi olmayan cavablar vermiş, xatırlamadığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq tutulduğu xx.xx.2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2025-ci il tarixli 4409 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,301 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut qismində tanınmış 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, mobil telefon cihazları sahibinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülmüş qalıq 0,301 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə təqsirləndirilən şəxsə məxsus mobil telefon cihazları sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 228 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar