Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-192/2021 02.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1961-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurub yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 dekabr 2020-ci il tarixdə saat 14:40 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz olan «Hyundai» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri Qaradağ rayonu Salyan yolu küçəsi ilə saatda 30-40 km sürətlə hərəkətdə olarkən Bakı-Qazax yolunun 56-cı kilometrliyində Qobustan qəsəbəsinin giriş hissəsində yerləşən “Buta” marketin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riayət etməmiş və mövcud şəraitdə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtobusun qabaq hissəsi ilə vurub ehtiyyatsızlıqdan ona başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ gicgah sümüyünün xətti sınığı ilə müşayiət olunan sağ gicgah və sol alın-gicgah paylrına kəskin hemorragik qansızma və baş beynin ağır dərəcəli əzilməsi ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərərvuran xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir, daha sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq zərərçəkmiş şəxsə yardım göstərmədən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada sürücü işləyir. Təxminən 2020-ci ilin noyabr ayının sonlarında Qobustan qəsəbə sakini Əflatun adlı şəxsdən “Hyundai” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtobusu gündəlik idarə etmək üçün icarəyə götürmüşdür. Belə ki, Əflatun koronovirus xəstəliyinə tutulduğu ev şəraitində karantində olmuş və avtobusu idarə etmirmiş. Ona görə də həmin avtobusu 15 gün müddətinə idarə etmək üçün ona 250 manat pul vermişdir. O, həmin avtobusla “Azfen Kartek” neft şirkətinin işçilərini Qobustan qəsəbəsindən işə aparıb, axşam isə evlərinə düşürdürmüş. O, həmin avtobusu etibarnamə əsasında idarə edirmiş. 40 ilə yaxın sürücülük təcrübəsi olmaqla «BCDE» dərəcəli sürücülük vəsiqəsi var və bu vaxta kimi yol nəqliyyat hadisəsi törətməmişdir. 06.12.2020-ci il tarixində saat təxminən 14:40 radələrində idarə etdiyi avtobusu sahibinə təhvil vermək məqsədilə yaşadığı Şıxlar kəndindən çıxıb Qobustan qəsəbəsinə getmək üçün Qobustan qəsəbəsinin daxilində üzü 2-ci massiv istiqamətində saatda təxminən 30-40 km sürətlə hərəkət edirmiş. Avtobusla hərəkətdə olduğu zaman Qobustan qəsəbəsinin giriş hissəsində Buta marketin qarşısında yolun sağ hissəsindən sol hissəsinə doğru bir nəfər orta yaşlı kişinin yolu keçdiyini görmüşdür. Onun diqqəti həmin şəxsdə qaldığı üçün onun arxası ilə gələn digər piyadanı görməmiş və idarə etdiyi avtobusun qarşı sağ hissəsi ilə həmin piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən bir neçə metr qarşıya yıxılıb yerdə qalmışdır. O isə həyəcanlı olduğu və qorxduğu üçün hərəkətini davam etdirib Qobustan qəsəbəsinin daxilində yaşayan avtobusun sahibinin həyətində avtomaşını saxlayıb, hadisə yerinə qayıtmışdır. O, hadisə yerinə qayıdan zaman təcili tibbi yardım avtomaşının hadisə yerində olduğunu görmüşdür. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra piyada xəstəxanaya aparılmışdır. O, hadisə yerində olarkən piyadını vurduğunu heç kimə bildirməmişdir. Belə ki, fikirləşmişdir ki, vurduğu şəxs Qobustan qəsəbə sakini olar, onun qohumları üstünə hücum çəkər. O, həmin günün axşamı piyadanın səhhəti ilə maraqlanmaq üçün 3 saylı KŞX-na getmişdir. Piyadanın qohumlarına demişdir ki, guya yol-nəqliyyat hadisəsini qardaşı törətmişdir. Onların reaksiyasına baxmaq istəyirmiş. Lakin iki gündən sonra xəstəxanada piyadının qohumlarına demişdir ki, yol-nəqliyyat hadisəsini o törətmişdir. O, piyadanın qohumlarına hadisəni törətdiyini bildirdikdən bir gün sonra ona polis idarəsindən zəng gəlmiş və o, polis idarəsinə gəlib izahat vermişdir. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsi sərnişinsiz və yüksüz olmuşdur, eləcə də, hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin hal-hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur və heç bir yerdə işləmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və CM-nin 264-cü maddəsi ilə ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Cəlilabad rayonunda yaşasa da Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında işləyirmiş. Belə ki, daş karxanasında bir həftə işləyərək orada qalırmış, maaşı aldıqdan sonra evə gedirmiş. 06 dekabr 2020-ci il tarixdə təxminən saat 14 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsinin giriş hissəsində yerləşən “Buta” marketin qarşısında taksidən düşmüşdür. Belə ki, taksidə sol arxa tərəfdə sürücünün arxasında oturmuşdur. Avtomobilin arxa hissəsindən keçib yolu sağ tərəfə keçmək istəyərkən sol tərəfdən gələn avtobus onu vurmuşdur. Zərbənin təsirindən huşunu itirmiş, daha sonra xəstəxanada oyanmışdır. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsini və CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özünə məxsus “Hyundai” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtobusla “AzFen Kartek” neft şirkətində sürücü işləyir. 2020-ci ilin noyabr ayının 18-də “Covid 19” virusuna yoluxmuş və işinə davam edə bilməmişdir. Bu səbəbdən də qonşuluqda yaşayan Təqsirləndirilən şəxs xahiş etmişdir ki, müvəqqəti olaraq onu işində əvəz etsin. O, Marifə xəstəliyə tutulmamışdan qabaq, yəni 13 niyabr 2020-ci il tarixdə avtobusu idarə etmək üçün etibarnamə vermişdir. 06.12.2020-ci il tarixdə Marifin oğlu ona zəng edib bildirmişdir ki, atası həmin günü günorta saatlarında “Hyundai” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtobusla Qobustan qəsəbəsində piyada vurub və avtobusu yaşadığı evin həyətində saxlayıb. O, bildirmişdir ki, bu barədə polisə məlumat versinlər. 07.12.2020-ci il tarixdə o, özünə məxsus olan avtobusu Marifin yaşadığı evin həyətindən götürmüşdür. Lakin Marif evdə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Təcrübi və Tədris Birliyinin 21.12.2020-ci il tarixli, 857 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin dərialtı hematoması, sağ gicgah sümüyünün xətti sınığı ilə müşayiət olunan sağ gicgah və sol alın-gicgah paylarına kəskin hemorragik qansızma (subaraxnoidal) və baş beynin ağır dərəcəli əzilməsi müəyyən edilmişdir. Xəsarətlər bərkə küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi 06.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli 8/404 saylı rəyindən görünür ki, Hyundai County markalı, 99LU689 dövlət qeydiyyatlı nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai» markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Qobustan qəsəbəsinin giriş hissəsində yerləşən “Buta” marketin qarşısında yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurduqdan sonra öz hərəkətini davam etdirərək hadisə yerindən qaçmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməli, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun 1.127.3.2-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş qanunun norması tətbiq edilməli, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığından Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsinə münasibətdə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin İİ-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 264-cü maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 13 mart 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 15 mart 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 32 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 192 (yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsindən seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2nvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin və bu cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 192 (yüz doxsan iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-192/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-192/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver