Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-192/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İnterşin MMC-də satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, T.Bayramov küçəsində, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 23 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X5 məxsus “Ford Tranzit” markalı, **-MT- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən-Lökbatan yolunda Lökbatan qəsəbəsi “Meyvəli” topdan satış bazarı istiqamətində gedən yolda 70 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini hadisə baş verən yolda icazə veriləndən artıq sürətlə hərəkət etdirməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələbinə əməl etməyib həmin tələblərə əməl etmədiyindən idarə etdiyi avtomobil X2 yolun hərəkət hissəsinin sağ zolağından sol zolağına idarə etdiyi “VAZ Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü B.Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın təpə və sol gicgah sümüklərinin və kəllə əsasına keçən qəlpəli sınıqları, başın sol gicgah nahiyəsinin dərialtı hematoması, boyun nahiyəsinin əzilmişcırılmış yarası, başın təpə və sağ gicgah-almacıq nahiyələrinin sıyrıqları, burun, hər iki said, hər iki diz oynaqları nahiyələrinin və sol qalça nahiyəsinin sıyrığı xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın təpə-sol gicgah sümüklərinin və kəllə əsasına keçən qəlpəli sınıqlardan ibarət xəsarətlər yetirməklə hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, avtomobil idarə edir və son olaraq etibarnamə əsasında Ford Tranzit markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avrtomobili B kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 23 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Ford Tranzit markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xocasən qəsəbəsi istiqamətindən Meyvəli TM istiqamətinə 70 km/saat sürətlə iki zolaqlı yolda orta hərəkət zolağı ilə hərəkət edərkən anidən qarşısına yolun sağ kənarından ağ rəngli Lada Priora markalı avtomobil çıxmışdır. O, hadisənin qarşısını ala bilmək üçün əyləcə basmağa fürsət edə bilməmişdir. Hadisə baş verməmişdən əvvəl onun hərəkətdə olduğu yola doğru hansısa avtomobilin hərəkət etdiyini görməmişdir. Hadisə baş verdikdən sonra hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Təqsirləndirilən şəxs son olaraq özünü təqsirli bilərək əməlin ehtiyatsızlıqdan baş verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Ağaəli oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, onun iştirak etdiyi məhkəmə iclası təxirə salındığından məhkəməyə həmin tarixdə yazılı ərizə ünvanlayaraq təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Ağaəli oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23 oktyabr 2023-cü il tarixdə təxminən saat 17 radələrində qohumları ona zəng edərək oğlu X3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunda yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi barədə məlumat vermişlər. O da bu səbəbdən yaşadığı Qobustan qəsəbəsindən Bakı şəhərinə gəlmişdir. Qohumlarından aldığı məlumata görə oğlunun idarə etdiyi “Lada Priora” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Tranzit” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş nəticədə oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Müşviq oğlu öz ifadəsində göstərmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində o, “Daf” markalı yük avtomobilini Lökbatan-Xəcəsən yolunun sağ tərəfindəki Tır Parkının yeməkxanasının ərazisində yoldan kənarda saxlamış, özü isə avtomobilin içərisində mobil telefonu ilə məşğul olmuşdur. Bu zaman Xocəsən istiqamətindən yolda ucadan avtomobil əyləcinin səsini və küt səs eşitmişdir. Həmin səs istiqamətində baxdıqda “Ford Tranzit” markalı yük avtomobilinin sürətlə onun maşınına tərəf gəlməsini görmüşdür. Həmin avtomobil onun maşınının ön hissəsinə dəyib dayanmışdır. O, avtomobildən düşəndə “Ford Tranzit” markalı yük avtomobilinin sol tərəfində yoldan kənarda dayanan digər “Daf” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə də dəydiyini və həmin avtomobilin ön hissəsini zədələdiyini görmüşdür. O, avtomobildən düşəndən sonra “Lada Priora” markalı avtomobilin qabaq sol qapısı qopmuş vəziyyətdə yolun kənarında dayandığını görmüşdür. Bir qədər irəli gəldikdən sonra yolun sağ hissəsində meyit olduğunu görmüş və “Ford Tranzit” markalı yük avtomobillə “Lada Priora” markalı avtomobilin bir-biri ilə toqquşduğunu müəyyən etmişdir. Hadisənin hansı şəraitdə baş verdiyini dəqiq ilməsə də hadisə nəticəsində onun da avtomobilinə ziyan dəydiyini qeyd etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 23 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs da alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Ağsu RQİTBŞ tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan AE 956433 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Ağaəli oğlu zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 46-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 20 noyabr 2023-cü il tarixli 96 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator tədqiqatın cavabına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Mərhum B.Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın təpə və sol gicgah sümüklərinin və kəllə əsasına keçən qəlpəli sınınqları, başın sol gicgah nahiyəsinin dərialyı hematoması, boyun nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki oynaqları nahiyələrinin və sol qalça nahiyəsinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum B.Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın təpə-sol gicgah sümüklərinin və kəllə əsasına qəlpəli sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum B.Zərərçəkmiş şəxs ölümü onun meytinin meyitxanada müayinə olunduğu (xx.xx.2023-cü il tarixdə saat 15:30-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum B.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (3804/K saylı, xx.xx.2023-cü il tarixli AKT). Cinayət işinin 56-cı vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş Aişə Cəbrayılovanın və xx.xx.2015-ci il tarixdə doğulmuş Məhəmməd Cəbrayılovun atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin 60-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən olunmadığı üçün icraat dayandırılmışdır. Cinayət işinin 65-ci vərəqəsində olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.20234ci il tarixli 3-13-16/2-17338/2024 nömrəli məktubla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan AE 956433 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Cinayət işinin 67-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməli törətmiş şəxslərin müəyyən edilməsi üçün icraat dayandırılmışdır. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2024-cü il tarixli 8/712 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Ford Transit markalı 99MT479 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Lada Priora markalı 77BX067 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xərci 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. Cinayət işinin 75-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 17:30) Cinayət işinin 108-109-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, T.Bayramov küçəsində, nömrəsiz evdə yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş əmək müqaviləsi haqqında bildirişdən görünür ki, Təqsirləndirilən şəxs İnterşin MMC-də satıcı işləyir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Ağaəli oğlunun məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək yolnəqliyyat hadisəsinə səbəb olmuş digər avtomobilin anidən yola çıxdığını qeyd etsə də, həmin avtomobilin yola çıxdığını görmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş yol-hadisəsinin sxeminə nəzər yetirdikdə Lada Priora markalı avtomobilin məhz qrunt yoldan asfalt yola çıxdığı müəyyən edilir. Belə olduğu halda isə Lada Priora markalı avtomobilin sürətli şəkildə, təqsirləndirilən şəxsin qeyd etdiyi kimi anidən yola çıxması ehtimalı inandırıcı deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs avtomobili xüsusi diqqət göstərmədən idarə etdiyi üçün yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini həmin yolda nəzərdə tutulmuş sürət həddindən yüksək sürətlə idarə etdiyindən təhlükəsiz şərait yaratmaqla yolun hərəkət hissəsinə daxil olmuş Lada Priora markalı avtomobillə toqquşmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-192/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-192/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver